“Ortaq dilin və elmi təfəkkürün yüzillik yolu”

“Ortaq dilin və elmi təfəkkürün yüzillik yolu”
10 fevral 2026-cı il tarixində Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Bakı Birinci Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.
Tədbirdə ədəbiyyatşünaslar, dilçi alimlər, tədqiqatçılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxışlarda 1926-cı ildə keçirilmiş Birinci Türkoloji Qurultayın türk xalqlarının elmi, mədəni və ictimai həyatında oynadığı mühüm rol, ortaq dil və əlifba məsələlərinin müzakirəsi, eləcə də qurultayın Azərbaycan elmi fikrinin formalaşmasındakı tarixi əhəmiyyəti xüsusi vurğulanıb.
Qeyd olunub ki, Bakı Qurultayı yalnız bir elmi toplantı deyil, həm də türkoloji düşüncənin institusional əsaslarının möhkəmləndirilməsi baxımından mühüm mərhələ idi. Bu mötəbər tədbirin 100 illiyinin qeyd olunması milli-mənəvi irsimizə, dil və ədəbiyyat tariximizə ehtiramın ifadəsidir.
Konfrans çərçivəsində məruzələr dinlənilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, gələcək tədqiqat istiqamətləri barədə təkliflər səsləndirilib.
Tədbir iştirakçıları Bakı Birinci Türkoloji Qurultayının ideyalarının bu gün də aktuallığını qoruduğunu bildirərək, ortaq elmi-mədəni platformaların genişləndirilməsinin vacibliyini qeyd ediblər.

İlkin mənbə: www.azyb.az – AYB

Müəllif: Elvira Quluzadə-baş redaktor

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir