Qalib Nuri Arif – Daşın hikməti

Daşın hikməti

Sənin görüşünə tələsən zaman,
Yolda ayağıma kəsik daş dəydi.
Ayağım büdrədi, ağrıdım yaman…
Kəsik daş dizimi, qəddimi əydi.

Əyilib oturdum. Götürüb daşı-
Qopmuş yarasına diqqətlə baxdım.
Görən nələr çəkib bu daşın başı?
Daşın əzabına cavab axtardım.

Düşündüklərimi duyurmuş kimi,
Kəsik daş əlimdə danışdı birdən.

Tanrı, daş yazsada bəxt taleyimi,
Hələ də özümü tapmamışam mən.

Düzdür, daşam ancaq, əsər deyiləm,
Məndən ilham almır baxanlar mənə.
Sahib çıxanım yox əsərə dönəm,
Ayaqlar altında dözürəm yenə.

Dedim, daş deyilsən, sən hikmətsən bir,
Səndən aldığım dərs bilgimdən artıq.
Güvənib ALLAHa eyləyib səbir,
Maddədən mənaya yol salmalıyıq.

Sənin görüşünə geciksəmdə mən,
Həyatdan yeni dərs öyrəndim bu gün.
Mənaya dönərsə varlıq maddədən,
Sevginin nuruyla bəzənər bütün.


Göyçay şəhəri
21.01.2025

Müəllif: QALİB NURİ ARİF

QALİB NURİ ARİFİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir