
Cəlilabadda şeir müsabiqəsinin II turu keçirildi
Cəlilabad rayon Veteranlar Təşkilatı, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad sektoru və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə bu gün (18.12.2025) Cəlilabad şəhər Heydər Əliyev Mərkəzində şagird və tələbələrin iştirakı ilə vətənpərvərlik ruhunda yazılmış şeirlərin ən yaxşı ifaçıları üzrə şeir müsabiqəsinin II turu həyata keçmişdir.
Müsabiqənin bu mərhələsində münsiflər heyəti, Cəlilabad ədəbi mühitinin tanınmış simaları, şəhid ailə üzvləri və ictimaiyyət nümayəndələri yaxından iştirak etdilər.
İlk mərhələdə müsabiqənin bu mərhələsinə yol tapmış 13 şagird və tələbə çıxış etdilər və münsiflərin verdikləri bal əsasında növbəti final mərhə üçün müəyyənləşdilər. Yeri gəlmişkən bildirmək lazımdır ki, bu gün Cəlilabad rayonunda keçirilmiş şeir müsabiqəsinin II turunda münsiflər heyəti aşağıdakılardan ibarət idi:
- Cəlilabad Rayon Ağsaqqallar Şurasının üzvü, veteran pedaqoq, ədəbiyyatşünas, ziyaıl şair Zülfi Vellidağ;
- Ədalət Salman (“Sözün işığı” mətbu orqanının baş redaktoru, AYB və AJB-nin üzvü, Cəlilabad rayon Veteranlar Təşkilatının sədri, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, Prezident təqaüdçüsü, jurnalist, şair-publisist);
- Müşahidə Nərimanova (Cəlilabad ədəbi mühitinin xanım nümayəndəsi, Cəlilabad MKS-nin əməkdaşı, kitabxanaşünas, “Həməşəra” Fəxri Diplomu laureatı, bədii qiraətçi, şair);
- Arzu Əyyarqızı (Cəlilabad ədəbi mühitinin xanım nümayəndəsi, “Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi”nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, “Həməşəra” Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, “Zərif kölgələr” ədəbi saytının idarə heyətinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları və “Ziyadar” Mükafatı laureatı, AYB və AJB-nin üzvü, esseist, şair-publisist).
- Ruhiyyə Abaszadə (Cəlilabad ədəbi mühitinin xanım nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı-şair);
Məlumat üçün qeyd etmək lazımdır ki, müsabiqənin son və final mərhələsi gələn həftə keçiriləcək və qaliblər mükafatlandırılacaq.

