Əli Rza Xələfli – Sevgimin payız pöhrəsi

Sevgimin payız pöhrəsi

Mənim gülüm , dünən səni,
Yolumun üstündə gördüm.
Korun korun yanmağını
Burulan tüstündə gördüm.

Mənim gülüm olduğunu
Nəfəs-nəfəs ahdan bildim,
Təzə açılmış səhərdə
Günəşsiz sabahdan bildim.

Ürəyindən qopan sözlər
Yana- yana gəlir gördüm.
Od gətirir sinəm üstə ,
Duyğuların gülür gördüm.

Küləklədin ocağımı,
Közlənən qorum oynadı.
Silkələdin budağımı,
Yarpağım , barım oynadı.

Könlümün payız yerinə,
Sevgi pöhrəsi bitirdin.
Taleyimin qədərinə
Bir şirin ümid gətirdin.
27.12.2024

Mənbə:Elirza Xelefli

MÜƏLLİF: ƏLİ RZA XƏLƏFLİ

ƏLİ RZA XƏLƏFLİNİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir