
Xalq yazıçısı Sabir Əhmədli və dostu, Xalq şairi Məmməd Arazın xatirələrindən bir hissə:
Deyilənə görə Xalq şairi Məmməd Araz 70 – ci illərdə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktor müavini vəzifəsində işləyən zaman qəzetdə gedən bir yazıya görə onu işindən azad edirlər. Yazıçılar İttifaqında Məmməd Arazın məsələsi müzakirə edilir və müzakirə zamanı hamı onun işdən çıxarılmasının lehinə səs verir. Hər kəs şairin işdən çıxarılmasını istəyir. İclasda iştirak edən bir nəfər – Xalq yazıçısı Sabir Əhmədli isə şairin işdən çıxarılmasına qarşı çıxır. Hər kəsdən fərqli olaraq o, Məmməd Arazın arxasında durur, ona dəstək olur. Xatirələrdən oxuyuruq ki, Sabir Əhmədli iclasda ayağa qalxıb amiranə bir tərzdə deyib ki, özü burda olmayan, iclasda iştirak etməyən, yəni özünü müdafiə edə bilməyən bir adamı işdən çıxarmaq olarmı? Bu ədalətdirmi? Bir halda ki, bu yazının qəzetdə işıq üzü görməsində yalnız Məmməd Arazın yox, elə qəzetin digər yaradıcı kollektivinin də günahı vardır. Bu doğru deyildir!
Xalq yazıçısı Sabir Əhmədlinin iclasdakı tənqidinə, müdafiəsinə baxmayaraq, Məmməd Arazı işdən çıxarırlar. Bu hadisə onun səhhətinə ciddi təsir göstərir. Və Məmməd Araz parkinson xəstəliyinə tutulur. Ömrünü bu xəstəliklə başa vurur… Allah hər ikisinə rəhmət eləsin…
Mənbə və müəllif: Məcid Rəşadətoğlu
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında