Bu gün AYB-nin “Natəvan” klubunda Balayar Sadiq və Ülkər Nicatın şeirlərinin yer aldığı “Şəhid ətri” adlı şeirlər kitibanın təqdimatı keçirilib. Tədbirin gedişində eyni zamnda gənc sair Ülkər Nicatın “Gülümsə, Qadın” adlı şeirlər kitabı da oxuculara təqdim olunub.Təqdimatı giriş sözü ilə AYB-nin katibi Elçin Hüseynbəyli açdı və kitabın ərsəyə gəlməsində əməyi olanlara ugurlar arzuladı.
Sonra sözü tədbirə aparıcılıq edəcək AYB və AJB- nin üzvü, Prezident mükafatçısı, Beynəlxalq Rəsul Rza mükafatı laureatı,”Yurd”jurnalının baş redaktoru Balayar Sadiqə verdi.
Tədbirdə respublikamızın müxtəlif rayonlarından gəlmiş poeziya həvəskarları , Ülkər xanımın dil ədəbiyyat müəllimi Lənkəranın Şürük kəndindən gəlmiş Gülarə müəllimə, sevimli sairimiz Baba Vəziroglu, mügənni Manaf Agayev, şairlərdən Faiq Balabəyli, Qəşəm Nəcəfzadə, Fəxrəddin Teyyub, Vasif Süleymanov, Mehman Göytəpəli, Fazil Atəş, Ədalət Əroglu, Vüsal Ağa, Şəhid bacısı Maya xanım, Sevil Gül Nur(Yardımlı), Aysel Səfərli, Əli Əlibəyli (Neftçala), Muxtar Kətimzadə, Ziyafət Əsgərov, Rəfiqə İsaq, Arzu Heydərova, Nəcibə İlkin,” Yurd” jurnalının əməkdaşları və digər ziyalılarımız ürək sözlərini söyləyərək müəllifə və redaktora ugurlar diləmişlər. Rəssam Natiq Nəcəfzadə Ülkər xanımın portretini ona hədiyyə etmişdir.
Sonda “Yazarlar”jurnalı adından klassik irsimizin təbliğində fəal iştirakına görə şair Balayar Sadiqə “Nizami Gəncəvi” diplomu və Ülkər Nicata isə “Ziyadar” Mükafatı təqdim olundu.
Tədbir iştirakçıları səmimi keçən ədəbi məclisdən xoş təəssüratlarla ayrıldıqlarını bir daha vurğulayaraq, xatirə şəkilləri çəkdirdirdilər:
AJB -nin üzvü,”Yazarlar”jurnalının əməkdaşı,”Bizim Qala”jurnalının redaktoru, ”Qürur”bədii Yaradıcılıq Mərkəzi nəzdində ”Xarıbülbül” əbəbi məclisinin sədri.
AĞDAMIN QƏHRƏMAN ÖVLADLARI (Allahverdi Teymur oğlu Bağırov haqqında) Altı min şəhidi olan Ağdamın qaziləri, qəhrəmanları da təbii olaraq bu saya mütənasibdir. Azərbaycanın hələ ötən əsrin səksəninci illərin sonlarından məlum münaqişəyə cəlb olunduqdan sonra Ağdam daim baş verənlərin mərkəzində olduğuna görə daim hadisələr burada sürətlə cərəyan edir, vəziyyət tez-tez dəyişirdi. Bütün bunların fonunda isə Ağdamın qorxmaz, sözübütöv mərd oğulları sözün əsl mənasında yurdsevər qəhrəmanlar kimi tanınmağa başladılar. Hələ şiddətli döyüşlərin getdiyi doxsanıncı illərdə Şirin Mirzəyev, Allahverdi Bağırov, Asif Məhərrəmov (Fred Asif), İxtiyar Qasımov, Natiq Əhmədov, Rövşən Hüseynov kimi ölümündən sonra Milli Qəhrəman adını almış onlarla igid Azərbaycanın ilk Milli Qəhrəmanlarının sırasında idi. Bu yazımda Ağdamın belə qəhrəman övladlarından biri olan Azərbaycanın Milli Qəhrəmanı Şəhid Allahverdi Bağırov haqqında söhbət açacam. ALLAHVERDİ BAĞIROV HAQQINDA Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. Yeddi qız övladından sonra dünyaya gəlmişdi və buna görə də ailəsi Allahın payı sanıb adını Allahverdi qoymuşdular. Bu ad həmdə onun babasının (anası tərəfdən) adıdır. O, gənc yaşlarından çox cəsarətli, qorxmaz, sözübütöv və haqsızlığa dözməyən adam idi. Ona görə də davakar kimi tanınırdı. Hətta müəllim də bir şagirdin haqqını tapdalayırdısa, ona etirazını bildirirdi.Sinif rəhbəri və dil-ədəbiyyat müəllimi Qənirə Məmmədova da onunla qürrələnirdi.Məmmədova hər yerdə fəxrlə deyirdi ki, “mən Allahverdinin oxuduğu sinfin rəhbəriyəm”. Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. Onda həmçinin gənc yaşlarından böyük təşkilatçılıq istedadı vardı. Hamını başına yığmağı bacarırdı. Kiçik yaşlarından idmana, xüsusəndə futbola, yüngül atletika və voleybola böyük həvəsi olub.Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub. O, həm də, Ağdamın “Qarabağ” futbol klubunun şərəfini qorumuşdur. 1970-ci ildə Füzulidə “Qizil sünbül” kubokunda Ağdam – Cəbrayıl oynunda kapitan olmuşdur. 1976-cı ildə klubun baş məşqçisi təyin olmuş və həmin ildə keçirilmiş Ümümittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük səyi olub. Keçmiş futbolçu Müşfiq Hüseynov Allahverdi Bağırov haqqında bunu demişdir: “İlk məşqçim, rəhmətlik milli qəhrəman Allahverdi Bağırov olub. Allahverdi müəllim futboldan öncə bizə dürüst olmağı öyrətmişdi. Bizə həyata müstəqil olaraq atılmağımızda rəhmətliyin böyük əməyi olub. Həqiqətən də O, futbolçulara gözəl bir örnək idi.” 1991-ci ildə “Qarabağ” və “Neftçi” veteranları arasında keçirilən oyunda iştirak etmişdir. 1:1 başa çatan qarşılaşmada Ağdam klubunun qoluna uzun Allahverdi Bağırov imza atıb. Bağırov Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünü müdafiə dəstələrinə yaxından köməklik edib. Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub. Müharibə zamanı Ağdam Xalq Cəbhəsinin sədri seçilmişdir. Müstəqil Azərbaycanın bayrağını ilk dəfə Ağdama Allahverdi Bağırov sancmışdı. 1988-ci ildə Ağdamda ilk müdafiə dəstələrinin formalaşmasında böyük rolu olmuşdur.Həmin ildə dövlətin xəbəri olmadan Əsgəranla Ağdam arasında keşikçi postu yaradılanda ora könüllü olaraq ilk dəfə gedən onun qardaşı Eldar Bağırov oldu, sonra ermənilərlə həmsərhəd bütün kəndlərdə postlar yaradırdı. 1991-ci ilin 1 oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələrin onun və qardaşı Eldar Bağırovun komandirliyi altında yaradıldı. Eldar Bağırovun rəhbərlik etdiyi hərbi hissə 845 nömrəli Ağdam Ərazi Özünümüdafiə taboru idi. 760 nəfərlik olan batalyon “Vətən oğulları” adlanırdı. Həmin ildə onun qardaşı Eldar, Bakıda olan Ali Sovetin iclasından qayıdarkən, yaşadığı evin qarşısında müəmmalı şəkildə qətlə yetirilmişdir. Qardaşı Eldarın ölümündən sonra Bağırov saqqal saxlayırdı və batalyona rəhbərlik etmişdir. 1991-ci ilin avqust ayında Allahverdi Bağırov Rəhim Qazıyevın müdafiəsinə qalxaraq uşaqlıq dostu Cəfər İmaməliyevlə savaş həddinə gəldilər. Cəfərin açdığı atəş nəticəsində Bağırov ayağından yaralandı. 1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edilmiş, 150 döyüşçü ilə Əsgəran qalasına qədər irəliləmiş, Pircamal kəndindəki bütün yüksəkliklər tutulmuş, Kətük kəndi ilə üzbəüz mövqe qurulmuşdu. Bu əməliyyatın başa çatması və erməni bayraqlarını Azərbaycan bayraqları ilə əvəz etmək üçün Allahverdi Bağırovun döyüşçülərinə cəmi iki saat lazım olmuşdur. Bu əməliyyat görə Allahverdi Bağırov “General Məhəmməd Əsədov” adına mükafata layiq görülmüşdür. 2015-ci ildə Qarabağ qazisi Bakir Behbudovun verdiyi müsahibədən: Allahverdi Bağırov yeganə komandir idi ki, qabaqda gedirdi. O, çox ciddi, tələbkar adam idi. Bir dəfə kəndi alanda dedi ki, birdən kimsə kənddə əhalini qarət edə, doğma oğlum da olsa, güllələyəcəm. Biz oğurluğa getmirik, torpaq almağa gedirik. 1992-ci il mayın 3-də ermənilər Bağırova məlumat vermişdilər ki, ayın 8-də Şuşa işğal olunacaq. O da həmin məlumatı bizim bütün dövlət qurumlarına çatdırmışdır. Həmin ay Bağırov qərargaha beş əsgəri çağırtdırıb birlikdə plan hazırlamağa başladı. Allahverdi Bağırovun ən böyük hərbi uğuru 1992-ci il 12 iyun Aranzəmin döyüşündə olmuşdur. Aranzəmin kəndi üzrə döyüşlərdə o 100 erməni məhv olunmuş və 10 düşmən əsir götürülmüşdür. O, Xocalı soyqırımı zamanı həlak olanların meyidlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyidləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonu 300 nəfər şəhid vermişdi. Bağırov erməni polkovnik Vitali Balasanyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir. Bağırov erməni əsirləri avtobusla gətirib, sahiblərinə təhvil verdi. O, cəsədləri Ağdam məscidində, kəfənə tutdurub torpağa tapşırırdı, Ağdamın Qarağacı qəbiristanlığında Azərbaycan əsirləri təhvil aldı. Səkkiz günlük erməni əsirliyində işgəncələrə məruz qalan Hüseynağa Aydın oğlu Quliyev: “Məni əsirlikdən qurtarmaq üçün Ağdam döyüşlərində əsir düşmüş Suriyadan olan erməni ilə dəyişməli idilər. Belə də oldu. Ermənilər Milli Qəhrəman Allahverdi Bağırova pul təklif etmişdi ki, həmin Suriya ermənisini qaytarsın. Amma yeri behişt olsun, rəhmətlik Allahverdi kişilik göstərib ermənini pula deyil, mənə dəyişdi. Anamı da buraxmışdılar.” Məhz Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olmuşdu. Bağırov Xocalı faciəsindən həddindən artıq sarsılmışdı. Xocalı qadınlarını və qızlarını görəndən sonra özünə gələ bilmirdi. Xüsusən də 9 yaşlı qız uşaqının vəhşicəsinə ölümü ona pis təsir etmişdir. 2015-ci ildə telejurnalist Nadejda İsmayılovanın verdiyi müsahibədən: “Onun üzündəki solmuş təbəssümü, yorğun sifətinı unuda bilmirəm. Mənə elə gəlirdi ki, bu güclü, cüssəli oğlan gözlərimin qarşısında bu dəqiqə səndərləyib yıxılacaq. Heç kim bilmirdi ki, o nə zaman yatır. Ümumiyyətlə yatırmı? Mən çəkiliş qrupumuzun rejissoru Namiq Şirəlibəyov və operator İzzət Əzizovla çəkilişləri səhər o başdan başlayırdıq, eşidirdik ki, Allahverdi artıq hardasa insanların köməyinə çatır, üzərinə düşən hansısa əməliyyatı yerinə yetirir. Gah ermənilərlə danışıqlarda olurdu, gah meyit dəyişirdi, gah da ağlayıb-sızlayan ana-bacıların ətrafında onlara ürək-dirək verir, saçlarını tumarlayırdı. Qəfildən gedib postları yoxlayırdı, Ağdamı qoruyan uşaqların ayıq-sayıq olmaları üçün tapşırıqlar verirdi. Bir də görürdün ki, əlinə bir dəfə də tüfəng götürməyən müdafiəçiləri silahla davranmağı öyrədir. Allahverdi Əsgərəna – döyüşlərin ən qızğın mərkəzinə gedib oradan ermənilərdən ya ölümüzü, ya dirimizi alıb gətirirdi. Bu erməni silahlı əsgərləri ilə qarşılaşmanın hər dəqiqəsində ölüm var idi.
Allahverdi Bağırovun məzarı. 1992-ci ilin 14 iyunda təcili iş üçün geri, Ağdama çağrılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanlı kəndindən geri qayıdarkən minaya düşdü. Maşında olan digər üç nəgər sağ qalsa da, Allahverdi Bağırov sürücüsü və Nizami həkimlə ilə birlikdə şəhid olmuşdur. Tankist Sevil Abbasovanın sözlərinə görə onu “ancaq sənədlərindən tanıya bildik.” Bağırov həlak olanda Bakıdakı Şəhidlər Xiyabanında ona qəbir qazılmışdı. Lakin müəyyən səbəblərə görə qardaşı Eldar Bağırovun yanında — Ağdam rayon Şəhidlər xiyabanında dəfn edilmişdir. Allahverdi Bağırov üçün qazılan qəbirdə isə ondan bir gün sonra həlak olan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev dəfn edilmişdir. 2014-ci ildə futbolçu Elşad Xudadatovun verdiyi müsahibədən: ” Allahverdi Bağırov döyüşdə həlak olanda hamımızı ağlamaq tutmuşdu. Oyunların birinin start fitindən sonra onun ruhunu bir dəqiqəlik sükutla yad edərkən “qrad” atdılar. Mərmi stadiona düşdü. İnanın, futbolçulardan heç biri yerindən tərpənmədi…
Hamının gözlədiyi o gün yetişdi. Şanlı ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad edərək, ərazi bütövlüyümüzü bərpa etdi. Bu gün Allahverdi Bağırovun övladları onun məzarını ziyarət edə bilirlər. Yaxın gələcəkdə bizi daha möhtəşəm qələbələr gözləyir. Biz buna əminik!
AJB -nin üzvü,”Yazarlar”jurnalının əməkdaşı,”Bizim Qala”jurnalının redaktoru, ”Qürur”bədii Yaradıcılıq Mərkəzi nəzdində ”Xarıbülbül” əbəbi məclisinin sədri.
AĞDAM Lap uşaqlıqdan Ağdam eşidəndə, o an xəyalımda hündür sütunlu ağ evlər canlanırdı… Bu hündür, geniş, işıqlı, dümağ bərq vuran büllur sarayların oxşarlarını real həyatda görmədiyimdən o vaxtlar yəqin ki, hind filimlərində gördüyüm səhnələrə əsasən belə qeyri-adi düşüncələrə qapıla bilir, xəyal gücümdən istifadə edirdim… Elə alınmışdı ki, mənim böyüməyim ölkəmizin inkişafı ilə üst-üstə düşmüşdü. Böyüdükcə Ağdam haqqında, onun insanları barəsində daim maraqlı əhvaltlar və hekayətlər eşidirdim. Yəqin. mənimlə razılaşarsınız ki, Ağdam, Ağdam insanı kiçmiş ittifaq və hətta onun hüdudlarından kənarda da kifayət qədər məşhur idi. Ağdamın məşhur “Çörək Muzeyi”, Xudu Məmmədov, Rafiq Əliyev kimi dünya miqyaslı alimləri, tanınmış sənət adamları, qədim abidələri, hətta şərab məhsulları və s. … İndi hərdən düşünürəm ki, kaş 1988-ci ildən sonra baş verənlər olmamış olaydı… Onda mən indiki Ağdamı heç xəyal belə edə bilməzdim… Buna xəyal gücüm yetməzdi… Ancaq “kaş ki”lərlə heç nə olmur və bütün məlum hadisələr baş verib. Min şükür Alaha ki, indi artıq bütün bu baş verənlər barədə keçmiş zamanda danışa bilirik. QISACA OLARAQ AĞDAM HAQQINDA Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1150 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır.Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Ağdam rayonunda çoxlu sayda tariximizin şahidi olan mеmarlıq abidələri var. Ağdam şəhərinin şimal-qərbində Xındırıstan kəndində yеrləşən Üzərlik təpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu günbəzi (1314-cü il), Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələri (XIV əsr), Papravənd kəndindəki Xanoğlu türbəsi (XVII əsr), türbələr və məscid (XVIII əsr), Qarabağ xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti (XVIII əsr), Şahbulaq qalası və s. mеmarlıq abidələri bu yurdun qədim Azərbaycan torpağı olduğunu təsdiq еdir. Tariximizin sirdaşı, еv ünvanı olan bu abidələr Ağdamın kеçmişinin qaranlıqlarına işıq saçaraq dünənindən bu gününə soraq vеrir. Rayonun ərazisində 50-ci illərdən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Tanınmış arxeoloq İdeal Nərmanovun Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Alim rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə apardığı arxeoloji tədqiqatlar zamanı Eneolit və orta Tunc dövrünə aid (e.ə. II minilliyin birici yarısı) dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkar edib. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur. 80-cı illərin ortalarında rayonun Sarıçoban kəndi yaxınlığında son Tunc və Dəmir dövrünə aid (e.ə. XIX-XIII əsrləri əhatə edir) möhtəşəm kurqan tarixi cəhətdən çox qiymətli bir abidədir. Kurqanda aşkar edilən e.ə. XII-XIII əsrlərə aid maddi tapıntılar bu abidənin varlı bir insanın qəbri olduğundan xəbər verir. Bu isə həmin dövrdə Azərbaycanda ibtidai-icma quruluşunun dağılaraq sosial və əmək bərabərsizliyinin yaranmasına ən yaxşı əyani sübutdur. Sonralar Azərbaycanda gedən tarixi proseslər nəticəsində ilk dövlət qurumları formalaşmağa başlayıb. Belə dövlətlərdən biri də Şimali Azərbaycanda yaranmış Albaniya quldar dövləti idi. Mənbələrin verdiyi məlumata görə, qədim Albaniya ərazisində 26 tayfa var idi ki, bunlardan biri yüksək mədəniyyətə malik olan Qarqarlar Ağdam ərazisindəki Qarqar çayı boyuca məskunlaşmışlar. Bu isə Ağdamın Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğunda mühüm rol oynadığını bir daha əyani sübut edir. Ötən əsrin 80-ci illərin sonlarından başlayaraq bütün ölkəni bürüyən hadisələrin mərkəzi demak olar ki, Ağdama düşmüşdü. Bunun nəticəsi olaraq Ağdam 6000 şəhid verdi. AĞDAMIN ŞƏHİDLƏRİ Ağdam tanınmış və tanınmamış şəhid övladlarının sayına görə də yaddaşlarımızda dərin, silinməz izlər buraxıb. Bu barədə Ağdamın tanınmış ziyalısı, Millət vəkili Aqil Abbasdan sitat gətirmək istəyirəm. “Ağdam nə qədər şəhid verib?” sualına Aqil Abbasın verdiyi cavabdan “Keçək məsələnin şəhid sayısı tərəfinə. Əvvəla, bilirsən ki, bütün rayonlarda Şəhidlər Xiyabanı var və bu Xiyabanda şəhidlərin adları qeyd olunub. Ağdamdakı, daha dəqiq desək Quzanlıdakı Şəhidlər Xiyabanı isə tam fərqlidir. Bu fərqlilik də şəxsən mənim ideyamdır. Nizami Sadıqovun vaxtında bu Xiyaban salınanda məsələ qaldırdım ki, abidədə təkcə ağdamlı şəhidlərin deyil, Azərbaycanın müxtəlif bölgələrindən gəlib Ağdamda şəhid olanların da adları yazılmalıdır, onlar hamısı ağdamlıdır. Belə də etdik. Bütün rayonların İcra hakimiyyətlərinə məktubla müraciət etdik bu barədə. Təəssüf ki, müraciətimizə laqeyd yanaşdılar. Sağ olsun Ağdam Məscidinin axundu Barat kişini, O Barat kişini ki, minlərlə şəhidi yuyub kəfənləyib, köməyi ilə müəyyən qədərini özümüz tapıb üzə çıxara bildik.
Ağdam nə qədər şəhid verib?! Bəli, Ulu Öndər Heydər Əliyev mənim də iştirak elədiyim bir görüşdə bildirdi ki, Ağdam 5500-dən artıq şəhid verib. Heç kim cəsarət edib Heydər Əliyevə düzgün olmayan məlumat verə bilməzdi. Və sonralar da Ulu Öndər bir neçə dəfə bu rəqəmi səsləndirib. Və heç kim də bunu inkar etməyib. Ağdamda şəhid olanların sayı 6 minə yaxındır. Və təbii ki, bunların hamısı ağdamlı deyil, müxtəlif bölgələrdən könüllü gəlib vuruşub qəhrəmancasına şəhid olanlar da yüzlərcədir. Və onlar hamısı AĞDAMLIDIR!
Onu da vurğulayım ki, Qarabağda nə qədər şəhid verdiyimiz haqqında dəqiq məlumat yoxdur, eləcə də Ağdamda. Və heç dəqiqləşdirmə aparan da yoxdur. Yüzlərlə şəhidin nəşini götürmək də mümkün olmayıb, qalıb işğal altındakı torpaqlarda və itkin düşmüş sayılırlar. (http://teref.az/gundem/103096-agdam-ne-qeder-sehid-verib.html)” Bu yazını hazırlayarkən məlumatların maksimim dərəcədə dəqiqliyini təmin etmək üçün Ağdam rayon İcra Hakimiyyətinin rəsmi sayt məlumatlarından istifadə etmişəm. Ağdamın şəhidləri bölməsində Vətən Müharibəsi Şəhidi baş-leytenant Hikmət Səfərov haqqında olan məlumat diqqətimi daha çox cəlb etdi.
ŞƏHİD BAŞ-LEYTENANT HİKMƏT SƏFƏROV HAQQINDA Hikmət İldırım oğlu Səfərov 1972-ci il İyulun 11-də Ağdam rayonunun Yusifcanlı kəndində anadan olmuşdur.1979-1989-cu illərdə Yusifcanlı kənd tam orta məktəbində təhsil almışdır.1989-1994-cu illərdə ali təhsil almışdır. Hərbi xidməti Azərbaycan Ordusunun baş leytenantı olan Hikmət Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Hikmət Səfərov oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı ağır yaralanıb. 08.12.2020-ci il tarixində Bakı şəhərində müalicə aldığı Hərbi Hospitalda vəfat etmişdir.Bakıda II Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Təltifləri (15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra) (18.12.2020) — “Cəsur döyüşçü” medalı (ölümündən sonra) (29.12.2020) — “Ağdamın azad olunmasına görə” medalı (ölümündən sonra)
Hikmət haqqında dəfn mərasimindən (II Fəxri xiyabanda dəfn olunub) və anım günü münasibəti ilə keçrilmiş tədbirdən məlumatlıə idim. Onun istiqanlı, böyük ailəsi məni valeh etmişdi. Atası İldırım müəllimin (indi rəhmətə gedib, Allah rəhmət eləsin) Hikmətin məzarı üstündəki görüntüləri heç vaxt gözümün önündən getməyəcək. Bu qürür, hüzün və sarsıntının birlkdə çuğlaşmış şəkildə yaratdığı ata obrazı çox təsir edici idi… Birdəfəlik yaddaşıma həkk olunub…
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun. Və bütün bunlarla yanaşı məşhu “Qarabağ” cinsli atları qoruyub saxlayır… Ağdamın “Qarabağ” adlı futbol klubu var ki, ən çətin günlərimiz də belə daim bizi bugünkü günlərimizə ruhlandırırdı. Bu günə qədər mümkün olanın hamısını etməyi bacardıq. Daha böyük zəfərlər bizi gözləyir. Çiçəklənən Ağdamdan yazmaq ümidi ilə sizlərdən ayrılıram.
AJB -nin üzvü,”Yazarlar”jurnalının əməkdaşı,”Bizim Qala”jurnalının redaktoru, ”Qürur”bədii Yaradıcılıq Mərkəzi nəzdində ”Xarıbülbül” əbəbi məclisinin sədri.
AĞDAMIN QƏHRƏMAN ÖVLADLARI (Allahverdi Teymur oğlu Bağırov haqqında) Ağdamın çoxlu şəhidi, minlərlə qazisi və qəhrəmanı var. Ötən əsrin səksəninci illərindən Azərbaycan məlum münaqişəyə cəlb olundu. Ağdam hadisələrin mərkəzində olduğuna görə burada proseslər sürətlə cərəyan və inkişaf edirdi. Bütün bunların fonunda Ağdamın qorxmaz, sözübütöv mərd oğulları özlərini sözün əsl mənasında yurdsevər qəhrəmanlar kimi göstərməyə başladılar. Şiddətli döyüşlərin getdiyi doxsanıncı illərdə Şirin Mirzəyev, Allahverdi Bağırov, Asif Məhərrəmov (Fred Asif), İxtiyar Qasımov, Natiq Əhmədov, Rövşən Hüseynov kimi ölümündən sonra Milli Qəhrəman adını almış onlarla igid mübarizənin ön sıralarında idi. Bu yazımız Ağdamın qəhrəman övladlarından biri – Azərbaycanın Milli Qəhrəmanı Şəhid Allahverdi Bağırov haqqındadır.
ALLAHVERDİ BAĞIROV HAQQINDA Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. Yeddi qız övladından sonra dünyaya gəldiyinə görə ailəsi onu Allahın payı sanıb adını Allahverdi qoymuşdular. Bu ad həm də onun ana babasının adıdır. O, gənc yaşlarından cəsarətli, qorxmaz, sözübütöv və haqsızlığa dözməyən adam idi. Ona görə də davakar kimi tanınırdı. Hətta müəllimlərindən kimsə bir şagirdin haqqını tapdalayırdısa, ona da etirazını bildirirdi. Sinif rəhbəri və dil-ədəbiyyat müəllimi Qənirə Məmmədova onunla fəxr edirdi. Məmmədova hər yerdə fəxrlə deyirdi ki, “mən Allahverdinin oxuduğu sinfin rəhbəriyəm”. A.Bağırov orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə almışdı. O, gənc yaşlarından həm də gözəl təşkilatçılıq qabiliyyətinə malik idi. İnsanları ətrafına yığmağı bacarırdı. Kiçik yaşlarından idmana, xüsusilə futbola, yüngül atletikaya və voleybola böyük maraq göstərmişdi. Məktəb illərində və sonrakı dövrdə idmanın müxtəlif növləri üzrə yarışlarda Ağdamı təmsil edən komandaların qazandıqları qələbələri xidmətləri olmuşdu. O, Ağdamın “Qarabağ” futbol klubunun şərəfini qorumuşdu. 1970-ci ildə Füzulidə “Qizil sünbül” kubokunda Ağdam – Cəbrayıl oyununda komandanın kapitanı kimi iştirak etmişdi. 1976-cı ildə klubun baş məşqçisi təyin olunmuş və həmin ildə keçirilmiş Ümümittifaq birinciliyində Azərbaycanın dördüncü yeri tutmasında böyük əməyi olmuşdu. Keçmiş futbolçu Müşfiq Hüseynov Allahverdi Bağırov haqqında bunu demişdir: “İlk məşqçim, rəhmətlik milli qəhrəman Allahverdi Bağırov olub. Allahverdi müəllim futboldan öncə bizə dürüst olmağı öyrətmişdi. Bizə həyata müstəqil olaraq atılmağımızda rəhmətliyin böyük əməyi olub. Həqiqətən də o, futbolçulara gözəl bir örnək idi.” 1991-ci ildə “Qarabağ” və “Neftçi” veteranları arasında keçirilən oyunda iştirak etmişdi. 1:1 hesabı ilə başa çatan qarşılaşmada Ağdam klubunun qoluna Allahverdi Bağırov imza atmışdı. Bağırov Ağdam əhalisinin göstərdiyi maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünü müdafiə dəstələrinə fəal köməklik etmişdi. Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşmuşdu. Müharibə zamanı Ağdam Xalq Cəbhəsinin sədri seçilmişdi. Müstəqil Azərbaycanın bayrağını ilk dəfə Ağdama Allahverdi Bağırov sancmışdı. 1988-ci ildə Ağdamda ilk müdafiə dəstələrinin formalaşmasında böyük rolu olmuşdu. Həmin ildə dövlətin xəbəri olmadan Əsgəranla Ağdam arasında keşikçi postu yaradılanda ora könüllü gedən ilk şəxs onun qardaşı Eldar Bağırov oldu. Sonra ermənilərlə həmsərhəd olanbütün kəndlərdə belə postlar yaradıldı. 1991-ci il oktyabrın 1-də Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələri Allahverdi və Eldar Bağırov qardaşlarının komandirliyi altında yaradıldı. Eldar Bağırovun rəhbərlik etdiyi hərbi hissə 845 nömrəli Ağdam Ərazi Özünümüdafiə taboru idi. 760 nəfər döyüşçüsü olan batalyona “Vətən oğulları” adı verildi. Həmin ildə onun qardaşı Eldar Bakıda Ali Sovetin iclasından qayıdarkən yaşadığı evin qarşısında şəhid edildi. Qardaşı Eldarın ölümündən sonra A.Bağırov ona matəm əlaməti olaraq həmişə saqqal saxladı. E.Bağırovun şəhadətindən sonra batalyonun komandiri Allahverdi bəy oldu. 1991-ci ilin avqust ayında Allahverdi Bağırov Rəhim Qazıyevın müdafiəsinə qalxaraq uşaqlıq dostu Cəfər İmaməliyevlə savaş həddinə gəldi. Cəfərin açdığı atəş nəticəsində Bağırov ayağından yaralandı. 1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın etmiş, 150 döyüşçü ilə Əsgəran qalasına qədər irəliləmiş, Pircamal kəndindəki bütün yüksəklikləri tutmuş, Kətük kəndi ilə üzbəüz mövqe qurmuşdu. Bu əməliyyatı başa çatdırmaq və erməni bayraqlarını Azərbaycan bayraqları ilə əvəz etmək üçün Allahverdi Bağırovun döyüşçülərinə cəmi iki saat lazım oldu. Bu əməliyyata görə Allahverdi Bağırov “General Məhəmməd Əsədov” adına mükafata layiq görüldü. 2015-ci ildə Qarabağ qazisi Bakir Behbudovun verdiyi müsahibədən: “Allahverdi Bağırov yeganə komandir idi ki, qabaqda gedirdi. O, çox ciddi, tələbkar adam idi. Bir dəfə kəndi alanda dedi ki, birdən kimsə kənddə əhalini qarət edə, doğma oğlum da olsa, güllələyəcəm. Biz oğurluğa getmirik, torpaq almağa gedirik”. 1992-ci il mayın 3-də ermənilər Bağırova məlumat verdilər ki, ayın 8-də Şuşa işğal olunacaq. O da həmin məlumatı bizim bütün dövlət qurumlarına çatdırmışdı. Həmin ay Bağırov qərargaha beş əsgəri çağırtdırıb birlikdə plan hazırlamağa başladı. Allahverdi Bağırovun ən böyük hərbi uğuru 1992-ci il 12 iyun Aranzəmin döyüşündə olmuşdur. Aranzəmin kəndi uğrunda döyüşlərdə 100 erməni məhv edilmiş və 10 düşmən əsir götürülmüşdü. Xocalı soyqırımı zamanı həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyitləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində onun böyük xidməti olmuşdu. Həmin əməliyyatlar zamanı Ağdam rayonu 300 nəfər şəhid vermişdi. Bağırov erməni polkovnik Vitali Balasanyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdi. Bağırov erməni əsirləri avtobusla gətirib sahiblərinə təhvil verdi. O, cəsədləri Ağdam məscidində, kəfənlədib torpağa tapşırırdı, Ağdamın Qarağacı qəbiristanlığında Azərbaycan əsirləri təhvil aldı. Səkkiz gün erməni əsirliyində işgəncələrə məruz qalmış Hüseynağa Aydın oğlu Quliyev: ”Məni əsirlikdən qurtarmaq üçün Ağdam döyüşlərində əsir düşmüş Suriyadan olan erməni ilə dəyişməli idilər. Belə də oldu. Ermənilər Milli Qəhrəman Allahverdi Bağırova pul təklif etmişdilər ki, həmin Suriya ermənisini qaytarsın. Amma yeri behişt olsun, rəhmətlik Allahverdi kişilik göstərib ermənini pula deyil, mənə dəyişdi. Anamı da buraxdılar.“ Məhz Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrini lentə almaları mümkün olmuşdu. Bağırovu Xocalı faciəsi çox sarsıltmışdı. Xocalı qadınlarını və qızlarını görəndən sonra özünə gələ bilmirdi. Xüsusilə də 9 yaşlı qız uşaqının vəhşicəsinə öldürülməsi ona pis təsir etmişdi. 2015-ci ildə telejurnalist Nadejda İsmayılovanın verdiyi müsahibədən: ”Onun üzündəki solmuş təbəssümü, yorğun sifətinı unuda bilmirəm. Mənə elə gəlirdi ki, bu güclü, cüssəli oğlan gözlərimin qarşısında bu dəqiqə səndirləyib yıxılacaq. Heç kim bilmirdi ki, o, nə zaman yatır. Ümumiyyətlə yatırmı? Mən çəkiliş qrupumuzun rejissoru Namiq Şirəlibəyov və operator İzzət Əzizovla çəkilişləri səhər o başdan başlayırdıq, eşidirdik ki, Allahverdi artıq hardasa insanların köməyinə çatır, üzərinə düşən hansısa əməliyyatı yerinə yetirir. Gah ermənilərlə danışıqlarda olurdu, gah meyit dəyişirdi, gah da ağlayıb-sızlayan ana-bacıların ətrafında onlara ürək-dirək verir, saçlarını tumarlayırdı. Qəfildən gedib postları yoxlayırdı, Ağdamı qoruyan uşaqların ayıq-sayıq olmaları üçün tapşırıqlar verirdi. Bir də görürdün ki, əlinə bir dəfə də tüfəng götürməyən müdafiəçiləri silahla davranmağı öyrədir. Allahverdi Əsgərana – döyüşlərin ən qızğın mərkəzinə gedib oradan ermənilərdən ya ölümüzü, ya dirimizi alıb gətirirdi. Bu erməni silahlı əsgərləri ilə qarşılaşmanın hər dəqiqəsində ölüm var idi.
Allahverdi Bağırovun məzarı 1992-ci ilin 12 iyunda təcili iş üçün Ağdama çağırılan Allahverdi Bağırovun maşını Naxçıvanikdən geri qayıdarkən minaya düşdü. Maşında olan digər üç nəgər sağ qalsa da, Allahverdi Bağırov, sürücüsü və Nizami həkim şəhid oldular. Tankçı Sevil Abbasovanın sözlərinə görə, onu “ancaq sənədlərindən tanıya bildik.” Bağırov həlak olandan sonra Bakıdakı Şəhidlər Xiyabanında ona qəbir qazılmışdı. Lakin müəyyən səbəblərə görə qardaşı Eldar Bağırovun yanında — Ağdam rayon Şəhidlər xiyabanında dəfn edilmişdi. Ailəli idi, Elşən adlı oğlu, Aynur və Zümrüd adlı qızları var. Allahverdi Bağırov üçün qazılan qəbirdə isə Azərbaycanın Milli Qəhrəmanı, ondan bir gün sonra həlak olmuş Çingiz Mustafayev dəfn edilmişdir. 2014-ci ildə futbolçu Elşad Xudadatovun verdiyi müsahibədən: ” Allahverdi Bağırov döyüşdə həlak olanda hamımızı ağlamaq tutmuşdu. Oyunların birinin start fitindən sonra onun ruhunu bir dəqiqəlik sükutla yad edərkən “qrad” atdılar. Mərmi stadiona düşdü. İnanın, futbolçulardan heç biri yerindən tərpənmədi…
Hamının gözlədiyi o gün yetişdi. Şanlı ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad edərək, ərazi bütövlüyümüzü bərpa etdi. Bu gün Allahverdi Bağırovun övladları onun məzarını ziyarət edə bilirlər. Yaxın gələcəkdə bizi daha möhtəşəm qələbələr gözləyir. Biz buna əminik!
AJB -nin üzvü,”Yazarlar”jurnalının əməkdaşı,”Bizim Qala”jurnalının redaktoru, ”Qürur”bədii Yaradıcılıq Mərkəzi nəzdində ”Xarıbülbül” əbəbi məclisinin sədri.
Çağdaş poeziyamızın tanınmış siması, filologiya üzrə fəlsəfə doktoru,”Mahmud Kaşğarlı Beynəlxalq Fondunun “San Yarlığı” mükafatçısı, “Kitab Evi” İB-nin sədri, AYB- nin üzvü şair Adilə Nəzərin “Bir ovuc gün işıgı” kitabının möhtəşəm təqdimatına və ad gününə yıgışmışdıq… Şeirləri türk, ingilis, fars, fransız, rus, qırğız və özbək dillərində tərcümə olunmuşdur: Od burda, hava burda torpaq burda,su burda, Tanrının yolu düşüb bizdən öncə bu yurda Qurban dedim bu canı Ona sevgim əzəldir, Mənim oldugu üçün Azərbaycan gözəldir…. Adilə Nəzərin bütün şeirlərində vətən sevgisi, vətəndaşlıq qüruru, mərdlik, təvazökarlıq hissləri və qələbə ilə başa çatan II Qarabag Müharibəsi şəhidlərinə həsr olunmuş mövzuları geniş yer tutur. Şeirlərində dilimizin gözəlliklərini qoruyur, çünki dilimizi qorumaq Vətəni qorumaqdır, bu da əsl vətənpərliyin əsas meyarıdır. Adilə xanım şəhidlərimizdən Xudayarın, Albert Aqarunovun, general Polad Həşimovun, Atiq İbrahimovun, Camal İsmayılovun, Cəbrayıl Dövlətzadənin və neçə-neçə igidlərimizin xatirəsinə həsr etdiyi şeirlərində ürək yanglsı ilə: Gözünü yummadın soyuq səngərdə Gecələr bizin də yuxumuz azdı Sən ey fateh ogul,sən ey sərkərdə, Şəninə min dastan yazılsa azdı Xoşbəxt sabaha ümidlə yaşamagın – deməsi, Gəlsəm bir gün yalvarsan aglasam… Göz yaşlarımla yuyulsa illərin kiri, kədəri Hər şey dəyişsə… gül çiçəklə sevişsə… torpaq bərəkətli olsa hava günəşli, Həyat sevgi kimi tərtəmiz, agappaq… gəlsəm bir gün aglasam, hər şey dəyişərmi, Qarabag?!- düşüncələri ilə vəsf edir. Adilə xanım qazilərimizə olan ehtiramını da şeirlərinə köçürür: Üz-üzə dayanıb mənfur yagıyla Keçib imtahandan can sınagıyla, Girdiyi meydandan tək ayagıyla Çıxan qaziləri salamlayıram. Gedib babaların şanlı iziylə Savaşa atılıb bıçaq-nizəylə… Gözünü itirib,könül gözüylə, Baxan qaziləri salamlayıram…. Qoymadı zəfərə bizi tamarzı, O, xan qaziləri salamlayıram…. Adilə Nəzərin “Bir ovuc gün işıgı” kitabı sayca on birinci kitab olsa da, şeirlər toplusu olaraq 8-ci kitabıdır.Şeir nədir?-deyən şairə: “Mən sənin dostlarına yeni bir dost bagışlamaq istədim- bütün kitablarımda, şeir..”-deyir. Adilə Nəzərin ədəbi – bədii yaradıcılığından saatlarla, günlərlə danışsaq da azdır. Bunu təqdimata toplaşanların da ürək sözlərindən də gördük…
Mayın 26-sında AYB -nin Natəvan klubundakı görüşdə Yazıçılar birliyinin katibi, yazıçı- publisist Elçin Hüseynbəyli giriş sözü ilə iştirakçıları salamlayaraq şairənin yaradıcılıgından səmimiyyətlə söz açdı. Tədbiri aparan hörmətli şairimiz Yusif Nəgməkar Atatürk mərkəzinin direktoru-akademik Nizami Cəfərovun ürək sözlərini dinləmək istədiyimizi təklif etdi. Akademik şairənin poetik düşüncələrini incəliklə dinləyicilərə çatdıraraq ad gününü də təbrik etdi. Bəli, sairənin yaradıcılıgından danışmaqla söz bitmir. Bunu çıxış edənlər –Əsəd Cahangir, yazıçı-tərcüməçi, şairimizin işlədiyi Təhsil İnstitunun professoru Akif Abbasov, ADA Universitetinin professoru Nəriman Qasımzadə, şair- tərcüməçi-professor Xaqani Qayıblı, yazıçı -jurnalist Zenfira Məhərrəmli, yazıçı–publusist İradə Tuncay, Əməkdar İncəsənət Xadimi Gövhər Həsənzadə, yazarlar – Səfər Alışanov, Əlabbas Baglrov, Ayaz Arabaçı, İlqar Türkoğlu, Kəmaləddin Qədim və başqaları bir daha çıxışlarında fəxrlə ürək sözlərini qeyd etdilər… Rəssamlar-Sehran Allahverdi və Şəmsəddin Böyükdüzlü rəngli boya ilə işlədikləri portretləri Adilə xanıma bagışladılar…. Naxçıvandan, Qəbələdən, Göyçaydan, Neftçaladan və digər yerlərdən də gün işıgına toplaşanlar tədbiri daha maraqlı və ugurlu etdi… Bəli gördük ki, Adilə Həzərin səmimiyyəti, bir qadın kimi məsumlugu, ədəbi yaradıcılıgındakı dil ustalıgı şeirlərində daim görünür… Zalımlıgı, fagırlıgı nə imiş Bəxtin belə sağırlığı nə imiş, Əlli yaşın agırlıgı nə imiş, Söz yükünü çəkə bilən adama….. və ya: Qarışdırma ayaqları başlara, Çox dəyibdi başın daşdan – daşlara Ay Adilə, sən də qoşul quşlara, Qoşul, ürək vaxtı- könül vaxtıdır.. İstedadlı alim və gözəl şairəmiz sizə bol, tükənməyən yaradıcılıq ugurları, möhkəm can saglıgı arzulamaqla bir ovuc gün işıgında dünya boyda xoşbəxtlik arzulayıram. Dərin hörmət və ehtiramla:
Nəzakət Kərimova Əhmədova
yazar -publisist,”AJB -nin üzvü,”Yazarlar “jurnalının əməkdaşı,”Xarıbülbül” Ədəbi Məclisinin sədri,” Bizim Qala” jurnalının redaktoru.
Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında tanınmış alim, şair Adilə Nəzərin “Bir ovuc gün işığı” adlı yeni kitabını təqdimatı olub. Tanınmış qələm adamlarının iştirakı ilə baş tutmuş tədbirdə “Yazarlar” jurnalının İctimaiyyətlə əlaqələr üzrə meneceri Nəzakət KƏRİMOVA-ƏHMƏDOVA yazarlar adından müəllifə “Ziyadar” diplomunu təqdim edib. Fotolar:
Naxçıvan. Cəhri kəndi. 20.05.2022. Mayor Rasim Əbdül oğlu Məmmədovun cənnətdəki mövludu qeyd olundu. “Kiçik dünyanın böyük insanları” kitabının təqdimatı keçirildi. Milli Mədəniyyətin Təbliği ictimai birliyinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərova Tabor komandiri Aprel şəhidlərimizdən olan Rasim Məmmədovun dünyaya göz açdığı Cəhri kəndində başqa illəldən fərqli anım mərasimi keçirilməsinin təşəbbüskarı olub. Üç ay öncə 29 şəhidimizin (burda həm 1 –ci Qarabağ müharibəsi həm də Vətən müharibəsi şəhidləri yer alıb) əziz xatirəsinə həsr olunmuş “Kiçik dünyanın böyük insanları” kitabının təqdimatı keçirilmişdi. Kitabda Rasim Məmmədova da ayrılmış səhifə var. Jalə Cəfərova bir çox şəhid ailələrinin kitab təqdimatında iştirak edə bilmədiklərini nəzərə alaraq özü bir çox rayonlarda təkrar təqdmatlar sərgiləşişdir. Cəhri kəndinə toplaşan Rasimin əzizləri, Naxçıvanın müxtəlif bğlgələrində mövluda toplaşan qazilərimiz, məktəblilər təqdimata rəng qataraq xatirələrini bölüşdülər. Jalə xanım hər kəsi salamlayaraq bu sözlərlə mövlud gecəsini davam etdirdi”İllərdir tanıdığım bu ocaq mənim üçün həm əzizdir həm də müqəddəs. Bu ocaqda vətənə olan sonsuz sevgini sözüylə əməliyə, qanıyla, canıyla sübut edən üç nəslin nümayəndəsi gəlib keçib. Calal Məmmədov 1941-45 ci il müharibəsinin iştirakçısı, oğlu Əbdül Məmmədov Birinci Qarabağ müharibəsi başlayan kimi olmazın fədakarlığını göstərərək sağlamlığını itirərək 24 il yataq xəstəsi oldu və onun böyüdüb tərbiyə verdiyi Rasim Əbdül oğlu Məmmədov. “Anım mərasiminə toplaşan əzizlər qazilər, Rasimin və Əbdül Məmmədovun müəllimləri,Nazilə anamız söylədikləri xatirələriylə hamını kövrəltsələr də belə oğulla qürur duyduqlarını da xüsusi vurğuladılar. Məktəb direktoru Rəşad Rüstəmli, qazilərimiz Fərdi Məmmədov, Birinci Qarabağ müharibəsi qazisi Osman İbrahimov (Osman Məmmədov həm də kitabda müsahibə verən Nurhan İbrahimovun atasıdır) ,qazi Roman İbrahimov, Tamara müəllimə, Girşad Rüstəmlinın çıxışlarını həyacansız dinləmək mümkün deyildi. Sonra Jalə xanım kitabda adı keçən igid şəhidlərimizlə bağlı geniş məlumat verərərək “Mən bir daha təkrar edirəm, bu igidlərin həyatını vərəqlədikcə,onları böyüdüb tərbiyə edən valideynləri dinlədikcə içimdə bir səs eşitdim və bir daha əmin oldum ki BU DÜNYA BELƏ OĞULLARIN QARŞISINDA ÇOX HƏM DƏ ÇOX KİÇİK GÖRÜNÜR. Kitabın adını məhz ona görə belə adlandırdım“, – dedi.
Evdəki mərasim Jalə xanımın imzasıyla təqdim etdiyi kitabların təqdim olunmasıyla davam etdi. Rasim Məmmədovun adına açılmış süfrədən sonra ata-balanın uyuduğu dağın ən hündür yerindəki məkana məktəblilər əklil qoydular. Şəhidlərimiz anıldı, Dövlət Himnimiz səsləndi. Şəhidimizin qardaşı Etibar Məmmədov dinimizin adətlərinə uyğun müqəddəs kitabımız Qurani-Kərimdən surələr oxundu və Nazilə anamızın Etibar bəyin hər kəsə təşəkkürüylə sona çatdi.
Gülnarə İsrafil bu gün AYB-də “Sirran” adlı yeni kitabını təqdim edib. Müəllif bu münasibətlə “Ziyadar” mükafatına layiq görülüb. Diplomu yazara yazarlar adından Nəzakət xanım təqdim edib. Fotolar:
KİTAB HAQQINDA
Gülnarə İsrafilin “Sirran” şeir kitabı 2022-ci ildə “Elm və Təhsil” nəşriyyatında işıq üzü görüb. Kitabda vətənpərvərlik və digər mövzularda şeirlər yer alır. Kitabın ön söz müəllifi yazıçı, şair Naibə Yusif, korrektoru yazıçı, şair, Sevil Gül Nurdur. Kitab 124 səhifədən ibarətdir. “Sirran” müəllifin sayca üçüncü şeir kitabıdır.
H. Əliyevin və Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. N.Nərimanov Xatirə muzeyində 18 may- Beynəlxalq Muzeylər Günü münasibətilə”Heydər Əliyev və muzeylərimiz” adlıtədbir keçirildi. Tədbirin məqsədi ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək,respublikamızda geniş muzey şəbəkəsinin yaradılmasında,xalqımızın mənəvi dəyərlərinin qorunub saxlanılmasında bir ölkə başçısı,bir vətəndaş kimi gördüyü geniş miqyaslı işlərdən söhbət açaraq iştirakçıları , ictimaiyyəti tanış etmək idi… Tədbiri muzeyin gənc direktoru Ləman Hüseynova açaraq sözü Əməkdar İncəsənət Xadimi,Azərbaycan Yazıçılar İttifaqının(Birliyinin)üzvü, xalq şairi Nəriman Həsənzadəyə verdi. Nəriman müəllim Heydər Əliyevlə ilk günlərdən necə tanış olmasından,onun gənc şairə olan diqqət və qaygısından ömür yolunda ona necə dayaq və dəstək olmasından böyük maraq və həyəcanla geniş söhbət açdı.Nəriman müəllim danışdıqca bütün həyat xatirələri ilə tanış olduguma görə hadisələr gözümün önünə gəldi… Söhbət əsnasında təşəbbüsümlə bu muzeyin filialının yaradarkən necə çətinliklərlə rastlaşdıgım anlarda Nəriman müəllimlə,mərhum Teymur Əhmədovla,akademik Hüseyn Əhmədovla və başqa nərimanşünas alimlərlə olan fəaliyyətlərimizi xatırladım …Lakin muzeyin sıfırdan başlanmasında mənə yaxından kömək edən, bütün problemlərin həllində həmən anda mənə yardımçı olan, mənə mənəvi ata kimi qaygı və diqqət göstərən mərhum Vəli Məmmədov olmuşdur.Onun yaxından köməkliyi ilə həm muzeyi yaratdıq , həm də mənim arzumu nəzərə alaraq sonralar Əməkdar heykəltaraş Mirəli Mirqasımovun müəllifliyi ilə N.Nərimanovun adını daşıyan məktəbin həyətində ədibin tuncdan abidəsinin qoyulmasına da nail olduq…. H.Əliyevi ilk dəfə 1981 ci ildə Xaçmaz rayonunda tarix -diyarşünaslıq muzeyinin açılışında görmildm..Onun rayonumuza hər gəlişini həyəcan və sevinclə gözləyirdik. Ölməz liderimiz muzeylərə ,tarıxı mədəniyyət abidələrinə xüsusi qaygı göstərilməsini hamıya məsləhət görür, milli sərvətlərimizin qorunub saxlanmasının vacibliyini xüsusi qeyd edirdi…. Sonra söz Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevə verildi.O, Nəriman müəllimin xatirələrindən təsirləndiyini bildirdi.. Azərbaycan Prezidenti yanında DİA- nın professoru, kulturoloq, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Prezidenti Fuad Məmmədov, Əməkdar Mədəniyyət işçısı,”Azərxalça”ASC-nin baş mühafizi Nailə Rəhimova ölməz liderlə olan görüşlərindən danışdılar .BakıdaN. Nərimanovun əzəmətli heykəlinin qoyulması H.Əliyevin şah əsəri idi.. Tədbirdə müxtəlif mizeylərin rəhbərləri,Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin”Muzey işi,tarix və mədəniyyət abidələrinin mühafizəsi” fakultəsinin müəllim və tələbələri KİV nümayəndələri, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri maraqlı proqramla çıxış etdilər… Muzeyin direktoru Ləman Hüseynova tədbir iştirakçılarına muzey əməkdaşları adından təşəkkür etdi.”Heydər Əliyev və mədəniyyətimiz”adlı videoçarx nümayiş etdirildi…Tədbir Dövlət Akademik Filarmoniyasının aparıcısı Səmray Əliyevanın ifasında Nəriman Həsənzadənin “ Azərbaycan”şeirinn ifası ilə yekunlaşdı. Sonda dəyirmi çay stolu ətrafında bir daha maraqlı söhbətlər bitmək bilmirdi… Çünki ölməz liderimiz haqqında o qədər unudulmaz xatirələr var idi ki…
AJB-nin üzvü, “Yazarlar” jurnalının ictimaiyyətlə əlaqələr üzrə meneceri, yazar, DAMM və SİMİB-in Fəxri üzvü ,”Xarıbülbül” əbəbi məclisinin rəhbəri. (N.N.Nərimanov xatirə muzeyinin sabiq direktoru)
Yasamal rayon Heydər Əliyev Mərkəzi və Cəfər Cabbarlı ev Muzeyi birlikdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99- cü ildönümünə həsr olunmuş “Böyük şəxsiyyət “adlı tədbir keçirildi.
Mərkəzin Muzey böllməsi ilə tanışlıq, ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyuldu
Giriş sözün Yasamal rayon Heydər Əliyev Mərkəzinnin direktoru Naminə Ömərova açdı.
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsnin 1 dəqiqəlik sükutla yad edildi. Azərbaycanın Dövlət himni səsləndirildi.
Çıxış üçün qonaqlara söz verildi.
Qəmər Bagırova Cəfər Cabbarlının ev Muzeyinin direktoru, Rasimə Əhmədova M. S Ordubadi baş fond mühafizəsi, Lamiyə Balıyeva M. S Ordubadi ev Muzeyinin bələdçisi, Təranə Alməmmədova Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi Qəbələ rayon numayəndliyinin rəhbəri, Nəzakət Kərimova Yazarlar jurnalının əməkdaşı, Zərəngiz Qayalı Şairə publisist jurnalist, Rəsmiyyə Heybətaga qızı, Ruqiyyə Quluyeva 2 nömrəli Tibb Kollecinin YAP sədri Aktual Tədris mərkəznin Direktoru, Nərman Nərimanovun ev muzeyinin əməkdaşları iştirak etdi.
Ulu öndər Heydər Əliyevin Cəfər Cabbarlı abidəsi ilə bağlı xatirələrindən ibarət video -rolik izləndi.
Cəfər Cabbarlının vətənpərvərlik mövzusunda olan şeirlərinə bəstələnmiş Bülbülün ifasında Ölkəm romansı , T. Agayevanın ifasında Azərbaycan bayrağına həsr olunmuş Sevdiyim mahnılar kliplərininin nümayiş oldu.