Təranə Vahidin “Qarışqa təqvimi” hekayələr kitabı müzakirə olunub

23 dekabr 2025-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsində “Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində “Təranə Vahidin “Qarışqa təqvimi” hekayələr kitabı

Çağdaş Azərbaycan ədəbiyyatında qadın nəsri” mövzusunda müzakirə keçirildi. Müzakirədə şöbə müdiri AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahid (moderator), AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı, fəlsəfə elmləri doktoru Rahid Ulusel, filologiya üzrə fəlsəfə doktoru Gülnar Qəmbərova, böyük elmi işçi, yazıçı Mənzər Niyarlı, elmi işçi Hənifə Səlifova, doktorant Səbirə Müzəffərli; qonaqlar – şair Qəşəm Nəcəfzadə, yazıçı Hədiyyə Şəfaqət; filologiya üzrə fəlsəfə doktoru Rəfayət Əlimirzəyeva, Cəbrayıl Qənbər, Flora Məmmədova və müəllif Təranə Vahid iştirak edirdilər. Tədbirdən fotolar:

Fotolar Rəşad Nəbiyevindir.

MənbəYeni Ədəbiyyatı Tanıyaq müzakirə səhifəsi

Yeni ədəbiyyatı tanıyaq

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir