
BAYRAQ GÜNÜN MÜBARƏK, AZƏRBAYCAN!
Zəfərlə dalğalanan Bayrağının işığında yolun uğurlu olsun, VƏTƏN!
Üçrəngli Bayrağım –
Hürriyyət sorağım!
İstiqlal yolunda
Əqidə çırağım!
Bayrağım – surətim,
Qüvvətim, qüdrətim!
Dünənim, bu günüm,
Sabahım, niyyətim!
Bayrağım – beyətim,
Heyrətim, qeyrətim!
Qürurum, mənliyim,
Xislətim, xilqətim!
Hər Bayraq bir Şəhid,
Həm şanlı… həm şahid!
Ucalıq, Ocaqlıq,
Əzəmət, ər – igid…
Ay – ulduz şöləsi –
Aydınliq, haqq səsi…
İşığın gur olsun,
Ey Odlar ölkəsi!
Müəllif: Tapdıq ƏLİBƏYLİ
şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin,
Azərbaycan Jurnalistlər Birliyinin,
TAİB-in İdarə Heyətnin üzvü,
Prezident təqaüdçüsü.
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru