
31 yanvar M.Ə.Rəsulzadənin doğum günüdür
Bilirdinizmi? Lahıcda M.Ə.Rəsulzadə 2 ay 17 gün Qaçaq Əli Əhmədoğlu adı altında yaşayıb. Təqribən 3 ayda 30 ev dəyişib izi itirmək üçün.
Bu Post Azərbaybaycan Demokratik Respublikasının banisi Məmməd Əmin Rəsulzadəyə həsr edilir. 31 yanvar M.Ə.Rəsulzadənin doğum günüdür.
Lahıcın yaşlı sakini rəhmətlik Ənvər Balayev danışırdı ki, o, indiki evini Rəsulzadəni burda gizlədən çarvadar Kərim kişidən alıbmış:
«Bir kişi vardı, Kərim kişi. Mənə dedi ki, sənin aldığın bu evdə bilirsən kim olub? Pıçıldadı ki, Məmməd Əmin Rəsulzadə bu evdə 3 gün qalıb. Yavaş-yavaş Sovet dövründən danışırdı mənə, Deyirdi ki, bu evin yiyəsi Kəblə Qulamla Şamaxıda çarvadarlıq ediblər. Kəblə Qulam ona gəlib deyib ki, «yetim, iki abırlı adam gəlib Bakıdan. Lahıca getmək istəyir. Yükləri qoyaq burda, aparıb onları Lahıca yerləşdirək». Həmin şəxsləri Basqal tərəfdən götürüblər. Lahıca atla gəlib çıxıblar. İki yoldaş olublar. Biri Məmməd Əmin Rəsulzadə, ikincisi isə onun yaxın sirdaşı Abbasqulu Kazımzadə».
Dəqiq rəqəm olmasa da, Ənvər Balayev gəzən söhbətlərə istinad edərək deyirdi ki, o, Lahıcda 2 ay 17 gün yaşayıb.
Lahıca səfər Abbasqulu Kazımzadənin Məmməd Əminə gətirdiyi bəd xəbərlə bağlı olur. Xəbərə görə, Bakıda artıq onun həbsi barədə qərar verilib. Novxanını tərk edib Gürcüstana yola düşmək qərarı verilsə də, Rəsulzadənin qeydlərində deyilir ki, «Hadisələr və təsadüflər bizi bir çox dağları və dərələri gəzdirdikdən sonra Şamaxı qəzasında Lahıc adında tanınmış bir qəsəbədə saxlanmaq məcburiyyətində buraxmışdı».
Qeyd: foto suni intellekt vasitəsilə canlandırılıb
http://meresulzade.blogspot.com/2011/08/mrsulzadnin-lahcda-qaldg-ev.htmlmore
Məlumatı hazırladı: Rahib Kərimli
Rahib Kərimlinin digər yazıları
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında