Kateqoriya arxivləri: Pərviz Yəhyalı

Bir dəstə yarpız – PƏRVİZ YƏHYALI

PƏRVİZ YƏHYALININ YAZILARI

Bir dəstə yarpız
(hekayə)
– Elə mehribanlıqla danışırsan satıcı ilə lap paxıllığım tutur
– Neyniyim, kobudluq edim?
– Yox, niyə. Sadəcə hamlya xoş münasibətin olur. Təkcə məni görəndə elə bil ilan-qurbağa görürsən. Həmən hirsini tökürsən üstümə
– Yox, elə deyil- gülümsəyərək əlavə etdi:
– Əslində ilanlar da, qurbağalar da ziyansızdı.
– Hətta məni ilan-qurbağadan da….
– Yox ee, sənin sözünə deyirəm ki, əksəriyyət ilanları pis tanıyır, amma onların quyruğun tapdamasan adamı sancmazlar.
– Sənin ilan sevdan da varmış?
– Yaxşı da. Söz düşdü dedim. Bilirsən, danışmışdıq axı. Bu gün biz ciddi qərar vermək üçün görüşdük. Xahiş edirəm birdəfəlik başa düş, bizdə alınmır və alınmayacaq. Səninlə əbədi dost olaraq qala bilərik. Sən mümkünsüzdən yapışıb qalmısan
– Axı niyə?
– Ona görə ki, olmaz
– Bilirsən sevdiyimi, özü də dünyalar qədər. Onu da bilirsən ki, sənsiz yaşamaq mənim üçün mümkün deyil.
– Heç kəs, heç kəs üçün ölmür. Bircə sən allah demə ki, gedib intihar edəcəksən
– Bilsəm ki, nə vaxtsa bir dəstə güllə qəbrimi ziyarət edəcəksən onda ölərəm
– Yaxşı sən allah, ciddi ol
– Düz sözümdü vallah
– Bura bax, birinci ölmə, ikinci heç vaxt mən gedib hardasa sənin qəbrini axtaran deyiləm.
– Elə bilirsən zarafat edirəm
Bəlkə ürəyində kimsə var. Açıq de bilim.
– Yoxdu, olsa belə özüm bilərəm. Birdəfəlik xəyal qurmaqlarını qurtar. Ümid də xəyal eyləmə.
– Demirsən ürəyini, bilsəm ki…
– Xahiş edirəm. Nə zəng et, nə görüşək.
Xüdafizləşib azacıq aralananda çevrilib, gülə-gülə – ziyarət edəcəyimə arxayın olub ölmə!- dedi
Göz işlədikcə qırmızı və yaşıl əsrarəngizlik könül oxşayırdı. Qızılgül dərəsi onun üçün dünyanın əvəzolunmaz məkanı idi. Hər il may ayında bura baş çəkir, təbii qızılgül ətrindən doyunca çiyərlərini qonaq edirdi. Qızılgül dərəsi həm də gözdən-könüldən uzaq yerdə olduğu üçün buralarda bir inni-cinni olmazdı. Nadir hallarda yaxınlıqdakı kənddən mürəbbə bişirmək üçün uşaqlar ləçək yığmağa gələrdilər.
Uzun illərdi gəldiyi bu dərə əvvəlki illərdə olduğu kimi gəlmədi ona. Heç fikrindən çıxmırdı ki, ona söz vermişdi bura gətirəcəyini. Amma bu arzu olaraq qaldı. Hər ikisinin arzusu.
Dəfələrlə Qızılgül dərəsinə necə gedə bilərəmi soruşmuş, hər dəfə də yolu desə də oranın harada olduğu, yolu yadında qalmamışdı. Mütləq sənə oranı göstərəcəm demişdi. Çətin, ağlabatan yerdə deyil. Heç oranın yerini bilən adam barmaqla sayılacaq qədər az olduğunu da bildirmişdi.
Zəif yaz mehi qızılgülləri dərə boyu dalğalandırır, bihuşedici ətri dalğa-dalğa ətrafa yayırdı.
Ürəyində özünü məzəmmət edir, niyə onu bir dəfə bura gətirəmmədim təəssüfündə yanırdı. Bura nə qədər füsnkar olsa, dünyanın ən məsum baxışlarının həsrətindən qəmli olacaq həmişə keçdi ağlından. Niyə həyat belə amansızdır sualı bütün vicudunu yandırırdı. İlahi eşqi hicran alovunda yandırıb külünü küləklərə verməkdə qəsdi nədi fələyin deyə bitib-tükənməyən sualları özü-özünə pıçıldayırdı.
Birdən ağlına gəldi ki, heç burdan qayıtmasın geri bir daha. Qalsın burda bütün ömrünü. Qaçıb qurtarsın canını pis adamlardan. Eləcə tərki-dünya yaşasın ömür payının qalan hissəsini Qızılgül dərəsində.
Tez də ruhdan düşdü. Bu da asan deyil. Yaşam üçün daxma lazım. Yenə gedib qida, su gətirmək. Görüb, biləcəklər yerini. Qonaqlar, dostlar baş çəkəcək ona.
Bəlkə… bəlkə, allahdan arzu edim; yarəbbim məni insandan başqa bir canlıya çevir, qalım burda. Hətta ağlına gələndən özü də gülümsüdü. Ən ülvi arzumu eşitmədi tanrı, indi bunu eşidəcək?
Nə fikirləşdisə heç özü də anlamadı. Əllərini cütləyib ovcunu göylərə açdı. Yarəbbim məni bir ilana çevir, qalım burda, dönməyim bir də insanların içinə. Orada hər sözdə, hər səsdə, hər yerdə xatirəsi yandiran əlçatmazlığım onsuz da məni özümü unutdurub. İstəmirəm məni barmaqla göstərib dəli desinlər, tənə etsinlər. Unutmağımın mümkünsüz olduğu sevgimi unuda bilmədiyimi başa düşüb mənə rişxəndlə baxsınlar. Çevir məni bir ilana, mən onsuz insan olaraq qalmağı istəmirəm!
Bu nədi? Bu nə möcüzə!
Mən ilan oldum!
Gecə-gündüz zamanla dua edib, sevgimə qovuşmaq arzumu eşitməyən tanrı bir andaca məni ilana çevirdi!!
– Bunlardan soruşaq, hardasa bu yaxınlarda olmalıdır
– Vallah, sən mənim başıma
ip salıb hərləyirsən. Ora sür, bura sür. Buralarda sənin axtardığın Qızılgül dərəsi filan yoxdu. Qayıdaq gedək evimizə.
– Yox bircə saxla maşını, mən özüm soruşaram.
Maşından düşüb, yolun kənarında tərsinə çevrilmiş yeşiklərin üstə cürbəçür dəstələr satan adama yaxınlsşdı
– Dayı hər vaxtınız xeyir. Bazar olsun. Buralarda Qızılgül dərəsi olmalıdır, ora necə gedə bilərik?
Yaşlı kişi təəccüb dolu nəzərlərlə ondan söz soruşan xanıma baxdı
– Ay qızım siz hardan eşitmisiz Qızılgül dərəsini?
Deyim sizə, amma bir az çətin gedəcəksiz.Torpaq və narahat yoldu. Yol deyəndə yolu yoxdu ha. Eləcə maşın gedənə qədər gedər, sonra piyada.
Sevindiyindən qərara aldı ki, bu dayının satdıqlarından nə isə alsın. İki-üç dəstə kəvər, qulançar və yarpız alıb, pulunu verdi.
-İlahi, bura cənnət imiş. Bir gör nə gözəllikdi.
– Hə düz deyirsən, məni bezdirməyinə dəyirmiş. Di sən allah nə qədər selfi edirsən et, gedək.
Xeyli ləçək dərdilər, uzaqdan iki-üç 13-14 yaşlı oğlan uşaqlarının da qızıgül ləçəkləri topladığını gördülər. Maşının yanına qayıdanda günəş qürub qızartısını dağların arxasına çəkə-çəkdə idi.
– Ayyy!!! İlannn!!!
– Qorxma! -deyib xanımın ayağının altından qaçan ilana sarı daş atmaq istəyəndə
– Dəymə, sən allah!
– Necə dəymə! Bir rənginə bax, ağapbaq oldun. Bir də elə qışqırdın elə yarı ölü kimidi qorxudan ilan, qoy öldürüm canı qurtarsın.
– ilan yazıq neynəsin, mən tapdanım da onu.
-Dayan bir görüm, öldürəcəm.
– Gəl sür gedək!
-Yox e odur orda uşaqlar gül yığır, çalar oları. Bir də ilan öldürmək gərəkli bir şey. Diogenin bir fikri var kim bir alma ağacı əkib, bir ilan öldürübsə, demək ömrü hədər getməyib. Mən alma ağacı əkməmişəm, amma ilan öldürmək şansımı əldən verə bilmərəm. Yəqin bilirəm daşın altına girdi deyib əlini böyük daşa tərf uzatdı.
– Sən allah dəymə, gəl gedək.
– Bax o çantalar o uşaqlarındı. Qoyublar bura. Qayıdanda götürməyə sancar onları.
– Dayan, belə bir məsəl var ilanın zəhləsi yarpızdan gedər, o da gəlib onun yuvasının ağzında bitər. Bilirsən? Biz də yarpız qoyaq bura o daşın altından çıxmayacaq, çıxsa da əks tərəfə gedəcək. Uşaqlara da xətər yetirməz- deyib maşından bir dəstə yarpızı böyük daşın yanına qoydu. Lap kənardan başdaşının önünə gül qoymağa oxşadı
Qəfil əsən külək pəncərəni hirslə açdı. Havadan yağış qoxusu gəlirdi. Pəncərənin taqqıltı səsinə hövləng yuxudan ayıldı. Hiss etdi ki, qan-tərin içindədi. Gördüyü yuxunun yuxu olduğuna əmin olmaq istəyirdi. Dəli yaz küləyi isə arxdöşü yarpızların ətrini otağa doldurmuşdu.

Müəllif: Pərviz YƏHYALI

PƏRVİZ YƏHYALININ YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Qürubla doğan günəş – Pərviz Yəhyalı

PƏRVİZ YƏHYALI – YAZAR

Qürubla doğan günəş
(hekayə)
Elə bilirdi gözlərini bircə anlıq çəksə bu gözəlliyi bir də görməyəcək. Məftunluqla baxır, heyranlıqla zövq alırdı. Uşaq heyrəti vardı baxışlarında, indicə itib qurtaracaq təlaşı səksəkədə indi içində. Allah bilir ömrü boyu neçənci qürub idi beləcə yola salırdı. Amma ilk dəfə görürmüş kimi çox, lap çox duyğulanırdı. Günəş dandan qürubunacan gəldiyi yolda şəfəqlərinin hamısını salıb itirmişdi. Soyunub od rəngli libasını çılpaqca qalmışdı. Utanır yəqin keçdi fikirindən. Elə utancaqlığından idi ki, yupyumuru yanağı qan rənginə boyanmışdı. Hələ bir yol kənarındakı qamışların, ağacların arxasında gizlənmək də istəyirdi. Qırmızı köz kimi qızaran şəfəqləri seyirçisinə işıqforun dur işarəsini verib, gizlənmək istədiyi ağacların arxasında nazik tülü xatırladan zərif ox işarəsi ilə əks tərəfi göstərirdi. Döngəli, əks tərəfə aparan yola ötürmək istəyirdi seyirçısini. Bəlkə istəmirdi lap azacıq sonra qara ala-torana təslim olacağını görsünlər.
Cibindən telefonunu çıxarıb gördüyü mənzərənin şəkilini çəkdi. Qaranlıq çökdükcə, qətlə yetirib batırdığı qurbanından qısas alırmış kimi acıqca öz zülmət pərdələrindən qat-qat səmaya örtük çəkirdi. Adda-budda sayrışan ulduzlardan yerə işıq az düşsün deyə bacardıqca öz siyah yorğanını göy qübbəsinin üstünə yaxşı-yaxşı örtürdü. Ulduzlar da bu qara üzlü yorğanın bərq vuran naxışlı gülü olmaqdan o tərəfə keçə bilmirdi.
Tanışlıqlarının ilk günündən sevgi qığılcımı qəlbində elə ocaq çatmışdı ki, illərlə yağan tut ucundan göyə çıx leysanlar belə söndürə bilməzdi bu alovu. Əvvəl kiçicik şam şöləsini xatırladan alov dilimləri indi atəşi üz-göz yandıran sönməsi mümkünsüz gur tonqal idi. Uçuna-uçuna, əsim-əsim gedən dilindən titrək etrafları soyuq qarşılandıqca qəlbinin atəşi özünü yandıra-yandıra vicudunu buz bağladırdı. İlahi, görən bu qədərmi ziddəyyət olar? Yana-yana buz bağlayasan. Axı bütün duyğuları ilə gözlərinin dərinliyində hiss etdiyi ümid işığını görmüşdü. Onu özündən alan ünvansa “yanlış anlamışsan hocam” deyib, yanıb dağ olan sinəsinə dağ çəkmişdi.
Səhər açılmamış səhəri olurdu, axşam düşməmiş axşamı, gecələri sim-sim, pərdə-pərdə mizrab vururdu uyğularının nəğməsinə. Görüşdükləri saatlarda gündüzün günorta çağı ay da gəlib dururdu şahid kimi başlarının üstə. Guya mələklərin kəsəcəyi kəbinlərinə şahidliyi edəcək kimi. Hər görüşün kosmik sürətlə uçub gedən saatları anlardanca qısa olardı. Sonra… sonra yenə vaxtı vədəsi bilinməyən növbəti görüşə qədər nəhayətsiz iztirablar hakimi-mütləq olardı qəlbinə. Hər yerdə onu görərdi. Dənizin dalğasında, küləklərin səsində, nərgizlərin ətrində ancaq onu duyardı. Hətta hər gün iş yolunun üstəki baytarlıq aptekinin vitrininə çəkilmiş körpəcə çüyür balasının şəklində də onu görürdü.
Hərdən çəkilib içinə küsürdü dünyadan. Özündən zəhləsi gedirdi. Onun üçün nəfəs qədər yaxın, dünyasının ən əzizi olan niyə bu qədər inamsızdı. Acıqca etraf edirdi inamsızlığını. Qorxuram deyirdi böyük sevgidən. Alışdırıb özünə gedərsən üz çevrib bir gün. Bax onda saf duyğularımdan qurduğum xanədan tarmar olar.Yerlə yeksan olmuş könül mülküm dözməz bu sitəmə. Qırıq-qırıq olmuş, sınıb paralanmış qəlbimlə tək buraxarsan məni.
Salam.Bir az əvvəl çəkmişəm, fikirləşdim xoşun gələr. Qürub seyri insanı özündən alır bəzən.
Səhər yuxudan qalxanda adəti üzrə ilk işi e-mailini yoxlamaq olur. Bu dəfə ilk olaraq gələnlər, yox göndərilənlər qutusuna baxdı. Qürubun şəkilə köçmüş əsrarəngizliyinə bir də məftunluqla tamaşa etdi.
Sonra…. Sonra monitordan şimşək çaxdı sanki.
Bayıldım göndərdiyin qürubdan. Bilirsən, sən mənim xəyallarımın adamısan… səni çox istəyirəm!
Həyatının ən gözəl sabahının içində olduğunu, ya yuxu gördüyünü anlamaqda çətinlik çəkdi.
Oxuduğu etraf yaranışın, bütün zamanların zehniyyatının ən möhtəşəm cümləsi olduğunun gerçəkliyinə, yuxu olmadığına əmin oldu. Bu sabah onun həyatına onsuz da çoxdan doğmuş günəşinin tərəddüd niqabını öz sübh şəfəqlərində əritdiyi sabah idi.

Müəllif: Pərviz YƏHYALI

PƏRVİZ YƏHYALININ YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir gün özünə söz verdiyin sözü də salıb itrərsən – PƏRVİZ YƏHYALI

PƏRVİZ YƏHYALI – YAZAR

Bir gün özünə söz verdiyin sözü də salıb itrərsən
(hekayə)
– Bağışlayın siz allah! Bu istidə sizi çox gözlətdim
– Eybi yoxdur
– Bu nədir siz suyun içindəsiz. Heç olmasa kölgədə dayanardım. Qan-tərsiz ki
– Üçcə saat gözləmək nədir, sizi bütün ömrüm boyu -ardını deməyə imkan vermədi.
– Yaxşı da
Onlar yaxınlıqdakı bağın kənarındakı çayxanada əyləşdilər. Nə içəcəksiz sualına çiyinlərini çəkib, dostunun üzünə baxdı
– ürəyim heç nə istəmir. Çay içsəm lap sizin kimi tər-su olaram
– Onda zəhmət olmasa iki stəkan buzlu su gətirin – deyə sifariş verdi.
Ofsiyant sifarişi gətirəndə
– Aa bu sizi öldürər! – deyə ucadan, həyacanla səsləndi
– Heç nə olmaz
– Yaxşı da, içməyin belə. Xahiş edirəm. Axı tərlisiz, xəstələnərsiz
– Bir halda təkid edirsiz içmərəm, amma doğrudan çiyərim yanır
– Gəlin mən suyunuzu isidim
– Necə?
Bax belə deyib, o, stəkanı iki ovcunun arasına sıxdı. Sonra isə əlavə etdi:
– Qoy mənim daxili hərarətim sizin suyunuzu azacıq da olsa isitsin. Xəstələnsiz, günah mənimdir axı. Gözlətmişəm sizi, özü də al-günün altında
– Siz belə çox etmisiz?
– Yox birinci dəfədir. Nə bilim. Bəlkə də uşaqlıqda olub.- sonra nə fikirləşdisə əlavə etdi:
– Orta məktəbdə oxuyanda rəfiqəm üçün etmişəm. İdman dərsindən sonra, eynən sizin kimi çox tərləmişdi
– Siz yaxşısız?
Telefonda salamsız ilk sözü belə oldu
-Sizin kimi xanımın əllərinin hərarətindən isinmiş suyu içən yaxşı olar da. Elə bil əllərinizin hərarətilə bərabər ətriniz də hopmuşdu o suya. O cür şərbətmi deyim, məlhəmmi deyim, suyu içən adam dirilik suyu içmiş kimi min il yaşayar
– Yaxşı sən allah, sənə qaldı sözə qaldı. Şükür ki, xəstələnmədiz
– Olar sizdən bir xahiş edim?
– Buyurun
– Sizdən rica edirəm, əllərinizi odu ilə heç vaxt heç kimə su istməyin! Qoyun bu xatirə, ancaq ikimizlə bağlı qalsın! Mənim ömür boyu yadımdan çıxmayacaq sizlə bağlı əziz xatirə
– Yox söz verə bilmərəm, birdən oldu
. Deyək ki, atam üçün, ya nə bilim….
– Bir kiçicik xahiş nədir ki, onu mənə….
– Dayan bir. Başqa planetə uçursan? Elə danışırsan guya daha bir də bir-birimizi görməyəcəyik.
Onların bir-birinə alışması vardı, amma bu məhəbbət deyildi bəlkə də. Hər görüşdən sonra biri bir addım geri çəkilir, o biri isə bir addım irəli gedirdi. Beləcə sanki geri çəkilən addımları irəli təqib edən addımlar yolun sonuna çatdırdı. Qəribə tale idimi, qəribə qismət idimi bilinmirdi. Geri çəkilən addım üçün yol bitdi sanki, uçurum qayalara dirənib dayandı. Onu təqib edirmiş kimi irəlləyən addımın sahibi dilema qarşısında qaldı. Ya ilahi bir eşqlə sevdiyi xanım dönüb ona sarı gəlməli, ya da uçrumun kənarında ondan qaçan addımı ilə üzüldüyünü hayqıraraq, bəsdir əl çək! Mümkün olmayanı mümkün edə biləcək nağıllardan gerçəklərə dön! Dedizdirdi. Əslində dönüb ona sarı qovuşmaq bütün dünyaya üsyan idi. Üsayanı ya anlaqsızlar edər, ya da güclülər. O, anlaqsız deyildi. Nə baş verdiyinin fərqində idi. Güclü sözünün özü isə belə zərif çiyinlərə dünyalarca ağırdan ağır yük dür. Zərif çiyinlər cəsarətin vahiməli vicudundan tir-tir əsib qorxaqlığın təhlükəsiz ağuşuna sığınmağı seçər. Hətta bəhanələr də tapırdı. Bütün dinləri əfsanə və puç mif adlandırsa da ağlına belə gətirməyə qorxduğunu, həm də allaha asi düşmək olardı fikirini təlqin edirdi özünə.
Nə vaxtsa ürəkdən gələn sözlər ironik istehzaya dönüb geri çəkilən addımların sahibinin dodaqlarından sürüşüb ayaqlar altına düşürdü. Anca bərabər, qanca bərabər düşünəclərimiz birdir ifadəsini nə vaxtsa dilinə gətirməyini belə xatırlamaq istəmirdi. Ortaq duyğular, eynən düşünmək, o demək deyil ki, hislərimiz də üst-üstə düşür.
Ziddiyətlərin düyünlənən ilmələri getdikcə elə mürəkkəbləşirdi ki, fələyin özü münəccim olsa belə, bu düyünləri açmaqda aciz qalardı. Qaçan addımlar arada bir dayanır, təngiyən nəfəsini dərib ah çəkir və ürəyimin ən əzizisən deyirdi. Az keçməmiş o yoluna davam edir və əsəbi halda arxaya qanrılaraq deyiləm heç nəiyn sənin nidası ilə zəhərli ox sancırdı. Bilmək olmurdu bu “ürəyinin əzizi “
dayanıb nəfəs almaqdan ötrü işlənən fənd idi, yoxsa insafın ağlına güc gəldiyi məqam. Divanəlik libasının alabəzək uyğunsuzluğunu əks etdirən tanrı cəzasına da oxşayırdı. Amma nə olsun ki, bütün bunlarla möhtəşəm idi. Vazkeçilməz sevdaydı.
Hərdən düşürdü yadına. Xatirələrin qalaq-qalaq saralmış vərəqlərini yaddaşında çevirdikcə, birdən qarşısına çıxıb, boynu bükük-bükük ona baxan sətirlər sataşırdı gözünə. Qeyri-adi ifadə gəlib müsafir olurdu simasına. Heç özü də bilmirdi dodaq büzür, yazığı gəlib acıyır, peşmançılıq çəkir….. Bəzən hafizədəki xatirələr elə qeyri-müəyyənlik qəblindən olur ki, sahibi yaddaşın saxlanc arxivində onun üçün nə xüsusi yer ayırır, nə də heç bir təsnifata uyarlığı olmadığından ad qoyulası qovluq. Eləcə böyük mühafizə anbarının sərbəst xatirə sakinləri birdən hardan olsa çıxıb üzə xatırlanırdı. O gün doğan da da vardı, qürubda da. Küləklərlə də gələ bilirdi, yağışlarla da süzülə, kədərli vaxtlarında ona söylənilən lətifələrin rabitəsizliyində də. Anlayırdı ki, çaş-baş qalıb, axı bunun indi yeridir dediyi dodaqqaçdı, bir vaxtlar onun ovqatının təlx vaxtında sadəcə bir oyunbazlıq imiş.
Ancaq qayğılar da yaman tərsdilər ha. Heç qoymurlar darıxmağa, xatirələrlə baş-başa qalmağa. Özü seçdiyi qaça-qaç vurğunluğu….. heç özü bilmirdi qaça-qaçı sevir, ya sakitliyi. Bəlkə elə hamısından bir az. Yağışı da,küləyi də, qarı-çovğunu da, bürkünü də yumurlayıb bir neçə anın içinə pərçim etdiyi kimi.
– Bu nədi nə gündəsən? Sənə min dəfə demişəm az qaç! Gəl dəyiş paltarını. Oynamağın da bir vaxtı-vədəsi olmalıdır axı.
– Ana nolub sənə, bütün uşaqlar oynasın mən dayanım ki,anam icazə vermir. Gülməzlər mənə?
– Ay mənim ağıllı balam belə də yox da. Keç yuyun!
-Yaxşı ana.
– Sən neynirsən! Dəlisən! Tərli-tərli soyducunun buzluğundan su götrüb içirsən!
– Ana ciyərim yanır. Qurban olum… içməsəm…
– Dayan can bala, bircə əlimlə də olsa ilidim o suyu.
– Ay ana ilıq olsa onu içməyə dəymir ki…
– Dayan bir – o uşağın əlindən aldığı stəkanı iki ovcunun arasında bərk-bərk sıxdı.
-Yaxşı ana narahat olma! indi çay içərəm.
– Aaaa mən ki… özümə söz vermişdim
– Ana niyə ağlayırsan?
Yaxşı. Bir də səndən icazəsiz futbol oynamağa getməyəcəm. Yaxşı da ana, elə bərkdən ağlayırsan… Elə bil cinayət eləmişəm. Bir də olmayacaq!
– Yaxşı-yaxşı fikir vermə mənə. Get yuyun! Sən mənim ağıllı balamsan! Ağıllı balalar heç vaxt cinayət eləməz.
Sonra lap astadan: heç xatirələrinə də – dedi.

Müəllif: Pərviz YƏHYALI

PƏRVİZ YƏHYALININ YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Pərviz Yəhyalı – Dekabr qarpızı

PƏRVİZ YƏHYALI – YAZAR

DEKABR QARPIZI
(Hekayə)
Görünür, yaxşı sürücü olmadığımdandır ki, heç nə hiss etməmişəm.Yanımdan ötən maşın qəza işıqlarını yandırıb-söndürdü və daha sonra sürücü sükan arxasından əli ilə nə isə işarə etdi. Maşını yolun kənarına verib saxladım. Arxa sağ təkərin havasız olduğunu gördüm.Təbii ki, ilk olaraq ehtiyat təkəri çexolundan çıxarıb, təkər açmaq üçün açarı və domkratı yük yerindən götürdüm. Təəssüf ki, ehtiyat şində də hava yox idi. Nasos isə ümumiyyətlə maşınımda olmadığı yadıma indi düşdü.
Məndən təxminən otuz-qırx metr irəlidə ağ rəngli jiquli maşını dayanmışdır. Adətən belə sovet maşınlarında nasos olur deyə yaxınlaşmağa qərar verdim. Üz-gözündən nüranıliyi ilk andaca sezilən yaşlı kişi yolun kənarında qarpız satırdı. Onun piştaxtasının üstündə on-on iki qarpız vardı.
-Salam ağsaqqal,bazar olsun!- dedim.
-Çox sağ ol oğul -deyə cavab verdi və əlavə etdi:- Texnika şıltaqlıq edir?
-Hə ağsaqqal. Nasosunuz olmaz?
-Yox oğul! Qabaqda Sığırlı kəndinə yaxın təkər təmiri yeri var.
-Axı necə…
– Problem deyil, mən aparıb hava vurduraram, altı-yeddi klometr ola-ya olmaya
-Dayı can, xəcalət verirsiz ,amma başqa secimim də yoxdur- dedim.
Ehtiyat təkərimi baqajında qarpız olduğundan maşının salonuna yerləşdirdim.
-Narahat olma, bu saat hava vurdurub qayıdacam.Əgər kimsə saxlayıb qarpız istəsə kilosu iki manatdır. Hamısı standart on kiloluqdur. İyirmi manat!
-Arxayın olun, dayı – dedim.
Heç ağsaqqalın maşını uzaqlaşmamış bir AMC markal mersedes saxladı. Salamsız-kəlamsız qarpız neçəyədir soruşan gənc oğlana bir anlıq tərəddüdən sonra iki manat cavabını verdim.
-Yəni biri iki manata?
-Xeyir kloqramı,biri iyirimi manata
-Bu dekabr soyuğunda qarpızı kimdi alan. Birinə beş manat verim?
-Sahibi mən deyiləm. Mənə tapşırıb ki,birini iyirmi manata verərsən.
Gənc oğlan, heçnə demədən, sükan arxasına əyləşib sürüb getdi.
Bir az keçmişdi, solğun yaşıl rəngli vaz “011” markalı köhnə maşın saxladı. Maşının vəziyyətindən hiss olunurdu ki,o yalnız ayağı yerdən üzməyə yarayır.Sürücü 30-35 yaşlı, qarayanız gənc idi. Maşının arxa qapısı da eyni vaxtda açıldı. Solğun bənizli gənc xanım düşəndə zənn etdim ki, onlar ər-arvaddır. Qarpız seçmək üçün ikisi də piştaxtaya yaxınlaşacaq. Amma zənnimdə yanılmışdım. Xanım maşının arxasına keçdi. Mənə elə gəldi ki,onun sifəti avazımış, üzündə ləkəyə bənzər qızartı vardı. Diqqət yetirməyin etik normalardan kənar olduğunu anlasam da, ancaq onun ögüməyini hiss etməmək mümkün deyildi.
-Salam qardaş! Bazar olsun! Qarpız neçəyədir?
Tutuquşu kimi ikinci “müştərimə” də cavab verdim.
-Bu soyuqda qarpızı heç kim kefindən almaz- deyə o, maşınına tərəf döndü.
Qeyri-ixtiyari əlini dəsmalla ağzına tutan xanıma baxdım. O, maşından iki-üç metrlik məsafədə idi. Çevrilib əyləşmək istəyəndə ilk olaraq sol ayağını atdı. Anidən,haradan yadıma düşdüyünü anlamadım ki,axı qadınlar əsasən yeriyəndə sağ ayağı birinci atır. Bəlkə də bu xanım boyludur fikirləşdim.
-Qardaş bəs siz neçəyə istəyirsiz?
Gənc:
-Beş manatım var,verərsiz?
-Əlbəttə! Buyurun götürün!
Ağsaqqal naşı olduğumu görüb, təkərin dəyişdirilməsini də özü etdi. Xüdafizləşmək məqamı çatanda, cibimdən iyirmi manat çıxarıb:
-Siz gələnəcən bir qarpızınızı satmışam -dedim.
-Nə yaxşı, ay oğul. Elə olur ki, heç mən üç gündə bir qarpız sata bilmirəm.
Sonra isə onun “qonaq olun” deməsinə baxmayaraq, bir qarpız da özüm üçün aldım.                                                                                       

Müəllif: Pərviz YƏHYALI

PƏRVİZ YƏHYALININ YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru