Kateqoriya arxivləri: ADİLƏ NƏZƏR

İSMAYIL İMANZADƏNİN UŞAQ ŞEİRLƏRİ HAQQINDA – ADİLƏ NƏZƏR

İSMAYIL İMANZADƏNİN UŞAQ ŞEİRLƏRİNDƏN İBARƏT “HƏR ÇƏMƏNDƏN BİR ÇİÇƏK” KİTABINA ÖN SÖZ

Sivilizasiyalar arasındakı əsas fərqlərdən biri də uşağa baxışdır. Uşaqlar bizim dünyamızda həmişə məsumluğun təcəssümü kimi qəbul ediliblər. Onlar böyüklərdən fərqli (bəzi aspektlərdə daha zəngin) bir varlıq olduqlarına görə, həmişə onlara müraciət etməyin yeni yolları axtarılmışdır. Belə ki, dövr dəyişdikcə uşaqlar üçün yeni nəşrlərə də ehtiyac yaranır.

Uşaq şeirləri yazmaq üçün uşaqların dünyasını araşdırmaq, onların saf, zəngin və rəngarəng aləmini tanımaq, xəyallarındakı “arzularını” bilmək lazımdır. Bu, təmiz və ya ən azı kin, ehtiras və ya dünyəviliklə çirklənməmiş bir dünyanın qapılarını açmaqdır ki, şair İsmayıl İmanzadənin şeirlərindən onun bu aləmə yaxın olduğu görünür. 

Şairin təqdim etdiyi “Hər çəməndən bir çiçək”kitabında toplanan şeirlərin əksətiyyəti vətən, bayraq, ana, təbiət  mövzusundadır. Elə buradan da görünür ki, şairin bu sahədə yazması uşaqlarda vətənə, bayrağa, təbiətə, yaxşılığa meyl oyatmaq, əxlaqi təkliflər vermək, həmçinin onların bilikli və zəngin dünyagörüşə malik bir vətəndaş kimi yetişməsinə kömək etmək məqsədi daşıyır.

İ.İmanzadənin şeirlərində maraq hissi, yaşamaq sevinci, vətən sevgisi, xeyirxahlığın, sevginin zəruriliyi kimi mövzular uşaqların tam anlayacağı sadə dillə işlənmişdir. Şairin “Adım Azərbaycandır”, “Gеrbim, Himnim, Bаyrаğım”, “Ana dilim”, “Azərbаycаn bаyrаğı”, “Babamın atı”, “Yurd sevgisi”, “Ana laylası”, “Əlifba” kitabım”, “Payızda açan çiçək”, “Yurd daşı, vətən daşı”,  “Tumurcuq,  “Qarışqalar”, “Günəbахаn”, “Sərçə”, “Kəpənək” və s. şeirləri canlı və təsirli hadisələr danışır. “Daş” şeirinin bir bəndinə nəzər salaq:

Nərdivаndı, sütundu –

Qаlаdı, səngərdi dаş.

Düşmənin qаrşısındа

Qаyа şəklinə düşən

Yenilməz əsgərdi dаş.

Bəlkə də, təqdim edilən şeirlərin bəziləri on-on beş il öncə uşaqlara aid edilməzdi, amma dövrümüz kompüter əsridir və bugünün uşaqları daha erkən yaşlarda daha dərin bilgilərə sahibdirlər. Bir dəyərli atalar sözü var: “Ağac yaş ikən əyilər.” Bu baxımdanşairin vətənpərvər ruhda yazdığı şeirlər, o cümlədən “Xarıbülbül” şeiri uşaqların altşüurunda vətən sevgisini formalaşdırır.

Xarıbülbül

Yurdumuzun

Naxışıdır,

Xarıbülbül

Şəhid ruhu,

Göz yaşıdır.

Və ya “Adım Azərbaycandır” şeirində deyir:

“Qavaldaş”da dil açan

Sirli alın yazımdı.

Gerbim, himnim, bayrağım

Varlığımdı, arzumdu.

 Göründüyü kimi, İ.İmanzadə şeirlərində tam və yarım qafiyələrdən istifadə edib, heca vəzninə üstünlük verib. Hətta hər misrası 4 hecadan ibarət şeirləri də var ki, bu, uşaqların əzbərləməsi üçün çox asan və məqsədəuyğundur.

Şair “Balaca bağban”, “Xalça”, “Çoban” və s. kimi şeirlərində ifadənin təsirli olması üçün sərbəst şeirin imkanlarından da istifadə etmişdir.

“Balıqlar” şeiri dialoq şəklində yazıldığı və mətndə balıqların adları çəkildiyi üçün uşaqlara daha maraqlı gəlir. Onlar şeirlə birgə balıqların növlərini də öyrənmiş olurlar. Bu, bir növ uşaqların həyatı öyrənmək kəşfidir.

       Şairin “Qаrаtikаn” və “Novruzgülü” şeirləri uşaqların düşüncə aləminə iki­qütb­­­lü dünyanın mənzərəsini çəkir, onlara yaxşı və pisi, xeyiri və şəri göstərir. Uşaqlar öyrənirlər ki, “yaxşı” həmişə qalib gəlir, “pis” isə layiq olduğu cəzanı alır. Beləliklə, uşaq identifikasiya yolu ilə öz üstünlüklərindən yaxşılığa istifadə etməyə yönəldilir.

İ.İmanzadənin şeirləri uşaqlara həm keçmişimizi – ənənələrimizi öyrədir, həm də yeni dünyanın rəngarəngliyini təqdim edir. “Köşək” şeirində uşaqlar dəvə balası ilə tanış olurlar.

Əlim boyuna çatmaz,

Yenilməyən gücü var.

Belində mütəkkəyə

Bənzəyən hürgücü var.

… Çox mehriban, əzizdir,

Nə  savaş bilir, nə cəng.

Bilirəm böyüyəndə

Nər olacaq bu köşək!

“Təbiət  lövhələri” şeirində şair təbiətə xas olan motivləri simvollaşdırır.  Küləyin səsinin quzu mələməsinə bənzədilməsi, şaxtanın yaratdığı ecazkar naxışların təsviri, şimşəyin odlu olmasına rəğmən heç kimin o oddan istifadə edə bilməməsi, buludun köynəyini qurutma məqsədilə dağ başına qalxması fikri bədii təsvir, peyzaj yaratmaqla, uşaqların ədəbiyyatla ilkin tanışlığını təmin edir.

Küləyə bах, küləyə –

Аz qаlır ki, bаyırdа

Quzu kimi mələyə.

Şахtаyа bах, şахtаyа –

Bu gеcə gizli-gizli

Nахış vurub tахtаyа.

Şimşəyə bах, şimşəyə –

Pаy vеrməyib оdundаn

İndiyəcən kimsəyə.

Buludа bах, buludа –

Qаçır ki, dаğ bаşındа

Köynəyini qurudа.

“Tuncayın tikdiyi ev” şeirində şair xeyirxah münasibətin üstünlük təşkil etdiyi altı-yeddi yaşlı uşaqların həssaslığını əks etdirir. Tuncay çəkdiyi şəkilə fərqli məna verir və onu həqiqi evə çevirir.

Tuncay öz albomunda

Rəngli ev şəkli çəkdi.

Yamyaşıl “həyət”də də

Həm ağac, həm gül “əkdi”.

Sonuncu bənddə “…Tuncay dedi: -Aysuya Verəcəyəm şəkli mən.” – deyən uşaq ətraf aləmin predmetinə və hadisələrinə, insanların həyatına təsir edəcəyinə inanır. Bu animizmdir, “Kirayədə qalırlar, Öyrənmişəm özündən.” isə uşağın eqosentrik münasibətinin əksi sayıla bilər.

Nümunələri çox artıqmaq olar, amma bir neçə nümunədən də görünür ki,

İ.İmanzadənin sayca 29-cu, o cümlədən, uşaq şeirləri olaraq 4-cü olan bu kitabı uşaqların marağına səbəb olduğu qədər, ibtidai sinif və baxça müəllimlərinin də diqqətini çəkəcəkdir.

Qeyd: Ölkəmizdə uşaq ədəbiyyatı müəyyən səbəbdən həmişə müzakirə obyekti olub, amma nəzərə almaq lazımdır ki, bu mövzu yüksək inkişaf etmiş ölkələrdə ixtisasa çevrildikdən sonra, uşaq ədəbiyyatı yaratma prosesini sürətləndirmişdir.

Müəllif: Adilə NƏZƏR

Filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

>>>AŞIQ ƏLƏSGƏR >>>DƏDƏ ƏLƏSGƏR

İSMAYIL MƏRCANLI İMANZADƏ

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

NƏZAKƏT XANIM ADİLƏ NƏZƏRƏ ZİYADAR DİPLOMUNU TƏQDİM EDİR

ADİLƏ NƏZƏR “BİR OVUC GÜN İŞIĞI” KİTABINI TƏQDİM EDİB

YAZARLAR

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ADİLƏ NƏZƏR “BİR OVUC GÜN İŞIĞI” KİTABINI TƏQDİM EDİB

ADİLƏ NƏZƏRİN YAZILARI

Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan”  zalında tanınmış alim, şair Adilə Nəzərin “Bir ovuc gün işığı” adlı yeni kitabını təqdimatı olub. Tanınmış qələm adamlarının iştirakı ilə baş tutmuş tədbirdə “Yazarlar” jurnalının İctimaiyyətlə əlaqələr üzrə meneceri  Nəzakət KƏRİMOVA-ƏHMƏDOVA yazarlar adından müəllifə “Ziyadar” diplomunu təqdim edib. Fotolar:

“Ziyadar” diplomu
Adilə Nəzər

“YAZARLAR” olaraq, Adilə xanımı bu münasibətlə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Uğurlarınız bol olsun, Adilə xanım!

YAZARLAR

ADİLƏ NƏZƏRİN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ADİLƏ NƏZƏR – ŞEİR ÜZLÜ DÜNYA…

ADİLƏ NƏZƏR

ŞEİR ÜZLÜ DÜNYA…
İçimdə min şeir var,
Min-min çiçəyə-gülə,
Min-min dosta-tanışa.
Ürəyimin diliylə,
Hər misrası danışan.
Üzləri üzüm kimi,
Gözləri gözüm kimi…
* * *
İçimdə min şeir var,
Alovlarla oynayan.
Dənizlərlə qabaran.
Məni mənə gətirən,
Məni məndən aparan.
Mən bu şeirlərimlə
Zamanı unuduram.
Mən bu şeirlərimlə,
Batabatın, Göygölün,
Əlincənin, Kəpəzin
Havasını uduram.
* * *
Ayrılır heca-heca,
Ayrılır misra-misra
Ayrılır ürəyimdən
Ayrılır şeirlərim –
Neçə qola ayrılır,
Neçə cığıra-izə,
Neçə yola ayrılır.
Qalmır məndə mənəmlik
Qopur heçim köçümdən..
Şeirlər qatar kimi
Gəlib-keçir içimdən.
* * *
Mən öz şeirlərimdə,
Büllür buz bulaqları,
Axar çayı sevirəm,
Qarlı qışı sevirəm,
Qızmar yayı sevirəm.
Qızıl saçlı Günəşi
Solğun Ayı sevirəm.
.. İçimdəki səmada
Ulduzlar yanır-sönür.
Bügün də bir şeirlə
Dönürəm,
dünya dönür…

Müəllif: Adilə NƏZƏR

ADİLƏ NƏZƏRİN YAZILARI

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AKİF ABBASOV – ADİLƏ NƏZƏR YARADICILIĞINDA VƏTƏN, VƏTƏNPƏRVƏRLİK MÖVZUSU

ADİLƏ NƏZƏRİN YAZILARI

ADİLƏ NƏZƏR YARADICILIĞINDA VƏTƏN, VƏTƏNPƏRVƏRLİK

                                                 MÖVZUSU

Müqəddəs hiss – vətənpərvərlik! Doğma yurda, torpağa, bayrağa, ocağa  məhəbbət! Vətənin taleyi üçün narahatçılıq hissi keçirmək! Vətənin maddi və mənəvi sərvətlərinə, zəhmətkeş və fədakar insanlarına, elm, mədəniyyət, incəsənət xadimlərinə, vətənin dünya şöhrətli tarixi şəxsiyyətlərinə görə iftixar və qürur hissi yaşamaq!

Budur vətənpərvərlik!

Vətənpərvərlik, Vətənə bağlılıq, Vətən eşqi insanın damarlarına çökür, qanına qarışır. Biz, hər birimiz doğma adamlarımıza bəslədiyimiz duyğuları  eyni zamanda Vətənə münasibətdə ifadə edirik.

                   Vətən mənə oğul desə, nə dərdim,

                   Mamır olub qayasında bitərdim. (Məmməd Araz)

Şairə Adilə Nəzər isə deyir:

                    Günəş olmaq istəyirəm, Vətən!

                    Hər səhər üzünə işıq gətirim deyə.

                   Qarış-qarış torpağına

                   İsti nəfəs ötürüm deyə .

                   Gözlərin olmaq istəyirəm, Vətən!

Adilə Nəzər niyə Vətənin gözləri olmaq istəyir? Bu suala “Vətən” şeirində özü  cavab verir: dünyanın gərdişini, əyrini, düzü,  yaxşını, pisi görmək üçün:

                   Öz şərəfsizliklərini,

                   Görməmək üçün gözlərini bağlayanları,

                   Gözlərimdən itirim deyə!

Adilə Nəzər öz şeirlərində bir çox sosial problemləri, adət-ənənləri, inancı, sevgi, məhəbbət mövzularını şair səriştəsi ilə qələmə alıb. Fəqət vətənpərvərlik, Vətən onun ən çox müraciət etdiyi mövzulardandır. Mən deyərdim ki, bu xanım, bu vətənpərvər şair Vətənə qırılmaz tellərlə çox bağlıdır. 

Bu yazımda mən onun digər gözəl şeirləri üzərində deyil, yalnız Vətən soraqlı, vətən sevgili şeirləri üzərində dayanmaq istəyirəm.

Adilə Nəzər filologiya üzrə fəlsəfə doktorudur. Bir neçə elmi kitabı işıq üzü görüb, bu istedadlı xanım eyni zamanda bir sıra şeir kitablarının nəşrinə də nail olub və həmin əsərlərdə vətənpərvərlik, Vətənə məhəbbət, ölkəmizin gözəllikləri, xeyirxahlıq, səmimiyyət,  şəxsiyyətlərarası qarşılıqlı gözəl münasibətlər, dostlar, sevgənlər arasındakı məhəbbət sevə-sevə vəsf olunub. Mənfi hallar, naqis tərbiyə üsulu tənqid olunub, düşmənə nifrət hissi alovlanıb.

Biz Adilə Nəzərin Vətən, vətənpərvərlik, yurda bağlılıq, Vətənin müdafiəsi ilə bağlı şeirlərini iki yerə ayırardıq. 2020-ci ilin 27 sentyabrına qədər olan dövr  (torpaqlarımızın işqal altında olduğu illəri əhatə edən, qəm-qüssəli dövr, nisgilli bir yaşantı); 2020-ci il sentyabrın 27-dən, xüsusən noyabrın 8-dən, 10-dan sonrakı bir dövr (zəfər, qələbə, sevincli günlər).                

Adilə Nəzər bir zamanlar ərazisinin beşdə bir hissəsi işğal altında olan Vətənin ağrı-acısını yaşayır, lakin özünü ələ alaraq ona ürək-dirək verirdi:

                   Gün gələcək səbrim qalxıb coşacaq,

                   Nifrətin sel olub aşıb-daşacaq.

                   Bağlı olan bütün sədlər aşacaq,

                   Mübarizə qürur verər millətə!

Adilə xanım sözlərində haqlı idi. “Mübarizə qürur verdi millətə.” Vətən deyilən Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Füzulu, Qubadlı, Zəngilan silkələnib ayağa qalxdı.  Qarabağ  Azərbaycan idi, Azərbaycan oldu.

30 ilə yaxın idi ki, torpaqlarımız erməni-faşist işğalçılarının əsarəti altında idi. Bu, hər bir azərbaycanlı kimi Adilə xanımın da dincliyini, rahatlığını əlindən almışdı. Yana-yana deyirdi:

                  Bilərək Vətənin can olduğunu,

                   Heyif ki, asanca itirdik onu.

                   Bu zülmün-zillətin yoxmu bir sonu?

                   Sən özün bir əlac eylə, Allahım!

Adilə xanım bu sətirləri 2012-ci ildə yazmışdı. Allah onun haqq səsini eşitdi, səsinə səs verdi.

44 günlük Vətən müharibəsi ötən il uğurla başa çatdı. Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı və müzəffər ordumuzun fədakarlığı, cəsurluğu və igidliyi ilə düşmən – erməni ordusu darmadağın edildi. İşğal altında olan torpaqlarımız – şəhər, rayon və kəndlərimiz azad olundu.

Bütün vətənpərvərlərimiz, soydaşlarımız  kimi  Adilə xanımın da sevincinin həddi-hüdudu olmadı.

         Şair torpağın qədrini bilməyi, hər zaman ayıq-sayıq olmağı, yurdu-yuvanı qorumağı vacib sayırdı. Şairin şeirlərində dediyi bu idi ki, vara-dövlətə uyub arxayınlaşmayın, Vətənin qədrini bilin. Torpaq, ərazi əldən gedəndə xoşbəxtlik də yoxa çıxır, var-dövlət də:

                   Sevinməyin boş yerə,

                   Malınıza, pulunuza,

                   Hələ kim olacağını

                   Bilmədiyiniz övladınıza.

                   Heç kimin olmayacaq bu dünya,

                   Siz uymayın tamaha.

Bunları diqqət mərkəzinə gətirən şair axırda aşağıdakı qənaətə gəlir:

                   Qürurunuz, bayrağınız,

                   əbədi yatdığınız

                   torpağınız olacaq.

                   Qoruyun bu torpağı,

                   Qoruyun Qarabağı.

           Yaman günün ömrü az olar deyərlər. Bu yaman günün ömrü amma uzun çəkdi – 28 il. Fəqət “Ədalət zəfər çaldı!”  Azərbaycan diplomatiyası, Azərbaycan ordusu qələbə qazandı. Azğınlığı, vəhşiliyi, qəddarlığı, xəyanətkarlığı, satqınlığı, yaltaqlığı, namərdliyi ilə Yer üzündə misli-bərabəri olmayan düşməni – erməni faşist işğalçılarını diz üstə çökdürdük.

Qüssə-kədəri bir yana atıb sevinc donuna bürünən Adilə Nəzər qələmə sarılıb  “Bu zəfər bizimdir” şeirində yazdı:

Bilir yalçın qaya, bilir Babadağ,

Bu zəfər bizimdir, bu zəfər bizim.

Gözün aydın olsun, anam Qarabağ,

Bu zəfər bizimdir, bu zəfər bizim.

Qarabağsız necə gülüm?- deyirdi,

Uşaq, böyük “bitsin zülüm” deyirdi.

“Ya Qarabağ, ya da ölüm” deyirdi..

Bu zəfər bizimdir, bu zəfər bizim.

Vətən bütövləşdi. İnsanlarımızın gözləri güldü,  sevinc, xoşbəxtlik tapdılar. Şanlı ordumuza alqış dedilər. Adilə Nəzər kimi:

Yeni tarix yazdın – zəfər qazandın,

Şuşa qalasını fəth etdin, əsgər.

Başın uca olsun, ay gözüm, canım,

Sayəndə güləcək Azərbaycanım,

Vüsala yetişdi könül sevdası,

                              Gəldi Qarabağın o xoş sədası.

                                                           (“Azərbaycan əsgərinə” şeirindən)

    2020-ci il dekabrın 10-da Azadlıq Meydanında Zəfər bayramı qeyd olundu. Minlərlə insan meydana axışdı. Ordumuzun paradı keçirildi.

Bu il Zəbər Bayramında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cumhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan çıxış edib qələbə münasibətilə xalqımızı təbrik etdilər.

             Adilə Nəzər də bu böyük günün şəninə“Zəfər günü Bakı Bulvarı” şeirini yazdı:

Bu gün Bakı bulvarı Zəfər rəngində idi.

Köklənmişdi hər yerdə “Cəngi”yə sazın simi,

Axırdı insan seli coşqun dağ çayı kimi.

Kimi təlaşlı idi, əlində şanlı bayraq,

Kimi xəyallarında ovuclayırdı torpaq…

         Adilə Nəzərin Vətən mövzulu şeirləri saysız-hesabsızdır. Onların hamısını diqqət mərkəzinə gətirmək imkanımız xaricindədir. Onun “Vətən, sənin köksündə gül tək bitəm” şerinə müraciətlə bu istedadlı şairə uğurlar diləyirəm:

                            Keşiyində bir ömür ayıq və sayıq olam,

Qoruyam öz yurdumu, canıma tən saxlayam.

Gərək gözümün üstə, şanına layiq olan,

Azərbaycan adında ana Vətən saxlayam.

Adilə Nəzər şeirinə, şeiriyyətinə hörmətlə, Akif ABBASOV
Pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim.

ADİLƏ NƏZƏRİN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru