Kateqoriya arxivləri: Azərbaycan Dövlət Tərcümə Mərkəzi

Ustaclı oğlu, Ustacam!

ZAUR USTACIN YAZILARI

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Ustaclı oğlu, Ustacam!
Gözlərimin alalığı,
Ulu Göycəmdən ərmağan.
Ərdəbilin naləsidir,
Ruhum həp eylədi fəğan.
* * *
Yarı Qarqar, yarı Əfkər,
Şəhriliyəm; şaham, tacam!
Şah İsmayıl silahdaşı,
Ustaclı oğlu, Ustacam!

19.12.2021. Bakı ş.

  Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Dövlət Tərcümə Mərkəzi “DƏF(İ)NƏ YARPAĞI” müsabiqəsinin növbəti turunu elan etdi

Azərbaycan Dövlət Tərcümə Mərkəzi (aztc.gov.az)

Azərbaycan Dövlət Tərcümə Mərkəzi

Dövlət Tərcümə Mərkəzi “DƏF(İ)NƏ YARPAĞI” müsabiqəsinin növbəti turunu elan etdi (aztc.gov.az) :
Azərbaycan Dövlət Tərcümə Mərkəzi ölkədə bədii tərcümə sahəsinin təkmilləşdirilməsi və dəyərləndirilməsi məqsədi ilə hər beş ildən bir keçirilən “DƏF(İ)NƏ YARPAĞI” müsabiqəsinin növbəti turuna start verdi.
“DƏF(İ)NƏ YARPAĞI” müsabiqəsi
Müsabiqənin şərtləri
* Müsabiqəyə 2020–2021-ci il orijinaldan Azərbaycan dilinə tərcümə edilmiş kiçik həcmli nəsr və poeziya nümunələri qəbul edilir:
nəsr əsərləri – 20.000 işarəyə qədər;
poeziya nümunələri – 100 misra;
* hər nominasiya üzrə mükafatın bir müəllifə və bir əsərə təqdim edilməsi nəzərdə tutulur;
* bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər;
* müsabiqədə iştirak edən namizədlərə yaş məhdudiyyəti yoxdur;
* əsərlər oktyabrın 1-dən, dekabrın 20-sinə qədər qəbul edilir;
* müsabiqə qaliblərinin adlarının 2022-ci il martın 5-də keçiriləcək mükafatlandırma mərasimində elan olunacağı nəzərdə tutulur.
Müsabiqənin gedişatı
* Müsabiqəyə təqdim edilən əsərlər ilkin mərhələdə müəllifin adı gizli saxlanılmaqla, nömrələnmiş qaydada Ekspert Şurasına təqdim olunur. İkinci mərhələyə – 20-liyə çıxan əsərlər Mükafat Komissiyasının müzakirəsinə verilir;
* əsərlərin dəyərləndirilməsi 5 – 10 bal sistemi üzrə həyata keçirilir;
* Ekspert Şurası və Mükafat Komissiyası üzvlərinin adları mükafatlandırma mərasiminə qədər gizli saxlanılır;
* qaliblər diplom, döş nişanı və pul mükafatı ilə təltif olunur.
Müsabiqənin mükafat fondu
Nəsr üzrə
I yer – 2000 (iki min) manat
II yer ­ – 1000 (min) manat
III yer – 500 (beş yüz) manat
Həvəsləndirici mükafat – 300 (üç yüz) manat.
Poeziya üzrə
I yer – 2000 (iki min) manat
II yer ­ – 1000 (min) manat
III yer – 500 (beş yüz) manat
Həvəsləndirici mükafat – 300 (üç yüz) manat.
Əsərlərin göndərilmə qaydası
* əsərlər, müəllifin digər tərcümə nümunələrinin siyahısı və nəşr mənbəyi bildirməklə, elektron poçtu vasitəsi ilə, yaxud kağız
formatında 5 nüsxədə təqdim edilməlidir;
* əsərin Azərbaycan dilinə hansı dildən tərcümə edildiyi qeyd olunmalıdır;
* müsabiqə şərtlərinə əməl olunmadan təqdim edilən əsərlər geri qaytarılır.
Əlavə sənədlər
* şəxsiyyət vəsiqəsinin surəti;
* müsabiqə iştirakçısının əlaqə nömrəsi.
Ünvan: Bakı şəhəri, Ə.Topçubaşov küçəsi 74
Email: musabiqe@aztc.gov.az
Telefon: (012) 595 10 69
Mob: (055) 988 89 30 (votsap)

İlkin mənbə: aztc.gov.az

Müəllif: Azərbaycan Dövlət Tərcümə Mərkəzi


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru