Kateqoriya arxivləri: BUDAQ TƏHMƏZ

Şair Ramiz İsmayılın “Ömür dastanının qıfılbəndləri” adlı kitabı çap olunub.

Şair Ramiz İsmayılın  “Ömür dastanının qıfılbəndləri” adlı kitabı çap olunub. Vaxtilə “Mingəçevir işıqları” və  “Oqni Minqeçaura” qəzetlərinin, Mingəçevir yerli radio verlişləri  redaksiyasının fəal ictimai müxbiri olan R.İsmayıl şeir yaradıcılığı ilə yanaşı nəsrdə də bir çox ədəbi nümunələr yaradıb. “Payızda xatırla məni” adlanan ilk kitabı 2000-ci ildə işıq üzü görüb. “Gözü yolda qalan var” sənədli povesti birinci Qarabağ müharibəsi dövründə Xramorddakı Qriqorian kilsəsində bir həftəyə yaxın erməni “boevikləri” ilə təkbaşına vuruşan Natiq Səlim oğlu Qasımovun  döyüş yolu və həyatından bəhs edir. “Ömür dastanının qıfılbəndləri” kitabı isə şair-publisist, Məmməd Araz mükafatı laureatı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Budaq Təhməz haqqındadır.  “Şair ürəyi”, “Mən vətənin oğluyam”, “Vətən dərdi”, “Çətin dövran əzə məni”, “Ötən günlərim” və digər kitabların müəllifi B.Təhməzin Türkiyə və İran mətbuatında da şeirləri çap olunmuşdur. R.İsmayıl  şair dostunun həyat yolunu, yaradıcılığını, dostluqlarının ilk tarixini, ədəbi söhbət və müzakirələrini oxuculara geniş şəkildə çatdırır. Kitabda hər ikisinin qıfılbəndləri ilə yanaşı B.Təhməzin ayrı-ayrı vaxtlarda qələmə aldığı deyişmələr və ömrünün müəyyən məqamlarını əks etdirən fotoları da yer alıb. Şairin səksən beş illik yubileyi münasibətilə yazılan, “İmza” Nəşrlər evində  ərsəyə gətirilmiş kitabın ön söz müəllifi yazıçı, “Xəzan” jurnalının redaktoru Əli bəy Azəridir.

MƏLUMATI HAZIRLADI: PƏRVANƏ BAYRAMQIZI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI



GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Qarabağ sinəmdə açılan şırım” – Şair Budaq Təhməzin yaradıcılığı haqqında

ƏLLİ BEŞİNCİ YAZI

“Qarabağ sinəmdə açılan şırım”

Şair Budaq Təhməzin yaradıcılığı haqqında

“Qarabağ sinəmdə açılan şırım,
Xocalı köksümə düşən ildırım.
Mən bu ağır yükü necə qaldırım?
Tapdaq altındadır Kəlbəcər, Şuşa,
Vətən oğulları qalxın döyüşə!”

Salam olsun, çox dəyərli oxucum! Bilirəm ki, söhbətə yazılarıma xas olmayan bir üslubda başlamaqla sənin təəccübünə səbəb oldum. Ancaq bu cür misralar günümüzdə elə salama bərabərdir. Bəlkə də bir neçə mərtəbə ondan yüksəkdə dayanır. Hələ illər öncə “Qarabağ sinəmdə açılan şırım, …” – deyə dünyaya haray salan Budaq Təhməzin “Vətən oğulları” şeirində qaldırdığı ağır yüklü problemlərin bir çoxu artıq həllini (Şuşa, Kəlbəcər indi azaddır) tapsa da, ancaq Xocalı kimi yaralarımızın sadəcə üstü qaysaq bağlayıb. Qaysaq altında irinləmiş bu yara hər gün daha şiddətlə sancır. Yaşadığımız son günlərdə rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə baş verən özbaşınalıqlar bunu bir daha sübut edir. Budaq Təhməz yaradıcılığı bu kimi konkret faktlarla öz aktuallığını, zamanla səsləşməsini sübut etsə də onun qələmindən həyat qazanmış kəlamları, fikirləri məhdud zaman çərçivəsi ilə məhdudlaşdırmaq düzgün olmazdı. Geniş şərhə keçməzdən əvvəl istərdim ki, Budaq Təhməzlə yaxından tanış olaq.
QISA ARAYIŞ
Budaq Təhməz 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kəndində anadan olub. Naxçıvan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirib. 1970-ci ildə yaradıcılığa başlayıb. Şərurda ”İşıqlı yol” qəzetinin nəzdində ”Şərur qönçələri” ədəbi dərnəyinin yaradıcılarından və təşkilatçılarından biri olmaqla yanaşı həm də uzun illər dərnəkdə fəaliyyət göstərib.
”Aşıq Nabat” kitabının tərtibçisi olmuş Budaq Təhməzin şeirləri Türkiyə və İran mətbuatında dəfələrlə çap olunub. ”Mən vətənin oğluyam”, ”Şair ürəyi” və ”Kəndimizə bir qız gəlib şəhərdən” şeirləri Türkiyə türkcəsinə uyğunlaşdırılaraq Türkiyə ”Ədəbiyyatçılar və kültür adamları” ensiklopediyasında dərc edilib. Silsilə şeirləri filologiya elmləri namizədi Şamil Zaman tərəfindən fransız dilinə tərcümə olunub. Bir çox şeirinə musiqi bəstələnən şair aşıq və folklor yaradıcılığı barədə bir çox elmi məqalələrin müəllifidir. “Şair ürəyi”, “Mən vətənin oğluyam”, “Vətən dərdi”, “Çətin dövran əzə məni”, “Ötən günlərim”, “Gəmiqayaya salam”, “Qönçəbəyim”, “Naxçıvandan doğan Günəş” və s. kitabların müəllifi, “Qarabağ sinəmdə açılan şırım” şeirlər kitabının həmmüəllifi, “Aşıq Nabat” kitabının isə tərtibçisidir. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü olan Budaq Təhməz bir neçə şeir müsabiqəsinin qalibi olmuş, Azərbaycan Azad Qələmlər Cəmiyyətinin ”Qızıl qələm” mükafatına, milli mənəvi dəyərlərimizin və Məmməd Araz poeziyasının təbliğində göstərdiyi xidmətlərə görə ”Məmməd Araz mükafatı laureatı” diplomuna layiq görülüb. Budaq Təhməz 2022-ci ildə ”Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə verilən  ”Ziyadar”  mükafatı ilə təltif olunub. Şair  hal-hazırda Bakı şəhərində yaşayıb yaradır.

QƏLƏM DOSTLARI ONU NECƏ XARAKTERİZƏ EDİR?

Söhbətimizi elə qaldığımız yerdən davam etdirək. Qeyd etdik ki, şairin müraciət etdiyi mövzular həmişə aktual və düşündürücüdür. Bu özlüyündə o deməkdir ki, Budaq Təhməz zamanın fövqündə dayanan laməkan qələm adamıdır. Şair təbiət gözəlliklərinə, yurd yerlərinə, tanınmış insanlara əsərlər həsr etsə də, yaradıcılığının əsas mövzusu ”Vətən mövzusu” olmuşdur. Keçən əsrin 70-ci illərində bir çox yazıb yaradanlar kimi Budaq Təhməzin də mövzularından biri Cənubi Azərbaycan haqqında olmuşdur :

O tayın qeyrətin çəkməliyəm mən,
Ayrılıq odundan gözüm dolubdur.
Bakı da Vətəndir, Təbriz də Vətən,
Kim deyir günahkar Araz olubdur?”

… və təbii olaraq mövzu bu gün də aktualdır. Bütün bunlar bir daha yuxarıda qeyd etdiklərimizi təsdiqləyir. Budaq Təhməz sözünün qüdrətini göstərir. Şairin böyük söz, qələm adamı olmasını isbat edir.
Şairin ”Şərurum”, ”Darı dağ”, ”Maxta”, ”Siyaquta qayıtmışam”, ”Ordubadı gəzərkən”, ”Arpaçayı aşdı-daşdı”, ”Naxçıvan torpağı”, ”Axura” və s. şeirlərində Azərbaycanın ayrılmaz torpağı olan Naxçıvanın gözəlliyi tərənüm edilir.
Müasirləri, onu yaxından-uzaqdan tanıyan, qələminə bələd olanlar başqa-başqa vaxtlarda Budaq Təhməz sözü barədə öz fikirlərini bildiriblər.Gəlin onlardan da bir neçə nümunə ilə tanış olaq.
Budaq Təhməzin yaradıcılığı barədə əməkdar elm xadimi, akademik Bəkir Nəbiyev ”Kommunist” qəzetinin 25.10.1983-cü il tarixli sayında, habelə akademik İsa Həbibbəyli onun şeirləri haqqında müsbət fikirlərini bildirmişdir. Filologiya elmləri doktoru Muxtar Kazımoğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Hikmət Mahmud, filologiya elmləri namizədi Sona Vəliyeva, Xalq şairi Balaş Azəroğlu, şair Rafiq Oday və başqaları şairin yaradıcılığı haqqında maraqlı fikirlər söyləmişdilər. Filologiya elmləri doktoru Muxtar Kazımoğlu yazır:
“Budaq Təhməzin yaradıcılığına şairlərimizdən ən çox Səməd Vurğunun təsiri var. Sözün səlis dildə şairanə ifadəsi təbii bir cazibə yaradır və bu cazibə hesabına Səməd Vurğuna bağlanan hər hansı şair (o cümlədən, şair Budaq Təhməz. B.İ.) istər-istəməz hadisələrə eynilə Səməd Vurğun üslubunda yanaşmağa başlayır”.
Geologiya-mineralogiya elmləri doktoru, professor Hikmət Mahmud isə şair Budaq Təhməzin yaradıcılığını belə qiymətləndirir:
“Budaq Təhməz öz fərdi üslubu ilə seçilən şairlərimizdəndir. Poeziya şairin taleyinə düşən alın yazısıdır. O, öz fikrini istənilən formada ifadə edə bilir.”
Filologiya elmləri namizədi Sona Vəliyeva şairin yaradıcılığına fəlsəfi nöqteyi-nəzərdən yanaşır:
“Vətən sevgisi, sərhəd genişliyinin üfüqlərinə gedən yolun başlanğıc nöqtəsi doğulduğumuz evdən, həyətdən, bölgədən başlayır. Ağlımız, təfəkkürümüz böyüdükcə Vətən sərhəddinin sevgi hüdudlarını da həmin ölçüdə dərk edirik. “Şərurum” şerinin işığında sadə bir insanın, duyğulu şairin boya-başa çatdığı yurduna məhəbbətini gördüm:

Arpaçayı sinən üstə yol eylər,
Tarlaların məhsulunu bol eylər,
Günəş baxar, üfüqlərdən əl eylər,
Əyilməyən dağ vüqarım, qürurum,
Doğma yurdum, anam mənim Şərurum.”

Xalq şairi Balaş Azəroğlu isə Budaq Təhməzə olan məhəbbətini belə ifadə edir:
“Mən Budaq Təhməzin söz dünyasına nəzər saldıqda hiss etdim ki, onun şeirləri də özü qədər səmimi və ürəyəyatandır. Onda ilhamlı bir şair ürəyi var, hər kəlməni, hər misranı ürəyinin süzgəcindən keçirərək yazır. Sözə qiymət verən oxucunu inandıran əsl söz adamıdır.”
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, tarix elmləri namizədi, NDP-nun ”Qeyrət”nəşriyatının direktoru işləmiş yazıçı Vaqif Məmmədov yazırdı:
“Böyük Mövlanın bir kəlamı var: – “Ya göründüyün kimi ol, ya olduğun kimi görün…” Mən tam səmimiyyətlə deyərdim ki, Budaq olduğu kimi görünən və göründüyü kimi olan şairdir. Budaq bir sifətli insandır.O, yarım əsrdən çoxdur ki, şeirimizin əli qabarlı fəhləsi kimi bu yolda külüng vurur. Mənim Budaq Təhməz yaradıcılığına bir tədqiqatçı kimi, folklorumuzun, xalq yaradıcılığımızın, aşıq şeirimizin bilicisi kimi də böyük hörmətim var.”
“Əgər çağlamasa ilham sinəmdə” müəllifin ən yeni qələm nümunələrindən biridir. Seçmə şeirlərdən ibarət olan 360 səhifəlik kitab 2022-ci ildə Bakı şəhərində (“Ecoprint”) işıq üzü görüb. Şair özü bu kitabını həm də “Seçilmiş əsərlərinin II cildi” kimi təqdim edir. Seçmə şeirlərdən ibarət olan kitabdan müəllifin öz seçimlərindən biri olan, kitabın üz qabığına çıxarılmış misra ilə başlayan bir bəndi diqqətinizə çatdırmaqla söhbətimi yekunlaşdırmaq istəyirəm:

Əgər çağlamasa ilham sinəmdə,
Alışar sinəm də, yanar sinəm də.
Məhəbbət olmasa elə sinəmdə,
Mən eldən, obadan yaza bilmərəm.

Allah uzun ömür, can sağlığı versin. Yazın, yaradın. Dünya durduqca Budaq Təhməz sözü yaşasın! Şairin sözü yaşadıqca onun canından çox sevdiyi eli, obası onun sözlərində yaşayacaq! Var olsun, o taylı, bu taylı Azərbaycan! Yaşasın bütöv Azərbaycan!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

BUDAQ TƏHMƏZ. HEYDƏR BİR GÜNƏŞDİR.

HEYDƏR ƏLİYEV 100

HEYDƏR BİR GÜNƏŞDİR
İlhamım İlhamla gəlibdir dilə,
Könlüm salam verir çiçəyə, gülə.
Deyirəm bu sözü, qoy düşsün dilə,
Heydər bir Günəşdir, o, sönə bilməz,
Uca zirvələrdən o, enə bilməz.
***
Pakdır, müqəddəsdir qəlbi, vicdanı.
Vətən qeyrətilə qaynadı qanı,
Apardı irəli Azərbaycanı,
Heydər bir günəşdir, o, sönə bilməz,
Uca zirvələrdən o, enə bilməz.
***
Deməyin ölübdü, yaşayır Heydər,
Hər il cavanlaşır gələndə bahar,
Bütün qitələdə adı-sanı var,
Heydər bir Günəşdir, o, sönə bilməz.
Uca zirvələrdən o, enə bilməz.
***
Budaq Təhməz, haqqı yaşat həyatda,
Dahilərin adı yaşar həyatda,
Bir möcüzə, bir hikmət var bu adda,
Heydər bir Günəşdir, o, sönə bilməz.
Uca zirvələrdən o, enə bilməz.

ÖLMƏYİB, YAŞAYIR HEYDƏR ƏBƏDİ
Qoymadı tökülə millətin qanı,
Qorudu, saxladı Azərbaycanı,
Gəzdi qitələri, gəzdi dünyanı,
Ucalır hər yerdə Heydər məbədi,
Ölməyib, yaşayır Heydər əbədi!
* * *
“Ümid körpüsü”dür gözlərin nuru,
Orda qərar tutub Heydər qüruru,
Nura qərq elədi qədim Şəruru,
Ucalır hər yerdə Heydər məbədi,
Ölməyib, yaşayır Heydər əbədi!
* * *
Hər an qalib çıxdı siyasətində,
Milləti qoymadı darda, çətində,
Vətəni yaşatdı öz qeyrətində,
Ucalır hər yerdə Heydər məbədi,
Ölməyib, yaşayır Heydər əbədi!
* * *
Onun əsəridir Bakı–Ceyhanım,
“Qara qızıl” verən Azərbaycanım,
Sabaha inamla qaynayır qanım,
Ucalır hər yerdə Heydər məbədi,
Ölməyib, yaşayır Heydər əbədi!
* * *
Hər yerdə Heydərin izi görünür,
Söhbəti görünür, sözü görünür,
Hər kənddə, şəhərdə özü görünür,
Ucalır hər yerdə Heydər məbədi,
Ölməyib, yaşayır Heydər əbədi!
* * *
Mən Budaq Təhməzəm, yazan əlim var,
Xoşbəxtəm, müstəqil, azad elim var,
Üçrəngli bayrağım, ana dilim var,
Ucalır hər yerdə Heydər məbədi,
Ölməyib, yaşayır Heydər əbədi!

GƏLİN SADƏCƏ EDƏK
Heydər! Azərbaycan! Qoşadır bu ad,
İlhamım bu adla açır qol-qanad,
Azad yaşayanda gözəldir həyat,
Yurdumuz görməsin bir də qan-qada,
Gəlin səcdə edək bu ülvi ada.
***
Heydər qeyrət nuru! Tayı tapılmaz,
Belə şəxsiyyətlər yaranır az-az,
Bunu dərk eyləməz hər ağlı dayaz
Yurdumuz görməsin bir də qan-qada,
Gəlin səcdə edək bu ülvi ada.
***
İyirminci əsrin siyasət şahı,
Dar gündə xalqının oldu pənahı,
Nəydi şəhidlərin, nəydi günahı?
Yurdumuz görməsin bir də qan-qada,
Gəlin səcdə edək bu ülvi ada.
***
Heydər baba ərənlərdən ərəndi,
Budaq Təhməz bu dünyanı görəndi.
Vətən üçün canın qurban verəndi,
Yurdumuz görməsin bir də qan-qada,
Gəlin səcdə edək bu ülvi ada.

HEYDƏR EŞQİNƏ
İlhamım söz üstə coşubdur yenə,
Heyranam Vətənin gözəlliyinə,
Deyirəm bu sözü mən dönə-dönə,
Alqış bu dövrana, alqış bu günə
Yaradıb qururuq Heydar eşqinə.
***
Poladdan mətindir Heydər inamı,
Qəlblərdə yaşadır Heydəri hamı,
Odur xilas edən Azərbaycanı,
Alqış bu dövrana, alqış bu günə
Yaradıb qururuq Heydər eşqinə
***
Dünyaya səs salıb əməllərimiz,
Bu gün Avropadan gəlir səsimiz,
Gedirik inamla gələcəyə biz,
Alqış bu dövrana, alqış bu günə
Yaradıb qururuq Heydər eşqinə
***
Müqəddəs kəlamdı Heydərin sözü,
Zirvədən-zirvəyə səslədi bizi,
Bizə tanıtdırdı tariximizi,
Alqış bu dövrana, alqış bu günə
Yaradıb qururuq Heydar eşqinə.
***
Man Budaq Təhməzəm qələm əlimdə,
Müstəqil dövlətim, doğma elimdə,
Şeirimi yazıram ana dilimdə,
Alqış bu dövrana, alqış bu günə
Yaradıb qururuq Heydər eşqinə.

Müəllif: Budaq TƏHMƏZ

HEYDƏR ƏLİYEV 100

BUDAQ TƏHMƏZİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BUDAQ TƏHMƏZƏ “ZİYADAR” MÜKAFATI TƏQDİM OLUNUB

ZAUR USTAC BUDAQ TƏHMƏZƏ ZİYADAR DİPLOMUNU TƏQDİM EDƏRKƏN.

Bu gün (19.06.2022- Bakı şəhəri) ən yaxın çevrəsinin əhatəsində tanınmış şair Budaq Təhməzə “Ziyadar” Mükafatı təqdim edilib. Bir daha təbriklər, Budaq müəllim!

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BUDAQ TƏHMƏZİN ŞEİRLƏRİ

BUDAQ TƏHMƏZ

VƏTƏN OĞULLARI
Qarabağ sinmədə açılan şırım,

Xocalı köksümdə düşən ildırım.

Mən bu ağır yükü necə qadırım?

Tapdaq altındadır Kəlbəcər, Şuşa,

Vətən oğulları qalxın döyüşə!

* * *

Səsimiz yayıldı yer kürəsinə,

Daha baxan yoxdur haqqın səsinə,

Hər xalq güvənməli öz qüvvəsinə,

Tapdaq altındadır Kəlbəcər, Şuşa,

Vətən oğulları qalxın döyüşə!

* * *

Atıl döyüşə ey Vətən oğlu,

Səni gözləyən var qolları bağlı,

Analar saç yolur sinəsi dağlı,

Tapdaq altındadır Kəlbəcər, Şuşa,

Vətən oğulları qalxın döyüşə!   

* * *

Qoymayın yadlaşa şəhid oğullar,

Türkün ad-sanı var, türkün soyu var,

Düşmənin yurdunu eləyin tarmar,

Tapdaq altındadır Kəlbəcər, Şuşa,

Vətən oğulları qalxın döyüşə!

* * *

Qələmi süngüdür Budaq Təhməzin,

Mərdləri axtarın, mərdləri gəzin,

Birləşin, birləşin düşməni əzin,

Tapdaq altındadır Kəlbəcər, Şuşa,

Vətən oğulları qalxın döyüşə!

YARALI AZRBAYCAN

Qəzəbimi sıxmışam ürəyimin başına,

Baxıram Vətənimin torpağına, daşına,

Qoy hamı xəbər versin dostuna, yoldaşına,

Qoymayaq qanı yerdə, biz alağın qana-qan,

Birləşib bütöv olsun yaralı Azərbaycan.  

* * *

Ayrı düşüb elimdən Təbrizim, Qarabağım,

Günü-gündən qövr edir, sağalmır sinə dağım,

Kəlbəcərdə Şuşada dağılıb bəy otağım,

Qoymayaq qanı yerdə, biz alağın qana-qan,

Birləşib bütöv olsun yaralı Azərbaycan.

* * *

Ey Vətən oğulları, siz eşidin səsimi,

Haqqı demək üstündə soyulubdu Nəsimi,

Bütün yer kürəsində ucaldıram səsimi,

Qoymayaq qanı yerdə, biz alağın qana-qan,

Birləşib bütöv olsun yaralı Azərbaycan.  

* * *

Qələmimi əlimdə süngiyə döndərmişəm,

Neçə satqın yaltağı zindana göndərmişəm,

Hər kəlməmi, misramı mərmiyə döndərmişəm,

Qoymayaq qanı yerdə, biz alağın qana-qan,

Birləşib bütöv olsun yaralı Azərbaycan.  

* * *

Boğağın yuvasında azğın, mənfur yağını,

Hələ görməyib gözü nə solu, nə sağını,

Zirvələrə qaldıraraq qələbə bayrağını,

Qoymayaq qanı yerdə, biz alağın qana-qan,

Birləşib bütöv olsun yaralı Azərbaycan.  

QALX AYAĞA

İlham çoşdu söz üstündə havalandı,

Ana torpaq yaralıdır nə zamandır.

Qarabağım yada düşdü, bağrım yandı,

Son sözünü söylə qardaş, qalx ayağa.

Ya qalib gəl, ya qurban get bu torpağa.

* * *

Mersedesdə çoxu gəzir harın-harın,

Vətənimdə vətənsizdir qaçqınlarım.

Didir mənim ürəyimdə qəm, qubarım,

Son sözünü söylə qardaş, qalx ayağa.

Ya qalib gəl, ya qurban get bu torpağa.  

* * *

Satıqınların üzə çıxır pərdə-pərdə,

Söz deməyə utanıram  məclislərdə,

Ürək daha dözə bilmir belə dərdə.

Son sözünü söylə qardaş, qalx ayağa.

Ya qalib gəl, ya qurban get bu torpağa.

* * *

Budaq Təhməz haqq yolundan dönən deyil,

Vətən üçün alovlanıb sönən deyil,

Türk oğludur, qürurundan yenən deyil,

Son sözünü söylə qardaş, qalx ayağa.

Ya qalib gəl, ya qurban get bu torpağa.

Müəllif: Budaq TƏHMƏZ

BUDAQ TƏHMƏZİN YAZILARI

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Budaq Təhməz

BUDAQ TƏHMƏZ

Budaq Təhməz – 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonundakı Siyaqut kəndində anadan olub.
Naxçıvan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirib.
1970-ci ildə yaradıcılığa başlayıb.
Şərurda “İşıqlı yol” qəzetinin nəzdində “Şərur qönçələri” ədəbi dərnəyinin yaradıcılarından və təşkilatçılarından biri olmaqla yanaşı həm də uzun illər dərnəkdə fəaliyyət göstərib.
“Aşıq Nabat” kitabının tərtibçısı olmuş Budaq Təhməzin şeirləri Türkiyə və İran mətbuatında dəfələrlə çap olunub.
“Mən vətənin oğluyam”, “Şair ürəyi” və “Kəndimizə bir qız gəlib şəhərdən” şeirləri Türkiyə türkcəsinə uyğunlaşdırılaraq Türkiyə “Ədəbiyyatçılar və kültür adamları” ensiklopediyasında dərc edilib.
Silsilə şeirləri filologiya elmləri namizədi Şamil Zaman tərəfindən fransız dilinə tərcümə olunub.
Bir çox şeirinə musiqi bəstələnən şair aşıq və folklor yaradıcılığı barədə bir çox elmi məqalələrin müəllifidir.
Şair təbiət gözəlliklərinə, yurd yerlərinə, tanınmış insanlara əsərlər həsr etsə də, yaradıcılığının əsas mövzusu “Vətən mövzusu” olmuşdur.
Keçən əsrin 70-ci illərində bir çox yazıb yaradanlar kimi Budaq Təhməzin də mövzularından biri Cənubi Azərbaycan haqqında olmuşdur.

BUDAQ TƏHMƏZİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru