
Nadir Şah Əfşar Kərbəlada
Nadir şah Dağıstandan hərəkət edib Bağdad ətrafına gəldi. Burada olarkən o, Bağdad hakimi Əhməd paşaya məktub yazdı və Həzrət Əlinin (ə) və İmam Hüseynin (ə) qəbirlərini ziyarət etmək istədiyini bildirdi.
Bölgəyə əvvəlki yürüşü zamanı Nadir şah Həzrət Əlinin (ə) məqbərəsinin təmiri və bərpası üçün göstəriş verdi. Bunun üçün Nadir şah 50 min xalis əşrəfi ayırdı ki, məqbərənin qübbəsi və eyvanı qızıla çəkilsin. Bu iş Məhəmməd Hüseyn bəy Qulama və Qəzvin memarı Ağa Nəcəfə tapşırıldı. Məqbərənin təmirində çalışacaq işçilərin əmək haqqının ödənməsi üçün 6 min tümən ağ zər ayrıldı. Dağıstanda olarkən Nadir şaha bu işlərin icra edilməsi haqqında xəbər çatdırıldı. Ona görə Nadir şah həmin ziyarətgahı bir də ziyarət etməklə həm də görülən işlərə baxmaq istəyirdi.
Bir müddətdən sonra Nadir şah əvvəlcə imam Hüseynin (ə) məqbərəsini və digər Kərbəla şəhidliyini ziyarət etdi. O, Kərbəla şəhidlərini ziyarət ayinlərinə mövcud olan ənənə üzrə yad etdi. Sonra Kərbəla şəhidləri ziyarətgahında xidmət edən şəxslərə çoxlu nəzir-niyaz payladı.
İmam Hüseynin qəbri zərli və qiymətli parçalarla bəzədildi. Hindistanda düzəldilmiş olan 12 ədəd böyük qəndil (çilçıraq) İmam Hüseyn (ə) məqbərəsinə bağışlandı və həmin qəndillər məqbərənin qübbəsinə bərkidildi. Nadir şah üç gün ərzində imam Hüseynin məqbərəsinin
ziyarətində oldu, ibadətini etdi, məqbərənin mücavirlərinə və mövləvilərinə şəfqət göstərdi və ehsan verdi.
Nadir şah ziyarətdən geri qayıdanda da göstəriş verdi ki, künbəzin aşağısındakı aynanın kənarında qırmızı mina bərkidilsin və bu qırmızı minanın güzgüdə əks olunan qırmızı rəngi İmam Hüseynin (ə) axıtdığı qırmızı qanı xatırlatsın və ziyarətə gələnlərin qəlbini riqqətə gətirsin..
Aləm Ara-ye Naderi, c.II, … s.886
Mehman Süleymanov “Nadir Şah Əfşar” s.685
İlkin mənbə: Şah İsmayıl Səfəvi
MİLLİ KİMLİK ARAŞDIRMALARI QRUPU
Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru