Tromelin adası faciəsi (1761-1776)

Tromelin adası faciəsi (1761-1776)
Tromelin adası faciəsi (1761-1776), Fransız gəmisinin batması nəticəsində 60-a yaxın madaqaskar köləsinin Hind okeanındakı 1 km²-lik çılpaq qayalıq adada 15 il boyunca tərk edilərək sağ qalma mübarizəsi apardığı, sonda cəmi 7 qadın və bir körpənin xilas edildiyi, müstəmləkəçilik tarixinin ən dəhşətli unudulma və sağ qalma hekayələrindən biridir..

1761-ci ildə “L’Utile” adlı fransız gəmisi Madagaskar yaxınlığında qayalıqlara çırpılaraq batdı.

Gəmi heyəti (fransızlar) qalan taxta parcalarından kiçik bir sal düzəldərək kölələrə “qayıdıb sizi götürəcəyik” vədi verərək adanı tərk etdilər. Lakin unuduldular.

Kölələr isə 15 il boyunca yeməli heç nəyi olmayan, ağacsız adada dəniz tısbağaları, quşlar və yağış suyu ilə həyatda qalmağa çalışdılar. Mərcan daşlarından evlər tikib, metal qırıqlarindan alətlər düzəldiblər.

1776-cı ildə kapitan Chevalier de Tromelin tərəfindən cəmi 7 qadın və 8 aylıq bir körpə tapılaraq xilas edildi.

Bu hadisə insan dözümlülüyünün, 18-ci əsr müstəmləkəçilik dövrünün qəddarlığının, kölələşdirilmiş insanların necə dəyərsizləşdirildiyinin və unudulduğunun nümunəsi kimi tarixə düşüb.

Məlumatı hazıladı:  Aynura Allahverdiyeva

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir