Kateqoriya arxivləri: Hikmət Nikbin

Hikmət Nikbin. Tapa bilmirdi ovcunu.

Tapa bilmirdi ovcunu ,
barmaqlarını dəniz .
Əllərini aparmışdı göy üzü ,
sərmişdi buludları üstünə .

Ovunmurdu dişsiz stəkanlar da
qırdıqları göz yaşına .
Dua etməyə qulaqları da yox !

Kiminsə əlləri bulaşıb günaha ,
kimsə gizlədir əllərini arxasında ,
mənimsə əllərim danışır :
– Küləklər əsir edə bilməmişdi
söndürsə də gözünün odunu .

Üzünün cizgilərisə sürgün edirdi
sahilə ləpələri .

Ay işığı ,
batan Günəş ,
Ulduzların kölgəsi
evidir dənizin !

*
Təbaşiri , mürəkkəbi
batıra – batıra ötür .
Dünya bizi başdaşına
çatıra – çatıra ötür .

Tanrı , hanı , hanı
bu buludun qayıqları ?
Açdım , açdım sözün
mən 40-cı otaqların!

Saatlarmış
bu dünyanın daraqları ,
ömrümüzü darar gedər .

Xatirələr , xatirələr,
özüymüş
quraqlıqların!

MÜƏLLİF: HİKMƏT NİKBİN

HİKMƏT NİKBİNİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru