Kateqoriya arxivləri: Səma Muğanna

Səma Muğanna – Göylərin adamı…

SƏMA MUĞANNANIN YAZILARI

Göylərin adamı

                     Maqsud babanın əziz xatirəsinə ithaf edirəm!

Yenə soyuq küçələrə sükut çökmüşdü.Gecə saat 2,3 olardı ki,artıq insanlar evlərinə toplanmışdılar.Bu sərt rüzgarın baxışları simama elə bil şillə vurmuşdu.Qarşımda uzun yol vardı,ancaq hansı küçədən gedəcəyimi bilmirdim.Şimşək də çaxırdı.Ah! Mən nə edəcəkdim? Kimsəsiz bir uşağın fəryadını kim duyacaqdı bu saatda? Kim mənə kömək edəcəkdi?

  Dözə bilmirdim.Qəflətən diz çöküb hönkürtü çəkdim.O qədər dərindən çəkdim ki,sanki bu dəqiqə ürəyim qopub düşəcəkdi.Hamı məni uşaq bilirdi.Elə düşünürdülər ki,mənim ürəyim yoxdu.Bu necə insafsızlıqdır?! Nolsun yaşım azdır? Mənim duyğularım ola bilməz? Sualıma cavab verin,insanlar niyə bu qədər əclafdır,kinlidir? Sualıma cavab verəcəksiniz? Yox..Ya bu sualların cavabını bilmirsiniz,ya da “Kimi kimsəsi yoxdur.Yenə boş-boş danışır” -deyib keçəcəksiniz.

    Hönkür-hönkür ağlayarkən küçənin ortasında diz çöküb qalmışdım.Yaralanan əllərimlə dizlərimin ağrısını ağlamaqdan belə hiss etmirdim.Demək,insan ağrını ürəyində də hiss edərmiş.Mən indi qəlbən hiss edirəm.Bir insan çevrilib heç soruşmurdu ki, “qızım,nəsə istəyirsən?” Bu fikri almaq qalsın bir yana,üzümə baxan yox idi.

  Şimşəyin çaxması yağış yağacağına işarə edirdi.Yenə həmişə olduğu kimi sərt rüzgar mənə əzab verəcək,yağışın damlaları da isladıb üşüdəcəkdi.Kaş..Kaş ki,səsimi duyan olsaydı.Tanrım,ya al yanına,ya da məni bir mərhəmətli insanla qarşılaşdır!

   Qəfildən arxadan kişi səsi eşitdim.

-Qızım,niyə küçədəsən? Atan,anan yoxdur?

   Arxama dönüb baxmağa qorxdum.Məndən daha da dərindən,hətta hayqırış səsi ilə dolu hönkürtü qopdu.

   Yanıma yaxınlaşdığını hiss etdim.Mən qorxub divarın küncünə tərəf qaçdım.

-Məndən qorxma,qızım.Adım Maqsuddur.Bəs sənin adın nədir?Bu saatda niyə küçədəsən?

-Adım Fəridədir.Mən..Mənim kimsəm yoxdur…

   “Kimsəm yoxdur” sözünü söylədikdə ürəyimdən bir parçamın qopub düşdüyünü hiss etdim.Deyirlər ki, “insan uzun müddət ağrılarıyla yalnız yaşadıqda alışır” Deyəsən,mən də alışmışdım…

-Atan,anan səni qoyub gedibmi? Yoxsa?

-Yox,getməyiblər.Qohumlardan eşitdiyimə görə mən doğulduqda anam dünyasını dəyişib.Atam da anamın itgisinə dözə bilməyib ürəyi partlayıb.Atam ilə anamı,hətta “Dəli sevdalılar” adlandırardılar.Bir-birini uzun illər seviblər.Sonra taleləri onları məndən ayırıb…

-Fəridə,qızım,çox üzüldüm.Söz tapa bilmirəm.Gəl belə edək.Sən mənimlə gələcəksən.Səni həyat yoldaşım Səkinəylə tanış edəcəyəm.Bundan sonra bizim yanımızda qalacaqsan.

-Yox,yox! Elə şey olmaz.Mən kimsəyə yük olmaq istəmirəm.

-Aaa! Bir də belə danışdığını eşitməyəcəm.Nə yük? Sən də nəvəm yaşındasan.Maqsud baban səni hamıdan qoruyacaq!

    Maqsud babayla söhbət etməmişdən qabaq çox qorxmuşdum.Bu gözəl insanın simasında qəribə bir ifadə vardı.Kənardan çox zəhmli görünən Maqsud kişi,əslində,bir körpənin ürəyi kimi yumşaq,mərhəmətlidir.Demək,insanları tanımaq üçün ünsiyyətdə olmaq lazımdır.Mən hər şeydən məhrum imişəm…

-Əlini mənə ver,gedək,Fəridə qızım.

   Maqsud babanın əlindən tutdum.Öz evinə aparırdı.Araya dərin sükut çökmüşdü.Deyəsən,mənim simamdakı narahatlığı duyub bu sükutu pozdu:

-Fəridə,sənin neçə yaşın var,qızım?

-Beş yaşım var,Maqsud baba.

-Sən həmişədən burda olmusan,yoxsa kiminləsə gəlmisən?

-Yox,Gülzar adında xalam vardı.Onunla gələrdim həmişə.Ancaq o…

   Bir anlıq duruxdum.Qorxdum ki,xəbər tutar danışdıqlarımdan.Əlindən zorla qaçıb gəlmişdim buraya.Maqsud baba mənim susduğumu görüb başımı sığallayıb dedi:

-Qorxma,qızım.Maqsud babandan da heç nəyi gizlətmə.Artıq bundan sonra sən bizimlə yaşayacaqsan.

-Gülzar xala,əslində,mənim doğma xalam deyildi.Məni himayəsinə almışdı.Sadəcə çox incidirdi.Məni həmişə döyər,söyərdi.

   Donumun qolunu qaldırıb o qadının etdiklərini göstərdim.

-Əclaf qızı! Uşağa da əl qaldırarlar? Bəs sən necə qaçıb gəldin?

-Biz Bakıda yaşayırıq.Bir neçə gün bundan qabaq telefonla danışdığını eşitdim.Məni “uşaq evinə” qoyub Qazaxa gələcəyini duydum.Necə gedəcəkdim?-deyə heç bir fikrim yox idi.Qərara gəldim ki,Gülzar xala yatanda telefonu alıb həmin gün qaçım.

-Bəs necə gəldin?

-Maqsud baba,qorxa-qorxa yolda tanımadığım qadından kömək istədim.O da təsadüfən Qazaxa gedirmiş.Məni avtobusa mindirdi.Sağ olsun,məni yedizdirdi,içizdirdi.Qazaxa gəldikdə yalandan dedim ki,məni qarşılayacaqlar.Buraya qoyub gedin.O da elə etdi.O vaxtdan bu soyuq,tənha küçələrdə mən də kimsəsiz bir uşaq kimi dolaşıram.

-Sənin bu kiçik ürəyində nə böyük dərd varmış,qızım…

    Maqsud babanın kövrəldiyini hiss etdim.Mövzunu tez dəyişdim:

-Maqsud baba,Qazax necə bir yerdir?

-Fəridə,qızım,Qazax cənnətdir cənnət! Yurdu,havası,suyu,torpağı canım-ciyərimdir mənim! Mən uşaqlıqdan ta bu yaşıma kimi Qazaxın havasını içimə çəkib,suyunu içmişəm.Qazax bütün ellərdən doğmadır!

-Mən də gəzib görmək istəyərdim.

-Gəzəcəksən,görəcəksən! Maqsud baban hər səhər saat 6-da işə durub gedir.Bir gün boş olanda səni çoxluca gəzdirərəm! Hə,bax,gəldik çatdıq.

    Darvazanı açdıqda özümü başqa bir dünyada hiss etdim.Maqsud babanın ocağı mənim doğma yurdum,evim idi.Bu ocağın hələ doğma insanları da vardı.

 -Səkinə,mənəm! Aç qapını.

-Ay xoş gəlmisən,Maqsud! Bu balaca qızımız kimdir?

-Səkinə,bir  dayan.Evə girim nəfəs alım,sonra danışaram.Sən de görüm,pürrəngi çayın varmı?

-Hə,əlbəttə! Gəl,gəl!

-Fəridə qızımı götür.Paltarını dəyiş,rahatlat,mən sənə hər şeyi danışacam.

   Səkinə nənə məni o qədər gözəl qarşıladı ki,arada bir gözlərimdən yaş damladığını hiss etdim.Mənə yemək,isti çay verdi.O qədər gözəl qarşıladı ki,özüm belə təəccübləndim,çünki heç vaxt bu sevgini hiss etməmişdim.Məni qucaqlayıb dedi:

-Saat çox gecdir,Fəridə,qızım.Gəl aparım yatırdım səni.

-Səkinə nənə..

-Ay can! De,balam,ürəyin nə istəyir?

-Olarmı ki,əvvəlcə Maqsud babaya təşəkkü edim,sonra siz mən yatana kimi yanımda qalasınız? Bir az qaranlıqdan qorxuram.

    Əslində,qaranlıqdan qorxmurdum.Kimsəsiz bir uşağın istəyi nə ola bilərdi? İsti qucaq,sevgi,qayğı..Tanrım bunu mənə çox görməsin!

-Əlbəttə,gözəl balam.Mən sənə gözüm kimi baxacam,amma əvvəlcə nə etmək lazım? Təbii ki,səni qəşəngcə çimizdirmək lazımdır! Heç narahat olma!

    Səkinə nənə məni hamama salıb yaxşıca yuyundurdu.Hamamdan çıxanda qaça-qaça Maqsud babanın yanına gəldim.Boynuna atlayıb bərk-bərk sarılıb:

-Maqsud baba,hər şey üçün çox təşəkkürlər!

-Qızım,şükürlər olsun ki,Tanrım səni mənim qarşıma çıxartdı! İndi get yat.Hələ qabaqda gözəl günlərimiz olacaq.

  Qaçıb Səkinə nənənin əlindən tutub otağa getdim.Yatağa uzandıqda ürəyimin qopan parçalarının bir-birinə bağlandığını hiss etdim.Deyəsən,qopub düşən parçalar geri dönürdü,ya da məni tərk etməmişdilər.Çox şey istəmirdim ki,az da olsa sevgi…

              **************************

   Hər gün səhər tezdən qalxar Səkinə nənəmin yanında dolaşardım,həm də oynayardıq.Bəzən olardı ki,məni də özü ilə aparıb surpriz hədiyyələrlə sevindirərdi.Hər gün xoşbəxtliklə oyanardım ki,Səkinə nənəmlə gəzintiyə çıxacağıq! Maqsud babanın çox işi olurdu deyə məni tez-tez gəzintiyə çıxara bilmirdi.Demək olar bütün günümü Səkinə nənəmlə keçirər,əylənərdim.Günlərin necə tez keçdiyini bilməzdim.Sanki zaman əllərimdən qaçıb gedirdi.Axşamları Səkinə nənə samovar çayı hazırlayardı.Maqsud babanın tez-tez qonaqları gələrdi.Bu dadlı söhbətin havasında Aşıq Kamadarın səsi gələrdi.Bəzən olardı ki,səhərə kimi Aşıq Kamandar çalar,Maqsud baba qonaqları ilə şənlənərdi.Mən uşaq olduğumdan çox vaxt görə bilmirdim,çünki tez yatırdım.Siz bilirsinizmi huzuru hiss etmək necə böyük xoşbəxtlikdir? Mən ən böyük xoşbəxtliyimi tapa bilmişdim.Artıq yalnız deyildim,çiyinlərimdə özümdən ağır yük daşımırdım.Maqsud baba və Səkinə nənənin şirin,dadlı-duzlu söhbətlərini dinləyib bəzən yuxuya dalardım eləcə.

   Bu böyük xoşbəxtlik bir neçə il davam etdi.Həyatımda ən dərin boşluğu Maqsud baba ilə Səkinə nənə doldurdu.Bu ocağa sığındığım gündən bəri mən ən böyük xoşbəxtliyimi yaşayırdım.Bəzən qorxurdum ki,bu xoşbəxtlik əllərimdən qaçıb gedəcək..Elə qaçıb getdi də…

   Yenə bir yay axşamı idi.Səkinə nənə ilə həyatda gəzişirdik.Maqsud baba bir neçə günlük Bakıya gedəcəkdi.Artıq yola çıxmışdı.Ancaq nədənsə ürəyimdə böyük bir narahatçılıq vardı.Həmişə getməmişdən qabaq alnımdan öpüb,başıma sığal çəkib deyərdi ki, “Özünə yaxşı bax,Fəridə,qızım.Bir gün mən yanında olmaya bilərəm.Məndən sonra çox göz yaşı tökmə.Bax,Səkinəyə də,sənə də bərk-bərk tapşırıram!”  Mən isə üzümü turşudar,hətta küsərdim.Bu gün də bir neçə il bundan qabaq Maqsud babanın məni tapmamışdan öncəki halımda idim.O dərin boşluğu hiss edirdim.Səkinə nənə süfrəni yığışdırırdı.Yanına yaxınlaşıb:

-Səkinə nənə,gəl mən də sənə kömək edim.

-Yox,balam,sən otur.Mən özüm edəcəyəm.

   Deyəsən,Səkinə nənə simamdakı narahatlığı hiss etmişdi.Əlindəkiləri yerə qoyub mənə yaxınlaşdı.

-Qızım,nolub? Nəsə narahatçılığın var?

   Nə qədər gizlətməyə çalışsam da,alınmadı.Göz yaşlarımı gizlədə bilmədim.

-Bir az hə.Maqsud baba çatıbmı görəsən?

-Gözəl qızım,bir neçə saatdan sonra çatacaq Bakıya.Zəng vuracaq.Sən niyə ağlayırsan?

-Bilmirəm.Səkinə nənə,olarmı sizə sarılsam?

-Can! Əlbəttə olar.Gəl!

   Səkinə nənəni bərk-bərk qucaqlayanda bir az rahatladığımı hiss etdim,ancaq o boşluq keçməmişdi.Yenə yağış yağacaqdı,çünki göy üzünü qara buludlar almışdı.

-Gəl,qızım,keçək içəri.Mən də süfrəni yığışdırdım artıq.Əlini ver mənə,Fəridə,keçək içəri.

    Səkinə nənənin əlindən tutub içəri keçdik.Divana keçib uzandım.Sadəcə dincəlim deyə uzanmışdım,ancaq elə də yuxu aparmışdı məni.

    Bir neçə saat sonra qəflətən qışqırıq səsinə oyandım.Səkinə nənənin hayqırtısını eşitdim.Otaqdan çıxıb,qaça-qaça həyətə düşdüm.Səkinə nənə dizlərinə döyə-döyə “Maqsuuud! Maqsud,bizi niyə qoyub getdin!” -deyə hayqırırdı.Qaça-qaça yanına gəlib Səkinə nənənin boynuna atlayıb:

-Səkinə nənə,Maqsud babama nolub?

-Maqsud babanı itirdik,qızım! İtirdik!!!!

    “İtirdik” kəlməsi qulaqlarımdan hələ də getməyib.Gözlərimdəki yaş bir anlıq qurudu.

-Necə yəni itirdik? Səkinə nənə?

    Bu sözü dedikdən sonra huşumu itirdim.Çox yaşanan hadisəni xatırlamıram,ancaq xatırladığım tək şey var.O da Səkinə nənənin “Maqsud babanı itirdik”  sözünü söyləməsi idi.Oyananda başımın üstündə Səkinə nənənin saçlarıma sığal çəkərkən hönkür-hönkür ağladığını.Yataqdan qalxıb Səkinə nənənin göz yaşlarını kiçik barmaqlarımla silməyə çalışıb dedim:

-Səkinə nənə,Maqsud babam cənnətəmi getdi?

-Hə,qızım.Tanrı evinə…

-Bəs biz? Bizi niyə tək qoyub getdi?

-Gözəl qızım,Maqsud baban bizim yanımızdan cismani olaraq ayrılıb.Onun ruhu yenə səninlədir,mənimlədir.

-Bəs mən indi kimə səhər oyanıb “Sağ-salamat,Maqsud baba”  deyəcəm? Kimdən o dadlı-duzları söhbətləri dinləyəcəm?

   Bu sözləri dedikdən dərindən hönkürtü çəkdim.Artıq taqətim qalmamışdım.Başımı Səkinə nənənin çiyinlərinə söykəyib daha da dərindən ağladım.Bu ağır itkinin ağrısını indi çiyinlərimdə deyil,bütün vücudumda hiss edirdim…

   İllər,aylar keçdi.Artıq Maqsud babasız tam 5 il keçirdi.Mənim 15 yaşım vardı.Gənc qız olmuşdum.Artıq kimsəsiz Fəridə böyüyüb boya-başa çatmışdı.Bu 15 il ərzində çiyinlərimdə nə yük daşımışam ki? Mənim ən böyük yüküm Maqsud babanın itgisi oldu.

   Məzarına gəlib yaxınlaşdım. “Məzar daşı” sözünü belə deməyə dilim gəlmir! Axı o ölməyib! Deyəsən,çox danışa bilməyəcəm.Bir az söhbətləşdikdən sonra qayıdıb evə gəldim.Evə gəldikdə Səkinə nənə evdə yox idi.Nədənsə qəlbim səslədi ki,Maqsud babanın otağına keçim.Otağa keçdikdə stolunun yanındakı siyirməni açıb şəkillərə baxaram deyə düşündüm.Şəkillərin altında saralmış köhnə bir məktub parçası gördüm.Məktubun üstündə “qızım Fəridəyə” yazılmışdı.Bu Maqsud babanın məktubu idi.Məktubu açıb oxumağa başladım:

   Fəridə,qızım,sən bu məktubu yəqin ki,mən bu dünyadan köçdükdən sonra oxuyacaqsan.Məni bağışla,ancaq Tanrı artıq vaxtımın çatdığını deyir.Getməliyəm.Mən də getməmişdən öncə düşündüm ki,bu kiçik məktubu yazıb elə gedim.Bir azdan yola çıxacam.Başıma nə gələcək? Nə olacaq? Bilmirəm.İnsan ağır fikirlərlə yaşadıqda daha tez qocalar.Bunu unutma ki,özünü ağır fikirlərlə yükləmə.Bu sənə Maqsud babanın tapşırığıdır!

   Səni heç vaxt kimsənin əlinə qoymayım,qoruyum,boya-başa çatdırım deyə düşünürdüm.İndi isə Səkinə nənənlə birlikdə qalacaqsan.Bəlkə də bu məktubu oxuduqda sən artıq həddi-büluğa çatmış bir qız olacaqsan.Səni nə qədər də qorusam,kədərdən,acıdan qoruya bilmərəm.Qızım,zaman elə qəddardır ki,bizim bütün sevdiklərimizi əlimizdən alıb aparır.Səndən yeganə xahişim var ki,güclü ol! Səkinə nənəni incitməcəyindən tam əminəm,ancaq xahiş edirəm ki,mənim qara xəbərim gəldikdə ağlamayın.Bu ağrını yaşamağa artıq dözə bilmərəm…

    Əziz övladım,Maqsud baban səni həmişədən çox sevib.Həmişə səni göz bəbəyim kimi qoruyacağıma söz vermişdim! Əgər bir gün yanında olmasam nə edəcəksən,necə bu insanlarla başa çıxacaqsan? Deyə düşündükdə dərd məni alıb aparır,amma sonra deyirəm ki,mənim qızım əzmkardır!

   Bir azdan qatar gələcək.Cəfalı Səkinəmlə,özünə yaxşı bax! Yadından çıxartma ki,Maqsud baban səni heç vaxt unutmur və unutmayacaq da!

    Məktubda son cümləni oxuyub bitirdikdə göz yaşlarımın Maqsud babanın son yazdığı cümləni islatdığını gördüm. “Maqsud baban səni heç vaxt unutmur və unutmayacaq da!”

    Bir gün göylərdə görüşərik,Maqsud baba!

Müəllif: Səma MUĞANNA

Gənc yazar, AYB üzvü.


SƏMA MUĞANNANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

                                 

Səma Muğanna – Qeyb olan açar…

SƏMA MUĞANNANIN YAZILARI

Qeyb olan açar…

Yenə də saatın əqrəbləri,tarixlərdəki rənglər,göy üzündə gizlənən günəş yuxuya qərq olmuşdu.Gənc yazıçı dünyasından atlayıb Bakı şəhərinin ən dərin,ən tozlu küçələrində qaçırdı.Qaçdıqca nəfəsinin tükəndiyini hiss edirdi.Bu tükənən nəfəsdən hər dəfə bir can qopurdu.Deyəsən,yolunu itirmişdi.Yolunu itirsə də,axı niyə öz dünyasından qaçıb,Bakı şəhərinin tozlu küçələrinə gəlmişdi? Sizcə,o yazıçı kim idi? Nə üçün bu qədər yalnız idi? Bu sualların cavabı yazıçıda idimi,yoxsa yox?

 Bu yazını qələmə alan yazıçıdır.Bəli,Səma.Oxucuların tanıdığı,AYB-nin ən gənc üzvü Səma Muğanna.Qələmə alsam da,sizinlə danışan ikinci Səma olacaq.O,sizə taleyini,nağıl dünyasını deyil,sizlərin cavablandıra bilmədiyi sualların cavabını danışacaq.Film izlədiyinizi düşünün.Bu filmdə dram,gərginlik,aqressiya dost olacaq.Gəlin,daha çox danışmadan sözü verim ruh dostuma…

 Kim deyə bilər ki,aqressiya,gərginlik,dram,xoşbəxtlik birlikdə ola bilər? Onlar birlikdə necə bacara bilər? Bu barədə çox oxucularımda sual yaranmışdı,ancaq bu sualın cavabını bu məktubla danışacam:

 İnsanların taleləri bir-birinə bənzəyir.Gündüz-gecə bərabərliyi olduğu kimi təqvimdəki tarixlər,quşların civiltisi,xoşbəxt sevgililər və ölüm belə bir-birinizə bənzəyir.İnsan bədənin iki ruh var.Ölü və canlı ruh.Bu iki ruhu bir anda necə daşıya bilər sualını cavablandırmaq bir az çətin və mürəkkəbdir.Ancaq mən tamamilə başqa bir prizmadan yanaşaraq danışacam.Ölü bədən ruhu insanın yalnız gecə dünyasına gəlir.Bu hal məndə çox yaşanıb.Düşünün ki,insan xarakterlərini yanaşı qoyduqda necə fərqli və bir-birlərinə ziddir? Siyah-bəyaz bir-birinə zidd olsa da,necə gözəl yaraşırlar? Baxın,ölü bədən və canlı ruh da bir-birinə zidd olduğu qədər də yaxındır.Bu o demək deyil ki,insanlar pessimist,xoşbəxt,kədər duyğularını yaşadıqda bu hal yaranır.Xeyr.Bir yazıçı olaraq fikrimi bildirirəm ki,ölü bədənin sizi tərk etməsi sizdən asılı deyil.İndi isə sizə o yaranan yeni tale oyununu danışıram.Bu məktubu oxudunuzsa və artıq yazının hissəyə gəldiyini görürsünüzsə,demək siz də yazıçının qaranlıq və işıqlı dünyasıyla tanış olmusunuz.

  Qələmə aldığım hər bir yazıda qaranlığın və işıqlı dünyanın necə olduğunu təsvir edirəm.Yazılan və hətta dəfələrlə cırılan məktublar olub.Mən onlara baxdıqda bu yanğını,həsrəti,sevgini hiss etmişəm.Çoxları üçün yalnızca kağız parçası ola bilər,lakin mənim üçün bir dünyadır.O kağız parçasında yazılan hər bir söz mənim taleyimin rəngli,rəngsiz fikirlərini qeydə alır.O yazılan hər cümlə filmin yaranmasına kömək edir.Mənim hər günüm filmdir,əziz oxucularım! Başlıqda da qeyd etdim axı düşünün ki,film izləyirsiniz.Dram,gərginlik,aqressiyadan ibarət olan film.Bundan əlavə içində tale oyunu oynayan insanlar və qarışıq fikirlərin gəmidə qalması.Qeyb olan açar və bağlı qapılar.Bu dediklərimin hər birinin fəlsəfi düşüncə tərzi var.Onlar canlı,cansız olması ilə seçilmir.Mən yazıçıyam və onları qələmə alıram.Bəzən obrazlı şəkildə,bəzən isə film kimi..Qarışıq fikirlər gəmidə qeyb olub.Axı necə? Başlıqda qeyd etmişdim ki,yazıçı öz dünyasından ayrılıb Bakı şəhərinin tozlu küçələrinə qaçır.Baxın,o zaman bu qarışıq fikirlər gəmidən qaçıb dənizin ən dərinliklərində yaşamaq üçün çabalayır,çünki tozlu küçələrdə bu fikirlər qeyb ola bilər.Bu fikirlər qeyb olduqda isə insanlar tale oyunlarına keçid alacaqlar.”Tale oyunu” yaşadıqlarımızın təkrarı kimidir.Təkrar-təkrar insanlar o duyğuları yaşayır və yaşadıqca ölü bədən onları izləyir.Baxın,yenə ölü bədənə və canlı ruha keçid aldım.Yollar yenə məni o dərinliyin içinə sürgün etdi.

  Əslində,qələmə aldığım yazı insanların daxili dünyasını və beyinlərindəki düşüncəni ifadə edir.İnsanlar bir-birinə zidd və qarışıqdır.Yazıçının da bu cür qarışıq fikirlərə qapandığı,hətta yolunu belə itirdiyi zamanlar olur.Əsas bu üç dost bizə həmişə kömək olacaq.Unutmayın, “tale oyunu”, “qeyb olan açar” və “fikirlər”

  “Qeyb olan açar” sizin tale oyununuzun dostu da ola bilər,düşməni də.Bu sizdən asılıdır.Təqvimdəki tarixlər,saatın əqrəbləri davam edir.Əgər bir gün davam etməsə,demək siz Bakı şəhərinin tozlu küçələrindəki işıqlı dünyaya xəyanət etmisiniz.Deyəsən,Tanrım məni səsləyir.Getməliyəm.Hələlik!

                

Müəllif: Səma MUĞANNA

Gənc yazar, AYB üzvü.


SƏMA MUĞANNANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Səma Muğanna – Tanrının elçisi

SƏMA MUĞANNANIN YAZILARI

Tanrının elçisi

Yenə saatın əqrəblərini sayıram.Sayıram ki,bəlkə geri dönüb yaşaya bilmədiyim ən gözəl xatirələri o saat əqrəbinin hər dəqiqəsinə qeyd edim.Bəzən anlatdıqca elə hiss edirəm ki,bu qəribə duyğular məni izləyir.Bəzən onlarla söhbətləşirəm,hətta danışıb gülürəm.Çox qəribədir.

Bu gün yenə saatın əqrəbləri bir-birini izləyərkən mən  susmuşdum.Nədənsə,saat 00:00 olan kimi saatın əqrəbləri də dayandı.Tik-tak səsləri duyulmadı.Hiss etdim ki,duyğularım da məndən qaçır.O an səs eşitdim.Gözlərimi qapadıb həmin anı yaddaşımın ən dərin hissəsində təsvir etdim və səslə birgə addımladım.Bu suala mütləq cavab tapmalıydım. “Mən hara gedirəm? Bu səs nədir?” Bu sualın cavabını tapmaq üçün heç nə demədən yalnızca addımlayırdım.

 Yolların hər birində məktublar vardı.Bu qəribə və gizli olan məktubların heç birini açmadan qaçırdım,ancaq birdən gözləyib qarşıma son çıxan məktuba diqqətlə baxdım.Qorxu və həyəcanla gözlərimi açıb məktubu oxumağa başladım.Məktubda yazılan:

Gənc qızın göz bəbəklərindəki yollar o qədər dərindir ki,hansı yoldan qaçacağını belə itirir.Yoxsa siz bilmirdiniz ki,göz bəbəklərində minlərlə yol var? Göz bəbəklərində açılan,yaxud qapanan yollar yoxdur,sirrli qalan və şirin yalanlara məhkum edilən insanlar var.Bu yolların zamanla hesablanması da elə fizika,riyaziyyat kimi dərindir.

  Sizcə,bu gənc qız kim idi? Kim onu izləyirdi?

  -Tanrım,səsimi duy! Saatın əqrəbləri niyə bir-birini izləmir? Niyə mən buradayam?

   Sanki Tanrı birdən səsimi duydu və göy üzünün ən dərinliklərindən göründü.Simasında gizlənən kədər qarışıq təbəssümlə məni izləyirdi.Əllərini mənə uzadıb buludların arasına aldı.

-Əzizim Səma,sənə göndərilən məktub da özü bir fəlsəfədir.Bu fəlsəfənin baş rolunda iştirak edən sənsən.Ancaq unutma ki,baş rolda olsan belə sənin bu gün burada olmağına bir səbəb var.

-Səbəb nədir axı,Tanrım?

-Sənin ruhunda gizlənən ölü bir bədən var.Bu ölü bədən sənin bütün varlığına yayılıb və səni yaşamağa icazə vermir.Bu ölü bədənlə necə yaşamaq olarmı?

-O haradadır? Mən niyə görmürəm?

-Sən onu heç vaxt görə bilməyəcəksən,əzizim Səma.İndi isə səni bu məktubla baş-başa qoyuram.Bir azdan qibləgahın da gələcək…

  O an hiss etdim ki,sanki bütövlükdə ölü bədən ruhumdan qopub düşdü.O ölü bədən kim idi? Baba,hardasan? Bax,saat yenə 00:00 göstərir.Saatın əqrəbləri susub.Sən olmadan yenə bu saatın əqrəbləri susub,ovuclarımda gizlənən insanların sözləri boğulub küçələrə qaçmaq istəyir.Hardasan?

  “Hardasan?” sözünü dediyim an etibarilə qibləgahım göy üzünün evində peyda oldu.Əlində sazıyla ruhani havasının sədaları altında mənə gülümsədi.O an hiss etdim ki,Tanrının da dediyi kimi ölü bədən ruhumdan çıxmadı,qopub düşdü…Ovuclarımda gizlənən yalan,acı dolu sözlər addımlayıb getdi.Saat 00:00 keçmişdi.Yenə saatın əqrəbləri bir-birini izləyərək rəqs edirdi.Sanki qibləgahımın gəlişi kainatı yuxudan oyandırmışdı!

  Bu gün qibləgahımın doğum günüdür.Göylərdəki doğum günün mübarək,əziz babam! Qələmimin padşahı sən olmusan,bu gündən sonra da elə olacaq! Tanrının da dediyi kimi fəlsəfi düşüncələr beynimdə gizlənən fikirlərin qatara minib getməyini gözləyirdi.Sənin gəlişinlə birgə onlar qatara,mən isə dünyama geri döndüm.Ruhən yanımdasan ki,mən özümü güvəndə hiss edirəm.Ruhun şad olsun,Tanrının elçisi!

Müəllif: Səma MUĞANNA

Gənc yazar, AYB üzvü.


SƏMA MUĞANNANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Azərbaycan tarixində unudulmaz dövlət rəhbəri Ümumilli Lider Heydər Əliyev

                                   Heydər Əliyev

  Azərbaycan tarixində unudulmaz dövlət rəhbəri,böyük qurucu,böyük yaradıcı,idarəçiliyi,ordu quruculuğuna rəhbərliyi ilə seçilən Heydər Əliyev! Azərbaycan xalqının ürəklərini fəth edən,respublikanın dirçəlişini,eyni zamanda müstəqilliyini qoruyan böyük şəxsiyyət.

  Bəli,Heydər Əliyev Azərbaycan Respublikasının Ümumilli Lideri,dünya şöhrətli dövlət rəhbəri olmaqla yanaşı,xalqın gözü,dayağı,ürəyi olub daima.Necə ki,Şuşa Qarabağın göz bəbəyidirsə,eynən Heydər Əliyev də Azərbaycan xalqı üçün elədir.Böyük çağırışla,təmtəraqla,neçə-neçə şairlərimizin,yazıçılarımızın qələmlərinin sözü söylədiklərimin canlı sübutudur.Qeyd edim ki,şair Eldar Əliyev Heydər Əliyevə həsr etdiyi “Sönməz Günəş” poemasında onun elmə,incəsənətə,mədəniyyətə olan sevgisini və bağlılığını poemada əks etdirib.Heydər Əliyev Azərbaycan xalqının ilk memarı,sönməz ocağıdır.Bu bütün həqiqətləri açıq şəkildə ifadə edir və sübuta yetirir.Bu sübutlardan bir çoxunu qeyd etmək istəyirəm:

1969-cu ildə respublikadamızda:

  1. 12 peşəkar teatr
  2. 5 konsert müəssisəsi
  3. 1535 klub müəssisəsi
  4. 17 park
  5. 29 muzey
  6. 79 musiqi məktəbi

2003-cü ildə respublikamızda:

  1. 27 peşəkar teatr
  2. 210 mədəniyyət və istirahət parkı
  3. 3066 klub müəssisəsi
  4. 159 muzey
  5. 232 uşaq musiqi və incəsənət məktəbi
  6. 30-dan çox dövlət rəsm qaleyerası və bədii sərgi salonu
  7. 4124 kitabxana
  8. 13 konsert müəssisəsi

Ümummilli liderimiz Azərbaycan xalqının tarixinə,mədəniyyətinə böyük diqqət,qayğı və sevgiylə yanaşmasının canlı sübutu bu faktlardır.Millətimizin qan yaddaşına hopması zaman-zaman yaşaması üçün öz qayğısını heç vaxt əsirgəməmişdir.Bununla bərabər ulu öndərimiz respublikada fəaliyyət dövründə musiqi,balet,teatr,kino sahəsində uğur qazanan istedadların ölkədən kənarda tanınması üçün məqsədyönlü tədbirlər də keçirilmişdir.Hələ Sovet İttifaqı dövründə Azərbaycanın professional musiqi sənətinin baniləri 

Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin,SSRİ xalq artisti, professional vokal

sənətimizin banisi kimi tanınan Bülbülün,SSRİ xalq artistləri Qara Qarayevin, Niyazinin, Fikrət Əmirovun, xalq şairi Səməd Vurğunun, xalq yazıçısı Mirzə İbrahimovun ayrı-ayrı yubiley tarixlərinin təkcə Bakıda deyil, başqa şəhərlərdə də təntənə ilə keçirilməsinə nail olmuşdur. Bununla yanaşı, 

dramaturgiyamızın banisi Mirzə Fətəli Axundovun, böyük dramaturq Cəfər Cabbarlının,SSRİ xalq artistləri Şövkət Məmmədovanın, Mirzağa Əliyevin və onlarla başqa istedadlı sənətkarlarımızın, eləcə də Azərbaycan mədəniyyətinin 

inkişafında xüsusi yer tutan ayrı-ayrı məbədlərin tikilməsi,Akademik Milli Dram Teatrının, Naxçıvan Dövlət Dram Teatrının, Azərbaycan Dövlət Rus Dram Teatrının,

Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin yubiley tarixləri respublikamızda təntənə ilə qeyd 

olunmuşdur.

    Heydər Əliyev Azərbaycan tarixində unudulmaz bir iz qoyub getdi,ancaq ürəklərdə daima yaşadı və yaşayır da.Bayaq da qeyd etdiyim kimi Eldar Əliyevin “Sönməz Günəş poemasından” bir sitat gətirmək istəyirəm:

   Hər anı uğulu,hər anı nurlu,

  Ulu Heydər yolu yollu,cığırlı,

 Sözlər sinəmboyu çallı,çağırlı,

Elə şənlik qurdu müqəddəs ümdə,

Özümə mat qaldım,inan özüm də,

Axı doğurdanmı bu yazan mənəm?

Nahaqdan Koroğlu deməyib mənəm.

Qələm çəkir məni öz meydanına,

Hünər meydanına,söz meydanına!

Eldar Əliyevin qələmində söylədiyi tükənməz sevgisi,eynən Azərbaycan xalqı üçün də keçərlidir.Ulu Öndər tək siyasətdə deyil,ədəbiyyat sirrlərinə dərindən bağlı olub.Ədəbiyyatın sönməz çırağını qoruyanlardan biri Heydər Əliyevdir.O xalqımızın öz mədəniyyəti,incəsənəti,milli-mənəvi dəyərlərini dünyaya tanıtmışdır.Milli mənəvi dəyərlərimiz qədim zamanlardan bugünki dövrümüzə qədər inkişaf etmiş və töhfələr qazanmışdır.Ulu Öndər deyirdi: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır,sayılır və dünya xalqları içərisində fərqlənir”. Bu fikir illər boyu nəsildən-nəslə keçərək duyulub,yayılıb.Bununla bərabər Ulu Öndər hakimiyyət dövründə xalqın mədəniyyət beşiyini qorumuş və inkişafını daima diqqət mərkəzində saxlamışdır.

   Mədəniyyət tək hakimiyyətin formalaşması deyil,elə dövlətçiliyin də formalaşması deməkdir.Heydər Əliyev də əzmlə çalışaraq bu mədəniyyəti inkişaf etdirmişdir.Məhz Heydər Əliyevin diqqəti,qayğısı sayəsində bəstəkarların,teatr xadimlərin,teatr kinematoqrafların konfraslarda iştirak etməsində,mədəniyyətin bir neçə sahə üzrə gələcəkdə uğur əldə etməsində böyük rolu vardır.

   Gəlin,başqa bir prizmadan yanaşaq.Mədəniyyətin qolları ağacda olan meyvələr kimidir.Teatr,musiqi,poeziya və s.hər biri ayrı-ayrılıqda maraqlı və əhatəlidir.Mədəniyyət tək cəmiyyəti formalaşdırmır.İnsandan yeni bir ruhun,xarakterin meydana gəlməsində də rol oynayır.Hal-hazırki dövrdə klassik şairlərimizin,bununla bərabər bəstəkarlarımızın,yazıçılarımızın bizə bəxş etdiyi xəzinələr mədəniyyətin ruhu,qanı,canıdır.Heydər Əliyev də milli mədəniyyətimizə olan sevgisi,göstərdiyi xidmətləri nəticəsində hal-hazırda Azərbaycan xalqı sayılıb seçilməkdədir.

   Ulu Öndər rəsssamlıq sənəti ilə bərabər digər incəsənət sahələrinin inkişafında böyük rolu olmuşdur.Yeni sərgi,salonları,muzeylərin yaradılması bu söylədiklərimin canlı sübutudur.Daha sonra musiqi sənətimizin inkişafında xüsusi qayğı göstərməsi ilə musiqişünasa,bəstəkarlara Prezident təqaüdü verilməsi,bir çoxunun “Şöhrət” ordeni ilə mükafatlandırılması Ulu Öndərin mədəniyyət ocağına olan sevgisindən xəbər verir.Ruhuna hopmuş sənət parçalarının hər biri onun əsil unudulmaz rəhbər olduğuna səsləyir.Arif Məlikov,Müslüm Maqomayev,Zeynəb Xanlarova,Arif Babayev kimi musiqi xadimlərimizin “İstiqlal”  ordeninə təltif olunması musiqişünaslara,musiqi sənətinə olan sevgidən xəbər verir.

   Mədəniyyətin qolları bir-birlərindən bərk-bərk yapışıb.Bəlkə də elə olmasaydı mədəniyyət ocağımız bu cür inkişaf edə bilməzdi.O sevgini,bağlılığı yaradan da Ulu Öndərimiz-Heydər Əliyev olub.

Teatr müqəddəs  yerdir!  İnsanların mənəvi cəhətdən    formalaşmasında teatr  həmişə çox  böyük rol oynamışdır.   (Heydər Əliyev)

  Ən sevdiyim sənət sahələrindən biri olacaq Azərbaycanın film fəaliyyətidir. Azərbaycan kinolarının böyük bir inkişafa sahib olması da Heydər Əliyevin adı ilə bağlıdır.Çoxlarına məlumdur ki,bir sıra filmlərimizin yaranmasında Ulu öndərin xüsusi və şəxsi təşəbbüsü olmuşdur.Mehdi Hüseynzadənin “Uzaq sahillərdə”, İsa Muğannanın “Nəsimi”, Xürrəmilər dövrünü əks etdirən “Babək” və s.filmlərin yaranmasında,sovet senzurasından keçməsində Heydər Əliyevin rolu böyükdür.

  Teatrlarımızın fəaliyyətinin genişlənməsində,insanların sənətə bu cür maraq göstərməsi həqiqətən də qürurvericidir.Heydər Əliyev teatrı çox sevirdi.Hər tamaşadan sonra yaradıcı kollektivlə görüşlərin keçirilməsində iştirak edir,həmsöhbət olur,sənət adamlarının məsuliyyətlərini birəbir artırır və insanlarda maraq və həvəs oyadırdı.

 1981-ci ildə görkəmli dramaturqumuz İlyas Əfəndiyevin “Xurşud Banu Natəvan” pyesinin tamaşasına Azərbaycan KP MK-nin büro üzvləri ilə birlikdə baxan Heydər Əliyev əsərin və tamaşanın orijinal  təhlilini vermiş, ifaçılara öz fikirlərini söyləmişdi:  “ Siz ilk növbədə Natəvan bu şairə haqqındakı şaiyələrə son qoydunuzNatəvanı gözəl Azərbaycan qadını kimi bizə təqdim elədiniz, bununla yanaşı, gözəl xan qızının timsalında siyasi baxımdan onun xan qızına layiq hərəkətləri ilə bizim şərq qadınlarının obrazını yarada bildinizMən buna görə sizə sağ ol deyirəmHəm son monoloqunuza görə sağ ol deyirəm”. Sonralar da ayrı-ayrı vaxtlarda H.Əliyev Azərbaycan teatrının “Xəyyam”, “İblis”, “İnsan”, “Dəli yığıncağı”, “Fərhad və Şirin”, “Darıxma, ana”, “Aydın” və s. Tamaşalarına  baxmış, yaradıcı heyətə öz dəyərli tövsiyyələrini vermiş, onları yeni yaradıcılıq uğurlarına ruhlandırmışdı.

  “ Qayıdış” adlı sənədli televiziya filmində Heydər Əliyev deyir:

   “13-14-15 yaşlarında Naxçıvan Dövlət Teatrının tamaşalarına çox böyük həvəs və maraqla baxırdım. İbrahim Həmzəyevin ifa etdiyi rolların vurğunu idim. Sonralar eşitdim ki, İ.Həmzəyev dram dərnəyi təşkil edib. Mən o dərnəyə yazıldım və həvəslə iştirak etdim.

     Mən teatrla gənc yaşlarımdan məşğul olmuşam. Baş rollarda oynamışam. Mən həmişə teatra yaxın və bağlı adam olmuşam. Bu ötəri hiss deyil, içimdən gələn bir məhəbbətdir. Teatrı çox sevirəm. Teatra məhəbbət mənim içimdə var”.

 Heydər Əliyevin teatra,musiqiyə,incəsənətə bütövlükdə göstərdiyi xidmətlər unuldulmazdır.Azərbaycan xalqı daima öz mədəniyyəti ilə sayılıb,seçilib,fərqlənib.İndiyə kimi bu cür şəxsiyyətlərin yaşaması və miras qoyduqları xəzinələrdən milyonlarca gənclər faydalanır,məlumatlar əldə edir.Bəşəriyyətimiz gözəlləşir,çiçəklənir.Yurdumuza can,nəfəs gəlir.Mədəniyyətimiz inkişaf edirsə,demək milli-mənəvi dəyərlərimiz də dəyərləndirilir.Milli-mənəvi dəyərlərimizi qorunması da Heydər Əliyevin sayəsindədir.

  Ədəbiyyatımıza da xüsusi yer verilməsi yazıçı və şairlərimizin qələmlərində görünür.Bəxtiyar Vahabzadə,İsa Muğanna,Fikrət Qoca,Nəriman Həsənzadə şair və yazıçılarımızın da “İstiqlal” ordeninə layiq görülməsi Heydər Əliyevə məxsusdur.

   Heydər Əliyevin hakimiyyəti dövründən bugünki dövrümüzə qədər tariximiz,ədəbiyyatımız,ordumuz,mədəniyyətimiz daima inkişaf etmiş,inkişafda olmuşdur.Şuşada keçirilən “Vafiq poeziya gecəsi” və s.kimi tədbirlərimiz daima xalqımızın öndə olduğunuz ən başlıca xüsusiyyətlərindən biridir.Heydər Əliyev Şuşanı daima qorumuş,onu Qarabağın göz bəbəyi kimi qiymətləndirmişdir.Şuşa işğal altında olduqda da belə bizim xalqın ürəyində həmişə Xarı Bülbülün yurdu,məskəni,Qarabağımızın göz bəbəyi olaraq yaddaşlara hopubdur.Yetirmələrindən olan Xurşidbanu Natəvan,Üzeyir Hacıbəyli,Xan Şuşinski,Cabbar Qaryağdıoğlu və s.sənətkarlarımız da bir inci qoyub gediblər.

  Heydər Əliyev xalqımız üçün unudulmaz bir iz qoyub getdi.O ürəkləri fəth etdi,yaddaşlardan isə heç vaxt silinmədi və unudulmadı.Ruhunuz şad olsun,Ulu Öndər!

                             

Yazını hazırladı: Səma MUĞANNA

Gənc yazar, AYB üzvü.


SƏMA MUĞANNANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MƏNİM MÜKAFATIM

SƏMA MUĞANNANIN KİTABLARI

Mənim mükafatım

 Həyatımdakı xoşbəxt günlər,demək olar ki,çox olmayıb:barmaqla sayıla biləcək qədər Tanrı tərəfindən mükafatlandırılmışam.Ən birinci mükafatım,xoşbəxtliyim ustad İsa Muğannanın varisi olmağımdır.İkinci mükafatım isə atamın sözləri ilə desəm anam-onun cəfalı Firuzəsi olub.Bu iki insan mənim ilk sevgim,həyat amalım olublar.Cismən ayrı olsaq da,ruhlarının daima ətrafımda dolaşdığını hiss edirəm.İşıqları ilə isinir,xəyalları ilə dərdləşib söhbətləşirəm.Yuxularımda görüşür,məsləhət alıram.Biri qibləgahım,o biri xanımlıq simvolumdur.Bu gün də onların xəyallarının hamımızın bir müqəddəs məbəd saydığı Azərbaycan Yazıçılar Birliyinin ətrafında dolandığını duydum,işıqlarının hərarətindən isindim,sevgilərindən kövrəldim,çünki bu gün qibləgahımın açdığı cığırda yeni bir fidan ədəbiyyatımıza boylanırdı:Bu bizim Balaca xanım idi.İsa Muğanna varisi-Səma Muğanna

 Səma Muğanna mənim qızımdır.Ədəbiyyat aləminə təxminən 2,3 il əvvəl qatılsa da,özünün bir qədər mistik,bir qədər də qəribə,sevgi dolu əsərləri ilə oxucular tərəfindən çox sevilir.Onun haqqında söz demək bir ana olaraq mənimçün həm çətin,həm də məsuliyyətlidir,amma mən Balaca xanıma çox güvənirəm,ona olan inamım sonsuzdur,çünki Səmanın sevdalı dünyasında mən özümü tapıram.

 Bu gün isə Azərbaycan Yazıçılar Birliyində Anar müəllimin otağında Səmanı Rəşad Məcid xüsusi sevgi ilə təqdim etdikdə sanki bu dünyadan ayrıldım,ruhum qanadlandı.Gözümün önündə qibləgahımın xəfif qımışması,anamın sevincdən yaşarmış gözləri canlandı.Bəli,mən növbəti xoşbəxtliyimi yaşayırdım: itmiş dəfn etdiyim arzularım dirilmişdi,həyata qayıtmışdı.Mən Sevinc Muğanna olaraq ən böyük mükafatımı almışdım.Səma AYB-nin üzvlüyünə qəbul olmuşdu.

  Bu möhtəşəm gündə başda bu məbədin böyüyü Rəsul Rza,Nigar Rəfibəyli yadigarı Anara,gənclərə göstərdiyi sevgi və qayğıya görə Rəşad Məcidə,Nazim Əhmədliyə,Zaur Ustaca və adını çəkə bilmədiyim bütün yaxınlarıma,əzizlərimə sevgilərimi və ehtiramımı yollayıram.Səmasevənlər o qədər çoxdur ki,adlarını tək-tək qeyd etmək çox çətindir,mümkün deyil.

 Mənim göyərçin qızım,qoy qələminin sehrindən ovsunlanan səni sevən oxucularının sayı bu dünyaya sığmayacaq qədər sonsuz olsun.Qibləgahımın işığı,nənən Firuzənin xeyir-duası daima yolunu işıqlandırsın.

Müəllif: Sevinc MUĞANNA

Filologiya üzrə fəlsəfə doktoru

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

GƏNC YAZARIMIZ AYB-YƏ ÜZV QƏBUL OLUNDU

Jurnalımızın redaksiya heyəti üzvü gənc yazar Səma Muğanna AYB-yə üzv qəbul olunub. Yazarlar cameəsi adından Səmanı təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, yolunuz daim gül-çicək olsun inşəAllah!

YAZARLAR

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Aqşin Evrən və Xəzər Süleymanlının “Ayrılıqların təkrarı” romanında küllərdən doğulan sevgi… – Səma MUĞANNA

Səma MUĞANNA

AQŞİN EVRƏN VƏ XƏZƏR SÜLEYMANLININ “AYRILIQLARIN TƏKRARI” ROMANINDA KÜLLƏRDƏN DOĞULAN SEVGİ…

Talelər, əslində, insanların yaşadığı bir imtahan deyil. Talelər insanların yenidən doğulduğu bir dünyadır. O dünyanın insanları talelərini özlərinin qurduğunu zənn edirlər, ancaq bu belə deyil. O hadisələr, xatirələr yaşanıb və bitib, lakin insanlar onları qəflətən yuxudan oyadıb işgəncə verməyə çalışırlar, ancaq anlamırlar ki, onların taleləri yuxudan oyandığı saatdan hər zərrələrinə hopubdur.

Çoxları taleni bir az nakam sevgiyə, bir az da xəyanətə bənzədirlər. Xeyr, bu belə deyil. Tale ayrılıq və sevginin gücündən yaranan məzlumdur. O məzluma əzab verən də sevgi, yaxud xəyanət deyil, insanlardır. İnsanlar ilk yaşadığı sevgilərini təqvimdə necə təmtəraqla, daxilindən qopacaq bir xoşbəxtliklə qeyd edirlər, ancaq bilmirəm diqqət etmisinizsə, ayrıldıqları günü təqvimdə deyil, yaddaşlarına qeyd edirlər. Bunu bəzən “tale oyunu” adlandırırlar. Daha düşünmürlər ki, günahkar tale yox, elə insanların içində böyüyən sevgi və xəyanət məxluqlarıdır. Hansı ki, o sevgi də deyil, ancaq çoxları onu sevgi adlandırırlar. Bu, əslində, onlardan doğulan “ayrılıq”dır. Bir düşünün, necə ki, siyah-bəyaz bir-birinə ziddirsə, eynən sevgi və xəyanət də elədir. Onların nifrətindən doğulan isə ayrılıqdır.

Ayrılıq daima təkrarlana bilər də, bilməyə də. Bu yenə də insanlardan asılıdır. Sevgi və xəyanəti, ən əsası talenin qollarından tutub dörd divara, yaxud parçalanmış bir qəlbə həbs edə bilərsən, ancaq ayrılığı heç vaxt. Ayrılıq təkrarları, yaşanmış hadisələrin bir daha yaşanmağını sevmir, heç vaxt da sevməyib, ancaq onu dinləməyib, bu uzun yolda onunla savaşmağı qərara aldı. Çox savaşdı, həm də ən son dəqiqəsinə qədər. Sonunda qalib gəldi, lakin ömür səhifələrinin bir hissəsində taleyini, dörd divarın arasında isə ayrılığı qoyub, sevgini, yəni Nərmini tapa bildi.

İki əfsanənin birlikdə ərsəyə gətirdiyi xəzinədən danışdığımı yəqin ki, anlamısınız. Xəzinə dedim, çünki bu kitab əfsanələrlə dolu bir xəzinədir. Əminəm ki, müəlliflərin oxucuları da mənimlə həmfikirdilər. Tam səmimi söyləyim ki, romanı ilk aldığım gündən bəri necə olduğunu təxmin etmişdim. Oxucuların çoxu romanın ilk səhifəsini açıb oxuduqda artıq sonunun necə bitəcəyini maraqla və həyəcanla gözləyirlər, ancaq mən bir oxucu olaraq romanın nə sonluğunu, nə də hər səhifəsindən sonra hansı hadisələrlə qarşılaşacağımı deyil, hər sətrinin yaddaşıma hopub, onu analiz etməsini gözləyirdim. Bu duyğunu izah etmək çox çətindir, çünki mən özüm də gənc yazaram. Oxucularımdan aldığım fikirlərlə yanaşı, onların hansı emosiyaları yaşadığını, hansı duyğulara qapandığını həm anlayıram, həm də anlamıram. Əksinə, bəzən sual doğurur məndə, eynən Aqşin Evrən və Xəzər Süleymanlı kimi. Hər dəfə oxuyarkən təkrar-təkrar analiz edir, nəticə çıxarır və o hadisələrin ətrafında dövran edirəm. Onu deyə bilərəm ki, müəlliflərin xəyal gücünə əhsən!

Reallıq və mistikanın vəhdət təşkil etməsi məni heyran qoydu. Romanı oxuyub bitirdikdən sonra belə dodaqaltı bu fikirləri təkrarən söylədim: Xəritə, Mehran, Ofeliya və Nərmin. Ayrılığın birləşdirdiyi talelər. O talelərə bağlı olan xəritə. Sizcə, o xəritə kimdir axı?

O xəritənin kimliyini mən deyil, bağlı qapıların arasında gizlənən sirlər, gözlənilmədən baş verən ayrılıqlar və Mehran ilə Nərminin daxilində itib-batan “Antik tənhalıq” mağazasında dərin yuxuya dalan mücrü açacaq. O mücrü küləyin “açıq” və digər üzünə “bağlı” olan mağazanın taleyinə cavab verməyə çalışırdı, eynən mücrü də Mehran və Nərminin tale nöqtələrini əlinə alıb, xəritənin kimliyini açıqlayacaqdı.

İndi isə başlayaq Mehran və Ofeliyanı ayıran, ancaq Mehranın həyatına günəş kimi doğan Nərminin “Antik tənhalıq” mağazasından. Mən düşünürəm ki, küləyin orada böyük rolu var. Romanda ilk cümləsində deyilir ki, “Külək “Antik tənhalıq” mağazasının qapısından asılmış bir üzünə “açıqdır”, digər üzünə “bağlıdır” yazılan lövhəni o tərəf-bu tərəfə çevirir, sanki kiminsə taleyi ilə bağlı vacib bir qərar verməyə tələsirdi”.

Bu, çox doğru fikirdir.  Külək bilirdi ki, Mehran xəritəni illərdir ki, axtarır. Onu da bilirdi ki, Mehran xəritəni də, kimliyini də tapsa, Ofeliya onun həyatından çıxmaqla yanaşı, kül olacaqdı. Bilirdi və bilirdi ki, Mehran Ofeliyayla xoşbəxtlik açarını tapıb, növbəti qapıların kilidlərini açarla aça bilməyəcəkdi. Diqqət etmisinizmi, Mehran hər dəfə 1874-cü ilin qış fəslinə qayıtdıqda Ofeliyanın kimliyini unudur və yalnız o xəritənin başlanğıc və son nöqtəsini axtardıqca dəliyə dönür. O evin divarlarının hər küncü, yatağı belə Ofeliyanın ruhuyla lənətlənib. O xəritəyə işgəncə verən də Ofeliyanın “Qan qartalına” bürünmüş lənətlənmiş ruhu idi. Ofeliya həqiqətləri daxilində gizlədib, Tanrının ən uca varlığı olan sevgini geyinmişdi bədəninə. Hər şey bir kənara, sizcə, Ofeliya Mehranı həqiqətən sevsəydi, rəfiqəsi Lamiyənin qardaşı Ramalla qoşulub qaçardı? Əsla! Bu da bir kənara xəritə olmasaydı, həqiqət nə qədər acı da olsa, Mehrana etiraf etməyəcəkdi? Ofeliya anidən yox olub illər sonra həqiqi bədəninə geri döndü və Mehranın gözləri önündə dayandı. Dayana bilərdimi? Yox, təbii ki, dayana bilməzdi…

Mehran Ofeliyanı itirməklə yenidən dünyaya gəldi. Təkrar yaşadığı taleyini yenidən özü yaratdı. O, taleyinin memarı olub, onun üzərində işlədi, eynən xəritə kimi. Elə yeri gəlmişkən romandan bir sitat gətirim: “Keçmişin ardınca qaçmaq gələcəyi sürətlə itirməyin ən asan yoludur”.

Mehran keçmişinin arxasınca qaçırdı. Qaçmaqla bərabər bütövlükdə hər zərrəsini itirir və 30 parçaya bölürdü. 30 parça, 30 insan, 30 ampul. Şifrələnmiş həyat hekayələri, neçə-neçə insanın qurban getdiyi talelər. Sual yaranır ki, 30 ampul nədir axı? Məsələyə bir başqa yöndən baxdıqda özünü Nərminin əmisi, əslində isə doğma atası olan Burxanın dəhşətlər doğuracaq “Medi Sina Mru” klinikasından başlayır. Qəribə bir adla tanınan bu klinika da şifrələnmiş həyat hekayələrinin parçalanmış hallarıdır ki, bu, Mehranla Nərmini birləşdirir.

Klinikanın  adını dəfələrlə oxuduqda həmin hissəyə gözümü avtomatik olaraq zilləyirdim. Demək, tək ayrılıq yox, insanın bütövlükdə yaşadıqları ona təkrarən yaşadılır. Ən dəhşətlisi isə o oldu ki, Burxanın illərdir insan alveri ilə məşğul olmasıdır. Bəlkə də bu vəhşiliyin üstü örtülü qalacaqdı, ancaq Mehran yaddaşına hopan fikirləri bir-bir analiz edib, bu faciəylə bitəcək insan ömürlərinin yarısını da olsa, qurtara bildi. Məni dəhşətə gətirən isə bu klinikanın adı oldu. Klinikanın əsl adı Simurq quşumun olmasıdır. Simurq quşu da kül olub, küllərindən doğulan bir quşdur, həmçinin 30 quşun simvoludur. O 30 quşun hər biri bir Simurq quşudur. Sizcə də bu, möcüzə deyilmi? Bu möcüzə Mehran və Nərminin sevdası idi.

Mehran, Ofeliya, Burxan və Nərminin talelərindən danışdıq. Artıq illər keçdi, saatın dəqiqələri gələcəyi görməyə can atmağa çalışdı, lakin unudulan bir məqam qaldı, o da Nərmin. Nərmin o gün niyə təcili olaraq evini tərk etdi? O, həqiqətən də Mehranı Ofeliya kimi atıb gedəcəkdimi? Bu yeni doğulan suallar necə ki, Mehranı uçuruma sürükləyirdisə də, Ofeliyaya olan şübhələrini də Nərminin üzərinə hədəfləyirdi, ancaq bu o demək deyildi ki, Mehranın Nərminə olan sevgisi azalırdı, xeyr, əksinə, özü də bilmədən daha da çox artırdı. Mən onun necə bir hiss olduğunu çox gözəl anlayıram. Mehranın Nərminin “tapılmayan cəsədi” xəbərini eşitməsi. Burxanın cəsədi məlum idi, ancaq Nərmininki… Bu 3 nöqtəni tamamlamaq belə qeyri-mümkündür. Mehran da bunu bilirdi ki, Nərmin ölə bilməz. Elə bu fikirlə də, o məktubu da, hər şeyi də əlinə alıb uzun yola çıxdı. Qatarın yolu onu ilk xəritəyə, daha sonra Nərminə aparırdı. Mehran bu duyğularla da bərabər irəlilədi və xəritənin də özü olduğunu bir daha təsdiqləmiş oldu.

Mehran xəritəni tapmaqla yanaşı, ondan qopan parçaları da birləşdirib gələcəyə addımladı. Aylar öncə Ofeliyayla daxil olduğu “Antik tənhalıq” mağazasına indi Nərminlə addımladı. Külək həqiqətən də onların taleyi ilə vacib qərarı elə bu gün verdi.

İlkin mənbə: edebiyyatqazeti.az

Müəllif: Səma MUĞANNA


SƏMA MUĞANNANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏMA MUĞANNA – SƏRBƏST

Səma MUĞANNA – gənc yazar

Doğmayan Günəş…

  Bu sabah ömrümün baharında doğan günəşin qollarından yapışıb

   Sənin yolunda qaçıram…

  Böyüməyən qəlbim səninlə yenə qəh-qəhə atıb,

   Acılarını torpağın dərinliyinə gömüb qaçır…

   Bəlkə də acılarından deyil,səninlə olan xatirələrindən qaçır…

   Bir sabah yenə oyandığımda doğmayan günəşi görüb,

    Torpağa basdırdığım acılarımı geri qaytarmaq üçün çarpışıb vuruşuram…

    Qan axıtdığım göz yaşlarım torpağı isladır…

    Bəlkə də o torpağa gömdüyüm sənə olan sevgim olub,acılarım deyil?

    O zaman haram olsun,yaşadığım illər…

    Əgər elədirsə,sən al məndən illərimi ömür parçalarınla birləşdir.

    Titrək,dayanmadan döyünən ürəyinə sıxıb qucaqla onları…

    Hər dəfə qucaqladıqda məni yada sal,çünki…

    Çünki o doğmayan günəşin arxasında gizlənən elə mən özüməm…

    Mən sənin gecələrinin dərmanı,sabahlarının isə acısı,dərdiyəm…

    O doğmayan günəş də mənəm…

    Bir gün yenidən doğulacam…

    O gün…

     Sən gecənin hökmünü əllərinə aldığın zaman olacaq…

* * *

                                   Bağlı qapılar…

Zülmətin qapıları açıqdırsa və mən getməliyəmsə,məni susduran nədir axı?

Niyə mən göz yaşlarıma sahib çıxa bilmirəm?

Niyə mən gizlətdiyim dərdlərimin acısını yaşaya bilmirəm?

Niye mən gözlərimdə yol çəkən illərimi geri gətirə bilmirəm?

Niye axı? Yoxsa..

Yoxsa mən zülmətin qapıları açıq da olsa,yuxusuzluga məhkum olan acılarıml yaşayıb,dərmanı tapılmayan səhərin yalançı təbəssümlə insanların gözünü qamaşdıran günəş olmalıyam?

Demək olmalıymışam…

Demək olmalıymışam ki,səhərləri qəhqəhə ataraq yollandığım küçələr zülmətin hökmü qarşısında aciz qalsın.

Zatən acizdir ki,göz yaşlarım insanların deyil,mənim ölüm fərmanımdır!

Mənim ölüm fərmanımdır,bəli…

Çünki mən göz yaşlarımı zülmətə təslim etməmək üçün hayqıraraq deyil,

içimdə bogub,sonra da yaşadıb

damlaları yavaş-yavaş,aram-aram və heç kəs bilmədən axıtmışam…

Müəllif: Səma MUĞANNA


SƏMA MUĞANNANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏMA MUĞANNA – BÜTÖV ÜRƏK

Səma MUĞANNA – gənc yazar

Bütöv ürək

             Bir gün geri dönəcəyəm… Səndən tək diləyim,bizim səninlə qoruduğumuz tarixləri unutma. Onlar bizə əmanətdir. Biz o tarixlərdə səninlə yenidən qovuşmadıq,düzdü,ancaq biz səninlə yenidən doğulduq…

  Son məktubunda yazdığı söz bu fikirlə bitmişdi. Yenə göz yaşları içində o qatarın gəlişini gözləyirdi.O qapı açılacaq və “mən gəldim” -deyib boynuna sarılacaqdı. İlk idimi bu? Yəni onun boynuna heç vaxt sarılmamışdımı? Yox… Heç vaxt.. Təəccüb doğuran isə tək bu deyildi, onların yaşadığı gizli sevgisi idi.

    Onlar bir-birlərini sözlərlə, baxışlarla sevməmişdi. Onlar qəlbən, ruhən yaxın idi. Uzun zaman öncə, hətta uşaqlıqdan belə. O ikisi dostluq iplərini göy üzünə atıb, sevgi bağına qaçmışdılar. Bu iki gəncin sevdası heç kəsin bilmədiyi, heç kəsin duymadığı və heç kəsin görə biıməyəcəyi bir sevgi idi. Onlar sevgi məbədlərinin çırağını bir gün işıqlandıracaqdılar. Artıq ona doğru addımlayırdılar… Bu çılğın duyğu ikisinin də damarlarına, qanına hopmuşdu. Baxın, bu iki dəli gənc bir-birinə bu cür bağlı idi. Əgər bir gün ayrılsalar, ömür səhifələrində gizlətdiyi fotoları yandıracaq, tarixləri isə siləcəkdilər. Bəs ikisi? İntihara addımlayan yolun uçurumda bir-birlərinə söz verib, ayrılacaqdılar. Əslində, onlar ayrılmaq deyil də, yaşaya bilmədikləri xəyallarını boğub öldürəcəkdilər. Bu iki gənc o gün, o tarixdə yanan çıraqları söndürüb, ürəklərini kül etmişdilər. Bəlkə o ürək aylarca kül olan nəfəsini, döyüntülərini kənara atıb artıq həyatıyla barışmışdı, lakin Tanrı bu sevdalıların parça-parça olmuş ürəklərinin yanğısını yaşaya bilmədiklərini, həsrətlə vüsalına çatmaq istədiklərini bilirdi.Ən qəribəsi isə bu iki sevdalını ürəkləri deyil, bütövləşmiş ruhun sevgi donunu geymiş ürək qoruyurdu. O gün isə bu ürək yenidən bütövləşdi,kül olmuş parçaları isə bir-birlərinə olan sevgisini daha da gücləndirdi. Onlar Tanrının dərgahında ucaya qalxdılar və necə? Sevgiləri uğrunda!

     Dekabr ayına təsadüf edirdi. Soyuq, qarlı qışın vahimə dolu səsi küçələri bürümüş, pəncərələrin bir küncünə sığınmış yavru pişikləri, itləri qovalayırdı. Sanki dil açmışdı rüzgar. Tufan qoparan üsyankar səsiylə ətrafı ovsunlamışdı. O gün bir hadisə baş verdi. Çox qəribə idi. Bu iki gənc soyuq küçələri qarış-qarış gəzərək, donurdular. Artıq ikisinin də gücü qalmamışdı, amma naməlum olan bir səbəb vardı. İkisi də bir-birini görmürdü. İkisi də bağırtı səsləriylə, göz yaşlarıyla bir-birini tapa bilmirdi, yoxsa həqiqətən də rüzgar bu sevgini ovsunlamışdı? Necə yəni, insanların belə öldürə bilmədikləri sevgini rüzgar yox etmişdi? Təbii ki, yox. Bu sadəcə onlar üçün bir sınaq idi.

    Qarlı, çovğunlu havada bir-birinə labirint kimi bağlanmış küçələr bu iki gənci bir-birindən ayrılığa sürgün etmişdi,ancaq onlar bilirdilər ki, bir-birlərini hansı yollarla tapa biləcəklər…

    Heç kəsin düşünmədiyi, ağlının ucundan belə keçirmədiyi yol ilə. Bir-birlərinin ayaq izlərini təqib edərək. Göz yaşları sel olub axan küçələrdə qanlı damlalar vardı. Bu yalnız iki gəncin göz yaşları ola bilərdi. Dediyim kimi onlar bir-birinə ruhən bağlı idi, sözlərlə deyil.

    Və sonunda bir-birlərini tapdıqda. İkisi də donub qaldı. Bir-birinin simalarını diqqətlə izləyib, göz yaşlarına boğuldular. İkisi də həm çox yaxın, həm də çox uzaq idilər, sanki doğma və yadlaşmış insan kimi. O an hər şey susdu. Çılğın, dəli rüzgar belə bu sevgiyə tamaşa etdi.

   Əllərini qəlbinə qoyub, ikisi də eyni anda söylədi: “Tarixlər unudulmur. Avqust, iyun, dekabr və yol. Başlanğıc nöqtəsindən başlayıb, sonsuzluğa addımlayan yol”.

    Bu sözü dedikdən sonra ikisi də qaçaraq, bir-birlərinə sarıldılar. Elə sarıldılar ki, Tanrı gözlərini qapadıb, gülümsəyərək rüzgara işarə etdi…

    Onlar ilk dəfə o zaman sarıldılar. Bir-birlərinə sarılmayan, günlərcə danışmayan bu iki gənc ikiyə bölünmüş ürəyi bütöv etdilər…

Müəllif: Səma MUĞANNA


SƏMA MUĞANNANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

189-190 NÖMRƏLİ MƏKTƏBİN YAZAR ŞAGİRDİ

189-190 NÖMRƏLİ MƏKTƏBİN YAZAR ŞAGİRDİ

“Ot kökü üstə bitər”-deyərlər: məktəbimizin ( #189190nömrəliməktəb ) 10 “B” sinif şagirdi Səma Muğanna kimi. Bu kiçik fidan İsa Muğanna ocağını sönməyə qoymayan kiçik yazardır. Qələmini xəyallar dünyasının fırtınalarında sınmağa qoymayan, məsum ürəyində sevgi ilə nifrəti, xeyirlə şəri çarpışdıran Səma ədəbiyyat aləmində yeni doğan bir günəşdir. Bu Günəşin son zamanlardakı uğurları oxucularının gözünü qamaşdırır, ruhlarını oxşayır. Səma 3 kitab müəllifidir. Sonuncu kitabı “Adam və Papatyanın Tanrıyla görüşdüyü gün” kitabına görə bu günlərdə “Ziyadar” mükafatına layiq görülmüş və “Yazarlar” jurnalının redaksiya heyətinə üzv seçilmişdir. Onu bu münasibətlə təbrik edir, bu çətin, keşməkeşli yolda Səmamıza uğur diləyirik! #189190nömrəliməktəb



SƏMA MUĞANNANIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru