Bu gün – 12 sentyabr 2023-cü il tarixində “Trend.az” agentliyində “Replay media”nın təqdimatında 44 günlük Vətən müharibəsi zamanı 1-ci mexanikləşdirilmiş tank taborunun Füzuli rayonunun Qaraxanbəyli kəndini azad etməsi haqqında “Qaraxanbəyli döyüşü” adlı sənədli filmin təqdimatı keçirildi.
Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirildi, bir dəqiqəlik sükutla torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi yad olundu.
Sonra mərasim iştirakçıları salamlandı, onlara “Qaraxanbəyli döyüşü” adlı sənədli filmi haqqında məlumatlar verildi. Birinci taborun qazi komutanı mayor Elçin Allahverdiyev bildirdi ki, filmdə canlı döyüşlərdən kadrlar əks olunub, onun komutanı olduğu taborun əsgər və zabitləri Qaraxanbəyli döyüşlərində şücaətliklə vuruşaraq qalibiyyət əldə ediblər. Filmin sifarişçisi şəhid Ruslan İmanquliyevin dayısı Ceyhun Səfərov bildirdi ki, bu filmi sifariş etmək Vətən müharibəsi bitən kimi çəkdirmək arzusu olub və elə həmin ildən filmidə istifadə olunan kadrları şəhid və qazilərin, sıralarımızda olan hərbiçilərin telefonlarındakı video çəklişləri yığaraq ərsəyə gəldiyini bildirdi: “Bu film dəyərli millət vəkili Aqil Abbasın müəllifi olduğu “Dolu” filminin davamıdır. O filmdə Azərbaycanın döyüş yolu və Ermənistan-Azərbaycan münaqişəsi zamanı baş vermiş gerçək hadisələrdən bəhs edir, döyüşçülərimiz işğal olunmuş Qarabağımızdan tankla çıxırlar. “Qaraxanbəyli döyüşü” adlı sənədli filmində isə döyüşçülərimiz tankla Qarabağa girir və torpaqlarımızı azad edir.
27 sentyabrda başlanan Vətən müharibəsində əsas zərbə istiqaməti Füzuli idi. İlk əməliyyatlardan biri Füzuli rayonunun Qaraxanbəyli kəndində şəhid komutan Həmdəm Ağayev və qazi komutan Elçin Allahverdiyevin 1-ci taboru tərəfindən keçirilirdi. Beləliklə, Azərbaycanın hərb tarixində ən qanlı savaşlardan olan Qaraxanbəyli döyüşünün adı həkk olundu. 34 şəhidi və 117 qazisi olan 1-ci mexanikləşdirilmiş tank taboru, itkilərə baxmayaraq, Azərbaycan Ordusunun şücaətini bütün dünyaya göstərə bildi.
“Replay media” nın təşkilatçılığı ilə hazırlanan “Qaraxanbəyli döyüşü” sənədli filmi əsgərlərimizin qəhramanlığını real kadrlar əsasında nümayiş etdirmək və şəhidlərimizin xatirəsini əbədiyyən yaşatmaq məqsədini daşıyır. Xatırladaq ki, sənədli filmdə istifadə olunan videomateriallar 1-ci taborun əsgərlərinin döyüş əsnasında çəkdikləri kadrlardır, məhz bu səbəbdən filmdə tam olaraq real döyüş şəraiti əks olunur.
Bundan əlavə, filmdə şavaşın dəqiq təsvirini, eləcə də əməliyyatın ab-havasını taborun qazi komutanı Elçin Allahverdiyevin dilindən də eşidilir.
“Qaraxanbəyli döyüşü” adlı sənədli filminin təqdimat mərasimində iştirak edən şəhid anaları; əfsanəvi generalımız Polad Həşimovun anası Səmayyə Həşimova, gizir Elmar Nəsibovun anası Sürəyya Mehdiyeva, kəşfiyyatçı leytenant Vüsal Muradovun anası Kəmalə Muradova, şəhid ailə üzvüləri, elm xadimləri, döyüşçü qazilər, bir sıra media nümayəndələri filmə baxaraq çox təsirləndilər və hələlik bu səpkidə yeganə olan filimin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür etdilər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin.
Mənbə: trend.az
MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru