Kateqoriya arxivləri: MƏN KİMƏM

“MƏN KİMƏM?” LAYİHƏSİNİN QONAĞI AYNUR ƏDİLDİR.

“MƏN KİMƏM?”

“MƏN KİMƏM?” LAYİHƏSİNİN QONAĞI AYNUR ƏDİLDİR.

– Salam,   Aynur xanım! Necəsiniz? Bu rubrikamızda qonaqlar “MƏN KİMƏM?” sualını cavablandırırlar. Özünüzü  oxucularımıza necə təqdim edərdiniz? Buyurun.

Mən Ədil Aynur Ədil qızı 2001-ci ildə Bakı şəhərində doğulmuşam. 2007-ci ildə orta məktəbə qədəm qoymuş,2018-ci ildə Azərbaycan Dövlət Turizm və Menecment Universitetində ali təhsil almağa başlamış, 2022-ci ildə həmin universiteti uğurla başa vurmuşam. İlk “Mənim Qəhrəmanım” adlı kiabım 8 may 2021-ci ildə işıq üzü görmüşdür. Həmin kitab şəhid polkovnik-leytenant Quliyev Rəşad Rəşid oğlunun əziz xatirəsinə ithaf olunmuşdur. Kitabda yazıçı mövqeyi, qəhrəmanımızn ailə üzvləri, kursant, döyüş yoldaşları və əsgərlərinin müsahibələri də öz əksini tapır. İkinci “Atama məktub” adlı kitabım isə Azərbaycanın Milli Qəhrəmanı polkovnik Mirzəyev İlqar Anzor oğlunun əziz xatirəsinə həsr olunmuşdur. Kitaba “Atama məktub” adının verilməsi isə təsadüfi deyil. Çünki, bu kitabda əsas yeri Milli Qəhrəmanımız İlqar Mirzəyevin övladları: Gülnarə Mirzəyeva və Elvin Mirzəyevin ataları ilə bağlı xatirələri,yarım qalmış arzuları və atalarının şəhidlik zirvəsinə ucaldıqdan sonra birlikdə planlaşdırdıqları hərşeyin yavaş-yavaş reallaşdırılması tutur. Bu kitabda da yazıçı mövqeyi ilə birgə qəhrəmanımızın doğmalarının fikirləri də öz əksini tapır. Eyni zamanda qeyd etmək lazımdır ki, milli qəhrəmanımız İlqar Mirzəyev Gürcüstanda beynəlxalq səviyyəli orta məktəbdə təhsil aldığı üçün kitabda əcnəbi sinif yoldaşlarının da rus və azərabycan dillərində öz fikirləri yer alır. Kitab həm də məktub xarakterlidir. Bu kitabda öz xatirələrini bölüşən hər bir kəs, eyni zamanda müəllif olan mən- əgər İlqar Mirzəyev bizi eşitmiş olsa ona nə demək istəyərdik? sual başlığı altında öz ürək sözlərimizi qeyd etmişik. Kitabın ilk təqdimatı 3 may 2023-cü ildə hərb tarix muzeyində, ikinci təqdimatı 17 may 2023-cü ildə Yeni Azərbaycan Partiyasının Nərimanov rayonunda, üçüncü təqimatı isə 8 sentyabr 2023-cü ildə  Libraff MMC tərəfindən həyata keçirilmişdir.

Daha sonra qeyd etmək istərdim ki, ulu öndər cənab Heydər Əliyevə həsr olunmuş “Bir əsrə sığmayan ömür”, “Bir insan bəs edər”, Teatr sənətimiz,”Şekspir”tamaşası və mən”, “Cavabsız məktublar”adlı məqalələrin də müəllifiyəm.

AYNUR ƏDİLİN YAZILARI

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ŞƏLALƏ CAMAL “MƏN KİMƏM?” LAYİHƏSİNİN QONAĞI olub

Şəlalə CAMAL

“MƏN KİMƏM?”

“MƏN KİMƏM?” LAYİHƏSİNİN QONAĞI Şəlalə CAMAL

Salam, Şəlalə xanım! Necəsiniz? Bu rubrikamızda qonaqlar “MƏN KİMƏM?” sualını cavablandırırlar. Özünüzü  oxucularımıza necə təqdim edərdiniz? Buyurun.

Salam! Çox sağ olun. Təşəkkür edirəm. Maraqlı layihədir. Mən Şəlalə Camal 8 fevral 1993- cü ildə Bakı şəhərində dünyaya göz açmışam. Əslən Kəlbəcərliyəm. Uşaq yaşlarımdan yaradıcılığa meyilli olmuşam.
Orta təhsilimi Bakı Şəhəri N.Nərimanov Rayonu Rafiq Nəsirəddinov adına 39 saylı tam orta məktəbdə almışam. Yazılarım məktəb qəzetlərində dərc olunardı.
2010 – cu ildən etibarən müstəqil qəzetlərdə fəailiyyət göstərməyə başladım. “Gün” qəzeti daha sonra isə “Həftə-Nedelya” qəzetində fəaliyyətimi davam etdirdim. Günün aktual mövzularını, o cümlədən Mədəniyyət və İncəsənət sahəsini işıqlandırdım. Foto – reportajlar hazırladım, tanınmış simalardan müsahibələr aldım. ADMİU – nun 90 illiyinə həsr olunmuş “ Kövrək duyğular “ kitabında da yazılarım dərc olundu.
2011 – ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rejissor sənəti” fakültəsinə qəbul oldum. Bu müddətdə “Həftə – Nedelya” qəzetində əsaslı işçi idim. Jurnalistikaya, yazıçılığa olan həvəsim təkcə qəzetdə deyil, həmçinin televiziya və radioda da baş tutdu. Paralel olaraq həmin ildən Azərbaycan Televiziya və Radio Verilişləri QSC – də təcrübə keçərək ştatdankənar təcrübəçi kimi çalışmağa başladım. İxtisasca rejissor olduğum üçün, universiteti bitirdiyim il AzTV QSC – də Səsyazma sexində ilkin olaraq səs operatoru, qeyri – xətti səs montajçısı kimi çalışmağa başladım. Eyni zamanda Beynəlxalq Radioda müəllif olaraq materiallar hazırlayıb səsləndirdim. İşim daha çox komputerlə olduğu üçün komputer elmlərinə dərindən yiyələnmək üçün 2015 – ci ildə Azərbaycan Texnologiya Universitetində “ İnformasiya Texnologiyaları və Sistemlər Mühəndisliyi” ixtisasına daxil olaraq 2020 – ci ildə təhsilimi bitirdim. 2020 – ci ildə Azərbayacan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr pilləsinə daxil oldum. Həmin ildən “Psixologiya məktəbinə” – də paralel olaraq qəbul oldum və psixoloji bilik və bacarıqlarımı təkmilləşdirdim. Hazırda sözügedən universitetin və məktəbin məzunu, Beynəlxalq Radionun xarici dillərdə yayımlanan verilişlərinin rejissoruyam. İxtisasımı artırmaq, təkmilləşdirmək üçün müxtəlif dövlət qrumlarında, o cümlədən yerli və xarici seminarlarda müntəzəm olaraq təlim keçərək diplomlarla, sertifikatlarla qiymətləndirilmişəm.
Bununla bərabər 525 – ci qəzet, Ədalət qəzetində və bir sıra mətbu orqanlarda da yazılarım dərc olunur.
Qeyd edim ki, Azərbaycan Jurnalistlər Birliyinin (AJB), Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) üzvüyəm.
Aşağıdakı təltiflərim var:
Mükafatlar;
“İlin yazarı” (2014),
“ İlin Mədəniyyət Jurnalisti” (2014),
“Qızıl Qələm” mükafatı laureatı (2016).
Şəhadətnamə;
Asan Xidmət və Təhsil Nazirliyi – Məktəblinin dostu ( master ).
Sertifikatlar;
Teleradio Akademiyası – Televiziya rejissorluğu və aparıcı – müxbir,
Sivas Cumhuriyyet Universiteti – Mediya yapımcılığı,
Nişantaşı Universiteti – Tv proqramı,
Nirvana Akademi – Yaşam koçluğu eğitimi,
GTC company – Psixologiya, Psixoloqların Həmrəylik Formu və s.
Daim öz üzərimdə işləyir, cəmiyyətimiz və dövlətimiz üçün faydalı olmağa çalışıram. Bu qədər. Layihədə mənə də yer verdiyinizə görə bir daha təşəkkür edirəm. Çox sağ olun.

Hazırladı: Tuncay ŞƏHRİLİ


TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“MƏN KİMƏM?” LAYİHƏSİNİN QONAĞI – NƏZAKƏT KƏRİMOVA (ƏHMƏDOVA)

Nəzakət KƏRİMOVA-ƏHMƏDOVA

“MƏN KİMƏM?”

“MƏN KİMƏM?” LAYİHƏSİNİN QONAĞI
Mən Kərimova (Əhmədova) Nəzakət Emin qızı Xudat şəhərində ziyalı ailəsində anadan olmuşam. ADU-nun tarix fakultəsində sonra isə hüquq fakultəsində (ikinci ixtisas) təhsil alan atam müxtəlif dövlət vəzifələrində çalışmış, sonda uzun müddət Xudat şəhər 1 nömrəli məktəbin direktoru olmuşdur. 1941-45-ci il BVM-də yaralanaraq mühüribə əlili olmuşdur. (52 yaşında vəfat edib.) Onun pedaqoji fəaliyyəti, fəal çalışması məndə də pedaqoq olmaq həvəsi yaratdı və mən də müəllim olmağa qərar verdim.
APU- nin pedaqoji fakultəsini bitirməmişdən elmi – metodiki məqalələrim mətbuatda dərc olunmaga başladı… Odur ki, mənim dövri dövlət qəzet və jurnallarındaki yazılarıma görə elmi araşdırmalar aparmaq üçün o vaxtkı Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitunun (ETPEİ) dissertanturasına qəbul olunmaq təklifinə razı oldum. Jurnalistikaya olan həvəsimə görə Jurnalist Sənətkarlıgı İnstitunda da təhsil aldım. İstər respublika, istərsə də ETPEİ -nin elmi-praktik konfranslarında,elmi müsabiqələrdə fəal iştirakıma, məruzə-çıxışlarım maraq kəsb etdiyinə və qalib olduguma görə müxtəlif diplom, Fəxri Fərman və pul mükafatlarına layiq görülmüşəm. Pespublika üzrə keçirilən “Pedaqoji Mühazirələr”də l-ll və Ill yerlərin diplomlarını almışam… Dövri mətbuatda-qəzet və jurnallarda kitablarda yüzlərlə yazım dərc olunmuş, tele -radioda (AzTV də əsasən) silsilə verilişlərdə maraqlı mövzularda çıxışlarım olmuşdur…
Pedaqoji sahədə çalışan müəllimlərə kömək məqsədilə redaksiyaların sifarişı ilə dərs nümunələri, sinifdənxaric və məktəbdən kənar tədbirlərin ssenarilərim qəzet və jurnallarda dərc olunmuşdur.
Pedaqoji fəaliyyətimlə baglı uzun müddət məktəbli – gənclərin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində işin məqsədyönlü təşkili üçün işlədiyim Xudat şəhər N.Nərimanov adına 2 nömrəli məktəbdə “N.Nərimanovun Bakıdakı ev muzeyi “nəzdində Xatirə muzeyini yaratmış və 40 ilə yaxın muzeyimə rəhbərlik etmişəm.
İctimai əsaslarla işlədiyim muzeyə Bakı muzeyi 450 eksponat bagışlamışdır. Müxtəlif respublikarın Mədəniyyət Nazirliklərinə yazaraq Nərimanovla baglı sənədlər, vidio -lentlər, kitab və bukletlər, foto şəkillər toplayaraq eksponatların sayını beş minə çatdırdım. Muzeyə on minə yaxın müxtəlif peşə adamları, nərımanovçu akademik və alimlər, məktəblilər, hərbiçilər, deputatlar, aktyorlar ,idmançılar, tələbələr və b. ziyarət etmişlər. Muzey xətti ilə üzvlərin Bakıdakı ev muzeyində, tarixi yerlərdə, AzTV-nın müxtəlif redaksiyalarında olmuş, AMEA-nın, APU-nun tanınmış alımləri ilə maraqlı görüşlərini təşkil etmiş, Fəxri Xiyabana,Ş əhidlər Xiyabanına və onların arzularına uygun yerlərə səyahətini keçirmişəm. Təsadüfi deyil ki, vaxtilə muzey üzvü olmuş gənclərimin bir çoxu hazırda hərbiçi olaraq Vətənimizin keşiyindədirlər. 44 günlük Müharibədə bir neçə məzunumuz da Şəhidlik zirvəsinə ucalmışlar…
Ölkə başçımızın sərəncamı ilə “İlin Müəllimi” müsabiqəsində iştirak edərək qalib olmuş, pul mükafatına sahib olmuşam.
2014 – cü ildə Prezidentimizin sərancamı ilə “Tərəqqi” medalına layiq görülmüşəm.
Hazırda ictimai -siyasi fəaliyyətimi davam etdirir, Dünya Azərbaycanlılarınin Mədəniyyət Mərkəzi İB (DAMM İB) Sabitlik və İnkişaf Mərkəzi İB (SİM İB) və İctimai Nəzarət Koalisiyasının Fəxri üzvü, Abşeron rayonu üzrə sədri olmaqla -Şəhid Milli Qəhrəman ailələri və Qazilərlə iş aparır, bu təşkilatın sədri tanınmış ictimai xadum Rasim Məmmədov və təşkilatın üzvləri ilə şəhidlərin anım mərasimlərində iştirak edərək onlara mənəvi dəstək olur, problemlərinin həllində köməklik göstəririk. Burada da fəaliyyətimiz barədə mütəmadi olaraq saytlarda, mətbuatda yazılar verirəm.
“Yazarlar” jurnalının ictimaiyyətlə əlaqələr üzrə meneceriyəm.

Hazırladı: Tuncay ŞƏHRİLİ

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru