Fəridə Ləman – A DÜNYA

A DÜNYA

Sevinə bilmirəm, gülə bilmirəm,
Tökülüb dərdlərin başa,a dünya.
Zülmün kösövləri köksümdə yanır,
Ayağım dolaşır daşa,a dünya.

Oyunbazlar torba salır başlara,
Baxan yoxdur gözlərdə qan-yaşlara.
Həsədim var göydə uçan quşlara,
Yorma sən özünü boşa,a dünya.

Dolaşıb yolların əriş,ağacı,
Nadanın başına qoyurlar tacı.
Sərçə təriflənir,baxır turacı,
Haqsız təriflərdən haşa,a dünya.

Torpağın nəfəsi kəsilib daha,
Fəqirlik ölkəyə səs salıb daha.
Nəyə əl vurursan bahadan-baha,
Gəlmir bu işlərin xoşa,a dünya.

Bax, tülkülər quyruq ilə oynayır,
Sifarişlə buyruq ilə oynayır.
Fitnə-fəsad əməlindən doymayır,
Əl uzanıb başdan huşa,a dünya.

Kənardan baxırıq yaxşı nə varsa,
Baxmazlar,başına dünya daralsa.
Bulanıq suların əgər durulsa,
Sən də bir gələrsən cuşa,a dünya.

Dəyişirlər yerlə göyün yerini,
Ölü dəbdə,sayan yoxdur dirini.
Bilən yoxdur amalsızın sirrini,
Gəlməyəsən bədə tuşa,a dünya!

Müəllif: FƏRİDƏ LƏMAN

FƏRİDƏ LƏMANIN YAZILARI

TƏVƏKKÜL GORUSLUNUN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir