Kateqoriya arxivləri: Şəhid baş leytenant Ramiq Mikayılov

Şəhid Ramiq Mikayılov anılıb

ŞƏHİD BAŞ LEYTENANT RAMİQ MİKAYILOV

Şəhid Ramiq Mikayılov anılıb

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi (DAMM), Sabitlik və İnkişaf İB-nin (SİM İB) üzvüləri Gülzar ananın dəvəti ilə Biləsuvarda şəhid baş leytenant Ramiq Mikayılovun anım günündə iştirak etmişlər. Gülzar ana oğlu haqqında fəxrlə danışır və bütün şəhid analarına səbr diləyirdi. Tədbirdə Biləsuvarın icra başçısı başda olmaqla rayonun məsul işçıləri, rayonlardan və Bakıdan gəlmiş şəhid anaları da iştirak edirdi. Məktəblilər şəhidlərə həsr olunmuş şeirlər və mahnılar ifa etdilər. Sonra xatirə lövhəsi önünə tər çiçəklər qoyuldu.

Şəhid baş leytenant Ramiq Mikayılov haqqında

Şəhid baş leytenant Ramiq Mikayılov 1993 cü il yanvarın 25 -də Şamaxı rayonunun Ovçulu kəndində anadan olmuşdur.
1999-2007ci illərdə B.Alıyev adına Ovçulu kənd tam orta məktəbində, 2007-2010cu illərdə C.Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2010-2014-cü illərdə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə almışdır.

2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Agdam rayonunda yerləşən “N”saylı hərbi hissəsində zabit kimi xidmət edirdi.
Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Ramiq Mikayılov 2020-ci il sentyabrın 27 -dən Azərbaycan Silahlı Qüvvələrinin tərkibində Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda aparılan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı ugrunda gedən qızğın doyüşlərdə iştirak edib.

Ramiq Mikayılov sentyabrın 30-da Xocavənd döyüşləri zamanı şəhid olub.
Dogulduğu Şamaxının Ovçulu kəndində torpağa tapşırılib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissənin qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan prezidenti İlham Əliyevin 15.12.2020 ci il sərəncamına əsasən Ramiq Mikayılov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyinə və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il sərəncamına əsasən Ramiq Mikayılov (ölümündən sonra) “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdu.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bnərp edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Ramiq Mikayılov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05.11.2021 tarıxli sərəncamına əsasən Ramiq Mikayılov (ölümündən sonra)” Azərbaycan Bayrağı”ordeni ilə təltif olundu.
Ramiq Mikayılov (15.07 2014-cü ildə) “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”yubiley medalı, (26.06.2018 )” Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə də təltif edilmişdir.

Şəhidimiz Ramiq Mikayılov evli idi. Vətənə bir oğul övladı yadıgar qaldı.

Ramiqin anası Gülgəz xanım əslən Cəbrayıldandır. Şamaxıya gəlin gəlib. Hazırda Biləsuvarın Cəbrayıl qəsəbəsində oglu Ağa və şəhidin yadigar qalan körpəsi ilə yaşayır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin.

Müəllif: Nəzakət KƏRİMOVA-ƏHMƏDOVA

AJB-nin üzvü, “Yazarlar” jurnalının ictimaiyyətlə əlaqələr üzrə meneceri, yazar.

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru