Kateqoriya arxivləri: Sədulla Şirinov

Sədulla Şirinov – Sönməyən qisas – pdf

I >>> PDF >>> Sədulla Şirinov “Sönməyən qisas” pdf

SƏDULLA ŞİRİNOVUN KİTABLARI:

  1. Sədulla Şirinov “Sönməyən qisas” pdf
  2. Sədulla Şirinov “Gecikmiş etiraf” pdf
  3. Sədulla Şirinov “Zamanın pəncərəsindən baxanda” pdf
  4. Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf

Sədulla Şirinovun yazıları

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SƏDULLA ŞİRİNOVA ZİYADAR MÜKAFATI TƏQDİM OLUNUB

Tanınmış yazıçı Sədulla Şirinov yeni işıq üzü görmüş “Sönməyən qisas” adlı kitabına görə “Ziyadar” mükafatı ilə təltif olunub. Mükafatı ən yaxın dostların çevrəsində “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac şəxsən özü təqdim edib. “Yazarlar” heyəti olaraq, Sədulla Şirinovu bu münasibətlə təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq!

SƏDULLA ŞİRİNOVUN KİTABLARI:

  1. Sədulla Şirinov “Sönməyən qisas” pdf
  2. Sədulla Şirinov “Gecikmiş etiraf” pdf
  3. Sədulla Şirinov “Zamanın pəncərəsindən baxanda” pdf
  4. Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf

Sədulla Şirinovun yazıları

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sədulla Şirinov – Gecikmiş etiraf – pdf kitab

Sədulla Şirinov – Gecikmiş etiraf – pdf kitab: >>>> Gecikmiş etiraf

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sədulla Şirinov – Sönməyən qisas – pdf kitab

Sədulla Şirinov – Sönməyən qisas – pdf kitab: >>>>Sönməyən qisas

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sədulla Şirinov – Zamanın pəncərəsindən baxanda – KİTAB (PDF)

Sədulla Şirinov – “Zamanın pəncərəsindən baxanda” (PDF):

Sədulla Şirinov “Zamanın pəncərəsindən baxanda” pdf

Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf

Müəllif: SƏDULLA ŞİRİNOV

SƏDULLA ŞİRİNOVUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sədulla Şirin – Gecikmiş Təsadüf

                                                         

Gecikmiş təsadüf

(hekayə)

Gənclik vaxtlarında olduğu kimi bu günki istirahət günündə də yatağından cec qalxdı Hikmət kişi. Yuyundu. Qurulandı. Dirikdə calışan əlli ildən çox birgə ömür sürdüyü həyat yoldaşı- Pərixanıma səsləndi:
Ay xanım, ( ona həmişə xanım deyə müraciət edərdi ) yeməyə nəyin var?

  • Nə varsa stolun üstündədir. – deyə kobud cavab verən yoldaşına əlavə sual vermədi. Bilirdi ki, belə hirsli vaxtlarında onun sözünə söz calayarsa, alacağı cavab daha da sərt olacaq. Mətbəxə keşdi. Qaz sobasının üstündəki hələ də soyumamış çaydandan çay süzdü. Masanın üstündəki səbzili qayğanağın dadına baxdı. Aşırı duzlu olduğu üçün yeyə bilmədi. Çünki uroloq ona duzlu yemək yeməyi qəti qadağan eləmişdi. Dəfələrlə o xəbərdarlıq etməsinə baxmayaraq, çox nadir hallarda yoldaşı bişirən yeməklərin duzu norma daxilində olurdu. Bir gün bu barədə aralarında mübahisə düşmüşdü.
  • Aşırı duzlu edib, niyə zəhmət çəkib bişirdiyin yeməyi səqquma döndərirsən? – deyəndə, yoldaşı gözlərini bərəldib ona hirslə demişdi:
  • Sənə görə xörəyə duz qatmayımmı?
  • Demədim ki, qatma! Olmazmı normasında qatasan?
  • Sənin ağzının dad bilmə qabiliyyəti pozulub. Bişirdiyim yeməyə qatılacaq duzun miqdarını bilirəm. Xoşuna gəlmirsə yemə.
  • Sən nə vaxta qədər cincər ( gicitkan) kimi məni dalamaqda davam edəcəksən? Oğlumuzu dalaya-dalaya öz ev-eşiyindən didərgin saldın. Yazıq arvad-uşağını götürüb evi tərk eləmək məcburiyyətində qaldı. Sənin qeyri- insani davranışına görə ancaq xeyir-şərdə kəndə gəlir. Gələndə də qanatası gilə düşür. Mən niyə dogma oğlum ilə, gəlininimlə, nəvələrimlə öz evimdə yox, qudam gildə görüşməliyəm?
  • Bir bezin qırağı olduğunuza görə. Oğlunun qeyrəti olsaydı, gələndə anasının ayaqlarına qapanıb, üzür istəyərdi. Utanmadan dogma anasını çığnayıb, qaynanasına sığınan oğul mənə gərək deyil. Sənin də qeyrətin olsaydı, mənim acığıma gedib oğlunla qaynatası gildə görüşməzdin. Qulağından tutub gətirib qarşımda diz çökdürərdin.
    İnsanın daxili aləmini, necə biri olduğunu, üzə çıxartmaq üçün xüsusi aparata ehtiyac yoxdur. Ağzını açdırmaq kifayətdir ki, özünün kim olduğunu öz dili ilə təsdiqləsin.Təəssüf ki, erkən yaşlarda bu fikir özünü doğrultmur. Pərixanım kimilər maskalanıb, öz sərt cəhətlərini məharətlə gizlətməyə nail olyrlar. Hıkmət kişi gənc ikən təsadüfən gördüyü bir qıza ilk görüşdəcə bir könüldən, min könülə vurulmuşdu. İlk baxışda qızın da ondan xoşlandığını hiss eləmişdi. Qalmışdı bir neçə dəfə görüşsün. Danışdırsın. Nə xasiyyətin sahibi olduğunu öyrənib elçilərini göndərsin. Ağbəniz, arıq, qara gözlu bu qızın elə şirin danışığı vardı ki, belə bir tapıntını o heç cürə əlindən buraxmaq istəməzdi. Təəssüf ki, ikinci dəfə onunla görüşə bilmədi. İki dəfə evlərinin yanında vurnuxdu. Evdən çıxıb harasa getməsini gözlədi. Amma bəxti gətirmədi. Üçüncü dəfə getməyə hazırlaşanda, o hətətdə anasıyla üz-üzə gəldi.
  • Mənim balam hara tələsir?
  • Rayon mərkəzinə gedirəm. Bir dostumla görüşməliyəm.
  • Heş yerə getməyəcəksən.
  • Niyə getməməliyəm?
  • Çünki qonağım gələcək. Atan da evdə yoxdur.
  • Ay ana, facib bir məsələni həll eləməliyik.
  • Bizim həll edəcəyimiz məsələ ondan da vacibdir.
    Hikmət kor-peşman paltarını dəyişmək ücün içəri keçmək istəyəndə, küçə darvazası döyüldü. Geri dönüb darvazanı açdı. Anasının rəfiqəsi-Telli ilə, qızı- Pərixanımı görəndə, anasının həlli facib məsələsinin nədən ibarət olduğunu anladı. O Tellini keçən il əsgərlikdən gələndə görmuşdü. Qızını isə görmədiyi dörd-beş ildən çox olardı. Son dəfə gördüyü vaxtdan çox dəyişilmişdi. Gözəgəlimli, cazıbədar bir qıza çevrilmişdi.
  • Telli xala, xoş gəlibsiniz.
  • Sağ ol. Hecəsən?
  • Allaa şükür. Yaxşıyam. Səhf etmirəmsə bu qız Pərixanımdır.
  • Düz tapmısan. Özüdür. Görürsənmi necə qəşəng qız böyütmüşəm.
  • Görürəm Telli xala, Allah layiqlisinə qismət eləsin. Yenə uşaqlıqdakı kimi cığallıq edirmi?
    Pərixanım dönüb ona elə baxdı ki, bu ani baxış Hikmətin qəlbini cilovladı. Artıq o Bakıdan gələrkən yol yolaşı olmuş- Zərqələmi unutdu
    Rəfiqələr görüşüb, qucaqlaşarkən bir-birinin qulağına nəsə pıçıldadıqlarını görən Hikmət gülümsəyib üzünü Pərixanıma tutub, dedi:
  • Bu pıçı-pıçıdan nəsə pırtlayacaq.
  • Mən də bunu hiss edirəm. Atam deyir: arvadların pıçı-pıçısı böyük bəla da doğura bilər, xeyir də. Kaş ki, xeyirlisindən olaydı.
  • Mənə elə gəlir ki, xeyirlisindən olacaq.
    Pərixanım fikrə getdi. Bir müddət düşündükdən sonra, gülümsündü. Susdu. Heç nə demədi. Gözucu Hikmətə tərəf baxıb başını aşağı dikdi. Seyr etdiyi mənzərədən Hikmət hiss elədi ki, analar rəfiqəliklərinə qudalığı da qoşmağa qərar veriblər.
  • A Telli xala, niyə qadınlar bir araya gələndə pıçı-pıçısız ötüşmürlər?
  • Görürəm ki, sən də bizim kişi kimi qadınların pıçı-pışısından narahat olursan. Qorxma. Bizim pıçı-pıçımzdan ancaq xeyir taparsan.
    O zaman Hikmət nə bilərdi ki, iki bir-birinə yaxın ananın xoşməramlı niyyəti reallaşacaq. Bu reallaşma iki uzun illərin sirdaşı-rəfiqəsini bir-birinə düşmən edəcək.
    O zaman Hikmət nə bilərdi ki, indi qarşısında duran məsum sifətin ariginalı bir gün üzə çıxacaq. Əslində özünün kim, və necə biri olduğunu nümayiş etdirəcək.
    Tarixən bizim millətin mentalitetinə görə, böyük oğlan uşaqlarına kənarda yrd-yuva qurulur. Köçürülür. Kiçik oğul isə ata yurdunda qalır. Və onun borcudur ki, ata-anasını baxsın. Eyni zamanda ailədən köçən qızların ailəsi dağılarsa, tənha qalarsa ona da biganə qalmamalı, himayəsinə almalıdır.
    Təəsüf ki son zamanlar bəzi yox, çox gəlinlər milli mentalitetimizə də, əhəmiyyət vermirlər, vicdana da. Elə zənn edirlər ki, düşdüyü ocaqda nə varsa, hamısı özünə məxsusdur. Əri hamıdan üz döndərib, təkcə özünü baxmalıdır. Qaynatasının, qaynanasının təqaüd kartından bəhrələndiyi halda, bunu vecinə almadan ərinin ata- anasına etdiyi cüzi yardımına da qarşı çıxır.
    Əvvəllər Hikmət onun anormal, kə m zəkalı, dayazdüşüncəli olduğunu nəzərə alıb, dodaqaltı mızıldamağına əhəmiyyət verməzdi. Daha doğrusu onun səviyəsinə enməyi özünə rəva görməzdi. Bir gün bazarlıq edib gələndə, aldığı ərzağın bir hissəsini ayırıb həyət evində ayrı yaşayan atası gilə verəcəyini bildirdi. Bunu görən Pərixanım dözmədi. Üzünü turşudub donquldadı:
  • Sən nə vaxt düzələcəksən?
  • Nəyimi düzəltməliyəm?
  • Ağlını. Öz ailənə olan laqeyidliyini.
  • Özündə əsər-əlamət olmayan bir şeyin məndə aramağın absurd görsənmirmi? Mənim ağlım yerindədir. Sən isə bundan məhrum olduğunu öz dilinlə təsdiqlədin.
  • Azacıqda olsa ağlın olsaydı, öz ailəni düşünərdin. Onun-bunun qeydinə qalmazdın.
  • “ Onun-bunun” deyəndə kimi hədəfə alırsan?
  • Səni zəli kimi soran ata-ananı.
  • Demək istəyirsən ki, onlar mənim ailəm sayılmır?
  • A axmaq, sənin ailən onlar yox, oğlunla mənəm.
  • Bunu dilinə gətirməyə cürət elədinsə, nə qədər axmaq olmağın açıq-aşkar görsənir. Sənə son xəbərdarlıq edirəm. Baxmayaraq ki, iki dəfə məni milis şöbəsinə saldırıb, izahat aldırmısan bir daha sənə əl qaldırmayım, bir də atamla anam haqda nalayiq söz işlətsən, dilini kəsib, özünə yedizdirərəm. A key, Atam da, anam da, uşağım da mənim ailəmdir, canım-ciyərimdir. Sən isə bu düşüncənlə, heç nəyimsən. Səni bu ailəyə bağlayan və bu ailədə saxlayan bircə bağ var. O da oğlumuzdur. Atamla, anam sənə nə pislik edib ki, onlara düşmən gözüylə baxırsan. Onlar əngəl olmasaydı, səni şoxdan başımdan rəd edərdim. Gəldiyin gündən onlara yük olmusan. Androloqlara nə qədər xərclədiklərini niyə hesaba almırsan? Qanında mikrob, südündə mikrob olduğu üçün uşağımız imuntetinə vacib olan ana südündən məhrum oldu. Bütün canın, xasiyyətin mikrob anbarı. Əgər ata-anamın yardımı olmasaydı, təkbaşına sənin ifrat israfçılığının qarşısında duruş gətirib, ayaq üstə dura bilərdimmi?
    Pərixanımın hirsi içini yesə də, çənəsi əssə də, yumryqları sıxılıb damarları dartılsa da, əri sözünü bitirənədək dözdü. Hikmət danışığına ara verən kimi ağzı açıldı. Elə coşdu ki, sanki böyənmiş çay məcrasının bəndi açıldı.
    Əsə-əsə, coşa-coşa ərini qandırmağa çalışdı ki, o da bu yurda düşməsindən məmnun deyil. Allah guya onun bəxtini bağlayıb. Kəndin ən sayılmaz yurduna, ən düşük, yaramaz adamlarına calayıb.
    Hikmət anladı ki, bu düşüncəyə malik olan ünsürlə danışıq aparıb normal adama döndərmək, istənilən vəhşi heyvanı əhlləşdirib sirkdə oynatmaqdan çətindir. Bu səbəbdən də danışa-danışa qoyub ondan uzaqlaşmağa qərar verdi. Həyətə düşəndə hardansa gələn anası ilə üz-üzə gəldi. Anası nəvəsi üçün aldığı ayaqqabı ilə özü hərəkət edən oyucaq maşını ona verdi.
  • Ay ana, azdımı onun ayaqqabısı, oyuncağı? Hiyə bədxərclık edirsən?
  • Balamın balasının bir anlıq sevincinin yanında bu nədir ki?
    Nəvəsinin bir anlıq sevinci üçün son qəpiyini də xərcləməyə hazır olan anasını “düşmən” gözündə görən həyat yoldaşı bir anda gözündən elə düşdü ki, indən sonra nə vaxtsa üzünə güləcəyini təsəvvürünə belə gətirəcəyinə ümidi üzüldü.
    Münəvvər oğlunun danışığından, üzünün rəngindən hiss elədi ki, yenə də ər-arvad arasında caxnaşma düşüb.
    Yavaşca soruşdu:
  • Nə baş verib? Səni yaxşı görmürəm.
  • Heç nə. Boş şeydir. Bənd olma.
  • Bu boş şeylər bizi vaxtsız çərənlədib, çürüdəcək. Mənim boş başım batsın. Dədəsinin xarabasında qarıyası ifritəni ev-eşik sahibi, layiq olmadığı-gəlin, ana olmasına səbəb oldum. Əvəsində qazancım- fağır oğlumun bədbəxtçiliyi oldu.
  • Bəs məvəni qazanc saymırsanmı?
  • Saymarammı? Onunla nəfəs almırammı? Onun sayəsində bəsləmirikmi bu qədir bilməz nankoru? Gələndə əlli kilo olardı. İndi çəkisi yüzü keçib.
  • Mən ağlıma gətirməzdim ki, Telli xala ilə aranızda coyuqluq yarana bilər.
  • Ondan da baş aça bimirəm. “ yanan da mən, yaman da mən. “ məsəlində olduğu kimi məni borclu çıxartmağına nə deyirsən? Baxıb böyütdüyü qızının nə xasiyyətin yiyəsi olduğunu bilmirdimi? Bunun əsl simasını niyə gizlədib, başımızı piyləyib anormal qızını bizə sırıdı. Hələ bu, azmış kimi utanmadan qızını yola verməməkdə məni qınayır. Mənə sübut eləməyə çalışır evdə belə deyildi. Guya bizik onu bu həddə çatdıran. Sən ona baş qoşma. Nə qədər istəyir danışsın. Bir qulağından al, o birindən burax. Ondan umacağım yoxdur. Heç nəyini istəmirəm. Yetər ki, özünü qanana qədər nəvəmi baxsın. Telli ilə aramızda soyuqluğun səbəbkarı mən deyiləm. Belə olmasını istəməzdim. Həyatda elə şeylər baş verir ki, sənin istəyib istəmədiyinə baxmır. Ola bilsin ki, doğrudan da qızının bu, iyrənc şəhətini görməyib. Qızının şikayətini bir tərəfli dinləyib, kimin haqlı, kimin haqsız olduğunu araşdırmadan məni qınamasını, ondan gözləməzdim. Gələydi, nə baş verdiyini öyrənəydi. Təqsir qızındadırsa onu, bizdədirsə bizi qınayaydı. Qızışıb üstümə gəldi. Sorğu-sualsız ağzına nə gəldi döşədi. “ Səndən bunu gözləməzdim-dedi. Mənmi səndən bunu gözləyirdim? – dedim. Sualım onu daha da qızışdırdı. Gördüm ki, onunla qızının arasındakı fərq ancaq yaşlarındadır. İkisi də eyni bezin qırağıdırlar. Uzun illərin sirdaşı, dərddaşı olduğum ən yaxın rəfiqəmin iç dünyasından xəbərsiz olmuşammış. İstədim ki, sözünü kəsib sakit tərzdə, əslində nə baş verdiyini ona anladım.
  • Bax Telli, biz bir iki günün, ayın, ilin rəfiqəsi deyilik. Uzun illərdir bütün dərd-sərimizi öz aramızda bölüşmüşük. Sən mənə qudalıq təklifini bildirəndə çox sevinmişdim. Düşündüm ki, əlaqəmiz daha da sıxlaşacaq. Elə həmin gün sən qızının yaxşı-pis cəhətlərini açıqlamalıydın. Mən sənə özümə kimi güvəndim. Gözümü yomdum. Ürəyimcə olan təklifini həvəslə qəbul elədim. Əgər o gün qızında məndən gizlətdiyin, indi aşkara çıxan xoşagəlməz cəhətlərin olduğunu bildirsəydin, mən də bunu qəbul eləsəydim, bu gün məni qınamağa haqqın vardı. Qızının xətrinə dəymirik. Elə hərəkətlər edir ki, niyə belə etdin?-deyə üstünə getmirik. Ac qoymuruq. Nə istəsə təmin edirik. Tam sərbəstir. Heç bir səbəb olmadan duran yerdə öz-özündən qaynadıb elə absurd iradlar səsləndirir ki, eşidəndə məətəl qalıram. Əgər qızının xasiyyətində döğma bacının qızı da olsa
    sən qəbul eləməzdin. Və beləsinin məntiqsiz davranışına dözməzdin. Bizim qızından heç bir tələbimiz yoxdur.
    Görəcəyi işini də istəmirəm, verəcəyi xeyrini də. Təkcə bir istəyim var. Dilini dinc qoysun. Heç nədən coşub, huzurumuzu pozmasın. Mən ondan gözləyirdim ki, dediyimdən nəticə şıxardacaq, özünü düzgün aparmadığına görə qızını danlayacaq. Məndən də xahiş edəcək ki, anormal qızını yola verim. Ondan gözləntimin tam əksi ilə qarşılaşdım. Məni yalançı çıxartdı. Guya o yox, mən olmuşam qudalıq təklifini irəli sürən. Qızına görə ona dəfələrlə yalvarmışammış. Yaxşı yerlərdən qızına çıxan talibləri mənə görə geriləyibmiş. Hər sirrinə bələd olmasaydım bu gopuna da inanardım. Nə isə. Olacağa çarə yoxdur.-deyirlər. Bir daha xahiş edirəm. Sən ona baş qoşma. Bunlara etibar yoxdur. Heç nədən şərləyib, başını bəlaya soxarlar.
    ***
    Oğlu Nuru bir gün keyfsiz halda Hikmət kişiyə yaxınlaşıb dedi:
  • Ata, olarmı səninlə ciddi bir məsələni müzakirə edək?
    Hikmət kişi bilirdi ki, hər xırda şeydən ötrü oğlu ona müraciət etməzdi. Dərdinin kökündə anasının olduğuna da şübhə etmirdi.
  • Niyə olmur? Səninlə hər cür məsələni canla-başla həll etməyə hazıram.
  • Yadındadırmı anama görə qaynanam qızını bizə vermək istəmirdi?
  • Heç unudarammı o, ömrümün ən iztirablı günlərımi? Məni o qədər get-gələ salmışdı ki, az qalmışdım dəli olam. Heç zaman bir sözünü iki eləmədiyi Tofiq də onu əyə bilməmişdi. Aramızda əvvəldən xoş münasıbətim olmasaydı, onu da razı sala bilməzim. Bir gun bir şüsə araq götürüb onlara getdim. Tofiqlə son damlasınadək içdik. Süfrə yığışdırıldıqdan sonra Rənanı çağırıb soruşdum:
  • Pəna, Səni başa düşürəm. Yerində olsaydım, nən də qızımı bizim ifritəmiz kimi qaynanaya etibar etməzdim. Açıq de görüm sənin mənə,oğluma azacıq da olsa güvənin varmı? Fikirləşmədən demişdi:
  • Hikmət, sən bizə təzəlikcə gəlib-getmirsən. Mən bu yurda gəlin gəldiyimdən xeyir-şərdə səni Tofiqin yanında görmüşəm. Sənə də güvənirəm, oğluna da. Xahiş edirəm incimə. Məni başa düş.
    Xahiş etməyi məni elə sirkələdi ki, qənərləndiyimdən gözyaşımı saxlaya bilmədim. Mənə baxıb, onlar da doluxsundu. Bir müddət heç birimiz dinmədik. Ər-arvad başlarını aşağı salıb, düşünürdülər. Onları çıxılmaz duruma salmışdım.
  • Bax Rəna, mənim gözümün ağı-qası tək oğlum var. Onun xoşbəxtliyi uğrunda hər risqə gedərəm. Lazım gələrsə, qarşımıza çıxan hər maniəni aradan götürərəm. Görürəm mənim iki çıxış yolum qalıb. Ya el qınağına məhəl qoymayıb o zadı boşamalıyam, ya da…
  • Burda saxla! Ardına gərək yoxdur. Düşündüyün çıxış yolunun ikisini də qapat. Zəmanət verməyin kifayətdir ki, əgər Pərixanım həddini aşarsa oğlun ansının yox, qızımın yanında olacaq, istədiyi vaxt elçilərini göndərə bilərsən.
    Rənanın gözləmədiyim halda razılığa gəlməsi məni elə çaşdırdı, eşitdiyimə inanmadım. Üzümü Tofiqə tutub dedim:
  • A Tofiq, qalx yoxla görüm yuxudayammı.
    O axşam bir anın içində dünyanın ən xoşbəxət adamına cevrilmişdim. Son vaxtlar özümə yer tapmadığım bu dünyaya sevincimin təsirindən sığmırdım. Həm sərxoşluğum, həm də Rənanın yola gəlməsi dilimi açmışdı. Kəlpətinlə zorla söz qoparılan ağzım yaman açılmlşdı. Heç birinə danışmağa imkan vermirdim. Deyəsən o gecə evə geç dönmüşdüm. Anan şirin yuxuda xoruldayırdı. Sən isə yerinə uzanıb, kitab oxuyurdun. Məni
    keyfikök görəndə demişdin:
  • Çoxdan sənın üzünün güldüyümü görmürdüm. Xeyir ola?
  • Xeyirin eləsini cilovlamışam ki, açıqlasam gecəni yatmayacaqsan.
  • Bu nə deməkdir? Xeyir də clovlanırmı?
  • Xeyiri necə cilovladığımı bilmək istəyirsənsə, möhkəm dur aydınlıq gətirim. İndi Tofiq gildən gəlirəm. Yaxın günlərdə elçiliyə gedirik. – deyəndə, nə baş verdiyini xatırlayırsanmı?
  • O anı unutmaq mümkündürmü? Ura!!!-deyə qışqırdım. Səni qucağıma alıb fırlandım. Sən dedin: – yavaş bağır. Anan oyanar. Mən dedim: – psixlər bərk yatır, quzuya dönür, oyananda isə pələngə. Birdə baxıb gördük ki, oyanıbmış. Deyinə – deyinə, gözlərini ova – ova bizə sarı gəlir. Sənin sifətin bəyazlaşmışdı. Mən də oyanmış pələngin necə nərildəyəcəyini gözləyirdim. Bəxtimiz gətirdi dediyim ona çatmayıbmış.
  • O zaman ananın xasiyyətinə görə dalana dirənən xoşbəxtliyini yoluna qoydum. O çətin əngəli aşa bildimsə, sənin çözməkdə çətinlik çəkdiyin məsələnin də həllini taparam.
  • Dinimizin şəriət qanununa görə: övlad valideynlərinə qarşı sayğılı olmalıdır. Nə eləsələrdə, uf belə deməyə haqqı yoxdur. Mən bu günə kimi sənə qarşı zərrə qədər də qəlbini qıracaq bir addım atmışammı? Sənin də heç bir könlümü bulandıracaq rəftarını görməmişəm. Etiraf edirəm ki, yanlışlıqlarım çox olub. Bir dəfə də olsun hirslənib üstümə gəldiyini, çığır-bağır saldığını görməmişəm. Bu cür hallarda üzümə gülmüsən. Başıma şillə yox, sığal çəkmisən. Nümunələr göstərmisən. İnsani davranış qaydasını insan kimi canıma yeritmisən. Sayəndə indiki mən olmusam. Səndən fərqli olaraq anam haqlı-haqsız, həmişə çığırıb, bağırıb. Yeri gəldi-gəlmədi ağzından od püskürüb. Səbəbsiz qarğışını da eşitmişəm. Şilləsini də yemişəm. Dəfələrlə tənha olduğumuz vaxtlarda elə absurd, məntiqsiz, ağlabatmaz fikirlər səsləndirirdi ki, onun yüzdə-yüz anormal olduğuna şübhəm qalmırdı. Amma anormallığının dərəcəsini təyin etməkdə çətinlik çəkirdim. Həmişə deyərdi:
  • Mənim saymadığım şeylər ərə gedib ağ günə çıxıb. Mən bədbəxt isə belə bir xarabalıqda yaşamağa məhkum olmuşam. Yaxşı oxu. Çoxlu pul qazan. Məni də qabağına sal, köçək şəhərə. Adam kimi yaşayaq. Bu xarabadan canım qurtaran günü görsəm, yeddi müqəddəs ocaqda qurban kəsərəm. Bu kəndin ən sayılmaz mülki- buradır. Ən yaramaz kişisi də- atandır.
    Əvvəllər onunla razılaşmasamda, sakitcə qulaq asardım. Böyüdükcə səni dağlamasına çətinliklə dözürdüm. Əsgərlikdən gəldikdən sonra bir gün başladı köhnə xırmanı sovurmağa. Yenə həmin mövzunu ortaya atdı. Araya söz atıb, mövsunu dəyişmək cəhdim baş tutmadı. Səni aşılayanda, dözmədim. Onun kimi emosiyaya qapılmadan yox, sənin kimi mülayim şəkildə dedim:
  • Anam olmasaydın, yerinə başqa biri olsaydı, atama güldən ağır söz deyənin dilini kəsərdim. Mən artıq uşaq deyiləm. Həyatın nə olduğunu dərk edəcək dərəcədə ağlım da var, savadım da. Sənin “ sayılmaz” sandığın atamın bu kənddə hamı başına and içir. Onunla qürür duyuram. Mülkümüz də heç kəsinkindən geri qalmır. Sən bunu görmürsənsə əngəli özündə axtar.
    Sösümü bitirib üzünə baxanda, gözlərimə inanmadım. Sifəti elə bir şəkil almışdı ki, sanki qarşımdakı anamın yerində əcaib bir vahiməli məxlq peyda olub. Gördüm ki, aslanı yaralamışam. Ağzını açınca aradan çıxdım.
  • Haqqımda sənə dediklərini, dəfələrlə çəkinmədən üzümə deyib. Vecimə də almamışam. Başsızla baş döyüşdürməzlər. Sən dərdini söylə.
  • Mən şəriətimizin qanununun uf deməyə haqq vermədiyi, anamın yüz dəvə dartmaz uf deyiləcək davranışına dözməyib, uf demədən ondan uzaqlaşmaq qərarına gəlmişəm. Bakıdakı tələbə yoldaşlarımla danışmışam. İş yeri də tapıblar. Yaşayacaq mənzil də. Razı olsaydın belə bir xəyal quran anamı yox, səni də özümlə aparardım
    Hikmət kişi çoxdan oğlunun belə bir qərar verəcəyini təxmin etmişdi. Özünü yığışdırmazsa kec-tez belə olacağını Pərixanıma da bildirmişdi. Təxminində yanılmadığına görə, oğlunun qərarına təəccüblənmədi. Əgər bilsəydi ki, öz oğlu da, onun dığ-dığına, insanlıqdan uzaq kobudluğuna dözməyib baş götürüb evdən getdiyi halda, yanlışlığa yol verib onu qəbul edib, gəlin, ana, nənə olmasına bais olan özünə qarşı münasibəti dəyişəcək, uf demədən bu qərarı qəbul edərdi. Bu dünyaya onu bağlayan oğlundan, qızı gözündə gördüyü gəlinindən, nəvəs aldığı nəvələrindən ayrı yaşamağın ağırlığını dərk eləsə də, Taleyi ilə barışmaqdan başqa çarəsi qalmamışdı. Hikmət kişi öpkəli həyat yoldaşının səhər yuxudan oyanandan, axşam yatana qədər bir saniyə də olsun ağzının yumulduğunu görməmişdi. Tənha olanda öz-özünə mızıldanardı. Çüt olanda ara vermədən gileylənərdi. Özü nöqsan deposu olmasına baxmayaraq, onun hər işində, sözündə nöqsan arayardı. Oyaqkən dığ-dığı, yatarkən xorultusu rahatlığını pozardı. Oğluna görə belə bir məxluqun acısını uda-uda yaşamağa məhkum olmuşdu. İçi özünü, çölü ətrafını yandıran Pərixanımsa heç kəsi vecinə almırdı. Ərinin, oğlunun onun xislətindən nə qədər əzab çəkdiklərinin fərqındə deyildi.
    Ondan cavab gözləyən oğluna çavab verməkdə aciz qalan Hikmət kişi xeyli düşünməli oldu. Sonra üzünü oğluna tutub dedi:
  • Allah qoysa nə vaxt çıxmaq fikrindəsən?
  • Hələ Nargilənin xəbəri yoxdur. Məsləhətləşərik, nə vaxt hazır ola bilsə, onda çıxarıq.
  • Allah işini yöndəmə salsın. Amma xəbərin varmı ki, mənim planımı pozdun.
    Nuru pərt oldu. Axı o atasına əngəl olacaq heç bir iş görməmişdi. Təəccüblə soruşdu:
  • Başa düşmədim. Mən sənin hər hansı bir planına qarşı çıxacaq qədər düşük biri ola bilərəmmi? Belə bir yanlışlığım olubsa, bunu özümə bağışlamaram.
  • Burda sənlik bir iş yoxdur. Mən səni evləndirdikdən sonra pencəyimi götürüb, anana əlvida deyib evi tərk edəcəkdim. Evləndin. Fikrimdən əl çəkdim. Səni öpkəsi dünyaya sığmayan ananın ümidinə qoymağa qıymadım.
  • Gəlsənə, mənimlə gedəsən. Bir nüddət tək qalsın. Bəlkə düzəldi.
  • Düzəlməz. Çox cəhd etmişəm. Xeyri olmayıb. Rəhmətlik atamın, anamın yanında dəfələrlə üzümə bağırıb:
  • Ev də mənimdir, uşaq da, yurd-yuva da. Xoşu olmayan cəhənnəm olub, hara istəsə getsin.- demişdi. Mən o zaman atamın, anamın yanında utandığımdan az qala yerə girəcəkdim. Hirslənib üstünə cumanda, qarşımı kəsdilər. Atam demişdi: – Səbirli ol! Öpkə bəla doğurar. Qeyrət – abırsızı yenməkdə yox, səbr edib, onun səviyyəsinə enməməkdədir. Qeyrətli ol!
    Hikmət oğlunun Bakıda nə iş görəcəyi barədə heç nə soruşmadı. Çünki ondan arxayın idi. Bilirdi ki, o ailəsini saxlamaq üçün ev-eşik qurmaq, və yaxud da başqa bir məqsəd üçün evi tərk etmirdi. Bu geniş yurd-yuva onundur. Heç nəyin də korluğunu çəkmir. Bank hesabında kifayət qədər əmanəti də var. Bir neçə dəfə oğluna maşın almasını məsləhət görmüçdü. O isə razı olmamışdı. Onun gələcək həyatını xoşbəxt sürməsi üşün yeganə əngəl-anasının yersiz söz-söhbətidir. Hara da getsə ailəsinin maksimum təlabatını ödəyə biləcək qabiliyyətə malik olduğundan, onun gedişindən narahat deyildi. Pərixanımın isə bu gedişə xeyir-dua verəcəyini gözləmirdi Təxminində yanılmayıbmış. Xeyir-dua əvəzində, ondan aldıqları cavab : cəhənnəm yaxın, bir az da o yana gedin! oldu.
    Oğlunun gedişinin səbəbkarı özü olmasına baxmayaraq, Pərixanım Hikməti danlayırdı:
  • Kişi olsaydın, oğluna sahib çıxardın. Arvad sözünə baxıb, evi tərk eləməzdi.- deyərdi.
    Onunsa cavabı qısa olardı:
  • Özün zəhərli dilinə sahib çıxsaydın, yazıq külfətini götürüb, evini tərk etmək zorunda qalmazdı.
    Oğlunu yola salarkən Hikmət düşünürdü kı, çox keşməz hirsi senər. Kəndin sakit, təmiz havası onu şəhərin səsli-küylü, karbonlu havasından çəkib geri döndərəcək. Unutmuşdu ki, evin səs-küyünün yanında, şəhərin səs-küyü toy-bayramdır.
    Hikmət kişi çoxdandır ki, mətbəxtdə həyat yoldaşının ona qulluq eləməsini gözləmirdi. Çayını da özü süzürdü, bişirdiyi yeməkdən də özü-özünə çəkərdi. Xörək bişirmək qabiliyyəti olsaydı, yeməyini də özü bişirərdi. Bu dəfə də süzdüyü çayını içə-içə keçmişinin bəzi səhifələrini vərəqlədi. Bu günün səhəri onu istədiyi kimi xoş qarşılamadı. Ömrünün yarım əsrini yol yoldaçı olmuş həyat yoldaşının sərt rəftarının zərbəsinə tuş gəldi. Ox kimi sancılan bu zərbədən ürəyinə ox kimi sancıldı. Zəhəri qanına hopub canına yayıldı. Əgər bu zərbə öz günahı üzündən, və yaxud da yad biri tərəfindən tuşlansaydı onu bu qədər ağrıtmazdı. Əvvəllər tez-tez təkrarlanan bu cür hallarda, keyfi pozulmazdı. İndi isə həzm edə bilmirdi. Bu da həyatın qanunauyğuluğuna söykənir. Axı insan qocaldıqca körpələşir.
    Hikmət kişi dərd əlindən əynini dəyişib, yola çıxdı. Üzünü şimala döndərib böyük Qafqaz dağlarına baxdı. El arasında dolaşan məşhur bir kəlamı xatırladı: Fizuli dərd əlindən bezib, dağa çıxdı. Dedilər: bəxtəvər yaylağa çıxdı. İndi o əvvəlki vaxtlarında olduğu kimi yamacları, dərələri, zirvələri qarış-qarış dolaşa bilməzdi. Dizində o taqətdən əsər-əlamət qalmamışdı. Strestin təsirini dəf etmək üçün kedəcəyi ünvanın seçimini elədiyi vaxt yanında taksi dayandı . Qonşusunun oğlu-Xalid ona səsləndi:
  • Hikmət dayı, sabahın xeyir. Rayona gedirsənsə, apara bilərəm.
    İndi ondan ötrü hara getməyi fərq eləməzdi. Təşəkkürünü bildirib, maşına əyləşdi. Taksi yola düzəldi.
  • A qonşu, necəsən? Pərixanımı tək qoyub xeyir ola?
    Hikmət kişi fikirli olduğundan, arxada əyləşən qonşularını görməmişdi.
  • Siz Allah bağışlayın. Fikir verməmişdim . Necəsiniz? Nə var, nə yox.?
    Yol boyu söhbəti söhbətə qata-qata onun könlünü almaq üçün sanki bəhsə girmişdilər. Çünki onlar onun yola şıxmasının səbəbini təxmin etmişdilər.
    Hikmət kişi taksidən düşdükdən sonra ətrafı nəzərdən keşirdi. Tanıdığı adamlardan bir nəfər də olsun gözünə dəymədi. Vaxt vardı elə bu yerdə, maşından düşən kimi onu salamlayardılar. İndi onların çoxu dünyada yoxdular, qalanlar da yəqin ki, gəzəcək halda deyillər. Çayxanada əyləşib söhbət edəcək birini görmədikdə, şəhər parkına üz tutdu. Parka daxil oldu. Axşamlar hay-küylü, irili-xırdalı insanlarla coşub-daşan bu məkanda sakitlik hökm sürürdü. O parkın ortalarındakı oturacaqların birində oturdu. Yenə fikri onu köklədi uzaqlaşdığı keçmişində qalan gümrah çağlarına. Oocalıq budur da… İndi onun irəli baxıb plan qurub, nə isə arzulamaq potensialı sıfırlanıb. Ona qalır arxaya boylanıb, olub-keçənləri xatırlamaq. Və bir də, çox şeydən məhrum olduğu kaşkiləri təhlil etmək. Artıq o, adamların dincəlməsi üşün qoyulan oruracaqda dincini almışdı. Demək olar ki, keçmişinin yadda qalan önəmli səhnələrini nəzərdən keçirmişdi. Nəzərdən keşirdiyi, ssenari müəllifi- təsadüf olduğunu zənn etdiyi həyat səhnəsində bir dənə də olsun şənini ləkələyəcək epizodun olmamasından qürurlandı. Yaşadığı, əvəzlənən yaxın günlərin birində tərk edəcəyi bu həyatda, heç kəsin qəlbini qırmamışdı. Heç kəsə qarşı, yaxın vaxtlarda ruhunun tərk edib gedəcəyi goruna söyəcək münasibət göstərməmişdi. Bu həyatında ona qəzəbli bir adam vardı. O da Pərixanım idi. Bir azdan o bu sakit, gül çıçək ətirli məkanı tərk edəcək. Babasından atasına, atasından da özünə qalan öz evinə dönəcək. Həmişəki kimi mətbəxə girəcək, təəssüf ki, arvadı onu gülər üzlə, nəzakətlə qarşılamayacaq. Başqa kişilər kimi əyləşib, qabağına çay, yemək qoyulmasını gözləməyəcək. Çayını da özü süzəcək. Yeməyini də töküb masaya qoyacaq. Artıq-əskik danışsa,
    payını alacaq. Ağzını açdığına peşman olacaq. Qalxıb getmək istəsə də, fikrindən daşındı. Çünki burdakı dincliyi öz evində tapmayacaqdı. İndiki yaşında ona hava kimi, su kimi, qida kimi öz evində həsrət qaldığı dinclik də vacibdir. Yenidən onun fikri indisindən ayrıldı. Qayıtdı keçmişinin dərinliklərinə. Qəfildən qucağına düşən şar onu qərq olduğu xəyal aləmindən ayırdı. Şarı əlinə aldı. Bu vaxt qarşısında dörd-beç yaşlarında bir qızın maraqla ona baxdığını gördü. Öz nəvələrinin bu yaşda olduğu vaxtları xatırladı. Onlarla keşirdiyi ömrünün ən mənalı, ən şirin anlarını andı.
  • A qəşəng qız, sən nə bildin ki, mən şar istəyirdim?
    Qızcığaz qarşısındakı qocanın zarafat etdiyini anlamışdı. Özünü itirmədən, gülümsəyərək dedi:
  • Babalar şarla oynamaz.
  • Niyə oynamasın ki, kimdir bunu sənə deyən?
  • Heç kim deməyib. Özüm bilirəm. Mən hələ şarla oynayan baba görməmişəm.
  • İndi gördünmü? Bax, mən babayam. Özüm də şarla oynayıram.
    Hikmət kişi sari əlinə alıb, oynatmağa başladı.
  • Məni aldada biməzsən. Görmürsənmi? Mən artıq uşaq deyiləm. Yekə qızam. Bilirəm ki, zarafat edirsən. Bütün babalar, nənələr harda görsələr gəşəngəm deyə mənimlə zarafat edirlər.
    Onlara yaxınlaşan qızın nənəsi tövşüyə-tövşüyə nəvəsinə səsləndi:
  • Gördünmü? Sənə demədim qabaqdan-qabağa qaçma! Şarını itirərsən.
  • İtirməmişəm a nənə. Bu babadadır. O da başqa babalar kimi mənimlə zarafat edir. Elə dilir ki, mən uşağam nə etdiyini anlamıram.
  • O baba şarını verməsəydi, nə sevinərdim.
    Hikmət kişiyə təxminən onunla eyni yaşda, eyni boyda olan arıq qadının səsi tanış gəldi. Diqqətlə baxanda hiss elədi ki, bu qadınla nə vaxtsa, hardasa qarşılaçıb. Nə qədər beynini qurdalasa da, yadına sala bilmədi. Gözlədi ki, bəlkə o ipucu verər. Onunla harda görüşdüyünü öyrənər.
  • A nənəsi, belə bir qəşəng qızın qəlbi qırarammı? Al şarını. Bir də nənəndən çox aralanma. Eləsinə rast gələrsən, şarını əlindən alar.
    Uşaq şarını götürdü. Diqqətlə Hikmət kişiyə baxı, və soruşdu:
  • A baba, sənin nəvən yoxdurmu?
  • Var. İndi onlar böyüblər.
  • Böyüyəndə nə olar ki, niyə onları özünlə gətirməmisən?
  • Onlar uzaqdadırlar. Yanımda sənin kimi qəşəng nəvəm olsaydı, onu hər gün bu parka gətirərdim. Sənin yaşnda nəvə ilə parkda gəzmək hər bəxtəvərə qismət olmur.
  • A nənə, sən bəxtəvərsən. Çünki, mənim yaşda nəvən var. Bu babaya isə çox yazığım gəldi. nəvələri uzaqdadır. Baba, sən araq içirsənmi?
  • Yox. Ömrüm də bir qurtun da ağzıma dəyməyib. Ağllı adam o zəqqumu ağzına vurarmı?
  • Babam da ağıllı olsaydı, o zəqqumu içməzdi. İçməsəydi nənəmdən qabaq ölməzdi. Çox istərdim ki, mənim də sənin kimi ağıllı, araq içməyən babam olsun. Onunla hər gün bu parka gələrdim. A nənə, sən niyə bu çür araq içməyən kişilər olduğu halda, sərxoşa getmişdin?
    Nəvəsinin sualı nənənin dağlanmış ürəyinin qaysağını qorartdı. Unutmaq istədiyi, Qəlbindən silib ata bilmədiyi, közərməkdə davam edən dərdi onu ağuşuna aldı. Rəhmətlik əri ilə birgə keçirdiyi dövrün unudulması mümkünsüz bir səhnəsini xatırladı.
    Heç vaxt işdən evə ayıq başla dönməyən ərini üst-başı, üz-gözü palçıqla bulanmış halda görəndə, özünü saxlaya bilmədi. Həmişəki kimi qoluna girib aparıb yatağına uzatmadı. Özünü elə hala salmışdı ki, qolundan tutacaq vəziyyətdə deyildi. Ağzına nə gəldi ünvanına döşədi.
  • Sən kim olursan ki, ərinə səsini qaldırırsan?
  • Kaş ki, sənin kimi ərim olmaz olaydı.
  • Sən məni bəyənmirsən?
  • Camış kimi göldə ağınnayan alkaşın nəyini bəyənməliyəm?
  • Bəyənmirsənsə, niyə mənim evimdən rəd olub getmirsən?
  • Balalarımı sənin kimi alkaşın ümidində qoymamaq üçün, sənin rəzilliyinə dözürəm.
  • Dözmə! Çıx get! Uşaqlarımı səndən də yaxşı baxaram.
    Əri qollarını uzadıb üstünə sarı gəldikcə, geri-geri addımladı. Pilləkənə ilişib, arxası üstə çırpıldığını xatırlayır. Başının pilləkənin üst tininə dəyib huşunu itirdiyini xatırlamır. Özünə gələndə, gördüyü- uşaqlarının ağladığı səhnə yadına düşəndə, xeyli vaxt keşməsinə baxmayaraq hələ də ürəyi titrəyir.
    El məsəli var: “ su barddağı suda sınar”. Onun əri də yeyib-içən dostlarıyla içdiyi yerdə dünyasını dəyişmişdi.
    Hikmət kişi hardasa gördüyündən şübhələnsə də, hazırda tanımadığı qadının əbədiyyətə qovuşmuş ərini yad edib kövrəldiyini hiss etmişdi. Amma onun əri ilə keçirdiyi müddətdə, ruhuna rəhmət oxunacaq anların qıtlığından xəbərsizdi. Özünün də dərdi başından aşdığından, dərd çəkməyin nə olduğunu bilirdi. Bu səbədən yad qadın halına acıdı.
  • Bacı, adınızı bilmədiymə görə sizə bacı deyə müraciət etməyimdən inciməyin. Allah ərinizə rəhmət eləsin.
    İnsan ölmür. Dünyasını dəyişir. Onsuz da hər birimiz bir gün bu dünyadan köçəcəyik. Gedənin arxasınca üzülməzlər. Ruhuna rəhmət oxumaqla kifayətlənərlər. Onların bizim göz yaşımıza yox, düamıza ehtiyacı var.
    Birlikdə yaşasalar da, bir-birini itirən ahıllar tanıyıyam. Onların nələr çəkdiyini bilsəniz, əcəlli ayrılığa şükür edərsiniz.
  • A qardaş, bilirəm dərdin yaxçısı olmur. Betəri, betərində betəri olur. Dərd var adamı göynədir, eləsi də var ki, əridir, çərənlədir.
    Kənara çəkilib şarı ilə oynayan qızcığazın verdiyi sual Hikmət kişini çətin duruma saldı.
  • Baba, sənın arvadın yoxdurmu?
    Tanımadığı qocanın, nəvəsinin gözləmilməz sualının təsirindən halının pisləşdiyini görən nənə ona acıqlandı.
  • Neçə dəfə sənə demişəm: özünə aid olmayan şeylərlə maraqlanma!
  • Nənəsi, nəvəniz hələ çox kiçikdir. Özünü maraqlandıran hər şeylə maraqlanmağa haqqı çatır. Var.
  • Bəs niyə parka tək gəlirsən?
  • İşi vardı. – deyib, Hikmət kişi dərindən içini cəkdi.
    Yad kişinin bayaq nəyə eyham vurduğunu indi anlayan nənə: bu günlük bəsdir. Gedək. – deyib nəvəsinin əlındən tutdu.
  • Baba, sən hər gün parka gəlirsənmi?
  • Yox. Hərdənbir gəlırəm.
  • Gəlsəydin nə yaxşı olardı. Mən də gələrdim. Bilirsənmi səndən necə xoşum gəldi? Sənin kimi babamın olmasını çox istərdim.
  • Sənin kimi nəvəmin olmasını mən də istərdim. Nə edə bilərik? Qismət deyilmiş. Adını demədin.
  • Məleykədir. Adımı bax, bu, nənəm qoyub.
  • Özünə bənzər ad seçib nənən sənə. Mənim də adım: Hikmətdir.
    Xudafizləşib bir az getdikdən sonra Məleykə geri boylanıb dedi:
  • Baba, Nənəmin də çox qəşəng adı var: Zərqələmdir.
    Bu adı eşidəndə Hikmət kişinin canına üşütmə düşdü. İndi ona çatdı ki, nə vaxtsa bu qadını gördüyündən şübhələnməkdə haqlı imiş. Bölgədə bu yaşda, bu adda, başqa qadın ola bilməz. Bu o imiş. Yrım əsr bundan qabaq Bakıdan avtobusla gələrkən yol yoldaşı olmuş-ağbəniz, arıq, qara gözlü, şirin dilli, uzun boğazının sol tərəfinin çənəsinə yaxın hissəndə xalı olan, ürəyinə yatan qəşəng qızıymış. Bu həmin qız imiş ki, hər dəfə Pərixanım keyfinə soğan doğrayanda, kaşkinin arxasından ona baxıb deyirdi:
  • Al payını! Bundan ötrümü məndən vaz keçmişdin.
    Pərixanım onu, o qədər kaşkilərllə üz-üzə qoymuşdu ki, hər birinin də arxasından o arıq, ağbəniz qız ona acıq verirdi.
    Hikmət kişi ayağa qalxdı. Usaqlaşan bədbəxt nənəylə, xöşbəxt nəvənin arxasınca baxdı. Yarım əsr bundan qabaq evlərinin qabağında vurnuxduğu, ürəyini açmağa fürsət tapmadığı, görkəmi dəyişsə də, səsi həmənki qadın gözdən itənə qədər gözünü ondan çəkmədi. Qadın gözdən itəndən sonra, dərindən köks ötürüb ürəyində dedi: – mərdi məzar araya girməsəydi, sən də bədbəxt olmazdın, mən də.
    SON
    18 02 2024 DOĞMA YURDUN CAZİBƏSİ Kənddə yaşadığı zaman Camaldan ötrü, ilin payızdan, qışdan gözəl fəsli yox idi. Ona görə yox ki, bu fəsildə gecələr uzanır. Günlər gödəlir. İşlər azalır. Onu payıza bağlayan başqa səbəb vardı. O uşaqkən yaşadığı bölgədə televizor yox idi. Qonşularında fatefon vardı. Bunun da iynəsi korşalanda valın səs cızığını korlayardı. Oxunan mahnıların ahəngini pozardı. Bu aparatdan kənddə başqa heç kəsdə olmadığından, axşamlar qonşular onlara toplaşardı. Maraqla – Xanın, Bülbülün, Rəşid Behbudovun, Gülağanın, Sara Qədimovanın, Şövkət Ələkbərovanın, Zeynəb Xanlarovanın və başqa xanəndələrimizin, müğənnilərimizin mahnılarına qulaq asılardı. Kənddə ancaq bir evdə radio qəbuledicı vardı. Elektirik enerjisi olmadığından, radio qəbuledicini iri batareykalarla işlədirdilər. Kənddə radioqovşağı yaradıldı. Evlərə kabel çəkildi. Radio aparatı yerləşdirildi. Sübhtezdən aparat işə düşərdi. Aparıcı: – Danışır Bakı. – deyib, xəbərləri, sonra da hava haqqında məlumatı elan edərdi. Dizel mühərriki ilə kəndə elektirik enerjisi verilən vaxtı yaxşı xarırlayırdı o. Ancaq qaş qaralandan, axşam saat on ikiyədək evlərə paylanan elektirik işığını möcüzə kimi qəbul etdən kənd camaatı heyrətə gəlmişdi. Bunu axır zamanın əlaməti kimi qəbul edənlər də vardı. Çox çəkmədi. Bölgə Migəçevir cu elektitik stansiyasından ötürülən elektirik enerjisi ilə fasiləsiz təmin olundu. Babat imkanı olanlar radioqəbuledici aldılar. Onun atasının “ Rekord” markalı radioqəbuledici alıb, gətirib işə saldığı gün onlarda toy-bayram əhval-ruhiyyəsi yaranmışdı. Onun uşaqlıq dövründə indiki kimi hər evdə televizor, hər adamda telefon yox idi. Kolxoz dövrünün gərgin işindən yorulmuş adamlar axşam yeməyini yeyib, vaxtlarını xoş keşirmək üçün demək olar ki, hər gecə bir-birlərinə qonaq gedərdilər. Bəzən axşamlar onlara o qədər abamlar söhbətə toplaşardılar ki, döşəməyə sərilmış döşəklərdə uşaqlara oturmağa yer olmazdı. Deyib-gülərdilər. Zarafat edərdilər. Hamı zarafat götürən idi. Bir-birindən inciməzdilər. Heç kəs heç kəsin sözünü kəsməzdi. Küsülülər də az olardı o zaman. Çox nadir hallarda kəndin pis adamlarının adları hallanardı, o söhbətlərdə. Yaxşı adamların yaxşı əməllərindən çox danışardılar. Bildikləri nağıllardan, dastanlardan parçalar söyləyənlər də olurdu. Onda evlərdə dini ədəbiyyat olmazdı. Quran ayələrini, Peyğənbərimizin hədislərini dini məclislərdə mollalardan, cümə namazına məscidə gedənlər imamdan öyrənərdilər. Yadlarında qalan-ibratəmız, müdrik kəlamları bu cür söhbətlərdə paylaşardılar. O vaxtlar indiki kimi evlərdə ayrıca mətbəxt olmazdı. Odun sobası bir otaqda yanardı. Biş-düş orda hazırlanardı. Həmişə evlərində cöhbətə yığılanlar üçün yüksək kolorili xörəklər hazırlanardı. Xolostirini, zülalı, kriatilini heç kəs vecinə almazdı. Beləcə kənd zəhmətkeşləri payız, qış aylarının necə gəlib keşdiyini hiss eləmirdilər.
    Orta məktəbi bitirdi. Təhsil almaq üçün Bakıya gələrkən burda qalıb yaşayacağını planlaşdırmamışdı. Heç bu barədə düşünməmişdi. Gözləmədiyi halda elə oldu ki, o göz açdığı, ilk havasını aldığı, ilk addımını atdığı dogma yurduna ildə bir aylıq məzuniyyət vaxtında, və yaxınlarının xeyir-şərində gedib-gələsi oldu. Nə qədər ki, ata-anası sağ idilər, ata yurdunda özünü tam sərdəst aparırdı. Özünü öz evində kimi hiss edirdi. Uşaqları heç bir sıxıntısız yay tətilini nənələriylə keşirərdilər. Anası dünyasını dəyişdikdən sonra bir neçə il belə davam elədi. Sonralar evin xanımlıq estafetini ələ alan kiçik qardaşının həyat yoldaşı içində gizlətdiyi soyuq münasibətini tədricən nəzərə çarpdırdı. Bu da ona : “ ulu sözündən çıxan uluya-uluya qalar” atalar sözünü xatırlatdı. Hər dəfə məzuniyyətə gələndə, Atası, anası ona torpaq sahəsi götürüb ev tikməyi məsləhət görərdilər. O isə onların təklifinə razılıq vermirdi. Bir dəfə anası onlara gələrkən işdən dönəndə soruşmuşdu:
  • Ana, günün necə keçdi?
  • Yaxşı keşdi deyib, səni inandıra bilərəm. Özümü isə yox.
  • Niyə? Yoxsa naxoşlandınmı?
  • Naxoşlanmadım. Daha betərini yaşadım.
  • Nə olmuşdu ki,
  • Heş nə baş verməyib. Bezdim sənin bu, karobkalarının icində. Ay oğul, indi işə gedib-gəlirsən. Başın qarışır. Qocalanda bu qutulara sığmayacaqsan. Gəl daşı ətəyindən tök. Məsləhətimi qulaq ardına vurma! Nə qədər ki, biz sağıq yurdda yer göstərək, özünə ev tik.
  • Ay ana, düşəydin həyətə, çıxaydın şəhərə gəzişəydin. Həm vaxtın keçərdi, həm də darıxmazdın.
  • Şəhərin küçələrində veyillənməkləmi rahatlıq tapacaqdım? Mənim rahatlığım dirik-bağçamızdadır. Mən səni qandıra bilmirəm ki, bu qünyanın özünə də etibar yoxdur, adamlarına da. Elə düşünmə ki, çox oxuduğuna görə həyatı məndən çox öyrənmisən. Oxuduğun orta məktəbi mən də bitirmişəm. Sən dörd il ali peşə təhsili almısan, mən isə bir il oxuyub ibtidai. Məndən üç il artıq oxuduğun məktəb sənə peşə dərsi verib. Ali dərəcəli mütəxxəsis yetişdirib. Sənin ali diplomunu ali məktəbə gedib-gəlib, oxumadan, rüşvətlə alanlar olub, var, olacaq da. İnsana son nəfəsinədək dərs keçən həyat akademiyasında isə, rüşvət işə keçmir. Öyrənib, görüb-götürməyən bu dünyadan key kimi köçüb, gedəcək. Yaş vərqimizin iyirmi beş olduğunu nəzərə alsaq, hansımız həyatı daha yaxşı dərk edərik? Niyə adam deyəni eləmirsən?
    Camal ata-anasının özündən qat-qat yüksək təfəkkürlü, müdrik olduğunu görürdü. Və bundan qürur hissi keçirirdi. Onun canyananlığını da dəyərləndirirdi. O, anasının təklifini ona görə qəbul eləmirdi ki, şəhərdə doğulub-yetişən övladlarının heç biri, özü öləndən sonra kedib kənddə yaşamayacaq. Nə vaxtsa boş qalacaq mənzilin tikintisinə sərf edəcək vəsaiti, daha vacib dərd-sərinə yönəltməyi məqsədəuyğun sanırdı.
  • Ay ana, ildə bir aylığa dogma kəndim ə cəlirəm. Allaha şükür olsun ki, nə qədər istəsəm qalacaq yerim var. Xətrimi istəyənlərim də kıfayət qədərdir. Tikib, il boyu qıfıllı qalacaq evin inşasına maya qoymağına dəyərmi?
  • Bu gün ərklə açdığın qapılar bir gün üzünə bağlana bilər. Səni qandırmaq istəyirəm ki, bu gündən sabaha etibar yoxdur.
    Anası onu qandırmaq istəyirdi, o isə qanmırdı. Onun qanmamazlıqda ittiham edən anası hirslənib demişdi:
  • Baxt gələcək qanmamazlığının acısını dadacaqsan.
    Camalın anası təxmininində yanılmamışdı. Düşündüyü vaxt yetişdi. Doğrudan da anasını qanmamasının acısını yaşadı. Bu məqamda o, anasının özünü qandırmağa cəhd etdiyi yaşında olardı. Onun üçün bu gecikmiş qanmağın bir qəpiklik də dəyəri yox idi.
    Uşaqlarının yay tətili vaxtında, iş yerində yaranan vəziyətə görə həmişəki kimi ailəsi ilə Camal kəndə gedə bilməmişdi. Tətildən qayıdarkən, görüşdükdən sonra Camal yoldaşı-Sənubərdən soruşdu:
  • İstirahətiniz necə keçdi?
    Sənubər qısa sükutdan sonra ərinin üzünə baxıb dedi:
  • Pis keçmədi.
    Camal yoldaşının cavabından hiss elədi ki, bu tətilin istirahəti yoldaşını qane etməyib. Özünü də aldığı cavab qane etmədiyindən dedi:
  • Elə cavab verdin ki, görürəm yaxşı keçməyib.
  • Dediyimə inanmadın?
  • Axı cavabın inanası kimi səslənmədi.
    Sənubər bilirdi ki, əri ondan dəqiq cavab almamış əl şəkməyəcək. Cavab gözləyən ərinə baş verəni açıqlamalı idi. Amma necə? Bu necənin yumşaq yoluna düşməkdə çətinlik çəkirdi. Həmişə olduğu kimi yenə də, onun ona evlilik təklifi elan etdiyi günü xatırladı. İnstitutu bitirdikdən sonra, təyinat üzrə eyni zavodda işləyirdilər. İşə gəldikləri vaxtlar ara-sıra olsa da, çıxdıqları vaxt həmişə avtobus dayanacağına kimi yol yoldaşı olurdular. Bir gün Camal minəcəyi avtobusu ötürdü. Sənubər səbəbini soruşdu:
  • Niyə minmədin?
  • Səbəbini bilmək istərdinmi?
    Sənubər təəccüblə onun üzünə baxdı.
  • Sənin avtobusu ötürməyinin mənimlə bir əlaqəsi varmı ki?
  • Əlbəttə var.
    Sənubər Camalın dərin həyacan hissi keçirdiyini hiss elədi. Bunun özü ilə nə əlaqəsi ola biləcəyi ilə maraqlandı:
  • Camal, örtülü danışırsan. Heç nə başa düşə bilmirəm.
  • Açıq danışmağa cürət etsəydim örtülü danışardımmı?
    Artıq onun məqsədini anlayan Sənubər gülümsünüb, dedi:
  • A Camal, elə danışırsan ki, elə bil ilk dəfə üz-üzə gəlirik. Səni açıq danışmaqdan məhrum edən bu cürətsizlik hardan çıxdı?
  • Yadındadırmı oxuduğumuz vaxtlar tez-tez sənə baxardım?
  • Onda kimə baxmırdın ki? Gözünü qızlardan çəkirdinmi?
  • Nə bilirdin? Həmişə mən baxanda üzünü döndərərdin.
  • Nə eləməliydim ki, gözünü başqa qızlardan çəkmədiyini görmürdümmü?
    Camal bir anlığa o vaxtları xatırladı. Tələbə yoldaşı olan qızların hamısı gözəl idi. Əgər ondan soruşsaydılar ki, ən gözəli hansıdır? Hansısa birinə barmağını uzadıb, budur- deməkdə çətinlik çəkərdi. Həmişə onları nəzərdən keçirib, hansının daha gözəl olduğunu ayrıd etməyə çalışardı. Kimin daha ağıllı olduğunu soruşsaydılar, düşünmədən Sənubəri göstərərdi. Desəydilər: hansına elçi düşərdin? Sənubəri göstərərdi. Dəvələrlə ona ürəyini açmaq istəsə də, rəd cavabı alıb üzüləcəyindən qorxub risqə getməmişdi. İndi öz dilindən eşidəndə ki, o da ona göz qoyurmuş, gec də olsa təəssüfləndi. Cəsarərsizliyinə görə özünü qınadı. İndi o, tam əminliklə qəlbini ona aça bilərdi.
  • Sənubər, o zaman mənim niyyətimi düz başa düşməmisən.
  • Necə başa düşməliydim ki, görmürdümmü?
  • A insafsız! Mən onlara heyran olduğum üçünmü baxırdım? Aranızdakı fərqı ölçüb-biçirdim. Bircə dəfə mən baxanda üzünü yana çevirməyib, gözümün içinə baxsaydın, cəsarətə gəlib ürəyimi cənə açmazdımmı? Gör neçə ilimi, qəlbimdə sənə qarşı cücərən hissimi boğa-boğa keçirmişəmmiş.
  • Məni ittihammı edirsən?-deyə Sənubər gülümsündü.
  • Özümü ittiham edirəm.
  • Bəlkə belə olmağı yaxçıdır.
  • Gəl bu bəlkəni qoyaq bir kənara. Keçək mətləbə. Bir-birimizi yaxşı tanıdığımıza görə, sənə birbaşa evlilik təklifi elan eləsəm, yenə üzünü döndərməzsən ki?
    Bu günə qədər ağlından keçməyən təklif Sənubəri çaşdırdı.
  • Bəlkə yaxşı-yaxşı düşünək?
  • Demək istəyirsən ki, bir müddət də, yaxşı-yaxşı ürəyim üzülsün?
  • Bu iş mal alış-verişi deyil ki, baxdın, gördün, bəyəndinsə o saat əl tutub sövdələşəsən.
  • Kifayət qədər görmüşəm, baxmışam, bəyənmişəm. Məncə vaxt uzatmağın mənası yoxdur. Atam, anam tələsdirməsəydi, mənə qalsa nə qədər desən gözləyərdim.
    Sənubər dünən anasının onu sorğu-sual edib, fikrində kiminsə olub-olmadığını öyrənməyə cəhd edərkən, yalan uydurmaq zorunda qalmışdı. Çünki qohumlarından biri oğluna görə, ona elçi gəlmək üçün anası ilə danışıq apardığını bilirdi. Anası ona bəyənmədiyi qonşusunun oğlunu tərifləyəndə demişdi:
  • Birdə mənə bu barədə söz açma.
  • Səbəbini bilmək olarmı?
  • Yaxın günlərdə biləcəksən.
  • İndi bilsəm dünya dağılmaz ki?
  • Ay ana, bu günədək səndən məsləhətsiz bir iş görmüşəmmi? Sözündən çıxmışammı? Adınıza zərər, utanc gətirəcək yanlışlığa yol vermişəmmi? Xahiş edirəm sənin narahat olduğun bu məsələdə məni sərbəst burax. Çünki bu, mənim həyatımdır. Bu həyatımı özüm davam etdirəcəyəm. Bu həyatımda sən kənarda qalacaqsan. Bilirəm nəzərin həmişə üstümdə olacaq. Şad günümdə sevinəcəksən, pis günümdə üzüləcəksən. Məni bu yerə çatdırınca çəkdiyin zəhmətinin üstünə, dərdimin də yüklənməsini istəmirəm.
    Sənubər anasının narahatçılığının səbəbini başa düşürdü. Onun həmyaşıdlarının hamısı ərə gedib. Evdə qalan təkcə özü idi. Bilirdi ki, əksər vayideynlər kimi ata-anası da, qızlarının evdə qalıb, qarıyacaqlarından narahat idilər. O, dünən anasının narahatçılığını səngitmək üçün “ Yaxın günlərdə biləcəksən.” cavabına qarşı, anasının səsləndirdiyi: “ İndi bilsəm dünya dağılmaz ki?” sualına bu gün cavab verə biləcəyini planlaşdırmamışdı. Camalın dediyi: “…ata-anam tələsdirməsəydi…” ifadəsi, anasının səsləndirdiyi: “İndi bilsəm dünya dağılmaz ki?”sualı hər ikisinə vaxt uzadıb düşünməyə möhlət vermirdi. Xasiyyətinə bələd olduğu, güvəndiyi, həyatından silinməsi mümkünsüz-tələbə yoldaşı kimi yer tutan, bəyəndiyi həmyaşıdının Təklifini qəbul etdi.
  • Camal, biz indiki öz-özümüzü dolandıra biləcək məqama öz başına gəlib çatmamışıq. Atamızın, anamızın dəstəyi, yardımından bəhrələnib istəyimizə nail olmuşuq. Artıq biz əvvəlki kimi onların dəstəyinə, yardımına yox, xeyir-duasına möhtacıq. Var-dövlətimiz başımızdan aşsa da, özləri ac-yalavac qalsalar da, bizdən elədiklərinin əvəzini ummazlar. Allah eləməsin, üz döndərsək də, bizə laqeyid qalmazlar. Dünən anamla təkbətək söhbətimiz oldu. Məndən ötrü necə narahat olduğunu görəndə öz-özümü qınadım. Çünki hələ tələbə ikən bəyənilməsində əngəl olmayan bir neçə oğlanın mənə evlənmək təklifi etmələrinə peşman eləmişdim. Bu gün səndən bu təklifi alanda, ilk ağlıma gələn bu oldu: nə yaxşı ki, onlardan imtina eləmişdim.
  • Sənə qulaq asdıqca, mən də özümü qınayıram. Zənnimdə yanılmıramsa, o vaxtlar sənə ürəyimi açsaydım, məni peşman eləməzdin.
  • Bəlkə də etməzdim. – deyə Sənubər gülümsündü.
  • Ax axmaq baş. Kaş ki, indiki ağlım o vaxt olaydı. – deyib, Camal sağ əlini düyümləyib, yumruğunu başına vurdu.Yenə Sənubər gülümsünüb dedi:
  • “Ağlım” yox, “cəsarətim”- desəydin, daha düzgün olardı.
  • Nə fərqi var ki, cəsarəti də ağıl idarə etmirmi? Nə isə. Olan olub, keçən keçib. Keçmiş gecikmiş ah-zarı qəbul eləmir. Allaha şükürlər olsun ki, heyifsilənəcək itirdiyimiz bir şey yoxdur. Sən nə vaxt ailənlə danışıb, atamla anamın səbrsizliklə gözlədikləri elşilik günümüzü mənə bildirəcəksən?
    Sənubər anasının bu təklifə sorğu-sualsız razılıq verəcəyinə şübhə etmirdi. Atasının isə etiraz etməyəcəyinə əmin olsa da, qarşı tərəfi tam araşdırmayıb, tez bir zamanda razılıq verəcəyini gözləmirdi.
  • Camal, səni yetərincə tanıyıram. Oxşar cəhətlərimiz də, kifayət qədərdir. Bu da ondan xəbər verir ki, xoşbəxt ailə həyatı qura bilərik. Sənə şərti şumda kəsəcək bircə təklifim olacaq.
  • Cəmi bircə şərt? – deyib Camal Sənubərin sözünü kəsdi.
  • Bəli. İkinciyə gərək yoxdur. Əgər söz versən ki, aramızda heç bir qapalı sirrimiz olmayacaq, təklifini canla-başla qəbul edərəm.
  • İnandığın, müqəddəs sandılarının hamısına and içiçirəm. Hətta gördüyüm yuxumu da oyanan kimi səninlə bölüşərəm.
    Birgə yaşadıqları qalmaqalsız, xoşbəxt ailə həyatının təməli qoyulan o günü, illər keşməsinə baxmayaraq bir an belə unutmamışdı Sənubər. Evə çatan kimi bildirəndə ki, tələbə yoldaşı ona evlilik təklifi edib, anası sevindiyindən doluxsunub ağlamışdı. Cəmi bircə şərtlə qəbul edilib reallaşan ailə həyatında, onun ərindən gizlətdiyi heç bir sirri olmamışdı. İndi o ərinə öz atası evində üzləşdiyi xoşagəlməz münasibəti gizlətməyə məcbur idi. İstəmirdi ki, iki qardaş arasında soyuqluq yaransın.
  • Sənubər, mən adamın gözünə baxanda ürəyini oxuyuram. Sənin də məndən nəyisə gizlətdiyini görürəm. Gəl öz xoşunla açıqla! Bil ki, örtbasdır etdiyin sirrin yerinə çatmamış əl çəkən deyiləm.
    Birgə yaşayış dövründə Sənubər ilk dəfə ərinə yalan danışmalıydı. Bəyənilməz olsa da, bu yalan bir ailədə baş verəcək qalmaqalın qarşısını alacaqdı.
  • Bu dəfə deyəsən kəndinizin havası mənə düşməmişdi. Tez-tez başım ağrıyırdı, təziqim oynayırdı. Gah qalxırdı, gah da enirdi.
  • Uydurmana mənim inandığımı zənn edirsənsə, yanılmısan. Niyə yad adamlar kimi üzümə yox, qabağına baxıb danışırsan? Adam bacarmadığı işə girişməz. Axı səndə yalan uydurmaq alınmır. Evlənməyə qərar verdiyimiz gün səsləndirdiyin şərti unutdunmu? Gözümün içinə bax, gerçəyi danış. Onsuz da nə baş verdyini təxmin etmişəm.
    Sənubər gördü ki, gerçəyi açıqlamaqdan başqa çarəsi qalmayıb, o gecəni xatırladı.
    Camalın əmisi oğlu onu şam yeməyinə dəvət eləmişdi. Qonşuların da iştirak etdiyi məclis maraqlı keçmişdi. Qonğı olduğu qaynı gilə dönəndə, gec idi. Uşaqlar yatmışdı. Pilləkənləri qalxanda, içəridən qaynının yoldaşına acıqlandığını eşitdi:
  • Nə qədər ki, əlimdən xəta çıxmayıb, ağzını yum! Bu evdə mənimlə bərabər qardaşımın da haqqı var. Eşitsəm ki, onun külfətin xətrinə dəymisən, məndən incimə!
    Eşitdiyindən keyfi pozulan Sənubər həyətə düşdü. Gəldiyini bildirmək üçün, pilləkənin yanındakı boş vedrəyə toxundu. Səsi eşidib eşiyə çıxan Kamal dedi:
  • Deyəsən əmioğlu yaxşı qonaqlıq verib. Evə tez dönsəydim mən də gələrdim.
    Özünü heç nə eşitməmiş kimi göstərməyə çalışan Sənubər dedi:
  • Bağışla. Gecikib istirahətini pozdum. Əmioğlunun bəxti gətirib. Elə gözəl xasiyyətli, şirin dilli yoldaşı var ki, adam söhbətindən doymur.
  • Bəxti gətirib yox, başı işləyib desən, daha düzgün olardı. Nənəm onu qəbul eləmək istəmirdi. Qardaşı qızını ona sırımaqdan ötrü dəridən qabıqdan çıxsa da, istəyinə nail ola bilmədi. Üstünə nə qədər adam salsa da, əmioğlunu fikrindən döndərə bilmədi. Əmioğlu görür ki, təklənib. Hamı nənəsini dəstəkləyir. Babama deyib:
  • A baba, arvadı hegomonluq edən kişilərə necə baxırsan?
  • Babam cavab verib:
  • Mən belələri kişi saymıram. Kişinin evində kişinin sözü keçməlidir.
  • Bizdə niyə arvad hökmünü yeridir?
  • Bu nə deməkdir? – deyə babam hirslənəndə, əmioğlu deyib:
  • Baba, seçib bəyəndiyim qızdan ötrü sizi elçiliyə göndərə bilmirəm. Qızın eybinə görə yox, nənəmin hökmünə görə xoşlandığım qızı qəbul etmirsiniz. Nənəmin məqsədi aydındır. İstəyir ki, qardaşı qızını yanına çəksin. Sizdən baş aça bilmirəm. Niyə xoşbəxtliyimə əngəl olursunuz?
    Babam bir az düşündükdən sonra soruşub:
  • Xoşlandığın kimin qızıdır?
    Əmioğlu Sonanın atasının, anasının adını çəkən kimi babamın üzü gülüb. Nənəmlə əmimi yaxşıca töhmətləyib, vaxtı uzatmadan elçiliyə getmələrini tələb edib. Əmioğlunun başından elədiyi çanaq nənəmin istəyilə mənim başımda sındı. Sənubər Kamalın dərindən köks ötürdüyünü görəndə, sözə baxanlığının azarını çəkdiyini hiss elədi. Və onun halına acıdı. Sənubər o gecəni yuxusuz keçirmişdi. Qayınının yoldaşına qandırdığı: “ bu evdə mənimlə bərabər qardaşımın da haqqı var” ifadəsi ara vermədən qulaqlarında təkrarlanırdı. Və onu düşündürürdü. Ərinin doğal haqqından övladlarının yararlana bilməməsi ona qəribə gəlirdi. Ertəsi gün səhər Ulduz Sənubəri qəlyanaltıya dəvət edədə, iştəhasının olmadığını bəhanə edib, səhər yeməyindən imtina elədi. O gedib bir neçə dəqiqədən sonra, Kamal gəldi. Sənubərin pal-paltarını yığışdırdığını görəndə təəccüblə soruşdu:
  • Gəlin bacı, sən nə edirsən?
  • Kamal, Camaldan narahatam. Axşam qarışıq yuxular görmüşəm. Getsəm yaxşıdır.
    Kamal bu günə qədər gedəcəyi barədə fikrini bildirməyən gəlinlərinin birdən-birə getməyə qərar verməsinin arxasında nəyinsə gizləndiyini hiss elədi. Və bu şübhəsi həyat yoldaşı-Ulduza istiqamətləndi. Gözləmədiyi qərarın dəqiq səbəbini ondan soruşarsa, dəqiq cavab ala biləcəyinə ümidi yox idi. Özü bu müammalı səbəbin axtarışına çıxdı. İlk növbədə ağlına gələn-keçən axşamkı yoldaşı ilə aralarında olan mübahisə oldu. İşdən evə qayıdarkən, dördyolda rastlaşdığı köhnə dostlarıyla başı cöhbətə qarışdığından, evə gec gəlmişdi. Gəlinlərini evdə görmədikdə yoldaşından soruşdu:
  • Sənubər hanı?
  • Harda olacaq. Əmioğlun qonaq çağırıb.
    Ulduzun açıq-aşkar gözə çarpan aqresiyasına təəccüblənən Kamal qəzəbləndi:
  • Çağıran yerə gedərlər də. Bunda hiddətlənəsi nə var ki?
  • Çox şey var. Onun kimi mən də bu nəslin gəliniyəm. Ona edilən hörməti heç kimdən görmürəm. O göydən yerə qızıl səbətləmi endirilibdir ki, hamı başına and içir. Səhər Sona gəlib onu nahara dəvət edib. Aradan yarım saat keçməmiş əmioğlun da gəlib təkrarlayır. Səhər evdən çıxandır. Görünür əmioğlun onun şərəfinə böyük ziyafət təşkil edib.
  • Hörmət tələb edilmir. Qazanılır. Zor gücünə yox, şirin dillə,xoş rəftarla, xoş niyyətlə mənimsələnir. Öpkə, kin, eqoistlik adamı elin rəğbətindən məhrum edər. Hörmət adama adam olduğuna görə yox, necə biri olduğuna görə qoyulur.
  • Deyirsən ki, mən hörmətə layiq deyiləm? Hamınızın pərəstişkarlıq etdiyi gəlinbacı dediyin o şeydən nəyim əskikdir?
  • Əskikliyini özün öz dilinlə təsdiqlədin. Elə təsdiqlədin ki, şərhə yer qalmadı. – deyib, Kamal ona ağzını açmağa imkan vermədən bütün əskik cəhətlərini açıqladı. Bu açıqlamadan nəticə çıxardacaq səviyyədə sağlam
    düşüncədən məhrum olan Ulduz ərinin nəsil-kökünü qatıb-qarışdırıb elə yoğurdu ki, Sənubər eşitsəydi bir daha onun olduğu yurda ayaq basmazdı.
    Çıxılmaz durunda qalan Sənubər gerçəyi ərinə danışmağa məcbur idi. Elə danışmalıydı ki, qardaşlar arasında nifaq yaranmasın.
  • Camal, mənim kənddən tez dönməyimin Kamalla heç bir əlaqəsi yoxdur. Onu həmişə öz qardaşım gözündə görmüşəm. İndən sonra da münasibətim dəyişməyəcək. – dedi.
  • Bunu bilirəm. Çünki onun xasiyyətinə bələdəm. Səndən nə baş verdiyini soruşuram. Bil ki, gizlətdiyin bir “ heç nə” məndə min “ heç nə”nin şübhəsini yaradır.
    Sənubər nə baş verdiyini ərinə danışdı. Kamalın halına acıdığını bildirdi.
  • Qardaşımın evini nənəm yıxdı. Əmioğlunu sındıra bilmədi. O olmasın bu olsun deyib, çox çətinliklə qardaşı qızını Kamala bələdi.
  • Bəs bunun axırı necə olacaq? Kamalın danışığından hiss elədim ki, onda yoldaşına qarşı sevgidən əsər-əlamət yoxdur.
  • Əvvəldən də olmamışdı. Onun istədiyi qız vardı. Atam gil bir dəfə elçiliyə getmişdi. Qızın anasını anam razı salmışdı. Atasının isə razılığını ala bilmədilər. Kişi onu varlı bir qohumunun oğluna nişanladı. Kamil qaçırmaq istədi. Qız atasına bağlı olduğunu, onu üzəcək addım ata bilməyəcəyini bildirdi. Onun acığına nənəmin soxdan cəhd etdiyi təklifini qəbul elədi.
  • A Camal, Ulduzun nə dediyini eşitmədim. Nə dedisə, Kamala bərk toxunmuşdu. Yoxsa onun üstünə elə sərt bağırmazdı. Doğma qardaşının təsdiq etdiyi kimi doğrudan da sənin doğulub, boya-başa çatdığın ata yurdunda onunla bərabər haqqın var. Ulduza görə sən dogma ata yurduna ancaq qonaq kimi gəlib-gedə bilərsən. Qonaq da düşdüyü yerdə aynan qala bilməz. Misalgəlişi deyirəm. Allah eləməsin, evziz-eşiksiz qalası olsan, orda sənə yer yoxdur. Mənim yanımda atan da, anan da sənə dəfələrlə dedilər: gəl köməkləşək bu yurdda ev tikək. Yay tətilinə gələndə öz yuvanıza düşün. Sən razılıq vermədin. Böyüklərin məsləhətini qulaqardına vurduq. Elə bildik savadlıyıq onlardan çox bilirik. Dərk eləmədik ki, elmi çox bilsək də, həyatı onlardan çox görməmişik.
    O vaxt Sənubərin qaynatasının onlar üçün ayırdığı sahədə ev tikmək təklifini Camal qəbul eləməmişdi. Nə biləydi ki, vaxt gələcək, təqaüdə çıxacaq. O vaxt anasının dediyi kimi şəhərə çıxıb veyillənməyə dizlərində taqət qalmayacaq. Bütün günü evində oturub televizora baxmaqdan başqa məşğuliyyət tapmayacaq. Anasının dediyi kimi “ karobka”nın içində darıxacaq. Atası ölümündən bir il qabaq, yurddan onun üçün ayırdığı sahəni göstərib demişdi:
  • İndi sən ömrünün – gözünün ayağının altını görməyən, göydən gedən mərhələsini yaşayırsan. Qolundakı saata bax. Saniyə ölçən əqrəbin necə sürətlə addımladığını görəcəksən. Dəqiqə ölçən əqrəb də dayanmır. Fasiləsiz hərəkətdə olsa da, saniyə ölçən əqrəb altmış addım atmamış , hərəkət etdiyini görmürük. Saniyənin altmış addımını qəbul edən bir dəqiqə də, tam dəqiqliklə altmış addımını atır, zamanın bir saatı tamamlanır. Saatın iyirmi dörd addımı ömür kitabımızın bir vərəqini qatlayır, yenisini açır. Bu ardıcılıqla ömür kitabımızın vərəqləri qatlana-qatlana, yenilənə-yenilənə yaşımızdan silinən altmış ilimiz arxada qalır. Gücümüzün, taqətimizin, potensıalımızın zəifləmiş enerjisi ilə həyatımız davam edir. Yaş üstə yaş artdıqca, insanoğlunun həyat eşqi, istəyi isə zəifləmir, daha da zənginləşir. Amma uzaqlaşdığı cavanlığında görə biləcəyi işləri görməyə nə fiziki gücü, nə də maddı imkanı yetərsisdir. Gördüyün bu yurdda bir vaxt vardı atam olmayıb, babam olub. İndi mən varam, atam yoxdur. Bir cün görəsəksən, mən də yoxam, Kamal var. Nə qədər ki, biz varıq, sən bu evə öz evin kimi gəlib-gedəcəksən. Ananla mən olmayandan sonra necə olacağını nə mən, nə də anan görməyəcəyik. Öncəgörən olmasam da, təxmin edirəm ki, vaxt gələcək sözümə baxmamağının azarını çəkə bilərsən. Gəl daşı ətəyindən tök, sözümə bax. Köməkləşək, sənə bu yurdda ev tikək.
    Atası bu təklifi edəndə, indiki kimi kəndin hər həyətinə su xətti çəkilməmişdi. Camaat suyu kəndin mərkəzində qazılmış artiziandan daşıyırdı. İndiki kimi hər evdə hamam yox idi. Yuyunmaq üçün rayon mərkəzinə gedərdilər. Ağlına da gəlməzdi ki, nə vaxtsa kəndlərinə qaz xətti çəkilər, evlərdə suqızdırıcı olacaq.
    Mətbəxdə qadınlar qab-qacağı boruyla gələn isti suda yuyacaq.
    İndi o təqaüdə çıxıb. Qızını köçürüb. Oğlunu evləndirib. Oğlunun da işi var, gəlininin də. Onlar bir-birindən asılı olmadan özlərini dolandıra bilərlər. Əgər ata-anasının məsləhətilə kənddə ev tiksəydi, ər-avad öz evlərinə köçərdilər. Aldıqları təqaüdlə, şəxsi təsərrüfatlarını dirçəltməklə, bazardan asılıqlarını minumuma endirməklə, yaşayış səviyyəsini maksimuma yüksəldərək, səs-küysüz, bol oksigenli, dogma kəndində doğmaları arasında firavan həyat tərzi keçirərdilər.
    Baxdığı Türk serialının reklam vaxtında, Sənubər eyvanda tək-tənha şəhəri seyr edən ərinə yaxınlaşdı. Onun dərin fikrə getdiyini görüb, dərdinə şərik olmağa cəhd elədi.
  • Camal, Təqaüdə çıxanandan sonra, sənin elə bir günün olmayıb ki, gecənin yarısını eyvanda keçirməyəsən. Yay vaxtı başa düşüləndir. Otaq isti olur. Havalar sərinləşəndə də vərdişindən əl çəkmirsən. Kənardan göz qoyuram. Hiss edirəm ki, nəyinsə xislətini çəkirsən.
  • Sənubər, kəndimizə gedəndə elə bir geçəmiz olurdumu ki, tək qalıb darıxaq.
  • Tək qalmağa imkan verirdilərmi ? Hər gecə qonaq çağırırdılar. Vaxtın necə keçdiyini hiss eləməzdik. Ulduzdan başqa hamının bizə xüsusi rəğbəti vardı. Bu da onu qıcıqlandırırdı.
  • Sağlığında atam da, anam da, onların yoxluğunda sən də kəndimizdə ev tikməyə məni razı sala bilmədiniz. Onda tikinti məhsulları ucuz idi. İmkanımız da vardı.
  • O vaxt ucuzluq idi. Kredit yoxuydu. Gəl büküb saxladığım, istifadə etmədiyim qızılları sataq. Kredit götürək. Kamalla danışaq. Atanın sənə ayırdığı sahədə ev tikək. Həm ömrümüzün qalan hissəsini səs-küysüz, təmiz havalı dogma kəndində öz adamlarının əhatəsində keçirərik. Həm də yay tətilini uşaqlarımız, nəvələrimiz öz evlərində keçirərlər.
  • Kamalla hər gün danışırıq. Bu gün də zəg eləmişdi. Dedi ki, atamızın ayırdığı sahədə ev tikməyə istəsəm özü də kömək edəcək.
  • Mənə də zəng eləmişdi. Dedi: köçüb gəlin kəndə. Birləşib evinizi tikərik, ata-anamızın ruhunu şad edərik. Son vaxtlar elə bir gecəm olmur ki, yuxuma girməsinlər.
    Camal indi anladı ki, qardaşı nəyə görə ona zəng edibmiş. Hansı vacib məsələni həll eləmək üçün sabah yanına gələcəyini bildiribmiş.
  • 26 .02. 2024

Müəllif: SƏDULLA ŞİRİNOV

SƏDULLA ŞİRİNOVUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sədullah Şirinov – Dələduz

DƏLƏDUZ

(hekayə)

Dələduz. Mentaletimizə zid olan bu termin el arasında “maşennik” kimi tələffüz olunur. Bəlkə də bu ondan irəli gəlir ki, belə bir məharətə malik olan ünsürlər cəmiyyət üçün, parazitlər qrupunda ön sıralarda yer alan – quldur, oğru, cibgir, rüşvətxorlardan daha təhlükəlidir. Buna görə də istəmirlər ki, belə cürüşkən qurdların kimliyi öz leksimonumuzda yer alsın.
Quldurdan da, oğrudan da, rüşvətxordan da, cibgirdən də yayınmaq mümkündür. Bunlar isə sanki sabunlaşıblar. Elə sürüşkəndilər ki, asanlıqla hər kəsin yrəyinə soxulurlar. Nəyi varsa əlindən alırlar. Bunlar o qədər hiyləgər olurlar ki, qrupundakıları da, çətinlik çəkmədən ram edə bilirlər.
Bunların öz çirkin əməliyyatlarını icra etmək üçün hünər-qoçaqlıq gərək olunmur. Məharətləri hiylədən qaynaqlanır. Özləri də nadir hallarda hüquq orqanları tərəfindən mühakimə olunurlar.
Dövlətin ədalətindən yayındıqları kımı, hətayın vijdan hakiminin mühakiməsindən necə qurtulurlar? Cavab sadədir: belə tuplər vijdan anlayışından uzaqdılar.
Axirətin sorğu-sualı da belələrin vecinə deyil. Çünki onlar bu dünyanı seçiblər. O dünyanın mövjudluğuna şübhə ilə yanaşırlar. Özlərini nağdını qoyub, nisyənin ardınca gedəcək dərəcədə axmaq sanmırlar.
Özlərini hamıdan yüksəkdə xoşbəxt sansalar da, əslində, nə qədər bədbəxt olduqlarından xəbərsizdilər.
Belə tiplər müəyyən müddət ərzində cah-cəlal içində, xoş dövranlarını sürəcəklər. Bu, qısa da çəkə bilər, uzun da. Paxırları açılandan sonra, elə bir vəziyyət yaranacaq ki, gendə qalan xoş günlərini ürəkləri sızlaya-sızlaya xatırlamaqla kifayətlənəcəklər.
Nədənsə bunlar özlərində nəzərə çarpmayan- haqq-ədalətdən, namus-qeyrətdən, mərdlikdən, kişilıkdən ağız dolusu dəm vururlar. Sadəlövhləri məharətlə ovsunlayırlar.
Aldıqları ətin halal olması ilə maraqlanırlar. Amma, Qazandıqları haramı ailəsinə bəh-bəhlə yedizdirirlər.
Təəssüflər olsun ki, bunlar yan-yörəsində nüfuz sahibinə çevrilirlər. Sözü keçən, iş aşıran olurlar. Qanunları aşırlar. Mümkünsüzü mümkünləşdirirlər. Rahat yolla haqlarını qopardırlar.

Nadir darvazalarının yanında taxta oturacaqda oturub siqaret çəkirdi. Qarşı
tərəf qonşusu Mayıs küçəyə çıxıb, harasa tələsirdi. Salamlaşdıqdan sonra Nadirdən soruşdu:

  • Qonşu, əvvəllər dağa ova gedərdin. İndi gedə bilərsənmi?
  • Neçə illərdir getmirəm. O vaxtlar tüvəngimi polislər aparıb, geri qaytarmadılar. İndi də oralar qoruqdur. Ekologiyadan rəsmi sənəd almayanı buraxmırlar.
  • Bəs mən nə edim?-deyə Mayıs köksünü ötürdü.
    Hələ qonşusunu bu cür aciz hala düşdüyünü görməyən Nadir soruşdu:
  • Bir təhər dəyirsən gözümə. Nə baş verib?
  • Atam neçə gündür yoqurtdan başqa şey qəbul eləmir. Səhər zorla qandırdı ki, ürəyi qar istəyir. Yadındadırmı? Uşaqkən bir dəfə bu vaxtlar dağa qılxmışdıq. Dərənin dibində əriməmiş qar qatı vardı. Tanıdıqlarından ordan qar gətirəcək kimsə varmı? Zəhmət haqqını ödəyərdim.
  • Var. Dağa qalxmağa da gərək yoxdur.
  • Bu necə ola bilər ki?
  • Çox sadəcə. Maşına orurursan. Sürürsən rayona. Dondurma satanların soyuducularından buz qoparıb, döyəcləyib toz halına salırsan. Fincana doldurub çay qaşığı ilə yedizdirirsən.
  • Dediyin ağla batandır. Bu vəziyyətində kişini aldatmağım yaxşı çıxmır axı.
  • Şəxsən sənin xətrinə asan çıxış yolu göstərdim. Bunu aldatmaq kimi qəbul etməyin mənə qəribə gəlir.
    Mayısın halı daha da pisləşdi.
  • Nə demək istədiyini başa düşürəm. Özünün aldatdıqları saymaqla bitməz. Əgər məndən qul haqqını ödəməyimi tələb eləsə, nə edəcəyimi bilmirəm. Ondan mənə qalan son illərində həkimə xərclədiyimin on faizini ödəmir.
    Hadir qonşusunun dərdinə dərd qatdığına görə peşman oldu. Ona təskinlik verməyə cəhd elədi:
  • Mayıs, övlad valideynin əməlinə görə məsulliyyət daşımır. Heç kəsin də buna görə səni qınamağa haqqı yoxdur.
  • Bunu anlayıram. İndı atamın gedib-gələn nəfəsindən başqa bu dünyaya bağlayan heç nəyi qalmayıb. Çətinliklə gedib-gələn bu nəfəs bəlkə də ləngidiyinə görə, əzrayılı qınayır. Atamın dələduzluqla qazandığı pul-paranı bu dünyada da bığına çəkib. Bundan mənə heç nə qalmayıb. Mənə qalan-bütün ömrüm boyu sırtımda daşıyacağım xəcalət yüküdür. Ondan zərər şəkənlərlə üz-üzə gələndə baxışları qarşısında tab gətirə bilmirəm.
  • A Mayıs, atanın geniş kruqu vardı. Ağır günündə onların maşınlarını qapınızda görmürəm.
  • Onlar cəhənnəm, yatağa güşəndən üstünə borca gələnlər də qeybə çəkildilər. Borcunu tələb edənləri gördüm. Qaytaranları görmədim.
    Mayıs geri qayıtdı. Beş-on dəqiqədən sonra maşınını həyətdən çıxardıb, düşüb darvazalarını bağladı. Maşına minməyib Nadirə yaxınlaşdı.
  • İşin yoxdursa gedək.
  • Boş vaxtım olsaydı gələrdim. Yarımçıq işim var.
  • Lazım olan şey varsa, alıb gətirərdim.
  • Yoxdur. Olsa deyərdim.
  • Onda mən getdim. Məni çətin durumdan qurtardığına görə çox sağ ol. Elə başımı itirmişdim ki, bilmirdim nə edim. – deyib maşınına sarı gedəndə, Nadir ona səsləndi:
  • Mayıs, kömək cərək olsa, mən hazıram.
    Mayıs ayaq saxladı. Üzünü geri çöndərib dedi:
  • Deməyinə görə çox sağ ol!-deyib yoluna davam elədi.
    Nadır onun arxasınca baxıb ürəyində dedi: A Mayıs, atanın təzədən-təzəyə dəyişdirdiyi maşınlarda forslanmağın bu günü də varmış.
    Nadir evə gələndə anası Sənubərə Mayısla aralarında olan söhbəti danışdı. Onun atası- Kamalın ağır vəziyyətdə olduğunu söylədi.
    Sənubərin bu dünyada nifrət etdiyi yeganə adam Kamal idi. Bu da səbəbsiz deyildi. Böyük qızları orta məktəbi bitirərkən bir gün axşam tərəfi Kamal onlara gəlmişdi. Əri – Jabbarı kənara çəkib xeyli danışdılar. Onu yola saldıqdan sonra, əri qızı – Vəfanı yanına çağırıb dedi:
  • Sənədlərini hara vermək istəyirsən?
    O Cavab verdi:
  • APİ-yə.
  • Eləsə, bəxtin gətirib. Qonşu Kamalın orda adamı var. Tapşıracaq. Qəbul olacaqsan.
    Sənubər Kamalın əməllərindən xəbərdar idi. Qardaşının da oğlunu instituta düzəldəcəyinə soz verib, pulunu yemişdi. Tanıdığı bir neçə adamın da başına bu oyunu açdığını bilirdi. Onun etirazına baxmayaraq Jabbar Kamala güvənərək istədiyi məbləği vermişdi. Qızı imtəhanlardan kəsilməsə də, müsabiqədən keçməmişdi. Min-bir bəhanə uyduraraq pulu qaytarmaqdan boyun qaçırmışdı. Çox çəkişmədən sonra, “halallıq vermirəm” təsəllisi ilə alın təri ilə, halal zəhmətlə qazandıqları məbləğdən əllərini üzmüşdülər. O vaxtdan qarşı-qarşıya qonşu olsalar da, əlaqələri kəsilmişdi. İndi onun bu hala düşməsinə bir insan kimi üzülsə də, ürəyində düşünürdü: əməllərinin bədəlini ödəyir.
    Anasının nə haqda düşündüyünu bilirdi Nadir. Buna görə də soruşdu:
  • Ana, bayaq Mayısa təklif elədim ki, köməyə ehtiyacı olsa məni səsləsin. Yəqin ki, o qonşularının heç birindən bu cür təklif almadığından acizanə şəkildə mənə təşəkkürünü bildirib, maşınına minib uzaqlaşdı. Onun məsum baxışı hələ gözümün önnündən çəkilmir. Qısa müddətli söhbətindən hiss elədim ki, atasının əməllərinin xəcaləti ona əzab verir. O məni yardıma çağırası olsa nə edim?
    A bala, qoyunu öz ayağından asarlar. Axirətdə hər kəs əməlinin cəzasını özü çəkəcək. Birdə ki, Nadirin bizə nə zərəri dəyib ki? Bir halda ki, aranız açılıb, onun dəvətini gözləmə! Özün yaxınlaş. Bacardığın köməyini əsirgəmə. Atasının bəd əməli yazıq uşağı qonşulardan təcrid edib. Digər ərkin ötdüyü tay-tuşunu topla, onu tək qoymayın.
    Həmin gün axşam tərəfi Nadir yan-yana qonşusu- Faiq gilə getdi. Onu həyətə çağırıb, anasının təşəbbüsünü ona çatdırdı. Faiq də öz xoşu ilə özünü onun toruna salmışdı. Texnikumu bitirdikdən sonra xahiş eləmişdi ki, onu QAİ-yə işə düzəltsin. O da fürsəti əldın verməmişdi. Atasını dilə tutub böyuk məbləğdə pullarını mənimsəmişdi. İki ildən çox səbrsizliklə işə dəvət alacağı günü gözlədi. Bir axşam gedib ondan soruşanda ki, hələ çoxmu gözləyəcəyək, min cür bəhanə uydurub bir-neçə il də uzana biləcəyini bildirəndə, Faiq ona bir həftə vaxt vermişdi. O vaxta qədər işi düzəlməsə, pulu qaytarmasını xahiş eləmişdi. Bunu eşidən Kamal gileylənmişdi:
  • Qapıma gəlib boynunu büküb yalvardığın günü nə tez unutdun? Mən sizə pislikmi eləmişdim? İş-gücümü tərgiyib Bakıya getdim. Daxili işlər nazirin evinə əliboşmu getmişdim? Dünyanın pulunu xərcləyib iki karobka aparmışdım. Dəqiq nəticəni bilmək üçün bir həftə mehmanxanada qalmışdım. Elə bilirsən o kişi bu işi istəyərəkdənmi uzadır. Moskvadan ştat gözləyir. O da gəlib çıxmır.
    Kamalın üzür istəmək əvəzinə aşıb-daşması, Faiqi hövsələdən çıxartmışdı.
  • Onda niyə işin bu qədər uzun cürəcəyini bildirməmişdin? Səlim iki min manatla Moskvaya getmişdi. Gedib-gəlişi on gün də çəkməmişdi. Əlavə iki min manat qazanc əldə eləmişdi. Mənimsə bu qədər pulum iki ildir ki, havadadır. Bir həftə ərzində işim düzəlməsə, pulumu qaytar.
    Bir həftədən sonra özü getmədi. Anası ilə məsləhətləşib, atasını göndərdi. Sakit təbiətli, sadəlövh atası-Tərlanı göndərdi. Onun başının altına yasdıq qoyub, pul əvəzinə ümidlə yükləyib, əli boş geri göndərdi.
    Ertəsi gün səhər obaşdan anası-Zəhra gedib Kamalı yuxudan oyatdı. Onu da dilə tutmaq istəyəndə, bunda alınmadı. Zəhra onu ağzını açmağa imkan vermədi. İki gün vaxt verdi. Üçüncü günə adlasa, məbləği faizi ilə tələb edəcəyini bildirdi. Hansı yolla buna nail olacağına aydınlıq gətirəndə, Kamalın qanı qurudu. Həmin gün məbləğin çox hıssəsini yoldaşı-Xədicə ilə göndərdi. Qalığının ödənişi bir neçə ay keçsə də, tam ödədi.
    Faiqin atasına görə Mayisdan xoşu gəlməsə də, rastlaşandan-rastlaşana salamlaşırdılar. Aralarında ədavətə səbəb olacaq əngəl olmadğı üçün Nadirin təklifinə yaşıl işiq yandırdı. Nadir qonşuluqda Kamalın zərərçənlərinin qapılarına gedib, onları dilə tutdu ki, Mayısın xatirinə atasının dəfnində iştirak etsinlər. Hamısı hüzündə iştirak edəcəyinə söz versə də, haqlarını halal etməyəcəklərini bildirdilər.
    ***
    Günorta vaxtına az qalmışdı. Zəhranın səhərdən nəyinsə dərdini çəkdiyini hiss edən Tərlan ondan soruşdu:
  • Bu gün səni həmişəkindən fərqli obrazda görürəm. Gözləyirdim ki, səbəbini özün açıqlayarsan, sənsə susursan.
    Zəhra dünən oğlunun onunla etdiyi söhbətdən sonra Xədicə ilə Mayısın halına acıdığını bildirdi.
    Yoldaşının uzun illər danışdırmadığı qonşularının birdən-birə hallarına acıması Tərlana qəribə gəldi.
  • Zəhra ilə Mayısa nə olub ki? Olan Kamala olub. Bu da, əməlinin nəticəsidir. Ölüm qabağı yatağa düşənləri çox görmüşəm. Bu qədər zəkərətdə qalana rast gəlməmişəm.
  • Elə bilirsən bu vəziyyətdə xəstəni baxmaq rahatdır? Eşitdiyimə görə yuxusuz gecələr o ətli-canlı Xədicəni əriyib çöpə dönüb. İstəyirəm bu gün gedib ona baş çəkim. Sən nə deyirsən?
  • Əslində, belə durumda qonşular arasında umu-küsü sıfırlanmalıdır. Təəssüf ki, özləri tərəfdən buna cəhd olmadı.
  • Olub. Dünən Mayıs ilk addım atıb. Atasının dələduzluğunun xəcalətini çəkdiyini bildirib.
  • Getmək ürəyindən keçirsə tək getmə. Qonşulardan birini yanına al. Tamaradan başqa kim olur-olsun, fərq eləməz.
  • Tamara niyə olmamalıdır? Ona da atıbmı?
  • Atmayıb. Sancıbdı. – deyib qımışanda Zəhra hiss elədi ki, atmaqdan da betər nəsə baş verib. Nə qədər cəhd eləsə də, Tərlan özündən asılı olmadan dilindən büdrədiyi sirri açıqlamadı.
    Tez-tez bir araya gəlib saatlarla qeybət qırdığı Tamaranın özündən hər hansı bir sirrini gizlədəcəyini Zəhra gözləmirdi. Ərinin ip ucu verib, açıqlamadığı sirri onsuz da Tamaradan öyrənəcəyinə əmin olduğundan Zəhra Tərlanın üstünə getmədi. Bir də bu barədə ondan heç nə soruşmadı.
    Həmişəki kimi ev işlərini gördükdən sonra qonşularından hansısa biri ilə görüşüb dərd-sərini bölüşən Zəhra bu dəfə Tamaranı seçdi. Adətgərdə olduğu şirin atmacalarla Tamaraya yaxınlaşdı Zəhra.
  • Azz, xəbərin varmı, səndən nə qədər incimişəm?
    Gözləmədiyi sualdan pərt oldu Tamara. Təəccüblə dedi:
  • Deyəsən axşam yuxuna şeytan girib bizim aramızı vurmağa cəhd edib. Məlun əbəs yerə vaxtını sərf edib.
  • Biz insanlar şeytanı yerli-yersiz şərləyirik. Hər şübhədə onu qabağa veririk. İçimizdə elə məharətlə şeytanı mat-məətəl edəcək fitmə-fəsad törədənlənlərimiz var ki, şeytan – bunlar olan yerdə mənlik iş qalmadı. – deyib məstlənir.
  • Dünyanın bütün fitnəkarları şeytanla bir ittifaqda birləşsə də, məndə sənin inciməyinə səbəb tapa bilməz.
  • Bunu mən də bilirəm. Biz neçə illərdi ki, dərd-sərimizi bölüşürük. Qonşumuz Kamaldan zəhlən getdiyini bilirəm. Bir dəfə də olsun səbəbini açıqlamadın axı.
  • Səbəbsiz zəhlə getmə olmur. Toyumuza bir həftə qalmış Fəridin anası bizə gəlib anama bildirdi ki, oğlu evlənməkdən imtina edib. Özgənin maşınlarında gəzən qızdan bizə gəlin olmaz. – deyib deyinə-deyinə evimizi tərk elədi. Qızışıb üstümə düşən anamı çətinliklə inandıra bildim ki, iki gün qabaq mindiyim maşın xalamın yoldaşı-Müşviqlənin olub. O mənə inanmayıb əmimin moskviçini sürdürüb, onu tapıb öyrənib ki, bunlar əsassız şayiəyə uyublar. O da anamı öz maşınına nindirib, gediblər onlara. Müşfiqləmlə qaynanam bir sinifdə oxuduqlarına görə, bir-birlərini yaxşı tanıyırlarmış. Anam həyətə keçməyib. Qaynanamı yola çağırıb, – Bu kışini tanıyırsanmı? – deyib Müşfiqləmi göstərib. Müşfiqləm maşından düşüb, qaynanama ağzına nə gəldi döşəyib. Məni onun maşınında gördüklərini deyəndə, qaynanamın halı pisləşib. Dönə-dönə üzür istəyib bildirib ki, bu şayiəni yayan Kamal olub. Anam gəlib şayiəni Kamal yaydığını bildirdi. Çay içdikdən sonra, Müşfiqləmi yola salarkən ona dedim: – vaxtın olasaydı mən də gedib Kamalın dərsini verərdim. Təklifim onun da ürəyincə oldu. Gələndə gördük ki, evlərinin qabağında Kamal Fərid ilə Tərlanla söhbət edir. Müşviqləm maşınını onların qabağında saxladı. İkimiz də düşüb onlara yanaşdıq. Müşfiqləm Kamalın yaxasından yapışıb maşınını göstərib soruşdu: bu QAZ-əlli biri hardasa görübsənmi? Dili dolaşa-dolaşa cıvab verdi: görmüşəm. – Sahibini tanıyırsanmı? Dedi: bəli. Sonra üzünü Fəridə tutdu. – Əəə, mən səni qeyrətli oğul sanırdım. Mənim nişanlıma nahaqdan şər atan qonşumu dişimlə çeynəyərdim. Sənin bu qədər biqeyrət olduğunu bilsəydim, elçilərini iti qovan kimi qovardım. Hələ gec deyil. Toy-moy bitdi. Bu yaramaz nişanlını mənim maşınımda görmüşdü. Fərid çaş-baş halda Kamaldan soruşdu: bu nə deməkdir? Cavabını özüm verdim: – o deməkdir ki, deyirlər: dostunu göstər, kim olduğunu bilim. Bu cür arvad kimi söz gəzdirənin gopuna uyandan mənə ər olmaz. Kamalın da üzünə tüpürüb dedim: – sən də kişilikdən əsər-əlamət olsaydı, utanıb yerə girərdin. Xalis arvadsanmış ki? Beləcə bir-neçə gün qalmış toymuz təxirə salındı. İki aya qədər Qapımıza gəlib yalvardılar. Nəsillərində nə qədər sözü keçən adam varsa üstümüzə saldılar. Bir daha dönüb Kamalın üzünə baxmayacağına söz verdirib, razılığımı verdim.
    Zəhra bir az düşündükdən sonra dedi:
  • Belə çıxır ki, bu həndəvərdə ona rəhmət oxuyacaq bir kimsə yoxdur. Artıq onun heç kəsə zərəri dəyməyəcək. Gəlin bu ağır durumunda Xədicəyə bir qonşu kimi mənəvi dayaq olaq.
    Tamara soruşdu:
  • Necə?
  • Gedək deyək ki, köməyə ehtiyacı olsa, çəkinməsin. Bir qonşu kimi hər cür yardım etməyə hazırıq.
  • Onda Münəvvəri də özümüzə qoşaq.
  • Ona da, deyərik. Nə vaxt gedək?
  • Məndən ötrü fərq eləməz.
    Münəvvər də onların təşəbbüsünü bəyəndi. Yaxınlıqdakı dükandan hərəsi bir qutu şkolad alıb Kamalı yoluxmağa getdilər. Onları həyətdə qarşılayan Xədicə doluxsunub ağladı.
  • Bizim kişinin əməli qapımızı bir-birimizin üzünə bağlasa da, gözüm yolda idi. Qonşulardan birininsə də gələcəyi günü gözləyirdim. Nə yaxşı ki, üçünüz birdən gəldiniz. Allah sizdən razı olsun. – deyib üçünü də göz yaşı içində bağrına basdı.
    Həyətə nəsə götürməyə düşən gəlin-Sona da gəldiyi müddətdə ilk dəfə qapılarını açan qonşuları ilə görüşüb, içəri keşdi.
    Uzun illərn küsülü qonşuları aralarında heç nə olmamış kimi növbə ilə Xədicənin dərdinə şərik olduqlarını bildirdilər. Birdən içəridən gəlinin fəryadı eşidildi:
  • Mama! Papanın nəfəsi gəlmir!
    Hamı qaçaraq Kamalın yatdığı otağa keçdilər. Artıq Kamal yox idi. Çarpayıda uzanan – yeri-göyü çalıb-çapan, şux duruşlu, boy-buxunlu, yaraşıqlı Kamalın tərk etdiyi cansız əşyası idi. İndən sonra ondan heç kəs nə zərər, nə də xeyir görməyəcək. Niyə elə olmuşdun? – deyə bu, cansız əşyanı sorğulayan da olmayacaq. Amma elədiyi pislikləri, yaxşılıqları unudulmayacaq. Pisliyi – lənətlə, yaxşılığı – rəğbətlə anılacaq.
    Sabah onun həyətində izdihamlı bir gün gözlənilir. Hər tərəfdən camaat axışıb, gələcək. Şəriətin hokumü ilə yuyulacaq, kəfənlənəcək, (baxmayaraq ki, özü ömründə bir dəfə də olsun namaz qılmayıb,) cənazə namazı qılınacaq. Molla Allahın bəndənin qul haqqını bağışlamayacağını bildirəcək. Varislərinə mərhumun borclarını ödəməyi tövsiyə edəcək. Yeganə varis-Mayısın buna gücü yetməyəcək. Onun xoş güzaranı üçün dələduzluqla qazandığından varisinə qalan-bütün ömrü boyu daşıyacaq xəcalət yükü oldu.
    Cənazənin üstünə qapanıb ağlayan Xədicə ilə Sonanı qonşular sakitləşdirməyə çalışdılar. Xədicə başını qaldırıb baxanda ətrafında digər qonşularını da görəndə, ruhunun tərk eydiyi, cansız əşyaya çevrilmiş ərinə baxıb ürəyində soruşdu: hanı sənin can deyib can eşidən dostların? Əl tutduğun qohum-əqraban?
    İçin-için ağlaya-ağlaya qolunu gəlininin boynuna dolayıb, başını başına dirəyib soruşdu:
  • Son sözü nə oldu?
    Sona başını qaldırmadan, ağlaya-ağlaya cavab verdi:
  • Səni soruşdu. Dedim ki, səni yoluxmağa gələn qonçularımızla söhbət edir. Kimlər olduğunu soruşanda adlarını çəkdim. Dərindən nəfəs aldı. Çay gətirimmi?- deyə soruşdum. Cavab verməri. Sinəsinin qalxıb-enmədiyini görüb şübhələndim. Nəbzini tutdum. Vurmadığını hiss edəndə, səni səslədim.
    Zəhra gözü yaşlı Tamaraya baxdı. O indi anladı ki, əri nəyə görə ona bura Tamarasız gəlməyi məsləhət görürmüş.
  • 28.06. 2024

Müəllif: SƏDULLA ŞİRİNOV

SƏDULLA ŞİRİNOVUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sədulla Şirinov – Heç nə olmazdan çox şey olurmuş

Sədulla Şirinov – “Heç nə olmazdan çox şey olurmuş” (PDF):

Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf

Müəllif: SƏDULLA ŞİRİNOV

SƏDULLA ŞİRİNOVUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sədulla Şirinov – “Zəhlətokənlər”

“Zəhlətokənlər”

(hekayə)

Nemət işlədiyi zaman hər iş günündə elə qəribə xasiyyətli zəhlətökən adamlarla üzləşirdi ki, evinə dönəndə yol boyu düşünürdü: “Görəsən, bunların çənəsinin inkişafına mane olmayıb, təfəkkürünü uşaqlığında bloklayan hansı fövqəlqüvvədir?” Bəzən qarşısına elə tiplər çıxırdı ki, etdiyini azyaşlı uşaqlar eləsəydi, əhəmiyyət verməzdi. Uşaqlığın şıltaqlığı kimi qəbul edərdi, zövq alardı. Yaşından, aldığı təhsildən, tutduğu vəsifədən asılı olmayaraq, özünü uşaq kimi aparanlarla ünsiyyətdə olanda bir atalar sözünü xatırlayardı: “Ağıl yaşda deyil, başdadır”.

Dördüncü sinifdə oxuyanda ibtidai sinif müəlliməsi Asiyə müəllimə bir dərs saatının yarıdan çoxunu təkəbbürdən və təfəkkürdən danışardı. Təkəbbürlü olmağın heç kimə başucalığı gətirmədiyini, insanın cəmiyyət arasındakı nifuzunu əngəllədiyini ətraflı izah edərdi. Təfəkkürün isə yüksək insani keyfiyyət kimi öndə gedən müsbət əlamət olduğundan daha çox danışardı. Sonda bir bayatı da söylərdi:

Təkəbbür gendən gələr,

Təfəkkür eldən gələr. 

İnsana gələn bəla

Təkəbüründən gələr.

O vaxt müəlliməyə sual vermişdi:

-Təfəkkürlü olmaq üçün nə etməliyik?

-Yaxşı oxumalısınız. Çoxlu bədii ədəbiyyat mütaliə etməlisiniz.

Atası da, anası da kitab həvəsskarı idi. Oxumağı öyrəndiyi vaxtdan ona uşaq kitabları alıb gətirərdilər. O da həvəslə kitabları oxuyardı. Onun oxuduğu dövrdə məktəblilərin hamısı klassik, müasir dövrün şair və yazıçılarını tanıyırdılar, kitablarını həvəslə oxuyurdılar. Onun həmyaşıdları arasında klassik və çağdaş şair və yazıçıların əsərlərini oxumayan az olardı. İndi onun məzunu olduğu məktəbdə şagirdlər arasında sorğu keçirilərsə, görəsən, onun oxuduğu kitabları oxuyanlar tapılardımı? Dünyanın bir çox çox ölkəsində məşhur olan Cingiz Abdulayevin və başqa müasir yazıçıların kitablarını oxuyan varmı? Genindən qaynaqlanan təkəbbürlü gənclik bədii əsərlər oxusaydılar, tanış olduğu obrazlar ilə təmasda olar, nəticə çıxarardılar. Bizim idealımız olan qəhrəmanlar qəlbimizdə indi də yaşayır.

Sözqanmazlar bəzən Neməti o dərəcədə bezdirirdilər ki, valideynlərin övladarının əsgərlik xidmətinin bitəcəyi günü gözlədikləri kimi, o da təqaüdə çıxacağı günləri hesablayırdı.

Nəhayət, səbrsizliklə gözlədiyi an yetişdı. Təqaüdə çıxdığı ilk gün həmişəki kimi sübh tezdən oyanıb, yeməyini yeyib işə tələsmədi. İstirahət günlərində olduğu kimi gec oyandı. Qalxıb geyindi, telefonunu götürüb “Fasebook”dakı bəyəndiyi paylaşımlara münasibətini bildirdi. Xoşuna gələnlərə rəy yazdı. Sonra “YouTube”dəkı yeni xəbərləri nəzərdən keçirdi. Onu oyatmamaq üçün mətbəxdə ehtiyatla qəlyanaltı hazırlayan yoldaşı Xavər onun oyaq olduğunu bilib səsləndi:

-Mən işə getməli olduğum üçün tez oyanmağa məcburam. Sənin ki, tələsən yerin yoxdur. Niyə oyandın?

-Elə bilirsən refleks qanununu pozmaq asandır?

Nemət yuyunub mətbəxə keçdi.

-Həmişə qapını bağlayıb, birlikdə işə gedərdik. İşdən səndən tez döndüyümə görə açar məndə olardı.Bu gün ilk dəfə evdən açarsız çıxacam.Tək-tənha darıxmayacaqsan?

Nemət gülümsədi:

-Mən uşaq olanda, kəndimizdə tək-tük evlərdən yola bir-iki uşaq çıxardı. Dörd uşaqlı ailə azuşaqlı sayılardı. İndi isə üç övladlı ailə çoxuşaqlı sayılır. Biz də valideynlərimiz kimi altı-yeddi uşaq böyütsəydik, heç olmasa biri daha yaxşı dolanışıq ücün xaricə üz tutmazdı. Biz də bu yaşımızda tək qalmazdıq.

Xavər içində qovrulan dərdini ört-basdır edib, ərinə ürək-dirək verdi:

-Harda olur olsunlar, fərq eləməz, təki canları sağ olsun.

-Bizim canımız sağ olmur axı. Nəvələrimlə “Vhatsapp”da görüntülü danışanda, bir-birini itələyib özünü qabağa verib, – baba, necəsən? – deyib halımı soruşandan sonra, günlərlə özümə gəlmirəm.

-Tələsmə! Üç aydan sonra mənim də şələ-şüləmi belimə yükləyib göndərəcəklər təqaüdə. Qoymaram səni darıxmağa.

-On uşağımız da olsa, mənə qalan sən olacaqsan.

-Mən də belə düşünürəm. – Xavər “off” eləyib dərindən köks ötürdü.

Yoldaşı işə gedəndən sonra tək qalan Nemət televizoru işə saldı. Baxılacaq bir veriliş tapmadığından söndürüb həyətə düşdü. Qış vaxtı olduğundan dirrikdə görəcək bir iş olmadığından, evə girib əynini dəyişib yola çıxdı. Kiminlə vaxt keçirəcəyini götür-qoy elədi. Evlərindən beş-altı yüz addım yuxarıda yaşayan Natiqgilə getməyə qərar verdi. O da təzəlikcə təqaüdə çıxmışdı, həm sinif, həm də əsgərlik yoldaşı idi. Bir az getmişdi, evlərinin qabağında, darvazanın yanında taxtadan düsəldilmiş oturacaqda oturub siqaret çəkən qohumu Malik onu görüb ayağa qalxdı.

-Qonşu, nə əcəb işə getməmisən? – deyib, qabağına gəlib onunla görüşdü.

Qonşu, qohum olsalar da, lağlağı danışığına görə onların aralarında isti münasıbət yox idi.

-Bu gündən təqaüddəyəm. Evdə görəcək iş tapmadım. Darıxdığıma görə Natiqgilə getməyi qərara aldım.

-Getmə! Evdə tapmayacaqan.Bir az əvvəl maşınıyla aşağı ötdü.

Nemət heyfsilənib geri dönəndə Malik dilləndi:

-A qonşu, evdə tək nə edəcəksən? Yenə darıxacaqsan. Əvvəllər yaxşı nərd oynayardın. Keçək evə, özümüzü sınayaq.

Nemət bir az düşündü. Öyrəşmədiyi tənhalıqdan bezəcəyini bildiyindən qonşunun təklifini qəbul elədi.

-O vaxtkı kimi uduzsan, cığallıq etməyəcəksən ki?

-Ağlın o vaxtlara getməsin. İndi bunu icad edəni axtarıram.

Onlar həyətə daxil olanda evin xanımı Narınc Neməti görüb sevindi:

-Nə xoş təsadüf, a Nemət, gün hardan doğdu ki, qapımızı açdın?

Nemət deməyə söz fikirləşincə Narınc sevincək halda onun qabağına gedib, görüşdü.

-A səni xoş gəlib, səfalar gətirdin. Necəsən?

-Sağ ol. Sən necəsən?

-Yaxşıyam. Çoxdandlr Xavəri görmürəm.Tovludurmu?

-Onu tovsuz olmağa qoyarammı heç.

-Bax, Malik, qonşundan nümunə götür. Qonşu, dunəndən danışdırmırdım bu Maliki. Nə olmuşdusa, birdən başımın ağrısı tutmuşdu, dözə bilməyib zarıyırdım. Halıma acımaq əvəzınə gör nə arzulayırdı. Deyirdi: “A arvad, sən ağrıyınca, mən ağrıyım. Mən ölüncə, sən öl”.

Malik qəhqəhə çəkərək güldü.

-Qonşu, görürsən də. Mən bunun ağrısına şərik çıxıram. Mən ölsəm, dəli olub dağlara düşəcəyindən narahat oluram. Yenə qədrimi bilmir. Bu qanmazı başa sala bilmirəm ki, ay arvad, ağrımaqdan ölmək yaxşıdır. Heç ölünün zarıdığını görübsənmi? Tapdala, tikə-tikə doğrasan da vecinə alarmı? Onsuz da hər birimiz bir gün, bir il, beş il, on il sonra, vaxtı bəlli olmayan bir məqamda öləcəyik. Ruh ki, cismimizdən ayrıldı, artıq nə sızlayacaq, nə də zarıyacağıq. Bu dünyanın ağrı-acısından, dərd-sərindən qurtulacağıq.

Nemət özündən bir neçə yaş böyük olan Malikin xasiyyətinə bələd idi. Şit, irəli-geri danışdığına görə ondan xoşu gəlməzdi. Şit zarafatını həzm etməyib üstünə cumduğu anlar da olub. O danışdıqca həm onun, həm də digər həmyaşıdlarının indiki davranışını analiz edirdi. Aralarında eləsi var ki, xasiyyəti müsbətə doğru dəyişib, tam başqa bir adama çevrilib. Eləsi də var ki, o vaxtı ilə müqayisə edəndə, tam əksini görür. Malik kimi necə vardı, o cür də qalanlar da var. Deyirlər: mühit adamı dəyişdirir. Görünür mühitin Malik kimiləri dəyişdirməyə gücü çatmayıb.

Nemət Narıncın üzünə baxanda hiss elədi ki, ondan həya etdiyinə görə dilində düyünlənən cavablar içində çalxalanır. Onun necə səbirli-təmkinli, mədəni insan olduğunu gördü və dəyərləndirdi. Bəzi tanıdıqlarını göz önünə gətirib, müqayisə elədi. Onların hansısa biri Narıncın yerində olsaydı, qarşısındakı padşah da olsa dözməzdi. Aləmi bir-birinə qatıb, qarışdırardı. İndiki dövrdə bir acı sözdən hiddətlənib, öz əliylə özünə xəsarət yetirib, ərini polisə yönləndirib, özü isə məhkəməyə üz tutan “cəsur” qadınlarla onu müqayisə elədi. Bu, onların heç birindən əskik deyildi. Nə qədər üstün olması isə göz qabağındadır. Belə üstün cəhətinə görə qohum-qonşular onun xətrini çox istəyirlər. Onun yerində bir başqası olsaydı, Malikin dəvətini qəbul eləməzdi.

-Malik, qonşumuzun sənin mülahızənə ehtiyacı yoxdur. Xoruzun göz verib işıq vermədiyi beçəni kəs, yolub təmizləyim. Siz də keçin evə.

Narınc üzünü Nemətə tutub sözünə davam etdi:

-Qonşu, qohumunun irəli-geri danışığına fikir vermə.

-Narahat olma. Bunu, cücəliyindən tanıyıram. Həm qonşudur, həm də qohum. Necə olmasından asılı olmayaraq, yola verməliyik.

-Verməlisiniz də. Nəslimizdə məndən ürəyiaçıq, xeyrə-şərə yarıyan biri varmı? Düz olduğuma, hər kəsin səhvini üzünə dediyimə görə bəzi qanmazların məndən xoşu gəlmir. Pisəmsə də, yaxşıyamsa da, buyam. Allah məni belə yaradıb. Qurbanı olduğum məni saxlayır. Hər istəyimi də yerinə yetirir.

-Allahın hansısa üstün cəhətinə görə səni dəyərləndirəcəyinə şübhə etsəm də, eşqindən dəli-divanə olduğun Fatmanın nişanını qaytartdırıb, qismətinə Narıncı yetirdiyi faktdır. Burda deyə bilərsən ki, Allah məni böyük xəta-bəladan xilas elədi. İfritə Fatma fağır Nazimin başına elə oyunlar açdı ki, onun yerində sən olsaydın, ömrün türmədə keçərdi. Yazığı hələ də yabıya döndərib minib sürür.

-Nazimini kişimi sayırsan? Mən Fatmanı Qırat kimi minib sürərdim. Məndən qızıl boyunbağı tələb elədi. Dedim, mən it yox, arvad alıram. Zəncirə gərək varmı? Onun cavabı dünyanı başıma dar elədi. Üzümə bozarıb, dişini qıcadı:

-Mən də itə yox, kişiyə ərə getmək istəyirəm. Boyunbağı al! Kişiliyini təsdiqlə. Yoxsa…

-Nə qədər ki, təpiyimin altına salıb qol-qabırğanı qırmamışam, “yoxsa”nı da qoltuğuna vur, itil gözümdən! – dedim. Gördüm yerindən tərpənmir. Duruşundan hiss elədim ki, iliyimi qaynadacaq kəsərli söz axtarışındadır. Özümü yol verə biləcəyim xətadan qorumaq üçün üzümü döndərib ondan uzaqlaşdım. Çox istəyən azdan da olar, deyirlər. O da çox istədi, azdan da oldu. Arada Narınc qazandı.

Nemət çolpanın kəslməsinə əngəl ola bilmədi. Malik hinə dən atıb çolpanı tutub kəsdikdən sonra umu-küsüsünü bildirdi:

-Son dəfə qapımızı açdığın tarixi unutmuşam. Olsaydı bu şərəfə qoç kəsərdim. Mən işimi gördüm. Qalanı arvadlıqdır. Gəl, keçək içəri. Köhnə haqq-hesabı çürüdək. Bu dəfə zərləri stəkanda çalxalayıb atacağıq.

İçəri keçdilər. Malik nərdi gərirdi. Daşları düzdü. Oynamağa başladılar. Bu dəfə də Malikinki gətirmədi. Oynadıqları üç oyunda mars olduğu üçün kefi pozulmuşdu.

-Qonşu, sən nəsə bir əməl işlədirsən. Heç kəsə uduzmadığım halda, necə oldu ki, məni dalbadal mars edirsən? – deyib ayağa qalxdı. Gedib mətbəxdən armudu stəkan gətirdı. Zərləri stəkana salıb, qarışdırıb Nemətə uzatdı. – Artıq məni uda bilməzsən.

Nemət stəkanı çalxalayıb:

-Ya Allah, – deyib zərləri nərd taxtasının içinə atdı.

Malik yan-yana düşən şeş qoşanı görəndə özündən çıxdı:

-Səni andıra qalasan, ay stəkan. Məni yağışdan çıxardıb, yağmura saldın. Qonşu, özündə çay içməyi sevmirəm deyə, bu stəkan məndən heyfini alır. Gəl əlnən ataq.

Nemət gülümsəyib zərləri iki ovcunun arasına alıb, qarışdırıb atdı. Bu dəfə gözlərini deşən beş qoşanı görəndə, Malikin gözləri kəlləsinə şıxdı. Hirslənib daşları qarışdırıb, nərdin qutusunu bağlayıb gileyləndi:

-Bu gün mənimki gətirmir də. Səhər gözümü açdım, arvaddan söz soruşuram, cavab vermir. Nədi-nədi dünən onun könlünü almaq üçün, həmişə etdiyim zarafatdan eləmişəm. Gör nə günə qalmışam ki, öz arvadım sözümü götürmür.

-Arvadım yox, həyat yoldaşım. Nə qədər çalışsan da, zamanı geriyə döndərə bilməzsən.

-Başa düşdüm səni. Babalarımız arvad alırdı. Nənələrimiz də kişiyə gedirdi. Biz isə evlənirik. Bu kənddə məndən başqa arvadına arvad deyən yoxdur. Narıncın bir dəfə də olsun mənə kişi deyə müraciət etdiyinin şahidi olmamışam. O gün xalası qızı ilə teleonda danışırdı. Bu ona deyir: “Yoldaşımla məsləhət edib, sənə zəng edərəm”. Danışıb qurtarandan sonra deyirəm: “Azz, kişimlə desən dilin quruyar?” Bu isə gülümsəyib, dedi:

-Mən keçmişə dönə bilmərəm.

Deyirəm:

-Gəl Türk seriallarındakı kimi bir-birimizə “aşqım” – deyək. Axı biz bir millət, iki dövlətik.

Deyir:

-Burası Azərbaycandır.

-Qonşu, görürsən də günümü? Kəbinli arvadımı mənə kişi dedizdirə bilmirəm.

Narınc mətbəxtdən səslənir:

-Malik, gəlin, yemək hazırdır.

– Eşitdin? “A kişi” desəydi dünya dağılardı?

Onlar mətbəxə keçdilər. Narınc zəngin süfrə açmışdı. Sanki uzun müddət görmədiyi bir doğması onlara gəlmişdi.

-A qonşu, özünə bu nə əziyyətdir verirsən. Mənə də xəcalət. Mən ki, uzaq yol qət eləməmişəm. Mənə bir fincan çayın, bir də gülərüzlu görsənməyin kifayətdir. Düz demirəm, Malik? – deyib Nemət üzünü ona tərəf döndərdı.

Malik masanın baş tərəfini göstərib, Nemətin sualını cavablandırdı:

-Qonşu, düz demirsən. Keç otur. Nəyi düz demədiyinə aydınlıq gətirim. Mənim evimin çardağından alov qalxarsa, ayaqyalın dadımıza yetişəcəyinə şübhə etmirəm. Üst-başın hisə bulaşacaq, əlin, üzün yanacaq, canını oda yaxacaqsan ki, gözlənilməz bəladan az zərərlə qurtulaq. Allah eləməsın, şikəst də ola bilərsən, hətta… təxmin etdiyim bu “hətta”nı səsləndirməyə dilim gəlməz, hər şey baş verə bilər. Bakıda, xaricdə yaşayan dogma qardaşlarım var. Bilirəm ki, laqeyd qalmayacaqlar. Özlərini yetirsələr də, ancaq dərdimə şərik olacaqlar. Nə üst-başları bulaşacaq, nə xəsarət alacaqlar. Edəcəkləri maddi yardım da, sənin zəhmətinin damlasını belə ödəməyəcək. Nə olsun ki, sən uzaqdan gəlməmisən? Bir neçə addımlığımızda yaşasan da uzun illərdir qapımızı açıb, bir dəfə də olsun… “a qonşu, nə var, nə yox?” – deməmisən. Mən pis də ola bilərəm, yaxşı da. Bu yurdu sata da bilərəm, dəyişdirə də. İstəsəm gedib dünyanın o başında da yaşayaram. Tutaq ki, adımı, soyadımı yenilədim. Babalarımızın əmi uşağı, bir baba-nənənın nəvələri olduğunu dəyişdirmək mümkündürmü? Qonşunun yaxın-uzağı, yadı-doğması ola bilər. Qohumluğun isə yaxını, uzağı olmamalıdır. Çox adamlar gətirmişəm evimə. Arvadım heç birini sənin kimi qarşılamayıb. İndi sənin yerində başqa adam olsaydı, onun yadına çolpa düşərdimi, səhərdən yer süpürən qaşqabağı açılardımı? Görürsən? Sən bu evdə arzuolumaz adam deyilsən. Atalarımız bir-birinə qarşı çox mehriban olublar. Hansının ocağında qazan qaynasa, bir-birini haraylayıblar. Biz isə ancaq yolda-izdə rastlaşandan-rastlaşana salamlaşırıq. Sən məndən savadlısan, ictimaiyyət arasında çalışmısan. Mənim öz boşbaşımla sənə ağıl verməyə haqqım yoxdur. Dediklərimi “dəlidən doğru xəbər” kimi qəbul elə. Papağını qabağına qoy, yaxşı-yaxşı düşün. Qaçılmaz reallıqdır ki, hansımız qabağa düşsək, nəşimiz qəbristanlığa çatınca, nərdivanın bir tərəfi çiynimizdə olacaq. Onu da etiraf edim ki, maraqla dinlədiyin, hiss edirdim ki, anlaşılıqla qəbul etdiyin bu uzun məruzəm öz təxəllüyümün məhsulu deyil. Əvvəli rəhmətlik qaynanamın, sonu isə bizdən fərqli olaraq tez-tez bir araya gələn, saatlarla söhbətləşən, dərdləşən böyüklərimizin fikridir. Hazırda biz o böyüklərin yerini tutmuşuq. O vaxtlar uşaqlarımızın üzünü yaydan-yaya, nəvələrimizi tətilindən-tətilə görürük. Onda da biz böyüklər bir araya gəlmirdik. Söhbətləşib, dərdləşmirdik. Bir yerə toplaşsaq da, danışsaq da, müasür uşaqlar bizə qulaq asacaqlarmı? Əllərində telefon, fikri-zikri “tiktok”da. Dünyanın baş-ayağı ovuclarında. Məsləhətlərimiz, iradlarımız qulaqlarından yayınıb, havaya sovrulacaq. Əcdadlarımızın böyüklərimizə, böyüklərimizin bizə ötürdükləri ibrət bunların yaddaşına həkk olunmayacaq. İndiki nəsil qərb intellektinə kökləniblər, Avropalaşıblar. O Avropaya ki, bir zamanlar mənimsədikləri Asiya mədəniyyətini modernləşdirib gerı, Asiyaya sırıyırlar.

Nemət Malikin dedikləri ilə tam razı idi. Onlara gələn böyüklər də stola əyləşən kimi ortaya çay gəlincə, telefonlarını çıxardıb “vayfay”ın kodunu soruşurlar. Malikin dediyi kimi, doğrudan da, onların ataları bir-birinə qarşı çox mehriban olublar. Onda indiki kimi hərənin cibində telefon yox idi. İnsanlar vacib ismarıclarını bir-birinə ya özləri gedib çatdırırdılar, ya da, rastlarına çıxan həmin istiqamətə gedənlərlə. Dəfələrlə olub ki, evlərinə qonaq gələndə, sobada qazan qaynayanda, Malikin ata-anasını dəvət etməyə onu göndərərdilər.

Narıncın təzəcə dəmlədiyi çayı armudu srəkanlara süzüb gətirməsi Maliki hövsələdən çixartdı.

-Ağız! Neçə dəfə sənə demişəm ki, mən məzə üçün çay içmirəm. Eşşəyi qandırmaq, səni qandırmaqdan asanmış. Bir də bu təkrar olsa, stəkan başında qırılacaq.

Qonaq qarşısında təhqir olunması Narıncın kefinə soğan doğrasa da, qonağın gəldiyinə peşman olacağından ehtiyatlanıb, hirsini içində boğdu, dillənmədən stəkanı dəyişdirib, gətirdi. Stəkanın ağzına qədər dolduğunu görən Malik yenə özündən çıxdı:

-Azz! Bu nədir? Dolamısan məni? Çay süzəndə dodaq yeri qoymurlar?

Narınc Nemətə görə hirsini içində boğsa da, artıq o, Malikin dəvətini qəbul edib onlara gəldiyinə peşman olmuşdu. Qohumunun həyat yoldaşını heç bir səbəb olmadan bu cür aşağılaması onu sarsıtsa da, etirazını bildirib, aradan çıxa bilmədi. Ona görə ki, belə olsaydı, o, heç nədən yaranan yersiz münaqişənin katalizatoru olardı. Davranışının qonşusu tərəfindən xoş qarşılanmadığını hiss edən Malik neqativ hərəkətinə haqq qazandırmağa çalışdı:

-Qonşu, bağışla. Öpkəmi cilovlaya bilmədim. Bu arvad tayfasının cilovunu boş buraxmaq olmur. Nə qədər desən də öz bildiklərini çalırlar. Sən Allah, incimə.

-Mənim inciyib-inciməməyim nəyi dəyişəcək? Gözlər gördüyünü görüb. Qulaqlar eşitdiyini eşidib. Beyin də bu həssas üzvülərin ötürdüyü informasiyanı yaddaşa köçürüb. İndi sənə desəm ki, niyə belə etdin? Gərək belə etməyəydin! Heç nə dəyişməyəcək. Çox üstünə gedib, bezdirsəm, dözməyib deyəcəksən ki, etmişəm, əcəb eləmişəm. Haqsız olsan da, özünü haqlı sanacaqsansa, olub-keçən şeyi qabartmağım nəyi dəyişdirəcək? Mən indi aranızda baş verən yersiz, səbəbsiz münaqişəni səngitmək üçün tək mənim yox, bütün qonşuların, qohumların xətrini istədiyi Narınca ərklə deyə bilərəm, – indiyədək dözmüsən, indən sonra da dözməyə məhkumsan. Ona görə ki, siz həyat verdiyiniz uşaqlarınızın, nəvələrinizin cazibə qüvvəsinin daxilindəsiniz.

Nemətin danışığı Malikin ürəyincə olmadı. Əsə-əsə, coşa-coşa etirazını bildirdi:

-Qonşu, heç səndən gözləməzdim. Sənin qohumun mənəmmi, arvadımdımı? Sənin də, digər qohumlarımın da məndən çox bu özgə qızının xətrini istəməyiniz nə dərəcədə düzgündür?

-Dediyin bu “özgə” qızı nəslimizin gəlinidir. Nəslimizin nümayəndələrinin anası, nənəsidir. Elin hörmətini də xoş, gözəl xasiyyəti, şirin diliylə qazanıb. Bəs sənin bundan fərəhlənmək əvəzinə, qıcıqlanmağın nə dərəcədə düzgündür?

-Görürəm ki, heç biriniz məni anlayacaq səviyyədə deyilsiniz. Dediklərinlə razılaşmasam da, bu dəfə susmalıyam. Uzun müddətdən sonra qapımı açan həm qohumumu, həm də qonşumu özümdən incik sala bilmərəm. Vaxt gələr, mənim haqlı olduğumu dərk edərsən.

Narınc Nemətin dediklərindən məmnun olsa da, ərini qıcıqlandırmamaq üçün məntiqli izahına görə təşəkkür etməyi sonraya saxladı. Nemətin söhbətindən sonra dərk elədi ki, əgər o bu cür hallarda ərinə baş qoşsaydı, özündən çıxıb kəllə-kələyə gəlsəydi, el arasında bu cür hörmət qazanmazdı.

Nahar süfrəsini yığışdırdıqdan sonra Narinc Nemətdən soruşdu:

-Qonşu, bəs Xavər təqaüdə nə vaxt çıxacaq?

-Bir neçə ay qalıb. İşimi davam etməyə istəyib-istəmədiyimi məndən soruşmadılar. Yaşım bitən kimi sorğu-sualsız dəhlədilər.

-Nə yaxşı eləməyiblərmi? Arvaddan bezəndə yola çıxıb saatlarla oturardım. Bir köpək oğlu gəlib yanımda oturmurdu ki, söhbət edək. Vaxt keçirək.

Malıkin nəyə eyham vurduğunu anlayan Nemət ürəyində dedi: “Bu ağız ki, səndə var, çətin bir də mənimlə həmsöhbət olarsan”. Nəyə görə qonşulardan heç birinin onun yanında oturub söhbət etməməsinin səbəbini açıqlamaq istəyirdi ki, Narınc onu qabaqladı:

– Görünür həndəvərimizdə səndən başqa arvadından bezən yoxdur.

Nemət Malikin üzünə baxanda gördü ki, onun gözləri parıldayır, yenə Narıncı əqrəb kimi sancacaq, özünü qabağa verdi:

-A Narınc, ağzımdan qopartdın ki, mən də eynən bunu deyəcəkdim.

Təkləndiyini həzm edə bilməyən Malik yenə də coşdu:

-Bu nə işdir, ay Allah! Hamı həmrəy, dilbir olub düşüblər üstümə. Layiq olmadığım ifadələri bir-birinin ağzından alıb, döşəyirlər üzümə.

-Burda emosiyanı qaynadacaq ifadə işlədildimi? – Nemət Maliki sakitləşdirməyə çalışdı.

-Görmürəmmi? Danışığınızdan belə çıxır ki, bu obanın ən pis kişisi mənəm.

-Səni pısləyən oldumu? Şəxsən mən yoldaşımı evdə tək qoyub, gəlib sənin yanında vaxtımı keçirmərəm. Mənim kimi də digərləri.

-Açıq de də! Məndən başqa hamınız arvad qulusunuz. Kimin necə olmağı məni maraqlandırmır. Nə qədər ki, nəfəsim gəlir, arvad mənim qulum olacaq. Çünki kişiyəm. Görürəm bu mövzunun urvası çox su apara bilər. Gəlin diski dəyişək. Vacib məsələləri qoyub, boş şeylərin həllinə vaxtımızı sərf etməyək. Artıq biz yetmişin astanasındayıq. Bu ona işarə verir ki, əcəlin finişinə yaxınlaşırıq. İndi bizim elə vaxtımızdır ki, fikrimizi, zikrimizi bu dünyadan ayırıb, axirətə kökləməliyik. Allahsız quruluş dağıldı. Müstəqil dünyəvi quruluş yaradıldı. Kəndimizdə məscid açıldı. Bir müddət namaza gəlsən də, sonra dayandın. Niyə bu vacib əməldən yayındın? Sənin kimi yaşlılar məscidə ayaq basmırsa, gəncləri qınamağa haqqımız varmı? Sabah cümə namazına gedəndə xəbər eləyimmi?

Nemət səhərdən ilişdiyi, gah müdrikləşən, gah da sərsəmləşən qonşusundan gözləmədiyi suala nə cavab verəcəyini bilmədi. Bir müddət düşündükdən sonra ağlına elə bir fikir gəldi ki, az qala adi bir təsadüf nəticəsində yeni fiziki qanun kəşf edən Arximed kimi “evrika!” (tapdım!) deyə bağıra-bağıra kəndin küçələrini dolaşacaqdı. O, tələbəlik illərində, işlədiyi müddətdə, həm də dost-tanışları arasında elə tiplərlə ünsiyyətdə olmuşdu ki, bunların cilddən-cildə girmələrinə məəttəl qalmışdı. Maliklə onları müqayisə elədi. Tanıdığı eyni xarakterli bu tiplərin aralarında heç bir qohumluq əlaqəsi olmasa da, əməllərinin, davranışlarının, niyyətlərinin üst-üstə düşməsi onu heyrətə gətirirdi. Bu tip insanların böyu, çəkisi, rəngi müxtəlif olsa da, sifətlərinin quruluşu bir-birinə bənzəyir. Onlar qısa müddətdə elə məharətlə obrazdan obraza girirlər ki, məşhur aktyorlar da məharətlərinə heyran qalarlar.

Malikin dediyi kimi məscid açılarkən bir müddət heç bir cümə namazını ötürmürdü. Bir gün həmişə yanaşı namaz qıldığı Natiqlə Aydını yanında görmədi. Rastlaşan vaxt səbəbini soruşanda Natiq demişdi:

-Məscid açılanda sevinmişdim. Düşünürdüm ki, bu müqəddəs Allahın evinə imanlı, mömin, günahsız, saf bəndələr toplaşacaq. Namaza başladığım müddətdə, yan-yörəmdə bir nəfər də olsun müqəddəs ocağa ayaq basmağa layiq saf Allah bəndəsi görmədim. Elə düşük adamlar gözümə dəydi ki, namaz qıldığım müddətdə fikrimi toplayıb ibadətimi yerli-yerində icra edə bilmədim. Ancaq Allana suallar ünvanlayırdım: “Ya Rəbbim! Mən toy məclisində, iclasda, tədbirdə iştirak etmiş olsaydım, ətrafımda gördüyüm bəzi ləyaqətsiz, bədəməl-bədniyyət dələduzların iştirakını adi hal kimi qəbul edərdim. Olmazmı ki, bu müqəddəs məkana qədəm basanları ələkdən, heç olmasa xəlbirdən keçirib, qəbul edəsən? Deyirlər, “məscidin qapısı açıqdır deyə, itin abrına nə gəlib?” Mən orda abırsız adamlar görürəmsə, onlara, “sən hara, bura hara?” – deyə bilmirəmsə, laqeydlyimə görə də balansıma günah yüklənirsə, ən yaxşısı, öz evimdə günorta namazı qılmaqla kifayətlənmək daha məqsədəuyğun deyilmi?

O vaxt Nemət Natiqin fikrinə qarşı çıxmışdı. Onu qandırmağa çalışmışdı ki, məscid də, kilsə də Allaha ibadət ocağıdır. Hər bir insanoğlunun necə biri olmasına baxmayaraq, ora gəlib ibadət etməsi vacibdir. Nə qədər cəhd etsə də, Natiqi fikrindən döndərə bilməmişdi. O, özünün haqlı olduğunu sübut etməyə cəhd eləmişdi:

-Evdə, bağ-bağçada etdiyim ibadətin Allahı bir başqasıdırmı? Öz evimdə sidqi ürəkdən tək olan Allaha etdiyim duam qəbul olunmayacaqmı? Məsciddə gördüklərimin çoxu öz evlərində namaz qılmır. Görünüş xatirinə ancaq cümə namazında edilən duaları Rəbbimiz qəbul edərmi? Elə adamlar tanıyıram ki, namaz  qılmırlar. Amma o dərəcədə safdılar ki, bir çox namaz qılanları adlayıb, birbaşa cənnətə gedəcəklərinə şübhə etmirəm.

O gün Malik Nemətə hər ikisinin yaxşı tanıdığı, namaz qılmayanları misal çəkdi. Onları cümə günləri məscidə gəlib, özlərini ibadətkar kimi nümayiş etdirən, kənarda isə min bir hoqqadan çıxan nadürüstlərlə müqayisə elədi. Onun, “Hər şeyi görən Allahın dərgahında bəndəsinin əməlimi vacibdir, yoxsa ibadətimi?” – sualını Nemət cavablandıra bilmədi.

Çox keçmədi Nemət abrını pərdələyib, məscidə soxulan bir-neçə səviyyəsizin yersiz atmacalarını həzm edə bilməyib, cümə namazlarına qoşulmadı. Natiq kimi o da günorta namazı qılmaqla kifayətləndi.

İndi Malik yox, normal xarakterli bir Allah bəndəsi olsaydı sualına düşünmədən “hə”deyərdi. Çünki o, camaat namazının fəzilətini anlayırdı. Davranışının, danışığının, amalının başı-ayağı bilinməyən ünsürlərin sərbəst girib-çıxdığı yer cənnətməkan da olsa, o, imkan daxilində belə yerlərdən uzaq dururdı.

Onun çox düşündüyünu görən Malik yenə soruşdu:

-Nə çox düşünəsi oldun? Sabah səni gözləyimmi?

– Yox! Çox düşündüm. Götur-qoy elədim. Bir qərara gələ bilmədim.

– Başa düşmədim. Dünyada bundan vacib işmi var?

-Var. Elə vacib işlər var ki, cümə namazı arxa plana keçir.

-Sən nə danışırsan, a qohum? Axı namaz dinin dirəyidir.

-Dinin dirəyi namaz olsa da, qayəsi saflıqdır. Təəssüf ki, məscidin qapısı açıqdır deyə, abır-həya yaddan çıxır. Kim gəldi, özünü içəri soxur.

-Mən bilən məscidə dəstəmazsız gələn olmur.

-Dəstəmaz dəridəki kiri təmizləyir. İnsanın daxili aləmini isə əməlisalehlik saflaşdırır.

-Səncə, kimlər məscidə girməməlidir?

Az qala Nemət deyəcəkdi, birinci sən. Özünü yığışdırdı. Qohumunun, qonşusunun öz evində, həyat yoldaşının yanında yox, başqa yerdə olsaydı, saflığın, necə adamların məscidə ayaq basmağa layiq olduğunu izah edərdi. İndi o, qonşusunun sualını elə cavablandırmalıydı ki, nə şiş yansın, nə də kabab.

-Malik, mən ilahiyyatçı deyiləm. Müqəddəs “Quran”ımızın Türkcə tərcüməsini və bir neçə dini kitab oxumuşam. Gəldiyim qənaətimə görə, tandığım məscidə gedənlərin çoxunun cənnətə qovuşmaq şansı sıfıra bərabərdir.

-Demək istəyirsən ki, heç bir namazımı ötürmədiyim halda, mənim də cənnətə qovuşmaq şansım sıfıra bərabərdir?

-Mənim dediklərim heç nəyi həll eləmir, heç nəyi də dəyişmir. Danışmağa nə var ki? Hər kəs gördüyünü, eşitdiyini, oxuduğunu istədiyi kimi yozub söyləyə bilər. Sən soruşdun. Mən də oxuduğum kitablardan qavradığım təəssüratımı bildirdim.

-Kimin cənnətə, kimin cəhənnəmə gedəcəyini Allah bilər. Mənim isə cənnətə gedəcəyim dəqiqdir. Allah gündəlik namaz qılan məni qoyub, məscidin qapısını açmayan Cəfəri cənnətə qəbul etməyəcək ki?

Nemət Cəfəri yaxşı tanıyirdı. Həmyaşıd idilər. Orta məktəbdə sinif yoldaşı olmuşdular. Sakit təbiətliydi, qapalıydı, heç kəsə qaynayıb-qarışmazdı. Uşaqlıq illərində də, indi də, qapısını açdığı yeganə adam özü idi. Heç kəslə six dostluq münasibəti olmasa da, ciddi, tərbiyəli, saf olduğuna görə kənd arasında hörmət qazanmışdı. Onun namaz qılıb-qılmadığından xəbərsizdi. Amma acı diliylə heç kəsin cüzi də olsa qəlbini qırdığının şahidi olmadığı bu adamın sorğu-sualsız cənnətə gedəcəyinə şübhə etmirdi. O, bu gercəyi Malikə açıqlamadı. Bilirdi ki, qəbul etməyəcək. Təəssüf hissilə onu süzdü və ürəyində dedi: “Malik, qalan ömrünü gecə-gündüz məsciddə keçirsən də, sənə cənnətdə yer olmıyacaq”.

***

Xavər heç vaxt işdən şıxanda evə belə tələsməmişdi. Çatan kimi ərindən soruşdu:

-İlk azad gününü necə keçirdin?

Nemət yoldaşına baxıb gülümsündü. Gözlədiyi cavabın ləngidiyindən hiss elədi ki, günü heç də xoş keçməyib.

-Niyə yola-izə çıxmadın? Azdırmı bu kənddə ərklə qapısını döyəcək dost-tanışın?

-Çıxmışdım. Bir qapını açmışdım. Yaxşı da qarşılanmışdım.

-Kimin qapısını açmışdın?

-Açmamışdım, açmışdılar. Yola çıxdım. Natiqgilə getmək istəyirdim. Malikgilin evinin qabağından keçəndə darvazalarının yanındakı taxta oturacaqda oturan əmizadəmiz qalxıb qabağıma gəldi. Hal-xəbər aldı. Evə dəvət elədi…

Xavər nə baş verdiyini təxmin etdiyindən onun sözünü kəsdi:

-Narınc səni görüb sevindi. Yaxşı süfrə açdı. Malik əvvəlcə müdriklərə məxsus söhbətə başladı. Səni heyrətə gətirdi. Çox keçmədi lağlağıya keçdi. Əsl simasını nümayiş elədi. Sən də bundan məyus oldun.

Yoldaşının baş verənləri sanki kənardan izləyirmiş kimi sadalaması Neməti çaşdırdı:

-Sən bunu kimdən öyrəndin?

-Heç kimdən. Hər ikisini yaxşı tanıyıram.

Nemət yoldaşının səmimiliyinə şübhə etmədiyinə görə, artıq heç nə soruşmadı.

-Narıncın halına acıdım, – deyib, köks ötürdü.

-Bütün kənd onun halına acıyır. O isə taleyindən gileylənmir. Bir dəfə də olsun ərindən şikayətləndiyini eşitməmişəm. Bir dəfə Qönçə ona deyəndə ki, mən sənin yerində olsaydım… Narınc gülə-gülə onun sözünü kəsmişdi, – ölmüşəmmi ki, yerimdə olasan. Qönçə gözləmədyi cavabdan pərt olmuşdu. Narıncın onu səhv anladığını zənn etdiyindən şübhələnib dillənmişdi, – a qonşu, bilirsən ki, səni çox istəyirəm. Yenə Narınc gülərək, – məni istə, amma başımın tacına söz demə! Necə olmasına baxmayaraq, o, mənim balalarımın atasıdır, – demişdi.

İllərini birgə keçirmiş, aralarında cüzi də olsa ixtilaf yaranmayan ər-arvad bir-birinə baxdılar. Ortaya dərin sükut çökdü. Əslində buna süküt demək olmazdı. Dil sussa da, gözlər danışırdı. Onlar bir-birini anlayırdılar. Gözlər bəzi yeri səhv düşənlər kimi bir-birinə: “sənə rast gəldiyim günə daş düşəydi” mesajını ötürmürdü. “Nə yaxşı ki, taleyimiz bizi birləşdirdi” – deyə şükranlıq edirdi.

-Elə bilirdin təqaüdə çıxdıqdan sonra zəhlətökənlərdən canın qurtaracaq? – Xavər sükutu pozdu.

Nemət bu gün yoldaşından bu sualı gözlədiyindən, cavabını hazırlamışdı:

-Mən işdən ayrılmışam, həyatdan yox. Nə qədər ki, dünyadan köçməmişəm onlarla üzləşəcəyəm. Həyatda bunlardan yayınmaq mümkündür. İş yerindəsə yox…

08.03.2024

Müəllif: SƏDULLA ŞİRİNOV

SƏDULLA ŞİRİNOVUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru