Müşfiq Xan müraciət etdi

Əziz dostlar, oxucular!

05.11.2024 tarixində gecənin vədəsiz saatlarında mənə məxsus yaşadığım ev elektrik naqillərində baş verən qısaqapanma nəticəsində tamamilə yandı. Allaha şükürlər olsun ki, canımız salamatdır.

Hadisənin şokundan az da olsa indi çıxa bilmişəm. Maraqlanan, zəng edə, dəstək olan, yardım təklifi edən hər kəsə dərin minnətdarlığımı bildirirəm.

Baş vermiş bədbəxt hadisə mənimçün ciddi şəxsi qayğı ilə yanaşı həm də beş il müddətində böyük məhrumiyyətlər hesabına ayaqda saxlamağa çalışdığımız “Mücrü” nəşriyyatının fəaliyyətinə də çox ciddi zərbə vurdu.

Hamınız var olun, qapınıza, məclisinizə ancaq gözəl sədalar üçün yığışaq. Bu kimi halları ictimailəşdirmək xarakterimə zidd olsa da, dostlar bütün xoş məramları ilə öz bildiklərinə davam edirlər.

Buna görə də sizlərdən ricam və xahişim budur ki, bu dəstək nəşriyyatımızın çap etdiyi kitabları almaq şəklində olsun.

Nəşriyyatın əlaqə nömrələri: 0555028932, 0773457747, 0125951040

Ünvanımız: Zərgərpalan 117, dalan 15 (Nizami metrosu, Nizami Mall-un arxa küçəsi, Çalğı alətləri sərgisinin tam yanı)

İş qrafiki: 1-5-ci günlər, saat 10:00-18:00

Hörmətlə: Müşfiq XAN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir