Kateqoriya arxivləri: FİRUDİN BƏHZAD

Ot kökü üstə bitər

“YAZARLAR”  JURNALI PDF

1. Xoş gördük biraz sizi tanıyaq?

Məmmədov Məmməd Sərdar oğlu.
1965 ci ildə Gürcüstanda Borçalı mahalının ağır eli olan Faxralı kəndində dünyaya gəlmişəm.

2. Bəs nədən Lahıcoğlu maraqlıdır bir özəl səbəbi var?

Atam Sərdar Məmməd oğlu Azərbaycan respublikasının İsmayıllı rayonunun Lahıc qəsəbəsində dünyaya gəlib əslən Lahıclıdır.
Gözəl deyim var.
Ot kökü üstə bitər.

3. Lahıcda olub sonradan gürcüstana köçmüsünüz? Yoxsa atanız lahıclı olub siz orada dünyaya göz açıb böyümüsünüz?

Atam Lahıcda dünyaya gəlib anam əslən Faxralıdandır onlar ailə qurduqdan sonra Gürcüstana gəliblər .
Mən Faxralı kəndində dünyaya gəlmişəm.

4. Necə oldu ədəbiyyata gəldiniz?

Bizim eldə saza sözə demək olar ki, hər bir kəsdə var.
El şənlikləri saz sözlə başlayır, saz sözlə qurtarır.
Belə eldə şair olmamaq günahdır.

5. Siz necə saza marağınız var ifa etmisiniz?

Bəli sazımda var ,hətta övladlarımda ifa edir
Düzdür peşəkar olmasamda özüm üçün züm-zümə edirəm.

6. Atanız nə peşə sahibi idi?

Sadə bir kəndçi baba.
Amma incəsənətə meyilli insan olub.

7. Övladlarınız necə ədəbiyyata marağı var?

Bəli hər ikisi ali savadlıdır.
Bildiyimə görə ara sıra şeirdə yazırlar, amma, hələ mən meydandayam deyə meydana çıxmırlar.

8. Ananız da sadə kəndçi qızı idi yoxsa hər hansısa bir peşəsi vardı?

Anam evdar qadın olub amma çox savadlı bir qadın idi.
Sadəcə ali təhsili olmayıb…

9. Yaradıcılığınızın ilk nümunələri nələrdir təbii ki mövzular da nəzərdə tutulur?

İlk şeirim orta məktəb illərində yazdığım ana şeiri olub.
Amma şeirlərinin əsası el oba, Vətən, sevgi mövzulardır.

10. Məktəb də necə şagird olmusunuz?

Çox nümunəvi şagird olmuşam həmişə təlim tərbiyə və oxumağımağımla seçilmişəm. Bir sinifdə 29 uşaq oxumuşuq.

11. Övladlarınız ali savadlıdır dediniz, hansı peşə üzrə oxuyublar? Razısınız övladlarınızdan?

Bəli hər ikisindən çox razıyam.
Allah saxlasın bütün övladları
hər ikisi vəzifə sahibidir…

12. Bir sinifdə 29 uşaq görüşürsünüz yoxsa?

Bəli hərdən görüşürük…

13. Kitabınız var?

Yox hələ kitabım yoxdur o, da maddi vəziyyətindən asılı olan bir işdir.
Yəqinki, məni başa düşərsiz. Həyatda qayğılar çoxdur.

14. Gənc yazarlarla aranız necədir?

Çox gözəl və mehriban tez tez görüşürük, şeir dünyasına baş çəkirik.
Saz söz məclisi qururuq. Bu bizim elin adətidir.

15. Son olaraq nə demək istərdiniz? Oxuculara dostlara?

Əvvəla hamısına can sağlığı arzulayıram və demək istəyirəm ki, özümdə başda olmaq şərtiylə şeirə düz qiymət versinlər.
Nəyinsə xatirinə tərif etməsinlər.
Birdə onu deyim ki, Faxralı kəndi söz dünyasını azman , Türk dünyasının gözəl şairi şair Nəbi Misginə borcludur
ruhu şad olsun ustad şairin. Təşəkkür edirəm.
Sizə uğurlar arzu edirəm.
Çox sağ olun minnətdaram…

Elə deyirlər

Cənnətdir həmişə, bil ana yurdum
Bülbül cəh-cəh vurur , güldə deyirlər.
Sönməyib işığı , sönməz alovu,
Odu gizlənibdir, küldə, deyirlər.

Gilanda harayı, oynadır dağı ,
Heç zaman solmayıb, al-əlvan bağı.
Güclüdür əzəldən həm solu-sağı
Yenilməz o coşan, seldə deyirlər.

Turacı, kəkliyi uçar qayada
Qartalı qürurla o, uca dağda.
Yaşılbaş ördəyi, nazlı sona da
Hey üzüb üzəcək, göldə, deyirlər.

Bil haqqın yoludur, bu elin yolu
Sinəsi sazlıdır, ürəyi dolu.
Vətəni sevənlər, ay Lahıc oğlu
Ən xoşbəxt şairdi, eldə, deyirlər.

16.04.2020

Qalandı dünya

Ya qızıl taxt versin, yada quru baxt,
Onsuzda borcunu, alandı dünya.
Heç vaxtı söykənib sən arxalanma
Yaranan günündən, yalandı dünya.

Nələr pəhlavanlar, çökdürdü dizə,
Süleyman, fironlar çatmadı yüzə.
– Əzab əziyyəti, Hey verib bizə ,
Hər insan ömrünə, talandı dünya.

İstəmir yaxşını, seçə yamandan,
Görürsən şah olur, bir axmaq nadan.
Özü uzaq düşübdü , dini imandan
Mərdləri, namərdə qıyandı dünya.

Şair Lahıc oğlu, qəm sarvanıdı,
Yüklənib karvanı, dərd karvanıdı.
Ədalət, səxavət haqqın canıdı-
Mənlidə, mənsizdə qalandı dünya.

18.12.2021

Qocalmışam

Dünya məndən istəyin nə?
Yoxsa sənlə ucalmışam.
Gəl incitmə,daha məni,
Vallah, daha qocalmışam.

Bir çörəyə, sac vermədin
Bac almadın, bac vermədin.
Ucalmağa, tac vermədin
Vallah, daha qocalmışam.

Sən apardın, mənlə rəğbət
Bağlamadın, mənlə ülfət.
Elimdə var, az-çox hörmət
Vallah, daha qocalmışam.

İstəyimi, qoydun gözdə
Gül-çiçəyim, qaldı düzdə.
Əməllərin, quru sözdə,
Vallah, daha qocalmışam.

Lahıc oğlu, qəm eyləmir
Dərdinidə, sənə demir.
Səndən daha, rəhm istəmir,
Vallah, daha qocalmışam.

30.09.2021

Sevmişəm

İncə bədən, nazlı yeriş, şirin söz
Pambıq əllər, şux qamətli qara göz.
Oğulsansa gəl bu eşqə sən də döz
Özü bilir toruna mən düşmüşəm.
Bax, bu qızı dəli kimi sevmişəm

Şəlalədir, şıçrayıb o qayadan
Bülbül təki enməyir ki, budaqdan.
Hansı gündə, yaradıbdır yaradan
Ona deyin ayağına gəlmişəm –
Bax, bu qızı dəli kimi sevmişəm.

Gül-çiçəkdi, bənövşədi , düzündə
Qara xalı , canım alır , üzündə.
Açan yazdı, bir nəğmə var sözündə
Fərhadammı, Məcnunammı, kimmişəm.
Bax, qızı dəli kimi sevmişəm.

Lahıc oğlu, sevgiyə yox qadağa
Qorxuram ki, düşər səsə sorağa.
Ömrüm olsun, qoy o qıza, sadağa
Bir gün bilər, mən yolunda ölmüşəm.
Bax, o qızı dəli kimi sevmişəm.

Ps ; Borçalı mahalında yaşayıb Yaradan şair hansı mövzuda yazır yazsın İşlədiyi mövzuların öhdəsindən professionalıqla gəlir Oxucu bu şeirləri oxuduqca o hissləri yaşayır Bu da şairin dünya görüşündən irəli gəlir. Oxuyacağınız bu şeirlərdə şairin dünyasıyla az da olsa tanış olacaqsınız…uğurlar.

Söhbətləşdi: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru