Kateqoriya arxivləri: BƏXTİYAR ABBAS İNTİZAR

BƏXTİYAR ABBAS İNTİZAR

BƏXTİYAR ABBAS İNTİZARIN YAZILARI

DÜYMƏSİZ ŞEİR
Burda sevgilərə yer verilməyib,
Burda seçilməyin adı da yoxdu.
Hamı özbaşına gəzir, dolanır,
Qəhərin, sevincin dad da yoxdu.
* * *
Ağac yarpaqlayır, çiçəklər açır,
Mələksiz oyanır torpaq hər səhər.
Üzünə çırpılır şər küləkləri,
İçdiyin irindi, yediyin zəhər.
* * *
Söhbət quru nəfəs, baxış büt kimi,
Özün də əriyib ruha dönürsən.
Səsin yetişməyir kar qulaqlarıa,
İçində səyriyib xəlvət dinirsən.
* * *
Yanından ötənlər görünür kifir,
Özünə baxanda kafir olursan,
Dəyişir əhvalın gündə neçə yol,
Nə qala bilirsən, nə bir ölürsən.
* * *
Şükür eləməli qalmayıb heç nə,
Vaxtı öldürürük əcəl xətrinə.
Belə də tənhalıq olarmı, Allah,
Qaçmıram həyatdan macal xətrinə.
Müəllif: Bəxtiyar ABBAS İNTİZAR

BƏXTİYAR ABBAS İNTİZARIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru