
DAN YERİ SÖKÜLƏNDƏ
Gözümü göyə sərim,
Çin olsun ümidlərim.
Sənə salam göndərim,
Dan yeri söküləndə.
Gecə çin-çin sökülür,
Səs uçur, ün sökülür.
Ömürdən gün sökülür,
Dan yeri söküləndə.
Səpələnir göyə nur,
Qaranlıqlar dayanır.
Xatirələr oyanır,
Dan yeri söküləndə.
Səni səndən ötürdüm,
Ürəyimə götürdüm.
Bülbül olub ötürdüm,
Dan yeri söküləndə.
Ulduz-ulduz keçirəm,
Keçib sənə köçürəm.
Həsrətimi biçirəm,
Dan yeri söküləndə.
Müəllif: Qəzənfər MƏSİMOĞLU
QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında