Qəzənfər Məsimoğlu – Ana

BU GÜN OTUZ İLDİ SƏNSİZƏM, ANA

Sənin yoxluğundan otuz il keçir,
Bu gün otuz ildi sənsizəm, ana.
Təzədən canımı canına köçür,
Baxıram səmtsiz, yönsüzəm, ana,
Bu gün otuz ildi sənsizəm, ana.

Özünü üşüdən çovğunlu qışam,
Gəzib dən axtaran yetim bir quşam,
Elə kövrəlmişəm, elə dolmuşam,
Bu gün otuz ildi sənsizəm, ana.

O vaxt dedim:- yaşım otuz ikidi,
Neçə arzularım hələ dik idi.
Vallah, anasızlıq ağır çəkidi,
Bu gün otuz ildi sənsizəm, ana.

Həsrətin sinəmdə bitib, dəyibdi,
Sənsizlik qəddimi yaman əyibdi.
Başım əllərinçün qəribsəyibdi,
Bu gün otuz ildi sənsizəm, ana.

Bir bacı, bir qardaş itirib gəldim
Qəmi ürəyimdə bitirib gəldim,
Keçdiyim yolları götürüb gəldim,
Bu gün otuz ildi sənsizəm, ana.

İçimdə qaynayır qadam, gəzirəm,
Çoxuna ögeyəm, yadam, gəzirəm,
Dərdimi deməyə adam gəzirəm,
Bu gün otuz ildi sənsizəm, ana.

…Sənin yoxluğundan otuz il keçir,
Bu gün otuz ildi sənsizəm, ana.
Təzədən canımı canına köçür,
Baxıram səmtsiz, yönsüzəm, ana,
Bu gün otuz ildi sənsizəm, ana.

29.12.2025

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir