Valeh Heydər – BİR EV DƏRDLİ DANIŞDI


BİR EV DƏRDLİ DANIŞDI

(təmsil)

Yaraşıqlı bir Evin
Üstün çən- duman aldı
Qurduğu xoş xəyallar
Yavaş-yavaş yox oldu.
Gündən-günə sıxıldı,
O gördükcə öz halın,
Bir gün gücü tükəndi,
Dərd-qəm pozdu əhvalın.
Dedi: “Əvvəl içimdə
Yaşanırdı səadət,
Hər sözdə, hər əməldə
Vardı düzlük, ədalət.
Ərlə-arvad siması
Bəzəyirdi bu Evi,
Hər ikisi deyirdi,
Qadir çox şeyə sevgi.
Dəyişdikcə zəmanə,
Münasibət pozuldu,
Ən qiymətli dəyərlər
Tamam fərqli yozuldu.
İndi məni üşüdür
Otaqların havası,
Sanki bura olmayıb
Sevənlərin yuvası.
Hətta ər ilə arvad
Tay ayrılmaq istəyir,
İş o yerə çatıb ki,
Bir-birini pisləyir.”
Davam edib sözünə,
Ev çox dərdli danışdı
O özünü bir vaxtlar
Ali məbəd sanmışdı.
Gördü, indi dağılır
Yavaş-yavaş bu məkan,
Səhv atılan addımlar,
Verir bu işə təkan.
Gəl, dağıtma, ey insan,
Öz əlinlə Evini,
Çətin olur qaytarmaq
İtirilmiş sevgini.

Müəllif: VALEH HEYDƏR

VALEH HEYDƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir