Sən mənim içimdə açan bir çiçək

Sən mənim içimdə açan bir çiçək
Mən sənin ömründə tufan çiskinəm.
Sən mənim dünyama nur ələyərkən
Mən hələ də sənə yaman küskünəm.

Sən ümid dünyama gün kimi doğan,
Mən sənin dünyanın qaranlığıyam.
Sən gülüş içində bahar çağıran,
Mən sənin qəlbində qarlı boranam.

Günəştək dünyama işıq saçanda,
Mən o işığına kölgə olmuşam.
Bakı küləyitək o yan bu yana
Daha mən əsməkdən çox yorulmuşam.

Gəl əl çək, bu sevda əbəsdir mənə,
Mən belə sevgidən pay götürmürəm.
Sənin gələcəyin ümidli sabah,
Mənim səhərlərim zülmət gecədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir