Ərtoğrul Cavidin məktubu

Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşları maraqlı bir materialı paylaşıblar. Bu, Ərtoğrol Cavidin əsgərlikdən ailəsinə yazdığı məktubdur. Ərtoğrul Cavid yazır: ” Pek hürmətli anam və bacım! Salamlar.
Bir neçə gündür ki, məktub aldığım yoxdur, nigaranam. Mənim vəziyyətim pis deyil, bir neçə gündür ki, hərbi komissiyada katiblik vəzifəsini aparıram. Məzuniyyət ehtimalı var, təəssüf ki, “ehsanın” olmaması işi çətinləşdirir. Məktubunuzu gözlüyürəm, siz də mənimkini gözlüyün. Öpürəm sizləri.
Ərtoğrol. 23.6.1942″
* * * * * *
1942 – ci ildə Bakı Konservatoriyasının əlaçı tələbəsi Ərtoğrul Cavid ordu sıralarına çağırılır. Lakin o, “xalq düşməni”nin oğlu olduğu üçün cəbhəyə deyil, Gürcüstanda yerləşən fəhlə batalyonuna göndərilir…
Bu müddət ərzində Ərtoğrul Cavid ən çox anasından və bacısından narahat idi. Bu nigarançılığa son qoymaq, müharibənin odu-alovu içində az da olsa təskinlik tapmaq üçün ümid yeri olan müəllimi Üzeyir bəyə məktub yazır. 1942 – ci ilin 25 fevralında yazılan həmin məktubda deyilir: “Hörmətli Üzeyir bəy! Əsgərliyə getməzdən əvvəl sizinlə görüşmək istədimsə də, qismət olmadı. Yeganə narahatçılığım anam və bacımın acınacaqlı halıdır. Rica edirəm, keçirdiyimiz səmimi dərs günləri və ümidli gələcək xatirinə, mümkün ola biləcək yardımınızı əsirgəməyin. Anam uşaq bağçalarında işləyə bilər. Bacım həm bağçada, həm maşinistkalıq, həm də ibtidai məktəbdə dərs deyə bilər. Lakin ən lazım məsələ çətin hallarda nəzər etmək, ürək vermək, mənəvi yardımdır. Zənn edirəm, rədd etməzsiniz”.

Mənbə: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir