
VERDİ
Aslana güc, yaradan, adəmə lisan verdi,
Hər nə qəm verdisə, Yar, sən deyil, insan verdi.
Könlünün səltənəti adəmin atəş yeridir,
Adəmə Yer üzünü Cənnəti- Rizvan verdi.
Zülmü çox görk elədi məxluqa məxluq, Yaradan,
Dərdini sellə yusun, göz yaşın ehsan verdi.
Dinmədim, kar oluban mürği-dilin ney səsinə,
Ney kimi dağlanaraq, gizli sızan qan verdi.
Ya həbibim, deyibən, dostuma əl açdım, o da,
Qəlbimə varid olub, hücrə-damar can verdi.
Şəmsi, həm mahi görüm, düz düzəni, tərzi ilə,
Bir də eşqin odunu könlümə mehman verdi.
Zeynəba, zənbur olub qon gülünə söz bağının,
Gör necə hər avazın şəhdi-şəkər, şan verdi.
23.09.2024
Müəllif: Zeynəb Cəmaləddin
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru