
Prezident Kitabxanasında görkəmli filoloq, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın “Missiya” adlı monoqrafiyasının təqdimatı keçirilib
Prezident Kitabxanasında görkəmli filoloq, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın “Missiya” adlı monoqrafiyasının təqdimatı keçirilib.
Tədbirdə ziyalılar, elm xadimləri, həmçinin dövlət və ictimaiyyət nümayəndələri iştirak etmişdir. AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, ABŞ Şimali Karolina Universitetinin professoru Əli Əsgərov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, millət vəkilləri Qaya Məmmədov, Məlahət İbrahimqızı, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov çıxış edərək kitabın elmi əhəmiyyətini, Ulu Öndərin strateji rolunun əsərdə əks olunmasını və onun ideallarının bugünkü və gələcək nəsillər üçün əhəmiyyətini vurğulamışlar.
Tədbirin sonunda kitabın müəllifi ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova çıxışında kitabın ideya mənbələrindən, araşdırma metodlarından və məqsədindən behs edib. O, “Missiya”nın Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, milli dövlətçiliyimizin formalaşması və xalqın mənəvi, mədəni dirçəlişi yolunda ömrünü və fəaliyyətini həsr edib, Ulu Öndər Heydər Əliyev irsini dərindən tədqiq etdiyini qeyd edib. Kitabda Heydər Əliyevin həyat yolu, dövlətçilik fəaliyyəti, elm, maarif, mədəniyyət və dil siyasətindəki xidmətləri sistemli şəkildə təhlil olunub.



Sonda professor Mahirə Hüseynova “Baxış bucağı: Heydər Əliyev və strateji azərbaycançılıq”, “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası” və “Ümummilli liderin ədəbiyyat strategiyası” adlı kitablarını Prezident Kitabxanasına hədiyyə edib.