Kateqoriya arxivləri: QİSMƏT TAĞIYEV

BƏDBƏXT – QİSMƏT TAGİYEV

Qismət TAĞIYEV – yazar.

BƏDBƏXT – QİSMƏT TAĞIYEV <<<< əvvəli

BƏDBƏXT

(Povest)

Evi təmir elətdirib ora köçdük və bu evdə nə az, nə çox düz beş il yaşadıq. Elə Təbəssümün də səriştəsizliyi, bacarıqsızlığı  burda məlum oldu. O heç bir iş görə bilmirdi. Bizim yeməyimiz  ancaq hazır ərzaqlardan, qaynadılmış yumurta, sosiska, kolbasa, konservlər olardı. Yuyulmamış  qab-qacaq mətbəxdə qalaq-qalaq olardı. Həftənin şənbə-bazar günləri anası  gəlib evdə təmizlik işləri  apararar, qabları yuyardı. Ən qəribəsi bu idi ki, bacım Aybənizin  də, mənim də qaynatam yox idi. Aybəniz ailənin yeganə oğluna ərə getmiş, mən isə ailənin yeganə qızı ilə evlənmişəm. Məsələ burasında idi hər iki ailənin elə bir böyüyü, ağsaqqalı yox idi ki, biz onların nöqsanlarını  ona deyə bilək.

Mən tez –tez ezamiyyətlərdə olurdum. Bəzən bir həftəyəyə, bəzəndə obyektlər təhvilə gedəndə  bir neçə aylığa qədər uzanırdı. Evdə olduğum günlərdə  biz  Təbəssümlə atamgilə gələr, elə burda gecələyərdik. Bu qadının başqa bir noqsanı da var idi. Çox ehtiraslı idi. Sizə demişəm. İmkanlı ailədən olduğum üçün  mən çox qadınlarla təmasda olmuşam. Ancaq beləsinə rast gəlməmişəm. Hələ 10-cu sinifdə oxuyanda sanatoriyaların  birində otaqda tək  idim. Yatağımda uzanıb moda jurnalına baxırdım. Qapı döyülüb yavaşca  açıldı. Otağa əlində gül dəstəsi tutmuş bir qız daxil oldu. Mənə gülümsəyib gülü güldana  qoyub gəlib yanımda durub paltarını soyundu. Sonra  keçib qapını bağladı. İndiyə qədər çılpaq  qadın bədəni görmədiyimdən maraqla ona baxırdım. Adyalı qaldırıb yanıma uzandı. Nə edirdisə o edirdi. Mən də təkrarlayırdım. Paltarını geyinib çıxanda dedi:

-Меня твой отец послал, он сказал  что тебе кое что нада помочь и я помогала тебе.

-Təbəssümdə kişiyə qarşı bir acgözlük vardı. Evdə olmadığım vaxtların əvəzini sanki bir gecədə  çıxmaq istəyirdi. Hərəkətləri kobud,z əriflik yox idi. Mən yavaş-yavaş  ondan iyrənirdim. Sonralar evə qayıtmaq imkanım olanda qəsdən gəlmirdim və  ya gəlsəm də tez qayıdıb gedirdim.

Son zamanlar Məmməd bizdə daha tez-tez görünməyə başlayırdı. Sözü də bu olurdu ki, gəlişimi eşidib görüşməyə gəlib. Təzə 06 markalı maşın almışdı. Bəzən  bizi özü  ilə götürüb şəhərdən kənar mənzərəli yerlərdə olan yeməkxanalardan  birində  qonaqlıq verərdi. Belə  qonaqlıqların birində  hiss etdim   Təbəssümün içkiyə meyli var. Məmmədlə  mənim üçün gətirilmiş  şampandan bir stəkan süzüb içdi. Mən:

-Sən neynirsən. Bu spirtli  içkidir.

-Nə olsun. Adicə şampandır. Anamla bundan o qədər içmişik.

 Müəllifdən:Təbəssüm və onun valideynləri haqqında bildikləri çox azdır. Oxuculara aydın olsun deyə  onları tanıyan bir necə adamla   görüşüb bir az da olsa aydınlıq gətirirəm.Təbəssümün anası keçən əsrin 60-cə illərində təyinatla  Göytəpəyə gəlir. Gözəl yaraşıqlı cavan qız imiş. Elə ilk gündən iş yerinə təyinat verən maarif müdüri  Kamran Məmmədovun bu qıza gözü düşür  və sevdadan qeyri-qanuni Təbəssüm doğulur. Kamran  Məmmədov bu rayondan köçüb gedəndən sonra digərllərinin məşüqəsi olur   və qanuni ailəsi olmur. Mən hətta Vasififin qonşusu ilə görüşdüm. Qonşu nağıl edirdi  Təbəssümün Məmmədlə münasibətini eşidən anası istəyir  qızına  öyüd versin burda qapının ağzında bir mərəkə  qopur, qonşular eşitdiklərindən qulaqların tutub qaçır.

Qız anasına : -Əgər yaxşı qadın olsaydın mən bic doğulmazdım. Qaldı Vasifə. Vasif kişidir bəyəm. Kişi olan kəs cavan, gözəl, göyçək arvadını həftələrlə, aylarlarla evin altında tək qoymaz. Mən neyləməliyəm. Gözləməliyəm, nə vaxt Vasif gələcək. Belə yaxşı eləyirəm. Malın yeməzin malın özgələr yeyər.

Evliliyimizin 5-ci ili idi. Yenə ezamiyyətdə idim. İş yerində mənə xəbər verdilər, bəs atan bərk xəstələnib. Təcili evə getməlisən. Bu səfər uzaqda olmadığımdan elə  həmin axşam evə çatdım. Eşitdiklərim məni şoka saldı. Mənim arvadım kürəkənimə qoşulub qaçmışdı. Aybənizlə anam  hərəsi bir tərəfdə oturub ağlayırdı. Atamı soruşdum. Dedilər  öz otağındadır. Qapını bağlayıb. Nə qədər yalvarırıqsa açmır. Qorxuruq başına bir iş gələr. Məndə qapıya yaxınlaşıb onu səslədim. Qapını açmasını xahiş etdim. Mənim də sözümə baxmadı. Onu pəncərədən görürdük. Çarpayıda  uzanıb tavana baxırdı. Düz iki gün beləcə qaldı. İki gün ərzində  bir stəkan  çay da belə içmədi. Gecələr hərdən 5-10 dəqiqəliyə həyətə düşüb qayıdırdı. İki gündən sonra atam öz otağından çıxıb yanımıza gəldi. O boyda  kişi  sanki balacalaşmışdı. Anam ortada, biz də yanında durmuşduq. Qollarını geniş açıb üçümüzün də bir yerdə boynumuzu qucaqlayıb  dedi.

-Fikir eləməyin, mən  hələ ölməmişəm. Kim nə edirsə özünə edir. Yetimə deyirlər kimi döyərsən, cavab verir, mənə çörək verəni. Sonra  stolun arxasına keçib oturdu. Bizi də yanına çağırdı. Çay, çörək verin. Eybi yoxdur. Mənə də Yun Salman  deyərlər. Əgər onların anasını ağlatmasam anamdan əmdiyim süd burnumdan gəlsin. Bu qisası almaq üçün mənim kifayət qədər pulum, briliantım, qızılım var. Sonra telofonu götürüb kiməsə zəng vurdu. Anama:

-Dilarə   paltar şkafından Moskvadan alıb gətirdiyim düblyonkanı  və kişi qızıl saatlarından  birini yanıma gətir. Anam deyilənləri gətirdi. Düblyonka çox bahalı idi. O dövrə görə 1200-1500 manat qiyməti vardı. Saat da əla işlənmişdi. Aşağıda qapının zəngi çalındı. Gedib qapını açdım. Gələn raykomun birinci katibinin  şoferi idi. Atam onu evə dəvət etdi. Təklikdə xeyli söhbət etdilər. Heç bir saat keçməmiş həmin şofer gəlib atamı apardı. Sonra bildim, onlar rayondan kənar bir yerdə görüşüblər. Düz bir həftə sonra  rayon  partiya komitəsinin büro iclası cağrıldı. Büroda birinci katib özü   çıxış edərək  rayon partiya komitəsinin təlimatçısı Məmmədin  noqsanlarını sayaraq, sovet adamına yaraşmayan hərəkətlərini pisləyir. Təklif edir ki, belə bir adam bizim sıralarımızda ola bilməz. Dərhal  şəxsi işinə yazılmaqla şiddətli töhmət verilsin. Partiya sıralarından azad edilsin. Söz yox, partiyadan çıxarılmış adam işdə də qala bilməzdi. O biri tərəfdən müsiqi məktəbində  də dəyişiklər oldu. Əlbəttə süni şəkildə 5-6 valideyn tapılıb ərizələri alındı. Sovet müəliminə yaraşmayan iş tutduğuna görə belə bir mülliməyə biz uşaqlarımızı etibar edə bilmərik. Nəticədə  kollektiv rəbərlik qarşısında məsələ qadıraraq  Təbəssüm müəlliməni də işdən azad etdilər. Daha onları heç kim və heç harda işə götürə bilməzdi. Qaldı ev məsələsinə  Məmmədgil oduğu evi atam Aybənizin adına almışdı. Bizim qaldımız ev isə özgənin idi. Bir aydan sonra Göytəpəyə qayıdan və hər şeydən əlləri üzülən bu üzdəniraq sevgililər əlacsız qalıb Məmmədin  anasının bir otaqlı kərpic evinə yığışdılar. Atam düşündüklərinin birinci mərhələsini  belə yekunlaşdırdı. O qələbə çalmış cəngavərə  oxşayırdı. Vəziyyət çox pis  idi. Birdən birə onun iki  övladının ailəsi dağıdılmışdı. Bu haqda hansı tədbirləri vardı biz bilmirdik. Anamdan bizim sənədlərimizi  soruşdu.

-Hamısı seyfdədir. Aybəniz də evindən Yusifin, balaca Dilarənin   və özünün sənədlərini gətirər. Atam xeyli susdu. Elə bil danışmağa çətinlik çəkirdi:

-Sözümə diqqətlə qulaq asın. Bu vaxta qədər mən namusla yaşamışam. İndi bizim namusumuza toxunublar. Bizi burda  biabır ediblər. Keçmiş əyyam olsaydı  onları tikə-tikə edərdim. Daha biz burda yaşaya bilmərik. Hər yoldan ötən bizə gülər. Bakıdakı evimizə göçməliyik. Mən sənədləri  milis şöbəsinə  verib  sizi posport qeydiyyatından çıxarmalıyam. Bu bir həftə çəkər. Ona qədər də siz yaşamaq üçün ən zəruri şeyləri bir yerə toplayıb qablaşdırın. Dilarə də sizlə gedəcək. Orada o uşaqlara baxar, siz də evi qaydaya salandan sonra qayıdıb gələr. Aybənizə iş tapmaq bu il çətin olacaq. Növbəti dərs ilində buna baxarıq.  Mən hələlik gedə bilmərəm . Ona görə  həm idarə müdiriyəm, həmdə  mənim burda hələ görüləsi işlərim çoxdur. Qorxmayın pulum hələ on il də bundan sonra işləməsəniz   çatar.

O vaxtdan üç aydan artıq vaxt  keçmişdi. Son günlərdə Göytəpə küçələrində  üzərinə taksi işarəsi vurulmuş 06 markalı   minik maşını  görünməyə başlamışdı. Bu  Məmmədin maşını  idi. Bir neçə ay  bundan rayon partiya komitəsinin təlimatçısı olan Məmməd  müəllim xalturşik  Mamed olmuşdu. Digər bir yerdə şəhərin mərkəzi bazarında  piştaxta arxasında dayanıb kartof, soğan, göy-göyərti  və meyvə satan bir qadın peyda oldu. Bu qadın Təbəssüm idi.

İndi  şəhərin ən  mötəbər məktəblərindən  olan  musiqi məktəbinin işçisi Təbəssüm müəllimə  dönüb olmuşdu alverçi Təbəssüm.

Bizim ailəyə çox böyük  mənəvi ziyan dəymişdi. İki axmaq adamın düşünmədən etdiyi hərəkət ailəmizin həm keçmişini, həmdə gələcəyini  məhv etmişdi. Şəxsən mən bu işlərin necə  davam edəcəyini  başa düşmürdüm. Çox çətin vəziyyət yaranmışdı. Bilirsiz  birdə görürsən divarları çatlamış və yaxud uçmuş evi tamamilə söküb yerində ondan da yaxşısını tikmək olur. Bizim məsələyə  isə ayrılıqda yanaşmaq lazımdır. Mən kişi olduğum üçün gələcək həyatımı qurmaq çətin deyil. Yaşım da elə çox deyil. Cəmi 31 yaş. Xoşum gələn, xasiyyətimiz tutan bir xanımla yenidən evlənə bilərəm. Bəs Aybəmiz. O məndən 4-5 yaş böyükdür. Özü də iki körpəsi var. Uşaqların baxça, məktəb, özünün bazara getmək məsələləri var. Bütün bu işləri yerinə yetirən, ona həyan duran lazımdır.

Amma deyəsən Ulu Tanrı öz mərhəmət əlini bizim üstümüzdən çəkməmiş, o mənfür hadisədən  heç bir  il keçməmiş bacım Aybəniz də, məndə  yenidən ailə  qurduq. Özü də  əvvəlkindən də yaxşı. Bütün bunların hamısını atam əvvəlcədən  düşünmüşdü. Həmin hadisə baş verəndə evdən  çıxmadığı iki  gün ərzində.Aybənizin ərə getdiyi Tahir müəllim, habelə mənim yenicə ailə  qurduğum Maisa xanım təsadüfi adamlar deyildi. Məsələ burasındadır ki, atam o dövr üçün çox böyük olan  pul, sərvət topalaya bilibmiş. İndi həmin pullardan istifadə edərək qarşısına çıxan maneyələri dəf edərək məqsədinə çatırdı.

Tahir müəllim atamın uzaq qohumlarındandır. O Şirinqum obalarından olub  kəndə yaxın yataqların  birində ata, anası ilə mal qoyun saxlayır. Yatağa yaxın kənddə coğrafiya müəllimi işləyir. Hər gün  piyada kəndə gəlib dərslərini keçəndən sonra  yenidən yatağa qayıdaraq mal –qara, qoyun otarmaqla məşğul olur. Fikri budur, bir qədər vəsait toplayıb kənddə ev tikdirsin. Ata-anasını götürüb birdəfəlik çobançılığın daşını atsın. Çox savadlı müəllimdir. Artıq 42 yaşı var. Elmə olan həvəsi onu instituta aparmış, qurtarıb gələndən sonra işləyərək özündən kiçik 4 bacısını  evdən toy bayramla köçürmüşdür. Bacılarını yaxşı cehizlə ər evinə köçürən Tahir bir də onda ayılıb, 40 yaşına çatıb  nə ev var, nə pul. Atamla Tahir müəllimin yaxşı qohumluq münasibəti vardı. Onun Tahir müəllimdən  xoşu gələrdi. Anam həmişə deyərdi Aybəniz Tahirindi. İndi bizim evdə bu hadisə baş verəndən sonra Tahir müəllim real namizəd kimi yenidən gündəmə gəldi. Doğrudur görmüşük, oğlan evi qıza elçi düşər. Burda  isə əksinə. İşləri yoluna qoymaq üçün, öz niyyətini həyata keçirmək üçün, bu qudrətli, namuslu kişi Yun Salman özü  elçi düşür.

Yaxşı yadımdadır. Bir dəfə Aybənizlə mən atam gilə gəlmişdik. Bir –iki gün dincələndən sonra maşına yataqda lazım olan  ərzaqdan yığıb, uşaqlarla birlikdə hamımız  Tahir müəllimgilə qonaq getdik. Yun Salman əvvəllər də əli dolu onlara qonaq gedərdi.Tahir müəllim onları yaxşı qarşılayır. Qoyun  kəsir. Yaxşı süfrə açılır. Yeyib içəndən sonra  mal, qoyunu örüşə aparmaq istəyən Tahir müəllimə Salman da  qoşulur. Bax burda təklikdə Salman bir böyük kimi öz qərarını ona deyir. Məsələ belə qoyulur, Tahir müəllim olan-qalan malın hamısını satıb, həmin pulla kənddə ata-anasına kiçik bir ev tikir. Aybənizlə ailə qurduqdan sonra  onlar Bakıda yaşayarlar. Hər ikisi ali təhsillidir. İşə düzəlməyinə,evin tezliklə tikilib qurtarmasına özü kömək edəcək.Tahir  müəllim Salmana heç nə demir. Yalnız bir neçə gün vaxt istəyir.

Tahir müəllim ağıllı adamdər. Bütün bunları götür –qoy edir. Bir neçə ay şəhərdə yaşayan, özünə diqqət verən Aybəniz də onun xoşuna gəlmişdi. Köhnə hisslər baş qaldırır. Bir həftədən sonra xəbər göndərirlər, bəs sizə elçi göndəririk. Hə alınandan Tahir müəllim ata-anasını bacılarından  birinin evinə aparır. Nə qədər heyvanı varsa  yanıbalalı inəkdən savayı hamısını satır. Atam da söz verdiyi kimi ona pul verir. İşlərə özü rəhbərlik edir. Ev tikiləndə  sonra Tahir müəllim əməlli başlı toy edib Aybənizi təzə evə gəlin gətirir. Burda bir az qalandan sonra onlar Bakıdakı evə köçür. Yeni dərs ilində hər ikisi ayrı-ayrı məktəblərdə işə düzəlirlər. Yun Salman bütün vasitələrdən istifadə edərək  uşaqların şəhadətnamələrini dəyişdirərək  Məmməd oğlu yox Tahir oğlu yazdırır.

Müəllifdən:-Bu kitab nəşrə hazırlanarkən  bəzi məqamları öyrənmək üçün bir neçə dəfə  bəzən birlikdə, bəzən də ayrı-ayrılıqda Tahir müəllimlə, Aybənizlə görüşdüm. Mən təklidlə  Aybənizdən:

-Aybəniz xanım siz Tahir müəllimlə ailə qurmaqdan peşman deyilsiniz.

-Yox –yox allah eləməsin. O gözəl insandır. 20 ildən çoxdur  bir yerdəyik. Qəlbə dəyən bir söz eşitməmişik. Bizim üçüncü övladımız da da dünyaya gəlsə də o heç vaxt onları  bir-birindən fərqləndirməyib. Eyni sualı mən Tahir müəllimə verdim:

-Bilirsiz Həmid müəllim. Hər bir insanın ömrünün  xöşbəxt illəri olur və mənim də ömrümün ən xöşbəxt  illəri Aybənizlə birlikdə keçən günlərimdir. Mənim əvvəlimi də bilirsiniz, indimi də. Axı mən kim idim. Savadlı çoban. Amma indi  Minerologiya elmləri üzrə elmlər namizədiyəm. Ömür vəfa  edərsə bu gün sabah doktorluğu müdafiə edəcəyəm. Bunların hamısına ancaq Aybənizin yaxın qayğısı nəticəsində nail olmuşam.

İndi isə  digər bir cütlük haqqında. Kitabın başlancığından bilirsiz ki, Vasif Maisa ilə evlənmişdir. Onu da bilirsiz Maisa Vasifin doğmaca bibisi qızıdır. Vasif dəftərdə ən çox Maisa haqqında yazır. Ancaq bir əsərdə deyildiyi kimi Maisa daş deyil qayadan qopa və yaxud ot deyil torpaqdan cücərə. Onun atası, anası var və siz  onlar haqqında çox az bilirsiz. Kitabın dolğun çıxması üçün müxtəlif adamlarla, o cümlədən Maisanın ata-anası ilə gorüşüb bəzi məqamlara aydınlıq gətirdim. Əvvəlcə Maisanın atası Səmədağa  haqqında. Səmədağa Bakının  Çökək məhləsindən olub, ticarət texnikomunu güc –bəla ilə bitirdikdən  sonra Beşmərtəbə deyilən yerdə ərzaq mağazalarının birində  satıcı işləyirdi. Səmədağagil əsl  bakılı idi. Yəni  onun babası, babasının babası da Bakıda anadan olublar. Nəsillikcə ticarətlə məşğul olublar. Səmədağanın artıq 28 yaşı vardı. Ata-anası  elə hey danlayardı

–Ay bala daha yekə kişisən. Bir halal süd əmmiş qız tap səni  evləndirək. Allaha  şükür evimiz var, sənin də işin. Səmədağa da öz növbəsində onlara cavab verərdi .

-E rəhmətliyin uşağı hardan tapım halal süd əmmişi. Bəyəm itirmişəm tapam. Beləcə aylar ötür  qocalar yenə həmin sözləri deyir, Səmədağa  da eyni cavabı verirdi. Amma halal süd əmmiş qız öz ayağı gəlib onun yanına çıxdı. Səmədağagilin həyəti ənənəvi  Bakı həyətlərindən biri idi.Bu həyətlərin tarixi çox uzaqlara gedir.Belə  həyətin ortasında boş yer olur. Kənarlarında isə  bir və yaxud iki mərtəbəli  evlər bir-birinə bitişik tikilir. Bütün evlərın giriş-çıxışı həyətə, ordan da küçəyə açılan qapı olur. Gecələr  küçə qapısı möhkəm bağlanır. Həyətdə olanlar bir-birini yaxşı tanıyır. Bunlardan bəziləri  evlərində boş qalan otaqları kirəyə verərək maddi vəziyyətlərinin bir hissəsini bu yolla asanlaşdırırdılar. Belələrini biri də  70-dən artıq yaşı  olan  Xədicə arvad idi. Gənc yaşlarından tək qalan Xədicə elə o vaxtdan  kirayinişin saxlayır. Onun evində kimlər olmuyub. Sonradan məşhüurlaşmış xalq artist, deputat, nazir müavinivı  və sair. Xədicə arvad da kirayişinlərini  bir –bir sayıb onlarla öyünərdi. Son zamanlar Xədicə arvad  yalnız qız uşaqlarından kirayinişin götürərdi. Bunun iki səbəbi vardı. Birincisi qız uşaqları səliqəli təmizkar olurdu. İkincisi həyətdə  qız gəlin çoxaldığından qonşular yad kişilərin  burda yaşamasını istəmirdilər. Bax beləcə Xədicə arvadın növbəti kirayinişi  tələbə qız Nərminə oldu. Bu həmin Nərminədir ki, bu kitabda adı tez-tez çəkilən Göytəpəli Yun Salmanın  kiçik bacısıdır. Nərminə 7-ci sinfi bitirəndən sonra  təhsilini davam etdirmək üçün Salman onu gətirib öz evində saxladı. Nərminə də Nərminə idi. Onsuz da gözəl olan Nərminə bu evdə daha da gözəlləşdi. Salman hər dəfə Xarkovdan qayıdanda ona yen-yeni paltarlar alıb gətirərdi. Dilarə ilə onun münasibəti  çox yaxşı idi və evin bütün işlərində ona kömək edirdi. Salmanın  kabinetində olan kitabların hamısını oxudu. Məktəbi bitirəndə Salman onu aparıb  Pedaqoji institun dil, ədəbiyyat  fakültəsinə qəbul etdirdi. Ev kirayə edib, rayondakı geyimləri dəyişdirərək, dəbdə olan  ən yaxşı paltarlar aldı.

Ümumiyyətlə  yəqin hiss  edirsiniz, bu kitabın yazılmasında bir tələsiklik var. Burada Salmanla Dilarənin, Vasiflə Zəminənin,Tahirlə Aybənizin, Səmədağa ilə Nərminənin sevgisindən, Goytəpənin tarixindən doğma  Bakının gözəlliyindən, ölkəmizin gəzməli, görməli yerlərindən uzun-uzadı yazmaq olardı. Ancaq  məni bu ailənin 50-60 illik tarixində baş verənlər maraqlandırdığından qısaca məlumat verməyə çalışıram. Beləliklə Səmədağa ilə Nərminənin sevgisi baş tutur. Nərminə hələ institutu qurtarmamış Səmədağa ilə ailə qurur. Onların bir qızı iki oğlu  dünyaya gəlir. Qız may ayında anada olduğu üçün adını Maisa qoyurlar. Salmanla qohum olandan sonra  Səmədağa çoxdan istədiyi arzusuna   çatır. Salmandan borc pul alaraq yuxarılara verərək mağaza müdiri olur. Bir dəfə  onu möhkəm ilişdirirlər yenə köməyinə Salman      gəlir. Pul  verib onu   “obexeyis”in əlindən alır.  Maisa  tibb instituna qəbul olunanda da  pul lazım olur və  yenə Salmana üz tuturlar. Beləliklə Maisa  məktəbi qurtarıb işə başlayanda  Səmədağanın Salmana  nə az, nə çox düz 50 min manat borcu  olur. Düzdür bu illər ərzində  bekar oturmur. Keçmiş Sovetlər İttifaqı dağılanda  müdir işlədiyi mağazanı   özəlləşdirir. Yaxşı təmir edib, içərisini lazım olan mallarla doldurub adını qoyur “Market”. 80-cı illərin əvvəlində Bakıdan köçən erməni qonşusundan ucuz qiymətə üçotaqlı mənzil alır.

Atamın düşündükləri planın bir hissəsi də mənim taleyim idi. Aybəniz ailə qurandan  daha mən orada qala bilmədim. Ayrıca bir ev kirayə edib orada yaşamağa başladım. Əslində işimlə əlaqədər  Bakıda çox az olurdum. Bir dəfə atam mənə rayondan zəng edib tapşırdı  ən yaxşı paltarlarımdan birin geyinib bazar günü Aybənizgildə olum, görüşək. Mən gələndə o artıq orada idi. Sən demə anam da gəlibmiş. Mən onlardan:

-Nə olub?. Yenə nə tədbiriniz var. Hamınız sevinc içindəsiniz. Anam

-Sənə  elçi gedirik. Bibin qızı Maisaya. Atan hər bir şeyi həll edib. Doğrusu eşitdiklərimdən həm sevindim, həm də kədərləndim. Sevindim Maisa kimi gözəl qızla evlənəcəm. Kədərləndim ona görə, xarici görünüşümə görə mən Maisaya layiq deyiləm. Bir-birimizi yaxşı tanıyırıq. Onlar dəfələrlə  yaylaqlarda  olanda ailəlikcə bizə gələrdi. Səmədağa da o dövr üçün defisit olan içkilərdən gətirib atamın dostları ilə  İsti su sanatoriyasında toplaşıb bala-bala vurardılar. Maisa məndən 10 yaş kiçikdir. Necə olub, ali  təhsilli bu gənc qız mənim kimi dul bir kişiyə ərə getməyə razı olub. Biz hamımız  Tahir  müəllimin təzəcə aldığı maşına əyləşib Maisagilə gəldik. Bizi dəhlizdə Səmədağa qarşıladı. Kefi kök idi. Sonra  bibim və nəhayət Maisa gəlib bizimlə görüşdü. Hər ikisi tutqun, üzlərində kədər vardı. Maisa daha gözəlləşmişdi. İndi 5-10 il bundan əvvəlki dəcəl qız deyildi. Yadımdadır biz onu həmişə Mona Liza və yaxud Cokanda deyə çağırardıq. Bir az kökəlmişdi və bu doluluq onun hündür bədəninə çox yaraşırdı. Mən onun qolundan tutub yan otağa apardım və soruşdum.

Bu nədir Maisa  mənim gəlişimə sevinmirsən?

-Niyə dayım oğlu deyilsən xoş gəlmisən.

-Axı biz elə belə gəlməmişik. Biz sənə elçi gəlmişik. Bəlkə sən razı deyilsən? Əgər sən razı deyilsənsə mən atama deyərəm o heç söz açmaz. Hamı da elə bilər  sizə qonaq gəlmişik.

-Yox-yox lazım deyil. Əgər valideynlər bu işə razıdılarsa mən də razıyam. Onlar bizdən böyükdürlər. Yəqin bu belə olmalıdır. Mən hiss etdim  atam böyük səhv etmişdir. Mənim gələcəkdə ayaqüstə daha möhkəm dayanmağım üçün bu işi tutmuşdur. Onlar burda bu şəhərdə mənə arxa olacaqdı. Bilirdim Səmədağanın ayrıca üçotaqlı mənzili var. Bu iş baş tutduqdan sonra atam məndən nigaran olmayacaqdı. Bu sevdanın görünməyən tərəfi açıq aydın hiss olunurdu. Amma mən hələlik heç nə bilmirdim. Bunu  mənə sonralar anam dedi. O nağıl edirdi atan sənə elə bir yerdən qız almaq istəyirdi sənə hərtəfli kömək olsunlar. Axı sənin evin də yox idi. Nə qədər axtarırsa Maisadan yaxşısını tapa bilmir. Onlar üçün etdiklərini yada salaraq belə düşünür, yox deməzlər. Fikrini onlara deyir. Səmədağa məsələni o saat başa düşür. Deyir mən bilmərəm. Bacınla danış. Bacısı əvvəlcə yox deyir. Bəhanə gətirir, bəs qızın istəklisi var. Salman da başa  düşür, Maisa gözəl olduğu üçün və Vasifin  bədənində qüsuru olduğuna görə  Nərminə qızı vermək istəmir. Salman  gülə -gülə:

– Mən nə deyirəm vermirsiniz  öz işinizdir. Mənim 50 min manatımı qaytarın. Həmin pula mən həm ev alaram, həm də yaxşı bir kişi ilə qohum olaram. Eybi yoxdur neçə il gözləmişəm bir –iki ay da gözləyərəm. Ultimatum verilmişdi. Bu az pul deyildi. Səmədağa hətta evini satsa belə 10-12 min ancaq edərdi. Düzdür Salman  pulu ayrı-ayrı vaxtlarda vermişdi. Amma hamısını birdən istəyirdi.

Vasif yazırdı ki, ilk sözü atam dedi. Səmədağa  həri verdi. Elə bu andan mən iki adamın nifrətini qazandım. Bu bibim Nərminənin  və onun gözəl, qəşəng qızı Maisanın nifrəti idi və bu nifrəti Maisa ilə yaşadığım  20 il ərzində həmişə hiss etdim. Səmədağa məşhur restoranların birində qızına möhtəşəm toy elədi. Zarafat deyildi. Kişi “zavmaq” adam idi. Onun məclisində hər təbəqədən, hətta şair, alim, bəstəkar da vardı.  Toydan sonra biz  Maisanın adına sənədləşdirilmiş məlum üç otaqlı mənzildə yaşamağa başladıq. Atamın koməkliyi ilə bal ayımızı Yaltada keçirdik.Yaşadığımız dövrdə Maisa daha  gözəlləşib xanımlaşırdı. Respublika xəstəxanasında cərrahiyə şöbəsində cərrah işləyirdi. Cərrah olsa da əsas əməliyyat həkimi olmazdı, yəni assent olardı. Qazancı da pis deyildi. Bibim onu onu həyata yaxşı hazırlamışdı. Maisa əla xörəklər, şirniyyatlar hazırlaya bilirdi. Səhər süfrəsi xüsusilə gözəl alınırdı. Axşamlar isə biz restoranların birində yüngül qəlyanaltı edərdik. Bununla belə Maisa ali təhsil alsa da dünyagörüşü geniş deyildi. Siyasətlə maraqlanmazdı. Ən çox oxuduğu moda jurnalları olardı. Yüksək ziyafətlərdə darıxardı. Həmişə  belə məclislərdən  tez qayıdardıq. Onunla yatmağıma gəldikdə bu istəyimə qarşı 20 il ərzində  bir dəfə də olsun  etiraz etməzdi. Sakitcə çarpayıda  uzanar. Mən onunla görüşəndən sonra illər uzunu  eyni sualı verərdi. Sonra da üzünü o tərəfə çevirib möhkəm yatardı. Sanki heç nə olmayıb. Mən əvvəlki illərdə olduğu kimi rayonlara işləməyə gedirdim. İlk illərdə valideynlərdən biri gəlib bizdə qalardı. Sonralar isə buna ehtiac olmadı. Maisa mənə xəbər etmişdi   onların şöbəsinə yeni müdir təyin ediblər. Adı Əlidir. Moskvada  tibb unverstetini cərrahiyyə şöbəsində oxuyandan sonra  orda qalıb  işləmiş, ordan da Almaniya dəvət edilərək 10 il  orada işləyəndən  sonra Bakıya qayıdır. Bizim evdə  ilk dəfə  Maisanın ad günündə  göründü. Bütün qohumlar atam, anam, Aybəniz, Tahir müəllim, bibim, Səmədağa da bizdə idilər. Hamıdan gec Əli həkim gəldi. Özü tək . 36 yaşı olmasına baxmayaraq hələ də subaydır. Yaxşı yadımdadır  dəhlizdən zala qədər Maisa qolunu onun qoluna  keçirib gətirib bizə təqdim etdi. O çox yaraşıqlı, həm də cavan görünürdü. Əynindəki xüsusi zövqlə tikilmiş mil-mil kostyum, elə mil-mil koynək ona çox yaraşırdı. Uzü ağ, saçları, qaşları, iri gözləri qara idi. Hamımız ayağa qalxıb onunla görüşdük. Maisa sevinc içində idi. Qolu hələ də də Əlinin qolunun içərisində idi. Bibimin işarəsi ilə əlini çəkdi. Əliyə  mənim yanımda atamla üzbəüz stulda yer verdilər. O mənim də, atamın da çox xoşuna gəlmişdi. Xörəkləri iki hissəyə bölmüşdülər. Ət  yeməklərini  xüsusi tərəkəmə üsuli ilə anamla Tahir müəllim, qalan yeməkləri; plovu, balığı, salatları, şirniyyatı isə Bakı  şəhəri ənənəsinə uyğun Səmədağa ilə bibim hazırlamışdılar. Bütün hazırlıqlar qurtarandan sonra Maisa gəlib Əlinin sağ tərəfində oturdu. Yəni Əli  mənimlə Maisanın arasında qaldı. O vaxt mən bunun fərqinə varmadım. Amma sən demə bütün ömrüm boyu bizim aramızda olacaqmış. Xörəklər süfrəyə veriləndən sonra atamla ,Səmədağa arasında qəribə yarış başladı. Atam anam hazırladığı yeməklərin hərəsindən  bir tikə götürüb Əlinin boşqabına qoyur:

-Bax bunun dadına bax. Bizdə buna   qovurma deyirlər. Quzu biləyinin birini  ayrı boşqaba qoyub bir –iki suyundan əlavə edib Əliyə verib kəlləpaçadır dedi, arağın anasını ağladır. Səmədağa salatları, balıqları, pıovu tərifləyirdi. Sonra çıxışlar oldu. Bir böyük ağsaqqal kimi ilk sözü atam dedi. Atam natiq idi. Bir az dövranda, bir az siyasətdən danışandan sonra bizə dözümlü, mübariz olmağı tövsiyə etdi. Onda məqsədə çatmaq olar. Buna özünü misal çəkdi. Qonağımızı alqışladı və nəhayət   Maisanın ad gününü təbrik edərək bildirdi ki, mən çox xöşbəxtəm Maisa kimi gözəl gəlinim var. Maisanı yanına çağırıb alnından öpüb aldığı bir cüt sirğanı  hədiyyə etdi. İkinci sözü Səmədağa dedi. Əvvəlcə atama  öz minnətdarlığını bildirdi. Qonağımıza xoş gəldin deyib, onun haqqında eşitdiklərin sayaraq  qəribə arzusunu bildirdi.

– Kaş mənim bir qızım da olaydı, sizinlə qohum olmaqdan məmnun olardım. Hamımız bərkdən güldük.Tahir müəllim də ilk sözlərini atama həsr edib bu yaşayışı üçün ona borclu olduğunu söylədi. Qonağımızı salamlayıb, Maisanı təbrik etdi. Növbə  qonağımıza çatanda o ayağa qalxıb:

-İlk  olaraq onu deyirəm. Sağ olsun Maisanı məni dəvət edib, sizin kimi  adamlarla tanış etdi. Mən çox xöşbəxtəm, Salman əmi kimi ziyalılarımız var. Yaxşı bilirsiniz, aramızda belələri hələlik çox azdır. Mən Almaniyada olanda  digər Avropa ölkələrinə də səfərlər edirdim. Ancaq bizim xalq kimi əliaçıq, qonaqpərvər bir xalq görmədim. Ancaq bu azdır. Biz daha çox oxumalıyıq, daha çox gəzməliyik. Öz dilimizlə yanaşı  rus, alman, fransız, ingilis dillırini öyrənməliyik. Tibbimiz də inkişaf edir. İndi vətəndən uzaqda işləyən həmvətənliliərimiz bura qayldır. Maisa xanım mən rəhbərlik etdiyim şöbədə işləyir. Biz onunla ən çətin əməliyyatları yerinə yetiririk. Mənim baxışımdan hansı alətin lazım olduğunu duyur. Doğrudur bir az qorxaqlığı var. O da gəncliyindəndir. Ötüb keçər. Hələlik xəstələrimizi öz gözəlliyi ilə müalicə edir. Maisa  xanım sizi ad gününüz münasibəti ilə təbrik edirəm. Sağ olun.

Evliliyimizin  beş ili tamam olurdu. İndi Əli bizə daha çox gəlib- gedirdi. İnsafən desək mən evdə olanda  gələrdi. Təzə xarici maşın almışdı. Məni özü ilə bərabər  götürüb  restoranların birində nahar edərdik. Sonralar  bizə digər dostlarım; Ariflə Aydın da qoşuldular. Və bu ənənə yenə davam edirdi. Maisa ilə mənim hələ  övladımız yox idi. Niyə  və hansı səbəbdən uşağımız olmurdu, mən bilmirdim. Çünki  məndə elə problem yox idi. Dəfələrlə ən müasir aparatlarda müayinədən  keçmişəm  və hər dəfə də mənə  deyiblər səndə problem yoxdur. Maisadan isə soruşmağa çəkinirdim. Belə bir gözəl məxluqun xətrinə dəyəcəyimdən qorxurdum. Yataqda mənə laqeyd olsa da indi  əvvəlkindən  şən və şıltaq idi.

Bu ərəfədə  ölkəmizdə vəziyyət çox pisləşdi. Tərkibində olduğumuz, dünyaya meydan oxuyan böyük SSRİ  imperiyası dağılmağa başladı. Əsarətdən yaxa qurtarmağa çalışan ölkələr müstəqil olmaq istəyirdi. Çox ağır vəziyyət yaranmışdı. Hörümçək toru kimi biri-biri əlaqəsi olan minlərlə fabrik, zavodlar öz fəaliyyətini dayandırmış, milyonlarla adamlar küçələrələrə atılmışdı.Təkcə bir faktı deyim, ildə 50 min ton pambıq, 70 min  min ton üzum, yun, ət  təhvil verən Göytəpədə əlini ağdan qaraya vuran yox idi. 5-6 ay ərzində işbazlar xalqın malını talayaraq  xaricə daşıyıb apardılar. 14 tikinti idarəsindən indi biri də işləmirdi. Atamın idarəsinin qapısından iri qıfıl asılmışdı. Ölkədə əsl hərcmərclik yaranmışdı. Torpaqlarımızın 20 faizi işğal edilmişdi. On minlərlə qaçqın ev-eşiyini atıb gəlib Göytəpədə  yerləşmişdi. Hamı alver edirdi. Bunların arasında ali təhsilli mühəndis, iqtisadçı, aqronom, müəllim də vardı. Ancaq bu vəziyyət uzun sürmədi. Ölkəyə yeni rəhbər gəldi. Yavaş-yavaş dircəlirdik. Atam  oz idarəsini səhmdar cəmiyyət yaratdı, Vaxt ötdükcə ayrı-ayrı adamların səmhlərini  alaraq nüəssisənin tam sahibi oldu. Bu müəssinən 100 hektardan artıq  yardımçı təsərrüfatı  vardı. Atam torpaqların bir hissəsini əkin üçün, bir hissəsini də qoyun saxlamaq üçün ayırmışdı. Ancaq yaşının çoxluğundanmı və yaxud işin ağırlığındamı bu işi davam etdirmədi. Müəssisəni bütövlüklə Bakıdan olan bir iş adamına  satıb özünə bir yaxşı maşın alır. Təqaüdə çıxıb anamla birlikdə yaşayışına davam edir. Bütün işlər yaxşı getsə də  bir məsələni bir an da  unutmurdu. Düşməndən qisas almaq. Onun namusuna, adına ləkə gətirmiş  kürəkəni Məmməd və gəlini Təbəssümü  hər yerdə addım-addım izləyirdi. Hər  dəfə bizimlə görüşəndə  bizə dönə -dönə tapşırırdı, əgər mən bir iş görə bilməsəm  bunu siz edərsiniz. Onlar ölməlidir.

Mənim də işlərim yavaş-yavaş qaydasına düşürdü. Ölkədə neft kontraktları bağlanandan  sonra dirçəliş hiss olunurdu. Bizim idarə 3-4 il işləmədiyindən işçilərin əmək haqqısını verə bilmirdi. Baş  mühəndis çörək dalınca Rusiyaya çıxıb getdi. İşi  olmayan idarəyə məni Baş mühəndis təyin elədilər. Elə bir ehtiyacım olmadığımda səbr edib gözlədim  və xeyrini gördüm. İndi az olsa işlərimiz gedirdi. Evliliyimizin 10 ilinə yaxınlaşırdı. Növbəti ezamiyyətdən evimizə qayıdanda Maisa  məni sevinclə qarşılayıb üzümdən öpdü.

-Muştuluğumu ver. Sənə şad xəbər verəcəm. Mən onun nə deyəcəyini  gözləmədim. Onu qucağıma alıb  çarpayının üstünə qoydum. Üz-gözündən öpüb 

-Sağ ol Maisa, sən mələksən, mənə qanad verdin. Həyatımı göylərə qaldırdın.

-Axı sən nə bilirsən  mən deyəcəm.

-Bilirəm-bilirəm  bizim övladımız olacaq. İllər uzunu  bu xəbəri səndən gözləyirdim və yenidən onu öpməyə başladım. Bəs sən nə bildin  uşağın var.

-Evdə oturmuşdum. Tez-tez ürəyim bulanırdı. Az qalırdı huşumu itirim. Özümdən şübhələndim. Axı mən həkiməm, gedib qnekoloqa özümü yoxlatdım. O da dedi ki, sən hamiləsən.

-Bilirsən Maisa bu xəbəri xüsusi qeyd etmək lazımdır. Yorğun olsam da mən yuyunub paltarımı dəyişənə Əliyə xəbər ver  maşını   ilə gəsin. Yolüstü Ariflə Aydını götürüb bizə gəlsin. Sən də hazırlaş. Birlikdə İntirustə gedib bu hadisəni qeyd edək. Həmin axşam dostlarla birlikdə əməlli-başlı yeyib içdik. Maisadan başqa hamımız keflənmişdik. Gələcək uşağın sağlığına bəlkə 50 dəfə badə qaldırdıq. Sonralar bu şad xəbəri eşidən  yaxınlarımız  evimizə gəlib bizi təbrik etdi. Amma bibimdən eşitdiyim  bir söz mənim üçün qaranlıq  qaldı. Mən öz otağımda uzanıb kitab oxuyurdum. Bibim:

-Maisa mən ömrüm boyu səni bağışlamayacağam. Onda heç nə başa düşə bilmədim. Amma  sonralar  DNK testinin cavabını alanda  bibimin sözləri yadıma düşdü. Demək o nə isə bilirmiş.

Amma   istəkli atam bizim övladımızı görə bilmədi. Dekabr ayının axırı idi. Yağış  qar olmasa  havalar çox soyuq idi. Yeni il yaxınlaşdığından rayonlara səfərə getmirdim. Saat yeddi olardı. Oturub televizora baxırdım. Diktor xəbərləri deyirdi. Sonra  sözü Daxili  İşlər Nazirliyinin əməkdaşına verdi. Sözə başlayan əməkdaş:

-Gün ərzində baş vermiş qəzaların  ən ağırı Ağcabədi rayonu ərazisində baş vermişdir. Hadisə gecə saat iki radələrində olmuşdur. VAZ -2106 markalı avtomobilin sürücüsü Məmməd  …. döngələlərin birində idarə etməni itirmiş… Maşın yoldan bir qədər aralı  şor suların axması üçün qazılmış drenə düşmüşdür. Sürət çox yüksək olduğundan drenin  içərisində olan qamışlığın üzəri ilə 30 metr sürüşmüş və əks tərəfə dəyərək  beli üstə aşmışdır. Qaranlıq və qamış sıx olduğndan  uzun müddət maşını heç kəs görmür. Aldıqları zərbədən huşlarını itirən sürücü Məmməd və həyat yoldaşı Təbəssüm  maşınıni içərisinə dolmuş  suda boğulub ölmüşlər. Yalnız gündüz təsadüfən oralarda qoyun otaran bir nəfər maşını görüb yoldan keçənlərə xəbər verir. Deyilənə  görə bayramqabağı bazarda satmaq  üçün Qubaya alma gətirməyə gedirmişlər.

Doğrusu bu xəbərdən  o qədər də sevinmədim. Ona görə artıq onlar  mənim üçün heç nə idi. Mətbəxə keçib  hazır yeməklərdən bir az qəlyanaltı elədim. Maisa indilərdə gələcək. Sonra restorana gedib istirahət edəcəyik. Əli düz deyirdi. Maisa yaxşı şagirdidi. İndi o özü sərbəst operasiya edir, qazncı yaxşıdır. Gəlib divana uzandım. Yaman yadımdan çıxıb. İndi biz hamımız mobil telofon işlədirik. Çox qəribə aparatdır. Evin içərisində oturub dünyanın o başı ilə danışa bilirsən… Bunu ona görə Sizə deyirəm, Maisa zəng etdi.

-Vasif bu axşam  tez gələ bilməyəcəm. Xəstələrdən birində bir balaca narahatlıq var.

Telofonum uzun-uzadı zəng çalırdı. Deyəsən  yatmışdım. Saata baxdım. 11 idi. Telofonu götürüb cavab verdim. Bir kişi həyacanla

-Vasif  danışan sizin qonşu Kamrandır. Tez özünü yetir. Atanın vəziyyəti ağırdır. Sonra azca ara verib, bilirsən Vasif  sən uşaq deyilsən. Qoy düzünü deyim. Atan vəfat eləyib. Bacına   da xəbər et. Telofon susdu.

Əvvəlcə nə edəcəyimi bilmədim. Sonra hazırlaşmağa başladım. Maisaya zəng edib xəbəri ona dedim. Atası evinə getməyi məsləhət bildim. Tahir müəllimi  də xəbərdar edib  dedim, hazırlaşsın onlara gəlirəm. Mən evə girəndə onlar artıq geyinmişdi. Aybəniz məni görəndə:

-Nə olub Vasif, Tahir deyir  rayona gedirik. Bu nədir sən ağlayırsan.

-Atam. Aybəniz, atam  vəfat edib. Sonra biz bir-birimizi qucaqlayıb o ki var ağladıq. Sakitləşəndən sonra onu başa saldım, yola düşməliyik. Biz gəlib çatanda hava yavaş-yavaş işıqlaşırdı. Evdə beş –on nəfər adam vardı. Mən də, Aybəniz də anamızla görüşüb üçümüz də özümüzü meyidin üstünə atıb onu qucaqlayıb  silkəyirdik. Sanki onu ayıltmaq istəyirdik. Anam:

-A kişi niyə belə insafsızsan. Oyan oğlun, qızın, istəkli kürəkənin, nəvələrin yanına gəlib səninlə danışmaq istəyirlər. Axı sən onları çox istəyirdin. Evdə olanlar gəlib bizi güclə atamdan ayırdı. Mən heç nə başa düşmürdüm. Əvvəllər də, yaxud elə indinin özündə mənim  ağlıma bir dəfə də olsun  gəlməyib, atam  ölə bilər və  onu daha görməyəcəm. Gözəl anamı, ağbircək anamı qucaqlayıb ağlaya-ağlaya onun otağına apardım. Orda ondan soruşdum.

– Ana  necə oldu, atam  dünyasını dəyişdi. Məgər o xəstə idi?

-Yox oğlum. Atan heç vaxt sağlamlığından şikayət etməyib. Axşam   saat 9-da televizor qarşısında oturub   Atv kanalından verilən xəbərlərlərə qulaq asırdıq. Aparıcı bu gün baş verən yol qəzalarından xəbər verib ölənlər arasında Məmmədlə Təbəssümün adını çəkəndə  atan yerindən dik qalxıb mənə:

-Dilarə eşitdin. Mənim düşmənlərim avtomobil qəzasına düşüb ölüb. Yox onları mən öldürdüm. Sonra əllərini yuxarı qaldırıb:

-Şükür sənə İlahi. Sən mənim arzumu yerində qoymadın. Dur arvad get servantda Napoleon konyakı var. Stəkan, şokalad  da gətir. İçən olmasam  da bu hadisəyə görə içəcəyəm. Mən onun dediklərini gətirmək üçün  mətbəxə keçdim və qayıdanda gördüm, kişi  dizini  döşəməyə qoyub əli ürəyinin üstündədir. Özümü ona çatdırıb nə soruşsam da cavab vermədi. Əllərimi arxadan qoltuğunun altına salıb birtəhər gətirib divanın üstünə uzndırdım. Uzü kömür kimi qaralmışdı. Mən yenə Salman, Salman deyə qışqırırdım. Əlimi sifətinə vurdum. O yavaş-yavaş soyuyurdu. Tez küçəyə  qaçıb qonşuları, adamları köməyə çağırdım. Sağ olsun Kamranı birinci o gəldi. Təcili yardıma da o zəng elədi. Başımı itirdiyimdən mənim ağlıma gəlməyib. Beş dəqiqəyə ev adamla doldu. Heç 20 dəqiqə keçməmiş həkim gəldi. Nəbzini yoxlayıb  başını buladı. Atan keçinmişdi. Anam boynumu qucaqlayıb yenidən ağladı. Yazıq kişi  bir kəlmə sözünü də deyə bilmədi. Anam əli ilə mənə işarə etdi. Biz otağın lap uzaq küncünə getdik. Əli ilə başımı tutub qulağıma yavaşca:

-Bax heç kəs bilməsin, bacın Aybəniz də  mən özüm sənə əvvəlcə demədim, kişi bir söz də işlətdi:

-Dilarə onları mən  öldürdüm. Böyük otaqdan bərk qışqırtı gəldi. Deyəsən bibimin səsi idi. Biz ora  keçdik. Nərminə bibim idi. Özünü atamın üstünə yıxıb saçlarını yolurdu. Maisa Səmədağa da ağlayırdılar.

Tahir müəllimin göstərişi  ilə otaqda olan mebellər çıxardılıb iri xalça salınmışdı. Sonra təmiz döşək gətirib, üzlədilər. Atamı gətirib ora qoyandan sonra üstünü öptüdülər. İşimizi qurtarandan sonra  siqaret çəkmək üçün həyətə düşdüm. Həyət adamla dolu idi. Bunların çoxu  bizim  qohumlardır. Şirinqumlular böyük tayfadır. Tahir müəllim mənə yaxınlaşıb:

– Məmmədlə Təbəssümün meyidini səhərə yaxın  gətiriblər. Bü gün onları da dəfn edəcəklər. Molla gələndən sonra işlər bir az sürətləndi. Saat birə qalmış  həyətdən çıxıb  qəbirsanlığa yola düşdük. Bu atamın  giriş qapısından sonuncu çıxışı idi və o bir də bu qapıdan içəri girməyəcəkdi. Atamı son mənzilə yola salanların sayı  çox idi. Qəbirsanlıqda atamı dəfni zamanı bir dəstə adam gəldi. Onları  görənlər hörmət əlaməti olaraq geri  çəkilərək onlara yer verdilər. Mənə dedilər icra hakimiyyəti işçiləridir, öndə dayanan isə Göytəpə rayonun İcra başçısıdır. Yəni  sovetlərin vaxtında rayon rəhbəri birinci katib idisə indi müstəqillik qazanandan sonra rayona rəhbərliyi İcra başçıları edir. Bir-iki dəqiqəlik sükütdan  sonra  icra başçısı  sözünə başlayıb atam haqqında xoş sözlər dedi. Yəni  gözəl insan olan atam  işində məsulyyətli olmuş, partiya və hökümətin bütün tapşırıqlarını  artıqlaması ilə yerinə yetirmişdir. Özünün buralı olmasını, gənc yaşlarında mərhumun ona  daimi kömək və qayğı göstərək qeyd etdi, onun xatirəsi daimi qəlbimizdə yaşayacaqdır. Allah rəhmət eləsin. Digər çıxış edənlər oldu. Axırda molla vida düası oxuyandan sonra mərasim başa çatdı. Qəbirsanlıqdan  çıxıb evə qayıdanda qarşımıza daha meyid aparan maşın çıxdı. Mınim mindiyim maşının sürücüsü onlarla bizim  münasibətimizi bilmədiyindən;

-MəmmədləTəbəssümü basdırmağa aparırlar. Bədbəxtlər. Əlləri yenicə çörəyə çatmışdı. Onun sözlərinə özlüyümdə istehza ilə güldüm. Bədbəxtlər yox ağılsızlar. Axı bu yazıq haradan bilsin onların əlləri  hələ 20 il bundan  əvvəl çörəyə çatmışdı. Onlardan biri Göytəpənin ən varlı adamlarından Yun Salmanın kürəkəni, digəri isə gəlini idi.

Müəllifdən:-yadınızdadırsa ölümqabağı  Yun Salman  xanımı Dilarəyə bildirir, onları mən öldürmüşəm. Vasifin  bu haqda məlumatı olmadığından  fikirləşir, Məmmədgilin qəzaya düşüb  və Yun Salmanın sevincdən ürəyi partlayıb ölmələri adi bir  təsadüfdür. Amma mən Yun Salmanı tanıyırdım. O elə belə söz deməz. Bir yazıçı marağı ilə onun həyatının son illərində hansı işlə məşğul olduğunu və kimlərlə görüşdüyünü, bu qəzanın necə baş verdiyini bilmək istəyirdim. Qərara  aldım, ilk olaraq Aybənizlə görüşüm. Aybəniz məni yaxşı qarşıladı. Fikrimi ona bildirdim. Tahir müəllimin kabinetinə keçib orda xeyli söhbət etdik. Məlum oldu, Yun Salman müəssəni satanda yaxşı qazanc edib. Qara rəngli TAYOTA  alsa da kifayət qədər pulu qalıb. Sovetlər birliyi zamanı pulu çox olsa da həmin pullar sürətlə gedən infilasiya nəticəsində öz dəyərini itirib qəpik-quruşa çevrilmişdi. Salmanın divarda yerləşdirdiyi gizlin seyfində pul qoyduğu adamların adına onlarca əmanət kitabçaları var. O ki, qaldı qızıl-brilianta onlar öz yerindədir. Yun Salman təqaüdə çıxsa da hələ gümrah  idi. Ancaq son zamanlar onun səhhətindı problərlər yaranmışdı. Sağ qılçında olan ağrılar ona rahatlıq vermirdi. Ona görə də indi  maşından düşüb piyada gəzəndə sağ əlində əsa  gəzdirərdi. Əsa xüsusi sifarişlə düzəldilmişdi. Əl tutacağının sonunda İki buynuzlu əjdaha təsvir olunmuşdu. Anam söyləyirdi, Salman hələ gənc yaşlarında Xarkovda institutda oxuyanda qış vaxtı gecə tanış qızla klubdan qayıdırmış. Yolu dövrə vürmamağa  görə donmüş gölün üstündən keçirlər. Gündüz balıqçılardan biri buz üzərində balıq tutmaq üçün bir neçə  çuxur  açmış, qaranlıqda Salmanın ayağı həmin çuxurların birinə düşür. Yanındakı  qız elə bilir buz sınlb. Dərhal kənara sıçrayır. Salman özü nə qədər cəhd edirsə ayağını buzun altlndan çıxara bilmir. Salman onu  onu başa salandan sonra, buz sınmayıb, ayağı çuxura düşüb, gəlib kömək edir. Birlikdə ayağı çəkib çıxarırlar. Heç 10 dəqiqə keşməmiş ayaq paltar  qarışıq donur. Qaça-qaça evə gəlirlər. Qadınlar  tökülüşüb ayağı spirtlə, araqla ovuşdurub ayağı həyata qaytarsalar da  don vurma öz işini  görmüşdü. Salman nə qədər, gənc, cavan idi bu ağrı təsir etmirdi. Indi isə ağrılar möhkəmləndiyindən çəliklə gəzirdi. Atam evin bütün  bazarlığını özü edərdi. Özü bir neçə həsir zənbil götürər meyvələrin, göyərtinin, kartof soğanın, ətin ən yaxşısını alardı. Anamın dediyinə görə  bazarda bunların alınmasına Cəbrayılli Həsən müəllim kömək edərmiş. Həmişədə də səhərdən getməsinə baxmayaraq evə gec gəlirmiş. Anam soruşanda a kişi heç bu vaxtıda bazardan qayıdarlar.

-Dilarə vallah Həsənlə elə şirin-şirin söhbət edirik, onda ayılırıq  gün-günortadır.

Bir dəfə Salman Məmmədgilin məhləsindən keçəndə gördüklərinə inanmır. Köhnə bir mərtəbəli kərpic evin yerində  üstü qırmızı dəmir kiramitlə vurulmuş kürsülü daş ev var idi. Nə qədər kərpic ev vardı Salman rahat idi. Elə hey deyirdi sizin yeriniz buradır. Amma daş evi görəndə Cənnət nənə demişkən bilmədi cin onun başına vurdu, yoxsa o cinin başına. Sanki sönən bir ocağın üstünə benzin tökdülər. Maşını saxlayıb xeyli baxandan sonra gedəcəyi işi yadından  çıxır. Evə gəlir. Guya bu gördüklərinə anam  icazə veribmiş kimi acığını onun üstünə tökür:

-Dilarə mən ölmüşəm, düşmənlərim mənim gözümün qarşısında  ev tikirlər. Kef çəkirlər. O seyfi aç  nə varsa hamısını bura gətir. Mən onun dediklərini dərhal yerinə yetirdim. Salman onları bir-bir  yoxlayıb qiymətlərinə baxandan sonra:

-Burda  xeyli var-dövlət var. Bununla  əməlli başlı iş görmək olar. Apar qoy yerinə. Dilarə,  mən gecələr yata bilmirəm. Namus qeyrət məni boğur. Xüsusilə bu yaşımda. Anam sözünə ara verib bir qədər dincəldikdən sonra:

-O vaxtdan kişinin hansı işlə məşğul olduğunu və kimlərlə görüşdüyünü mən  bilmirəm.

Rəhmətə gedəndən sonra anam  seyfi açıb  qalan şeyləri sayıb mənə vermək istəyirdi, gətirib saxlayım. Çünki anam burda tək qalacaqdı. Bilirsiniz  dünya hər xasyyətli adamla doludur. Amma qızılları sayanda  gördük, onların içərisindən  brilliyantla işlənmiş iki ən bahalı üzük yoxdur. Elə bu zaman qapı döyüldü. Bizi süfrəyə dəvət edirdilər. Kabinetdən böyük otağa keçib  stolun arxasında oturdum. Aybəniz gedib mətbəxdən  mənə və özünə yemək gətirdi. Yemək zamanı beynimdə bəzi şeyləri araşdırırdım. Əgər  Məmmədgilin ölümü qətldirsə və bu qətli Salman sifariş veribsə, o üzüyü həmin adama verməz. Çünki qətl törədənlər adətən aşağı zümrədən olurlar və  üzüyü kimə və harada satmaq istəsə ondan sənəd istəycəklər. İşin üstü açıla bilər. Mən üzüklərin harada olduğunu təxminən bildim. Odur ki, Aybənizdən  soruşdum:

-Aybəniz xanım bəlkə o üzüklərin sənədi sizdə qalıb. Aybəniz xanım bir qədər fikirləşəndən sonra:

-Hə qalıb. – Daha yemək yeyə bilmirdim.

-Onda onları gətirin baxım. – Aybəniz sənədləri gətirdi. Alıb baxdım. Zənnim düz çıxdı. Hər iki üzük Bakı şəhərində  eyni lombarddan alınmışdı. Axı belə bahalı zinət əşyaları ancaq lombardlarda olur. Mən Aybəniz xanımdan soruşdum:

-Bu sənədləri sizdən  5-10 günlüyə götürmək olar?

Niyə olmur. İndi bunlar mənim nəyimə lazımdır. Atamın vəfatından on il keçib. Zinət əşyalarını atam özü almışdı. Onları necə saxlamağını özü bilərdi. Sənədləri götürəndən sonra Aybəniz xanımla sağollaşıb  onlardan çıxdım. Ertəsi gün  sənəddə  göstərilən ünvana gedib  lombardı  tapdım. Bura bir mərtəbəli əməlli-başlı işıqlandırılmış  otaq idi. Yan-yana düzəldilmiş stolların üstündə şüşədən düzəldilmiş vitrinlər qızılla dolu idi. Axtarıb müdiri tapdım. Onunla işim olduğunu söylədim. O məni otağına aparıb, hər ikimiz əyləşəndən sonra:

-Buyurun sizi eşidirəm dedi. Mən Aybənizlə olan söhbətlərin bəzi məqamların söyləyəndən sonra sənədləri ona verib  xahiş etdim, yoxlasın görək bu üzüklər bura qaytarılmayıb. Müdir sənədlərdə olan tarixə baxıb:

O vaxt buranı atam işlədirdi. O öz  işini yaxşı bilirdi. Siz deyirsiniz üzüklər kişinin ölümündən bir neçə ay əvvəl yoxa çıxıb. Bəxtimizi sınayaq. Sonra durub dəmir şkaflardan birinə yaxınlaşıb açarla açıb ordan qalın dəftər gətirdi. Dəftəri açıb xeyli açandan  sonra tapdım dedi:

-Dəftərdə  üzüklərin adı, briliyantın əyarı, qaytaran adamın adı yazılmışdır. Üzüklərin əvəzində  hər biri 10000 dollar olmaqla Göytəpə şəhər sakini Axundov Salman Əhliman oğluna 20000 dollar ödənilmişdir. Mən  sevincək:

-İndi o üzüklər durur, onları  almaq istəyirəm.

-Əşşi ay rəhmətliyin oğlu sən yəqin fil qulağında yatmısan. İndi camaat qaz vurub qazan doldurur. Yüz minlik, milyonluq zinət əşyaları axtarır. Sızin dediyiniz üzüklər su qiymətinədir. Onları hər yoldan  keçən alır, yəqin çoxdan satılıb. Mən sualıma cavab tapmışdım və müdirə təşəkkür edib oradan çıxdım. 20000 min dollar. Görəsən Salman bu pulları neyləyib. Mənə aydın olmayan bu ikinci sualın cavabını Bakıda yox Goytəpədə tapa bilərdim.

Mənim qəribə xasiyyətim var. Bir işi, başladım onu axıra çatdırmağı xoşlayıram. Əslində bu araşdırmanın  heç kimə xeyri yoxdur. Hadisə çoxdan olmuş. O vaxtdan on il keçmişdir. Adicə bir yazıçı marağıdır. İstəyirəm  oxuculara təqdim etdiyim bu kitabda  kimin haqlı, haqsız olduğu bilinsin. Göytəpəyə gəlişim bir həftədən sonra baş tutdu. Mən də Vasif kimi Göytəpəyə  səhər açılanda gəlib çıxdım. Göytəpədə görüşəcəyim yeganə adam  Cəbrayıllı  Həsən idi. Çünki Aybəniz xanınla olan söhbətimizdə onun anasından  eşitdiyinə  görə Salman  ömrünün  son bir ilində ən çox Həsənlə  görüşüb söhbət etmişdir. Özümü onunla görüşə hazırladım. Deyərəm Salman haqqında kitab yazıram. Vasifin dəftərini ona göstərərəm. Yalandan deyəm burda sənin də haqqında yazılıb. Hələ tezdir. Doğrudur  indi Həsən bazarda olsa da  bu  saat başı bərk  qarışıqdır. Vaxtı öldürmək üçün şəhəri gəzməyə başladım. Özü də Vasifin keçib getdiyi yerlərlə. Gəlib  parkın içərisində yeməkxananı tapdım. Səhər yeməyi sifariş verib  yeyəndən sonra bazara yollandım. Əsas girişdə paltar mağazaları idi. Onların yanında keçib meyvə bazarına gəldim. Soraqlaşıb  Cəbrayıllı Həsəni tapdım. Bura köhnə üsulla düzəldilmiş bir yer idi. Satıcılar özləri piştaxta düzəldib  tapıb gətirdikləri meyvələri, kartofu, soğanı satırdılar. Amma Həsənin  yeri digərlərində həm yaxşı, həm də böyük idi. Malları  təzə, yaxşı olduğundan alıcısı da çox idi. Bir az kənarda durub alış-verişə tamaşa etdim. Yanıda iki köməkçi  də vardı. Yəqin biri xanımı, o birisi də oğludur. Hamı ona Həsən müəllim deyirdi. Doğrudan da müəllim kimi geyinmişdi. Əynində təzə kostyum, ağ köynək, üstəlik qalstuk da vurmuşdu. Mən yaxınlaşıb salam verdim. Məni tanımasa da mehribanlıqla görüşdü:

-Sizə nə lazımdır –soruşdu. Mən: – Sizinlə  beş-on dəqiqəlik söhbət etmək istəyirəm.Amma bura yaman səs küylüdür. Olar bir az kənara çəkilək.

-Niyə olmur. Bir dəqiqə . Sonra  üzünü qadına tutub:

-Səfürə  mən bu yoldaşla  parka keçib orada çay içəciyik. Siz işinizdə olun. Onunla bazarın küncünə gedib hasarın uçmuş yerindən keçib cayxanaya gəldik.Yaxınlaşanda gördüm, mən bayaq yemək yediyim yerdir. Mən dövrə vurduğumdan elə bilmişəm bazar uzaqdadır. Açıq havada qoyulmuş stolların birində  oturub çay sifariş verdik. Birinci mən başladım:

-Həsən müəllim mən Sizə məəttəl qalmışam.Yarım saat olar, sizinləyəm heç soruşmursunuz a kişi sən kimsən məni haradan tanıyırsan. Bəlkə mən elə terroristəm. Yaxşı gəlin əvvəcə tanış olaq. Mənim adım Həmiddir. Bakıda yaşayıram. “Yeni Yurd” qəzetinin əməkdaşıyam. Hərdən kiçik əsərlər də yazıram.

-Çox sağ olun. Adımı bilirsiniz. Haradan bilirsiniz mən bilmirəm. Fikir verdiniz hamı mənə Həsən müəllim deyirdi. Amma mən doğrudan müəlliməm. Dil  və ədəbiyyat üzrə dərs deyirdim. Cəbrayılda iki mərtəbəli daş evimiz, abad kəndimiz vardı. Deyirsiz  səbrliyəm. Mən elə bir oddan, alovdan çıxmışaam, indi ölüm mənim üçün heç nədir. Ermənilələr baş qaldırandan əlimdə silah mərdliklə mübarizə  aparmışam. Neçə bacım, qardaşım şəhid olub. Özüm dəfələrlə yaralanmışam. Döğma Cəbrayıl işğal olunanda Horadiz yolu kəsildiyindən Arazı adlayıb İrana keçdik. Elə bil bəxtimizdən Arazın da suyu çox idi. Neçə qadın, uşaq üzə bilmədiyindən suda boğulub öldü. İki övladım, xanımımla kah maşınla, gah piyada  Biləsuvardan keçib bura Göytəyə pənah gətirdik. Burda qohumlarım var. Bir iki ay qohumlarımgildə qalandan sonra tikinti idarələrinin birinin inzibatı binasına köçdük. Sonralar bizə kömək edən xarici təşkilatlar binanı yaxşıca təmir etdilər. Elə indinin özündədə orda oluruq. Doğrudur burda mənə dərs deməyi təklif etdilər, razı olmadım. Dolanışığım lap yaxşıdır. Bazarda ən yaxşı meyvələri, tərəvəzi mən satıram. Məmmədlə Təbəssüm öləndən sonra onların da yerini öz piştaxtama birləşdirdim. İstəsəm ev ala bilərəm. Amma, yorulmuşam.Əziyyətlə bütöv ailə yığışıb ev tikmişdik, o da bizə qismət olmadı. Digər bir səbəb ondan irəli gəlir. İranda olduğmuz iki-üç gün ərzində  elə hey gileylənirdik, bəs evimiz qaldı. Onda  evinə sığındığımız iranlı qardaşımız  gedib bir çemadan gətirdi. Açıb içərisində olanları bizə göstərdi. Çemodan pulla, zinət əşyaları ilə dolu idi.

-Bax qardaş  bizim evimiz də, dolanışımız, əyin-başımız burdadır. Bir hadisə olanda da əlimizə götürüb hara istəsək gedirik. Deyəsən ağıllı adamlardı. Mənim də xoşuma gəldi, olan- qalanımı çemadana yığıram. Allah qoysa torpaqlarımız azad olanda mən çemadanımı qoltuğuma vurub  qayıdacağam öz evimizə. Özüm haqqında bu qədər. İndi siz buyurun .Mən ona öz təşəkkürümü bildirib:

-Çox sağ olun Həsən müəllim. Şadam ki, özünüz haqqında ətraflı məlumat verdiniz. Yəqin Allah sizin istəyinizi yerdə qoymaz. Tezliklə öz doğma yur-yuvanıza qayıdarsınız. Amma mən bura təsadüfən  gəlməmişəm. Siz yəqin  Salman kişini, onun ovladları; Aybəniz xanımı, Vasifi tanıyırsınız. Sonra mən Aybəniz xanımla olan söhbətimizi ona söylədim. Vasifin intihar etməsini, intihardan əvvəl öz həyatı haqqında yazdığı dəftəri ona göstərdim. Rəhmətlik Vasif mənim yaxın dostum idi. Birdən Həsən müəllimin  üzünü təəccüb bürüdü.

-Necə Vasif rəhmətə gedib? Özü də intihar edib. Necə olub  bu xəbəri mən eşitməmişəm. Qaldı Salman kişiyə, ovladları Aybənizi, Vasifi yaxşı tanıyırdım. Salman kişi hələ sağlığnda mənə  Aybəniz xanımın ünvanını vermişdi və dönə-dönə təkidlə tapşırmışdı  Bakıya yolum düşəndə onlara da baş çəkim. Bakıya aid bir problemi olarsa onlara desin. Mütləq kömək edərlər. Tahir müəllim, Aybəniz xanım məni öz doğmaları kimi qarşılardı. Mənim istəyim yerinə yetirdi. Odur fürsəti əldən verməyib əvvəlcədən fikirləşdiyim kimi:

-Həsən müəllim Vasif bu dəftərdə atası haqqında o qədər xoş sözlər yazıb, mən də istəyirəm, o kişi haqqında balaca bir kitab yazam. Göründüyü kimi Salman kişi ömrnün axırıncı illərində ən çox yanında olduğu adam sizsiniz. İstərdim gec də olsa onun haqqında bildiklərinizi mənə söyləyəsiniz:

-Əlbətdə baş üstə. Salman kişi mənə o qədər xeyir verib, onun haqqında  söz demək mənə xoşdur. Amma mən Salman kişi haqqında nə bilirəm, nə deyəm.Həftədə iki dəfə yanıma gəlib lazım olan şeyləri alıb gedərdi. Mən də hörmət əlaməti olaraq tez ayağa qlxıb yerimi ona verərdim. Çay gətizdirərdim. Bir az ordan burdan söhbət edib çayımızı içərdik. Bu ara xörəkpaylayan gətirib stolun üstünə boşqablar düzdü, çörək qoydu:

-Həsən müəllim bu nədir.

Əşşi oturmuşuq  də. O boyda  yolu gəlib məni tapmısınız. Həm çörək yeyək, həmdə söhbətimizi edək.

-Düz deyirsiniz Həsən müəllim. Siz həm cavansınız, həm də Göytəpəyə sonradan gəlmisiniz. Bünunla  belə istəyirəm o kişi ilə ilk tanışlığınızı, ən çox nələri xoşladığını, nədən söhbət etdiyiniz haqda az da olsa məlumat verəsiniz.

Stola yemək verildi. Hamısı kabab, özü də tikə kabab idi. Onları Həsən müəllim təqdim elədi. Bax bu quzu, bu hinduşka, bu qaban ətidir, bu isə balıq. Hamısı da bizim yerlərin məhsuludur. Hansından xoşun gəlir yeyə bilərsiz. Sonra xörəkpaylayana nə isə işarə etdi. O da gedib  qırmızı rəngli bir şüşə gətirib stolun üstünə qoydu. Həsən müəllim:

-Həmid  müəllim mən içən deyiləm, amma sizin kimi əziz qonaqla bir-iki yüz vurmaq olar. Şüşəni əlinə götürüb:

-Buna bizdə başıxamralı deyirlər. Zoğal arağıdır. Arxayın ola bilərsiz təmiz şeydir. Ona görə təmiz deyirəm, bu mənim öz məhsulumdur. Bunu mən hazırlayıram. Orda kənddə ellikcə bu işlə məşğul olurduq. Meşədən, həyətdən tut yığıb araq çəkərdik. Amma burada tut olmadığından zoğal mövsümü zamanı  kefim istəyən qədər hazırlayıram. Bir az özümə saxlayıram, qalanını gətirib hissə-hissə bura verirəm. Burda yaxşı qulluq edirlər. Kimin qonağı olursa bura gətirir. Sonra qədəhlərə araq süzüb:

-Hə Həmid müəllim Göytəpəyə xoş gəlmisiniz. Mən də öz qədəhimdəki arağı içdim. Amma bu araq deyildi. Dilimdən tutmuş mədəmə qədər hara ilə gedirdisə orda hiss olunurdu. Bir anlığa nəfəsm kəsildi. Az qala boğulmuşdum. Həsən müəllim əlində tutduğu xiyar turşusunu mənə verib, yeyin dedi. Birinci dəfə belə olur. Öyrənəcəksiniz. Kabablar elə gözəl elə zövqlə bişirilmişdi, bilmirdim hansından başlayım. Yenə Həsən müəllim köməyimə gəldi. Quzu ətinin qabırğadan çəkilmiş yağlı tikələrini boşqabıma yığıb, bunlardan  yeyin yağlı tikə arağı öldürür. Nahar çox əla kecdi. Təkrar içdiyimiz zoğal arağı hər ikimizin dilini açmışdı. Hər ikimiz dahi şairlərin əsərlərindən şeerlər söyləyir, deyib gülürdük. Mən bilmirəm burda nə qədər oturduq. Həsən müəllim saatına baxıb:

-Həmid müəllim daha vaxtdır. Gedək görək bizimkilər neyləyir. Mən təşvişə düşüb ondan tələsik soruşdum.

-Axı bizim söhbətimiz yarımçıq qaldı.

-Həmid müəllim söhbətimizi axşam bizdə çay süfrəsi arxasında davam etdirərik. Mən  etiraz etmək istədim.

-Niyə zəhmət çəkirsiniz.Mən mehmanxanada yer tapıb orada qalaram.

-Heç elə şey ola bilməz. Vasifin dostu mənim dostumdur. Gəlib bazara çatdıq. Hamı çıxıb getsə də Həsən müəllimin oğlu ilə xanımı onu gözləyirdi. Mən kənarda  dayandım. Onların söhbəti azı yarım saat çəkdi. Həsən müəllim nəyisə özündə qeyd edirdi. Işini qurtaranda sonra yanıma gəlib:

–  Həmid müəllim onlar evə getsin, biz də gəzə -gəzə şəhərlə tanış olaq. Söhbət edə-edə gəlib şəhərin mərkəzinə  çatdıq. Burda çoxlu inzibati binalar vardı. İki-üç mərtəbəli binaların çoxu bəziləri keçən əsrin 80-cı illərində tikilsə də fasadları müxtəlif rəngli üzlük daşı ilə üzləndiyindən dövrəsində yerləşdikləri böyük meydana  əzəmət verirdi. Həsən müəllim bu binaların hansı müəssisəyə, idarəyə məxsus olduğunu deyirdi. Meydandan sonra  böyük mədəniyyət və istirahət parkı başlayırdı. Biz də parkı  gəzməyə başladıq. Hər yanda rahat skamyalar qoyulmuşdu. Adamlar  dəstə ilə burada oturub dincəlirdi. Çayxanaların birinin yanından keçəndə  Həsən müəllim:

-Həmid müəllim bəlkə   bir çay içək.lap yerinə düşdü. Arağın, kababın təsirindən yaman susamışdım.

-Əla olar dedim. Keçib lap kənarda olan stolların birində əyləşib çay sifariş verdik.Çay gəldi və gözləmədim halda Həsən müəllim çay süzə-süzə sözə başlaı.

-Həmid  müəllim Salmam kişi tanışlığımın elə bir uzun tarixi yoxdur. Ölümündən 5-6 əvvəl olardı. Saat  11 idi. Bir də gördüm piştaxtamın qarşısındakı meydançada qara rəngli “Tayota” maşını dayandı. Mən bu meydançanı həmişə nəzarətdə saxlayırdım. İmkan vermirdim işi olmayan adamlar burada maşın saxlasın. Çalışırdım yanıma maşınla gələn müştərilər rahat girib çıxsın. Sükan arxasından düşən kişi yenidən maşına əyilib oradan əsaya oxşar bir şey və iki ədəd həsir zənbil götürüb bizə yaxınlaşdı. Onu görəndə özümü bir qədər yığışdırdım. Elə bildim rayon rəhbərlərindən biridir. Son dərəcə səliqəli, hamısı da bahalı paltar geymişdi. Mənə salam  verib əlindəki siyahını və zənbilləri  verib  sanki əmr edirmiş kimi:

-Bunların hamısını hazırlayıb zənbillərə yığıb maşına qoyarsan. Dərhal oğlumla, xanımımla işə başladıq. Bizdə piştaxtanın üstündə olan mallardan əlavə  piştaxtanın altında xüsusi adamlar  üçün yaxçı mallar saxlayırıq. Yarım saatdan sonra onun dediklərinin hamısı hazır oldu. Qiymətini dedim. Heç bir söz demədən çıxarıb pulumu verdi və bizimlə sağollaşmadan  maşına əyləşib getdi. Əlimdəki  pullara baxdım. Təp-təzə şax pullardı. Nömrələri bir-birinin ardınca gəlirdi. Bir həftədən  sonra Salman kişi yenə  yanımıza gəldi. Zənbilləri, siyahını mənə verib :

-Balam sizin mallar bizim arvadın yaman xoşuna gəldi. Yalvarıb –yaxarıb, a kişi sən Allah yenə bazarlığı onlardan edərsən. Mən də  tez ayağa  durub özüm istifadə etdiyim kreslonu kənara çəkib  keçib əyləşməsini təklif etdim. Oğlumun qulağına pıçıldadım, çayxanaya gedib bütün ədviyyatı ilə birlikdə bir çaynik çay sifariş versin. Bu dəfə də gözəl geyinmişdi. Amma ayrı rəngdə. Salman kişi əyləşəndən sonra:

– Gəlin tanış olaq. Mənim adım Salmandır. Yun Salman da deyirlər. Məndə onun kimi cavab verib dedim:

-Adım Həsəndir. Əvvəllər müəllim olduğumdan Həsən müəllim deyirlər. Bu oğlumdur. Adı Xaliqdir. 10-cu sinifdə oxuyur. İndi yay olduğundan gəlib bizə kömək edir. Bu da xanımım Sənubərdi.O da sinif müəlliməsidir.

-Bəs  niyə gedib işləmirsiniz. İstəyirsiniz maarif müdirinə deyim sizə dərs  versin:

-Yox sağ olun lazım deyil. Daha bura öyrənişmişik. Çayçı  çayı gətirdi. Onun qarşısına bir kətil qoyub, padnosu onun üstündə yeləşdirdim. Bir stəkan ona, birini də üzümə süzdüm.

-Həsən müəllim heç demədiniz haralısınız. Mən kəndimizin adını dedim.

-Yaxşı tanıyıram. Gözəl kəndiniz var və kəndimizdən bir neşə adamın adını çəkdi. Çay içilib qurtarsa da biz xeyl söhbət etdik. Maşına qoyduğumuz malların qimətini soruşdu. Pulu verərkən əlavə olaraq üç manat da podnosun  içərisinə atdı. Beləcə həftələr aylar ötdükcə bizim ailə lə Salman kişi arasıda daha möhkəm ünsiyyət yaranırdı. Atrıq mən bilirdim, Salman kişinin Vasif və Aybəniz  adında iki övladı var. Onlar Bakıda yaşayır. Ailəlidirlər. Salman kişi vəfat edənədək Bakıya iki dəfə yolum düşüb  və hər ikisində də Aybənizgilə qonaq getmişəm. Tahir müəllim mənim o qədər xoşuma gəldi, sonra gediş-gəliş möhkəm dostluğa çevrildi. Elə bu günün özündədə davam edir. Mən özümü lap müstəntiq kimi aparırdım. Həsən müəllimə belə bir sual  verdim.

-Sözlərinizə görə Salman kişi ilə çox söhbət  etmisiniz. Deyə bilməzsiniz, onu ən çox nə maraqlandırırdı.

-Salman kişi ilə bütün sahələrdən danışırdıq. Bir dəfə o məndən qonşularım haqda soruşdu.

-Nə əcəb qonşuların da sənin kimi meyvə satmır. Mən artıq Salman kişiyə Salman əmi deyirdim.

 ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

-Bilirsiniz Salman əmi  meyvələri bazara iki-üç adam gətirib topdan-satış qitməti ilə paylayır. Bu qadın da onlardan mal götürüb satırdı. Amma mal sahibləri yenidən mal gətiməyə gedəndə gəlib verdiyi malların pulunu heç cürə bu qadından ala bilmirdilər. Bu qadın çox həyasızdır, həm də yalançıdır. İş o yerə gəldi, axırda heç kəs onlara mal vermədi. Onlar da ancaq  kartof, soğan, pamidor, xiyar satmaqla kifayətləndilər. Özüdə  məcburiyyət qarşısında qalıb  malı  özləri gedib gətirirdilər. Beşinci gün axşam  maşınla Tərtərə  gedib  ucuz qiymətə tərəvəz məhsulları alıb səhərə yaxın bazara çatırlar. Bir dəfə  növbəti həftələrin birində Salman əmi ilə  söhbət edə-edə çay içirdik. Elə bu vaxt  qarşımızdakı meydançada gilanar gəngli  maşın dayandı. Məmmədin maşını idi. Yenicə təmirdən çıxmışdı. Gözlərində eynək olan Məmməd ətrafa baxmadan əyilib bardaçokdan  telofonu ilə siqaretini  götürüb bizə tərəf gəlirdi. Ancaq  bizə beş-altı addım qalmış qəflətən dayandı və tez dönüb  öz piştaxtalarına getdi. Söhbətimiz qurtarıb Salman əmi ayağa qalxanda maşını gördü:

-Nə gözəl maşındı. Kimin maşınıdır?

-Məmmədin maşınıdır. Təzəcə təmirdən çıxarıb.

-Çox qəşəng çıxıb. Bunu belə yığan ustanın əli var olsun.

-Məmməd maşınının nəyi varsa  həmişə usta Savalana gördürür. 30 yaşı olmasına baxmayaraq əlləri qızıldır. Amma bir noqsanı var, günortaya qədər yaxşı işləyir. Sonra başlayır içməyə ya işi görmür, görsə  də başdan getdi eləyir.

-Həsən müəllim  nə yaxşı oldu, sən bu ustanı mənə nişan verdin. Mən yaxşı  sürücü olsam da maşın xarab olanda özüm heç nə edə bilmirəm. Elə günü sabah  maşını aparıb ona göstərəcəyəm. Qoy yaxşı əl gəzdirsin.

Salman əmi usta Savalanın sexi köhnə avtobazanın həyətindədir. Kimdən soruşsanız sexi sizə göstərər. Sonralar Salman əmi hər dəfə yanıma gələndə usta Savalanı tərifləyərdi:

-Zalım oğlu doğrudan da sənətkardır-deyərdi.

Axşamüstü yaxınlaşırdı. Biz  ordan birbaşa Həsən müəllimin evinə gəldik. Həsən müəllim məni evi ilə tanış elədi. Əvvəllər tikinti idarəsi olmuş bu binanın  4 otağında və dəhlizin bir hissəsində Həsən müəllim öz ailəsi ilə yerləşmişdir. Geniş və işıqlı rəis otağını qonaq otağı,qəbul otağını mətbəx, dəhlizin yuxarı hissəsini hamam, sol  təfdə isə iki yataq otağı vardı. Mənə Xaliqin otağında yer hazırlamışdılar. Çay içib çörək yeyəndən sonra biz Həsən müəllimlə yenidən bayaqkı söhbətə qayıtdıq. Mən:

-Həsən müəllim sizə  bir sirr açmaq istəyirəm. Sizin söhbətinizdən belə başa düşürəm, bazardakı mərhum qonşularınızı  heç yaxşı tanımamısınız. Yəni onların keçmişi haqqında məlumatınız yoxdur. İndi o hadisədən neçə il keçməsinə baxmayaraq istərdim biləsiniz, sizin keçmiş bazar qonşuların Məmməd Salman kişinin kürəkəni, Təbəssüm isə gəlini olmuşdur.

Necə, necə -deyə Həsən müəllim təəcüblə üzümə baxdı.

Bəli Məmməd  Aybəniz xanımın birinci əri, Təbəssüm də Vasifin birinci arvadı olmuşdur.Sonralar Məmmədlə Təbəssüm arasında gizli eşq məcarası başlanmış  ,nəticədə Təbəssüm Məmmədə qoşulub qaçmışdır. Bundan sonra mən Həsən müəllimin nə fikirləşdiyini bilmirəm,səhər yuxudan oyananda  evdə  yalnız Xaliq  idi. Geyinib, yaxşıca yuyunduqdan sonra mətbəxə gəldim.

-Sabahınız xeyir Həmid müəllim. Anam Sizin üçün səhər yeməyi hazırlamışdır. Buyurun oturun. Xaliqlə səhər yeməyimizi yeyəndən sonra onunla xudafizləşib, eyni zamanda mənə göstərdikləri  qayğıya görə təşəkkürümü onlara çatdırmağımı xahiş etdim. Oradan taksilərin dayandığı yerə gəlib, onlardan birinə əyləşib avtobazaya gəldim. Fikrim  burada adını öyrəndiyim usta Savalanla görüşmək, Salman kişi ilə  olan görüşlərindən öyrənmək istəyirdim. Soraqlaşıb usta Savalanın sexini tapdım. Amma mənə dedilər, usta Savalan çoxdan Bakıya köçüb,indi orada onun şagirdi olmuş  usta Əkbər işləyir. Gəlib sexə çatanda gördüm, bir nəfər sexlərinqarşısında vargəl edir. Ona salam verdim.Sonra isə:

-Sizin adınız Əkbərdir—soruşdum. Usta  mənim  geyimimimə, əlimdəki çantaya fikir verib, duruxdu və:

-Bəli Əkbərdir. Necə bəyəm.

-Gəlin tanış olaq:-Mənim adım Həmiddir. Kitab yazıram. Bəlkə də tanıyarsız Yun Salman haqqında. Mənə verilən məlumata görə ölümündən bir neçə ay əvvəl həmişə bura usta Savalanın yanına gəlib maşınını ona baxdırarmış. Amma görürəm, nahaq əziyyət çəkmişəm. Usta Savalan burdan  çoxdan köçüb gedibmiş. Bununla belə Sizdən  öz ustanız haqqında bəzi şeyləri öyrənmək istəyirəm.

-Usta Savalan  hərtəfli adam idi. Bax bu sexlərin üçü də ona məxsus olub. içərisində yama olan sexdə xodovoy hissəsinə, matoruna baxar, ikincidə maşının sınmış, əzilmiş, çürimuş yerlərini  dəyişər, spaklovkalayıb, rəngləyər, üçüncü  sexdə isə qurudardı. Salman kişini mən də tanıyardım. Bizim daimi  müştərilərimiz demək olar, Məmmədlə o idi. Salman kişi hər dəfə bura gələndə maşını sexin qarşısında  saxlar, Usta Savalanla görüşəndən sonra usta maşını yamaya verər hərtərəfli baxandan sonra görüləcək işləri mənə tapşırardı. Özləri də bizim burda ağacın altında istirahət yerimiz  orada oturub çay içə-içə söhbət edərdilər. Çox vaxt maşına heç əl də vurmurduq.

Mən içərisində yama olan sexə  baxırdım.Elə bil nəyisə axtarırdım.Sağ tərəfdə divar boyu üst-üstə üç rəf düzəldilmişdi.Rəflərin üstünə müxtəlif təmir alətləri, açarlar, linglər, ehtiyat hissələri, yağlar düzülmüşdü. Bunların arasında bir kitab gördüm. Kitabı əlimə alıb baxdım. Üz qabığı, bir neçə səhifəsi çırılmış, yağa bulaşmışdı. Kitabın arasını açıb oxumağa başladım. Bu kitabı  mən oxumuşdum. Nədən yazıldığını sizə sonra deyəcəm. Kitabı məndə görən Əkbər yaxınlaşıb onu məndə aldı.

—Bu kitabı  Ustaya Salman kişi gətirmişdi.Həmişə tapşırırdı ,usta bu kitabı oxusun,usta da yalan olmasın  bir aya  oxuyub qurtardı.Məmməd, Salman öləndən  sonra  əli işdən soyumuşdu. Elə hey deyirdi,heyif onlardan,onlar yaxşı müştəri idi ,mənim kisəmdən getdi.Birdən birə nə ağıl elədisə dedi köçürəm Bakıya.Qardaşımın yanında torpaq var.Onu alacam.Sexi mənə mənə su qiymətinə satdı,amma and verdirdi ,kim soruşsa deyərsən 10000 min dollara almışam.İndinin özündə onunla get-gəlişim var.Bakıda Sulu-təpə qəsəbəsində qardaşının yanında  aldığı torpaqda gözəl imarət yapdırıb.Ozünün şəxsi təmir sexi var.İstəsəniz ünvanını verərəm,tanış olarsınız maşınınızı ona göstərəsiniz. İçkini tərgidəndən sonra hətta evlənib də. Usta Əkbər gedib dəftər qələm tapıb  usta Savalanın unvanını yazıb mənə verdi.

Mən qismən də olsa usta Əkbərdən ikinci sualıma cavab almışdım. Daha burada bir işim qalmamamışdı. Usta Əkbər ilə sağollaşıb birbaşa avtovağzala gəldim. Taksiyə əyləşib birbaşa Bakıya öz evimə gəldim. Bir-iki gün yaxşı dincələndən sonra redaksiyaya yollandım.

İndi isə  usta Əkbərin sexindən tapdığım kitab haqqında.Sizə demişdim axı kitabın xeyli hissəsi çırılmış, üz qabığı yox idi. Kitabda adını unutduğum müəllif   bir şaman ailəsinin 100 illik tarixindən danışır. XIX əsrin ortalarında ölkəmizin qərb bölgəsində yerləşən  bir kəndə uzaq Yakutiyadan  olan cavan şaman gəlib çıxır. Kənd  camatı tərəfindən rəğbətlə  qarşılanan şaman  burda qalıb yaşayır. Xəstələnənləri türkəçarə ilə müalicə edib sağaldır. Fala baxır. Sonralar isə ölüm ayağında bir qızı sağaltdığından valideynlərin razılığı ilə həmin gözəl qızla evlənir.Deyirlər  xöşbəxtlik cevinc ,səadət gətirir.Öz yarını sevən bu gəlin qızılgül gül tək açılır.Daha təravətli ,ətirli olur.Hamı onun gözəlliyinə həsəd aparır.Hətta  kəndin bəyi də ona biganə qalmır.Arvad,uşağı olmasına  baxmayaraq bir gün bulaq başından qayıdan gəlinin qarşısını atla kəsib:

-Aaz nə görmüsən bu gözüqıyıq gədədə,g əl səni alım, vallahı səni qızıla gümüşə tutaram. Qarşında onlarla qulluqçun olacaq. Gəlin bəyə cavab vermir, evə gəlib eşitdiklərini şamana söyləyir. Şaman qəzəblənsə də özünü sakit aparır. Sevgilisini başa salır hay –küy lazım deyil. Vaxtı gələndə bəyin cavabını verəcək. Xeyli vaxt keçir. Axşamüstü qapı döyülür. Şaman çıxıb görür, bəyin arvadıdır.

-Başına dönüm ay Şaman. Ərim bütün günü qonaqlarla yeyib-içib indi partlamaya düşüb. Deyir hələ-əlbət şaman özünü yütirsin. Şaman bir qədər fikirləşib:

-Yaxşı sən get  indi gəlirəm. Dərman yeşiklərini axtarıb  iki xırda kisə özü ilə götürüb bəyin evinə gəlir. Birinci kisəni suya töküb bəyə verir, içsin mədənin ağrısını kəsmək üçündür. İkinci kisəni bəyin arvadına verir.

Bir həftə hər gün duru yemək bişirərsən  və  hər dəfə bu dərmandan bəyin boşqabına bir qaşıq töküb qarışdırarsan. Bu üyüdülmüş şüşə tozu idi. Heç bir ay keçməmiş dərman özünü göstərdi. Bəy yavaş quruyurdu. Axırda bir dəri, bir sümük qalan bəy canını tapşırır.

İkinci əhvalat yüz il sonra baş verir. Sovet höküməti  qurulandan sonra kolxozlaşma tüğyan edəndə  şamanın nəvəsi kolxozun qarajında mexanik işləyir. Evlidir, gözəl qadını var. İndi də kolxoz sədri farağat durmur. Nəvənin arvadına sataşır. Sədrin maşınına nəvə şaman baxırmış. Yaylaqdan kəndə  qayıdan sədr enişlərin birində hiss edir, tormoz yoxdur. Amma gec idi. Getdikcə sürətlənən maşını saxlamaq olmur və dərəyə yuvarlanır. Baş-gözü əzilmiş sədrin meyidini dərənin dibindən güclə tapıb çıxardırlar. Usta Savalan kitabı oxuyub qurtarandan sonra təxminən onların  arasında belə söhbət olub.

-Usta kitabı oxudun.

-Bəli

-Şamanın nəvəsi elədiyini  sən də edə bilərsən.

-Eliyə bilərəm, ancaq mənim müştərilərimlə problemim yoxdur. Odur ki, bu haqda heç fikirləşmirəm.

-Sənin yoxdur mənim var. Mən sənə yaxşı pul verərəm, sən də əvəzində mənim göstərəcəyim maşında onu edərsən.

-Kimdir o?

-Məmməd, alverçi Məmməd. O sənin yanına hər beşinci gün gəlir, sonra axşam Tərtərə mal gətirməyə gedir. Salman Məmmədin onun başına gətiriklərini ustaya söyləyir. Usta Savalan

– Şamanın nəvəsinin müştərisi  maşını dağlara sürüb. Orada tormozun olmaması çox qorxuludur. Məmməd  isə  Tərtərə gedib gəlir. O yollarda elə eniş-yoxuş yoxdur. Hiss edəndə tormoz yoxdur maşını yavaş və ehtiyatla sürəcək. Nə isə başqa bir şey fikirləşmək lazımdır. Usta bir  qədər  fikirləşəndən sonra:

-Bilirsiniz maşının sürətinin çoxalması üçün ayağını sürət əyləcinə daha möhkəm sıxırsan. Mən elə edərəm ki, sürət 110-120 km/saatdan sonra sükan kilidlənər sürücü döngədə nə qədər çalışsa da maşın onun sözünə baxmaz ani bir vaxtda yoldan çıxaraq  həmin istiqamətdə yoluna davam edəcək. Buralarda yol çox narahat olduğundan  maşın belə yüksək sürətlə Ağcabədi –Bərdə tərəflərdə sürülə bilər. Onlar razılaşırlar, usta pulunu alır, qəza baş verir. Salman kişi arzusuna çatsa da bu sevinci çox yaşaya bilmir.

İstirahət günlərimin birində   Əkbərdən aldığım ünvanla usta Savalanın  yaşadığı Sulu-təpə qəsəbəsindəki evi  tapıb tamaşa etdim. Doğrudan da  möhtəşəm ev idi. Əsl memarlıq abdəsi idi. Adi bir maşın ustasının eyni zamanda burdan torpaq alıb, belə bahalı ev tikdirməsi doğrudan da bir az şübhəlidir. Ancaq bu  bizim işimiz deyil. Mənə lazım olan sualın cavabını tapmışdım. Mən fürsət tapıb hətta usta Savalanın iş yerinə gedib onunla görüşdüm də.Yenə rayondakı kimi üç sex yan-yana idi. Bu günə kimi elə bilirdim cavan, gülərüz, qızıldiş  bir kişi ilə görüşəcəm. Ancaq gördüklərim düşüncələrimi altüst elədi. Ona yaxınlaşıb salam verdim. Bilmirəm salamımı aldı ya yox, başını qaldırıb üzümə baxdı. Mən onun təxminən 40 yaşında olduğunu bilirdim. Qarşımdakı adam  isə 50 yaşından yuxarı görünürdü. Ortaboylu, yoğun, başı daz, qaramtıl sifəti var idi. Üzünün dərisi o qədər girintili-çıxıntılı idi, gülümsədiyi və ya kədərləndiyi heç cürə ayırmaq olmurdu. Əyninə uzunboğaz sviter, üstündən isə kombinezon gödəkcəsi geymişdi. Şişman qarnınının üstünü güclə örtən sviteri sükan o qədər sürtmüşdü, deyirdin bəs indicə kəsilib düşəcək. Nə üçün gəldiyimi də soruşmadı. Mən  ona  maşınımın səs elədiyini, yüksək sürətdə silkələndiyin söylədim.

-Gətirərsən baxarıq deyib qurutma sexinə tərəf getdi.

Mənim kitaba bu əlavəm burda bitir və sizə Vasifin dəftərinin davamını təqdim edirəm:

Atamın ölümündən sonra həyatımızda ən yadda qalan hadisə  oğlumuzun dünyaya gəlməsi oldu. Amma burada da qəribə hadisə oldu. Doğuşa az qalmış növbəti müayinə  zamanı müəyyən oldu ki, Maisa özü döğa bilməz. Səbəb o idi, bədəndə olan  uşaq çox böyükdür. Uşağı kesar üsuli ilə dünyaya gətirmək lazımdır. Maisanın razılığı ilə operasiyanı Əli edəcəkdi. Mən də iş yerindən icazə alıb  bu günlərdə onun yanında olurdum. Anam da rayondan gəlmişdi. Nəhayət əməliyyat baş tutdu. Dörd kiloyarım  ağırlığında qəşəng qaraqaş, qaragöz  oğlan uşağı idi. Qohum-əqraba, dost-tanış hamısı məni təbrik edirdi. Həkimlər şirinlik istəyirdi. Hamıdan çox əliaçıqlığı Səmədağa edirdi. Nədənsə bibimin sevinci hiss olunmurdu. Onu təbrik eənlərə sakitcə:

-Sağ olun deyirdi.

On gün xəstəxanada qalandan sora Maisanını bibimgilə apardım. İndi bu dəb düşüb. Kimin qızı  dünyaya uşaq gətirirsə doğuşdan sonra  anası qızını öz evinə aparır. Qırx gün qulluq edəndən sonra ər evinə qayıdır. Əslində bunun çox səbəbi var.

Uşağa ad qoyulması da elə bir mübahisə yaratmadı. Mən oğluma atamın adını qoymaq istəyirdim. Maisa razı olmadı. Bəhanə gətirdi , Salman köhnə addır. Onun  xoşuna gələn ad Orxandır. Əli də  istəyir uşağın adı Orxan olsun. Maisanın xətrinə dəymədim. Uşağın  adını  Orxan qoyduq. Maisa elə sevinirdi, bu sevinci sözlə ifadə etmək mənim üçün çətindir. Maisanın evimizə qayıtmağı uzandığından anam rayona öz evinə qayıtdı. Mənim  də işdən aldığım icazə vaxtım qurtardığından  yenidən işə başlamışdım. Orxanın qırxı da çıxdı. Əlavə olaraq  Maisa  iki ay möhlət götürüb uşağa baxdıqdan sonra  uşağı anasının yanında qoyub işə başladı. Elə bu vaxt bizim kiçik mübahisəmiz  oldu.

-Bura bax Maisa  niyə gəlib öz evimizdə qalmırsan. Bir il işləməsən olmaz. Evdə olarsan həm uşağa baxarsan, həm də mənim çay –çörəyimi hazırlayarsan. Bir sözlə ən əsası odur, birlikdə yaşayarıq.

-Yox Vasif bunu edə bilmərəm. Əvvala  sən həftədə yalnız iki gün evdə  olursan. Mən də körpə uşaqla  evin altında tək qala bilmərəm. Anamın da öz evi var. Böyük bir ailəni qoyub gəlib burda qala blmir. İkincisi də artıq pulun nə ziyanı var. İndi orada mənə hər cürə şərait yaradıblar. Özüm sərbəst operasiya edirəm. Bir il işə getməsəm öyrəndiklərimin  hamısı korlanacaq. Bununla da bizim  mübahisəmiz bitdi. Sonralar Maisa evdə olmadığından  uzaq rayonlara ezam olunanda evə gəlmirdim. Maisadan, oğlumdan  telofonla xəbər tuturdum.

Bu arada atamın vəfatının ildönümü gəlib çatdı. Biz hamımız Aybəniz,Tahir müəllim, bibim, Səmədağa ildə iştirak etdik. Qəbirsanlığa gedib atamın qəbrini ziyarət etdik. Qara mərmərin hər iki üzündə müxtəlif illərdə çəkdirdiyi iki şəkli döyülmüşdü. Şəkillərin biri kostyumda, o birisi isə qış paltarında idi. Onsuz gözəl olan atam burada  daha əzəmətli idi. Maisa gəlmədi. Bəhanəsi bu olmuşdu ki, havalar soyuqdur .7-8 ildən sonra güc- bəla ilə tapdığı uşağı xəstələnə bilər. Amma bunlar bəhanə idi. Sadəcə  Maisa atamın adı ilə bağlı bütün tədbirlərdə iştirak etmək istəmirdi. Bunun səbəbini mən çox gec biləcəm və onda artıq gec olacaq. Sən demə o vaxt  atam öz qüdrətindən, pulundan, hökmranlığından istifadə edərək onu zorla mənə ərə getməyi məcbur edəndən atama nifrət edirmiş. Yeri  gəldikcə fürsət düşdükcə öz qisasını alırmış. Bu qisasın ən böyük qurbanı da mən olmuşam. Bütün evlilik dövründə həmişə çalışmışdır məndən övladı olmasın. Mən indi başa düşürəm, məni dünyalar qədər hamıdan çox istəyən bibim  niyə daim bikef dolanırdı. Görünür bibim nə qədər çalışsa da ərköyün qızını öz inadından döndərə bilməyib.

Atamın ilindən sonra   bir az keçmiş anam da rəhmətə getdi. Aybənizlə mənim Bakıda evimiz olduğundan və Göytəpəyə bir daha qayıtmacağımızdan  vərəsəlik açılıb paylar müəyyənləşəndən sonra evimizi satdıq. Mənə düşən payın yarısını, bir də atamın maşınını götürdüm. Sonra atamın maşını köhnə olduğundan onu satıb yerdə qalan pulları bir yerə toplayıb yeni, daha yaxşı xarici maşın aldıq. Mənim  xidməti maşınım olduğundan bu maşından yalnız evdə olanda istifadə edirdim. Amma   bu zənnim də səhv imiş. Sən demə oğlum böyüyəndən sonra Maisa  maşın sürməyi Əlidən öyrənmiş, mən evdə olmayan vaxtlarda  birgə ürəkləri hara istəyirmiş ora sürürmüşlər.

Oğlum 7-8 yaşına çatana qədər bizim  ailədə elə bir ciddi dəyişiklik hiss  olunmurdu. Neft kontraktlarından gəlirlər artdığından  iqtisadiyyat dirçəlməyə başlamışdı. Respublikamızın hər yerində sənaye və kənd təsərrüfatları obyektləri tikilirdi. Bu obyektlər təhvilə gedəndə mütləq oralarda olurdum. Bəzən ezamiyyətlər aylarla uzanırdı. Nədənsə mən ailəmdən arxayın idim. Buna səbəb kimi Maisanın doğmaca bibim qızı olması idi. Fikirləşirdim bibim qızı mənə xəyanət etməz. İlk şübhələr  iki il bundan əvvəl oğlum 8 yaşında olanda yarandı. Bizim  bağ evimiz vardı. Onu ev sahibindən necə almışdıqsa elə qalmışdı. Bağı evi hasara alınmış, dəmir darvaza qoyulmuşdu. Hasar daş tumbalar və onların arası armaturdan düzəldilmiş şəbəkə  idi. Ev cəmi bir otaq yanında mətbəx var idi. Bu il bir balaca əl gəzdirib lazımı avadanlıqlar alıb isti yay günlərində bir aylığa da olsa bağa köçmüşdük. Rəislə mən bazar günü axşam çağı şimal bölgəsinə yola düşəcəkdik. Fikrimiz bu idi, axşam sərinliyində rayona çatıb gecə mehmanxanada qalıb səhər tezdən obyekti gəzərik. Amma   maşınla gəlib rəisin evinin qarşısında gözləyəndə  mənimlə görüşüb bildirdi ki, bu gün  yox sabah getməli olacağıq. Maşını döndərib bağ evimizə sürdüm. Maisa ilə Orxan orda idi. Evə bir az qalmış  Maisa zəng etdim ki, darvazanı açsın, maşını həyətə salacam, ancaq gəlib çatanda  gördüm, qapı bağlıdır. Siqnal verib 5-6 dəqiqə gözləyəndən sonra qapı açıldı. Orxan yüyürüb maşına oturdu.

Ata gülməkdən ölmüşəm:

-Niyə?

-Həyətə sür deyəcəm. Maşından  düşəndən sonra əlimdən tutub çəkə-çəkə dəmir hasarın  yanına gətirdi.

-Əli əmi  bura  ilişib qalmışdı. Anam da kömək elədi yenə düşə bilmədi. Sonra Əli  əmi ora yıxıldı. Mən də elə gülürdüm. Mən Maisadan  soruşdum:

-Bu nə deyir? Əli burda idi?

-Hə. Yarım saat olardı, gəlmişdi. Özü  də kefli idi.

Orxanla mərcləşdi, mən hasardan keçəcəm. Hasarın o tərəfindən düşmək istəyəndə armatur arxadan kəmərinə keçdi. Əli nə  qədər çalışdısa armaturdan çıxa bilmədi. Axırda bıçaq gətirib kəməri kəsdim. O da göydən kisə kimi yerə gəldi. Orxan da onun yıxılmağına güldü.

O gecə  hamı yatsa da  mən yata blmədim. Tam bir qutu siqareti çəkib qurtardım. Özüm özümə yüzlərlə suallar versəm də heç birinə cavab tapa bilmirdim. Əgər Əli bu ailənin  yaxın dostudursa nə üçün bu evə sərxoş, özü də mən evdə olanda yox, evdə olmayanda gəlir. Yaxşı gəlib niyə mən evə qayıtdığımı  biləndə getmək istəyib. Pis niyyəti yox idisə qapıdan çıxaydı, daha hasardan niyə aşırdı. Demək Maisa nəyisə gizlədir. Gah da öz şübhələrimə inanmıram. Yox ola bilməz. Axı o yad deyil. Döğmaca bibim qızıdır. İndi biz bir-birimizə çox bağlıyıq. Maddi cəhətdən heç bir problemiz yoxdur. İkimiz də işləyirik. Yaxşı maaş alırıq. Əlavə qazancımız kifayət qədərdir. Evimiz, bağ evi, maşınımız var. Maisanın xasiyyətində, xarakterində çox dəyişiklik olub. Əvvəlki kimi hər dəfə işdən evə qayıdanda qapını açıb otağa qayıtmır. İndi mən gələndə:

-Xoş gəlmisən Vasif. Üzümə gülümsəyib, boynumu qucaqlayıb üzümdən öpür. Mənimlə birlikdə nahar edir, işimi soruşur. Dostların, qohumların toy mərasimlərində, ad günlərində  və və habelə teatrlara, konsertlərə bir yerdə gedirik. Paltarların ən yaxşısını birinci biz alırq. İndi daha gözəlləşib. Bir iki ildən sonra mənim əlli, onun qırx yaşı olacaqdı. Hamı bizə həsəd aparırdı.

Ertəsi gün rəislə  şimal bölgəsində olan obyektimizə getdik. İşlərin gedişini yoxlayandan sonra rəis məni obyektdə qoyub Bakıya qayıtdı. Axşam Maisa mənə zəng etdi. Vəziyyətimi soruşdu. Mən gec gələcəyimi dedim. O da öz növbəsndə onda şəhərə köçəcəyini bildirdi. Burda tək qalmağa qorxur. Mən də o hadisəni unutdum. Sonrakı iki il gəlib keçdi. Hər şey öz axarı ilə gedirdi. Uzun müddət idi ki, bağ evindəki hadisədən sonra Əli görünmürdü. Maisadan onun haralarda olduğunu soruşdum:

-Əlinin başı qarışıqdır. Deyəsən evlənmək istəyir.

Amma bir şey  məni həmişə narahat edirdi. Bu oğlum Orxanla bağlı idi. Sizə demişəm axı, mən uzun, arıq sarışın, gözlərim ala bir adamam. Orxan isə saçları, gözləri,qaşları qara, dolu bədənli bir uşaqdır. Nə qədər uşaq idi, mən bu fərqə o qədər də fikir vermirdim. Belə təskinlik tapırdım belə şeylər olur. Ancaq uşaq böyüdükcə, sifətinin cizgiləri aydınlaşdıqca bizlərdən heç kimə, nə babası Səmədağaya, nə dayısı Hüseynağaya və ya mənə oxşamırdı.

Orxanı 9 yaşı tamam olurdu.  Yenə özümüzünkülər yığışıb  ad  gününü  qeyd etmək istəyirdik. Maisa ilə divanda oturub televizora baxırdıq. Ad gününə bir həftə vardı. Birdən Maisa televizorun səsini alıb gülümsəyərək:

-Vasif olar səndən bir xahiş edim. Onun üzündə təlaş, qorxu vardı.

-De görüm nə xahişdir.

Əgər razı olsan Orxanın ad gününə Əlini də dəvət edərdik. Yaxşı deyil bu günə kimi bütün ad günlərində iştirak edib. Bu səfər dəvət etməsək xətrinə dəyər. Orxanın anadan olması  günü yaxşı yadındadır. O günü  məni kabinetinə çağırıb:

-Maisa  ayın 20-si yadındadır.Mən bilmədim  nəyə görə onun bu xahişinə etiraz etməliyəm.

-Necə istəyirsən elə də   elə.

Ad günündə Əli ilə mən üzbə -üz, Orxan da  Əlinin yanında oturmuşdu. Birdən gördüklərimdən dəhşətə gəldm. İlahi adam necə bir-birinə oxşayarr. Elə bil bir alma idilər yarı bölnmüşdü. Öz fikrimdən  canıma üşütmə düşdü. Kiminsə əli çiynimə toxundu. Bibim  idi:

-Vasif nə olub  niyə fikirlisən. Bayaqdan fikir verirəm nə yeyirsən, nə söhbət edirsən.

Özümü pis edirəm bibi. Ürəyim sıxılır. Sonra ayağa durub bibimin köməkliyi ilə öz otağıma keçdim. Yatağı açıb uzandım. Dincəlmək istəyirdim.

-Bibi! Sözümün dalısın deyə bilmədim. Məni ağlamaq tutmuşdu. Bibim bir əli ilə başımı sinəsinə sıxmışdı, o biri əli yavaş-yavaş saçlarımı qarışdırdı. Yarım saatdan sonra tam sakitləşdim. Yenidən böyük otağa qayıdıb hamıdan üzr istədim. Məcliz suya-buza dönmüşdü. Hamı gəlişimə sevindi.

Burdan sonrakı hadisələri yazmaq mənim üçün çox çətindir. Artıq mən qəti əmin olmuşdum ki, Maisa mənə xəyanət edib. Bunu ona deməyə isə cəsarət edə bilmirdim. Çünki əlimdə tutarlı dəlil, sübutum yoxdur. Belə hallarda bəziləri detektivə müraciət edir. Mən bunu da edə bilmirdim. Ona görə yox, Maisa bibim qızıdır. Mənə elə gəlir Maisanı sevdiyimə görə bunu edə bilmərəm. Maisa indi daha gözəlləşmişdi, daha xanımlaşmışdı. Belə bir xanımın yarı olmağım məni sevindirirdi. Azacıq bir səhv onu əlimdən  alıb aparardı. Fikrim vardı əlimizdə olan obyekti qurtarandan sonra iş yerimi dəyişib tamamilə onun yanına qayıdım. Bəzən öz vəziyyətimi də düşünürdüm. Daha mənə hər yerdə dayaq olan atam həyatda yoxdur. Aybənizgilin də öz problemləri özlərinə bəsdir.  Hələlik dayanıb gözləməyi üstünlük verdim.

Ancaq tale məni  bu istəyimdən də mərhum etdi. Yəni  mən qəflətən möhkəm xəstələnib, yatağa düşdüm. Xəstəlik o qədər ağır oldu , təqaüdə çıxmalı oldum. Nə üçün xəstələndiyimin özüm haqqında yazdığım dəftərin başlanğıcında   sentyabr ayında dostlarımla  dənizkənarı parkda çay içməyimizdən ta  xəstələnib təqaüdə çıxdığım dövrdə  başıma gələnləri  sizə  məlumat vermişəm.

Müəllifdən:-Dəftərin bu hissəsi çox qarışıqdır. Vasif dəfələrlə yazdıqlarını qaralamış, yenidən yazmış, lakin bir az keçmiş yenə onların üstündən xətt çəkmişdir.Tam bir ay özü ilə mübarizə  aparan Vasif axırda yalnız bir məsələyə ümüd bağlayır. Bu haqda üstüörtülü mənə də demişdi. Dəftərdə qaralanan yerləri çətinliklə də olsa  oxumaq olur. İndi onları sizə təqi edirəm:

-Təqaüdə çıxandan sonra heç işim olmadığından  Maisa ilə Orxan evdə olmayanda çarpayıda uzanıb Maisa ilə evliyimizin  bütün  20 ilini günbəgün yada salıb olub keçənləri xatırlayırdım. Hələ  onunla evlənməmişdən əvvəl Təbəssümlə evli olduğum vaxt hərdən Bakıya gələndə onlarda olurdum. Necə şən, zarafatcıl, xöşbəxt idi. Tez –tez mənə sataşardı:

-Vasif sən Bakıya az-az gəl. Buralar yaman küləklidir. Gözlə səni aparmasın. Ay zalım oğlu bir dəri, bir sümüksən. Elə bil yeyib içmirsən. Mənə gələndən sonra bu şənlik yoxa çxdı. Atam səhv eləmişdi. O bu gözəl, şıltaq ceyranı tutub qəfəsə salmışdı. Öz gözəlliyi ilə  öyünən, sevib sevilmək istəyən qızın arzuları puç olmuşdu. Ən qəribəsi o idi, bu vəziyyətə illər uzunu etiraz etmirdi. Bir dəfə də olsun mənə  tənə etmədi ki, atan məni bədbəxt etdi. Əlinin gəlib çıxması Maisada həyata inam yaratmışdı. Sanki uzun illər yataqda xəstə yatan bir adam yavaş-yavaş ayağa dururdu. Məndən fərqli olaraq qəşəng, yaraşıqlı, dilli-dilavər, həmişə onun yanında olan Əli ilə sevgi məcaraları başlayır. Bu sevgi  məcarası Maisanın  səyi və ustalığı sayəsində  uzun müddət davam edir. Onlar o qədər arxayınlaşırlar, mənim varlığımı az qala unudurlar. Elə buna görə səhvlər edirlər, hətta mobil telofon da köməyə çatmır. Birinci dəfə Əli  bağ evindəki hasardan aşarkən armatura ilişib qalmasında Maisadan şübhələndim. İkinci dəfə Kürağında Arifgildə  olanda öz başına tək 9 yaşlı uşaqla gecə yarısı Əlinin maşınına oturub  yanııma gəlməsi oldu. Aydın düz deyirdi. Mən oğraş, dəyyus idim. Şəhərə qayıdan kimi ondan ayrılacağıma qəti qərar verdiyim halda xəstələndim. Bu yandan digər bir şübhə  içərimi didib dağıdır. Nə qədər özümü inandırmağa çalışsam da  rahat ola bilmirəm. Oğlumun, özümün saçından kəsib DNT testindən keçirilməsi üçün müraciət etmişəm. İndi məni həyatda yalnız bir şey saxlaya bilər. O da Orxanın mənim oğlum olması. Onda mən Maisanı bağışlayaram. Elə burda yaşaya –yaşaya hər şeyə göz yumaram. Siz məni qınamayın. 50 yaşında, ağır xəstə, evsiz bir adam neyləyə bilər. Bilirəm mənim kimiləri yüzlərcə, minlərcədir. Onlar hamısı yaxşı bilirlər, xanımları  xəyanət edir. Ancaq heç nə edə bilmirlər. Bəziləri vəzifəli, işsiz, içki düşgünü, xəstə, evsiz ollduğuna  görə  dözüb  dayanırlar.

Nəhayət şənbə günü səhər tezdən  poctla mənə göndərilən  iri konverti aldım. Bu DNT komissiyasından  analizin cavabı idi. Bir dəfə jurnalda oxumuşdum. İngilislər  şənbə -bazar günü məktub alanda onu oxumurlar. Ona görə oxumurlar, birdən məktubda pis xəbər olar istirahətləri pozular. Bilmirəm mənim üçün bu adətin əhəmiyyəti vardı, ya yox mən də elə etdim. İndi isə  dənizkənarı bulvara getməyə  hazırlaşdım. Orada adamlar qayığa minib  bir saat dəniz gəzintisinə çıxırlar. Mən də onlara qoşuluram. Bu adəti  15 gündür  başlamışam. Artıq intihar edəcəyim yeri də seçmişəm. Bu dənizdir. Qayığa minəndən sora gedib arxada tənha dayanıram. Artıq qayığın heyəti buna öyrəşiblər. Qayıq gəlib müəyyən olunmuş yerə çatanda dövrə vurub sahilə tərəf üzür. Dönmə zamanı qayıq bir tərəfə əyildiyindən məhəccərdən yapışmasan sürüşüb dənizə düşərsən. İstəmirəm ölüm birdən gəlsin. Qoy proses 5-10 dəqiqə  çəksin. Həyatın nə qədər gözəl, şirin olduğunu duyum. Var gücümlə çalışacağam  yenidən  bu gözəliyə qayıdım. Amma onda gec olacaq. Heç kim mənə kömək edə bilməyəcək. Bax onda  mən  qəhqəhə çəkib güləcəm. Elə edəcəyəm bu hadisə intihar  yox, bədbəxt hadisə kimi qeydə alınsın. Cibimdə şəxsiyyət vəsiqəmdən başqa heç bir məktub və ya hər hansı izahat olmayacaq. İstəmirəm məndən sonra adamlar Maisa haqqında pis fikrə düşsünlər.

Birinci gün tezdən mənə gələn məktubu açdım. Orada sözlərin  necə yazıldığını sizə bildirmirəm. Amma cavab  ən çox qorxduğum idi. Orxan mənim oğlum deyildi.

Müəllifdən: – Amma Vasif mənə söz verdiyini unutmur. Parka getməmişdən əvvəl  mənə məktub yazır. Dəftəri və məktubu  özü götürüb poçta gəlir. Ünvanı  və göndərilmə haqqını ödəyib qəbzi alır. İz qalmasın deyə yəqin qəbzi də tullayıb.

Mən əgər yadınızdırsa  Vasif dəfn olunan günü axşam Maisa ilə görüşüb, əsəbləşib  ona bir neçə söz demişdim. Vasif intihar edəcəyi ilə  məni xəbərdar etsə də o vaxt onlara heç nə sübut edə bilmədim. Amma indi əlimdə kifayət qədər dəlil var. Bu dəlilərlə mən onları məhv, rusvay edərəm. Ancaq heç nə edə bilmərəm. Buna  Vasifin ruhu yol verməz. Axı o intiharı ona görə seçib Maisanın adına ləkə gəlməsin. Bu kitabın adını adını əvvəlcə “Dəyyus” qoymaq istəyirdim. Bizdə dəyyus arvadının başqası ilə gəzdiyini bilən, lakin  özünü bilməməzliyə vuran kişilərə deyilir. Vasif də belələrindən olub. Hər iki evliliyində  ailəsinin yanında olmaq əvəzinə işə üstünlük vermiş, hətələrlə, aylarla evdə olmamışdır. Ancaq dəftəri oxuyanda Vasifin  özü haqqında etdiyi səmimi etiraflarını nəzərə alaraq Kitabın adını “Bədbəxt “ qoyuram. Bəli bu adam bədbəxt idi.

Artıq gecə saat 3-ə işləyirdi. Hər şeyi səliqə yəğışdırıb, o biri otaqlara  baxdım. Hamı yatmışdı. Səhər yuxudan oyananda da evdə heç kim yox idi. Çay içəndən sonra  şəhəri gəzməyə çıxdım. Şəhər öz işində idi. Maşınlar, adamlar hərəsi bir tərəfə gedirdi. Sanki qaynar qazan idi qaynayırdı. Bir nəfər yaxınlaşıb mənə demirdi, ay Həmid müəllim niyə bikefsən. Öz müqaisəmə özümün gülməyim tutdu.

Uzaqdan kiçik parkın o tərəfindən səs gəlirdi. Ora stadion idi. Yaxınlaşıb dəmir barmaqlıqdan düzəldilmiş hasardan orada olanlara baxdım. Məktəblilər idi. Bayrama hazırlaşırdılar. Əllərində bayraq, hamısı bir  geyimdə  günü-gündən  gözəlləşən Vətənimiz haqda mahnı oxuyurdular.

Keçid qurtardı. Mən yoluma davam etdim. Bəli həyat nə qədər keşmə-keşli olsa da davam edir.

Son.

P.S. –Bu kitab nəşrə hazırlanarkən xeyli  vaxt keçdi. İmkan yarandığından sizə bir xəbəri çatdırmaq istəyirəm. Əli ilə Maisa  hələlik qeyri-rəsmi evlənmişlər. Lazımı sənədlər hazırlanandan sonra  toy olacaq. Bu izdivacdan ən çox qazanan  isə  Orxan oldu. O öz qanuni atasına qovuşub.

Müəllif: Qismət TAĞIYEV

QİSMƏT TAĞIYEVİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BƏDBƏXT – QİSMƏT TAĞIYEV

Qismət TAĞIYEV – yazar.

BƏDBƏXT – QİSMƏT TAĞIYEV <<<< əvvəli

BƏDBƏXT

(Povest)

                                                         I    hissə

Mən Axundov Vasif  Salman oğlu  195-ci ilin  iyun aynin 22-də Kəlbəcər yaylaqlarının birində anadan olmuşam. Ailənin ikinci övladıyam. Bacım Aybəniz məndən 4 yaş böyükdür. Ona görə yaylaqda anadan olmuşam ki, atam Salman Göytəpə rayonu yun tədarükü idarəsinin rəisi idi. Bu idarəyə 30 ildən yuxarı rəhbərlik etdiyindən el-oba  onun adının qarşısına yun sözü artırmış və Salman dönüb olmuşdu Yun Salman. Yayda rayonun bütün təsərrüfatlarının qoyunları yaylaqlara köçərdi. Atam da öz ailəsini və işçiləri ilə birlikdə bütün idarəni yaylağa aparar, ayrı-ayrı kolxoz, sovxoz təskilatlarından yun tədarük edərdi. Ailəsi üçün ən yaxşı yataqların birində alaçıq  qurdurub bizi orda yerləşdirədi. Bax belə vaxtların birində mən anadan olmuşam. Oğlan uşağı olsam da dünyaya  gəlişim ata-anamı o qədər də sevındirməyib. Çünki arıq, cılız olmağımla yanaşı, bədənimdə qüsur, yəni sol tərəfdə çiynimdən aşağı kürəyimdə qozbelə oxşar kiçik çıxıntı varmış. Sonralar mən böyüdükcə bu çıxıntı da öz növbəsində bir az böyüyür və atam bu qüsuru aradan qaldırmaq üşün  var gücü ilə çalışsa da nəticəsi olmur. Palto və yaxud ködəkcə geyəndə  bu qüsur o qədər də bilinmirdi. Lakin kostyum geyinəndə arxa tərəfdən sol  hissənin ətəyi yuxarı dartılırdı. Bu azmış kimi yeriyəndə bədənimin sağ tərəfi azca irəli də  olur, boynum isə tam sərbəst olmurdu. Məndə olan bu qüsura görə yavaş-yavaş həmyaşıdlarımdan uzaqlaşırdım. Yəni uşaqlar çayda çimməyə gedəndə, yaxud futbol oyunu zamanı soynanda mən bunları edə bilmirdim. Bütün bunlara baxmayaraq bacım Aybənizlə  mən  nəinki kiçik yaşlarımızda ta orta məktəbi bitirənədək başqalarına nisbətən ən xöşbəxt uşaqlardıq. Yaylaqda olduğumuz bütün illər ərzində  şənbə, bazar günləri ailəlikcə aşağı İstisu sanatoriyasına  düşür, orada bizim üçün ayrılmış xüsusi otaqda dincəlirdik. Sanatoriyanın baş həkimi Yusif həkim atamla möhkəm dost idi. İş yerə gəlib çıxdı, həkim mənim kirvəm oldu və bu dostluq daha da möhkəmləndi. Mədə bağırsaq xəstəliklərinin müalicəsi üçün  ən yaxşı yer olan İstisu sanatoriyasına  respublikamızın, eləcə də keçmiş SSRİ-nin hər yerindən adamlar axışıb gələrdi. Bunların arasında  professorlar, alimlər, vəzifəli şəxlər də olurdu. İllər ötdükcə bu  məşhurlardan bəziləri Yusif həkimlə atamın tez-tez təşkil etdiyi qonaqlara  dəvət edilir və atamın tanışlıq  dairəsi getdikcə genişlənirdi.

Yaylağa gəlişimizin ikinci ayında qoyunların qırxınu başlayırdı. Bax onda Yun Salmanın əsl bacarığı  üzə çıxırdı. Yun Salmanın səxavəti birə on artırdı. Yun qırxanların toplanması, yerləşdirilməsi, növbəlik, plana nəzarət, yaxşı-pis yunların ayırd edilməsi,saxlanması,rayona daşınması ondan asılı idi. Elə pullar da bu vaxt Yun Salmanın cibinə axardı. Mən böyüdükcə atamı daha yaxşı tanımağa başlayırdım. Mənə elə gəlir, belə bir  adamın daxili, xarici obrazını yalnız mərhum aktyorumuz Səməndər Rzayev yarada bilərdi. Atamın xasiyyəti, davranişı haqqında sizə sonra danışaram. İndi isə istəyirəm  atam, anam haqqında lap əvvəldən başlayım.

Atam Axundov Salman Əhliman oğlu 1932-ci ildə Göytəpənin Şirinqum  obasında anadan olmuşdur. Atası Əhliman kişi çoban olub, yenicə təşkil edilmiş Şirinqum kolxozunun qoyununu otarırdı. Şirinqumlular tərəkəmə olub köçəri həyat yaşamışlar.  Yəni yayı yaylaqda, qışı aranda keçirirmişlər. Salman da böyüdükcə obanın o biri uşaqları kimi quzu otarmağa gedərdi. Məktəb yaşına çatanda onu aparıb Göytəbədə internat məktəbə qoyurlar. Salman da yaxşı oxuyur. Hər il yaylağa köçəndə ata, anası Salmanı da özləri ilə aparardılar. Beləcə Salman gəlib 15 yaşına  çatır. Yaylağa köçməyə hazırlaşırdılar  və sabahısı yola düşdülər. Salmangilin  obası Cəbrayıl, Zəngilan, Qubadlı yolu ilə Laçın yalaqlarına gedəcəkdi. Cəbrayılı təzə keçmişdilər, elə bir yağışa düşürlər, böyüklərin dediyinə görə hələ belə yağış görməmişlər. Salmangilin  nəyi varsa islanır. Paltar, yataq o yana dursun, ərzaq  tamam islanıb korlanmışdı. Salman bunları görəndə atasına deyir:

-Ay dədə indi neyləyək. Gəlsənə bu qoyunun ikisini satıb bir ərzaq alaq.

-Yox ay bala olmaz. Əvvala bu qoyunlar bizim yox, kolxozundur. Satmaq olmaz. Atasının xasiyyətini bilən Salmanın başına qəribə fikir gəlir. Qaçmaq. Sizə demişdim axı atam bir az yaxşı oxuyurdu. Kitablardan bilirdi, dünya təkcə Sirinqum obasından ibarət deyil. Dünyada böyük şəhərlər var. Adamlar kinoya, teatra gedirlər. Fabrik, zavodda işləyib pul qazanırlar. Ən azı insan kimi yaşayırlar. Axı nə var bu qoyunun içərisində. Arandan yaylağa çatıncan bir aydan çox vaxt keçir. Bu müddətdə  nə yuyuna bilirsən, nə çimirsən. Paltarlı yatıb, paltarlı durursan. Qoyunun iyi canına o  qədər hopur, sənə yaxın gələn də olmur. Sonra atı minib qonşu fermada olan dostu Həsənin yanına gedir. Həmin sözləri ona deyir. O da razılaşır. Ancaq qaçmaq üçün pul lazım idi. Şətləşirlər ki, elə bu gecə Salmangilin qoyunlarından iki yaxşısını oğurlayıb dəmiryol stansiyasına aparsınlar, orda  satıb qatara minib  Bakıya getsinlər. Elə də edirlər. Bakıya çatmağa az qalmış Həsən:

-Əyə Salman biz Bakıda qalsaq sən öl gəlib bizi tapacaqlar. Gəl belə edək. Vağzala çatandan  sonra “Uruset”ə gedən qatarların birinə oturub Moskvaya gedək. Ora böyükdür. Bakıya saat 3-də çatdılar. Qatardan düşən  kimi  şəhərin böyüklüyündən, adamların çoxluğundan  əvvəcə təşvişə düşdülər. Yanlarından ötən adamlar dönüb onlara baxırdı. Salman:

-Həsən mən acından ölürəm. Axşamdan yediyimdir. Həsən:

-Hə düz deyirsən. Bir şey tapıb yemək lazımdır. Soraqlaşıb yeməkxana tapdılar.  Yeməkdən sonra kassaların qarşısına gedib Moskvaya necə getməyi öyrəndilər. Moskva qatarı axşam saat 6-da yola düşəcək. Biletlərin satışı bir saat əvvəl başlanır. Hələ vaxtları çox idi. Şəhəri tanımadıqlarından yaxınlıqda gəzirdilər. Birdən Salman:

-Əyə Həsən gəlsənə əyin başımıza  əl gəzdirək. Görürsən   adamlar bizə necə baxır. Pulları sayandan sonra –olar dedilər. Mağazaya girmək olmazdı. Orda bahaçılıq idi. Əldə göhnə paltar satandan hərəsi biri şalvar, pencək, köynək, ayaqqabı alıb tamamilə dəyşib, özününküləri zibil yeşiyinə tulladılar. Yaman sevinirdilər. Salman  bir az irəli keçib:

-Buyurun Həsən bəy. Həsən öz növbəsində:

Sağ olun Salman ağa deyib gülürdülər.

Gəlib kassanın qarşısında  durub Moskvaya  qədər biletin qiymətini öyrənəndə dilxor oldular. Pulları lap az qalmışdı. Salman Həsəndən yaşca balaca olsada ondan həm yaxşı danışıdı, həm də savadlı idi. Həsəndən pulları alıb kassirə uzatdı. Biz Rusiyaya, ata-anamızın yanına gedirik. Bilet verin. Kassir:

-Ay bala Rusiya böyük ölkədir. Ucu-bucağı bilinmir. Sizə hara lazımdır. Verdiyiz pullarla ancaq Xarkova qədər getmək olar. da heç duruxmadan cavab verdi:

-Biz elə ora gedirik. Sizi çox yormayacağam. Qatara oturub Xarkova  çatırlar. Hər ikisi qatardan düşəndən sonra Həsən:

-Salman sən hələlik burda qal. Amma Mən Moskvaya gedəcəm. Orda  mənim  qohumlarım var. Əgər yaxşı alınsa gəlib səni tapacağam.  Sonra cibindəki pulları çıxarıb saydı. Cəmi 14 manat idi.

Al yeddisi sənin, yeddisi mənim. Salmanın gözləri yaşarmışdı.

Həsən Salmanla sağollaşıb Moskvaya gedən qatara minir.

Bu  atamın Həsənlə axirıncı görüşü olur və  bütün ömrü boyu Həsənə bir daha rast gəlmir.

Salman qatarın arxasınca xeyli baxandan sonra vağzalda gözləmə zalında qoyulmuş  oturacaqların birində dincələndən sonra şəhərlə tanış olmağa başlayır. Qəribə idi, Salman etdiklərinə peşman deyildi. Vağzaldan şəhərə bir neçə küçə ayrılırdı. Əvvəlcə biri ilə, sonra obirisinə, nəhayət üçüncü ilə hərəkət edib geri qayıtdı. Hər üçündə də eyni mənzərə. Küçə boyu hər iki tərəfdə uşaqdan tutmuş böyüyə qədər tamamilə köhnə  paltar  geyinmiş bir neçə adam əllərini açıb dilənirdi. Yoldan keçənlərin üzü gülmürdü. Onlardan bəziləri ayaq saxlayıb diənçilərə pul  verirdi. Elə bu vaxt qəribə bir hadisə oldu. Hündür boylu, saqqallı  kişi, əlində ağac divarın dibində oturmuş 12-13 yaşlı oğlan uşağına yaxınlaşıb  boynunun arxasında paltarından  yapışıb yuxarı qaldırıb gətirib küçənin ortasına atdığını gördü. Salmanın ona yazığı gəldi. Yaxınlaşıb qolundan tutub qaldırdı. Uşaq ayağa durandan sonra  saqqallıya nəsə dedi. Saqqalı kişi də əlindəki ağacı yuxarı qaldıraraq  onlara tərəf hücüm çəkəndə uşaq Salmanın əlindən tutub qaçmağa başlayır. Gəlib bir bağa  çıxırlar. Yadına düşr ki, torbasında  yarım çörək, bir az pendir var. Torbadakıları çıxarıb yarısını uşağa verir, yarısını isə özünə götürür. Elə çörək yeyə-yeyə tanış olurlar. Salmanın yeni dostunun adı Valodya idi. Parisli qomen Qavroşa oxşayırdı. Bu tanışlıqdan sonra Salmanın adı Saşa oldu. Yeməkdən sonra şəhəri gəzdilər. Volodya şəhəri beş barmağı kimi tanıyırdı. Salman rus dilini çox pis bilirdi, ancaq Volodya lalların etdiyi kimi əl hərəkətləri ilə onu birtəhər başa sala bilirdi. Müharibə təzə qurtarmışdı. Hər yerdə onun izi görünürdü. Axşam qaranlığında da bir-iki manat xərcləyəndən sonra Volodya bildirdi, daha gecdir, yatmaq vaxtıdır. Qaranlıq küçələrdən keçib, uçuq beşmərtəbənin üçüncü mərtəbəsinə qalxıb bir otağa gidilər. Valodya cibindən kibrit çıxarıb şam yandırdı. Bu tamamilə salamat qalmış kiçik otaq idi. Yerdə köhnə paltarlardan düzəldilmiş yataq vardı. Hər ikisi paltarlarını soyunandan sonra Volodyanın işarəsi ilə yatağa uzandılar. Volodya tez şamı söndürdü. Qənaət etmək lazımdır. Çox yorğun olduğundan Salman həmin dəqiqə yuxuya getdi. Salman yuxudan hövlnak qalxdı. Kimsə onu silkələyirdi. Voldya idi. Yenə əli başa saldı, tələsmək lazımdır. Onlar küçələri qaçaraq keçib Volodyanın dünən oturduğu yerə gəldilər. Volodya  öz yerində əyləşir. Salmana işarə edir yanında otursun. Atam razı olmur.

-Yox mən dilənçi olmaq istəmirəm. Daha bir neçə gün keçir. Tamamilə pulu qurtaran atam gəlib  Volodyanın yanında oturur. Yaxşı qazandıqları günlər də olur. Beləcə 3 aydan çox vaxt keçir. Hökümətdə bir canlanma hiss olunur. Müharibənin qalıqları  tədricən ləğv edilir. Qaçıb getmiş adamlar öz evlərinə qayıdır. Küçələr təmizlənir. Məktəblər, fabrik, zavodlar bərpa edilərək işə salınır. Qış yaxınlaşırdı. Salmagilin oturduğu küçədə qaça-qaç düşdü. Hər tərəfdən töküləşən milislər  bütün dilənçiləri yığıb şöbəyə apardı. Burada onlarla xüsusi söhbət etdilər. Dedilər bəs Sovet gənclərisiz. Sizə dilənmək olmaz. Hökümət sizə yaxşı şərait yaradıb. Oxuyub savadlanmaq lazımdır. Sizi internat məktəbinə yerləşdirəcəyik. Yeməyiniz, geyiminiz  dövlət hesabına olacaq. Elə etdilər. Volodya ilə Salman bir sinifə düşdülər. Salman bu işə çox sevindi. Axı onun oxumağa çox böyük həvəsi vardı. Həyatda belə hadisələr çoxdur. Bir də görürsən, savadsız bir ailədən görkəmli alimlər, şairlər, yazıçılar çıxır. Nəhayət 3 ildən sonra atam orta məktəbi bitirir. Sənədlərini kənd təssərüfatı instituna verir və qəbul olunur. Volodya isə  zavodların birinə işə  düzəlir. Bu ayrılmaz dostlar yenə bir yerdə olurlar və dostluq onların ömürlərinin axırına kimi davam edir. Sonralar atam yun idarəsinin rəisi işləyəndə dəfələrlə Volodyanı ailəsi birlikdə  Azərbaycana dəvət edər, onları da özümüzlə birlikdə yalağa aparardı. Ancaq indi vəziyyət bir çətinləşmişdi. Oxumaqla yanaşı işləyib çörək pulu da qazanmaq lazım idi. Salman internatda olanda hərdən bazara gəzməyə gedərdi. Burda bazarda işləyən azərbaycanlılarla tanış olmuşdu. İndi gəlib dərdini  onlara deyəndə ona məsləhət etdilə, Əşrəf adlı kişinin yanına getsin. Burdakı işlərə o nəzarət edir. Salman  onu axtarıb tapır. Tanış olurlar. Salmanın geyimi, danışığı Əşrəfin çox xoşuna gəlir. Sən demə O Göytəpənin qonşuluğunda Qarabulaq rayonundan imiş. Əvəllər burda həbsxanada olub. İndi azadlıqdadır və necə deyərlər “polojenie” nəzarət edir. Əşrəf bazardakı yeməkxananın müdirini çağırıb Salmanı  ona tapşırır və Salman hər gün dərsdən sonra gəlib burda işləyir. Tərəkəmə oğlu olduğundan  onun işindən xoşları gəlir. Salman qoyunu ustalıqla kəsir, soyur, kabablıq ətləri çox səliqə ilə doğrayır, şişə çəkib kabab  bişirir. Onun işgüzarlığını  Əşrəf də eşidir. Salmanı yanına çağırıb deyir:

-Çox sağ eloğlu. İşgüzarlığnı eçitmişəm. Gəlsənə sənə bir ət dükanı açım. Həm özün dolanarsan, həm də mənim işlərim yaxşılaşar. Salman bir az fikirləşəndən sonra:

-Əmi  mən etiraz eləmirəm. Məsələ burasındadır, mən  institutda əyani oxuyuram. Əgər müdiriyyətlə danışıb axşam növbəsinə dəyişə bilsək, canla-başla sizin qarşınızda hazıram. Əşrəfin şəhərdə tanışları çox idi, bu iş asanlıqla yoluna qoyulur. Sonra Salmanı yanına çağırıb çoxlu pul  verir. Aparıb bazarın ən yaxşı yerində olan otaqların birini göstərib:

-Bundan sonra bura sənindir. Sənə bir-iki məsləhətim var. Harda olursan ol, yaxşı səliqə -sahman yarat. Paltarların ən yaxşını geyin. Özünə yaxşı mənzil tutarsan. Sən mənim xoşuma gəlirsən. Nə qədər mən sağam sənə zaval yoxdur. Sonra cibindən yenə pul çıxarıb Salmana verdi. Dediklərimi edərsən. Salman götürmək istəmirdi. Əşrəf də zarafatla:

-Yaxşı-yaxşı  borc verirəm. Pullananda qaytararsan. Salman  doğrudan bu pulları qaytardı. Həmin hadisədən 4 il sonra  bazarda atışma zamanı Əşrəfi ağır yaraladılar. Bir neçə ay xəstəxanada yatanda bütün xərcləri Salman özü çəkdi. Amma Əşrəf yaxşılaşmırdı. Vəziyyəti getdikcə pisləşirdi.

Bir dəfə Salmanı yanına çağırıb  dedi:

Salman bala çox sağ ol. Mənim övladım yox idi, amma sən mənə oğul oldun. Həkimlər deyir mənim cəmi bir həftə ömrüm qalır. Al bu kağızı, üstündəki  ünvandır, içərisindəki məktub. Kamran adında dostum  var. Şaxtada işləyir. Namuslu adamdır. Ona bir az pul vermişəm. Gedib alarsan məni  müsəlman qaydası ilə  yerdən götürərsən. Qəbirsanlıqda dəfn edib bir nişanə qoyarsan. Qalan pulu özünə götürərsən. Amma sənə bir əmi kimi vəsiyyət edirəm. Bu il axırıncı kursdasan. Məktəbi qurtaran kimi öz vətənimizə qayıt. Sənin valideynlərin var. Mənim heç kimim yox idi.

Bir həftədən sonra Əşrəf vəfat etdi. Salman necə lazım idi, Əşrəfi müsəlman qaydası ilə dəfn etdi. Üstünə baş daşı qoydurdu. Yerdə qalan pulu özundə saxladı ki, vətənə qayıdanda lazım olar.

O vaxtlar institutlarda  belə qayda var idi, altı ay oxuyurdun, 6 ay  istehsalatın müxtəlif sahələrində  çalışıb təcrübə yığırdın. Belə praktikaların biri Xarkov yun emalı zavodunda oldu. Salman bu işlə tanış olduqca daha   yaxşı mənimsəyirdi. Nəhayət Salmanın səbirsizliklə gözlədiyi gün gəlib çatdı. O instutu bitirdi. Dostu Valodyanı tapıb, bu münasibətlə yaxşı yeyib  içdilər. Burda Salman vətənə qayıtmaq istədiyini dedi. Sonra birlikdə  gedib ilk dəfə görüşdüklər yerə baxmağa getdilər. Əyinlərində bahalı paltar olmasına baxmayaraq həmin yerdə oturaraq papaqlarını qarşılarına qoyub dilənməyə başladılar. Heç adamlar onlardan geri qalmadı. Onlarda zarafatla bu bahalı şlyapaların içərisinə  pul ataraq gülürdülər. Hazırlıq işləri bir həftə çəkdi.

Artıq 1955-ci il idi. O yağışlı gecədən 8 il ötürdü və Salman vətənə Göytəpəyə  qayıdırdı. Qəribə idi, bütün bu illər ərzində Salman özü haqqında  ata-anasına məlumat verməmişdi. İndi Göytəpəyə yaxınlaşdıqca  böyük səhv etdiyini başa düşürdü. Axı onların nə günahı vardı. O vaxt zəmanə elə idi. Salman axşam saat 9-da Dağburnu stansiyasına çatdı. Qatardan özü ilə gətirdiyi  iki çamadanı düşürüb perronda dayandı və nə  fikirləşdisə əyilib torpağı öpdü. Bəli o artıq vətəndə idi. Onun bu hərəkətini görənlər: 

-Sağ  ol bala. Vətənə xoş gəlmisən,- dedilər.

Salman ayrıca maşın tutdu. Yay olduğundan hava hələ işıqlı idi. Salman üçün hər şey maraqlı idi. Sonra gəlib  bir qəsəbəyə çatdılar. Sürücü dedi ki, bura Göytəpədir. Rayon mərkəzidir. Hava artıq qaralmışdı və birdən yadına düşdü  Şirinquma nəyə gedir. Axı indi orada heç kəs yoxdur. Hamı yaylaqdadır. Sürücüdən burada mehmanxana olub –olmadığını soruşdu. O da cavab verdi ki,var. Onda ora sürün.

Atam mehmanxanada bir həftə qalır. Qəsəbəyə xəbər yayılır ki, bəs Şirinqumlu çoban Əhlimanın oğlu qayıdıb gəlib. Özü də  necə. Ali təhsilli  əsil mütəxəssis. Axşamların birində  onun  yanına bir kişi gəldi. Salman onu tanıdı. Atasının əmisi  oğlu Səlim kişi idi. Kişi Salmanı görəndə qucaqlayıb bağrına basdı.

-Ay bala xoş gəlmisən. Bəs belə sağ salamatsan niyə bizi gözü yolda qoyurdun.Yazıq Əhliman  ayaqüstə ölüb. Hələ də peşmandır. Oğluma bir qoyunu qıymadım. O da baş götürüb qaçdı. Yaxşı bura  niyə  düşmüsən. Hə başa düşdüm. Nə biləsən. İndi bizimkilərin hamısı bura qəsəbənin “Dəvəçilər” deyilən yerində yer götürüb ev tikmişik. Elə sənin atan da  qonşuluğumuzda olur. Hamımız burada yeni təşkil olunmuş qoyunçuluq sovxozunda işləyirik. Dur yığış gedək evə.

Yayılan söz –söhbət öz təsirini göstərdi. Heç 20 gün keçmir atamı rayon rəhbərliyinə dəvət edirlər. Birinci katib  şəxsən özü  onunla söhbət edir. Məsləhət olur ki, əvvəlcə  qoyunçuluq sovxozunda işə başlasın. Sonrasına baxarıq.

Salman  Əşrəfin sözlərini unutmamışdı. Hara gedirdisə ən yaxşı paltarlarını geyirdi. Bu da onun nüfüzunu artırırdı. İlk növbədə  işlə yaxından tanış olmaq üçün  yaylağa yollandı. Bütün statistik rəqəmləri, normaları, adamların  adını, kimin adında nə qədər qoyun var, plan və öhdəlikləri öyrənib iş qrafiki tərtib etdi. Yaylaqda  özününkilərlə görüşdü. Atası sevindiyindən düz beş qoyun kəsdi. Elə hey deyirdi bala məni bağışla .

Salmanı yaylağa sürücü Cəmil kişi aparmışdı. Cəmil kişi  Salmanın xoşuna gəlmişdi. Ağır təmkinli adamdı. Bütün yol boyu söhbət edərək onu darıxmağa qoymamışdı. Özunun dediyinə görə  6 övladı, 3 oğlu, 3 qızı var. Qızlardan 2-sini ərə vermiş, oğlunun birini evləndirmişdir. Onun da ailəsi  burda yaylaqdadır. Bir dəfə  fermalara baxış keçirib evə qayıdanda Cəmil kişi onu öz evinə dəvət edir. Salman etiraz etmir. Maşın alaçığa yaxınlaşanda  onları qarşılamağa  üç nəfər yaxınlaşır. Bunlar Cəmil  kişinin həyat yoldaşı Bəyim xala, oğlu Amil və qızı  Dilarə idi. Bunları Salman  sonra biləcəkdi. Bəyim xala onu oğlu kimi qarşılayır. Əlini boynuna salıb üzündən öpür. Amil də əl verib görüşür. Dilarə isə yad görəndə qayıdıb alaçığa girir. Cəmil:

-Ay arvad bir şey hazırlamısan, yoxsa bizi yalandan dəvət eləmisən.

-Narahat olma a kişi  xörək hazırdır. Əvvəlcə  əl –üzünüzü yuyun, sonra içəri keçin. İndi növbə Dilarənin idi. Əlində bir vedrə bulaq suyu, dəsmal və qulplu qab qonağa yaxınlaşdı. Həm də bir balaca diksindi. Axı qonaq  bizimkilərə heç oxşamırdı. Bizim  tərəkəmə oğlanları bir az kobud, nahamar olurlar. Qonaq isə sarışın  şabalıdı rəngdə  idi. Orta bədənli hündür, yaraşıqlı idi. Əynindəki paltar sanki, bədəninə biçilmişdi.

Salman da öz növbəsində qıza nəzər saldı. Onun qarşısında mələk durmuşdu. Oxuyanda və bazarda  gördüyü yüzlərlə rus qızlarından bu qız fərqlənirdi. İri qara gözləri,qaşları və hərdən sürüşən kəlağayının altında görünən dağ havasından qızarmış yanaqlar  çox gözəl idi. 16-17 yaşı olardı. Mən bilmirəm bu necə olur, atam bir könüldən min könülə bu qıza  vurulur. Elə Dilarə də ona biganə qalmır. Ala gözlü rusa oxşayan bu  oğlan onun qəlbini ovsunlamışdı. Qonaqlıqdan sonra sonra anası ilə tək qalanda özünü saxlaya bilməyib:

-Ana qonağımız nə yaxşı oğlandır. Heç buraların adamına oxşamır-demişdi. O gündən Salman özünə yer tapa bilmir. Axırda sirrini ərdə olan bacısı Sənəmə açır. Sənəm Cəmil kişinin ailəsi daha geniş məlumat verir. Bildirir  ki, Dilarənin o biri bacıları da qəşəngdir. Ərə getdikləri oğlanlar da sanballı adamlardır. Biri məktəb direktoru, biri də həkimdir. Elə sən də onlardan geri qalmırsan. Mənə elə gəlir, sən elçi göndərsən yox deməzlər. Ancaq bizim bir çətinliyimiz var, yaxşı evimiz yoxdur. Salman:

-Siz elçi gedin, “Hə” alın. Ev məsələsi asandır. Yuxarıda sizə demişdim axı, Salman özü ilə yaxşı pul gətirmişdi. Atasının   da yurd torpağı vardı. Salman yaylaqdan qayıdandan sonra böyüklərin məsləhəti ilə  usta gətirib, kərpic kəsdirdi. Yerli ağac materiallarından da istifadə edərək qısa müddətdə evi tikdirərək başa gətirir. Razılıq alındığından toy edib Dilarəni öz evinə gətirib  ömür-gün yoldaşı edir. Bir neçə il keçir Əvvəlcə bacım Aybəniz, 4 ilsonra mən   ata-anam yaylaqda olarkən anadan oluram. Onu deyim, atam qoyunçuluq sovxozunda cəmi bir il işləyir. Yaxşı işinə görə onu daha məsuliyyətli işə Göytəpə rayonu yun tədarükü idarəsinə rəis qoyurlar. Salmanın  əsl istedadı burda özünü göstərir. O baş idarədən əlavə vəsait ayırtdıraraq  idarəni, hasarı təmir edir. Bütün anbarları, talvarları yenidən qurur. Giriş qapısında xüsusi buraxılış  məntəqəsi, qaravulxana, laborotoriya tikdirir. Çox qəribədir, toplanmış yunu buralarda deyil,aparıb Xarkov şəhərindəki yun emalı zavoduna  təhvil   vermək təklifini irəli sürür  və bunu həyata keçirmək üçün  bir neçə dəfə Xarkova gedib yaxşı müqavilələr bağlayır. İndi atama sadəcə Salman  yox Yun Salman deyirdilər. Ölkədə vəziyyət yaxşılaşırdı. Şəhərlər, kəndlər yenidən qurulurdu. Artıq  hər yana işıq çəkilmişdi. 70-ci illərdə rayon partiya komitəsinin birinci katibləri  üçün yeni  yaşayış evi  tikiləndə köhnəni atama verdilər. Əvvəlkindən fərqli olaraq  yeni evimiz şəhərin mərkəzində idi. Atam da tənbəllik etməyib  hasarı, evi söküb yenisini tikdi. Bütün bu illər ərzində  istər uşaqlıq illərində, istərsə də gənc yaşlarımda biz yayı yaylaqda, qışda isə qısa müddətə  hər il Sovet İttifaqının ən gözəl sanatoriyalarının birində dincələrdik. Bundan  əlavə qış aylarında  Moskva, Leninqrad kimi  böyük şəhərlərə səfər edər və heç vaxt əliboş qayıtmazdı. Özündən əlavə  rayon rəhbərlərindən katibə, prokurora, milis rəisinə də hədiyyələr alardı və bu ənənəni bütün ömrü boyu davam etdi. Katiblər, prokurorlar, rəislər gəlib gedirdi. Amma Yun Salman öz yerində qalırdı. Doğrudur hərdən ona yüksək vəzifələr də təklif edirdilər. Ancaq Salman razı olmurdu. Bu iş ona sərf edirdi. Həm qazancı yaxşı idi, həmdə vaxtı olurdu. Yun Salman ağıllı adamdı. Heç vaxt  özündən yuxarı  vəzifəli adamların arxasınca danışmazdı. O qorxaq deyildi, yaltaqlığa nifrət edərdi. Heç kəslə işi olmazdı. Ancaq kimsə ona sataşanda bax onda atam yırtıcı şirə dönürdü. Lazım gəlsə 50 min, yüz min xərcləyib həmin adamı yerində oturdardı. Pul  məsələsində çox ciddi idi.

İndi isə anam haqqında. Deyirlər ağ gün adamı ağardar. Onsuz gözəl olan anam bu illər ərzində daha da gözəlləşib xanım, xatın  qadın olmuşdu. Anam heç vaxt  süni bər-bəzəkdən istifadə etməzdi. İmkanlı ailə olmağımıza  baxmayaraq anam həyətin  giriş qapısını açarla bağlamağa qoymazdı. İstər rayonda, istər yaylaqda  qonşulara, əlsiz –ayaqsızlara əl tutar, ondan pul istəyənlərə borc verərdi. Xörəkləri, turşuları, motal  pendirini özü hazırlayardı. Bir dəfə olsun kişilər oturan məclisdə olmazdı. Atamın işi çox olduğundan bizi o tərbiyə edərdi. Aybəniz gözəllikdə anama oxşamışdı. Mən isə  necə doğulduğumu sizə demişəm. Bizi çox qapalı saxlayırdılar. Mən də, Aybəniz də  bir şey almaq  və yaxud kinoya getmək lazım olanda anamdan icazə alardıq. Məktəbdə  həmişə üzlü  uşaqlar  bizi aldadıb   yaxşı qələmləri əlimizdən alardılar.

Aybəniz orta məktəbi  bitirəndə  atam  onu İstisu sanatoriyasında tanış  olduğu və neçə illər dostluq  etdiyi Azərbaycan Pedaqoji İnstitunda dekan işləyən professor Əlizadənin  evinə apardı. Əlbəttə atam əvvəllər olduğu kimi indi də əliboş gəlməmişdi. 30 kilodan artıq  4 illik qoç  cəmdəyi, dağ balı, qoyun südündən motal pendiri, təzə nehrə yağı, isti təndir çörəyi,s ac üstü yuxa və sairə. Qoca professor  bunları görəndə Salmanı qucaqlayıb üzündən öpür:- Sağ ol Salman bunlar hamısı əladır. Axı biz nə qədər imkanlı olsaq da belə şeyləri buralarda tapa bilmirik. Sonra Salman Aybənizin  məsələsini söyləyir. Professor söz verir, Salman heç narahat olmasın. Aybəniz  dil və ədəbiyyat fakültəsinə qəbul olunacaq. Elə Aybəniz  özü də biliklidir.   Elə bizdə qalar. Qızım Sevda  özü onu imtahanlara aparar. Sən qayıt get işinlə məşğul ol. Atam cibindən  2000 manat  pul çıxarıb stolun üstünə qoyur. Lakin professor pulu götürmür:

-İş düzələndə verərsən. Bir aydan sonra Aybəniz məktəbə qəbul olunanda  atam yenidən o pulu ona vermək yenə götürmür:

-Salman sağ ol sən mənə çox hörmət etmisən. Deməyə çətinlik çəkirəm. Bilirsən də bizim Sevda  qızımız nişanlanıb. Əgər  sənə çətin deyilsə  bizə  cehizlik üçün  bir az  yaxşı  yun düzəlt. Bax onda atamın  əsl zirəkliyi  özünü göstərir. Anam Dilarənin köməkliyi ilə nəinki bir az düz 100 kilo  əla yun tapıb professora  verir. Professor bu dəfə sevindiyindən Salmanı qucaqlayıb öpür.

Atamın Bakıda iki otaqlı  evi vardı, imkanı yaxşı olanda hansısa fəhlə qohumumuzun adına almışdı. Əvvəlcə Aybəniz  və sonra  mən o evdə qaldıq. Aybəniz institutu bitirən ili mən ali məktəbə qəbul olundum. Özü də inşaat mühəndisliyinə. Söz yox, yenə atamın köməkliyi ilə. Orta məktəbdə hərdən yaxşı şəkillər çəkirdim. Yazıq kişi də  elə bilirdi  mənim istedadım var. O biri institutlardan fərqli texniki institutlarda oxumaq çox çətindi. Burda gərək çertyoj  çəkməyi bacara biləydin ki, kurs işlərini  semestr imtahanlarına  qədər qurtarıb təhvil verməlisən   imtahanlara buraxılasan. Həm tənbəl, həm də elə savadlı olmadığım üçün  bu işlərin öhdəsindən gələ bilmirdim. Atamın hər semestr imtahanları vaxtı göndərdiyi 1000 manat pulla savadlı tələbələrə pul verib  işləri gördürürdüm.

Xarici görünüşüm yaxşı olmasa da geyimim, pul xərcləməkdə əliaçıqlığım   qızları  mənə yaxınlaşdırdı. Dmitrov küçəsində  xüsusi hallar üçün kirayə etdiyim qapısı küçəyə açılan  otağıma hər gün qızlar gələrdi. Mən xoşuma gələni yanımda saxlayıb qalanları rədd edərdim. Yay    tətillərində  isə  istirahət evlərində  dincələrdim. Daha beş il kecdi. Mən institutu bitirib rayonumuza qayıtdım.

Ailəmizdə  dəyişiklik olmuşdu. Bacım Aybəniz Məmməd adlı oğlana ərə getmişdi. Məməd  rayon mədəniyyət şöbəsində təlimatçı işləyirdi. Doğrudur gözəl yaraşıqlı oğlan idi. Savadlı olsa da, amma yaman üzlü adamdı. İncəsənət institunun mədəni-maarif fakültəsini bitirmişdi. Məmmədgil şəhərin mal bazarı tərəfində olurlar. Çiy kərpicdən bir otaqlı evləri var. Anası Məsmə arvad hələ Məmməd körpə olarkən ərindən ayrılmış, çörək zavodunda fəhlə, sonralar məktəbdə  qulluqçu işləyə-işləyə oğlunu böyütmüş, ona ali təhsil vermişdi. Aybənizi də Bakıdan tanıyırmış. Aybənizin  etirazına baxmayaraq  bu yoldan geri çəkilməmiş  və nəhayət bacımın  ona ərə getməyə razılğını almışdı. Atamın  bu sevdadan heç xoşu gəlməmişdi. Amma sevimli qızının xətrinə dəyməmişdi. Buna baxmayaraq  bəzi qabaqlayıcı tədbirlər görmüşdü. Aybənizin adına şəhərin  yenicə inşa edilmiş 2 mərtəbəli 12 mənzilli binadan 3 otaqlı mənzil alır. İçərisini  isə Aybənizin cehizi ilə doldurur. İş  o yerə gəlir, hətta Məmmədin anasının verdiyi bir dəst yorğan döşəyin  otağa gətilməsi də lazım olmur. 

Tikinti  idarələrinin birində əvvəlcə  iş icraçısı köməkçisi, sonra isə iş icraçısı oldum. Mənim qəbul etdiyim sahə  tikintisi uzun illər yarımçıq qalmış beşmərtəbəli bina idi. Birinci mərtəbə qurtarmış, ikinci mərtəbə  başlansa da  sonradan tikinti dayandırılmışdır. Yaman ilişmişdim. Mən bilmirəm  necə oldu cavan, təcrübəsiz mütəxəssisə belə məsuliyyətli işi tapşırıdlar. İşə heç cürə başlaya  bilmirdim. Keçmiş  iş icraçısının qohumları fəhlələr də elə onunla birlikdə işdən çıxmışdılar. İşləri aparmaq üçün  usta və fəhlələr tapılmırdı. Bunun səbəbi  Göytəpədə tikinti idarələrinin sayının çox, əhalinin  az olmasıdır. İşə təyin olunduğumdan bir ay vaxt keçməsinə baxmayaraq mən bir dənə olsun daşı daş üstünə qoya bilməmişdim. Axşam evdə  vəziyyəti atama  deyəndə o da telofonu   götürüb rəisim Əhmədova zəng etdi.

Ertəsi gün rəis  məni yanına çağırıb  bir məktub  verib:–

Maşın götürüb Qarabulağın  Zeynallı kəndinə  gedərsən, orada briqadir Alışan deyirlər  tapıb  bu məktubu ona verərsən. Deyərsən məni Əhmədov yollayıb. Elə etdim. Alışanı tapıb məktubu verdim. Alışan məktubu oxuyub: –

Yoldaş Əhmədova deyərsən mən razı. Bu gün beşinci gündür. Birinci gün saat 7-də avtobus  dəmiryol keçidinin yanında olsun. Sevindiyimdən bilmirdim nə edəm və Alışana təklif etdim əgər vaxtı varsa bu şad xəbəri qeyd edək. Dağlara tərəf qalxıb yaxşı kababxana tapıb əməlli-başlı yeyib içdik.

İşlərim qaydasına düşmüşdü. Alışanın gətirdiyi  işçilərin və habelə rəisimin yaxından köməyi  ilə 2-ci,3-cü və 4-cü mərtəbələləri tikib qurtardıq. Rəisin tapşırığı ilə işlərə baş mühəndis nəzarət edirdi.

Mən inşa etdiyim  tikintinin   yanında  iki mərtəbəli  binada  bir idarə yerləşirdi. Deyəsən maliyyə idarəsi vardı. Arxasında məhəccərlənmiş açıq eyvan vardı və bir neçə cavan qız  hərdən çıxıb orda söhbət edərdi. Mən gündə  bir neçə dəfə yuxarı çıxıb görülən işlərə baxardım. Son günlər   usta yanında  işləyən cavanların öz yerində olmadıqlarını hiss etdim və onları axtaranda gəlib  tikintinin həmin idarəyə tərəf  olan pəncərələrinin yanında tapırdım. İdarə binaya çox yaxın idi. Cəmi 5-6  metr aralı olardı. Mən fikir verdim, qızlar  aşağıdan, oğlanlar isə yuxarıdan bir–biri  ilə söhbət edirlər. Mənimkilər  məni görən  kimi o saat qaçıb öz iş yerlərinə getdilər. Belə şeylərə sonralar da tez-tez rast gəlsəm də  üstünü vurmurdum.

İş otağım da elə həmin idarənin  yaxınlığında idi. Ayın axırı idi. İşçilərin əməkhaqqı  naryadlarını yazırdım. Qapı döyüldü. Başımı qaldıranda  qapıda dayanmış bir qız gördüm:-

Gəlmək olar? Onu içəri dəvət etdim və dərhal tanıdım. Burada işləyən qızlardan biri idi. Əlində 3 məktub vardı. Məktubları sağ əlində tutmuş sol əlini açaraq  ovcunun içinə döyəcləyirdi.

-Buyurun sizi eşidirəm. Sonra ona baxdım. Balaca boy idi. Amma şən əhval ruhiyyədə. Gözləri parıdayır, dodağında təbəssüm vardı. Deyirdin bəs uşaqdır. Sakit dayana bilmirdi.

-Sizdən  bir xahişim var. Bilirsiz mənim qızlarım sizin oğlanlara, yox-yox sizin oğlanlar mənim qızlarıma vurulub. Sizin keçirdiyiz reyddən sonra onlar söhbətləşə bilmirlər. Öz ürək sözlərini məktubla göndərirlər və mənim sizdən xahişim budur ki,  bu məktubları öz sahibinə çatdırasınız. Mən cavan oğlan olduğumdan bu işin fərqinə varmadım/ Cavab verdim:

 -Baş üstə. Sonra məktubları alıb üzərinə  baxdım. Çox primitiv, səlqəsiz kobud surətdə yazılmışdı.

Sarıgüldən –Pənaha

Nübardan– Sədrəddinə

Natelladan  -Mətləbə .

Mən  -Bəs Mətləb kimdir. Bizdə belə işçi yoxdur dedim.

-O sürücüdür. Bura hərdən yük gətirir. Mən qonağıma söz verdim ki, dediklərini yerinə yetirəcəm  və o da mənə təşəkkür edib getdi. Ancaq iş bununla bitmədi. Bir neçə gündən sonra o qız yenə əlində üç məktub  yanıma gəldi. O:

-Mən yenə  məktub gətirmişəm, yəqin acığınız tutacaq. Gözlərinin içi bic-bic gülürdü. Mən onu qarşımdakı stula dəvət edib:

-Əyləşin, gəlin tanış olaq. Mənim adım Vasifdir. Siz o idarədə işləyirsiniz?

-Mənim adım Zəminədir. Sizi, bacınız Aybəniz müəlliməni, ananızı tanıyıram. Biz beş qız bura qəbul olunmuşuq, staj topalayaq, növbəti qəbul imtahanlarına gedəndə işləməyimiz haqda arayış ala bilək. Birimizdən başqa biz dörd qıza heç əməkhaqqı da vermirlər. Bütün günü eyvanda olub söhbət edirik. Sizin  oğlanlar gələndən sonra bizim qızları bəyəndilər. Bu işdə mən onlara kömək edirəm. Mənə qızlar zarafatla “aradüzəldən” deyirlər.

Onda mən ondan soruşdum:

-Bəs dördüncü məktub hanı? Siz belə dilli-dilavər, həm də qəşəngsiniz, necə olur özgələrinə adaxlı tapırsınız özünüzə yox. Zəminə

-Siz öz oğlanlarınızı nəzərdə tutursunuzsa  mənim onlardan xoşum gəlmir. Onlar  kobud və mədəniyyətsizdirlər. Odur Pənah Sarıgülü çağırıb, gəl söhbət edək. Yazıq ona yaxınlaşmağı ilə qayıdıb qaçmağı bir oldu. Soruşduq  ay qız nə oldu. Niyə  tez qayıtdın. Deyir ki, bəs Pənah qucaqlayıb öpmək istəyirdi. O kimdi məni öpür. Hələ heç tanış olmamışıq. Bir–birimizi tanimırıq. Mənim isə sizdən xoşum gəlir.

O özünü  çox sərbəst aparırdı. Belə söhbətləri  adətən  ziyalı ailələrdə böyümüş, dünyagörüşü  geniş olan qızlar edə bilərdi. Bununla belə  mən:

-Mənim nəyim  xoşunuza gəlir? Arıq ,uzun cılız  oğlanam. Başım da getdikcə dazlaşır. Hələ belimdəki qüsuru demədim.

– Yox elə deməyin. Məsələ sizin xarici görünüşünüzdə deyil. Siz mədəni oğlansınız. Geyiminiz, danışığınız, hərəkətləniz alicənablığınızdan xəbər verir. Yaxşı daha bəsdir. Hələlik sağ olun mən getdim. O gedəndən sonra xeyli oturub qaldım. Özümü nə qədər  işə yönəltmək istəsəm də  də alınmırdı. Durub işçilərin yanına getdim.

Bu arada mənə digər bir binanın tikintisini başlamağa göstəriş verdilər. Rayon prokurorluğuna yeni inzibati bina tikiləcəkdi. Layihəsi yeni memarlıq üslübunda  tərtib edilmiş bu bina həm gözəl, həm də tez tikilib qurtarmalı idi. Bunun üçün   xüsusi briqada lazım  idi. Elə bir briqada ki, bünövrədən tutmuş  tamamlama işlərinə qədər olan işlərin hamısını yerinə yetirə  bilsin. Uzun müzakirələrdən sonra   müəyyən edildi bu işlərin öhdəsindən yalnız o vaxtkı Ermənistan SSR-nin Qafan şəhərindən  erməni Qraçikin briqadas yerinə yetirə bilər. Onlar əvvəllər də buralarda işləyib. 6   nəfərdən ibarət olan bu bridanın üzvləri  birlikdə  beton tökməyi, hörgü hörməyi, ağac və malyar işləruini  yerinə yetirməyi  bacarır. Təxminən 1983 –cü illər olardı. Məlum  “Dağlıq Qarabağ” hadisələri heç kəsin ağlına gəlməzdi. Rəis  Əhmədov Qraçikin ünvanını mənə verib  dedi. Özünlə bir yoldaş götür Qafana get. Qraçiki  tapıb mənim məktubumu ona ver. Sənə bir həftə vaxt verirəm, onları özunlə bərabər gətirərsən. Yoxsa yaxanı verəcəm prokurorun əlinə.

Yeyib –içməyi xoşlayan dostum var idi. Onu da  özümlə götürüb Bakı –Yeravan qatarı ilə Qafana getdim. Stansiyadan Qafana maşınla gəldik. Səhər saat on idi. Birinci gün olduğundan  hamı işə tələsirdi. Avtomatların birindən Qraçikə zəng etdim. Özüm haqqında məlumat verdim. Şəhərdə  dağın döşündə inşa edilən 25 mərtəbəli binanın yanında olduğumu dedim. Köpəkoğlu azərbaycanca təmiz danışırdı. Ümumiyyətlə ermənilərin hamısı azərbaycanca yaxşı bilir. Yaxşı yadımdaır. İnstitutda qocaman rus dili müəllimiz vardı. Sadıq Vəkilov. Qori seminariyasını Qazağa köçürulüb gətirilməsində onun böyük əməyi olmuşdur. O deyirdi ki, ermənilər  ona görə  bizim dili  yaxşı bilirlər ki, həmişə bizim tabeliyimizdə olublar, ehtiyaclarından bizim işləri yerinə yetiriblər.

Qraçik tez gəldi. Onunla görüşəndən sonra çayqırağı gəzə-gəzə şəhərin yuxarı məhəlləsinə gəlib mənzərəli kafedə açıq havada qoyulmuş stolun ətrafında oturduq. Çayın adı Qəjaran idi. Çox lilli idi. Rəngi paslanmış misə oxşayırdı. Mənə dedilər yuxarıda çayın başlanğıcında  polimetal mədənləri var. Bu filizləri su ilə yuyub çaya axıdırlar. Bəzən uran da tapılır. Odur ki, çayın suyundan istifadə etmək çox qorxuludur. Yeməyi təzə vermişdilər. Bizə 35-36 yaşında   erməni yaxınlaşdı. Bizimlə salamlaşıb görüşəndən sonra Qraçik :

 -Tanış olun bu Rantikdir. Mən bənnayam, o malyardır. Stolun üstündə hər cür yeməklər vardı. Qaban kababı, quzu əti, hinduşka, turşular, nar, üzum, tut arağı, adi araq. Dostumun gözləri parıldayırdı. Biz başladıq, nə başladıq. Məndən başqa hər üçü  saat 3-ə qədər yeyib içdilər. Sonra bizi mehmanxanaya aparıb yer aldılar. Dedilər dincəlin. Bildirdilər  evə də apara  bilərik, amma burda daha rahat ola bilərsiniz. Axşam saat yeddidə  gəlib   suvaqçı Saşanın evinə gedəcəyik. Mən yuxudan  oyanada  hiss etdim, başım ağrıyır. Özüm bilirdim, başım niyə ağrıyır. Bu çaysızlıqdan idi. Burada isə  çay tapmaq lap müşkül məsələ idi. Dərdimi bizi Saşanın evinə aparmağa gəlmiş Rantikə dedim. Rantik:

-Bizdə heç kim çay içmir. Gedək Saşagilə. O bizdən yaşlıdır. Bəlkə onun arvadı sənə çay tapıb verdi. Saşanın evinə  bütün şəhəri dolanaraq piyada  gəldik. Şəhərin ən hündür yerində  dağın döşündə  tikilmiş bu çox geniş həyəti  vardı. Həyət yamac aşağı uzanıb gedirdi. Hansı meyvə ağacından desən burda vardı. Həyətə bir yerdən bilək yoğunluğunda su daxil, sonra Saşanın çəkdiyi balaca arxcıqlarla ağacların dibinə axırdı. Elə  burda ağacların altında böyük stol  qoyulmuşdu.  və yenə stolun üstündə nə desən vardı. Mən dərhal dedim başım ağrıyır. Mənə çay verin. Saşa gülə -gülə  çay yoxdur, amma sənə elə dərman  verəcəm  ağrısı kəsəcək. Evə qayıdıb əlində iki butulka gətirib stolun üstünə qoydu. Bu başı xamralı zoğal arağı idi. Bir stəkan iç ağrısı kəsəcək. Araqadan süzüb bir stəkan içdim. Başım yenə ağrıyırdı. Onda araqdan bir stəkan süzüb mənə verdi:

-Al bunu vur. Başın daha ağrımscaq. İkinci stəkandan sonra başım doğrudan da ağrımadı. Biz Saşanın evindən mehmanxanaya qayıdanda   artıq gecə idi. Çay kənarında dayanıb Saşanın evinə baxdım. Saşanın  evi burdan ən azı 500 metr hündürlükdə  olardı. Ertəsi  gün Rantik  bizi Qafan yaxınlığında olan Qızıldaş yaylağına apardı. Yol boyu rastlaşdımız yerləri Rantik göstərib  bir adlarını deyirdi. Bu adların hamısı bizim əcdadlarımızın  verdiyi adlar  idi. Haçaqaya, Dəvəggözü, Naltökən və sair. Doğrudur o vaxtı biz bunun fərqinə varmırdıq. Fikiləşirdik  SSSRİ bizim vətənimizdir. Qızıldaşda sanatoriya da var. Axşam yenidən şəhərə qayıtdıq. Nəhayət Qafana gəlişimizin  5-ci günündə briqadanın bütün üzvləri bir yerə yığıldı. Mən sevinirdim. Bazar günü Qafandan yola düşüb birinci gün Göytəpədə olacaqdıq. Hamıdan böyük Saşaya təklif etdim. Briqadanın bir yerə yığılması münasibəti mən qonaqlıq vermək istəyirəm. Özü də ən yaxşı restoranda. Əlimi cibimə salıb pulumu göstərdim. Bax Əhmədov verib.Tapşırıb  uşaqlara yaxşı bax. Amma yalan deyirdim.Pulu atam vermişdi. Axşam restoranda olduq. Hamı  üzünü qırxdırmış, saçlarını düzəldirmiş, əla geyinmişdi. Sifariş verildi. Yeyib–içmək başlandı. Məclis getdikcə qızışırdı. Orkestr öz işində idi. Bir-birinin ardınca erməni mahnıları oxunurdu. Mənim ağlıma  bir fikir gəldi. İstəyirdim  ətrafdakılar bilsin ki, biz də buradayıq. Odur  ayağa durub  oxuyan  oğlandan xahiş etdim bir “Sarı gəlin “ mahnısını azərbaycan dilində oxusun. O da baş üstə  deyib, əvvəlcə çıxış edərək burada Azərbaycandan gələn qonaqlar  olduğunu, bizim birgə yaşadığımızı, bir-birimizdən qız alıb, qız verdiyimizi qeyd elədi və həzin səslə  “Sarı gəlin oxumağa başladı. Salonda tam sakitlikdi. Lakin mahnı yarıya  çatar-çatmaz qonşu  stollardan  bir oğlan  durub oxuyan oğlanın  yaxasından   yapışıb öz dilində nə isə qışqırara onu sillələməyə başladı. Bir neçə nəfər  tökülüşüb oxuyanı onun əlindən  aldı…

Oğlandan əl çəkən erməni bu səfər bizə çumdu. İndi azərbaycanca

– İt uşağı siz nə cürətlə bu mahnını sifariş  vermisiniz. Axi bu bizim mahnıdır. Rantik  onun qarşısını kəsib, o da azərbaycanca

 – Spartak yaxşı lazım deyil. Axı onlar mənim qonaqlarımdır. Vəziyət  pisləşirdi. Artıq qonşu stollardan da bir neçə cavan erməni gəlib Spartaka qoşulurdu. Mən ofisiantı çağırıb hesabı verdim. Briqada bizi dövrəyə alıb restorandan çıxardı. Qəribə idi. Qapının yanında milisoner də vardı. Sakitcə durub baxırdı. Sanki  baş verənlərin ona dəxli yox idi. Rantik Spartakın yanında qalmışdı. Yarım saatdan sonra  gəlib bizə çatdı. Üzünü  mənə tutub dedi. Vasif siz elə bu saat şəhəri tərk eləməlisiniz. Biz səhv etmişik. Onlar hansısa gizli cəmiyyətin üzvləridir. Bu zəhrimar mahnı bəhanədir. Bir azdan onlar şəhəri ayağa qaldıracaq. Bax onda işlər pisləşəcək. Tələsik mehmanxanaya  gəlib, çantaları götürüb Rantıkin çağırdığı maşına əyləşib Qafandan çıxdıq. Butun bunlar heç yarım saat  da çəkmədi. Mən buraları tanımadığımdan  bilmirdim, hara gedirik. Gəlib  bir dəmir yol stansiyasına çatdıq.  Sürücü  bizi maşından düşürüb dedi: -Qorxmayın bura Naxçıvandır. Bir azdan  Noraşen –Bakı qatarı gələcək. Ona minib evinizə gedərsiniz. Daha bizə qorxu yox idi. Öz elimizdə, obamızda idik.

Mən bilmirəm belə hadisələr necə baş verir. Amma mən ona rast gəldim. 1988-ci il idi. İş yoldaşlarımla birlikdə Moskvaya qısa müddətə gəzməyə getmişdik. Qayıdanda Gürcüstandan olan yoldaşımız  xahiş etdi ki, Moskva –Tbilisi qatarı ilə Gürcüstana  gedək, o valideynləri ilə görüşsün, oradan Bakıya gələk. Küpedə üç nəfər idik. Dördüncü yerin sahibi  hələ gəlməmişdi. Qatar növbəti stansiyada dayananda      bizim küpeyə bir oğlan daxil oldu. Onu o saat tanıdım. Spartaqk idi. Paltarını dəyişib, yatağını düzəldəndən sonra  yanımızda oturdu. Qatar tam sürətlə hərəkət  edirdi.  Mən:

 -Salam Spartak  xoş gördük. Adını eşidən Spartak çox təəccübləndi. Elə bizimkilər də məəttəl qalmışdı.

-Hə  uşaqlar mən bu oğlanı tanıyıram. Özü də ermənidir. Sonra  uşaqlara Spartakın Qafanda başlmıza gətirdiy oyunlardan danışdım. Yenidən Spartaka:

-Bax indi biz üç nəfərik, sən tək. Amma sən qorxma. Biz sənə toxunmayacağıq. Çünki biz Məhəmməd ümmətiyik. Ürəyimizdə Allah qorxusu var. Ancaq səndən bir şeyi xahiş edirəm. Gərək düzünü deyəsən. De görüm “Sarı gəlin “ sizindir yoxsa bizim. Spartak heç fikirləşmədən cavab verdi:-

Əlbəttə Sizin. Bir də axı mən nə bilim bu mahnı kimindir. Fəhlə babayam.

-Yox  sən fəhlə deyilsən  ekstremistsən. Özü də erməni  ekstremisti. Buraya, Moskvaya da ona görə  gəlmisən, öz başbilənlərindən yeni təlimat almaq üçün. Bununla söhbət bitdi. Rostovda qatar  xeyli dayanır. Biz aşağı düşüb vağzalda gəzindik. Qayıdanda  Spartakı görmədik. O  əşyalarını götürüb harasa əkilmişdi.

Söz verdikləri kimi briqada vaxtında gəldi   və mən hər iki tikintidə işləri aparırdım. İşlər əla gedirdi. 6 aydan sonra hər iki binanın üstü vurulmuş, arakəsmələr hörülür, qapı, pəncərə blokları yerinə qoyulur suvaq işləri aparılırdı. Bu arada hər iki binanın istilik  sistemi, qazanxana və su  xətlərinin çəkilməsi  üçün quraşdırıcılar gəldi. Hər  dəstədə cəmi 3-4 adam vardı. Bu adamlar tapşırılan işi vaxtında  yerinə yetirdilər. Onların  prorabı ( propab rus sözü olub –proizvoditel rabot- işləri aparan deməkdir)  da görülən işlərə smeta tərtib edib yanıma gətirdi. Yerinə yetirilmiş işlərin məbləğini  görəndə az qaldı qışqıram. Soruşdum, necə olur hərənizin 3-4 adamı var, amma bu işi yerinə yetirirsiniz. Onlar məni başa saldılar ki, işlər smetada göstərisədə   biz  bəzilərin yerinə yetirmirik, nəticədə  az adamla şox iş görub yaxşı pul qazanırıq.

Ümumiyyətlə prorab işləmək  mənim xoşuma gəlmirdi. Bu barədə dəfələrlə atama demişdim. Çox məsuliyyətli, ağır işdir.

Zəminə ilə münasibətlərimiz çox  irəli getmişdi. Artıq biz bir-birimizi dəlicəsinə sevirdik. Onu da deyim ki, bizim ara düzəldənimiz Zəminənin sayəsində  mənim oğlanlarımın ikisi də evlənmişdi.  Sürücü Mətləbin məhəbbəti yarımçıq qalmışdı. Natellanı  özü bilmədən  atası uzaq qohumu, yenə Qarabulaqdan olan 42 yaşlı restoran müdirinə ərə vermişdi.

Müəllifdən:Mən Vasifin dəftərindən təxminən 5 vərəq bu kitaba daxil etmədim.Vasif bu vərəqlərdə  tikint i,onun aparıması, materillar, plan,t əhlükəsizlik qaydaları, o  dövrdə keyfiyət yox, kəmiyyətə üstünlük verilməsi  və habelə  Zəminə ilə olan sevgisinin  hər  anı haqqında geniş məlumat verir. Oxuculara isə Vasifin həyatının  davamı daha maraqlı olduğundan  həmin vərəqləri sonrakı nəşrlərə saxladım.

Zəminə gözlədiyimdən  də yaxşı idi. Artıq onunla  evlənməyimə qərar vermişdim. Ancaq adi təsadüf   nəticəsində    eşitdiklərim məni Zəminədən ayırdı. Səbəbini  Siz artıq bilirsiniz. O vaxt Zəminəyə kiçik bir məktub  yazıb bildirdim ki,səninlə mənimki tutmaz və bir daha onunla görüşmədim.

Bu arada  işlədiyim idarənin bütün  işçilərini səfərbər edib ilin axırına qədər  təhvilə gedəcək  obyektin tikintisinə apardılar. Tam dörd ay öz tikintimə baş çəkə bilmədim. Bir dəfə vaxtım olanda  ora getdim. Yavaş –yavaş  mərtəbələri,o taqları gəzib, yarımçıq qalmış işləri qeyd edirdim. Bilirdim tezliklə qayıdacağıq. Nəhayət axırıncı blokda ikinci  mərtəbədə olan mənzilə girəndə qəribə  mənzərə gördüm. Mənzil məskunlaşmışdı. İçəridəkiləri də tanıyırdım. Carpayıda oturan qonşuluqdakı idarənin müdiri Murad Dəmirov, o birisi  mənim qaravulçum idi. Məni görəndə hər ikisi ayağa qalxıb mənimlə görüşdülər. Otaq səliqəli düzəldilmişdi. Yanda çarpayı, ortada stol qoyulmuşdu. Hər tərəf kitabla doluydu. O biri kiçik otaq isə mətbəx idi.

-Hə, Vasif bala necəsən? İşləriniz necədir? Atan deyəsən bizdən  küsüb. Bu otağı rəisin Əhmədovdan xahiş edib müvəqqəti istifadə edirəm. İşdə yorulanda gəlib burda dincəlirəm. İdarə müdiri atamla möhkəm dost idi. Bir–birinə çox oxşayırdılar. Dəfələrlə qış aylarında qısa müddətli istirahətə birgə gedərdilər. Başlarına geydiy papaqlar həmişə seçilərdi. Gah alimlərin qoyduğu papaqlardan, gah da mərkəzi kömitə üzvlərinin geydiyi samur, qaragül dərilərindən tikilmiş kepkalardan  geyərdilər. Uşaqları ilə də dost olmasam  münasibətim var. Onlarla sağollaşıb işimə davam etdim, baxışı qurtarıb  iş otağıma gəldim. Qeydlərimi  iş dəftərimə köçürmək istəyirdim. Qapı döyüldü. Qaravulçu idi. Əlimlə  stulu göstərib oturmasını işarə etdim.

-Bura bax, o burda neyləyir? Necə yəni yorulanda gəlib  burda dincəlirəm. Onun kabinetində bütün şəraiti olan istirahət otağı var.

-Ay oğul səndə onun dediklərinə inanırsan. Hamısını yalan deyir. Elə zibili həmin o istirahət otağında qarışdırıb. O gördüyün otaq onun evidir. Arvad, uşaq yığışıb evdən qovublar. Yadındadır Zəminəgil  5 qız bu idarədə işləyirdilər. Beşinci qızı tanımırsan. O kənddən gəlib. Eyvana çıxmağa da  Dəmirov icazə vermirmiş. İri cüssəli, dolu bədənli qızdır. Qoca kaftar bu qızı özünə ov seçir. Arvadının xəstə olmasını, tezliklə öləcəyini, onunla evlənəcəyini, özünə məxsus evi onun adına keçirəcəyini vəd edir. Nəhayət bu əclaf öz məqsədinə çatır və yavaş-yavaş qızdan uzaqlaşır. Lakin qızın hamilə olması  xəbəri işləri korlayır. Qızın qohumları  şikayət edir. Dövlət adamı olmasına baxmayaraq xanımı, övladları onun bu hərəkətini heç cürə bağışlaya bilmirlər. Evdən çıxardırlar. Dəmirovun xanımı çox gözəl, həm də ağıllı qadındır. Üstəlik   birinci katibin xanımı ilə  rəfiqə imiş. Onlar da Dəmirovun cəzalanmasını istəyirlər. Birinci katib  təcili  iclas çağırır. Elə iclasda onu ayağa qaldırıb

-Dəmirov sənin neçə yaşın var?

-58 yaş. Sən axmaq iş tutmusan. Uzaqbaşı 3-4 il səninki olacaq. Sənə toxunmuram. İşçi kimi yaxşı işçisən. Get camaatın qızını necə aldatmısan, elə cəzanı çək. O qızla evlən. Yoxsa səni 10 il həbs gözləyir. İndi Dəmirov ev axtarır. Bir də rəsmi boşanma olmalıdır. Evi alandan sonra qızı gətirib saxlaycaq. Vəzifədə də müvəqqətidir. İndi o hadisədən uzun illər keçib, amma mənim yaxşı yadımdadır. Heç bir il  keçməmiş Dəmirovu  işdə yol verdiyi noqsanlara görə vəzifəsindən azad etdilər. Cəmiyyətdəki mövqeyini itirən, sevimli xanımından, övladlarından ayrı düşən  Dəmirov heç 2 il də yaşamadı.

25 yaşım tamam olurdu. Mən iş yerimi dəyişmişdim. Çoxdan arzuladığm avadanlıqların quraşdırılması üzrə prorab olmuşdum. Bizim idarə Bakıda yerləşirdi  və respublikanın hansı bölgəsində iş olurdusa ora gedirdim. Evimizə Şəmkirdən gəlmişəm. Orada  şərab zavodu tikilir. Bir həftə burda olacağam. Gəlişimi eşidən Aybəniz   və əri Məmməd  bizə gəlib. Bir azdan atam da gələcək. Məmməd  indi rayon partiya kömitəsinin təlimatçısıdır. Onun sənədlərini  Ali partiya məktəbinə hazırlayırlar. Yeni dərs ilində dəvət etməlidirlər. Ali partiya məktəbi bitirəndən sonra  güya hazır kadr olacaq. Partiya hara məsləhət bilsə ora göndərəcək. Bunların hamısını atam edir. Aybəniz ərə gedəndən az sonra Məməd musiqi məktəbinə direktor olur. Oradan  da raykomda  təlimatçı.  Birinci övladları artıq 3 yaşında olan  Yusifi anam saxlayır. Aybəniz yenə hamilədir. Atamın Məmməddən  heç xoşu gəlmir. Doğrudur çox savadlıdır. Amma bu savadlılıq, onun tərbiyəsinə, davranışına kömək etməmişdir. Alicənablığı yoxdur. Yerli-yersiz mübahisə edər, qalib gəlməsi ilə öyünərdi. Daha fikirləşməzdi ki, bu boyda məclisdə mollanı, seyidi  və yaxud ağsaqqalı pərt eləmək olmaz.

Atam  gələndən sonra süfrə ətrafında söhbətin əsas mövzusu mənim evlənmək məsələm oldu. Birinci anam  öz dərdini dedi.

-Vasif bala bilirsən  də bizim evimiz qonaqlı-qaralı evdir. Məndə artıq yaşlaşmışam. Bu böyüklükdə evin, həyətin işini görmək çətindir. Gərək tezliklə evlənəsən. Həm mənə həyan olar, həm də kömək edər. Sonra Aybəniz ona tərəfdar çıxdı. Məmməd də:

-Hə məsəl var “tez evlənənlə  tez ayrılan  heç nə itirməz”. Mən də gülə-gülə onlara cavab verdim, evləndirin də mən nə deyirəm. Amma mənim istədiyim qız yoxdur. Siz dünyagörmüş adamlarsınız. Kimi məsləhət bilsəniz mən razı. Məmməd yenə heç kəsin dillənməsinə imkan verməyib:

-Qız məndə. Bizim musiqi məktəbində  bir müəllimə var. Mən orada direktor olandan işləyir. Yaxşı tanıyıram. Çox  gözəl yaraşıqlı xanımdır. Özü də 5 nömrəli məktəbdə işləyən  Almaz müəllimənin qızıdır. Atam:-

-Yox Məmməd  işləyən qadınlar öz ovladlarının tərbiyəsi ilə o qədər də yaxşı məşğul ola bilmir. Nəticədə  özgə yerə düşən uşaqlar həyata hazır olmadıqlarından büdrəyirlər. Məmməd:

-Əşşi siz nə danışırırsınız. Mənimlə işləyəndə  hərdən onlara qonaq gedərdim. Vallahi Təbəssüm müəllimə bir çay süfrəsi açardı gəl görəsən. Bir də evlənən biz yox Vasifdir. Sabah onu aparıb Təbəssüm müəllimə ilə tanış edəcəm. Bəlkə heç Vasifin xoşuna gəlmədi.

Məmmədlə mən saat 11-də musiqi məktəbində olduq. Məmməd özünü raykom nümayəndəsi kimi aparır. Guya məktəbin vəziyyət ilə maraqlanırdı. Siniflərə daxil oduqca Məmməd  sınif müəllimindən nəsə soruşur o da öz növbəsində onların  dediklərini qeyd edirdi.  Mən isə musiqi alətləri ilə maraqlanırdım. Piyanino  sinifində notlarla maraqlandım. Mosart, Bax, Çaykovski, Üzeyir, Soltan Hacıbəyli  və başqalarının əsərləri idi. Mən indiyə qədər musiqi məktəbində olmamışdım. Musiqi  məktəbi orta məktəbdən çox fərqlidir. Buranın  müəllimlərinin, şagirdlərinin davranışı kübar cəmiyyəti xatırladır. Buradakılar adi adamlardan fərqli geyinirlər. Nəhayət biz Təbəssim müəllimənin sinfinə daxil olduq. Müəllimə sinifdə tək idi. Məmməd

-Salam müəllimə! Səsə dönüb baxan Təbəssüm Məmmədi gördü.

-O  Məmməd xoş gəlmisən. Sən hara bura hara? Və yaxınlaşıb  Məmmədin üzündən  yavaşca öpdü. Sonra məni göstərib

-Bu oğlan kimdir? Nə qəşəng geyinib.

-Mənim xanımım Aybənizin qardaşıdır. Gətirmişəm sizi tanış edim. O da  subaydır, sən də maşallah qəşəng qızsan. Buyurun tanış olun. Mən təəccüb içərisindəydim. Necə olur  Məmməd o biri siniflərə  daxil olanda  hamı ayağa qalxırdı. Müəllimlər özlərini yığışdırırdı. Üzlərində həyacan, təlaş olurdu. Amma Təbəssüm özünü o yerə qoymur. Çox sərbəst idi. Sinifdə də heç kim yox idi. İndi  o vaxtdan 25 il sonra bu sözləri yazarkən baxıb görürəm onlar bir-birini sevirmiş. Sadəcə Məmməd bacımın ondan imkanlı olmasını, atamın daimi arxa olacağını nəzərə alaraq Aybənizlə evlənmişdir.

Nə isə mən sizi yormacağam. Mən Təbəssüm müəllimə ilə evləndim. Amma deyəsən çox səhv etmişdim. O çox kobud və savadsızdı… Musiqi müəlliməsi olsa da musiqidən başı çıxmırdı. Stol arxasında da özünü apara bilmirdi. Çəngəl, bıçaqdan istifadə edə bilmir, yemək yeyərkən   tikələri  əlinin baş barmağı ilə  ağzının içərisinə itələyirdi. Xörək bişirməyi də  bacarmırdı. Kartof bişirərkən ya yandırardı, ya da ala–çiy olardı. Ən sadə yemək  olan qayqanağı dadsız olardı. Geyiminə gələndə  bahalı paltarlar alsa da zövqsüz geyinərdi. Bizim ailənin ad-sanına hörmət etməzdi. Gah  yubkası  dizdən yuxarı olardı, qəşəng, düz yoğun budları  çılpaq qalardı, və yaxud uzun yubka geyinəndə koftası qısa olar, əyiləndə, qalxanda qarnı, kürəyi görünərdi. Heç üç ay keçməmiş  səbirli, dözümlü anam özünü saxlaya bilməyib qəti qərar verdi

-Bunu  bu evdən rədd eləyin. Əgər sözümə baxmasanız özüm gedəcəm. Onun bu sözlərindən atamla, mən bərk gülüşdük.

-Niyə gülürsünüz? Elə bilirsiniz getmərəm? Atam da mən də onu qucaqlayıb sakitləşdirdik. Sonra atam kiməsə zəng edib, onunla söhbətləşdi. Qurtarandan sonra üzünü mənə tutub dedi:

-Mənim işçilərimdən biri fərdi ev tikdirib, bir neçə aydır ora köçüb. İndi onun 2 mərtəbəli binanın birinci mərtəbəsindəki üçotaqlı mənzili boşdur. Danışdım sabah açarı gətirib verəcək. Vasif  sən gedib evə baxarsan, lazımı materilları alıb evi yaxşıca təmir elətdirib ora köçərsiniz. Orda daha sərbəst yaşayarsınız.

…ardı var…

ardı >>>> BƏDBƏXT – QİSMƏT TAGİYEV

Müəllif: Qismət TAĞIYEV

QİSMƏT TAĞIYEVİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BƏDBƏXT – QİSMƏT TAĞIYEV

Qismət TAĞIYEV – yazar.

BƏDBƏXT – QİSMƏT TAĞIYEV <<<< əvvəli

BƏDBƏXT

(Povest)

Əziz oxucu! Beləliklə mən  50 illik həyatımın yalnız son 2-3 ayında başıma gələnləri Sizə söylədim. Həyatımın qalan hissəsin  isə bu kitabın müəllifin maraqlandırarsa yenidən söyləyə bilərəm.

                               Müəllifdən

Mən Vasifi lap uşaqlıqdan tanıyırdım. O Göytəpənin sayılıb, seçilən kişilərindən biri olan Salmanın oğludur. Gözəl ailə başçısı Salman  kişi  hər iki övladını, ağıllı, tərbiyəli böyütmüş, onlara mükəmməl  təhsil vermiş, hər ikisinə ailə qurduqdan sonra ev tikib bağışlamışdır. Ancaq bədbəxtlik bu  ailədən də yan keçməyib. Vasifin evliliyinin 5-ci ilində bu ailədə hər şey alt üst oldu. Mən bilirdim, Vasifin həyatında qaranlıq məqamlar çoxdur. Şəhərə qayıdandan  2 həftə sonra onun yanına getdim. Artıq təqaüdə çıxmışdı.Tamamilə tək qalmışdı. Dostları Ariflə, Aydın  ondan üz döndərmişdilər. Maisa ilə Əlinin münasibəti yavaş-yavaş şəhərə yayılırdı. Mən  gəlişimin məqsədini dedim. Bildirdim ki, oxucular hər gün mənə zəng edirlər, sənin həyatınla maraqlanırlar, birinci, ikinci evliliyini və atanın, ananın kim və necə adam olduğnu bilmək istəyirlər. Əvvəlcə yox dedi. Lakin bir qədər keçəndə sonra üzünü mənə tutub dedi:

-Bundan sonra mənim vaxtım çoxdur. Belə edərik. Mən öz həyatımı bircə -bircə kağıza yazıb, sizə verərəm. İndi daha mənim üçün həyatın mənası yoxdur. Qoy hamı bilsin  mən kiməm. Bəlkə də sizin kitab işıq üzü görəndə mən həyatda olmayacağam. Ancaq bir məsələ var. Onu dəqiqliyi ilə bilməliyəm.

Mən: –Axı sən niyə həyatda olmayacaqsan?Nə baş verəcək?

Müəllim, məsəl var deyərlər oddan kül törəyər. Mən o kişiyə oxşamadım. Mənim atam namuslu, qeyrətli adamdı. İntihar edəcəm, müəllim intihar. Amma hələlik ümüd var. Bəlkə bunların heç birisi  baş vermədi. Hər şey gələcəkdən  asılıdır. Mən xeyli öyüd-nəsihət verəndə sonra sakitləşdi. Razılaşdıq ki, 2 aydan  sonra gəlib yazılanları aparım. Durub sağollaşıb evdən çıxdım.

İki ayın tamamına az qalmışdı. Televizorda  Xəzər-xəbərə baxırdım. Diktor bu gün olmuş bədbəxt hadisələri söyləyirdi. Diktor xəbər verirdi, bü gün səhər qayıqla gəzinti zamanı sərnişinlərdən  biri ehtiyatsızlıq ucbatından qayığın arxa hissəsində suya düşmüş və nəticədə boğulub ölmüşdür. Sonradan məlum olur ki, ölən Vasif adında 50 yaşlı kişidir. Allah rəhmət eləsin. Yerimdən dik atıldım. Tez geyinib onlara getdim. Gecikmişdim.Vasifi artıq dəfn etmişdilər.Yuxarı qalxıb zəngi basdım. Qapını təxminən 38-40 yaşında gözəl xanım açdı. Zəminənin dediyi yadıma  düşdü. Cakondaya oxşayırdı. Geyimi də  həm bahalı, həm yaraşıqlı idi.

Mən: -gəlmək olar?

-Buyurun keçin- dedi  və öndə gedərək adamlar oturan böyük otağa apardı. Ayaqlarına geydiyi kapron corab ağ  mərmər sütüna oxşayan ayaqlara, qara yubka, ağ sviter isə bədənə yaraşıq verirdi. Otağa daxil olub salam verdim. Elə çox adam yox idi. Böyük, geniş stolun arxasında cəmi iki kişi əyləşmişdi. Ayağa qalxıb mənimlə görüşdülər. Keçib əyləşdim. Divanda bir qadın oturmuşdu. Başını yaylıqla bağlamışdı. Gözləri ağlamaqdan şişmişdi. Yəqin Vasifin bacısı Aybənizdir və stolun arxasında oturanlardan biri də onun əridir. Kişilərdən biri çox yaraşıqlı idi. Cavan görünməsinə baxmayaraq  sifətində bir amiranəlik, inam hiss olunurdu. Əynindəki bahalı qara kostyum, ağ köynəyin üzərindən taxılmış qalstuk  bir-birini tamamlayırdı. Elə üzdən də  çox yaraşıqlı idi. Vasifin yazdıqları yadıma düşdü. Bəli bu Əlidir. Birinci mən başladım.

-Bağışlayın  mən  Vasifin köhnə dostuyam. Xəbəri indicə televizorda eşitdim və birbaşa bura gəldim. Axı bu necə olub? Sorğuma Əli cavab verdi:

-On-onbeş gün olar, Vasif hər gün gedib qayıqla dənizi gəzirdi. Soruşanda deyirdi, evdə tək darıxıram. Qayıqla gəzmək yaxşıdır.T am bir saat  dənizdə üzürsən, həm də şəhəri seyr edirsən. Həmişə də qayığın arxasında dururmuş, sahildən uzaqlaşan qayıqdan şəhəri seyr etmək ona ləzzət edir. Axırıncı dəfə qayıq dövrə vurarkən  müvazinətini itirir və suya yıxılır. Bədbəxtçilikdən onu heç kim görmür. Onlardan sonra  gəzintiyə çıxan  qayığın işçiləri suyun üzərində bir kişi meyiti görürlər. Meyidi qayığa qaldırıb sahilə xəbər verirlər. Sənədləri üstündə imiş. Bizə xəbər çatanda tibbi ekspertizayaya aparılmışdı. Müayinədən sonra bizə verdilər. Mərhumun üzərində heç bir zorakılq əlaməti yoxdur. Sadəcə bədbəxt hadisədir. Meyiti bizə təhvil verəndə artıq saat üç idi. Böyüklərin məsləhəti ilə qəbirsanlığa aparıb dəfn etdik. Bu arada yataq otağının qapısı açıldı. Oradan bir uşaq çıxıb sağ əlini qapıya söykəyib mənə baxırdı. Bu Vasifin oğlu Orxan idi. Amma Vasifiə heç oxşamırdı. Vasif arıq, sarışın cılız adamdı. Uşaq isə çox qəşəng idi. Yumşaq uzun saçları alnını, qulaqlarını öptmüşdü. Xeyli baxandan sonra:

-Ana mən yemək istəyirəm. Onu birinci Əli çağırdı:

-Orxan, oğlum gəl bura mənimlə yeyək. Uşaq gəlib Əlinin yanında oturdu.

Mənim deyilənlərə inanmağım gəlmirdi. Bu bədbəxt hadisə deyildi, intihar idi. Vasif məni xəbərdar etmişdi. Amma nəyə görə və həm niyə dənizdə intihar edib  bu mənim üçün qaranlıq idi. Bunları onun yazdıqlarından biləcəkdim. Qeyri-müəyyənlik məni hövsələdən çıxarırdı. Tələsik ayağa qalxıb Maisa xanımı çağırıb onun yatdığı otağa keçdim. Hirsimdən boğulurdum. Bilmirəm bu cəsarət mənə hardan gəlmişdi.

-Onu siz oldürdünüz Maisa. Axı o sənin təkcə ərin deyil, doğmaca dayın oğlu idi. Yalan deyirsiniz. Bu bədbəxt hadisə deyil. İntihardır. O məni xəbərdar etmişdi. Səs-küyə Əli gəlib çıxdı.

Burda nə olub? Bağışlayın siz kimsiniz? Nə haqla bu sözləri deyirsiz?

-Mən Vasifin dostuyam.

-Dostu idiniz. Amma  indi o yoxdur. Biz isə  sizin dostunuz deyilik. Deməli burda sizlik bir iş yoxdur. Gedə bilərsinz. Mən tamamilə ruhdan düşdüm. Onlar düz deyirdi. Vasif daha həyatda yox idi. Bəs  yazılar necə olsun… Vasif söz vermişdi, həyatını, başına gələnləri yazıb mənə verəcək. Yazılar yəqin burdadır. Mən yalandan üzümə yaltaqlıq ifadəsi verib:

-Onda sizdən bir xahişim var. Düz iki ay bundan əvvəl mən Vasifə bir dəftər vermişdim. İndi icazə verin həmin dəftəri götürüm və bir daha sizi narahat etməyim.

-Yaxşı. Onu nəyi varsa burdadır. Düz deyirsiniz. Son zamanlar mən onun əlində bir dəftər görürdüm. Bizim bu gün vaxtımız olmayıb bu otağa girək. Əgər tapa bilərsinizsə götürün aparın. Hər ikisi otaqdan çıxdı. Mən tələsik hər yeri axtardım. Dəftər və ya ona oxşar heç nə yox idi. Mən otaqdan çıxıb tamamilə dilxor halda :

-Mən  dəftəri tapmadım.-dedim. Məni Maisa ötürdü. Qapının astanasında:

-Narahat olmayın. Biz o biri  otaqları da axtararıq. Əgər sizin dəftəri tapsaq özunüzə qaytararıq. Mən təşəkkür edib aşağı düşdüm. Bu gün cümə günüdür. Şənbə, bazar  günü evdəyəm. Deməli səhər tezdən  oyanmaq lazım deyil. Evdə də elə bir işim yoxdur. Vasifgilin evi Yasamalda “ATV”-nin yanında köhnə beşmərtəbələrin birində idi. Mənim evim isə “H.Aslanov” metrosunun yaxınlığında keçən əsrin 80-cı illərində yığma dəmir-beton konstruksiyalardan tikilmiş beşmərtəbələrin birində idi. Piyada “Elmlər Akademiyası” metro stansiyasına gedib, ordan qatara minib, “H.Aslanov” metrosunda qatardan düşüb yenə piyada öz evimə gedəcəkdim. Mən  Vasifdən çox  yaşlıyam. Şəhər gözümün önündə bina-bina tikilib, kvartal-kvartal böyüyüb.

Evə gəlib çatanda  artıq saat bir idi. Heç kimi narahat etmədən öz otağıma keçib, yıxılıb yatdım. Bazar günü axşam çağı oxuculara təqdim etdiyim kitabımın birinci hissəsindəki Zəminənin şeirlərini səliqə ilə kağıza köçürüb həmişə özümlə gəzdirdiyim portfelin içərisinə qoydum. Məqsədim birinci gün işə gedəndə həmin şeirləri əməkdaşlıq etdiyim, ”Yurd həsrəti “ ədəb-bədii almanıxında çap etdirmək idi. Ertəsi gün iş yerinə çatıb, yoldaşlarla görüşəndən sonra iş stolun arxasınada oturub çapa gedəcək materilları hazırlamağa başladım. Birdən qonşu stolda oturan gənc işçimiz Ənvər  Ocaqlı  mənə müraciət etdi:

-Həmid müəllim burda bir bağlama var. Sizin adınıza göndərilib və gətirib bağlamanı  mənə verdi. Bağlamanın üzərində belə yazılmışdı: “Çatacaq “Yurd həsrəti” ədəbi-bədii almanaxının əməkdaşı Həmid müəllimə. Vasif.”

Tələsik bağlamanın büküldüyü kağızı səliqə ilə ayırdım. İçərisindən mənim gözlədiyim dəftər və əlavə yazılı vərəq çıxdı.  Sevindiyimdən qışqırdım. Əvvəlcə vərəqi oxumağa başladım və tez də örtdüm. Yox onu burada oxumaq olmaz. Dəftəri götürüb baş redaktorun yanına getdim. Əlimdəki dəftəri göstərib dedim: – Mənə bir həftə yaradıcılıq məzuniyyəti lazımdır. Burda yazılanların üzərində işləməliyəm. Baş redaktor mənim xasiyyətimi bilirdi.Odur ki,  telofonla   kadrlar şöbəsinə göstəriş, mənə isə əli ilə çıx işarəsi verdi. Redaksiyadan çıxıb evə gəldim.

Qapını öz açarımla açdım.  Bu vaxt bizdə heç kim ev evdə olmur. Ailəlikcə hamımız işləyirik. Beş-on dəqiqəlik hazırlıqdan sonra iş otağıma keçib  əvvəlcə mənə yazılmış vərəqi oxumağa başladım. Vərəq belə başlayırdı:

“Hörmətli Həmid müəllim! Sizə söz verdiyim üçün  mən öz həyatımı, uşaqlıqdan bu günə kimi  necə olubsa qalın dəftərə yazdım. Bunun üçün mənə ay yarım vaxt lazım oldu. Bununla yanaşı mən bir işlə də möhkəm məşğul oldum. Yadınızdadır sizə demışdim intihar edəcəm. Məni intihardan yalnız bir xəbər xilas edərdi. Ancaq  tale bu dəfə də üzumə gülmədi. Maisadan lap çoxdan şübhələnmişdim. Ancaq  xəstələnəndən sonra  evdə qalanda oğlum  Orxanla daha çox rastlaşdığımdan hər şey mənə  daha aydın olurdu. Bu uşaq heç cürə mənə oxşamırdı. Şübhələr məni didib dağıdırdı. Nəhayət  qəti qərara gəldim .  Orxanın  və öz saçımdan kəsib DNT testindən keçirilməsi üçün müraciət etdim. Mənə dedilər  bu çox uzun prosesdir. Bir az tanışların köməyi ilə , bir az da əlavə xərclər hesabına  bu ayın sonuna az qalmış məni həyatdan əl çəkməyə məcbur edən dəhşətli xəbəri aldım. Bəli Orxan mənim oğlum deyildi. Daha  mənim həyatda heç nəyim yox idi. Yaşamaq üçün sağ canım, nə evim, nə məni sevən qadınım, nə də bizim nəslimizi davam etdirəcək oğlum. Bütün bu əzablardan məni  yalnız bir şey xilas edə bilərdi. İntihar! Ancaq necə intihar etməli. Özünü qatarın altına atmaq, hündür yerdən aşağı atılmaq  bunlar mənim xoşuma gəlmirdi. Mən istəyirdim yavaş-yavaş ölüm. Geridə qalan həyatın şirinliyini duyum. Birdən Martin İdenin  intihar etməsi  yadıma düşdü. Martin İden  dənizdə üzən gəminin arxa hissəsindən  özünü suya atır. Suya düşəndən sonra bir anlığa ayılır. Ondan uzaqlaşan gəmiyə üzüb çatmaq istəyir. Cəhdinin yersiz olduğunu biləndə ürəkdən qəh –qəhə çəkib gülür. Qərarım qətidir. Onun üçün dənizkənarı parka gedib qayığa minib  gəzintiyə çıxdım. Gəlib qayığın arxasında durub, sahildən  şəhəri seyr etməyə başladım. Ax, hər tərəf necə gözəldir. Ancaq  indi mənim  üçün əhəmiyyəti yoxdur. Beləcə bu gəzintilərə bir neçə gün davam etdim. İstəyirdim  işi elə yerinə yetirim ki, bunu bədbəxt hadisə kimi bilsinlər. Bu mənim öz qərarım idi. Fikirləşdim ki, qayıq dövrə vurub geri qayıdanda güya mən müvazinətimi itirirə suya düşürəm və məni heç kim  görmür. Bu mümkün idi. Çünki hava xeyli soyuq oduğundan göyərtədə demək olar adam olmurdu. Mən  bilirdim ki, siz “ Yurd həsrət” ədəbi-bədii almanaxı redaksiyasında işləyirsiniz. Hadisədən bir gün əvvəl poçta gedib bağlamanı sizin adınıza göndərdim. Siz bağlamanı alanda mən artıq həyatda olmayacağam. O ki, qaldı həyatıma, bunları dəftərdə yazmışam. Sağ olun, Həmid müəllim. Siz yeganə adamsınız ki,  dərdimi sizə söyləyə bildim. Əlvida!”

Gərək ürəyin  daşdan olsun, belə bir yazını oxuyandan sonra əhval-ruhiyyəndə dəyişiklik olmasın. Amma mən belələrindən deyiləm. Məktub məni tamamilə sarsıtmışdı. Düşündüklərimə, axtardıqlarıma cavab tapa bilmirdim. Axı niyə belə olsun. Vasifin nə günahı vardı. Niyə onun taleyi belə gətirdi. Bəziləri  bunu alın yazısı ilə izah edirlər. Kimi isə belə amansız işlərin fələyin əməli olduğunu deyir. Dünya yaranandan fələk oz işini görür. Kimini ata mindirir, kimini atdan düşürür. Kimini dağa qaldırır, kimini dağdan endirir. Səhər-səhər Daranın mətbəxini 70 dəvə çəkib apara bilmirdi, axşamüstü isə  taxta boşqabda qabağlna bir sümük qoyurlar, onu da it qapıb aparır. Bir dəfəyəyə 70 şiənin ölümünə fərman verən Səddam Hüsenin  özünün böğazına  kəndir keçirirlər. Kaddafi 70 milyard dollar pul yığmışdı. Amma pul onu xilas edə bilmədi. İran şahının  da 25 milyard var idi, amma dərdinə əlac edə bilmədi, II Nikolayın nəsli kəsildi. 50 milyon insanın  ölümünə bais olmuş  Hitler zəhər içib öldü. Fələk haqqında Nizami, Cami, Sədi və habelə bizim müasirimiz  Baba  Pünhan çox gözəl yazmışlar. Kimdir  bu fələk? Niyə amansız işlər tutur. Heç kim bunu izah edə bilmir. Ən böyük mütəfəkkirlər bu suallara cavab verə bilməmişlər və ən nəhayət insanlar onunla  təskinlik tapmış, hər şey Ulu  Tanrının əlindədir. O özü necə məsləhət bilirsə elə də edir.

 Vasif  haqqında  suallarım çox, cavab isə yox idi. Ümüdüm yalnız dəftərə idi. İndi yorulmuşam. Mənə dincəlmək lazımdır. Ertəsi gün isə daha özümü saxlaya bilmədim. Dəftəri götürüb oxudum. Vasifin həyatı məni dəhşətə gətirdi. Bu bədbəxt adam iki dəfə ailə qurmuş və ikisində də xanımları ona xəyanət etmişdir. Mən belə bir hekayəti Dostayevkinin “Həmişə ər” kitabından  oxumuşam. Həmin hekayətdə Trus…d iki dəfə evlənir. Onun da  xanımları  ona xəyanət edir. Hətta birinci evlilikdən Liza adında qızı olur. Lakin sonralar məlum olur ki, qız onun yox  arvadının  yaxın dostu Velçaninovun qızıdır. Vasifdə isə əksinə olur. Birinci evlilikdən övladı olmur, ikinci evlilikdən  isə Orxan dünyaya gəlir və Vasif biləndə ki, Orxan onun yox, Əlinin oğludur intihar edir.

Mən oxuculara söz vermişdim ki, Vasifin  bütün həyatı, atası, anası və bacısı haqqında məlumatları öyrənib onlara çatdıracağam. Dəftərdə yazılanları elə Vasifin dili ilə sizlərə təqdim edirəm:

“Əziz dostum Həmid müəllim! Sizə bildirirəm ,mənim həyatım iki hissədən ibarətdir:

I hissə -Göytəbə  günləri -30 il,

II hissə-Bakı illəri -20 il .Əvvəlcə birinci hissəni başlayıram.”

…ardı var…

ardı >>>> BƏDBƏXT – QİSMƏT TAĞIYEV

Müəllif: Qismət TAĞIYEV

QİSMƏT TAĞIYEVİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BƏDBƏXT – QİSMƏT TAĞIYEV

Qismət TAĞIYEV – yazar.

BƏDBƏXT

(Povest)

Bakı –Horadiz sərnişin qatarının  üçüncü vaqonunun ikinci kupesində bir kişi ayaqüstə dayanıb pəncərədən perronda dayanmış  həyat yoldaşı Maisa xanım, 9 yaşlı oğlu Orxan və bu ailənin yaxın dostu Əli həkimlə söhbət edir. Qatar gecə saat 11-də yola düşəcək. Hələ 15 dəqiqə var. Yola salanların əhval-ruhiyyələri yaxşıdır. Deyib-gülür, hərdən  ona əl edirdilər. Vasif:

 –Yaxşı sağ olun! Daha gecdir, həm də soyuqdur. Yaxşı olar evə gedəsiniz. Maisa:

-Düz deyirsən Vasif bura yaman soyuqdur. Lap donmuşam. Onda biz getdik. Özündən müğayət ol. Elə bu an hansısa hissin təsirindən Vasif özünü  tambura çatdırıb vaqonun açıq qapısından onlara baxmaq istədi. Çıxışa tərəf gedirdilər. Sol tərəfdə Maisa  Əlinin qolundan  Əli isə Orxanın əlindən tutmuşdu  və birdən Əli əyilib Maisanın üzündən öpdü. Vasif gördüyundən heç  təəccüblənmədi. Bu birinci dəfə deyildi. Sakitcə qaydıb öz kupesinə gəldi. Başını əlləri arasına alıb oturdu. Çiyninə toxunan əlin təsirindən  başını qaldırıb qarşısında vaqon bələdçisini gördü. Bələdçi:

-Sizə nə olmuşdur? Əgər özünüzü pis hiss edirsinizsə həkim çağırım. Vasif tələsik ayağa qalxıb:

-Yox-yox heç nə lazım deyildir. Zəhmət olmasa yatağı düzəldin. Uzanıb dincəlmək istəyirəm. Bələdçi yatağı düzəldib getdi. Vasif soyunub yatağa uzandı. Xöşbəxtlikdən kupedə ondan savayı heç kim yox idi. Olub keçənləri xatırlayaraq qəti qərara gəlmək istəyirdi. Vaxtı çox idi. Qatar düşəcəyi stansiyaya səhər saat 6-da catacaq. Bütün bunlar gözlənilmədən baş verdi.

 Onun adı Vasifdir. Hələ 50 yaşı tamam deyil, həkimlərin məsləhəti ilə  təqaüdə çıxır. Baş mühəndis  işlədiyi  şırkət  “subpodratçı” təşkilat oub  böyük tikinti şirkətlərinin inşa etdiyi obyektlərdə avadanlıqlar quraşdırır. Bakı şəhəri daxil olmaqla respublikanın bütün bölgələrində olur. İşiləri çox olduğundan elə qazancı da yaxşıdır. 20 ildən çoxdur Bakı şəhərində yaşayır. Həftənin beş gününü işləyib, şənbə- bazar istirahət edir. Amma indi xəstədir. Həkimlərin dediyinə görə o bundan sonra çox ehtiyyatlı olmalıdır. Onurğa beynində zədələnmə var. Yaxşı olar  təqaüdə çıxıb  sakit həyat yaşasın. Onda bu xəstəlik  ola bilsin əvvəllər də varmış. Ancaq sağlamlığımdan heç vaxt şikayət etməmişdir.

İki ay bundan öncə köhnə dostları  Arif, Aydın və Əli  ilə birlikdə dənizkənarı bulvarda oturub çay içirdilər. Sentyabr ayı idi. Axşam saat doqquz olardı. Gündüzün istisindən qaçıb bura pənah gətirmişdilər. Artıq bir çaynik içilib qurtarmışdı. İkincini sifariş vermək istəyəndə , yeyib içməyi xoşlayan  Aydın:

-Əşi rəhmətliyin uşağı, Siz də iş-peşə tapmısınız. Nə görmüsünüz bu çayda. Elə həmişə çay,çay. Vasif sən lap xəsis olmusan.  Dostlarının xətrini çox istəyən Vasif üzünü  Aydına tərəf tutub dedi:

-Qardaş ürəyiniz nə istəyir  mən hazır.

-Mən balıq yemək istəyirəm.

Bu kafedə yemək verilmirdi. Restoranların birinə gedib orda  balıq sifariş etdilər. Hər şey hazır olub yeməyə başlayanda Kürqırağı kəndlərin birindən olan  balıq üzrə   “ekspertimiz” Arif  balıqları bəyənmədi.

-Bunlar hamısı vətəgə balıqlarıdır. Bu balıqları yemlə bəsləyirlər. Həm yağlı olurlar, həm də elə dadlı olmurlar. Bura baxın bu gün neçənçi gündür?

-Üçüncü gün-deyə Əli cavab verdi.

-Elə isə hamınızı şənbə-bazar günü bizim kəndə Kürqırağına dəvət edirəm. Balıq tutarıq, həm də  sahildəki meşədə  kabab çəkərik. Sonra da qəflətən əlini qulağına  apararaq bərkdən oxumağa başladı;

-Kür qırağının əcəb seyrangahı vardır,

Yaşılbaş sonası hayıf ki, yoxdur. Arifin bu hərəkəti hamını güldürdü.

Arif :

-Hə nə deyirsiniz, razısınız? Ariflə Aydın həmyerlidirlər. Hər ikisi Vasif işləyən idarədə iş icraçısıdır. Əli isə Maisa işləyən xəstəxanada şöbə müdüridir. Dostlar Arifin xətrini çox istəyirdi. Onlarda dəfələrlə olmuşdular. Sadə, təvözakar, zəhmətkeş valideynləri var. Vasif Aydınla, Əli ilə məsləhətləşəndən sonra cavab verdi, – razıyıq. Balıq tutmaq  üçün bütün ləvazimatlar  Arifdə vardır. Qərara alındı, şənbə günü dörd  dost  səhər saat 7-8-də  Vasifin “Tayota” markalı maşınınıma əyləşib Kürqırağına getsinlər. Kimin ürəyi hansı İçkilərdən, sulardan istəyirsə özü ilə götürsün. Belə də etdilər. Ancaq yola düşmək məqamında məlum oldu, Əli getməcək. Xəstəxanaya ağır xəstə gətiriblər və həmin xəstəni Əli operasiya edəcək. Artıq saat 11-də Arifgilin kənddəki evlərinin qarşısında maşından düşdülər. Həyət adamlarla dolu idi. Bunlar hamısı Arifin yaxın qohumlarıdır. Uşaqları qarşılamağa gəlmişdilər.Yəqin gələcəklərini Arif  telefonla xəbər veribmiş. Əvvəlcə ata-anası  Muxtar əmi, Atlas xala onlara yaxınlaşıb üz-gözlərindəndən öpüb, xoş gəldin elədilər, Sonra cavanlar. Onlardan biri ayaqları kəndirlə bağlanmış quzunu Muxtar kişinin işarəsi ilə  gətirib uşaqların qarşısında yerə yıxaraq kəsdi. Muxtar əmi:

-Burdan belə  sizlik bir iş yoxdur, keçin evə. Qızların köməkliyi ilə yaxşı-yaxşı yuyunduqdan sonra  açıq eyvanda əvvəlcədən düzəldilmiş  stolun ətrafında oturdular. Muxtar əmi də onlarla əyləşib, hal əhvallaşdı. Vasif də öz növbəsində onun vəziyyəti ilə maraqlandı. Muxtar əmi yaxşıyıyıq-dedi.

-Sağ olsun müstəqil dövlətimizi. Torpaqları verib özümüzə. Ürəyimiz necə istəyir elə istifadə edirik. Yuxarıda dediyi kimi onlar bu evdə dəfələrlə olmuşdu. Bu daşdan kürsüsünün hündürlüyü 1 metr olan, sonrası isə çiy kərpicdən tikilmiş bir mərtəbəli evdir. Divarlarının qalınlığı 80 sm olar. Belə divar yayda  Günəşin yandırıcı  istisini, qışda isə soyuq havanı içəri buraxmır. Nəticədə ev yayda sərin, qışda isti olur.

Süfrədə hər şey var idi. Yerli məhsullardan pomidor salatı doğranmış, üzərinə soğan, bibər, reyhan əlavə edilmiş və birinin yanına bir ədəd acı istiot qoyulmuşdu. Kimin ürəyi istəsə yeyə bilərdi. Düz boşqablarda camış qaymağı, soyutma yumurta, qrafinlər   qatıqdan düzəldilmiş ayranla  doldurulmuşdu. Bir qədər kənarda qoyulmuş stolun üstündə boşqablarda doğranmış qarpız-yemiş düzülmüşdü. Əvvəlcə çay içəndən sonra süfrəyə yemək verildi. Arif də gəlib oturdu. Qonaqlar çay içib söhbət eliyən zaman, lazım olan işləri yerinə yetirirdi. Tilovları, atmaları hazırlayıb, tilovlara taxılacaq  qurdları (soxulcanların) yığılmasına göstəriş vermişdi. Xörək  Atlas xalanın bəslədiyi və öz əliyi çöl ocağında bişirdiyi çolpa ətinin çığırtması idi. Ətiri uzaqdan hiss olunurdu. Bütün bunları görən və yaxşı yeməyi qiymətləndirən  Aydının  keyfi kökəlmişdi:

-Əladır, əladır-deyirdi. Amma nəyisə çatmır. Aydının nəyə işarə etdini bilən və içməklə arası olmayan Vasif:

-Aydın mən ölüm bəsdir. Qoy bu gül kimi nemətləri o zəhrimarsız yeyək. Yeməkdən sonra  qarpız –yemişi verdilər. Yanındada  boşqabda  xüsusi üsulla hazırlanmış şor qoyulmuşdu. Yerli əhali buna Şirvan şoru deyirlər. Qarpız –yemişlə yeyəndə çox ləzzətli olur. Nəhayət hamı yeyib doyandan sonra Muxtar əmi:

-Yol gəlmisiniz, yəqin yorulmusunuz. O başdakı otaqda Sizə yer hazırlayıblar keçin bir qədər dincəlin. Arif  də öz növbəsində:

-Hə atam düz deyir. Bir az dincələk. Kürə saat 4-də gedəcəyik. İndi istidir. Etiraz etmədik. Məsəl var “Qonaq ev yiyəsinin quludur” deyiblər. Gələnlər üçün hazırlanmış otağa daxil olanda buranın həqiqətən çox sərin olduğunu hiss olunurdu. Saat 4-ün yarısında Arif bizi səslədi.

-Hə balıqçılar durun vaxtdır. Kür və onun səfalı meşəsi  bizi gözləyir. Ayağa durub səfər paltarları geyib hazır oldular. İndi onların tamamilə başqa görkəmi vardı. Həyətdə qablaşdırılan şeyləri  Arifin qardaşı Nəsibin at arabasına yığmışdılar. Burda nələr yox idi. Tilovlar, xırda kətillər, mütəkkə, döşəklər, şişlər, qarpız-yemiş, qab-qacaq vardı. Qalan şeylər bizim maşında idi. Arif Nəsibə:

-Qardaş sən yavaş-yavaş sür get bərənin yanına. Orda Qurban əmini tap. Deynən Arif qağam dostları ilə gəlib. Kürü o tərəfinə keçib balıq tutub, meşədə dincələcəklər. Səni də dəvət edirlər. Nəsib arabasın sürüb getdi. On dəqiqədən sonra biz də yola düşdük. Kür o qədər uzaqda deyildi. Kür daşanda ətrafı su basmasın deyə sahil boyu torpaq bənd salınmışdı. Maşınımız getdikcə hər tərəfi toz –duman bürüyürdü. Cəmi 300-400 metr yol gedəndən sonra gəlib bərənin yanında olduq. Maşından düşüb bərənin yanına gəldik. Burada sahil sıldırım qaya kimi idi. Bərə dayanan yerin sağ –sol tərəfinə ağaclar əkilmiş, ağaclar böyüyüb hər tərəfə kölgə salırdı. Hava azca küləkli, həm də sərindi. Araba burda olsa da  Nəsib  yox idi. Bərə sahildə basdırılmış dəmir dirəyə zəncirlə bağlanmış və üstəlik möhkəm qıfıllanmışdı. Az keçməmiş Nəsib gəlib çıxdı. Amma yaman bikefdi. Az qala ağlayacaqdı. Bizim kimi oda gəlib görür bərə bağlıdır. Qurban əminin harada oduğunü öyrənmək üçün buradan 100 m aşağıda olan motorçunun yanına gedir. O da xəbər verir, heç mən də bilmirdim. Günorta olara getdim. Öyrənib ki, Qurban əminin Bakıda fəhlə işləyən oğlunu maşın vurub. Yazıq kişi o qədər tələsik gedib, açarları da özü ilə aparıb. Amma şükür Allaha uşağa elə bir ciddi xətər yetməyib. Bu gün axşam qayıdacaq. Arif tamamilə dilxor oldu. Bu ətrafda ən yaxın bərə 20 km aralıda idi. Ora da getmək sərf etmirdi. Həm yol narahatdır. Həm də oralar başqa kəndin ərazidir. Sonra üzünü bizə tutub:

-Yaxşı uşaqlar  dilxor olmayın. Meşədə yeyib –içməyimiz qaldı sabaha. Nəsib sən balıq tutmaq üçün nəyimiz varsa  ayır yerə qoy. Qalanlarını evə apar. Saat 10-da biz də gələcəyik. Kətilləri də apar. Onlar burada yaramayacaq. Vasif maşını ağacın kölgəsinə sür. Qorxma burda heç kim ona toxunmaz. Burdan 200 metr yuxarıda yaxşı yer var. Orda bizim qayığımız da var. Özünüzlə bir neçə su götürun və tilovları, atmaları aparmaqda mənə kömək edin. Vasiflə, Aydın onun dediklərinə əməl etdilər və arxasınca düşüb çay yuxarı getməyə başladılar. Heç on dəqiqə  keçməmiş üst-başımız, üz-gözümüz tamamilə toz oldu. Gəlib Arif deyən yerə çatıb  cığırla çayın sahilinə endik.    Burda qayalıq sahildən xeyli uzaqlaşmış və nəticədə uzunluğu 200 m, eni 10 metr olan sahə əmələ gəlmişdi. Suyun kənarında güclə hiss olunan dəmir dirəyə taxta qayıq bağlanmışdı. Arif sahil boyu aşağı-yuxarı gedib gələrək onların hər birinə iki tilov, ayrıca qutuda qurd verərək özünə ortada yer götürdü, əgər lazım olarsa tez köməyə çatsın. Bundan sonra atmaları qayığa yığıb, özü də qayığa tullanaraq suyun ortasına tərəf irəliləyərək bir-bir suya tulladı. Bəli balıq ovu başladı. Vasif  Kürün qarşıdakı  sahilinə  nəzər yetirdi. Qəribə idi. Çayın o tərəfi başdan-başa meşə idi. Özu də ağaclar  o qədər hündür idi çayın sahili tamamilə gölgə idi. Bura isə həm isti, həmdə bürkü idi. Yavaş-yavaş əynimizdə olan paltarları soyunurduq. Günəş bütün istiliyi ilə bizi yandırmağa hazırlaşırdı. Ayağımızın altında torpaq çox  yumşalıb artıq  palçığa çevrilirdi. İlk haray yenə Aydından  gəldi. Onun tilovuna iri bir balıq düşmüşdü. Nə qədər əlləşirdisə  çəkib sahilə çıxarda bilmirdi. Köməyə Arif gəldi. Suda balığı xeyli yorduqdan sonra  yavaş –yavaş suyun kənarına gətirib, əlini balığın qulağına keçirərək kənara atdı. Bu 4 kq –dan bir qədər az naqqa balığı idi. Aydın yaman sevinirdi. Vasif ayaqüstə durmaqdan yorulduğu üçün balaca bir təpəcik tapıb üstündə oturdu. Doğrudur bir balaca nəm idi,amma rahatdı. Onun da tilovlarına balıqlar düşdü. Balıqların biri sazan idi  və kilodan ağırdı. Gəldiyimizdən 2 saatdan çox keçməsinə baxmayaraq  gün hələ də yandırırdı. Palçığa batmış ayaqlarımızı tez-tez suda yuyurduq. Arifin atmaları da tez-tez səslənməyə başladı. Arif onları hər dəfə çıxaranda ucunda bir balıq olurdu. Nəhayət saat 8 oldu. Biz dostlar əməlli başlı balıq tutmuşduq. Vasif bərk yorulmuşdu. Qolları yaman gicişirdi.Təklif elədi, daha bəsdir gedəyin. Nəyimiz varsa yığışdırıb evə gəldik. Atlas xala bir neçə qazan istisu hazırlamışdı. Bulananları soyunub töküb yüngül paltarlar geyərək yenə eyvana çıxdıq. Arif hələ həyətdə idi. Onun yanında tanımadığım 4-5 adam vardı. Arifin dostları imiş. Gəlişini eşidib gəlmişdilər. Buralı olsalar da bizim tutduğumuz balıqları görüb məəttəl qaldılar. Arif balıqları təmizləməyi yoldaşlarına tapşırıb   manqalı gətirtdi. İçərisinə kömür töküb od vurandan sonra  quzu ətinin qabırğalarından kabablıq doğrayıb şişlərə çəkdi. Az sonra bu şişlərə balıqlar əlavə edildi. Biz Muxtar əmi ilə söhbət edib çay içirdik. Tam bir saatdan sonra bizi yenidən süfrəyə dəvət etdilər və elə bu vaxt həyətə daxil olan maşının gur ışığı oturanların üzərinə düşdü. Maşın  düz gəlib onların yanında dayandı. Bu çox bahalı  maşındı. Vasif o dəqiə maşını tanıdı. Bu Əlinin maşını idi. Hər iki tərəfdən qapılar açıldı. Sükan tərəfdən Əli, digər tərəfdən isə bir qadın düşdü. Bədənə çox kip oturmuş qolsuz kofta və cins şalvar geymiş qadın Vasifin arvadı Maisa idi. Hamı ayağa qalxıb onlara xoş gəldin –deyəndən sonra stola dəvət etdilər. Maşında yatmış Orxanı evə apardılar. Qonaqlıq gecə saat 2-yə kimi davam etdi. Aydın  özunə təzə həmdəmlər tapmışdı. Məclisin axırına yaxın daha ağızdeyəni qulaq eşitmirdi. Gözəl məclis idi. Xüsusi  ilə təzə balıq kababı çox dadlı idi. Təkcə Vasifin üzü gülmürdü. Dilxor olduğundan stoldan qalxıb bir siqaret yandırıb ayaqyoluna tərəf yönəldi. Buralarda ayaqyolunu həyətin uzaq küncündə tikirlər. Yol manqalın yanından keçirdi. Başları qarışıq olduğundan  Vasifin yaxınlaşdığın hiss etməyən Aydın:

-Ə, Arif bizim dostluq etdiyimiz Vasif oğraşın, dəyyusun biri imiş. Gecənin bu vaxtında, bu yiyəsiz çöllü biyabanda arvadın nə ölümü  var yad kişinin maşınında. Kimi inandıra bilərsən onlar düz adamdır. Sən öləsən mənim  arvadım nəinki gecə, gündüz yad adamın maşınına minə ha, onun başını it başı kimi rus qiblləsinə kəsərəm. Odur ey sizdə olduğumu eşidib zəng vurub  olar məndə gəlim. Dedim öl yerində. Bütün deyilənləri  eşitməməzliyə  vurub sakitcə onların yanından keçib ayaqyoluna və tez qayıdıb öz yerində əyləşdi. Maisa ilə Əli yanaşı oturmuşdular. Özləri ilə gətirdiklər litlik rus araqlarından fincanlara süzüb Arifin kənddəki  dostları ilə içirdilər. Təzə   tanışlar da  söz verdilər sabah onların növbəsidir. Əziz qonaqlara meşədə qulluğu özləri edəcəklər. Uzun görüşmələrdən, təkrar qucaqlaşmalardan sonra nəhayət saat 3-də otağa girib dincəlmək istədilər.

Əziz oxucular! Haqqında söhbət açdığım Vasifin həyatı o qədər keşmə-keşli olub, bütün olanlar barədə dəqiq məlumat verməyə çətinlik şəkirəm. Odur ki, əvvəlki həyatı  və sonrakı taleyi haqqında məlumat verməyi  onun öz öhdəsinə buraxıram.

 -Aydınla Əli elə  o saat yatdılar. Amma mən… İlan vuran yatdı mən yata bilmədim. Bədənim od tutub yanırdı. Qapı-pəncələr taybatay açıqdı. Səhərə yaxın yuxuya getsəm   də səsə-küyə ayıldım. Yerimdən ayağa qalxmaq istədim və həmin anda ağrıdan qışqırmağa başladım. Səsimə yüyürüb gələnlərə heç nə deyə bilmirdim. Yavaşca kürəyimi göstərdim. Uşaqlar məni geyindirib, əllərində  həyətə gətirib stulda oturtdular. Məni soyuq tər basırdı. Üzümə su vurdular. Ayağımı isti vanna elədilər. Kürəyimi ovuşdurub  isti çay içirdəndən sonra bir balaca sakitləşdim. Ayağa durmağa qorxurdum. Ağrı gah sol tərəfdə, gah da sağ tərəfdə olurdu. Böyrəklərimdən şübhələnirdim. Əli həkim yaxınlaşıb əlinin tini ilə hər iki böyrəklərimin üstündən əvvəlcə yavaşca, sonra isə bərkdən vurdu. Ağrı yox idi.  Sənin belin ağrıyır. Bu sinir ağrısıdı. Möhkəm soyuqlamısan.Ev sahibi Arifdən isə lap qəribə təklif gəldi:

-Yığışıb gözləmədən şəhərə  getmək lazımdır. Burda qalmaq olmaz. Bu gün bazar günüdür. Lap elə iş günü ols ada burda nə həkim, nə dərman var. Məni arxa oturacaqda uzandırıb başımın altına yastıq qoydular, hamı ilə görüşəndən sonra yola düşdük. Maşını Arif sürüdü. Aydın da yanımızda idi. Maisa, Orxan yenə Əlinin maşınına mindilər. Maşın silkələdikcə ağrılarım artırdı. Hacıqabula çatanda daha dözə bilmirdim. Xəstəxanaya dönüb bir ağrıkəsici iynə vurdurduq. Evimizə çatanda saat 3 olardı. Məni köməkləşib 3-cü mərtəbəyə öz evimizə qaldırandan sonra Ariflə Aydın evlərinə getdilər. Yaxşı ki, arvadım, oğlum yanımda idi. Maisa həkimdir. Həm də qohumumdur. Bibim qızıdır. Nəbzimi yoxlayıb təzyiqımi ölçdü. Təzyiqim yüksək idi. 100-ün  185-ə. Yenidən qaça-qaç düşdü. Təcili yardım  xəstəxanasına yollandıq. Damarlarlarıma  iynə vurub təzyiqi aşağı salsalar da sinir ağrılarım şiddətlənirdi. İş o yerə gəldi, sol ayağım iflic oldu. Növbətçi həkimlər heç nə edə bilmirdi. Sonra hansısa həkimə zəng vurdular. Xəstəliyin əlamətlərini dedilər. Ümumi qərarla daha bir sakitləşdirici iynə vurdular. İynə vurulandan sonra ağrılar yavaş-yavaş sakitləşməyə başladı və yarım saatdan sonra  tam rahat oldum. Ayağa durub bir neçə addım gəzindim. Ancaq əlimi sol ayağıma vuranda bərk qorxdum. Ayağımın ombadan dizimə qədər olan hissəsində həyat əlaməti yox idi. Bu hissə elə bil quru yumru ağac idi. Həkimin biri məsləhət gördü, mənə təkbaşına yerimək olmaz, hər an müvazinətimi itirə bilərəm. İndi qayıdıb evinizə gedə bilərsiniz. İynənin təsirindən yaxşı yatacaqsınız. Sonra qələm, kağız  götürüb özünün tanıdığı həkimin adını, ünvanını və telofonunu yazıb bizə verdi:

-Məsləhət bilirəm, bu həkimin yanına gedin. O Sizə kömək edər. Onlara təşəkkür edib evə qayıtdıq. Məni öz çarpayıma uzandırıb, üstumü yorğanla örtəndən sonra Maisa:

-İndi sənə çay gətirərəm içərsən. Bilmirəm yerin rahatlığndanmı və yaxud yorğunluğumdanmı  dərhal yatmışam. Maisa Əlini öz evinə getməyə qoymur, qorxur, birdən nəsə olar. Ertəsi gün məni oğlum Orxan oyatdı:

-Ata dur! Anam səni həkimə aparacaq. Yüngül səhər yeməyi yeyib, çay içəndən sonra üçümüz də aşağı düşdük. Maşın öz yerində idi. Maisa pultu işə salıb qapıları açdı. Əvvəlcə məni oturtdular. Orxan keçib arxada oturdu.

– Bəs maşını kim sürəcək?

-Mən.

-Necə  sən maşın sürə bilirsən?.

-Hə. Sən buralarda olmayanda mən Əlidən xahiş etdim, mənə maşın sürməyi öyrətsin. Bir neçə ayın içərində mən yaxşı şagird oldum və indi əla maşın sürürəm. İstəyirdim sənə sürpriz edim.

-Yaxşı sürprizdir-deyə istehza ilə cavab  verdim. Maisa sükan arxasına oturub maşını işə saldı və həyətdən keçib, küçəyə çıxdıq. O maşını çox inamla idarə edirdi. Heç bir təlaş, həyacan yox idi. Yolüstü Orxanı oxuduğu məktəbə qoyduq. Bir az qaçandan sonra dayanıb  bizə əl elədi. Orxan  8 saylı orta məktəbin 3-cü sınfındə oxuyur. Bu uşaqda mənə oxşayan heç bir əlamət yoxdur. Onun saçları, qaşları, kirpikləri və gözləri qaradır, Mən isə  bir qədər sarışın olmaqla yanaşı gözlərim qəhvəyi rəngdədir. Ümumiyyətlə Allah-təala məni yaradarkən  öz səxavət əlini bir qədər əsirgəmişdir. Mən hündürboylu, arıq çəlimsiz bir adamamam. Başımın ön hissəsi girinti-çıxıntısı olan dəniz sahilinə oxşayır. Ortada  yarımada şəklində tük zolağı uzanıb alnıma qədər gəlir, öz növbəsində hər iki tərəfdən tükü olmayan üçbucaq şəkilli zolaq  yuxarı qalxır. Ən pisi isə mənim sol çiynimdən biraz aşağı anadangəlmə qozbelə oxşar bir şey vardır, hətta ən yaxşı tikilmiş kostyumu geyəndə belə kostyumun sol tərəfində yuxarı qalxma əmələ gəlir.

Maisa bizə verilən ünvanı çox asanlıqla tapdı. O burada Bakıda  anadan olmuşdur. Şəhəri yaxşı tanıya bilərdi. Ancaq avtomobil yollarında belə sərbəst hərəkət etməsi ondan xəbır verirdi ki, o bu işə lap çoxdan başlamışdır. Nə isə, mənim xəstəxanada qəbul edilib, müayinəm, analizlərin cavabının alınması tam 3 gün çəkdi. Bundan sonra həkimin məsləhəti ilə ev şəratində mam bir ay müalicə  olunacağımı, bu işləri bacaran xüsusi tibb bacısı ayıracaqlarını dedi. Onu da qeyd etdilər ki, yaxşı eləyib birbaşa Bakıya gəlmişəm. Cüzi səhv məni ömürlük yatağa sala bilərdi.

Bütün müalicələr olandan sonra yenidən həkimin qəbulunda oldum. Həkim hərtəfli yoxlayandan sonra:

-Hə yaxşısan. Qalanı baxır sənin özünə. Həmişə soyuqdan qorunmalısan. İşləmək olmaz. Həkimlərə yaxın yerdə yaşamalısan, vaxtında köməyinə çata bilsinlər. Yaxşı olar təqaüdə çıxasan. Sərbəst olarsan. İldə bir-iki dəfə sanatoriyalarda, istirahət evlərində dincələrsən. Bunun sənə çox xeyri dəyər. Əsəblərin sakitləşər. Onu da deyim, mən evdə müallicə olunan vaxtı bir dəfə də olsun Əli bizə gəlmədi. Yəqin Maisa tapşırıb. Çünki məlum Kürqırağı  hadisəsindən sonra onun  yanımızda olmağı məni özümdən çıxarırdı.

Həkimin dediyi ilə razılaşdım. Bizim yaşamaq üçün heç nəyə ehtiyacımız yox idi. Evimiz, maşınımız, kiçik və təmirsiz olsa da bağ evimiz var. Maisa işləyir, özü də yaxşı qazanırdı. Mən də yəqin ki, 500-600 manat təqaüd alacağam. Odur ki, ərizə verib işdən çıxdım. Ancaq təqaüd üçün sənədlər toplananda məlum oldum oldu iş stajımın 5-6 ili doğulduğum Göytəpə rayonunda qalmışdır. İndi həmin sənədləri almaq  üçün qatarla ora gedirəm. Saata baxdım. Saat 4-ə işləyirdi. Hələ də yata bilmirdim.Tambura çıxıb bir siqaret  çəkəndən  sonra yenidən yatağa uzandım .

Kimsə məni silkələyirdi. Gözlərimi açdım. Bələdçi idi:

 -Hazırlaşın indi sizin stansiyadır. Durub  yaxşıca yuyunduqdan sonra yol paltarlarımı soyunub, səliqə ilə əl  çantasına yığdım. Kostyumumu, yüngül paltomu  geyinərək, şeylərimi götürüb tambura gəldim. Hava hələ qaranlıq olduğundan  heç nə ayırd etmək olmurdu. Nəhayət qatar dayandı. Bələdçi qapını açdı. Üzümə xoş, təmiz  hava toxundu. Sinə dolusu nəfəs alıb öz ürəyimdə “oxay” dedim. Perrona düşüb çıxışa tərəf getdim. Ətraf  adamla dolu idi. Elə bilirdim Bakıdan təkcə  mən gəlirəm. Sən demə insanların əksəriyyəti qatardan istifadə edirmiş. Qatarla getmək həm rahat, həm ucuz, ən başlıcası təhlükəsizdir. Bu stansiyanın adı Dağburnudur. Gözəl yaraşıqlı binası var. Mən buralarda olanda tikilmişdi. Buraları əla tanıyıram. İş icraçısı işləyəndə mənim obyektlərimə göndərilən materialları bu stansiyadan daşıyıb aparardım. Gedəcəyim rayon mərkəzi  Göytəpə şəhəri burdan 18 km aralıda yerləşir. Dayanacağa  yaxınlaşıb  avtobusla getmək istəyirdim . Hər tərəfdən üstümə 5-6 adam hücüm çəkdi.

-Qardaş şəhərə gedirsən gəl aparım. Elə bu vaxt o biri tərəfdən başqa birisi; ə Həsən utanmırsan görürsən qardaş mənim maşınıma tərəf gəlir. Bəli burada bir mərəkə qopdu  gəl görəsən. Axırda iri cüssəli  bir kişi:

-Ayə, bəsdirin iki manatdan ötrü niyə bir-birinizi qırırsınız, qonaqdır bir az mədəni olun, özü kimin maşında əyləşər apararsınız. Mən keçib əvvəlcədən məni çağıran oğlanın maşınında oturdum. Nədənsə onun müraciəti xoşuma gəlmişdi. Nəhayət yola düşdük. Hava artıq işıqlanmışdı. Mən sürücünün yanında oturmuşdum. Ətrafı yaxşı seyr edə bilirdim. Yol çox rahat idi. Dörd yol kəsişməsində  böyük hərəkət darəsi düzəldilmiş, ətrafı yaxşıca abadlaşdırılmışdır. Yol boyu  müstəqil Azərbaycanımızın memarı və yaradıcısı  Ulu Öndərimiz Heydər Əliyevin Vətən, torpaq, gənclər haqqında dedyi sözlər yazılmış reklam lövhələrinə rast gəlirdik.

Yarım saatdan sonra  mən rayon mərkəzində  “kruq” deyilən yerdə maşından düşdüm. Gedəcəyim bir yer yox idi. Atam, anam vəfat etmiş, onlardan  sonra evimiz satılmış pulu bacımla, mənə verilmişdi. Mən öz payımın yarısını götürdüm. Bacım həmin pulla və üstəlik atamın biz institutda oxuyarkən aldığı 2 otaqlı mənzili sataraq yeni binada 3 otaqlı mənzil aldı. Dost, tanışdan söhbət gedə bilməz. Uzun illərin ayrılığından sonra mən heç bilmirəm onlar sağdır,  vəfat ediblər və ya  ayrı yerə köçüblər. Mənim burdan köçüb getdiyim 20 il olardı. Doğrudur atam, anam rəhmətə gedəndə bura gəlsəm də yalnız evimizdə oldum. Ətrafa nəzər saldım. Hər yan  tamamilə  yenidən düzəldimişdir. İlk  olaraq özümün inşa etdiyim    obyektlərə baxmaq istədim. O vaxt   mən bizim idarənin  şəhərdə olan obyektlərinin iş icraçısıydım. Onlar çox deyidir. Cəmi üç obyektdir. Beşmərtəbəli yaşayış binası, prokurorluğun inzibatı binası və raykom işçiləri üçün 2 mərtəbəli yaşayış binası. Bu binaların tikintisi  hər biri mənim həyatımda öz izini qoymuşdur. Bu izlərin nədən ibarət olduğunu  sonra söyləyəcəm.

Sənədlərimi götürmək istədiyim arxiv idarəsi saat 10-da açılacaq. İndi hələ  saat səkkizdir. Kifayət qədər vaxtım var. Hər üçünə baxdım. Yaxşı qalmışdılar. Bilirsiniz  hər bir bəstəkarın, rəssamın, yazıçının öz əsəri oduğu kimi, biz inşaatçıların əsəri tikdiyimiz binalardır. Oradan  birbaşa bazara getdim. Bir qədər buralarda dolandıqdan sonra şəhərin mərkəzində olan Heydər Əliyev  adına istirahət parkına gəldim. Alaqapıdan daxil olduqda parkın çox gözəl, həm də möhtəşəm tikildiyni görürsən. Qarşıda mərmərlə üzlənmiş hündür postament üzərində Ulu Öndərin ayaq üstündə heykəli qoyulmuşdur. Əlini  İşğal altında olan bizim Füzuli,Cəbrayıl, Zəngilan, Laçın, Qubadlı torpaqlarına tərəf uzadaraq xalqımızın həmin torpaqların azad edilməsinə çağırır. Yaxınlaşıb heykəlin önündə durdum və bütün varlığımla Ona baş əydim. Qayıdıb parkdan çıxandan sonra yaxınlıqda bir çayxanaya rast gəldim. Ağacların aıtlnda kənarda qoyulmuş tənha  stolda oturub  cay və səhər yeməyi sifariş etdim. Bunları tez verdilər. Yemək yeyib, cay içib pulunu verəndən sonra saata baxdım. Saat 10 idi və mən arxiv idarəsinə yollandım. İdarəni tanıyırdım. Əgər yerini dəyişməyiblərsə 5 dəqiqəlik yoldur. İşlərimi tez qurtarmaq istəyirdim. İstəmirdim məni burda kimsə görsün və yaxud tanısın. Ailəmizin adına ləkə gətirmiş, məni bu şəhərdən Bakıya köçməyə məcbur etmiş hadisəni burda uşaqdan –böyüyə hamı bilir.

İdarəyə çatıb açıq qapıdan içəri girib sağ tərəfdə müdir yazılan qapını döydüm. İçəridən:- Gəlin  səs eşidildi. Müdir otağına daxil oldum. Qapıya yaxn qoyulmuş stolun arxasında gənc bir qız kompüterdə nə isə yazırdı. Qarşı tərəfdə  stolun arxasında  gözlərinə eynək taxmış bir az yaşlı xanım əyləşmişdi. İri bir kitabı vərərələyib hərdən qeydlər edirdi. Mən:

-Salam! Sabahınız xeyir-dedim. Gənc qız salamımı aldı. Elə müdirə xanım da gözlərini kitabdan ayırmayaraq salamımı aldı və buyurun eşidirəm deyə cavab verdi. Ona yaxınlaşdım və tanıdım. Bu Zəminə idi. Mənim İlk sevgim. Bu dəfə ona adı ilə:

-Salam Zəminə! Adını eşitcək başını qaldirıb xeyli mənə baxdı və birdən ayağa qalxıb mənə yaxınlaşdı:

-O Vasif salam, salam. Xoş gəlmisən, xoş gəlmisən  və məni qucaqlayıb dəlicəsinə üz gözümdən öpdü. Gənc qız durub otaqdan çıxdı. Ay canım sən elə birdəfəlik yoxa çıxdın. Gəl, gəl əyləş, görək səni  buralara gəlməyə  nə vadar edib. Mən karıxb qalmışdım. Zəminəyə buralarda rast gələcəyimi heç ağlıma belə gətirmirdim. Sonra  mənə yer göstərdi. Özü də keçib qarşımda əyləşdi.

-Hə söylə görək nə var, nə yox. Oğlun, xanımın necədir? Deyirlər sənin ikinci xanımın yaman gözəldir. Görənlər deyir lap elə Cokandanın özüdür. Mən:

-Sağ ol Zəminə! Hər şey yaxşıdır. Mən özüm bərk xəstələmişəm. Xəstələndiyimi, təqaüdə çıxdığımı və gəlişimin səbəbini dedim. Sənədlərimi alıb baxandan sonra Aysunu çağırıb lazımi tapşırıqları verdi. Birdən ayağa qalxıb gülə-gülə Molla aşı görüb Quranı yaddan çıxardan kimi, mən də səni görüb sevindiyimdən çay  verməyi də unutdum. Sonra qapını açıb:

-Aysu bala  gəl bizə çay ver. Mən ona fikir verdim. O çox yaxşı qalmışdı. Əynində ona yaraşan boz kostyumu vardı. Yenidən gəlib qarşımda əyləşdi. Mən də öz növbəmdə ondan bir xəbər tutmaq istədim .

-Bəs sizdə nə var, nə yox, ailən, uşağın varmı?-deyə soruşdum.

-Heç nə yoxdur. Ali məktəbə daxil oldum. Bir neçə idarədə  işləyəndən sonra bir il olar bura göndəriblər.

-Axı necə ola bilər bütün qızlara sən adaxlı tapırdın, amma özünə bir oğlan tapmadın.

-Düz deyirsən mənim belə xasiyyətim vardı. O vaxt qızların ikisini sənin oğlanlarına verdim, sonra işlədiyim idarələrdə bir neçə qızı ərə vermişəm. Elə mənim özümə də çoxlu elçi düşən oldu, səndən sonra mən heç kimi sevə bilmədim. Amm bir şey  bu günə kimi mənə qaranlıq qalır. Necə oldu, biz bir-birimizi sevdiyimiz  halda sən qəflətən yoxa çıxdın və məni qoyub gedib o musiqi müəlliməsini aldın. O da sənə elə xəyanət elədi. Qulaq as Vasif elə bil ürəyimə dammışdı, bu günlərdə səni görəcəyəm. Mən sevgimizə aid bir neçə şer yazmışam. Bir həftə olar, onları evdən gətirib yanıma qoymuşam. Ayağa durub stolun rəfindən bir qovluq çıxarıb içərisindən üç vərəq götürüb mənə verdi. Alıb baxdım. Özü kmi şerləri də səliqə ilə yazılmışdı. Hə niyə susursan bəlkə deyəsən. Onsuz da bu heç nəyi dəyişmir. Ancaq səbəbini bilsəm yaxşıdır. Mən başımın işarəsi  Aysunu göstərdim.

Zəminə  -Qızım sən gedə bilərsən. Nahardan sonra gələrsən.

O vaxtdan neçə illər ötmüşdü. Amma mənim yaxşı yadımdadır, nə üçün ondan ayrıldım.

Yay günlərinin birində mən dostlarımla birlikdə  çimməyə getmişdim. Suda xeyli qalandan sonra sahilə uzanıb özümüzü günə verirdik. Mənim yanımda uzanan Telman Zəminəgilin qonşusu idi. Mən  ondan Zəminəni  tanıyırsan-soruşdum:

-Hə, necə bəyəm və birdən oturdu, təəcüblə üzümə baxdı. Bura bax Vasif sən mənim dostumsan. Səni xəbərdar edirəm. O qızdan aralı dur. Onlar yaxşı ailə deyillər. Atası təqaüdçü, anası müəllimədir. Özü də çox həyasız ailədir. Yapışdılar əl çəkməyəcəklər. Elə bu yaxınlarda böyük bacısını ərə verdilər. 3 gündən sonra qayıdıb gəldi. Yəqin işləri korlayıbmış.

İndi uzun illərdən sonra ondan nə üçün ayrıldığımı ona necə deyə bilərəm. Mən:

-Yox Zəminə səbəbini sənə deyə bilmərəm. Bu çox pis xəbərdir.

-Danış. Səndən xahiş edirəm söylə. Axı biz indi uşaq deyilik və mən o vaxt eşitdiklərimi ona dedim.

Bir müddət sakit dayandı. Başını qaldırıb üzümə baxdı. Kömür kimi qaralmışdı. Əvvəlcə sakit, sonra isə bərkdən:

-Sən  axmaqsan, həm də əclafsan. Sənin dediyin Zəminə bizdən 2 ev o tərəfdə olur. Atamla anam ayrılandan sonra biz ora təzə köçmüşdük. Mənim anam müəllimə yox tibb bacısıdır. Sənə ona görə axmaq deyirəm ki, bütün bunları mənim özümdən öyrənə bilərdin. Sonra əllərini üzünə tutub hönkür-hönkür ağladı. Ona yaxınlaşıb təskinlik vermək istədim.

Yox, lazım deyil. Al sənədlərini çıx get. Xahiş edirəm. Sən mənim qəlbimi qırdın.

Sənədləri alıb otaqdan, oradan da küçəyə çıxdım. Bərk həyacanlanmışdım. Bir qərara gələ bilmirdim. Bir siqaret çıxartdım, yandırıb çəkə-çəkə gəldiyim yolla geri qayıtdım. Bir də gördüm, səhərki çayxananın yanındayam. Yenə həmin stolda oturub çay sifariş etdim. Bir –iki stəkan çay içəndən sonra Zəminənin şerləri yadıma düşdü. Cibimdən çıxarıb oxumağa başladım. Serlər çox idi. Ancaq ikisi lap təsirli idi.

                      Nə sən mənim oldun, nə də mən sənin

Bu eşq yolumuza dərd, kədər çökdü,

Sənin də, mənim də qəddimi bükdü,

Zaman başımıza sığalın çəkdi,

Nə sən mənim oldun, nə də mən sənin.

* * *

Yandı qəlbimizdə arzu diləklər,

Sındı ümüdimiz, sındı ürəklər,

Əsdi yolumuza soyuq küləklər,

Nə sən mənim oldun, nə də mən sənin.

* * *

Bu eşqi ayıran döngələr oldu,

Bu eşqin üstündə kölgələr oldu,

Bizim yolumuzda ilgələr oldu,

Nə sən mənim oldun, nə də mən sənin.

* * *

Günləri puç etdik, itdi vaxtımız,

Bu eşqdə saraldı soldu baxtımız,

Belə yazılıbmış alın yazımız,

Nə sən mənim oldun, nə də mən sənin.

* * *

Tarın pərdəsində kökləndik gün-gün,

Eşqin qucağında yükləndik gün-gün,

Zaman xəlbirində ələndik gün-gün,

Nə sən mənim oldun, nə mən sənin.

                           Bu sevgi yoluma niyə çıxırdı?

Qəlbə acı həsrət dolacaqsa,

Sonunda ayrılıq olacaqsa,

Bu eşqdən göz yaşı qalacaqsa,

Bu sevqi yoluma niyə çıxırdı?

* * *

Süfrə tək önümə sərdi kədəri,

Ömrümə bolluca verdi kədəri.

Bağ saldım, bağımdan dərdi kədəri,

Bu sevgi yoluma niyə çıxırdı?

* * *

Bir həzin musiqi ola bilmədi,

Süzülüb qəlbimə dola bilmədi,

Əbədi mənimlə qala bilmədi,

Bu sevgi yoluma niyə çıxırdı?

* * *

Vəfasızlıq məni köksünə saldı,

Sevincli günlərim əlimdə qaldı,

Gecənin köksündə ulduz kimi axdı,

Bu sevgi yoluma niyə çıxırdı?

* * *

Şərab tək eşqimi başına  çəkdi,

Şumlayıb köksümü sevgi dərd əkdi,

Neyləyim,köksümdə yanan ürəkdi,

Bu sevgi yoluma niyə çıxırdı?

Oxuduqlarımdan dəhşətə gəlirdim. Bu fəryad idi. Sevgilisini  bütün varlığı ilə sevən, lakin ondan vəfasızlıq görən bir aşiqin fəryadı idi.

 Xeyli fikrə getmişdim. Stəkanların səsin eşitdim. Çayçı idi. Stolun üstündə olanları aparırdı. Yenə saata baxdım. 3-ə işləyirdi. Mən nahar da etməliydim. Çayçını səslədim. Sizdə yemək olur?-soruşdum. Hə var. Adlarını  dediyi xörəklərdən  yarım  boşqab hinduşka ətinin şorbasnı, birdə də kortof pürəsi ilə kotlet sifariş etdim. Bilmirəm havanın təsirlndənmi oldu gətirilənlərin hamısını iştahla yeyib qurtardım.

İşlərimi tamam qurtarmışdım. Bakıya yenə qatarla qayıdacaqdım. Qatar  axşam saat 10-da yola düşəcək. Ona qədər belə qala bilmərəm. Hava günəşli olsa da soyuqdur. Həm bərk yorulmuşam, həm də mənim kimi xəstə adamın açıq havada xeyli qalması    qorxuludur. 5-6 saatlığa qonaq evinə getməyə dəyməz. Ağlıma gələn fikirdən sevindim. Elə öz evimizə gedim. Evi bizdən alanların oğlu İlkin məni tanıyır. Vəziyyəti deyərəm. Etiraz etməzlər.

Budur gəlib evə çatdım. Hündür daş hasar, dəmir darvaza və kiçik giriş qapısı əvvəlki yerində idi. Hətta zəngçalan  da bizdən qalan idi. Bərk həyacanlanmışdım. Bir neçə dəqiqəlik tərəddüdən sonra zəngi basdım. və gözlədim. Qapı açıldı. Qarşımda yaşlı qadın dayanmışdı. Salamlaşdıqdan sonra İlkini soruşdum. Evdədir dedi. Buyurun keçin içəri.

-İlkin səni soruşurlar. Buralar belədir. Gələnin kimliyini soruşmazlar. Amma şəhər. Şəhərdə camaat bir-birini tanımadığından gərək 7 arxa dönənini sadalayasan, gəlişinin məqsədini deyəsən. Bizə tərəf əllərində əlcək, bel, ayağında uzunboğaz çəkmə, həsir papaq olan bir cavan öğlan yaxınlaşırdı və birdən məni tanıyaraq:

-Boy, Vasif sənsən. Xoş gəlmisən deyib, məni qucaqladı. Ana bilirsən bu kişi kimdir. Bizə evi satandır.

Ana: –xoş gəlib. Bəlkə evi qaytarmaq istəyir, amma nə yaxşı olar. Əşşi bu boyda ev olar. Yığışdırmaq da olmur. Sən də  hələ tərpənmirsən. İlkin məndən çox cavandı. 30 yaşı olardı.

Məni  evin qarşısında mozaik plitə döşənmiş meydançada qoyulmuş  stolun ətrafında oturtdular. Gəlişimin məqsədini dedim. İlkin:

-Lap yaxşı eləmisən. Hamam 5 dəqiqəyə hazır olacaq. Sonra bir az yatıb dincələrsən. Stansiyaya  tez getmək lazım deyildir.Yer həmişə olur. Maşınım var, səni özüm aparacam.

Hamamda yuyunduqdan sonra yenidən  stola dəvət olundum. Qar kimi ağappaq süfrənin üzərində əsl çay dəstgahı  düzəldilmişdi. Burda nə desən vardı. Mürəbbələr, şirniyyatlar. Xanımnisə ana  mürəbbələri bir-bir  göstərib deyirdi:

-Bax bu ürəyə xeyirdi, bu iştahanı artırır, bu soyuqdəyməyə xeyirdir. Yaxşıca çay içəndən sonra İlkin:

-Anam sənə yer hazırlayıb. Çıxıb uzana bilərsən. Mən:

 -Yox İlkin. Hamamdakı isti su yorğunluğumu aparıb, İstəyirəm bir az həyətdə gəzəm özü də tək. Axı mən burada doğulmuşam, uşaqlığım, gəncliyim burda keçib. İlkin məni başa düşdü və: – öz işindir – dedi. Həyəti gəzməyə başladım. Əvvəlcə evin xarici görünüşünə nəzər yetirdim, tamamilə köhnəlmişdi. Atam bu evi keçən əsrin 70-ci illərində tikdirmişdi. O dövrə görə ən böyük, ən yaraşıqlı evlərdən biri idi. Həyətdə də elə dəyişiklik edilməmişdi. Hovuz, dincəlmək üçün kiçik talvar və hərəkət üçün mozaik plitə döşənmiş cığırlar dururdu. Ancaq baxımsızlıqdan hamısını ot basmışdı. Atam dünyanın hər yerində nadir meyvə ağacları, gül-çiçək gətirib əkmişdi. İlin hər bir fəslində bura  sanki cənnət idi. İndi o tülpanlar, pionalar, qızılgüllər, nərgizlər yox idi. Yaxşı yadımdadır bacım Aybənizlə  bu cığırlada, talvarın altında oynayardıq. Gül-çiçəkdən  doslarımıza, müəllimlərimizə pay aparardıq və hamısı bir ağızdan –Oy nə gözəl güllərdir.

Həyətdən qayıdıb evə daxil oldum, ortada enli dəhlizr vardı. Dəhlizdən hər iki tərəfə qapılar qoyulmuşdu. Sağ tərəfdə qonaq otağı, ata, anamın otağı, sol tərəfdə əvvəlcə mətbəx, mənim, bacımın otağı  və nəhayət dəhlizin başında böyük bir ziyafət otağı var idi ki. Bura tez-tez qonaqlarla dolu olardı. Mənə elə öz otağımda yer aşmışdılar. Keçib uzandım və dərhal da yuxuya getmişəm. Məni İlkin oyatdı.Vasif dur yavaş-yavaş hazırlaş. Ayağa qalxıb yuyundum. Məni qonaq otağına dəvət etdilər. İlkinin atası da burda idi. O fermerdir. Şəxsi təsərrüfatı var. Mənimlə görüşdü. Atam haqqında xoş sözlər  dedi. Yeməklər verildi. Yeyib –içəndən sonra yola hazırlaşdıq. Ev sahibləri ilə sağollaşıb onlara qonaqpərliyinə görə təşəkkür etdim. Maşın küçədə idi. Bu  dördyerlik, arxası kuzov olan yapon maşını idi. İlkin:

-Bu maşın gündüzlər atamda, gecələr isə məndə olur. Stansiyaya gəlib qatara bilet aldıq. Qatar vaxtında gəldi və İlkinlə sağollaşıb vaqona mindim. Yenə tək idim. Soyunub  yatağa uzandım. Gündüz yaxşı yatdığımdan gün ərzində olanları, Zəminə ilə söhbətimizi xatırladım. Ona haqq qazandırıram. Zəminə düz deyirdi, doğrudan mən axmaq olmuşam, mən deyilənləri onun özündən soruşa bilərdim. Yenidən yazdığı şerləri oxudum.

Arvadımı, oğlumu  yadıma saldım. İdarədə işləyərkən  uzun müddət ezamiyyələrdə olduğumdan Orxana o qədər də yaxşı nəzər salmamışdım. Ancaq evdə olduğum iki ay ərzində ürəyimə soxulmuş şübhələr məni dincəlməyə qoymur. Mən hər şeyi götür –qoy edirəm. Bax  mən arıq,cılız bir adamam, özüm də sarışın, gözlərim qəhvəyidir. Ağzım yaxşı örtülmür, bəs necə olur, öğlum  saçı, qaşı, gözü qara, üzü ağ  gəşəng oğlandır. Bu şübhələr mənim  içimi didib dağıdırdı. Özümə qəti söz verdim ki, tezliklə bu məsələni aydınlaşdırım…

…ardı var…

…ardı >>>>BƏDBƏXT – QİSMƏT TAĞIYEV

Müəllif: Qismət TAĞIYEV

QİSMƏT TAĞIYEVİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏYALƏTDƏN GƏLƏN OĞLAN – QİSMƏT TAĞIYEV

Qismət TAĞIYEV – yazar.

Əyalətdən gələn oğlan

 II hissə

     İki il olardı tez-tez Azərbaycan Tibb Universitetinin  auditoriyalarında və  tədris korpusunda əlində iş çantası yaraşıqlı, zövqlə  geyinmiş, saçlarına dən düşmüş bir kişiyə rast gəlmək olurdu.Tibb elminə verdiyi töhfə, yazdığı çoxlu sayda elmi əsərləri, monoqrafiyaları nəzərə alaraq  elmi şura ona professor vəzifəsini vermişdi. Universitetdə Anesteziologiya elmindən mühazirələr oxumaqla yanaşı, yeni tikilmiş cərrahiyyə xəstəxanasında  cərrah işləyirdi. Ürək,damar  xəstəliklərindən başqa yerdə qalan əməliyyatların öhdəsindən bacarıqla gəlirdi. Kim idi bu professor? Professorun adı Rauf Məmməd oğlu Quluzadə idi. Bu həmin Rauf idi, düz 20 il bundan əvvəl atası ilə dalaşandan sonra təyyarə ilə Moskvaya uçmuşdu. Onu bura  Almaniyadan Universitetin yeni rektoru dəvət eləmişdi.

Raufu Domodedovo aeroportunda tələbə yoldaşı və dostu Rəşad həkim qarşıladı. Köhnə dostlar möhkəm qucaqlaşdılar. Hər ikisi ayrılaraq bir-birinə  bir dəqiqəlik baxış keçirdilər. Rəşad həkim Raufa:

-Yox, maşallah yaxşı qalmısan. Bu subaylığın əlamətidir. Ailə qayğısı məni qocaldıb.

–Elə demə sən də yaxşısan. Necəsən, uşaqlar, xanımın necədir?

–Heç nə deməyəcəm, indi gedərik görərsən.

–Yox Rəşad uşaqlara əziyyət vermək lazım deyil. Əvvəlcə otellərin birinə gedib mənə yer alaq. Sonra sizə gedərik.

–Rauf sənin başın xarab olub, nədir. Deyəsən, ikimizin də azərbaycanlı olduğumuzu unutmusan.

Onlar gəlib Rəşadın qara rəngli cip Mesedes maşınına oturdular.Aeroportdan şəhərə bir saata,oradan elə Rəşadın evinə də bir saata gəldilər. Rəşad həkim yeni tikilən 30 mərtəbəli yaşayış evlərindən ev almışdı. Həkimlik hər yerdə gözəl sənətdir. Onların qazancı daimidir. Yaxşı həkim olub ad çıxarandan sonra pul öz-özünə axır. Geniş işıqlı otaqlar yaxşı təmir olunmuşdu. Rəşad:

Bunların hamısı bizimkilərin əl işidir.Xəstələrimin çoxu azərbaycandan gəlir. Rauf Rəşadın xanımı, uşaqları ilə görüşdü. Xanımı rus milləti olub, həkim idi. Bir oğlu, bir qızı vardı. Qəribə idi qız atasına,oğlan isə anasına oxşayırdı. Sapsarı yumşaq saçları vardı. Anası kimi onun da qaşları, kipriyi  kürəndi. Üzü, boğazı, sinəsi xırda çillərlə doluydu. Elə Rəşad özü də yaraşıqlı kişilərdən deyildi. Balacaboy, arıq, geniş alınlı çox çevik adamdı. Gözlərinə  taxdığı qalın şüşəli eynəyin ölçüsü bəlkə də 6 olardı. Rəşad universiteti bitirən kimi bura gəlmişdi. Tez evlənmişdi. Düzdür, Raufdan iki yaş böyük idi, amma heç nə itirməmişdi.

Onlar böyük otaqda ikisi oturmuşdu. Rəşad qədəhini qaldırıb:

-Hə Rauf, bizim evə xoş gəlmisən. Mənim vəziyyətimlə tanış oldun. İndi özündən danış.

Rauf arağını içəndən sonra Rəşadla ayrılan vaxtdan bu günə kimi olanları danışdı. Onu dinləyən Rəşad həkim:

–Rauf, sən düz eləmisən bura gəlmisən. Sənə şəhərin mərkəzində olan özəl, həm də məhşur klinikaların birində iş tapacam. O xasiyyətnamə ilə səni hər yerdə işə götürəcəklər. Burdan ev alarsan. Buralarda o qədər azərbaycanlı var biri ilə qohum olarsan.

-Yox qardaşım sən deyənlərin heç birisi mənlik deyil. Bura gələndə  özümə söz vermişəm ki, bundan sonra qalan ömrümü elmə sərf edəcəm. Moskvada o qədər də qalmayacam. Son illər məni  cərrahlıqdan çox anestezioligiya elmi daha maraqlandırır. Bu yaxınlarda bizim akademik Mustafa bəy Topçubaşov haqqında yazılmış kitab əlimə keçmişdi. Əşi həkim elə olar.Deyirəm insanda nə qədər enerji olarmış. Onun tibb elminə verdiyi faydalar hələ uzun illər yaşayacaq. Onun hippokrat andı da tamamilə fərqlidir. Hələlik kirayə evdə qalıb, işləyə – işləyə aspiranturanın axşam şöbəsinə daxil olub namizədlik dissertasiyası yazacam. Sonra Almaniyaya gedib orada  anesteziologiya elmini öyrənəcəm. Elm və texnologiyaların inkişafı özləri ilə yeni xəstəliklər meydana gətirib. İndi köhnə üsullarla işləmək olmur. O ki, evlənmək məsələsinə bu heç vaxt olmayacaq. Annadan  sonra bədənimdə elə bir boşluq əmələ gəlib və boşluğu heç bir qadının sevgisi doldura bilməz.

Kirayə ev məsələsi tez düzəldi. İş məsələsi bir aydan çox çəkdi. Demişdik Rəşad həkim çox çevik adam idi. Moskvadakı Azərbaycan diasporasının və səfirliyinin köməkliyi ilə şəhərin mərkəzində olan məhşur klinikaların birində Raufu işə düzəltdi. Raufun savadı və bacarığı onu tez məhşurlaşdırdı. Yeni dərs ili başlayanda qəzetlərdə verilən elanlara əsasən imtahan verib İvan Mixayloviç Seçenov adına Birinci Moskva Tibb Akademiyasının aspiranturasının axşam şöbəsinə daxil oldu. Elə oxuya – oxuya Akademiyanın elmi şurasına müraciət edib namizədlik dissertiyası üçün mövzu götürdü. Ona mövzu verdilər. Elmi rəhbər təyin elədilər. Rauf qarşısına qoyduğu birinci məqsədinə çatmaq üçün beş il vaxt sərf elədi.

Rauf özünü unutmurdu. Bakıda olduğu kimi burada da yaxşı qazanırdı.İşlədiyi klinika məhşur olduğundan Rusiyanın, habelə MDB ölkələrindən imkanlı adamlar gəlib burada əməliyyat olunurdular. Raufun savadı,bacarığı və habelə əməliyyatın ağırlığından qorxmazlığı onu irəli aparırdı. İş günləri işləsə də şənbə bazar günləri onun özünün idi. Ev işlərinə, xörəklərin bişirilməsinə xidmətçi qadın baxırdı.Həmin günlərdə yeni dostlar, tanışları ilə ən yaxşı restoranlarda axşamlar istirahət edərdi. Rəşad həkimlə dostluğu daha möhkəmlənmişdi və vasitəsi ilə burada yaşayan çox saylı azərbaycanlıların bəziləri ilə tanış olmuşdu. Anna ilə 6 aydan şox davam edən tanışlığı burda daha çox köməyinə gəlirdi. Onun həyatında qadınlar olurdu. Ancaq bu tanışlıq çox uzun çəkmirdi. 5 il ərzində məzuniyyətindən faydalı istifadə etmişdir. Demək olar Avropanın bütün böyük şəhərlərinə səyahət edib oralarla tanış olmuşdu. İlk illərdə Rauf özününkülər üçün çox darıxırdı. Əsasən də anası üçün. Anası sonbeşik olduğu üçün onu çox istəyirdi. Dəfələrlə telofonu əlinə alıb anasına zəng etmək istəmişdi. Ancaq son anda atasının hərəkəti yadına düşürdü və fikrindən daşınırdı.

 O darıxmaqla mübarizə apardı və özü öz üzərində qələbə çaldı. Maraqı burasında idi, onunkular da onu axtarmırdı. Yəqin onun harada olduğunu bilmirdilər. Rauf birinci məqsədinə çatmışdı. İndi o Tibb elmləri namizədi alim idi. Onun elmi məqalələri mötəbər tibbi jurnallarda nəşr edilib bütün ölkəyə yayılırdı. Qalırdı ikinci arzusu. Bir dəfə isti yay günlərində Rəşad həkimin ailəsi birlikdə yaxşı bazarlıq edib Moskva ətrafındakı göllərin sahilində istirahət edirdilər. Rəşad həkimin xanımı yaxşı süfrə açmışdı. Onlar da kabab bişirəndən sonra gəlib əyləşdilər. Uşaqlar göldə çimirdilər. İndi böyümüşdülər. Elə burada ikinci arzusunu yenidən dostuna söylədi.

–Mən sənə demişdim axı anesteziologiya məni cox maraqlandırır. İstəyirəm Almaniya gedib bu ixtisasa yiyələnim. Almaniyada bu elm daha yaxşı inkişaf edib. Bu elm haqqında kitab yazmaq istəyirəm. Elə bir kitab ki, bütün dünyanı dolaşsın. Tələbələr, müəllimlər ondan dərslik kimi istifadə etsin. Mən özümə inanıram. Bilirəm bu işin öhdəsindən gələ biləcəm. Rəşad həkim də öz növbəsində dostunun bu fikrini bəyəndi.

–Get qardaş. Əslində mən də səninlə gedərdim. Amma bilirsən də mən ailəliyəm. Uşaqlar burda oxuyur. Sənin isə belə problemin yoxdur. Tək adamsan. Burda yaşadığın kimi orda da asanlıqla yaşaya bilərsən. İngilis dilini öyrənmisən, alman dili ondan qat-qat asandır. İnanıram sən bu işin öhdəsindən gələ biləcəksən.

O gündən sonra iki dost birlikdə bu işlə məşğul oldular. Almaniyaya necə getmək, hansı şəhərdə iş tapmaq, bunun üçün hansı sənədlər lazımdır. Hamısını öyrəndilər və əldə etdilər. Rauf Bakıdan gətirdiyi pullara toxunmamışdı, əksinə bu beş il ərzində həmin pulları artırmışdı.

Moskva şəhəri. Şeremetyovo aeroportu. Düz beş il bundan əvvəl Raufu qarşılayan Rəşad həkim indi onu Almaniyaya yola salırdı. Təyyarə onu Almaniyanın Köln şəhərinə aparacaqdı. Təyyarəyə minik başlamışdı. Dostlar axırıncı dəfə salamlaşıb qucaqlaşıb ayrıldılar. Üç saat yarımdan sonra o əvvəlcədən sifariş verib bron etdiyi mehmanxananın nömrəsində idi.

Köln şəhəri. Almaniyaniyanın əhalisinin sayına görə 4-cü, sahəsinə görə isə 3-cü şəhərdir. Şəhərin tarixi çox qədimlərə bizim eradan əvvəlki illərə gedib çıxır. Artıq milyonluq şəhərdir. Əhalisinin əksəriyyəti alman olsada burada türklər də çoxdur. 6,6 %.Almaniya Federativ Respublikasının keçmiş paytaxtı Bonn şəhərinə yaxın olduğundan inzibati idarələrin binalarını bu şəhərdə yerləşdirmişdilər.

Rauf digər mühacirlər kimi  ilk  mərhələni keçəndən sonra şəhərin aparıcı klinikalarının  birində işə düzəlib  burada ömrünün 13 ilini işlədi. Bu on üç ildə Rauf nə yedi, nə içdi, hansı adamlarla, haraları gəzdi ondan danışmayacağıq.

Ali təhsili, elmi dərəcəsi, bir neçə dil bilən Rauf alman dilini tez öyrəndi. Xəstəxananın klinikasının müvafiq şöbəsində daha 5 il tam ştatla işləyərək fəaliyyət göstərdi, bütün anesteziya metodlarına və intensiv terapiya tədbirlərinə səlis yiyələndi. Tələb olunan sayda bütün anesteziya və reanimatoloji tədbirləri, intensiv terapiya metodlarını sərbəst icra edə bilirdi. Sonra mütəxəssisliyə iddiaçı kimi müsbət xasiyyətnamə əsaasında Həkimlər palatasında imtahan vermək üçün qeydiyatdan keçərək imtahanı müvəffəqiyyətlə verib anestizioloq  diplomuna layiq görüldü. Bu illər ərzində 2500-dən çox insana anesteziya və reanimatoloji tədbirlər yerinə yetirdi. 

Ayrı-ayrı illərdə qonşu ölkələrə Avstriyaya, İngiltərəyə, Amerikaya səfərlər edib bu işin o ölkələrdə necə təşkil edilməsini öyrəndi. Neçə illərdən bəri arzusunda olduğu kitabın yazılmasına başlamışdı. Kitabın adı sadə idi, yalnız bir sözlə ifadə edilirdi. Anesteziologiya. Ayrı-ayrı  hissələri haqqında dövri mətbuatda  yazıları  gedirdi.Nəhayət, Rauf Almaniyaya gəlişinin on illiyində bu kitabı yazıb qurtara bildi. Kitab üç hissədən ibarətdir. Birinci hissədə anesteziologiyanın tarixi, vəzifələri müalicə metodları, dərmanları göstərilmişdi. Kitab çox mükəmməl yazılmışdı və ictimaiyyət arasında yaxşı qarşılandı. Həkimlər palatası ondan dərslik kimi istifadə edilməsinə  icazə vermişdi. Tezliklə  müxtəlif dillərə tərcümə edilib nəşr edildi. Köln Tibb Universtetinə mühazirələr oxumağa dəvət etdilər. Bu vaxtilə əyalətdən gəlib Bakıda təhsil alan azərbaycanlı balasının qələbəsi idi. Onun sinəsi sevinc hissi ilə dolmuşdu. Sevincini kimlərləsə bölüşmək istəyirdi. Amma o tək idi. Yadına Annası, qohumları düşdü. Kədərləndi. Annanın qaytardığı üzüyü həmişə cibində gəzdirirdi. Hərdən boş vaxtlarında üzüyü cibindən çıxarıb dəqiqələrlə tamaşa edərdi. Daha iki il keçdi. Bir dəfə ona xəbər verdilər. Sizi aşağıda foyedə bir qadın gözləyir. Liftlə  aşağı düşdü. Onlar üç nəfər idi. İkisi qadın, biri cavan oğlandı. Qısa tanışlıqdan sonra Azərbaycan televiziyasından gəldiklərini, onunla söhbət etmək istədiklərini və bunun üçün heç olmasa bir – iki saat vaxt ayırmasını xahiş etdilər. Görüşə razılıq verən Rauf  onun yerini  və  vaxtını da özü dedi. Alman dəqiqliyi Raufa sirayət eləmişdi. Deyilən vaxtda qonaqlarını götürüb sifariş verdiyi Reyn çayında üzən gəzinti gəmilərinin birində oturdular. Belə yaxşıdır dedi. Həm söhbət edərik,həm də şəhərə tamaşa edərik. Ancaq söhbət zamanı məlum oldu, gələn qonaqlar AzTV-dən yox, Xəzər televiziyasındadır. Qadın isə Səni axtarıram verilişinin müəllifi və aparicısı Xoşqədəm xanım Hidayətqızıdır. Məsələ belə olmuşdur. Anası, bacı, qardaşları  onu həmişə axtarmışlar. Ancaq məsələ hər dəfə ciddiləşəndə Məmməd kişi işə qarışıb icazə vermirmiş.

–Dəymiyin, qoy canı çıxsın. Bilsin  tək qalmaq nədir. Harda olsa yenə yanıma qayıdıb gələcək. Atan vəfat edəndən sonra Bakıya gəlib səni axtarmağı  məndən xahiş etdilər. Düz bir ildir səni axtarıram. Təsadüfən  rastlaşdığım Rəşad həkim mənə kömək elədi.Sənin Almaniyada Köln şəhərində  yaşadığını,işlədiyin klinakanın  ünvanını verdi. Almaniyadakı səfirliyin işçiləri sağ olsun. Orada Sizi tanıyırlar. Bax  bu qız bələdçi, bu oğlan isə sürücüdür. Gəlib sizi tapdıq.

Məmməd kişi səhv eləmişdi.Deyirlər ölümqabağı  bir neçə gün xəstə yatır. Evdəkilərə deyir ki, mənim çarpayımı elə qoyun qapı açılanda  içəri girəni  görüm. O Raufu gəzləyirdi. Rauf da Rauf idi. O qayıdıb gəlmədi. Qarşısına qoyduğu məqsədə çatmaq üçün bütün əziyyətlərə sinə gərdi. Yaşamaq üçün onun hər cürə şəraiti var. Yazdığı kitab neçə dillərə tərcümə edilib. Rauf  doğmalarını az  da olsa qınadı. İndi bunların əhəmiyyəti yoxdur. O vaxtdan neçə illər keçib. Hər şey yaxşı  olsa da mən tək qalmışam. İki  saat çəkən gəzinti və nahar  başa  çatdı. Rauf onları evinə dəvət  elədi.Bura ev deyildi, əsl kitabxana idi. Hamısı da elmi kitablar.Amma hər yerdə  alman səliqəsi, təmizliyi vardı. Xoşqədəm xanım

–Bəs vətənə qayıtmaq fikriniz yoxdur.

–Mənim burda işim, universitetim, tələbələrim, dostlarım var. Vətəndə bunları haradan tapacam.

-Doğmalarına nə deyərdiniz. Mən anam üçün həmişə darıxmışam. Ancaq  ordan birdəfəlik çıxmışam. Gəlib görmək istəyirlərsə  gəlsinlər. Gözüm üstə yerləri var.

Xoşqədəm xanım onun haqqında əlavə məlumatlar toplayıb gözəl bir veriliş hazırlamışdı. Raufun qohumlarını studiyaya  dəvət eləyib  hazırladığı  verilişi onlara göstərdi. Bütün veriliş boyu  ana, bacılar, qardaş hamısı ağlayırdı.

Amma  1998-ci ildə  Bakıdan Moskvaya uçan Rauf  18 il sonra 2016-cı ildə  vətənə qayıtdı. Bu belə olmuşdu. Xaricdə yaşayan  azərbacanlılarla işlər komitəsi, səfirlik, Almaniyada yaşayan azərbaycan diasporasının üzvləri ilə görüş təşkil eləmişdi. Nümayəndə heyətinin tərkibində olan Tibb Universtetinin rektoru Həsənzadə  diasporanın rəhbərinin  onlara təqdim elədiyi adamlar haqqında məlumat  verəndə Raufun barəsində çoxlu  xoş sözlər söylədi. Yazdığı kitab haqqında məlumat verdi. Akademik Həsənzadə də uzun müddət  Moskvada işləyəndən sonra vətənə qayıtmışdı.O Rauf müəllimlə yaxından tanış olur, xeyli söhbət edirlər. Rauf   alman, ingilis və rus dillərində  olan kitablarından bir neçəsini ona hədiyyə edir.

Akademik Həsənzadə Bakıya qayıdandan sonra Raufun kitabını azərbaycan dilinə tərcümə etdirib, lazımi razılıq alandan sonra tibb elminə və xalqımıza şöhrət gətirən Raufu universitetə dəvət edir. İndi Rauf iki ildir burdadır. Əvvəl İşlərini qaydasına qoyandan sonra kəndə gedib bir həftə orada qaldı. Köhnə iş yerinə də baş çəkdi. Tanıdıqlarından lap az adam qalmışdı. Ürəyi əsə-əsə  Annanın iş yerinə getdi. Bəlkə rastlaşardılar. Bu arzusu baş tutmadı. Məktub verdiyi qız, Nazik adlandırdıqları həkim orada idi. Onlarla görüşdü. Əvvəlcə qızların hər ikisi onu tanımadı.Tanıyandan sonra məktub verdiyi qız:

–Məktubunuzu Anna xanıma verdim. O da qəbul elədi. Nazik daha çox məlumat verdi.

–Siz gedəndən sonra Annanın bir qızı dünyaya gəldi. Ondan üç il sonra Anna burdan  işdən çıxdı. Dedilər ərə gedib və biz bir daha ondan xəbər tuta bilmədik. Qızlar yaman sevinirdi. Nazik:

-Bəs Siz necə, doktor, evlisiniz? Rauf nədənsə burada izahlı cavab verməyi lazım bildi.

Yox evli deyiləm. Annadan sonra heç kimi sevə bilmədim-dedi.

Universitetdə işləri yaxşı gedirdi. Elə şəxsi həyatı da pis deyildi. Yeni  tanışları yaranmışdı. Yeni tikilmiş binalardan birində   üç otaqlı evi, maşını vardı. Subay olsa da bu ona çətinlik gətirmirdi. 53 yaşı olmasına baxmayaraq əvvəlki  kimi yaraşıqlı, sağlam və gümrah idi.

Bir dəfə universitetdən çıxıb evə gedirdi. Giriş qapısının yanındakı köşkdən qəzet alanda yaxınlıqdakı dördkünc reklam lövhəsindəki  elan  onun nəzərini cəlb elədi. Yaxınlaşıb elana baxdı. Opera balet teatrının elanı idi. Ayın onunda teatrın səhnəsində ayrı –ayrı baletlərdən parçalar olacaqdı. Sonra ifaçıların adı gəlirdi.

–Ölən qu quşu – gənc aktrisa Quluzadə Sabina Raufovna. Rauf gözlərinə inanmadı. Əlləri əsə – əsə barmaqlarını yazının üstünə qoyub  yenidən oxudu. Düz oxumuşdu. Bu ad 20 il bundan əvvəl Annaya yazdığı məktubdakı ad idi. Əlini uzadıb qalstukunu, köynəyinin yaxasını genişləndirdi. Ağacların altında  qoyulmuş oturacağa  yaxınlaşıb oturdu. O illəri yadına saldı. Anna:

–Rauf bizim qızımız olacaq.

–Sən nə bilirsən qızımız olacaq?

-Anam deyir bizim nəsildə həmişə qız uşaqları dünyaya gəlir. Axı o özü də belə yazmışdı. Qızımızın adını ..

Yox bunu aydınlaşdırmaq lazımdır. Mən mütləq o qızla görüşməliyəm. Əlini cibinə salıb nişan üzüyünü çıxardı, bir az baxıb  cibinə qoydu. Durub yenidən elana baxdı. Bu gün ayın yeddisidir. Hələ üç gün var. Maşına minib İnqilab küçəsindəki  ASAN  xidmətdən tamaşaya bilet aldı.

Raufun fikirləşdiyinin əksinə olaraq zalda adam çox idi. Azərbaycan elitasında dəyişikliklər olmuşdu. İmkanlı adamlar ailəsi ilə axşamlar  gəlib belə tamaşalara baxırdılar. Rauf səbirsizliklə Sabinanın çıxışını gözləyirdi. Gül mağazasında çox bahalı gül çələngi hazırlatdırıb yanında saxlayırdı. Nəhayət, tamaşa başladı. Sabinanı lap axırda  dəvət etdilər. Bu rəqs məşhur balerina Anna Pavlova üçün yazılmışdı. Ona uğur gətirən bu kiçik səhnəciyi Anna Pavlova 4000 dəfə ifa etmişdi. Sonralar həmin ənənəni Maya Plisetskaya, Qalina Ulyanova davam etdirmişdi. İndi Sabinanın ifa edəcəyi səhnəcik cəmi iki dəqiqə yarım çəkir. Tamaşa qurtaranda hamı ayağa qalxıb onu  alqışladı. Rauf  gül dəstəsini onun otağına göndərə bildi. Otağına qayıdan Sabina gül dəstəsini görəndə çox xoşuna gəldi. Kimdən gəldiyini oxuyanda məəttəl qaldı.
–Belə çıxır ki, gülü göndərən mənim atamdır. Axı mənim atam yoxdur. Hər dəfə atamı soruşanda anam deyirdi:

— Sabina sənin atan vəfat edib.

Bir azdan onun otağına iki qadın girdi. Bunlardan biri nənəsi Elvira İvanovna, o birisi anası Anna Andreyevna idi. Sabina onları görəndə

–Ana, nənə görürsən mənə nə gözəl gül dəstəsi göndəriblər.

–Hə qızım doğrudan da gözəl gül dəstəsidir.

–Amma göndərənin qəribə adı, soyadı var. Sonra ad yazılmış açıqcanı ona verdi.

–Gözəl Sabinaya. Professor Rauf Quluzadədən. Anna da Rauf kimi əvvəl gözlərinə inanmadı. Yenidən oxudu. Bir anlığa halı pisləşdi. Tez  keçib oturdu. Deməli Rauf sağdır. Özü də Bakıdadır. Gör neçə il keçib. 20 il – deyə öz sualına özü cavab verdi. On dəqiqədən sonra onlar otaqdan çıxdılar. Annanın göstərişi ilə gül dəstəsini də maşına apardılar. Gec də olsa Sabinananın uğurlu çıxışını evdə süfrə başında qeyd etdilər. Sabina otağına keçəndən sonra Anna anasına 

–Ana Sabinanın atası  Rauf  Bakıdadır. Bu gül dəstəsini də  o göndərib.

–Kimi deyirsən. Rauf. Sənə deməmişəm onun adını mənim yanımda çəkmə.

–Ana niyə elə deyirsən, Mən də sənə neçə dəfə demişəm Raufun bu işdə günahı yoxdur. Sadəcə mən hövsələsizlik etdim. Gərək üzüyü qaytarmayayadım.

Elvira İvanovna yaxşı qalmışdı. Yaşı 70-dən yuxarı olmasına baxmayaraq yenə əvvəlki işlərini əllərində saxlayırdı. Tamaşaların hazırlanmasında, premyerasında, şagirdlərin məktəbə qəbulunda, eləcə də buraxılş imtahanlarında münsiflər heyətinin üzvü kimi iştirak edirdi. Eldar Qasanoviç artıq həyatda yoxdur. Vəfat  edəndə var-dövlətinindən ona da pay verilməsini vəsiyyət etmişdi.

Annanın həyatı isə  o qədər də yaxşı alınmamışdı. Raufun yanından  çıxanda öz şöbələrində huşunu  itirib yıxılandan sonra bir müddət  xəstəxanada müalicə olunub işinə qayıtmışdı. İşdə Raufun məktubunu ona vermişdilər. Rauf  Annanı bütün qəlbi ilə sevdiyini, işin belə alınmasına görə bu şəhərdən baş götürüb getdiyini və gələcəkdə heç bir qadınla ailə qurmayacağını yazırdı. Axırda xahiş edirdi qızının adını Sabina qoysun. Annanın qızı anadan oldu və o Raufun xahişini yerinə yetirdi. Qızının adını Sabina qoydu. Bəzi  rus qadınları kimi etməyib  hətta soy adını da Quluzadə yazdırdı. Sabinanın üç yaşı tamam olmuşdu. Bir dəfə onun işlədiyi şöbəyə ağır xəstə gətirdilər. Növbədə Anna idi. Onun adı Çarli familiyası Viliam. O BP şirkətinin işçisi olub  dənizdə quraşdırılmış kəşfiyyat qazma qurğusunda imiş. Dəmir pilləkənlərlə hərəkət edən Çarli ehtiyyatsızlıqdan yıxılır  və yerdə olan nazik dəmir qırıntısı qarnını deşib arxadan çıxır. Yaxşı ki, böyrəyi zədələnmir. Anna onu əməliyyat edərək xilas edir. Təxminən bir ay xəstəxanafda qalır. Anna ingiliscə yaxşı danışa bildiyindən tez-tez  söhbət edirlər.Aralarında yaranan ünsiyyət sonralar da davam edir. İki  il Bakıda qalandan sonra İngiltərəyə köçürlər.Ancaq üç ildən sonra  Anna qayıdıb gəlir. Səbəb bu olur. Anna:

–Burdan getdiyim bu üç ildə Çarlini cəmi üç dəfə görə bildim. İngiltərədə olanda Çarli BP şirkətinin bütün dünyaya səpələnmiş obyektlərində aylarla, illərlə ezamiyyətdə olurdu. Gələndə də pullar necə olub, nəyə xərcləmisən gərək ona hesabat verəsən. Mənə elə ər lazım deyil – demişdi.

Sabina böyüyürdü. 8 yaşına çatanda onu xereoqrafiya məktəbinə qoydular. Sabina yaxşı şagird oldu və nəticəsini bu gün gördük.

Rauf geri çəkilmirdi. Bir neçə cəhddən sonra Sabina ilə görüşə bildi. Özünü ona təqdim edəndən sonra

–Sabina sizdən bir söz soruşacağam. İcazə verirsiniz.

–Buyurun sizi eşidirəm.

—Sizin ananız adı Annadır.

–Bəli nə olub. Raufun qarşısındakı öz qızı idi. Ancaq atası olduğunu  indi ona deyə bilmirdi.

–Heç. Elə belə öyrənmək istəyirdim. Qızım ananızı mən tanıyıram. Çoxdan lap çoxdan bir yerdə işləmişik. Onu necə görə bilərəm?

–Anam indi Mətbuat prospekti tərəfdə yeni tikilən binalardan birinin birinci mərtəbəsində yerləşən özəl klinikaların birində işləyir. Adı deyəsən Evromeddir. Anam orada həkim kardioloq işləyir. İngiltərədə olanda iki il kurslara gedib. Raufa elə bu lazım idi.

–Sağ ol qızım.

Ertəsi gün işdən bir az tez çıxıb axtarıb həmin klinikanı tapdı. Yəqinlik  üçün içəri keçib foyedə gəzişdi. Buranı əla düzəltmişdilər. Növbə gözləyən üçün yumşaq divan, kreslolar, qaşısındakı kiçik stolun üzərində qəzet, jurnallar qoyulmuşdu. Xəstələrin qəbula yazılması da yaxşı təşkil edilmişdi. İki qız, bir oğlan onlar üçün düzəldilmiş yerdə əyləşib,azacıq sual – cavabdan sonra hansı həkimə müraciət etmələrini – deyib növbə kağızı verirdilər və xəstələr seçdikləri həkimin qəbuluna gedirdi. Rauf da yaxınlaşıb:

-Bağışlayın Anna Andreyevna Sizdə işləyir?

–Bəli.7-ci otaq.

–İndi burdadır?

–Bəli otağındadır. Raufun ürəyi çırpınırdı. Onun Annası burdadır. Cəmi 20 addımlıqdadır. Keçib kresloda oturdu.
–Görəsən otağına gedim. Birdən məni tanımadı. Yox hələ gözləmək lazımdır. İş vaxtı qurtarırdı. Həkimlərdən bəzisi gəlib qızlarla sağollaşıb  gedirdilər. Bununla da sanki iş otağında olmadıqlarını bildirirdilər. Rauf içəridə darıxırdı. Binadan çıxıb siqaret yandırdı Və birdən qapıdan çıxan qadını gördü. O Annanı tanıdı. Ötən illər onu o qədər də dəyişməmişdi.Əksinə Anna bir az da xanımlaşaraq gözəlləşmişdi. Üzündə özünəməxsus vüqar vardı. Əynində kip tikilmiş qara don, hündürdaban ayaqqabı, əlindəki kiçik çanta, saçları şabalıdı rəngdə olub ağ sifətinə yaraşan, alın tərəfi səliqə ilə daranmış yanları azca aşağı sallansa da arxada yumrulanıb bağlanmışdı. Tələsik lakin rəvan yerişlə aralıda dayanmış qara rəngli maşına tərəf gedirdi. Elə bu anda Raufun sinəsindən qopan Anna səsi onu saxladı. Dönüb baxdı. Ona tərəf yaraşıqlı lakin bir az yaşlı kişi gəlirdi. Anna da onu tanıdı. Bu Rauf idi. Mən həmişə demişəm və yenə boynuma alıram, insan həyatında elə anlar var ki, o anları təsvir etməyə mənim gücüm çatmır.

O gündən üç ay keçmişdi. Şadlıq evlərinin birində 300-dən yuxarı adamlar yığışıb XXI əsrin bu ən böyük məhəbbətinin şahidi oldular. İndi Anna ilə Rauf birlikdə yaşayırdılar. Sabina isə nənəsi Elvira İvanovna ilə olurdu. Amma  az keçmədi Elvira İvanovna tək qaldı. Sabina teatrda onunla tərəfmüqabili olan Samir Orucova ərə getmişdi. Daha bir il keçdi. İndi hər istirahət günü dörd nəfəri burda tapmaq olardı. Onlardan  ikisi Elvira İvanovna ilə nəvəsi Sabinadır ki,skamyada oturub söhbət edirlər.Elvira İvanovnanın əlində nazik salafan torba var. İçərisi kiçik uşaqların oynaması üçün səsli oyuncaqlarla doludur. Sabinanın əlində isə südlə dolu ucunda əmzik olan butulka var. Onlardan bir  aralıda adamların dəniz kənarı ilə hərəkət etmə zolağında bir kişi yanındakı qadınla söhbət edə – edə əlləri ilə uşaqlar üçün olan kolyaskanı hərəkət etdirirdilər. Bunlar Raufla Anna idi. Kolyaskada olan isə nəvələri Yusif idi. Elvira İvanovnanın söylədiyi ənənə bu dəfə  pozulmuşdu və onların ailəsində oğlan uşağı dünyaya gəlmişdi.

                                                                 Mart   2020-ci il

                                                                   Beyləqan şəhəri.

Müəllif: Qismət TAĞIYEV

QİSMƏT TAĞIYEVİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Əyalətdən gələn oğlan – Qismət Tağıyev

Qismət TAĞIYEV – yazar.

Əyalətdən gələn oğlan

               I hissə

Elvira İvanovna  eyvanda oturub uzun müştüyə keçirilmiş siqaretini tüstülədə-tüstülədə dənizə tamaşa  edirdi. Hava günəşli olsa da zəif xəzri küləyi vardı. Dalğalar  lap uzaqlarda əmələ gəlir bir-birinin ardınca gəlib sahilə çırpılırdı. Suda olan quşlar  dalğalar yaxınlaşdıqca   qarşılamağa hazırlaşırmışlar kimi  onlarla birlikdə yuxarı qalxıb  aşağı düşürdülər və elə bil bundan sevinirdilər. Sahildə  gəzişən adamlar, aşağıda Neftçilər prospekti ilə şütüyən  maşınlar  4-cü mərtəbədən  çox kicik görünürdü. Elvira İvanovna  siqaret çəkməyə lap çoxdan başlamışdı. Əri öləndən sonra evdə tək darıxdığından birini  yandırıb çəkmiş və xoşuna gəldiyindən  davam etdirmişdi. İndi də bu  pis vərdişdən yaxasını qurtara bilmirdi. Qadınlar üçün xüsusi sifarişlə hazırlanmış belə bahalı siqaretlərə harada rast  gəlsə bir neçə blok alıb ehtiyyat evdə saxlayardı. Elvira İvanova siqaretini bayaqdan çəkib qurtarsa da evə keçmirdi. Evdə  qızı Anna yeni dostu Raufla  oturub çay içirdi  və Elvira İvanovnanın ondan  xoşu gəlmədiyindən  çıxıb burada oturmuşdu. Ev böyük idi. İstəsə otaqların  birində uzanıb dincələ bilərdi. Ancaq eyvanın qapısı böyük otağa açıldığından  istəmirdi  Raufla rastlaşsın. Eyvanın qapısı açıldı. Anna idi:

–Ana biz getdik.

Elvira İvanovna otağa keçdi. Qapını örtmədi. Bununla  otaqda olan abı –havanı dəyişmək istəyirdi. Otaq çox böyük idi. Elvira İvanovna öz qonaqlarını burda qəbul edərdi. Qonaqlar yalnız istirahət günləri olardı. Əslində Elvira İvanovna Bakıda az olurdu. Onun bütün həyatı qastrollarda keçmişdi. Ortada böyük masa, yanında  yumşaq kreslolar. Burda kimlər olmurdu. Məhşur siyasətçilər, dramaturqlar, rejissor və sseanaristlər, rəssamlar, artistlər, modolyerlər onun sevilən qonaqlarından idilər. Qonaqlar əvvəlcədən onlara göndərilmiş dəvətnaməyə görə  yığışırdi. Biz o vaxtlar, keçən əsrin 60-cı illərində elə bilirdik Sovetlər birliyində  kübar cəmiyyət, kübar ailə yoxdu. Amma sən demə  varmış. Elvira İvanovnanın ailəsi belə kübar ailələrdən biri idi. Ev  müzeyə oxşayırdı. Hər tərəfdə Elvira İvanovnanın müxtəlif olkələrdən aldığı, habelə ona  bağışlanmış hədiyyələr qoyulmuşdu. Bu otaqdan əlavə üç otaq da var idi. Onlardan biri Elvira İvanovnanın iş otağı, digər ikisi isə yataq otağı  olub, birində qızı Anna yatırdı. Onun iş otağı da zəngin idi. Divar boyu düzülmüş  rəflər müxtəlif dillərdə yazımış kitablarla dolu idi.

Elvira İvanovna Kuznetsova balerina idi. Onu bura Bakıya mərhum əri  Andrey Andreyiviç Puqaç gətirmişdi. Andrey Andreyeviç Azərbaycan  neft akademissiyasında dərs deyirdi. Gənc yaşlarında Moskvada  aspiranturada  oxuyanda   tez –tez Boyük Teatra  gedərdi. Boyük Teatrda   Pyotr İliç Çaykovskinin Sonalar gölü baleti  tamaşaya qoyulmuşdu. Ümumiyyətlə  o illərdə  Rus baleti çox irəli getmişdi. Çaykovskinin yazdığı Sonalar gölü, Yatmış gözəl əsərləri dünyanın məşhur şəhərləri, Moskvada, Sankt-Peterburqda, Münhendə, Milanda, Parisdə, Nyu-Yorkda dəfələrlə tamaşya qoyulmuşdu. Dünya balet sənətinə çoxlu yeniliklər gətirmiş Anna Pavlova, Maya Plisetskaya, Qalina Ulanovanın uğurlu çıxışları tamaşaçılar  tərəfindən rəğbətlə qarşılanırdı. Ölən Qu quşu səhnəsi daha heyran edici idi. Həzin müsiqi sədaları altında Maya Plisetskaya barmaqlarının ucunda fırlanır, əlləri ilə qanad çalıb havaya qalxmaq istəyir, lakin onun qüvvəsi getdikcə tükənir, əvvəlcə bir qanadı, sonra o biri hərəkətdən düşür və Qu quşu ölür. Zal bir anlığa sakit qalır.Hamı birdən ayağa qalxıb uzun sürən, davamlı alqışlar edir. Belə səhnələrin birində Andrey kənarda dayanmış Elviranı görür və aşiq olur. Tanışlıq uğurlu alınır. Evlənirlər. Andrey aspiranturanı qurtarıb evə qayıdanda  onu da özü ilə Bakıya gətirir. Böyük sənət məktəbi  keçmiş və balerina üçün lazım olan  bütün  göstəricilər  onda vardı. Boyu 1.58 metr, çəkisi 57 kiloqram idi. Sifətinin və gözlərinin köməyi ilə qorxunu, həyacanı və yaxud sevinci nümayiş etdirə bilirdi. Elvira İvanovnanın əsl istedadı  Opera  və Balet teatrında üzə çıxır. İndi baş rolları ona tapşırırdılar. 1961-ci ildə azərbaycanlı  gənc bəstəkar  Arif Məlikovun Nazim Hikmətin librettosu əsasında  yazdığı Məhəbbət əfsanəsi baleti tamaşaya qoyulur. Elvira İvanovna da özünü bu əsərdə sınaqdan keçirir  və onun ifası uğurlu alınır. Elə bu əsərlə də dünyanı gəzir. Məşhurlaşır. Vətən və xalq qarşısındakı xidmətlərinə görə ona SSRİ xalq  artisti fəxri adı verilir. Bir çox dövlət mükafatlarına layiq görülür. Ölkə rəhbəri elə o vaxtlar   bu evi ona bağışlayır. Andrey  Andreyeviç ondan geri qalmır. Əvvəlcə  namizədlik  dissertiyasını yazır , vəzifəsi  böyüyürür, doktorluğa hazırlaşır. Dənizdə yeni neft yataqları axtarışı ekpedisiyyalarında iştirak edir. Belə səfərlərin birində isə bərk xəstələnir və bir daha ayağa qalxa  bilmir. Bir neçə ay ağır xəstə yatandan sonra vəfat edir. Yeni  qazılan quyunun üstündə olan Andrey Andreyeviçin qrupunu qəfil başlayan tufan yaxalayır. Bir anda temperatur 10-15 aşağı düşür. Onları xilas etməyə gələn kater nə qədər çalışsa da quyuya yaxınlaşa bilmir. Tufan getdigcə şiddətlənir. Artıq dalğalar  estakadanın  üstündən aşırdı. Belə güclü dalğaların biri onu estakadanın üstündən götürüb atır. Suya  düşən Andrey Andreyeviç özünü itirməyib  estakdaya çatıb bir az yuxarı qalxıb kəmərlə  özünü möhkəm bağayıb sonu gözləyir. Onları  bir sutka sonra xilas edirlər. Cəmi 4 nəfər sağ qalmışdı. Gənc, bədəni möhkəm olan cavanlar sağ qalsa da  Andreyey Andreyeviç  ölümdən qaça bilmədi. Əvvəllər  onların yaşayış şəraiti  yaxşı olmadığından övlad məsələsini sonraya saxlayırdılar. Qızları Anna da bu yeni evdə dünyaya gəldi və Andrey Andreyeviç vəfat edəndə Annanın cəmi beş yaşı vardı.

Elvira İvanova çox varlı yaşayırdı. Aldığı dövlət mükafatları, ən yüksək əmək haqqı , yüzlərcə pərəstişkarının verdiyi bahalı hədiyyələr ona imkan verirdi ki, özünə lazımı şərait yaratsın. Onun  bağ evinin qiyməti  o dövr üçün istisna olan  100 min manatlarla dəyəri vardı. Qara QAZ-24 uzaqdan nəzərə çarpırdı. İndi ayrı zəmanədir. Qızı Annanın 25 yaşı  var. Xanımlar arasında dəbdə olan ağrəngli  X6 BMV-si var. Maşını Anna özü sürür.

Sovetlər birliyi  dağılanda Elvira İvanovna Bakını tərk etmədi. Andrey Andreyeviçdən sonra çoxlu elçiləri olsa da ərə getmədi. Tək darıxmamaq   üçün onlarca pərəstişkarı arasından Eldar  Həsən oğlu Qaraşovu  özünə həmsöhbət seçmişdi. Elvira İvanovna ona Eldar Qasanoviç deyə müraciət edirdi.

Eldar Qasanoviç  çox savadlı, mədəni, həm də varlı adam idi. Kiyevdə Beynəlxalq Münasibətlər Unverstetinin beynəlxalq hüquq  fakültəsinin bakalavr pilləsini, London Kral  universtetinin vergi hüququ fakültəsinin magistr pilləsini, Bakı idarəetmə Akademiyyasının  dinləyicisi olmuş, rus və ingilis dillərində sərbəst  danışa bilirdi. Uzun müddət İqtiasadi İnkişaf, Vergi nazirliklərində yüksək vəzifələrdə işləyəndən sonra istefaya çıxıb özünəməxsus çoxlu sayda mağazalar şəbəkəsini idarə edirdi. Onun mağazalarında  qızıl məmulatları, topdan satış tütün və ərzaq  malları, ayaqqabılar satılırdı. Bundan əlavə meyvə tərəvəz anbarı vardı. Daşınan,daşınmayan əmlakları milyonlarla manat dəyərində idi. Bakıda  oturub dünyanın ən böyük şəhərlərində birjalardakı qiymətlərdən vaxtında xəbər tuta bilirdi. Elvira İvanovna və qızı Anna  ilə  Parisdə tanış olmuşdu. Bax onda Elvira İvanova:

–Yox Eldar Qasanoviç Paris  bir-birini sevən gənclər üçündür.

Anna Andreyevna hələ tələbə idi. Mockva  Tibb universtetində oxuyurdu. Gələcəyin cərrahı olacaqdı.Bu tanışlıq sonralar dostluğa çevrildi.

Eldar Qasanoviç əvvəllər evli olmuşdur. Onun da ailəsinə bədbəxtlik üz vermiş,  keçən əsrin 20-ci illərində məşhur  milyonçu Murtuza Muxtarovun başına gələnlər  bu ailədə təkrarlanmışdır. Evləndiyi qadının səhlənkarlığı ucundan qızı eyvandan yıxılmış, oğlunu isə  küçədə avtomobil vurmuşdur. Bu hadisədən sonra Eldar Qasanoviç  pencəyini götürüb evdən çıxıb getmişdi.

Anna Moskvada təhsilini başa vurduqdan sonra Bakıya qayıtmışdı. Anası köhnə əlaqələrini işə salaraq onu Akademik M.Qasımov adına Respublika Klinikasının Cərrahiyyə  şöbəsinə işə  düzəltdi. Bu  şöbədə   adlı sanlı həkimlər, dossent və professorları işləyəyirdi. Bax  elə o vaxt  orada işləyən Raufu görüb  ona vuruldu. İlahi bu oğlan necə  də yaraşıqlı idi. Hündür, yaraşıqlı,üz-gözündən təmkinlik yağan  bu oğlan həm savadlı, həmdə bacarıqlı cərrah idi. Anna həyatında çox oğlanlarla rastlaşmışdı. Rauf onun gördüklərinə oxşamırdı. Üzləri, dərilərı sarışın,üstü xırda xallı  bu oğlanların sifəti,gözləri heç nə ifadə etmirdi. Raufda  isə tamamilə başqa cür idi. İri qara gözlərin baxışı altında tab gətirmək çətindi. Ona vurulan təkcə Anna deyildi. Annanın onun haqqında dediklərini   tez çatdırdılar. Ayrı-ayrı şöbədə işləyirdilər. Rauf də onunla maraqlandı. Aradüzəldənlər  sürətlə fəaliyyətə başlamışdılar.Hər ikisi haqqında məlumatlar toplanıb bir-birinə ötürdülər. Raufun 33 yaşı  olsa da hələ subay idi. Elə Annanın da  heç kimi yoxdu. Universitetdə, Bakıda bir neçə oğlanla tanış olsa da onların içərisində eləsi yox idi ki, ona adaxlı olsun. Raufun da evlənmək   vaxtı idi. Ancaq istəmirdi onun xanımı həkim olsun. Onun vaxtı olmadığından eləsi ilə evlənmək istəyirdi gələcək ev işlərinin  xeyli hissəsini xanımının öhdəsinə düşsün.

Rauf yaxşı qazanırdı. Dövlət klinikası olduğundan  bura müraciət edənlər çox olurdu. Bəzən gün ərzində 2-3 xəstəni operasiya edirdi. Rauf özü heç vaxt  xəstələrdən pul istəməzdi. Doğrudu xəstələri  özü müayinə edib, özü təyinat yazardı. Xəstə operasiyaya hazır ediləndən sonra, o xalatını geyinib  əməliyyat otağına düşər, sakitcə əməliyyatı edib iş otağına qayıdardı və yarım saatdan sonra qızlardan biri gətirib ona pul verərdi.

Rauf Göytəpə   rayonun  üçüncü sovxozundan idi. Orta məktəbi əla qiymətlərlə bitirib atasının məsləhəti ilə sənədlərini  Azərbaycan Tibb institunun müalicə -profilaktika  fakültəsinə   verdi. Dörd il ümumi  müalicə oxuyandan sonra  ixtisas seçimi cərrahlıq  oldu. Atası uzun illər boyu ücüncü sovxozun direktoru işləmişdi. Özünün və övladlarının yaxşı yaşaması üçün əlindən gələni əsirgəməmişdi. Sovxozda  yaxşı evi vardı. Bakıdan 3 otaqlı ev ala bilmişdi. Uşaqların hamısı burada oxuyanda  bu evdə qalırdı. Onlar hamısı  təhsil alandan  sonra  yenidən rayona qayıtmışdılar. Axırıncı Rauf Tibb universtetini əla qiymətlərlələ bitirdiyindən  onu  universetdə saxlayıb  cərrahiyə korpusunda iş verdilər.  İşə düzələndən sonra bu evdə yaşayırdı. Evi yaxşıca təmir etdirib, bütün  mebelini özü almışdı.

İndi onun  evi, işi, hətta maşını da vardı. Qalırdı  bir məsələ. Evlənmək. Yaxşı bir qız tapıb onunla ailə qurmaq. İşin ən çətini də elə bu idi. Rauf heç özü də bilmirdi yaxşı qız deyəndə nəyi nəzərdə tutur. Yaxşı qız deyəndə bəzən seçilən, sayılan kişilərin qızı nəzərdə tutulur, gələcəkdə oğlana arxa olsun. Bəzən də işi, savadı olan qızlara deyirlər ki, belə qızların yaxşı olmasını haradan biləsən. Gərək o qızla tanış olub aylarla bir yerdə olasan xasiyyətini.xarekterini biləsən. Ona da hansı azərbaycanlı qızı razı olar. Raufun  belə şeylərə  nə vaxtı, nə həvəsi var. Onun o yaşı deyildi ki, küçədə, parkda əlində gül dəstəsi görüşə getsin və ya gözləsin.

Nahayət onlar görüşüb tanış oldular. Saat 5-ə az qalmışdı. Bu vaxtlar  xəstəxanada sakitlik  olur. Rauf kabinetində  oturub səhərdən gətirilən qəzet –jurnallara baxırdı. Bunların içərisində Səhiyyə nazirliyinin qəzeti və tibbə aid jurnallar da vardı. Kabinetin qapısı açıqdı. Bununla belə  qapını kimsə döyürdü. Başını qaldırıb gələnlərə diqqətlə baxdı və Annanı tanıdı. Yanında bir  də qız vardı. Anna rusca:

–Doktor gəlmək olar. Rauf  tez ayağa qalxıb onları qarşıladı.

—Ooo! Nə gözəl təsadüf. Əlbəttə olar. Buyurun keçin. Onlar Raufla  görüşdülər. Rauf qarşıda qoyulmuş  iki  stulu bir az geri çəkərək

–Bax burda  əyləşin. Anna sağ tərəfdə, qız isə keçib sol tərəfdə oturdu. Rauf öz yerinə  keçib yanındakı düyməni basdı. Tezliklə otağa bir qız gəldi. Rauf:

–Mənim qonaqlarım gəlib. Yaxşı bir  çay gətirin. Rauf hər iki qıza diqqətlə baxırdı. Anna  həkimlərin geyindiyi iş paltarında idi. Boyu elə də hündür deyildi. Bir metr 60 santimetr olardı. Palet firmasının qadınların saçlarını rəngləmək üçün buraxdığı reklam fotolardakı qızlara oxşayırdı. Yaraşıqlı bədəni, ipək kimi sarışın saçları ortadan ayrılaraq çiyinlərə, sinəsinin üstünə tökülmüşdü. Mavi gözlərində sevinc vardı. İki qaşının arasından başlayan düz xətlə aşağı enərək  kəsilirdi. Burnunu ucu iti deyil, yumru  idi. Dodaqlarında şəhvət vardı. O birisi qız da gözəldi. Azərbaycanlı olması  o saat nəzərə çarpırdı. Anna rəfiqəsinə baxıb gülümsəyərək:

–Nazik görürsən  bu necə gözəldir.

–Hə Anna  doktor doğrudan da gözəl oğlandır –deyib bərkdən güldü. Rauf eşitdiklərindən utanıb qızardı. Çayı gətirmişdilər. Rauf  içərisi əla şokolad, peçenye ilə dolu vazanı onların qarşısına qoydu.

–Buyurun çay için. Annanın Nazik adlandırdığı qız:

–Doktor Annanın xəstələrinin birində balaca problem yaranıb. İstəyirik o  xəstəyə baş  çəkib  məsləhət verəsiniz.

–Məmnuniyyətlə. Sizin xəstəyə nə vaxt baxmaq lazımdır.

–Əgər mümkünsə elə indi. Biz qorxuruq sonra gec olar. Annanın işlədiyi korpus binanın cənub tərəfind idi. Ora getmək üçün  mütləq həyətə düşüb, dövrə vurub binaya daxil olmaq olardı. Anna ağır əməliyyatlara girmirdi. Deyirdi hələ ona hazır deyiləm. Çay içiləndən sonra hər üçü yığışıb xəstəyə baxmaq üçün  liftlə həyətə düşdülər. Rauf hündür adam idi. Liftdə adam çox olduğundan qızların ikisi də ona sıxılmışdı. Qızların başı  onun burnuna toxunurdu. Saçlardan       qopan xoş duyğu onu gicəlləndirirdi. Amma bu cəmi bir dəqiqə çəkdi. Qapı açıldı. Onlar həyətdən keçib xəstənin yanında oldular. Xəstə yaşlı kişi idi. Rauf ona salam verib:

–Necəsən cavan oğlan-deyə soruşdu. Həkimin sözlərinə yanındakılar elə xəstənin özü də güldü.

–Yaranı göstər görüm. Kişi köynəyini yuxarı çəkdi. Qarının sağ tərəfində aşağı hissəndə  uzun kəsilmiş yara səliqə tikilmişdi. Yalnız qadınlar belə tikiş vura bilərdi. Yaranın ətrafı qızarmış, sapların 1-2-nin yanı ağ kimi görünürdü. Bu iltihab idi. Amma qorxulu deyildi. Rauf əli ilə yaradan kənar yerləri də yoxlayıb xəstəyə  bir neçə sual verəndən sonra:

–İşlər yaxşıdır dost –deyib  palatadan çıxdılar. Gəlib  Annanın kabinetinə  çatanda  Nazik:

–Anna mənlik işin yoxdursa   getdim.

–Doktor köməyə görə sağ olun. Uğurlar.

–Siz də sağ olun. Amma onun nəyə uğurlar arzulamasını başa düşmədi. Anna onu kabinetinə dəvət elədi. Annanın göstərdiyi stolda oturub kağız qələm istədi. Xəstənin yarası üçün bir iynə, bir də  gündə iki dəfə yaraya sürtmək üşun  quruducu maz yazdı. Sonra  üzünü  Annaya tutub:

Hə Anna xanım belə -belə işlər. Bəlkə tanış olaq. Ayağa qalxıb

–Rauf Mamedoviç Quluzadə. Anna  da ayağa qalxıb:

–Anna Andreyevna Puqaç-deyə  cavab verdi. Qızların onun otağına gəlişindən indiyə kimi  danışıqları hamısı rusca olmuşdu. Rauf ruscanı yaxşı başa düşürdü. Səsi gözəl və rəvan olmasına baxmayaraq danışmağı yaxşı alınmırdı. Aksenti bilinirdi. Özgəsi olsaydı onun danışığına gülməyi tutardı. Amma Anna ciddi adam idi. O gülmədi. Anna yaxşı bilirdi   rus dili çox mürəkkəbdir.  Onun öyrənilməsinə uzun illər lazımdır. Onlar xeyli oturub söhbət etdilər. Hər ikisi özləri, valideynləri, yaşayışları haqqında məlumat verdilər. Hətta telofon mübadiləsi də etdilər. Rauf  evdə nahar etmirdi. Axşamlar isə hərdən dostları ilə və yaxud tək restoranların birində şam edərdi. Şənbə bazar günləri isə hərdən şəhərdən kənar dənizə  yaxın istirahət  mərkəzlərinin  birinə gedib dincələrdi. Rauf özünə yaxşı baxırdı. Hələ orta məktəbdə oxuyanda idmana olan həvəsini  davam etdirirdi. Universtet illərində boks qrupuna yazılıb məşğul olması  indi də hiss olunurdu. Səhərlər durub stadiona gedir, orada bir neçə dəfə dövrə vurandan sonra  qayıdıb yaxşıca yuyunardı.

Görüş üçün ilk təklif Raufdan gəldi. Anna  etiraz etmədi. Axşam saat doqquzda  Anna  ağ BMV ilə onu evinin yanından götürdü. Rauf görüşə xüsusi zövq ilə hazırlaşmışdı. Bahalı mixəyi rəngli mil-mil kostyum, azca mavi rəngli köynək, cəhrayı qalstuk ona yaraşırdı. Hökümət evi yaxınlığında Abşeron mehmanxanasına daxil olanda  oturanların hamısı dönüb onlara baxırdı. Anna uzun qırmızı bahalı parcadan tikilmiş don geyinmişdi. Qolları, çiyinləri açıq idi. İki nazik lentvarı parça çiynindən aşaraq arxada bir qədər enlənsə də yenə açıq qalan yer   çox idi. Rauf baxışların altında sıxılsa da öz-özünə

–Əşi nə olsun. Məni burda kimdi tanıyan. İşçilərdən biri dərhal onlara yaxınlaşdı.

–Buyurun keçin. Siz  yer   sifariş etmisiniz. Rauf  burada birinci dəfə olduğundan dərhal cavab  verə bilmədi. Anna rusca  bildirdi,

–Bəli və stolun nömrəsini dedi.

–Anna necə  Siz azərbaycanca bilirsiniz.

—Əlbəttə bilirəm.Azərbaycanlı deyiləm. Mən burda doğulmuşam. Onları  butun bina boyu şüşə olan pəncərənin qarşısındakı stolun yanına apardılar. Onları müşaiyyət edən oğlan stolun sol təfindəki yumşaq stulu azca   geri çəkib  Annanı, sonra isə keçib Raufu əyləşdirdi. Rauf  stolun üstündə düzülmüş qablara, qədəhlərə, cəngəl, bıçaqlara nəzər yetirəndən sonra  ətrafa baxdı. İçəridə adamlar çox olsa da  hələ boş  yerlər xeyl qalmışdı. Elə stollar vardı ətrafında kişi, qadın və uşaqlar oturub hansı dildəsə danışırdılar. Burada avropalı, asiyalı,afrikalı da vardı. Stola  sol qolunun üstündə dəsmal, əlində bloknot, qələm tutmuş xüsusi geyimdə olan ofisiant yaxınlaşdı. Uzun yaraşıqlı qız həm də gözəl idi. Yubkası qısa olduğundan yoğun, düz qılçaları  göz oxşayırdı. Bayaqdan menyuya baxan Anna ona sifarişini dedi. Özüdə ingiliscə. Rauf Annaya təəcüblə baxırdı. Qız gedəndən sonra, özünü saxlaya bilməyib:

–Anna o sizi başa düşdü. Anna onun sadəlövhlüyünə gülümsəyib

–Əlbətə Rauf. Onlar bura işə düzələnə qədər, neçə  yoxlamadan keçirlər. Elələri var ali təhsilli mütəxəssisdirlər. Yeməyi gətirib verdilər. İlahi  bunlar nə idi. Düzdü Rauf bunların bəzilərini tanıyırdı. Ancaq boşqablarda başqa tərzdə yerləşdirilmişdi. Əllərində ağ əlcək olan bir oğlan gəlib ortada qoyulmuş  şüşəni açıb Annanın, onun iri qədəhinin yarısına qədər şərab süzüb çıxıb getdi. Qız isə gözləyirdi.

–Bəs bu qız niyə burda dayanıb.

–O gözləyir ki,biz badələrimizi içəndən sonra yenidən süzsün.

–Ona deyin  burdan getsin. Mən əsəbləşirəm. Sizə sözümü deyə bilmirəm. Anna başı ilə qıza  işarə elədi, gedə bilərsiniz.

–Rauf siz onun xətrinə dəydiniz. Bizim  söhbətimizin ona dəxli yoxdur. O iş başındadır vəzifəsini yerinə yetirir. Evimizdə xidmətçi var. İstirahət günlərində anamın qonaqları olur. Çay süfrəsi arxasında hər cür söhbətlər olur. Xidmətçi söhbətləri eşitsə də onun ixtiyarı  yoxdu  hər hansı bir söz desin.

Rauf savadlı adam idi. Dünyagörüşü də pis deyildi.Atası imkanlı olduğundan Sovetlər birliyi dövründə məşhur sanatoriyalarda Socidə, Yaltada, Kislovodckda olmuşdular. Moskvanı gəzmişdilər. Bununla belə Anna ilə tanış olandan hiss elədi onunla  özü arasında yerlə  göy qədər fərq var. O Annaya baxırdı. Anna nə edirdisə onu təkrarlayırdı. Restoran tam dolmuşdu. Orkestr  bir-birnin  ardınca lirik musiqilər ifa edirdi. Bir anlığa musiqi kəsildi. Elan edildi gecənin açılışı münasibətilə restoranın rəqs qrupu dəvət edilir. Axşam paltarları geyinmiş  rəqs qrupu əvvəlcə tanqodan başladı, sonra  lombadaya, yunan rəqsi sirtaki və ləzginka oynadılar. Salona şən əhval rühuyyə doldu. Rəqs qurtaranda hamı gürultulu alqışlarla onları yola saldı. Raufun da kefi əmməli-başlı açıldı. Tez şərab butulkasını götürüb Annanın, özünün badələrini doldub elə azərbaycanca

—Götür vuraq. Səhv etdiyini tez anladı və üzr istədi.

–Bağışlayın Anna. Harada olduğumu bir anlığa unutdum. Anna yenə gülümsəyib onun dediyinə əməl etdi. Şərab Raufun çox xoşuna gəlmişdi.

–Anna bu nə şərabıdır. Anna şərabın adını dedi.

–Bunların eləsi olur 100 ildən çox yaşı olur. Kiminsə sifarişi ilə orkestr Vals çaldı. Oturanlardan bir neçəsi qalxıb rəqs etməyə başladı. Anna Raufa

–Bu Mosartın 40-cı sinfoniyasıdır. Rauf  yavaş-yavaş əsəbiləşirdi. Ona görə yox burda idi. Özünə acığı tutmuşdu. Burda olmaq gözəldi. Amma  niyə indi. Axı neçə illərdi Bakıda yaşayır. Anna deyir mənim anam məhşur balerinadır. Ancaq onu tanımıram. Bu neçə il ərzində  nəinki baletə baxmağa, heç teatra da getməmişdir.

–Onların stoluna bir nəfər yaxınlaşdı.Raufdan icazə istəyib xanımını rəqsə dəvət etmək istəyirdi.

–Anna o   nə istəyir.

–Məni rəqsə dəvət edir. Fransızdır. İcazə verirsən.

–Əlbəttə.

Anna gözəl rəqs edirdi. Amma onu qısqanclıq da boğurdu. Anna onun tanışı idi. Rauf hələ barmağının ucu ilə ona toxunmamışdı. Amma bu yad kişi əli ilə Annanın belindən tutub özünə sıxıb rəqs edirdi. Anna rəqs edib gəldi. Rauf bir badə də süzüb içdi. Anna az içirdi. Heç gətirilən yeməkdən o qədər yeməmişdi. Saat 12-yə qalırdı. Getmək vaxtı idi. Hesabı vermək istədilər. Bayakı qız gəlib gəlib hesabı dedi.

–200 manat

–Neçə. Biz neylədiki, 200 manat istəyir.

–Bura belədir. Rauf cibindən pul çıxardıb hesabı verdi. Anna  maşını Raufun evinin yanında saxlayanda artıq saat birə işləyirdi. Rauf maşından düşdü.

–Anna bu gecə mənim  xoşuma gəldi. Sizdən çox xahiş edirəm mənim müəlliməm olun. Məni böyük həyata  daxil olmağıma kömək edin. Anna yaxınlaşıb yavaça üzündən öpdü.

—Söz verirəm Sizə yaxşı  müəllimə  olacam. İndi gecəniz xeyrə qalsın. Maşına oturub  yüngülcə əl edərək çıxıb getdi.

Ertəsi  gün Anna axşamkı görüşün necə təsir bağışlamasını öyrənmək üçün Raufun yanına gəldi. Rauf onun gəlişinə sevindi. Yanında heç kim yox idi.

—Hə Anna xoş gəlmisiniz. Amma axşam yaman gözəl görünürdünüz. Paltarınız lap əla idi. Balaca  zərif Anna əsl mələk idi.

–Bəs necə. Axı mən balerina qızıyam. Mən anama oxşamışam. O da mənim kimi bam-balaca xanımdır.8 yaşım olanda məni də xereoqrafiya məktəbinə qoymaq istəyirdilər.5-6 ay davam edəndən sonra daha məşqlərə getmədim. Çətin idi. Amma bəzi  nöqtələr yadımda qalıb. Ayağa durub ayağının birini qaldırıb barmağının ucunda yüngülcə fırlandı. Nazik yay donunun  ətəyi yavaş –yavaş  yuxarı  qalxırdı və Annanın bütün gözzəlliyi  onun qarşısında idi. Cəmi bir iki saniyə  çəkən bu görüntü sonralar da bütün ömrü boyu Raufun yadında qaldı.

–Buna   pa-de-de  deyirlər.

–Yaxşı  axşam orkestr musiqiyə başlayanda siz dediniz bu Mosartın 40-cı sinfoniyasıdır. Bunu haradan bilirsiniz.

–Əvvala Rauf mən təklif edirəm bundan sonra artıq bir-birimizi tanıdığımızdan siz sözündən, sənə keçək. İkincisi bildirirəm  bizim ailə savadlı və imkanlı olduğundan mən musiqi təhsilini də almışam. Əsasən fortopianino sinfində oxumuşam. Yuxarı  siniflərdə  bizə klassik musuqidən də dərs keçirdilər. Dünya  musiqisinin dahiləri olanlar, Mosart, Ştraus, Şopen, Bax, Çaykovski və başqalarının əsərlərini dəfələrlə ifa etmişik.

–Anna  sən həm gözəl, həm dahisən. Mən sənə valeh olmuşam. Səndən bir xahişim əgər mümkünsə vaxtaşırı  belə gecələrdən yenə təşkil edək. Anna:

–Baş üstə- ayağa qalxdı.Yaxınlaşıb yenə Raufun  üzündən öpüb:

 –Sən yaxşı oğlansan   -deyib çıxıb getdi.

Onların ilk görüşündən iki aydan cox vaxt keçmişdi. Bu iki ay ərzində Raufla Anna xanım istirahət günlərinin hamısında müxtəlif restoranlarda oldular. Sevgi ocağı alovlanmışdı. İş yerində olan bu roman bütün xəstəxanaya yaılmışdı. Anna elə tələbkar deyildi. Rauf isə elə bil yatmışdı indi oyanırdı. Onun qarşısında yeni aləm açılmışdı. Yenicə daxil olduğu bu aləmin dərinliklərinə baş vurduqca ayrı-ayrı adamlarla tanış olurdu. Onlar elə belə  adamlar deyildi. Siyasətçilər, aktyorlar, rejissorlar, jurnalistlər. Sən demə   onlar Raufla birlikdə bu şəhərdə yaşayırmışlar. Amma Rauf  onları görmürmüş, hiss etmirmiş.

Annanın  anası Elvira İvanovna ilə problemi  yaranmışdı. Axşam idi. Böyük otaqda Anna televizora baxırdı. Elvira İvanovna oxuduğu kitabı kənara qoyaraq eynəyini çıxarıb:

—Anna son günlər axşamlar evdə olmursan. Evə gec gəlirsən. Nə olub.

Anna anasının sualından bir qədər duruxdu. İstəmirdi Raufla görüşdüyünü anası bilsin. Raufla münasibəti hələ aydınlaşmamışdı.

–Ana  axşamlar dostlarımla gəzməyə çıxırıq. Burda nə var. Mən artıq uşaq deyiləm.

–Qulaq as Anna.Düzdür sən əvvəllər hərdən evdə olmurdun. Amma indi demək olar hər həftə evdə olmursan. Özüdə hər dəfə evdən çıxana kimi  xüsusi hazırlaşırsan.Geyimlərin dəyişir. Mən anayam. Ana ürəyi hiss edir ki, qızımın həyatında dəyişiklik var. Anna fürsəti əldən vermədi.

–Düz tapmısan ana .İki ay  olar bir oğlanla tanış olmuşam. O cərrahdır. 33 yaşı var. Mən işləyən xəstəxanada cərrahiyyə şöbəsindədir. Adı Raufdur. Evi, maşını  var. Subaydır.

–Burdan, Bakıdandı?.

–Yox əyalətdəndir. Amma burda çoxdan yaşayır. İnstitutu qurtarandan sonra işə başlayıb.

–Qızım  bura qədər dediklərin çox gözəldir. Amma əyalətdən olması mənim heç xoşuma gəlmədi. Bilirsən  qızım əyalətdən olanlar bir az  kobud və üzlü olurlar. Dünyagörüşləri dar olur.

–Ana səhvin var. Rauf çox savadlı və mədəni adamdır. Dünyagörüşü də  pis deyil.

–Yaxşı sən deyən olsun. Mən xəbərdarlığımı elədim. Ehtiyyatlı ol. Bununla da ana bala arasında olan söhbət sona yetdi.

Bu arada Annadan qəribə təklif gəldi.

–Rauf bir neçə aydır tanışıq elə hər dəfə gurultulu bahalı restoranlarda otururuq. İstəyirəm məni bir dəfə də  elə kafeyə aparasan orda adamlar çox olsun. Biz də onlarla bir yerdə yeyib içib şənlənək.

–Anna sən  nə danışırsan.O kafelərdə hər cür adamlar olur. Alma satan, kartof satan, sürücülər, fəhlələr gündüz minbir əziyyətlə qazandıqları beş-on manatı axşamlar gəlib belə kafedə oturub  o ki, var yeyib içirlər. Ağızlarına gələni deyirlər.

–Olsun də. Bizə nə dəxli var.

Şənbə günü axşam avtovağzal tərəfdə belə bir kafedə oldular. Mərasim paltarı geyinməsələr də paltarları ən son dəbdə olan geyimlərdi. Təzəliyi, səliqəsi uzaqdan bilinirdi. Oturanlar   dönüb onlara baxırdı. İçəridə göz-gözü görmürdü. Papiros tüstüsü mətbəxdən gələn tüstüyə qarışmışdı. Hər stolun ətrafında 4-5 adam oturmuşdu. Demək olar bütün stollarda araq vardı. Onlar ayaq  üstə qalmışdılar. Nəhəyət onlara üzü tüklü, xalatı əllərini silməkdən qapqara olmuş bir oğlan yanaşdı.

–Sizə nə lazımdır.

–Bir az oturub istirahət eləmək istəyirik.

–Bu saat. Gedib  barın( ona bəzən büfet də deyirlər) yanından  stol, stul gətirib birtəhər yer düzəltdi. Hələ üstəlik  güya hörmət əlaməti olaraq stolun üstünə  müşəbbə saldı.Stol düzəldilənə qədər Rauf ətrafa baxırdı. Salonda qadınlar elə çox deyildi. 2 stol aralıda üç cavan oğlanla oturmuş qadın tez –tez Raufa baxıb yoldaşlarına nəsə deyirdi. lap yaxındakı stolda bir oğlan  boş araq şüşəsini əlində tutub o biri yoldaşına

–Ay oğraş  dünən iki klentimi aparmısan.Heç olmasa bir araq al içək. Onsuz bütün gecəni burdayıq.

–Ə ağzına gələni danışma .Yanımızda adam  var ayıbdır.Əlində araq şüşəsi olan dönüb Raufa  ,yanındakı xanıma baxdı.

–Qardaş bağışla görmədim. Bu ….. oğlu  söz verir, amma eləmir. Bunun ….. lənət. Oturdular və Rauf oğlandan

–Yeməyə nəyiniz  var –soruşdu.

–Dana  basdırması, kefli beçə, kəlləpaça, mal ətindən sous, tikə, lülə. Annaya souc sözü tanış gəldi.

Raufa rusca

–Qoy sous vesinlər.

–Sous verin. İçməyə şüşə sirab və ya narzan  verin. Bax bu stola mənim hesabıma  bir dənə bahalı araq  verərsən.

Yeməyi gətirdilər. Yanında da düz boşqabda   şoraba .

Rauf   çəngəli götürüb sousa baxdı. Deyəsən tanrının burdan xəbəri yoxdu. Sousun suyu qapqara, içərisində  kartof heç bir həndəsi fiqura oxşamırdı. Çəngəllə əti yoxladı. Hər tərəfi qara olan tikə ətin  içərisi qıpqırmızı idi. Yayın günündə verilmiş şorabanın iyi  yayılırdi. Oğlan azca ləngisə də arağı gətirib deyilən stola verdi. Oturanlar  təəcübləndilər. Araq bahalı idi. Yəqin yaxınlıqdakı mağazadan alınmışdı. Həmin  kişi tez arağı qaldırıb

–Bu nədir ə Kamil bunu kim deyib. Kamil Raufu göstərdi. Rauf ona işarə  ilə

–Qonaq olun– dedi. Kişi

Sağ  ol qardaş. Allah əvəzini versin. Barın yanında quraşdırılmış maqnitofon bayaqdan Sona bülbülləri oxuyurdu. Növbəti musiqi Yanıq Kərəmi  oldu. Salonda əməlli başlı canlanma oldu. Oturanlanlardan bir neçəsi  durub oynamağa başladı. İnsafən çox gözəl oynayırdılar. Yerdəkilər əlləri ilə çəpik çalaraq onları alqışlayırdılar. Bu arada üç cavan oğlanla  oturmuş  qız ayağa qalxıb  oynaya-oynaya Raufun yanına gəldi. Qadının saçı qıvrım və qısa idi. Saçın bir hissəsi sarı, qırmızı, sonra  göy rənglə boyanmışdı. Makiaj edilmiş üzü  ağ, gözlərinin ətrafı, qaşı qara idi. Hündür dolu qadın idi. Hündür ,həddindən artıq kök  olan bu qadın qısa yubka, kofta geydiyindən  əllərini qaldırıb oynayanda yoğun budları, qarnı, kürəyi açıq qalırdı.

–Salam Raufcan, necəsən. Rauf ona baxdısa tanımadı.

–Mənəm də Tükəzban. Rauf nə qədər fikirləşdisə yenə tapa bilmədi.

–Xanım xahiş edirım çıxın gedin. Mən sizi tanımıram. Görürsən  yanımda xanım var. Tükəzban hirsləndi. Utanmadan  hündürdən

–Necə tanımırsan. 5 il bundan qabaq mən sizin şöbədə medsestra işləyirdim. Onda tanıyırdın indi tanımırsan.

Raufun yadına  xəstəxanada  işlədiyi ilk illər düşdü. Onda bu qız da onların şöbəsində işləyirdi. Adına Tükəz deyirdilər. Azca dolu, hündür, yaraşıqlı, xoş təbəssümlü, mehriban qız idi. Raufun da onunla sevgi romanı olmuşdu. Bir neçə dəfə evinə aparmışdı. Sonra bazarda işləyən bir kişiyə ərə getdi. Kişi onu işdən çıxarmışdı. İndi  Raufun gördüyü qadın tamamilə başqa qadın idi. Bununla belə  Rauf yenə  özünü  ələ alıb yavaşca

–Xanım  gedin burdan. Amma qadın getmirdi. Ələrini bədənini oynadaraq

–Rauf mən gözləyirəm. Deyəsən sərxoş idi. Raufü rəqsə dəvət edirdi. Bu dəfə Rauf əmməlli başlı hirsləndi.Ayağa qalxıb  qadının qolundan tutub

–Rədd ol burdan. Tükəzban belə təhqir olacağını gözləmirdi. Dönüb ağlaya-ağlaya dostlarının yanına getdi. Dostları  artıq ayağa durub ikisi irəlidə, o birisi arxada  Raufa tərəf gəlirdi.

–Rauf Annaya nəyi  isə izah edirdi.

 Onlar gəlib Raufa çatıb

–Cavan oğlan  sən bizim xanımı incitdin, indi biz elə edərik sənin də xanımın ağlayar. Heç bir dəqiqə keçməmiş onlardan ikisi  aldıqları zərbələrdən yerdə çabalayırdı. Rauf onların birinin qarnından, o birisinin çənəsindən yumruqla vurmuşdu. Qonşu stollarda olanlar ayağa qalxmışdı. Üçüncü dost  bıçaq çıxarmışdı. Raufun araq göndərdiyi stoldakı oğlanlardan biri  Raufa

–Dayan  qardaş, burdan belə mənlikdir. Əlində bıçaq olan oğlan üstünə gələn nəhəng adamı görəndə əvvəlcə geri addımladı, sonra isə dönüb qaçdı. Nəhəng adam yerdəkilərə yüngül təpik vurub

-Ə durun zibilinizi də götürüb rədd olun burdan. Daha 10 dəqiqə keçdi. Salon sakitləşmişdi. Rauf dilxor idi. Stolun üstündəkilər necə gətirilmişdisə eləcə qalmışdı. Annaya:

— Bəlkə gedək.

–Gedək.

Durub gedəndə  əlini cibinə salıb   stolun üstünə pul qoydu. Pul  stolun üstündəkilərin dəyərindən 2-3 dəfə çox idi. Həmin nahəng  oğlan onları maşına qədər ötürdü. Sonralar  Raufla Anna  bu axşamı  hərdən yadlarına   salıb gülürdülər.

Görüşlər davam edirdi. Artıq üç ay idi görüşürdülər. İstirahət günlərinin birində Anna  anasından icazə alıb onu evlərinə dəvət elədi və Rauf   burada  kiçik səhvə yol  verdi. Elvira İvanovna onu səmimi qarşıladı. Raufun gətirdiyi  gül dəstəsini  sol əlinə alıb sağ əlini Raufa tərəf uzadanda Rauf Elvira İvanovnanın əlini öpmək əvəzinə  sevindiyindən iki əlli Elvira İvanovnanın əlini tutub yüngülcə yellədi. Elvira İvanovna pərt olsa da, oğlanın gözəlliyi də diqqətindən yayınmadı. Evdə başqa qonaqlar da vardı. Rauf onlarla da görüşdü. Hamısı yaşlı idi. Qonaqlar  belə gözəl adaxlı üçün Annanı təbrik edirdi.Rauf utandığından qızarmışdı.Raufla Annaya da şərab süzdülər.Hamı rusca danışırdı. Onu yaxşıca tanımaq istəyənlər suallar verirdilər. Rauf verilən suallara qısaca cavab verirdi.  Söhbətlər çox maraqlı idi. Ayrı-ayrı siyasətçilərin, deputatların həyatından, teatrdan, kinodan ,aktyorlardan, qoyulacaq tamaşalardan danışılırdı. Rauf darıxmağa başlayırdı. Arada olan rəsmiyyət, etiket qaydaları onu sıxırdı. O cavan idi. İçərisində olan  sevgi onu  dəli eləmişdi. Anna ilə tək qalmaq istəyirdi. Anna onu başa düşürdü.

Annanı o biri otağa çağırıb 

–Anna mən burda darıxıram. Olar biz çıxıb gedək.  Anna

–Gedək Rauf. Burda  bizlik bir şey yoxdur. Anna qayıdıb anasının  qulağına nəsə pıçıldayandan sonra aşağı düşüb restoranların birində  əməlli başlı şənlik etdilər. Ən çox evdəkiləri parodiya edib gülürdülər. Nə qədər oturduqları yadlarına gəlmirdi. Gecədən xeyli keçmişdi.

Ağ  BMV yerindən sürətlə tərpəndi. Anna çox içməmişdi. Amma yaman dalğındı. Rauf dərin fikrə getmişdi. Hər ikisi susurdu. Gecə yarısı olduğundn  gediş gəliş azalmışdı. Daha bir saat kecdi. Anna mağazaların birinin yanında saxlayıb  bir paket  nə isə aldı.  Gəlib oturub paketin  içəsindən iki büküm Lays çıxardıb birini  Raufa verdi. O birisini özü açıb  yanındakı sandıqçanın üstünə qoydu. Onlar aeroportun yaxınlığında idi. Bayaqdan səbrlə dözən Rauf  özünü saxlaya  bilmədi.

–Anna biz hara gedirik.

–Burda Mərdəkanda bizim bağ evimiz var. İstəyirəm bugünku şənliyimiz   yarımçıq qalmasın. 20 dəqiqədən sonra onlar qəsəbənin içərisindən keçib dəniz tərəfdən  bir darvazanın qarşısında dayandılar. Uzun  zəngdən sonra  kiçik qapını  cavan oğlan açdı. Annanın  görüb darvazanı açdı.  Maşın həyətə  girəndən sonra  çıxıb getdi. Rauf yenə  sual verdi.

—Anna bu oğlan kimdir.

–Qaravulçudur. Həm də bağbandır. Ailəlidir. Onlar həyətdəki  evdə yaşayırlar. Rayondan gəliblər. Bura onlar üçün sərfəlidir. Ev kirayəsi vermirlər. Üstəlik yaxınlıqda bağlarda işləyə bilirlər. Onlar olmasa  bu evi bir günün içərisində dağıdarlar. Anna keçib  evin işıqlarını yandırdı. Hər yan işığa qərq oldu. Birmərtəbəli kürsülü evin gözəlliyi, əzəməti indi bilinirdi. Evə keçdilər. Anna soyunmadan Raufu evlə tanış edirdi. Enli dəhlizin bir tərəfində  sanitar qovşaq, digər tərəfində  mətbəx,oradan istirahət otağına daxil oldular. Istirahət otağından yataq otaqlarına qapılar vardı.

–Bax bura anamın, bu isə mənim otağımdır. Hər şey əla düzəldilmişdi. Hər yanda səliqə, təmizlik  vardı. Yenidən Raufu  öz otağına aparıb 

— Burda  gözlə. Çıxıb əlində  göy rəngli xalat gətirdi.

–Bu anamın ən böyük xalatıdır, bilmirəm əyninə olacaq. Paltarını dəyiş. Xalatı verəndə göz-gözə gəldilər. Getmək istəyəndə Rauf onu saxladı və bütün gücü  ilə Annanı  ağuşuna alıb dodaqlarını Annanın dodaqlarına  sıxdı. Anna heç bir müqavimət göstərmirdi. Bu əsl  sevgi idi. Romeo öz Cülyettasını tapmışdı. Rauf onu qucağına alıb başını sinəsinə sıxıb bir neçə dövrə vurandan sonra yerə qoyub

–Mənim gözəl Annam. Anna  tamamilə sevinc içində idi.

–Hamam hazırdır. Əvvəlcə sən yuyun.

Rauf  gülməli olmuşdu. Xalat  onun bədəninə   çox kiçik idi. O yuyunub gələnə kimi Anna paltarını dıyişmiş, həmdə stolun üstündə kiçik süfrə açmışdı. Annanın xalatı ağ rəngdə idi. Elə bil qu quşu idi. On dəqiqədən sonra o da yuyunub gəlib Raufun yanında oturdu. Kiçik süfrə səliqə ilə düzəldilmişdi. Anna:

–Bu gün sənə özüm qulluq edəcəm-deyib stolun üstündə olan viski şüşəsini  açıb əvvəl özünün qədəhini, sonra isə Raufun qədəhini doldurdu.

Rauf  viski şüşəsini  Annanın əlindən alıb üzərindəki etiketi oxumaq istədisə heç nə alınmadı.

–Bu viski  uzun müddətdir bizdədir. O vaxtlar Mərkəzi  Komitədə işləyən bir nəfər anama hədiyyə verib. Onların işlədiyi binada mağaza varmış. Bu mağazada dünyanın hər yerindən gətirilmiş defisit mallar həmişə olurmuş. Əsl şotland viskisidir. Qədəhlərini yüngülcə bir-birinə vurub icdilər. Sonra stolun üstündəki fıstıq  tumundan, qovrulmuş fındıqdan, qöz ləpəsindən, sarı qara kişmişdən həyəyə  bir neçəsini yedilər. Rauf ayağa  durub Annanın  saçlarımı ələri ilə qarışdırıb  üzünü onun üzünə sıxıb ayağa qaldırdı və qucağına alıb otağa apardı.

Onlar  yuxudan oyananda saat 11 idi.Əvvəlcə Rauf, sonra isə Anna geyinib həyətə düşdülər. Yayın ortası olmasına baxmayaraq  hava xoş və sərin idi. Onların yanına bir it qaçıb gəldi. Bu gözəl alman ovçarkası idi. Anna onu görən kimi:

–Hə xoş gördük mənim ağıllı qəşəng qızım. Anna onu öpüb başını sığalladı. İt sevindiyindən qaçıb bir neçə dəfə dövrə vurandan sonra  yenidən Annanın yanına gəlib  çöməldi və iki dəfə hürdü.

–Hə başa düşdüm. Cibindən şokolad çıxarıb  itə verdi. İt şokaladı yeyib getdi. Rauf çox da böyük olmayan  həyəti başdan başa gəzdi.Hər tərəf gül çiçəklə bəzənmişdi. O bu güllərin heç birisini tanımırdı. Güllərin arasındakı qazon sanki yaşıl xalı idi. Rauf fikrə getmişdi. Burda hər şey gözəl idi. Burda adam rahat olur. Bizim imkanımız pis deyil. Rayonda seçilən, sayılan beş-on nəfərdən biriyik. Niyə bizdə belə şərait yoxdur. Neçə illər ölkənin ən gözəl sanatoriyalarında olmuşuq. Evin içərisinin dizaynı, bölgüsü, stol, stullar, mebellər, işlənən, işlənməyən qablar hamısı fərqli idi. Bizim yaşayışımızla bunların yaşayışı arasında yer-göy qədər fərq var.

Annanın yanına  bağabaxanlar gəlmişdi. Rauf gəlib onlarla görüşdü. Anna

–Bunlar mən gələndə sevinirlər. Anam gələndə aləm bir –birinə qarışır.

-Niyə bu qurumuş çiçəyi dəyişməmişiniz. Ağaçlar budanmayıb.

Onlara həyətdə   düzəldilmiş  istirahət köşkündə samovar çayı verdilər. Köşk  17 yaşlı Mariya Krillovna ilə  Dubrovskini görüşdükləri köşkə oxşayırdı. Anna evdəki süfrədə  viskidən əlavə nə varsa  hamısını daşıyıb gətirmişdi. Rauf  yenə gördüklərinə təəccüb etdi. Anna  evdəkiləri süfrəyə dəvət eləmədi. Hər kəs öz yerini bilməlidir.

Anna evə qayıdıb  hər tərəfi qaydaya salıb, işıqları söndürüb qapını bağladı. Bağabaxan oğlan onlara yaxınlaşdı. Anna:

–Süfrədəkilər  sizindir. Sağ olun.

Yolu əla düzəltmişdilər. Bu yerlər Bakının rayonları adlanır. Əvvəlcə Xəzər, sonra Suraxanı, Sabunçu rayonlarınından keçib şəhərə çatırsan. Necə də doğma, əzəmətli adlardır. Onlar şəhərə  çatanda  saat iki olardı. Şəhər istidən od tutub yanırdı. Anna Raufu evinin yanında düşürəndən sonra  evlərinə getdi.

Elvira İvanovna evdə yox idi. Yəqin harasa qonaq gedib. Ümumiyyətlə Elvira İvanovna  indinin özündə də var gücü ilə işləyir. Bakı Ali Xoreoqrafiya Məktəbində dərs deyir. Teatrda yeni tamaşalar hazırlayır.

Anna yaman yorulmuşdu. Evə çatan kimi  paltarlarını soyunub soyuq duş qəbul edib yatmaq istəyirdi. Cavan, möhkəm bədənli, qafqazlı Rauf ona səhərə kimi yatmağa  imkan verməmişdi. Anna qadın idi. Bu nə vaxt olmuşdu yadına gəlmirdi. Lap çoxdan hələ 9-sinifdə oxuyanda  bir dəfə sinif yoldaşının ad günündə  möhkəm içibmiş. Onunla birlikdə ad günündə olan  bir gənc sərxoş Annanı evlərinə aparıb işləri korlamışdı. Universtet illərində  Anna hamiləlikdən və xəstəliklərdən qorxduğu üçün həmişə  özünü qoruyurdu.Onun pərəstişkarları həmişə olurdu. Amma  nə qədər 18—22 yaşı vardı elə bir ciddi adaxlıya rast gəlmədi. Sonra isə özü istəyirdi bir müddət azad olsun. Həyatda  yaşamağın ləzzətini duysun. Ərə  getmək üçün hələ vaxtı vardı. Anası  onu  həyata yaxşı hazırlamışdı.Onun  maddi təminatı da yaxşı idi. Şəhərin ən yaxşı yerində evləri, işi vardı. Raufla münasibətlərində  elə bir aydınlıq olmasa da  ona dəlicəsinə vurulmuşdı. Raufun gözütoxluğu, sadəliyi  xoşuna gəlirdi.

Annadan fərqli olaraq  Rauf  yatmağa tələsmirdi. Dünən gecəki  nağıllar aləminə qayıtmışdı. Şəhrizad axşamdan başladığı nağılı səhərə yaxın qurtarmış Şəhriyarı yatmağa qoymamışdır. Rauf indiki həyatından razı idi. Anna onun bağlanmış gözlərini bu dünyaya açmışdı. Özü özlüyündə indiyə kimi rast gəldiyi qadınlarla Annanı müqaisə elədi. Yox onlar hamısı kobud, üzlü  və tələbkar idilər. Onun Annası isə zərif, saf və hərtərəfli xanım idi. O məni sevir. Bundan sonra mən özümü  daha yaxşı aparmalıyam. Annanın qəlbinə toxunmaq olmaz. Mələk kimi təmiz olsa da qürurludur. Tələbkar deyil, lap elə tələbkar olsa da  mənim aylıq qazancım qarşısında xərclədiklərim qəpik-quruşdur.

İyul ayı idi. Rayonda bu aya qora bişən ay deyirlər. Qora üzümün xırda yaşıl formasına deyilir. İyul ayında isti o qədər güclü olur, onun təsirində qora tez böyüyüb yetişir. Axşam Rauf  ata-anası ilə xeyli danışdı. Hamısı yaxşı olduğundan  xəbər verirdilər. Onlar havaların bərk isti olduğundan şikəyətləndi. Böyük qardaşı  lap irəli gedib

-Rauf sən ağıllı adamsan. Lap yaxşı eləyib başını götürüb kənddən getmisən. Vallah işləməkdən  canımız çıxır. Qazancımız nədir. Onu da vaxtlı vaxtında alıcı tapsaq. Ordan yığıb elə sahədə dəyər –dəyməzinə satırıq. Əkəndən çox alan qazanır. Onlar iri sahibkarlardır. Özlərinin soyuducu anbarları var. Biz burda  atamgilin evini təmir edirik. İstəyirik  bu payız səni evləndirək. Rauf  da qardaşının dediklərini zarafat sayaraq  o da zarafatla

–Mən hazır. Onun pulu çox idi . İşlədiyi bu müddət ərzində  100 mindən çox pul topalaya  bilmişdi. Ağ rəngli TAYOTA Lanq –qruzeri vardı.

İş həftəsinin birinci günü başlamışdı. Bu vaxtlar xəstəxanada  bir az seyrəklik olur. Təsadüfi qəzaları  nəzərə alınmasa  yayın istisində gəlib  burda müalicə olunmaq çox çətin olur. Həm xəstələr, həmdə xəstə sahibləri üçün şərait olmadığından  əziyyət çəkirlər. Rauf axşamkı gecənin sehrini  yada saldıqca əhvalı yaxşılaşırdı. Ağlına bir fikir gəlmişdi. Qısa  müddətli məzuniyyət götürüb   sərin yerlərdəki ailəvi istirahət mərkəzlərinin birində dincəlmək olardı. İşin axırına yaxın zəng edib Annanı yanına dəvət elədi. Şöbədə onların sevgi romanını hamı bildiyindən  Anna Raufun kabinetinə daxil olanda  durub çıxırlar. Sevgililər öpüşüb görüşdülər.

—Necəsən Anna

–Yaxşıyam Rauf.

–Anna mən istəyirəm işdən çıxıb həmişə yanında olum.

–Niyə ki.səni elə yanımdasan

–Yox elə  yox, bax belə səni həmişə qucaqlaya bilim, öpə bilim. Anna  mənim  yeni bir ideyam var. Gəl hər ikimiz qısamüddətli məzuniyyət  götürüb  15 günlüyə Qubada, Xaçmazda, İsmayıllıda, Qəbələdə və yaxud Qaxın İlisu kəndindəki ailəvi istirahət mərkəzlərinin birində dincələk. Elə Elvira Ivanovnanı da  özümüzlə aparaq. Anna  Raufun sadəlöhlüyünə bərkdən güldü.

–Nəyə gülürsən.

–Rauf görünür sən mənim anamı yaxşı tanımırsan. Mənim anam məşhur adamdır. Sovet balet teatrına böyük töhfələr vermiş bu xanım Azərbaycan  və SSRİ Dövlət mükafatları laureatıdır. SSRİ  xalq artistidir. İndi özün  fikirləş. Belə məhşur bir xanım  sadə adamlar arasında necə sərbəst dincələ bilər. Doğrudur bizim istirahət mərkəzləri  oralardan daha gözəldir. Bununla belə  hələ çox işlər görülməlidir Avropa standartlarına  uyğun gəlsin. Narahat olma. Yəqin Eldar Qasanoviç bir şey fikirləşib. Sənin təklifinə gəldikdə  sabah  bir söz deyərəm.

Axşam  ana- bala arasında möhkəm mübahisə düşdü.

–Qulaq Anna. Birlikdə istirahətə getməyinizə etiraz etmirəm. Sən mənim yeganə övladımsan. Yeganə  övlad isə eqoist, təkəbbürlü  və ərköyün olur. Daha uşaq deyilsən. Mən bilmək istəyirəm Raufla sənin münasibətin necədir.

–Raufla mən dostuq. Bir –birimizi sevirik. Hələlik  belə davam edir. Ola bilsin bir neçə aydan sonra evlənəcəyik.

–Axı kimdi bu Rauf. Onun haqqında nə bilirsən.

–Bilirəm ana. Rauf rayondandır. Atası, anası, iki bacısı, bir qardaşı var. Dərnəgül tərəfdə üçotaqlı evi var. Maşını var. Savadlı, bacarıqlı  cərrahdır.

–Bunlar hamısı yaxşıdır. Amma  mən görürəm sən bəzi şeyləri yaxşı bilmirsən. Mən 30 ildən çoxdur azərbaycanlılarla  birlikdə bu şəhərdə yaşayıram. O millət ilə bizim millətin  adət-ənənələri arasında çox fərq var.

Birincisi  bizdən fərqli olaraq  azərbaycanlı  uşaqları  ata –anaya çox bağlı olur, özləri hər hansı işə başlayanda sərbəst qərar verə bilmir. Bizdə isə isə bu tamamilə başqa cürdür. Əgər indi mən sənə etiraz edib, yox Anna Raufla getmə, sən Raufu sevdiyindən

-Ana mən 18 yaşında qız deyiləm. Özüm bilərəm getmək olar ya yox. Bir az dərinə getsəm, baş götürüb bu evdən gedəcəksən. Sən də, mən də səhv etdiyimizi bilsək də bunu adi qarşılayacağıq.

–İkincisi  sən qadınsan. Raufdan əvvəl həyatında bir neçə kişi olub. Azərbaycanlı ailəri  isə öz övladlarının qadınla yox, qızla evlənməyinə üstünlük verirlər. Ondan əlavə sən azərbaycanlı qadını deyil rus qadınınısan. Məsələ burada lap çətinləşir. Sənin arzun  1000-2000  ailədən birində reallaşır. Dediyim odur ehtiyyatlı ol. Anna:

–Ana mənim sevdiyim Rauf elə o 2000 ailədən biridir. Bununla da  ana bala arasında olan söhbət qurtardı.

İcazə alınması, hazırlıqlar tam bir həftə  vaxt apardı. Məsələ burasındadir  sevgililərin heç biri  indiyə kimi adları çəkilən bu rayonlarda olmamışdılar.İstirahət  qərarını dəyişib səyahətlə əvəz elədilər.Marşrutda gəzməli ,görməli yerlərin sayının çox olmasını nəzərə alaraq  15 yox 20 günlük icazə almışdılar. Marşurutu belə müəyyənlədirdilər.

Quba, Xaçmaz, Qusar zonası –5 gün

İsmayıllı, Qəbələ zonası          –5 gün

Şəki, Qax, Zaqatala, Balakən  zonası-5 gün . Qalan günləri  bir  zonadan o birisinə gediş üçün nəzərdə tutmuşdular. Turizm şirkətlərinin  birində olub Səyahətin marşurutunu, tarixini bildirib ən yaxşı otellərdə iki nəfərlik yer  sifariş edib əvvəlcədən pulunu ödədilər. Raufun qəti etirazına baxmayaraq ödənişlərin yarısının pulunu Anna verdi.

–Anna axı yaxşı deyil. Sən mənimlə gedirsən.

–Burda nəvar ki, Rauf. Anam mənə  pul verib. Elə özümün  də xeyli var.

  Raufun maşınına bələdçi monitoru quraşdırıldı. Nəhayət iyulun onunda Bakıdan çıxdılar. Anna

–Rauf indi sən Ərəb şeyxi Tarixə, mən isə ingilis qızı Saraya oxşayıram. Doğrudur onlar daha məhşur yerlərə, Parisə, Londaona, Nuyu-Yorka, Mayamiyə gedirlər. Amma eybi yoxdur. Vaxt gələr biz də o yerlərə səyahət edərik.

Sevgililər tam 20 gün yaxşıca səyahət edib Bakıya qayıtdılar. Hər ikisi sevinc icində idilər. Səyahətin gündəliyinə uyğun olaraq əvvəlcə  Qubada Ahu ailəvi istirahət mərkəzində yerləşib, bələdçilərin köməkliyi ilə gəzməli –görməli yerlərin  hamısında oldular. Ən maraqlısı Qubadan 57 km məsafədə yerləşın Xınalıq kəndinə  çəkilmiş yolun  mənzərəsi idi. Tez-tez dayanıb  bu mənzərələri daha yaxından müşahidə etmək adama ləzzət edirdi. Hər ikisinin telefonu dayanmadan  şəkil çəkirdi. Xaçmazda dəniz kənarı çimərlikdə olmağa üstünlük verdilər. Qusarda isə yenə maşınla gedib Qusar Yay, Qış oyunları kompleksində olub  kanatla hərəkət edə-edə ətrafı bolluca seyr etdilər. İsmayıllıda, Qəbələdə  olmaq da  xoş idi. Azərbacanın qədim sənətkarlıq mərkəzləri olan Lahıc, Baskal kəndlərini gəzib   xatirə olaraq sənətkarların düzəltdiyi  hədiyyələrdən aldılar. Qəbələdə Qafqaz otelində yerləşib atla dağ cığırları ilə gəzintiyə çıxdılar. Qaxda İlisu kəndini gəzdilər. Şəkidə Xan sarayına, karvansaraya tamaşa edib, Zaqatalaya, Balakənə qədər gedib çıxdılar. Gündüzlər uzun gəzintidən sonra, axşamlar otellərdə yaxşıca dincəlirdilər. Maraqlı, xoşlarına gələn yerlərdə  o qədər şəkillər çəklmişdilər qərara aldılar, iki albom düzəldib bir-birinə  hədiyyə etsinlər.

Avqustun birində  işə başladılar. 20 gün bir yerdə olmaları onları  daha yaxınlaşdırmışdı. Hər ikisi iş gününü başa çatmasını səbirsizliklə gözləyirdi. Elvira İvanona evdə yox idi. Eldar Qasanoviç  onu özü ilə Fransanın cənubuna Marsel şəhərinin yaxınlındakı  portoğal bağları ilə məşhur olan kurortların birinə aparmışdı. Saatlarla dəniz sahilində oturan Elvira İvanovna buralarda özünü sərbəst hiss edirdi. 50-dən  yuxarı yaşı olmasına hələ gümrah  və gözəlliyini qoruyub saxlaya bilmişdi.

Şəhərdə olanlar belədir.İstədikləri vaxt  məzuniyyət götürüb səyahətə gedə bilirlər. Rayonda, kənddə isə bu məsələ çətindir. Aprel may aylarında səpin başlayana qədər gərək torpaq şumlana,sonra səpin başlayır. Ona qədər  ot biçimi başlayır. Əvvəlcə birinci, arpa, buğda biçimi, ikinci, üçüncü biçim, üzüm yığımı, pambıq yığımı,  taxıl əkiləcək yerlərin şumlanması il qurtarırdı. Ona rayondakı adamların istirahətə getməsi həmişə alınmır.

 İndi Rauf  demək olar hər gün Annanın yanında olurdu. Axşamlar  restoranların birində  dostlarla nahar edəndən sonra  hərdən Anna onu evə dəvət edirdi. Belə yaşayış  Raufun xoşuna gəlirdi. O qayğısız yaşayırdı. Özünü xöşbəxt sayırdı.Bir məsələ onu narahat edirdi. Son günlər ətrafında çoxlu dedi-qodu əmələ gəlmişdi. Onların hərəkəti kimlərinsə xoşuna gəlmirdi. Bu belə davam edə bilməzdi.

Bir dəfə Annanı götürüb Moskva univermağına apardı. Xahiş elədi ona yaxşı bir nişan üzüyü   seçməyə kömək etsin. Güya Raufun dostu  öz nişanlısına almaq istəyir. Anna ona kömək elədi. Briliyantla işlənmiş sadə, lakin bahalı nişan üzüyünü seçib barmağına  taxıb Raufa göstərdi.

–Çox gözəldir Anna. Elə bil sənin əllərin üçün  yaradılıb. Anna üzüyü çıxarıb qaytardı. Üzünə kədər çökmüşdü.

Rauf çibindən pul çıxarıb beh verdi, üzüyü hələlik satmasınlar. Dostu ilə gəlib alacaqlar. Bir neçə gün sonra Rauf  univermağa gedib pulunu ödəyib üzüyü götürdü.

İlk görüşlərindən 6 aydan çox vaxt keçmişdi. Sentyabrın əvvələrində Elvira İvanovna ilə Eldar Qasanoviç istirahətdən qayıdıb gəlmişdilər. Teatr mövsümü başladığından bu gunlərdə dərs deməklə yanaşı Elvira İvanovna  yeni  tamaşaların hazırlanmasında  yaxından iştirak edirdi. Bunların eləsi vardı o baş rolları ifa edəcəkdi. Teatr Bakıda bir neçə tamaşa verəndən sonra uzunmüddətli qastrol səfərlərinə yollanacaqdı.

Rauf uzun araşdırmalardan sonra özlüyündə qəti qərara gəlmişdi Anna ilə evlənsin. Anna onu yeni yaşayış tərzinə öyrətmişdi. Onu  başa düşürdü.Fədakar,qayğıkeş  olmaqla  yanaşı  çox sevimli idi. Üzüyü iş otağındakı seyfdə saxlayırdı. Boş vaxtlarında hərdən üzüyü cıxardıb xeyli tamaşa edərdi. Həmin anlarda xəyalı çox uzaqlara gedib çıxırdı. Münasib bir vaxt axtarırdı, üzüyü  Annaya təqdim edib öz qərarını bildirsin. Raufun  Bakıda yaşayan Cəfər adında həmyerlisi vardı. İnşaat Mühəndisləri   Universtetində  dərs deyirdi. Hələ tələbəlik  illərindən bir-birini tanıyirdılar. İndinin özündə də köhnə dostluq davam edirdi. Ailəlidir. Dostların evə aid mühüm bir işi olanda bir-biri ilə məsləhətləşərdilər.

–Şənbə günü  axşam Cəfər də mənimlə restorana gedər, Annaya deyərəm o da rəfiqələrindən birini dəvət edər. Elə orada  Cəfərin, rəfiqəsinin şahidliyi ilə üzüyü Annaya təqdim edib sözümü deyərəm.

Şənbə günü axşam 10-da  məşhur restoranların birində salonun uzaq küncündə stol sifariş etdilər. Anna rəfiqəsin də gətirmişdi. Qısa tanışlıqdan sonra əyləşib sifarişləri verdilər. Şampan badələri süzüləndən sonra Rauf icazə alıb badəsini götürüb ayağa qalxdı

–Hörmətli Marya xanım, əziz dostum və qardaşım Cəfər!  6 aydan çoxdur, Anna xanımla mən dəfələrlə  belə axşamları bir yedə olmuşuq. Amma bu axşam  xüsusi axşamdır. Bu axşam neçə həftə  öncə özlüyümdə qəbul etdiyim qərarı  sizin şahidliyinizlə dünyalar qədər sevdiyim Annaya   bildirmək istəyirəm. Anna mənim tapıntımdır. Anna  mənim gözlərimi yeni dünyaya açmışdır. O məni XV əsrdən XXI əsrə gətirmişdir. Anna xanım zəhmət olmasa ayağa qalxın. Sonra onun əllərindən tutub

–Mənim sevimli, zərif  Annam. İstəyirəm bu gündən mənim xanımım olasan.Təklif  Anna üçün, elə yerdə qalanlar üçün də   gözlənilməz olmuşdu. Hamısı bir neçə dəqiqəliyə susub qalmışdı.

Birinci alqış Mariyadan gəldi.

–Anna təbrik edirəm. Razı ol Rauf yaxşı oğlandır. Cəfər  əvvəlcə eşitdiyindən duruxsa da son zamanlar internetdə, teleseriyyallarda belə şeyləri çöx gördüyündən  ayağa qalxıb o da

–Anna mən  də sizi təbrik edirəm. Razı olun. Rauf mənim yaxın dostumdur.O doğrudan da yaxşı oğlandır. Anna başını aşağı salmışdı. Eşitdikləri ona xəyal kimi gəlirdi. Rauf Annanın başını əlləri arasına alıb yuxarı qaldırdı. Anna ağlayıyırdı. Bu sevinc yaşları idi. Rauf:

–Anna  dediklərimə razısan. Annanın  üzünə təbəssüm gəldi. Başı ilə hə işarəsini verdi. Bərkdən eşidilən sevinc səslərinə salonda oturanların hamısı dönüb baxdı. Rauf əlini cibinə salıb Annanın  bəyəndiyi  üzüyü  Annanın  barmağına taxdı. Yenə sevinc səsləri bütün salona yayıldı. Badələri toqquşdurub içdilər. Elə həmin an bir tərəfdən Mariya, digər tərəfdən Cəfər  əllərini stola döyərək:

–Öpüşsünlər, öpüşsünlər  -deyə səsləndilər. Uzun və davamlı öpüş bir dəqiqə çəkdi. Hamı sevinc içində idi. Anna tez –tez üzüyünə baxırdı. Onun daxilində nə isə dəyişiklik olmuşdu. Elə bil həmişəki şən, şıltaq Anna deyildi. Hamı Raufun bu hərəkətinə  əhsən deyirdi. Məclis o qədər səmimi, rəvan gedirdi ,vaxtın nə vaxt gəlib getdiyi bilinmirdi. Artıq saat birə işləyirdi. Ancaq heç kim bu gözəl məclisdən ayrılmaq istəmirdi. Heç vaxt evə belə gec getməyən Cəfər narahat deyildi. Arvad uşağı Bakının istisindən qaçıb  rayona getmışdilər. Bu ara Anna ayağa qalxıb badəsini götürüb

–Dostlar Raufun təklifi  Sizin kimi  mənim üçün də gözlənilməz oldu. Ondan belə təklif alacağımı  gözləyirdim. Çünki Rauf məni sevdiyi kimi mən də onu sevirəm. Biz bir-birimizi yaxşı öyrənmişik. Rauf məni, sizi  sevindirən kimi mən də istəyirəm.  Sizə şad xəbər verəm.

–Mən hamiləyəm. Bədənimdə olan Raufun körpəsi iki aylıqdır. Yenidən sevinc qışqırtıları salona yayıldı. Hamıdan çox  sevinən Raufdu. O dəfələrlə Annanı qucaqlayıb üz gözündən öpürdü. Mariya ilə Cəfər bu böyük məhəbbətin əsl şahidi oldular.

Mariyanı Cəfər evlərinə  apardı. Yolda aldıqları təsuratları  yenidən bölüşürdülər. Rauf Annanı evlərinin qarşısına gətirəndə saat üçün yarısı idi.

Ertəsi gün  nahar  vaxtı ana bala  çay içə-içə söhbət edirdilər. Anna

–Ana  axşam biz Raufla nişanlandıq. Sonra axşam olanları əvvəldən axıra kimi anasına söylədi. Elvira İvanovna  bu xəbəri sakit qarşıladı.

–Qızım səni təbrik edirəm. Xöşbəxt olasınız. Bununla belə sənə  bir neçə sözü deməyə özümə borc bilirəm. Siz əsl russayağı nişanlanmısınız. Deyirsən cəmi dörd nəfər idiniz. Sənə demişdim axı .Mən  50 ildir azərbaycanlılarla bir yerdə yaşayıram. Çoxlu sayda rəfiqələrim, dostlarım var. Ad günlərinə, nişanlarına , toylarına məni də dəvət edirlər. Onlarda nişan  mərasimi  də elə toy kimi keçirilir. Hər iki tərəfdən qohumlar yığışıb böyük sevinclə nişanlamanı qeyd  edirlər. Nədənsə mənim bu işdən  xoşum gəlmədi.

—Ana sənə bir xəbərim də vardır. Onun üzündə təlaş vardı.

—O nə xəbərdir.

–Ana mən hamiləyəm. Bax xəbəri Elvira İvanovna  sevinclə qarşıladı.

–Nə dedin qızım. Hamiləsən. Axır ki, qızım məni başa düşdün. Elə sən də, mən də artıq yaşlaşmışıq. Bax indidən deyirəm mənim nəvəm balerina olacaq.

–Ay ana sən nə bilirsən  mənim qızım olacaq.

–Bizim nəslin tarixi çox qədimdir. Bu nəsildə oğlan uşağı nadir hallarda anadan olur. İndi qızım sizin bir məsələniz qalır. Bu eşitdiklərimi rəsmiləşdirmək. Toyu  haçan etmək istəyirsiniz.

–Ana hamilə olduğumu  Raufa axşam demişəm. Yəqin bir tədbir görər.

Elvira İvanovnadan fərqli olaraq  Raufun  işi bir qədər çətinləşdi. Nahardan sonra idi. Kabinetdə oturub nə edəcəyini fikirləşirdi. Deməli Anna hamilədir. Özünün dediyinə görə iki aylıqdır. Təcili bir aya  və yaxud ən uzağı iki aya toy eləmək lazımdır. Yoxsa kollektiv arasında biabır olarıq. Rauf öz qərarında qəti idi. O Annanı sevirdi. Çox götür-qoydan sonra

–Mənim seçimimdə elə bir səhv yoxdur. Bura böyük şəhərdir  və hər kəsin problemi özü üçündür. Bacı, qardaşlarım cavandır,  özləri də ziyalı ailəsində böyüyüblər məni başa düşərlər. Atam, anam hər il sanatoriyalarda olanda çoxlu rus ailələri ilə tanış olub, bir yerdə  istirahət ediblər. Bir dəfə olsun onlardan gileylənməyib. Qaldı toy məsələsinə. Mənim kifayət qədər pulum var. Toy eləməyə gücüm çatar. Beş on gün keçsin  valideynlərimə deyərəm  yoluna qoyarlar.

Müəllifdən

Uzun həyat təcrübəmdə bəzi  məsələlər var, mən özüm də bilmirəm  bu necə olur. Birdə görürsən evdə, işdə və yaxud sağlamlığımda  bir problemim olu , özümü narahat hiss edirəm. Elə bu vaxt  əvvəllər anam, indi isə bacılarım, qızlarım məndən yüz kilometrlərlə uzaqda olmalarına baxmayaraq səhər tezdən zəng edirlər. Anam oğul, bacılarım qardaş, qızlarım ata deyib

–Bəs bu gecə yaman narahat yatmışıq , necəsən, salamatçılıqdır. Mən öz vəziyyətimi izah edib

–Narahat olmayın  ötüb gedər-deyə onları sakitləşdirirdim.

İndi Raufun da başına belə  bir iş gəldi.Təkbaşına bu işləri həll edə bilmədiyindən keçən həftə çox dilxor idi. Növbəti iş həftəsinin birinci günü  səhər saat səkkizdə  ona zəng gəldi. Rauf telofondakı nömrəni tanıdı. Böyük bacısı idi.
Tez düyməni basıb telofonu  açdı.

–Alo .Qardaş salam sabahın xeyir. Necəsən Rauf. İşin, gücün canın, başın necədir. Bu arvad tezdəndən məni çağırıb qoymur işimizi görək, bəs Raufa zəng elə gör necədir. Yaman narahatam. Ürəyim az qalır yerindən çıxa.

–Yaxşıyam bacı. İşlərim də qaydasındadır.

–Olsun, olsun. Rauf bəlkə bir iki günlüyə buralara gələsən. Evimizi təmir elətdirib qurtarmışıq. Atam istəyir  yeni ilə qədər səni evləndirsin. Üstəlik sənə qız tapmışıq. Yadına düşür 1 nömrəli  sovxozun direktoru  Babayev  Kazım. İndi o da atam kimi iş adamıdır. Onun kiçik qızi Nurcan Gəncə Pedaqoji Universtetini bu il qurtarıb. Yanmış  elə gözəldir. Yüz faiz bilirəm xoşuna gələcək. Qıza da bəzi  mesajlar demişik. Atam deyir Raufu  çağırın  qoy bir söz desin.

–Bacı sən nə  danışırsan. Nə qız ,nə evlənmək. Bu kişi də deyəsən lap xarab olub. Əvvəlki direktorluğu yadında qalıb. Elə bilir evlənmək də əmrlə, qərarladı. Mən də onun  işçisiyəm. Əmr verdi qurtardı. Bilirsən bacı sənə bir söz deyəcəm. Diqqərlə qulaq as. Mən nə kəndə gələnəm. Nə də o qıza baxacam. Burada özümə rus qızı tapmışam. Mənimlə bir xəstəxanada işləyir. O da mənim kimi həkimdir. Bir həftə olar nişanlanmışıq. Toyun  vaxtını  dəqiqləşdirib Sizə xəbər edəcəm. Beş-on nəfər biz tərəfdən, bir o qədər də qız tərəfdən   və dostlarım  restoranların birində yəğışıb toy edəcəyik. Bununla da mənim evlənməyim başa çatacaq.

–Deməli Rauf səni tora salıblar. Yazıq arvad elə buna görə də narahatmış. Sağ ol qardaş. Amma bizi el içində  yaman xar elədin.

Daha iki gün keçdi. Gündüz saat üç idi. Rauf oturub  xəstələrin anketlərini yazırdı. Qapı döyüldü və içəri üç nəfər girdi. Rauf lap məəttəl qaldı.Gələnlər atası, anası və böyük bacısı idi. Rauf tələsik ayağa qalxıb onları qarşıladı. Anası, bacısı onun qucaqlayıb üz gözündən öpsədə, atası onun əlini kənara itələyib keçib otaqda olan divan, kreslolarının birində oturdu. Rauf onları diqqətlə nəzərdən  keçirdi. Hər üçü zövqlə geyinmişdi. Ana bacısı başlarına nazik enli şərf bağlamışdı. Atasından başqa üzlərindən səmimilik, doğmalıq yağırdı. Heç bir makiajdan, rəngdən istifadə etməmişdilər. Elə təbii idilər. Birinci Rauf başladı.

–Xeyir ola, niyə belə xəbərsiz yığışıb gəlmisiniz. Atası:

–Gəlmişik sənin gözəlçənlə tanış olaq. Demirsən nişanlanmışıq. Mən axşam eşitmişəm. Mən həmişə uşaqlarım içərisində ən ağılısı səni hesab eləmişəm.Amma deyəsən səhv etmişəm. Sən demə ən axmağı sən imişsən.

–Ata səndən xahiş edirəm bir az yavaş danış, Bura xəstəxanadır. Mənim iş yerimdir. Bir az o tərəfdə  ağır xəstələr yatır.

–Cəhənnəmə olsun sənin iş yerin. İş yerinə hörmət edən o qələti eləməz.

–Ata gəlmisiniz yaxşı eləmisiniz. Alin bu açarlarları. Gedin evə . Mən də işlərimi qurtarıb bir azdan gələrəm. Axşam  restoranların  birinə gedərik. Annanı ora dəvət edərik. Əməlli başlı tanış olarsınız. Restoran ,Anna adlarını eşidən Məmməd kişini od götürdü.

-Ə heç utanırsan  indi də ağbirçək ananı, xalxın arvadı bacını restorana aparıb qarşılarına da bir şampan qoyacaqsan. Niyə xaraban yoxdur. Biz heç hara getməyəcəyik. Deyirmişsən səninlə bir yerdə  işləyir. Zəng  elə gəlsin  tanış olaq. Bəlkə doğrudan   da gözəldir. Rauf Annada heç bir noqsan olmadığını bildiyindən  Annaya zəng etdi.

–Anna zəhmət olmasa beş –on dəqiqəliyə yanıma gəl. Anna gəlincə Rauf nə qədər çalışdısa söhbət alınmadı.Sadəcə Anna haqqında anasına bir neçə söz deyə bildi.

–Ana  məsələ təkcə  Annanın xarici gözəlliyində deyil. O yaxşı insandır. Qayğıkeşdir. Biz bir –birimizi  çox sevirik. Ata səni xəbərdar edirəm Anna azərbaycanca  yaxşı bilir.

Anna  gəlib Raufun otağına girəndə üzündə  sevinc vardı. Amma içəridə  olanları görəndə  bir az tutuldu. Hamiləlik  az da olsa hiss olunurdu. Gözlərində, sifətində dalğınlıq vardı. Yorğun  görünürdü. Üstəlik  iş paltarı onun bir az yaşlı olmasını da gizlədə bilmirdi. 29  il az yaş deyil .  Rauf Annanın yanına gəlib  rusca

–Anna   atam, anam  və bacımdır. Gəliblər səni görüb tanış olsunlar. Annanın yenidən  üzünə sevinc gəldi. O da rusca

–Doğrudan. Nə yaxşı. Xoş gəliblər. Oturanlardan Məmməd kişidən başqa  Annanın dediklərini başa düşmədiyindən hər hansı cavab gəlmədi. Rauf ana, bacısına Anna dediklərini tərcümə elədi.

–Ana, Anna Sizi salamlayır, deyir xoş gəmisiniz. Bacısı  durub Annanı qucaqlayıb üzündən öpdü. Anası qalxmaq istəyirdi, amma Məmməd kişinin hirsli   baxışlarını görəndə qorxusundan yerində oturdu. Məmməd kişi bomba kimi partladı

–Hə hörmətli, adlı-sanlı doktor budur sənin tutduğun iş. İndi  biz neyləməlik. Evimizin içində  tərcüməçi tutmalıyıq  bu gözəlçə ilə danışa bilək. Mən bunları yaxşı tanıyıram. Sovetin dövründə bütün sanatoriyalarda olmuşam. Bir dınqıltı olan kimi tanıdılar, tanımadılar durub düşəcəklər ortaya. Birisi də gəlib ikiəlli yapışacaq belindən, başını qoyacaq  gözəlçənin çiyninə, dodaqları yavaşça qulaqlarına nəsə pıçıdayacaq. Ə  sən nətəhər kişisən. Bax onda utanıb, ölmüyəcəksən. Sənin heç qeyrətin, namusun yoxdur. 

Məmməd  kişi ayağa qalxdı.

–Evin  açarını ver. Bu sən, bu da  -əli ilə Anna  göstərib

–Bu da……..gözəlçən. Biz getdik. Məmməd  kişi nə özünə, nə Annaya yaraşmayan ağır söz demişdi. Rauf  atasına

–Ata ayıbdır. Onlar çıxıb getdilər. İş otağında ikisi qaldı. Anna  eşitdiklərindən şoka  düşmüşdü. Yavaş—yavaş halı pisləşirdi. Otağa bir iki qadın girdi. Anna  sakitcə dayanan  Raufa   yaxınlaşıb sağ əli  ilə onun üzünə  möhkəm bir sillə vurdu.

–Anam məni xəbərdər etmişdi. Siz doğrudanda kobudsunuz—deyib  barmağındakı üzüyü çıxarıb stolun üstünə qoyub  getdi.

Rauf onun arxasınca  koridora cıxıb

–Anna. Anna deyə çağırdısa xeyri olmadı. Koridor adamla dolu idi. Bərkdən danışan Məmməd kişinin səsi bütün koridor boyu yayılmışdı. Hətta ayaqüstə gəzə bilən xəstələr palatadan çıxıb  tamaşa edirdi. Rauf biabır olmuşdu. Daha burda qala bilməzdi. Paltarını geyinib aşağı düşdü. O qədər fikirli idi  ki, öz maşını da yadına  düşmədi. Qapının yanındakı   taksilərin birinə oturub

– Sür- dedi. Sürücü təcrübəli idi. O da maşını işə salıb şəhərdə xeyli hərləndi. Bilirdi müştərisi fikirlidi. Yarım saat keçmişdi.

–Hə qardaş indi deyə bilərsiniz hara gedirsiniz. Şoferin səsinə fikirdən ayılıb yadına düşdü ki,  maşındadır. Hara gedəcəyini özü də bilmirdi.

—Dəniz kənarına sür. Bir az tək qalmaq istəyirəm. Sürücü onu gətirib Şıx cimərliyinin yanında  düşürdü. Rauf onun  pulunu verdi.

–Qardaş nə olub. Bəlkə bir kömək lazımdır. Mən hazır.

–Yox ,Yox lazım deyil.Narahat olmayın bir balaca əsəbləşmişəm.

Rauf dəniz kənarında bir saat boş –boşuna o tərəf bu tərəfə  gəzəndən sonra  bir az sakitləşdi. Yavaş –yavaş gəlib   böyük mağistral  yolun kənarında olan kafelərin birində su içmək  istədi. İçəri daxil olanda  buranın əla düzəldilmiş bar olduğunu gördü. Amma  fikrini dəyişib  barın qarşısındakı hündür oturacaqda oturub  bir stəkan  kokteyli konyak  içdi. İçki ona yaxşı təsir etdiyindən  əlavə birini  içib  oradan birbaşa öz evinə gəldi. Həyətdə maşınını görməyəndə, sonra yuxarı qalxıb əlini cibinə salıb açarları tapmayanda,   indi yadına düşdü işə maşınla gedib, açarları da atasına verib. Qapını döyüb  içəri girəndə ana bacısının  hərəyə bir yastıq qoyub elə quruca xalçanın üstünə uzandıqlarını, atasının isə onun çarpayısında yatdığını gördü. Onlar onu görən kimi tez ayağa qalxıb  qucaqlayıb öpdülər. Keçib böyük otaqda oturdular. Bacısı gedib rayondan gətirdikləri bağlamanı açıb  bir iki şirniyyat tapıb gətirdi. Anası:

–Rauf  sən allah atana acığın tutmasın. O da, məndə, elə hamımız istəyirik sənin gələcəyin yaxşı olsun. Bax bayaqdan gəlmişi. Biz bu evdə  bir stəkan çay tapmamışıq  içək və yaxud soyuducuda bir tikə yemək yoxdur, yeyəsən. Çörək qabında çörək, çaynikdə çay kiflənib. Qab – qaşıq, soyunduğun paltarlar aylarla yuyulmur.

-Neyniyim ee. İndiyə kimi qız tapmırdım. İndi tapdığımı da  sağ olun yaman bəyəndiniz.

-Ay bala  o da valideyndi. İstəyir  sən yaxşı olasan. Sənə yaxşı yerdən  qız bəyənmişik. Əsilli, nəsilli ailədirlər.

–Artıq gecdir ana. Bir neçə aydan sonra bizim qızımız dünyaya gələcək. Bayaqdan  səsə oyanan və gəlib qapının yanında durub onların söhbətinə qulaq asan Məmməd kişi içəri girib. Onu görən kimi üçü də ayağa qalxdı.

-Nə dedin. Qızın olacaq. Ay maşallah. Afərin oğlum. Sonra  əllərini göyə qaldırıb

–Hardasan ay Allah. Niyə məni öldürmüsən. Mənim kiçik oğlum yüz illərlə davam edən  nəslimizə yenilik gətirib. Toysuz, filansız, şəriyyətin, hökümətin qanuni kağızı olmadan dünyaya uşaq gətirirlər. Yaxşı sənə bir məsləhət verim. Bir qələtdir eləmisən. Hələlik onu özünə məşüqə elə. 5-10 min pul verərsən. Bir az vaxt keçsin  sonra çıxıb gələrsən səni rayonda özüm   evləndirəcəm.

Rauf atasından  bu sözləri eşidəndə  dəli oldu. Ayaqlarını yerə vurub.

Ata! Daha bəsdir. Sən   bu gün iki dəfə mənim sevgilimi təhqir etmisən. Biri xəstəxanada  Annanı ….. adlandırdın. İkincisi  burda onu məşüqə deyə təhqir etdin. Sənin beş –on  hektar torpağın  var deyin elə bilirsən  varlısan. Ay yazıq. Annanın sürdüyü  ağ BMV-nin qiyməti 100 mindən çoxdur. Evləri dəniz kənarındakı binaların birindədir. 2-3 milyon manatdır. Hələ Mərdəkandakı bağ evlərini demirəm. Anası Elvira İvanovna  SSRİ xalq artistidir. Dövlət mukafatları alıb. Bəs siz kimsiniz. Çıxın gedin burdan. Daha Sizin mən adda oğlunuz yoxdur. Siz mənim arzularımı  ürəyimdə qoydunuz. Məni məhv etdiniz. Bir iki  günə işlərimi  qurtarıb evin açarını da 20  yanvar dairəsindən taksi ilə yollayacağam. Əlvida .

Məmməd kişi  oğlunun sözündən alındı, amma özünü o yerə  qoymadı.

–Deməli bizi qovursan. Yaxşı eliyirsən bala. Amma mən  də elə belə kişi deyiləm aaa. Bundan sonra mənim də sən adda oğlum yoxdur.

–Dedim ki ,çıxın gedin burdan. 10 dəqiqədən sonra o evdə tək oturmuşdu. Başı bərk ağrıyırdı. Dərman atmaq istədi. Evdə yox  yox idi. Soyuducuya baxdı. Burda yarımçıq viski vardı. Götürüb elə birbaşa şüşədən nə varsa hamısını içdi.

Onu yuxudan telofon zəngi oyatdı. Şöbə müdiri idi.

-Alo Rauf mənəm Şahlar həkim. İşə niyə  gəlməmisən. Burda səni gözləyənlər, xəstələrin var. Rauf səhv etmişdi. İşə getməyəcəyi qərarını  dünən dənizin sahilində tək olduğu vaxt qət etmişdi. Amma gərək iş yerinə xəbər edəydi. İndi  yalandan özünü xəstə kimi göstərərək 

–Doktor bir balaca nasazlamışam. Günortadan sonra yanınızda  olacam.

Rauf  bundan sonra nə edəcəyini artıq müəyyənləşdirmişdi. İşdən çıxıb Moskvaya gedəcəkdi. Tələbə yoldaşlarından  biri orada işləyirdi. Yaxşı münasibətləri vardı. İşdən çıxması, xarici pasport almağı, maşınını satmağı azı on gün çəkəcəkdi.

Günortadan sonra  onu birinci xəstəxananın qapıçısı Sadıq kişi qarşıladı.

–Ay bala hardasan bu maşına görə  bütün gecəni yatmamışam. Rauf cibindən pul çıxarıb kişiyə yaxşıca hörmət elədi.

–Yadımdan çıxıb Sadıq kişi elə bilmişəm maşını evdə qoyub gəlmişəm. Sonra  Şahlar həkimlə görüşüb  işdən çıxmaq haqqında qəti qərarını və dünən ata-anasının gəlib iş yerində  onu, Annanı təhqir etmələrini  söylədi. Şahlar həkimim  onların romanından xəbəri vardı.

–Rauf biz səni  tanıyırıq. Sən yaxşı həkim olmaqla  gözəl insansan. Qərarın da düzgündür. Mən də olsam belə edərdim. Dünənki hadisədən sonra burda qalıb işləməyin yaxşı olmaz. Yəqin xəbərin yoxdur. Anna sənin yanından çıxandan  öz şöbələrində üçüncü mərtəbədə  halı pisləşir. Huşunu itirib yıxılır. Haraya gələn Elvira İvanovna  məşhur klinikaların birinə aparır. Deyirlə indi bir az yaxşıdır. İndi belə edərsən. Baş həkimin adına işdən çıxmağın haqqında ərizə  yazarsan. Xəstələrin sağalana qədər  işə elə belə  gəlib gedərsən. Yeni xəstələr qəbul etməzsən.

Rauf Annanın iş yerinə çıxıb onun necə xəstələnməsini  və haraya  aparıldığını öyrəndi. Annanın yatdığı xəstəxanada  onun kimliyini soruşdular. Rauf olduğunu  bilən kimi 

–Sizə Anna Andreyevna ilə görüşməyə icazə verilmir. Bu Elvira  İvanovnanın  xahişi ilə baş həkimin tapşırığıdır.

Raufun işlərinin qurtarmağı  on gündən çox oldu. Ona qədər Rauf tələbə yoldaşı  və dostu Rəşad həkimlə danışdı. Rəşad həkim onun təklifini sevinclə qarşıladı. Amma məsləhət gördü  iş yerində özü haqqında  xasiyyətnamə gətirsin .Ona köməyi dəyər.

Raufun əlində xeyli  pulu vardı. Maşınını da yaxşı qiymətə satmışdı. Heç bir  il işləməsə də  yaşayışına bu pul bəs edərdi. Pullardan ilkin ehtiyacı üçün bir az götürüb qalanını Moskva banklarının birinin hesabına köçürüb  bank kartı aldı. Bircə məsələ onu  narahat edirdi. Anna ilə görüşə bilməməsi.

 Getməmişdən əvvəl evdə oturub Annaya məktub yazdı. Məktub çox uzun idi. Rauf Anna ilə tanışlığını yada salır, onu möhkəm sevdiyini və bu sevgini heç vaxt unutmayacağını yazdı. Məktub  belə  qurtarırdı

–Əzizim Anna. Mən bu şəhərdən baş götürüb gedirəm. Ancaq səndən bircə xahişim var. Bu elə vəsiyyətnamədir. Qızımızın adını Sabina, soy adını isə Quluzadə yazdırarsan. Əlvida. Səni dünyalar qədər sevən Quluzadə Rauf. Sonra tarix qoydu:

                     02 oktyabr 1998-ci il.

Sabah  saat üçdə  Moskvaya uçacaqdı. Ertəsi gün o  səfərə  tam hazır idi. Səhər tezdən evdən əşyalarını  götürüb birdəfəlik çıxdı. Taksi çağırdı. Onun iki işi vardı. Biri  20 yanvar  dairəsinə  gedib rayonlarına gedən taksilərdən birini tapıb  evin açarını göndərəcəkdi. İkincisi isə Annanın  iş yerinə gedib Annaya  yazdığı  məktubu etibar etdiyi qıza verəcəkdi, Anna işə qayıdanda ona versin. Taksi gəlib çıxdı.Sürücü Raufun  xoşuna gəldi. Açarı ,məktubu verəndən  sonra  Rauf

-Qardaş bu gün Moskvaya  uşuram. Səndən bir  xahişim var .Təyyarə  saat üçdə uçaçaq. Saat ikidə aeroportda olmalıyıq. Hələ vaxtımız var. Kim bilir mənim  yolum birdə bura düşəcək ya yox.Həyatımın 10  ildən çox hissəsi burda keçib. Deyirəm bir vida gəzintisi edək. Şəhərin ən gözəl yerlərini birlikdə fırlanaq. Elə edərsən nahar da edərik. Əvvəlcə tanış olaq.

–Rauf

–İlkin. İlkin  gəzintiyə  Bibiheybət  məscidindən başladı. Yol boyu  görduyü   köhnə və təzə binalar memarlıq cəhətdən möhtəşəm idi. Bibiheybət məscidi, Bayraq meydanı, Kristina konsert  arenası, İdman kompleksi, Könnə İnturist, Funikulyor, Neft şirkəti, H.Əliyev fondu, Qız qalası, Hacınskinin binası, Yen İnturist, Hökümət evi, Abşeron mehmanxanasI, Koroğlu körpüsü, D\yol körpüsü, H.Əlyev Mərkəzi,Qaqarin körpüsü, Yeni Neft şirkətİ, Kopoğlu dairəsi, Olimpiya kompleksi hamısı gözəlidi.

Vaxta az qalırdı.  Kafelərin birində nahar etdilər. Elə burada  İlkinin bütün etirazlarına baxmayaraq  pulunu artıqlaması ilə ödədi. Təyyarə saat üçdə havaya qalxdı və bu uçuşdan nə az, nə çox  düz 20 il keçdi.

…ardı var…

Müəllif: Qismət TAĞIYEV

QİSMƏT TAĞIYEVİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QİSMƏT TAĞIYEV

Qismət TAĞIYEV – yazar.

“MƏN KİMƏM” LAYİHƏSİNİN QONAĞI

QİSMƏT TAĞIYEV

Mən Tağıyev Qismət Nəsib oğlu (Seyid Qismət Nəsiboğlu) 20 oktyabr 1949-cu ildə Füzuli rayonun Böyük Bəhmənli kəndində kolxozçu ailəsində anadan olmuşam.1967-ci il kənddə yerləşən orta məktəbi əla qiymətlərlə bitirərək elə həmin il Azərbaycan Politexnik İnstitunun İnşaat fakültəsinə qəbul olunmuşam.5 il əyani təhsil alaraq 1972-ci ildə institutu bitirib ,ali təhsilli inşaat mühəndisi kimi Beyləqan şəhərində olan tikinti idarəsində işə başladım.Uzun illər tikinti idarələrində müxtəlif vəzifələrdə işləyəndən sonra 2016-cı ildə təqaüdə çıxmışam.Hələ uşaq yaşlarımdan kitab oxumağı çox sevirdim. Oxuduğum kitablar həyatımda çox böyük dəyişiklər edərək bir insan kimi formalaşmağıma kömək etmişdir. Topladığım böyük söz ehtiyyatı, müşahidə qabilliyətim imkan yaratdı, mən də bədii əsərlər yaza bilim.Yazdıqlarımdan bir üç kitabda nəşr etdirərək oxuculara paylamışam. Kitabların adı belədir.

1.Bizim zəmanənin nağılları- 4 povest

2.Aldanmış qadın 4 povest.

3.Azərbacan faciəsi 3 povest.

Hazırda Beyləqan şəhəri, Sərdar İmrəliyev 154 saylı ünvanda yaşayıram, ailəliyəm, üç övladım, altı nəvəm var.

Layihənin qonağı: Qismət TAĞIYEV

QİSMƏT TAĞIYEVİN YAZILARI

“MƏN KİMƏM” LAYİHƏSİNİN DİGƏR İŞTİRAKÇILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru