
BƏŞƏR ÖVLADININ İSTƏDİYİ NƏ?!
(Sonet-İngilis variantı)
Dünyanı davalar bürüyüb yenə,
Sızladır torpağı insan əməli.
Bəşər övladının istədiyi nə?!
Kökündən dağıdır mövcud təməli.
Şər artıq sevincin gizlədə bilmir,
Özgə kədərinə şadlanır yaman.
Xeyir qəm içində, heç üzü gülmür,
Onun əleyhinə işləyir zaman.
Ey doğru yolunu tamam azanlar!
Rəbbin də səsinə siz qulaq verin.
Dövrün tarixini qanla yazanlar,
Bilin, intiqamı sərt göyün, yerin!
Savaşla çoxaldan varın, sərvətin,
Azacıq anlamaz həyat hikmətin.
Müəllif: VALEH HEYDƏR
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru