Şəfəq Sahibli – Qatar

QATAR

Yudu göz yaşlarını
bu baharın göz yaşı.
Damlalar kirpiyindən
yaz gülü tək töküldü.
Fırtınalar içində
dalgalandı dəniz tək ,
Ləpələr yırğalanıb
sahilinə çəkildi .
Ömür çəkilən kimi
yol gedir hələ ,
hər tərəf dayanacaq .
Kim bilir kimin harda
qatarı dayanacaq?
Kimlər mindi qatara,
Kimlər keçdi bu yoldan?
Kimlər hələ yol gedir ,
Kimlər duşur qatardan ?
Nizamlər,
Füzuli,
Nəsimilər
Kimlər,kimlər və kimlər
Yol getdi bu qatarda.
Acı görüntüyə bax ,
“vağzal” dı sağ-solumuz,
biz hələ yol gedirik,
tükənməyib yolumuz.
Yol yoldaşı olmuşuq
qatar sakinləriylə .
Görüşüb, ayrılmışıq
hər gün,hər an biriylə.
Bir gün biz də qatardan
düşüb ,ayrılacağıq.
Doğma ,dost,tanış -biliş
əziz qohumlar kimi…

Müəllif: Şəfəq SAHİBLİ

ŞƏFƏQ SAHİBLİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir