‎Dilimin adını kim verib görən?

‎Dilimin adını kim verib görən?
Onun “Ol” dediyi andanmı gəlir?
‎Tarixə sığmayan tarix yaradan
‎Fatehlər doğuran qandanmı gəlir?
‎Şumerdənmi gəlir?
‎Hundanmı gəlir?

‎Dilimin adını kim verə bilər?
‎Sönmüş ocaqlara od verən mənəm!
‎Qitədən-qitəyə axan çaylara,
‎Yurdlara, ellərə ad verən mənəm!

‎Başımın üstündən göy çəkilməmiş,
Ayağım altından Yer qaçmayınca…
‎Kimliyim, varlığım, ruhum, vücudum
‎Soyuq məzarlara yol açmayınca…

‎Şəhid qanı kimi son damla qanım
‎Vətən torpağına hopana qədər.
‎Bilin!
‎Yürüdükcə ərzin zamanı,
‎Dünya məhvərindən qopana qədər
‎Dilimin adı da yalnız Türkdür, Türk!
‎Amalım dünyanın özündən böyük!

‎…Kəhər atlarımın dırnaqlarından
Qopan daşlar belə türkcə danışır.
‎O mavi səmanın ənginliyindən
‎Uçan quşlar belə türkcə danışır.

‎Əlçatmaz zirvələr, keçilməz dağlar,
‎Yaxınlar, uzaqlar türkcə danışır.
‎Kükrəyən dənizlər, sısqa bulaqlar,
‎Çiçəklər, yarpaqlar türkcə danışır,
‎Türk varan torpaqlar türkcə danışır!

‎Yarıb neçə-neçə qaranlıqları –
‎Ruhundan yol alan bir gündüzü var.
‎Fəth edib əlçatmaz ucalıqları!
‎Hər yerdə, hər yerdə Türkün sözü var.

‎***

‎…Şirin layla səsi, telli saz səsi,
‎Qolça qopuz səsi – Türkün dilidir!
‎Haqqa əsgər olan Uca Millətin
‎Əbədi nəğməsi – Türkün dilidir!

‎Gah həzin, axıcı…
‎bir bulaq kimi,
‎Gah alov püskürər gur ocaq kimi…
‎Dillər arasında durub dağ kimi!
‎Dillərin zirvəsi – Türkün dilidir!

‎Hər sözü İlahi –
‎Cana can gəlir,
‎Hər sözün içində bir ümman gəlir…
‎Ruhu göydən gəlir, səmadan gəlir
‎Tanrı möcüzəsi – Türkün dilidir

‎Bakı, 2010-cu il

Müəllif:Elçin MİRZƏBƏYLİ

ELÇİN MİRZƏBƏYLİNİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir