
ŞURNUXU QAPISI AZƏRBAYCANIN
Kim qoydu sərhəddi Qubadlı yöndən?
Bölündü yurd yerim o həmin gündən.
Uzadaq əlləri, açılsın öndən ,
Şurnuxu qapısi Azərbaycanın.
Qafan Sünik olmuş, Gorus da Qoris,
Xustuba söykənib əzəmətli Kirs,
Tarixə möhürdü, türkçülüyə irs.
Şurnuxu qapısi Azərbaycanın.
Gorus Qafan yolu edildi sərhəd,
Kəpəsin üstünün qülləsi ibrət,
oldu iztirablı, intizarlı dərd ,
Şurnuxu qapısı Azərbaycanın.
Zəngəzur qəribdi öz torpağında,
İllərdi çırpınır el sorağında,
Bizləri qoymasın yurd fərağında,
Şurnuxu qapısı Azərbaycanın.
Açılsın Mehridən yol Naxçıvana,
Gedək Qubadlıya, həm Zəngilana,
Gəlincə dönməsin Seytas dalana,
Şurnuxu qapısı Azərbaycanın.
Bilirəm o günə daha az qalıb ,
Ya elə, ya belə olarıq qalib ,
Açılar Turana olunca talib,
Şurnuxu qapısi Azərbaycanın.
10. 06.2026
Müəllif: Təvəkkül GORUSLU
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında