
Sədaqətli dost
O, ədəbiyyat vurğunuydu. Onun damarlarından qanla birlikdə poeziya, nəsr axırdı.Ədəbiyyat fədaisi idi. Anası onu dünyaya gətirəndə göbəyin ədəbiyyata kəsmişdilər. Ədəbi düşüncələri ilə tənqidçi kimi öz yeri vardı.
Şəmkirdən Bakıya gələndən sonra “Sahibkar və hüquq” qəzetini təsis edib baş redaktoru oldu. Publisistik məqalələri ilə doğma vətənə məhəbbətdən, ana dilimizə sevgidən yazardı. Ədəbi dil qaydalarına əməl etməyən yazarlara qarşı barışmaz idi. Dilimizin düzgün ədəbi yazılışına tələbkar yanaşardı. Çəkinmədən nöqsanı üzə deyərdi.
Hekayələri, povestləri, aforizm deyimləri ilə oxucuların sevimlisi olmuşdu. Neçə-neçə kitalara ön sözlər yazmışdı. Nə qədər kitablara redaktorluq etmişdi. Həm də gözəl kitablar müəllifidi.
Məhərrəm müəllimlə ilk tanışlığımızın tarixi yadımda deyil. Bir dəfə Minçəçevir yazarlarının çap olunmuş almanaxı haqqında saytda bir məqalə vermişdi. Bu məqalədə mənim şeirlərim haqqında da öz fikrini bildirmişdi. Bundan sonra sosial şəbəkədə bizim dostluğumuz başladı. Get-gedə bu şəxsi dostluğa çevrildi. Bir-birimizlə telefon vasitəsi ilə əlaqə saxladıq. Yaxından tanış olandan sonra onun təmiz qəlbli insan olduğunu gördüm.
Bakıya gedəndə zəng edib görüşərdim. “845” adlı kitabımın Bakıda keçirilən təqdimatına dəvət etdim. Gəlib kitab haqqında ürək sözlərini dedi. Mingəçevir yazarları daim onun diqqət mərkəzində idi.
Dostluğa sədaqətli olan dəyərli ədəbiyyat tənqidçisi Məhərrəm Şəmkirli 74 yaşına sanılı günlər qalmış bizi əbədi tərk etdi. Sabah 03.01.2025-ci il bizdən ayrıldığı 40 gündü. Onun əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Allah rəhmət eləsin, ruhu şad olsun! Əzizlərinə Allah səbr versin!
Ehtiramla, MƏMMƏD MƏRZİLİ
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru