Bəsti Əlibəyli yazır

SƏSSİZ ŞEİR

“Hüzur və xoşbəxtlik insan ruhunun səssiz şeiridir.”

Kim demiş, nə vaxt demiş, xatırlamıram. Amma bu gün o səssiz şeiri mən də öz ruhumda hiss etdim və qaynağını da buldum:

İnsanın hüzur və xoşbəxtliyi yaxın ətrafdan, bulunduğu sosial mühitdən, iş çevrəsindən və cəmiyyətdən aldığı məmnuniyyət hissinə bağlıdır. Və burda, böyük şeylərdən bəhs etmirəm,- içdən gələn bir isti salam, hal- əhval sorub könül sevindirmək, səmimi bir ortamda ağırlanmaq, özəl bir gündə diqqət göstərib, dəyərləndirmək, yanında olduğunu hiss etdirmək kimi çoxsaylı mənəvi motivasyonlar hüzur üçün, xoşbəxtlik üçün, eyni zamanda, vücud və ruh sağlığı üçün də misilsiz əhəmiyyət daşıyır.

Uzun hekayə yazıb yormaq istəmirəm.

Gerisini şəkillər danışar.

Milli mətbuatımızın 150 illik yubiley medalı üçün Dövlətimizə və layiq görənlərə təşəkkürlər!

Əlamətdar doğum günü və 20 illik ədəbi tənqid fəaliyyətimə görə məni YOLunda olduğum görkəmli tənqidçi alim, AYDIN MƏMMƏDOV mükafatına layiq görən Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə,- Xalq yazıçıları Anara, Çingiz Abdullayevə, Rəşad Məcidə, Səlim Babullaoğluna, İlqar Fəhmiyə, Rauf Aslanova, dəyərli qələm dostum Qulu Ağsəsə ürəkdən minnətdarlığımı yetirirəm.

VƏ:
Bu gün yaşadığım hüzurlu bir xoşbəxtlik hissindən doğulan səssiz və tərifsiz Şeiri sizlərə ithaf edirəm.

Sayğılarla: Bəsti Əlibəyli

SƏNƏT.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir