Jurnalistika və ədəbiyyatda iz qoyan sənətkar – Yunus Oğuz

Jurnalistika və ədəbiyyatda iz qoyan sənətkar

Yunus Oğuz Azərbaycan mədəni mühitində, ədəbi-bədii mühitində və jurnalistika mühitində çox ciddi, önəmli yerlərdən birini tutan bir sənətkar, bir  yazardır. Onu çox ciddi statuslarla qiymətləndirmək, dəyərləndirmək olar.
Yunus Oğuz “Olaylar”ı yaratmaqla Azərbaycan jurnalistika sistemində çox ciddi, müstəqil bir xətt formalaşdırdı. Jurnalistika sistemimizə ədəbi məktəb səviyyəsində gətirdiyi “Olaylar” qəzeti və “Olaylar” saytı ilə bizə məlumdur. Onun rəhbərlik etdiyi bu qəzet və bu sayt, sözün həqiqi mənasında, müasir Azərbaycan jurnalistikasına  bir töhfədir.
Digər tərəfdən, Yunus Oğuz  Azərbaycan bədii fikrində, ədəbiyyatında müasir dövrdə çox önəmli yer tutan bir yazıçıdır. Əlbəttə, yazıçılarımız çoxdur, sənətkarlarımız çoxdur. Amma Yunus Oğuz bizi mövzuları ilə təmin edir. Azərbaycan tarixinin ən çətin dövrlərini özünün müxtəlif romanlarında ortaya qoyub. Onun  Azərbaycan tarixi ətrafında yazdığı romanlar bəzən o qədər təəccüb doğurur ki… Təəccüb ondadır ki, bu faktları o necə axtarır, necə tapır? Çünki o faktların çoxu – bəlkə də romanlarındakı faktların əksəriyyəti, demək olar ki, yeni faktlardır.
Faktlar bir yana, həm də Yunus Oğuz bu faktları ədəbi-bədii dildə o qədər gözəl ifadə edir ki, o əsərləri oxumamaq mümkün deyil.Ona görə də Yunus Oğuzun ədəbiyyatımıza, jurnalistikamıza gəlişi və 65 yaşı mübarək olsun!

Cahangir MƏMMƏDLİ

Bakı Dövlət Universitetinin professoru 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir