
Narsistlər və Qadınlar: Görünməyən Psixoloji Zorakılığın Anatomiyası
Narsist şəxsiyyət tipi psixologiyada uzun illərdir araşdırılan, lakin cəmiyyətdə hələ də tam tanınmayan ən təhlükəli davranış modellərindən biridir. Çünki narsist zorakılığı səs-küylü deyil, qansızdır, amma dərin və dağıdıcıdır. Onun izi bədəndə yox, ruhdadır.Elmi baxımdan narsizm empati çatışmazlığı, həddindən artıq özünümərkəzçilik, təsdiqə patoloji ehtiyac və başqalarını alət kimi görmə ilə xarakterizə olunur. Narsist insan üçün münasibət emosional bağ deyil idarəetmə mexanizmidir.
Niyə ən çox qadınlar?
Narsistlərin əsas hədəfi çox zaman qadınlar olur. Xüsusilə:
empatik,
mərhəmətli,
anlayışlı,
bağışlamağa meyilli,“mən düzəldərəm” düşüncəsi ilə böyüdülmüş qadınlar.Cəmiyyət qadınlara susmağı, dözməyi, qorumağı, “ailəni saxlamağı” öyrədir. Narsist isə bu sosial kodlardan ustalıqla istifadə edir. O, qadının mərhəmətini zəiflik kimi oxuyur, sədaqətini idarə alətinə çevirir.
Mərhəmət yanlış əllərdə silaha çevrilir.
Narsist Münasibətin Psixoloji Mexanizmi
Narsist münasibət üç mərhələdən ibarətdir:
- İdealizasiya
Əvvəlcə qadını yüksəldir: “sən fərqlisən”, “səni heç kim anlamayıb”, “sən mənim yarımsan”. Bu mərhələdə qadın ilk dəfə dərin dəyərli hiss edir. - Dəyərsizləşdirmə
Sonra tədricən tənqid, susqunluq, müqayisə başlayır. Qadın özünü itirir, səhvi özündə axtarır. - Atılma və ya asılı saxlanma
Ya tam tərk edilir, ya da emosional olaraq asılı vəziyyətdə saxlanılır.
Bu proses qadında:özünə inamsızlıq,təşviş pozuntuları,depressiya,post-travmatik stres əlamətləri yaradır.Bu artıq psixoloji zorakılıqdır. Görünməyən, amma dağıdan.
Cəmiyyət Niyə Narsisti Görmür?
Çünki narsist:ictimai yerlərdə nümunəvidir,ağıllı danışır,özünü “qurban” kimi təqdim edir,qadını emosional, problemli kimi göstərir.Qadın danışanda ona deyilir: “Şişirdirsən”,
“Həddən artıq həssassan”,
“O elə adam deyil”.
Beləcə qadın ikinci dəfə susdurulur bu dəfə cəmiyyət tərəfindən.
Bir qadını ən çox yaralayan şey yaşadığı deyil, ona inanılmamasıdır. Narsist Dəyişirmi?
Elmi araşdırmalar göstərir ki, narsist şəxsiyyət tipi dərin və davamlıdır. Narsist:üzr istəmir,məsuliyyət almır,empati qurmağı bacarmır.O dəyişmək istəmir, çünki problem olduğunu qəbul etmir.Qadın üçün Çıxış Yolu
Narsistdən xilas olmaq sevgi ilə deyil, şüurla mümkündür:
sərhəd qoymaq,
özünü günahlandırmamaq,
“mən xilas edərəm” düşüncəsindən çıxmaq,
psixoloji dəstək almaq.
Unutmayaq:
Sevgi insanı kiçiltmirsə, böyüdür. Əgər səni özündən azaldırsa, o sevgi deyil.Qadın susduqca narsist güclənir. Qadın danışdıqca sağalma başlayır. Bu yazı ittiham deyil oyandırmaqdır. Çünki narsistlərdən qorunmağın ilk yolu onları tanımaqdır.Və hər qadın bilməlidir:
Səni incitdiyin yerdə qalmaq sədaqət deyil, özünə xəyanətdir.
Müəllif: Gülər Nizamiqızı