Ustad Məmməd İsmayıl bu gün doğulduğu Əsrik Cırdaxan (Tovuz) kəndində dəfn edildi

1966-dan ilk kitabından tanıyıb, 1967-dən görüşüb, daimi ünsiyyət bağladığım və kiçik qardaşa çevrildiyim ustad Məmməd İsmayıl bu gün doğulduğu Əsrik Cırdaxan (Tovuz) kəndində dəfn edildi. Dünyaya gələn gündən bu son gününə qədər ustadın həyatında xeyli məhrumiyyətlər, ağrılı-acılı günlər olub. Az qala hamısının da şahidi olmuşam. Yadımdadı, deyərdi, hər iki ildən bir vuruluram, sonra yenə həyatımda yüksəlişlər başlayır. Yatağa düşəndən sonra onu da deyərdi ki, 3 nisgilim qaldı sinəmdə. Biri şair İlyas Tapdığın, o biri ilk gənclik illərindən etibarlı dost olub, bir otaqda kirayənişin olmuş şair Müzəffər Şükür Məchulun qəbrini ziyarət edə bilməməsiydi. Hətta Türkiyədən qayıdanda, onu aeroportda qarşıladım, İlyas Tapdığın rəhmətə getməsini xatırlayıb, dedi, Qəşəm, çalış vaxt tapasan məni aparasan onun qəbri üstünə. Özüm də Tovuza gedəndə, gedib Akstafada Müzəffərin qəbrini ziyarət edəcəm. Bu, mənim boynumun borcudu. Necə oldusa, İlyas Tapdığın da ziyarətinə gedə bilmədi, Müzəffər Şükürün də. Bir nisgili isə Xalq şairi Nəbi Xəzriylə bağlıydı: -Nəbi müəllim mənə kömək edib, özümə bağışlaya bilmirəm ki, nədənsə xəstə yatanda gedib onu yoluxa bilmədim.
Ruhun şad olsun, ustad! Gündəkindən dinc yatasan! Yüzlərlə insan sənin son günündə gəlib səni yola sala bilməyib. Elə biri mən özüm, vaxtında mənə deyilmədiyindən sənə “yoldaşlıq” eləyə bilmədim. İnşallah, gedib Əsrikdə “həmsöhbətin” olacam!

Ehtiramla, Qəşəm İsabəyli

Qəşəm İsabəylinin yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir