Kateqoriya arxivləri: TƏHSİL BARƏDƏ

Mahirə NAĞIQIZI ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunub

Professor Mahirə Hüseynova

Professor Mahirə Hüseynova ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunub

Azərbaycan Respublikasının Təhsil nazirinin müvafiq əmri ilə professor Mahirə Hüseynova Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunub.

QISA ARAYIŞ

Professor Mahirə Hüseynova 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olmuşdur. 1968-ci ildə Xalxal kənd səkkizillik orta məktəbin birinci sinifinə daxil olmuş, orta təhsilini Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbində davam etdirmişdir. 1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU-nun) Filologiya fakültəsinə daxil olmuşdur. Təhsil aldığı illərdə xüsusi fəallığı ilə seçilmiş və 1984-cü ildə fərqlənmə diplomu ilə məzun olmuşdur. Məzun olduqdan sonra bir müddət orta məktəbdə müəllim işləmiş, fəaliyyəti dövründə Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülmüşdür. 2003-cü ildə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplom almışdır. 2012-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək “filologiya üzrə fəlsəfə doktoru” elmi adını almışdır. 2015-ci ilin mayında ADPU-nun Müasir Azərbaycan dili kafedrasının dosenti, dekabrında isə müdiri olmuşdur. Mahirə Hüseynova 2017-ci ildə filologiya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. 1 il sonra isə ADPU-nun Müasir Azərbaycan dili kafedrasının professoru seçilmişdir. 2018-ci ildən ADPU-nun “Filologiya” fakültəsinin dekanı vəzifəsində çalışmışdır. Mahirə Hüseynova həmçinin Prezident təqaüdçüsü, “Qızıl qələm” və “İlin alimi” Media Mükafatı laureatıdır. Mahirə Hüseynova 30-dan çox elmi, 15 bədii kitabın və 1000-ə yaxın şeirin müəllifidir. 100-dən çox şeirinə musiqi bəstələnmişdir. 2020-ci ildə Türkiyədə keçirilmiş musiqi festivalında M.Hüseynovanın müəllifi olduğu “Vətəndir” şeirinə məşhur türk bəstəkar Ərdoğan Tozoğlu musiqi bəstələmişdir.

Mahirə Nağıqızı “Filoloq” qəzetini incələrkən

Bu yeni təyinat münasibəti ilə Mahirə xanımı təbrik edir, yaradıcılıqda, elmi və pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzu edirik! Uğurlarınız bol olsun, mahirə xanım!!!


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QURAN DƏRSİ 6

QURANİ KƏRİM

QURANI OXUMAĞI ÖYRƏNƏK

Kəsra ِ İ

Hərfin altında yazılan ِbu işarə kəsra adlanır Kəsra ilə yazılan hərf məksur adlanır və qısa İ səsi ilə oxunur.

حِ – hi خِ – xi جِ – ci ىِ – yi نِ – ni ثِ – si تِ – ti

بِ – bi اِ – İ ضِ – di صِ – si شِ – şi سِ – si وِ – vi

زِ – zi رِ – ri ذِ – zi دِ – di هِ – hi, مِ -mi, لِ – li,

كَِ – ki, قِ – qi, فِ – fi, غِ – ği, عِ – i, ظِ – zi, طِ – ti

حِ – hi خِ – xi جِ – ci ىِ – yi نِ – ni ثِ – si تِ – ti

بِ – bi اِ – İ ضِ – di صِ – si شِ – şi سِ – si وِ – vi

زِ – zi رِ – ri ذِ – zi دِ – di هِ – hi, مِ -mi, لِ – li,

كَِ – ki, قِ – qi, فِ – fi, غِ – ği, عِ – i, ظِ – zi, طِ – ti

“QURAN OXUMAĞI ÖYRƏNƏK” KİTABI ƏSASINDA
DƏRSLƏR MƏMMƏDLİ ÜZEYİR ƏİRHÜSYEN OĞLUNUN

 Tuncay ŞƏHRİLİ TƏRƏFİNDƏN APARILIR.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

PROFESSOR MAHİRƏ XANIM “FİLOLOQ” QƏZETİNİN YENİ SAYINI İNCƏLƏRKƏN

Mahirə Nağıqızı – alim, şair.

PROFESSOR MAHİRƏ XANIM “FİLOLOQ” QƏZETİNİN YENİ İŞIQ ÜZÜ GÖRMÜŞ NÖVBƏTİ SAYINI NƏZƏRDƏN KEÇİRİR.


Təqdim etdi: Tuncay ŞƏHRİLİ 


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ADPU-nun Filologiya fakültəsində “Nizami Gəncəvi İli” ilə bağlı onlayn tədbir keçirilib

Adı ADPU-nun Filologiya fakültəsində Nizami Gəncəvi ili ilə bağlı onlayn tədbir keçirilib.

Aprel ayının 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, professor Mahirə Nağıqızı Hüseynovanın təşkilatçılığı ilə 2021-ci il Nizami Gəncəvi ili ilə bağlı “Varsan, yoxdur sənin mislin dünyada, Özgə şey gətirməz aqillər yada… Nizami Gəncəvi” adlı onlayn tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan ADPU-nun  rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov ilk olaraq qonaqları və tədbir iştirakçılarını salamladı. Filologiya fakültəsinin “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər keçirməsinin gözəl addım olduğunu vurğulayan professor Cəfər Cəfərov iştirakçıların tədbirdən mənəvi zövq alacaqlarına inamını ifadə etdi.
Sonra söz tədbirin təşkilatçısı, Filologiya fakültəsinin dekanı, professor Mahirə Nağıqızı Hüseynovaya verildi.
Professor Mahirə Hüseynova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında 5 yanvar 2021-ci il Sərəncamına uyğun olaraq ADPU-nun Filologiya fakültəsində silsilə tədbirlərin həyata keçiriləcəyini bildirərək qeyd etdi ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi 
lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə fərqlənir.
Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq olub. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən şairin qəhrəmanları içərisində türk, fars, ərəb, çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlirik. Hümanist şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin milliyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xöşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır.
Professor Mahirə Hüseynova onu da qeyd etdi ki, Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin “Nizami ili” elan edilməsi ölkəmizdə klassik ədəbi irsimizə, milli ədəbiyyatımızın görkəmli simalarının irsinin öyrənilməsinə, tanıdılmasına dövlətimizin göstərdiyi xüsusi diqqət və qayğının əməli ifadəsidir.
Bugünkü tədbirdə “Nizami Gəncəvi və din” mövzusunda maraqlı məruzə və çıxışların olacağını nəzərə çatdıran Mahirə Hüseynova sözü qonaqlara verdi.
İlk məruzəçi din xadimi, ilahiyyat elmləri doktoru Hacı Surxay Məmmədli “Nizami Gəncəvi və İslam dini” mövzusunda yaddaqalan məruzə etdi.
Dahi sənətkarın əsərlərindən gətirilən nümunələrlə fikirlərini aydın izah edən ilahiyyatçı alim maraq doğuran fikirlər bildirdi.
Fəlsəfə və Sosialogiya  Akademiyasının rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqubun məruzəsi də dinləyicilər tərəfindən maraqla qarşılandı. Mail Yaqub Nizami Gəncəvinin bir çox misralarının geniş izahını verdi, Nizami dühasının sirli sətirlərini təhlil etdi.
Sonra məruzə etmək üçün söz İlahiyyat İnstitutunun Dillər və ictimai elmlər kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent İlkin Əlimuradova verildi. Nizami və sufizm mövzusunda əhatəli məruzə edən İlkin Əlimuradov Nizami Gəncəvidən gətirilən nümunələrlə bir çox məqamlara aydınlıq gətirərək məzmunlu məruzəsi ilə tədbir iştirakçılarının diqqətini çəkdi.
Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisi kafedrasının baş müəllimi Əli Rzazadənin məruzəsi də maraqla qarşılandı. O, Nizami Gəncəvi “Xəmsə”sində dini kəlamların işlənmə xüsusiyyətləri və məqamları haqqında aydın izahlar verdi.
Sonra çıxış üçün söz Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun  dosenti Aygün Əlizadə verildi. Nizami Gəncəvi “Xəmsə”sində bir çox beytlərin təhlilini verən Aygün Əlizadə çıxışını slaydlarla daha da maraqlı etdi. Fars dilində yazılmış beytlərin ana dilimizdə tərcüməsini verərək tədbir iştirakçılarını Nizaminin söz səltənətinə kiçik səyahət etdirdi.
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi İran filologiyası kafedrasının baş müəllimi Cavanşir Məmmədzadənin çıxışı da böyük maraqla qarşılandı.
Sonra ADPU-nun Filologiya fakültəsinin tələbə və magistləri məruzəçi və çıxışçılara suallar verdilər, dahi sənətkarın yaradıcılığı ilə bağlı onları maraqlandıran suallara əhatəli və qane edici cavablar aldılar. 

TƏDBİRİN TƏŞKİLİ VƏ GEDİŞİNİ ƏKS ETDİRƏN FOTOLAR:

 Daha sonra tədbirin bədii hissəsinə keçid oldu.
Professor Mahirə Nağıqızı Hüseynovanın təşəbbüsü ilə Filologiya fakültəsinin nəzdində yaradılan “Meh” ədəbi dərnəyinin üzvləri dahi şairimiz Nizami Gəncəvinin söz xəzinəsindən biri-birindən gözəl şeirlər söylədilər, yaddaqalan çıxışlar etdilər.
Tədbirin sonunda Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova  tədbirə dəvətlərini qəbul edib gələn qonaqlara və “Meh” ədəbi dərnəyinin üzvlərinə təşəkkürünü bildirdi.


Təqdim etdi: Tuncay ŞƏHRİLİ 


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ARAZ ŞƏHRİLİ – BAYAT

BAYAT ELİ = “BOYAT ELİ”

Dədə Qorqudun, Muhəmməd Füzulinin, Oruc bəyin mənsub olduğu məşhur bayat boyu Azərbaycan xalqının da etnogenezində kifayət qədər önəmli rol oynamışdır. Qədim türk məsəlində deyilir ki, oğuz elinin başında bayat və qayı boyları dayanır.
Bəs monqol bayatları haqqında nə bilirik?
2010-cu ilin statistik məlumatına əsasən, Monqolustanda 56.573 nəfər bayat yaşayır. Monqolustanın Ubsu-nuur gölündən Xyarqas-nuur gölünədək geniş ərazilərinin əsas əhalisi bayatlardır. Monqol bayatları monqol dilinə yaxın olan oyrat dilində danışırlar. Monqolustanın bayat boyunun bəzi qəbilələri:

  • xurd;
  • savar;
  • çono;
  • xasaq;
  • baarin;
  • bulqadar;
  • baranzuud;
  • qalzad;
  • noyon;
  • tsooxor (tsoxur);
  • xoşud.


Daha vacib və maraqlı, elmi şəkildə müxtəlif mötəbər mənbələrə istinad olunaraq əsaslandırılmış məlumatları  Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər” kitabından əldə etmək olar.


Müəllif: Araz ŞƏHRİLİ


===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.r

QURAN DƏRSİ 5

QURANİ KƏRİM

QURANI OXUMAĞI ÖYRƏNƏK

تَصَر قَتَهَ لَكَ مَعَ كَتَبَ

نَؤَلَ عَبَد ضَرَبَ خَاَقَ ظَلَمَ

بَدَأَ وَعَد ذَهَبَ ضَدَقَ مَكَسَ

“QURAN OXUMAĞI ÖYRƏNƏK” KİTABI ƏSASINDA


DƏRSLƏR MƏMMƏDLİ ÜZEYİR ƏMİRHÜSYEN OĞLUNUN

 Tuncay ŞƏHRİLİ TƏRƏFİNDƏN APARILIR.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür

31 mart Azərbaycanlıların Soyqırımı Günü

TARİXİN QAN LƏKƏSİ

1998-ci ildən başlayaraq, hər il Azərbaycan Respublikasında 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur, soyqırım qurbanlarını anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti bu məsələyə cəlb olunur. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi:

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bütün ağrı-acılar, qanlı-qadalı illər arxada qalsın Azərbaycanımız bütövləşsin, yaraları sağalsın, İn-şəa-Allah!!! Bu gün bütün bu sətirləri oxuyanların hamısına günü-gündən böyüyən, dirçələn, çiçəklənən bir Azərbaycan görməyi arzu edirəm!!! Acılarımız böyükdür bütün bunlardan sıyrılıb önə baxmaq, irəli getmək vacibdir. Bunun üçün uşaqların, xüsusi ilə qız uşaqlarının təhsilinə ciddi fikir vermək lazımdır. Bu günün təhsilli qız uşaqları sabahın sağlam və güclü anası, həyat yoldaşına dayaq ola biləcək Azərbaycan xanımlarıdır. Əgər inkişaf etmək istəyiriksə daim bu vacib məsələyə xüsusi diqqət göstərməliyik!!!


Baş redaktor:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Günay Əliyeva – Osloda Çingiz Abdullayevlə görüş olub

Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev.

Osloda Çingiz Abdullayevlə görüş olub

«Mənim dilim -Ana dilim» layihəsinin bu dəfəki qonağı xalq yazıçısı Çingiz Abdullayev olub. Dedektiv janrda yazan Ç. Abdullayevin əsərləri Azərbaycanla yanaşı,dünyanın bir sıra ölkələrində xaric dillərə tərcümə edilərək, geniş bir oxucu sevgisi qazanıb.  Belə ki, Ç. Abdullayevin əsərləri Norveçdə də  oxucuların rəğbətini qazanıb  və  sevilib. İki dəfə Norveçə səfər edən Ç. Abdullayev Osla və Bergen şəhərlərində oxucularla görüş keçirib və imzalı kitablarını onlara təqdim edib. Yazıçının dediyinə görə Skandinaviya ölkələri  əsərlərinin çox oxunduğu ölkələr sırasındadır.

 Bu dəfə  isə Ç. Abdullayevin Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbinin  şagirdləri ilə zoom  görüşü olub.  Qeyd edək ki, bu görüş  Novruz bayramı günü məktəbin şagirdlərinə və valideynlərə dəyərli və gözəl bir hədiyyə olub. Ç.Abdullayev Osloda dahi şairimiz Nizami Gəncəvinin adını daşıyan həftəsonu məktəbində ana dilinin tədris edilməsini müsbət qiymətləndirib və bilirib ki, ana dilini uzaq Skandinav ölkəsində uşaqlara öyrədilməsi, onlarda ana dilinə olan  sevginin artmasına səbəb olacaqdır. Ç.Abdullayev müasir dövrdə dünyaya çıxmaq ,müəyyən bir mövqey və status əldə etmək üçün uşaqların ana dili ilə yanaşı,  bir neçə xarici dil bilməsinin vacib olduğunu söyləyib. Kitabların uşaqlar üçün zəngin bir bilik mənbəyi olduğunu deyən yazıçı,anacq kitabların köməyi ilə uşaqların lazımi bilikləri  əldə edə biləcəyini qeyd edib. Bu gün artıq Avropa ölkələrində olduğu kimi Azərbaycanda da  müasir  kitab evlərinin olduğunu deyən Ç. Abdullayev  valideynləri uşaqları bu cür məkanlara tez-tez aparmağa  və kitabları onlara kiçik yaşlarından  sevdirməyə səsləyib.

Ç.Abdullayev  ölkəmizdə Vətən Müharibəsi getdiyi bir vaxtda Rusiyanın müxtəlif telekanallarında dəfələrlə çıxışlar edib,Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırıb və  erməni yalanlarını ifşa edib.

Görüşdə vətənpərvərlik mövzusuna da toxunan Ç.Abdullayev ölkəmizin 44 günlük Vətən Müharibəsində sonra qazandığı böyük qələbənin  xalqımızın tükənməz vətən sevgisinin,fədakarlığının və əzimkarlığının nəticəsi olduğunu   bildirib. Yazıçı qeyd edib ki, Azərbaycandan kənarda yaşayan uşaqlarımızla  yazıçı və şairlərimizin görüşünün təşkili onlarda vətnpərvərlik hissinin və Vətən sevgisinin güclənməsi üçün əsas  vasitə və zəmin  ola bilər.

Aysel  İsazadə Ç. Abdullayevin portretini çəkib.

Görüşdə iştirak edən  Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbinin  və Yevlax rayonu Nizami Gəncəvi adına  Malbinəsi tam orta məktəbinin şagirdləri söylədikləri, şeir, mahnı və çəkdikləri rəsmləri  ilə görüşə xüsusi bir rəng qatıb  və onların çıxışları  maraqla qarşılanıb.Beşinci sinif şagirdi Aysel  İsazadə Ç. Abdullayevin portretini çəkib və görüşdə yazıçıya təqdim edib.  Və  digər beşinci sinif şagirdi Nuran Həsənzadə ifa etdiyi “ Bayram axşamları”  mahnısı ilə görüşə xoş əhval-ruhiyyə qatıb. Milli geyim  ilə görüşümüzə qatılmış birinci sinif şagirdi İnci Əliyeva geyimi və söylədiyi şeiri ilə həftəsonu məktəbinin şagirdlərinin marağına səbəb olub. Aylan Süleymanlı,Rəhimli Miran,Əli Vəlizadə və digər uşaqlarda görüşdə maraqlı çıxışları ilə yadda qalıblar. TƏDBİRDƏN FOTOLAR:



Müəllif: Günay ƏLİYEVA


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AYƏTXAN ZİYAD MÜKAFATLANDIRILDI

Ayətxan Xiyad – İsgəndərov “Ziyadar” Mükafatına layiq görülüb – N: 066 25.03.2021.

Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, yazıçı-jurnalist, tədqiqatçı Ayətxan Ziyad (İsgəndərov)un şair-publisist Zaur Ustacın yaradıcılığında uşaq şeirlərinin yeri, onun uşaq dünyası və yaratdığı uşaq obrazları haqqında təhqiqat materiallarından ibarət “Zaur Ustacın uşaq dünyası” adlı yeni kitabı işıq üzü görüb. “Yazarlar” jurnalı ənənəyə sadiq qalaraq müəllifi yeni kitabların nəşrinə görə verilən “Ziyadar” Mükafatı ilə təltif edib: AYƏTXAN ZİYAD N: 066 25.03.2021. – BAKI.

Ayətxan Ziyad (İsgəndərov) – yazıçı-jurnalist, tədqiqatçı

Bu münasibətlə Ayətxan müəllimi təbrik edir və yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun, Ayətxan müəllim!!!


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – STEREOTİPLƏRİ YOX EDƏN ADAM – İ. VƏLİYEV

Vəliyev İlham Əli oğlu – İqtisad elmləri namizədi, dosent.

ON  İKİNCİ  YAZI

Salam olsun, çox dəyərli oxucum. Uca Yaradana dünyadakı kəlmələrin sayı qədər şükürlər olsun ki, Sizinlə növbəti görüşə şans verdi. Bugünkü söhbətimizin mövzusu çox ciddi və yaşam boyu həmişə aktual olmuş və belə görünür ki, hələ bizi, bizdən sonrakıları da narahat edəcək bir məsələdir. Yəqin ki, hamımız bu sözü ya çox işlədirik, ya da heç olmasa eşidirik: – “əşşi biz düzələn deyilik…”, “belə gəlib belə də gedəcək…” və s. buna oxşar kəlmələr demək olar ki, addımbaşı; işıq idarəsində, su idarəsində, qaz idarəsində, təhsil və uşaq müəssisələrində, nəqliyyat vasitələrində bir sözlə hələlik  ASAN xidmət ofislərindən başqa hər yerdə istər dövlət, istərsə də, özəl təşkilatlarda qulağımızı deşir… Belə məqamlarda kimi haqq qazandırır, kimi qınayır. Adətən bu cür hallarda hansısa bir yarıtmaz fərdə görə bütün bir kollektivi – özümüzü – “əşşi biz düzələn deyilik…”, “belə gəlib belə də gedəcək…”- deyib qınayırıq. Sözsüz ki, məsələn, bütün sürücülər və ya satıcılar kobud deyil… Biz isə birinə görə hamımızı qınayırıq. Şübhəsiz ki, məntiqi olaraq vəzifəsinin öhdəsindən bacarıqla gələn xidmətçilər, qulluqçular, operatorlar, tərbiyəçilər, müəllimlər çoxdur. Lap əvvəldən ənənəvi mətbuatı (1987- ci ildən üzü bəri),  son zamanlar isə texnologiyanın sürətli inkişafından bəhrələnərək elektron kütləvi informasiya vasitələrini müntəzəm izləyən bir şəxs kimi onu da xüsusi qeyd etmək istəyirəm ki, xırda bir nöqsanı böyütməkdə, – qarışqa fil məsələsi – yaymaqda peşəkar olub, canfəşanlıq göstərsək də, yaxşı hallara, müsbət keyfiyyətlərə qarşı belə həssaslıq göstərmirik. Əksinə görməzdən gəlirik. Halbuki, tam tərsi olmalı, yaxşıları nümunə üçün yazmaq, yaymaq lazımdır. İndi gələk əsas məsələyə hər hansı bir kollektivdə vicdanlı  işçilər olsa da, rəhbərlikdə bacarıqlı, peşəkar, qətiyyətli, iradəli, tələbkar şəxs olmadıqda istər-istəməz biz yuxarıda sadalanan hallarla rastlaşırıq. Yəni, bir təşkilatda istər on müdir və ya menecer dəyişsin hər gələn öz iradəsini, qətiyyətini ortaya qoymayıb, “belə gəlib belə də gedəcək…” prinsipinə əsasən sadəcə işə gəlib – getsə, əlbətdə, hər şey olduğu kimi köhnə qayda ilə davam edəcək. Ancaq, həmişə belə olmur. Ellə hallar var ki, onunla rastlaşan kimi mütləq yazmaq və yaymaq lazımdır. Belə halların biri ilə mən may, iyun ayları Şamaxıda  olarkən rastlaşdım. Söhbətin məğzinə birbaşa səksən üç yaşlı Qulu babadan sitat gətirməklə  keçmək istəyirəm: – “A kişi, 58 – dən (1958-ci il nəzərdə tutulur) bu məktəb bura köçüb, hələ belə şey olmamışdı. Mən özüm də burda  aqranomluğu (1963 -1968) oxumuşam, dövlət imtahanında direktor Mayis  (Səfərov) müəllim dedi ki, Fərəqə müəllim danış  Qulu eşitsin… Oxumaq nə gəzirdi, dəftər idi pulla alıb, uşaqlara yazdırıb aparıb verirdik… İndi belə deyil, hamı təzə direktoru tərifləyir. Camaat başına and içir… “ Onu qeyd edim ki, Qulu babanın evi mənim üçün də doğma olan Şamaxı Dövlət Regional Kolleci ilə düz üzbəüz yerləşir. Qulu baba da yay – qış həmişə küçədə görərsən. Soruşanda da deyir ki, məni belə gümrah saxlayan havadır. Mənə məlum olanlardan əlavə, Qulu baba   və  bir neçə tələbə ilə söhbətdən sonra məlum oldu ki, bu ilin yanvar ayından sonra kollecə yeni təyin olunan direktor – İlham müəllim ilk gündən öz iradə və qətiyyətini ortaya qoyaraq, Qulu baba demişkən  58 – dən (1958-ci il nəzərdə tutulur) bu yana hökm sürən adət-ənənəni bir kəlmə – “OLMAZ “ ilə aradan qaldırmışdır. Onu qeyd edim ki, Qulu baba ilə, tələbələrlə hər söhbətdə yazı beynimdə formalaşır, İlham müəllim haqqında, axına qarşı üzən, illərdən bəri  formalaşmış stereotipləri qırıb, məhv edən  adam obrazı gözüm önündə canlanırdı. Odur ki, mütləq İlham müəllimlə şəxsən görüşmək, kəlmə kəsmək qərarına gəldim. Ancaq,  görüşdən əvvəl bu il  məzun olacaq əyani şöbənin tələbələrindən Nofəllə, Nemətlə, qiyabiçilərdən Elgün, Sədayə, Fariz, Fəridə, Nərmin, Paşa, Fatimə, İbrahimxəlil, Zöhrə və başqaları ilə maraqlı söhbətlərim oldu. Tələbələr də,  Qulu  baba deyənləri  təsdiqləyirdi. Əyani şöbədən məzun olacaq Nofəl deyir ki, İlham müəllim özü şəxsən dəfələrlə siniflərə girib, akt zalına iclaslara toplayıb bildirib ki, heç kim oxumaqdan başqa yol fikirləşməsin. Qiymət almağın bir yolu var, o da oxuyub cavab vermək. Biz sonuncu dəfə söhbət edəndə Nofəl artıq dövlət imtahanların da verib qurtarmışdı. O, imtahanlardan, yaradılmış şəraitdən ağızdolusu, böyük razılıqla danışırdı. Qiyabiçi  Paşa  bildirdi  ki,  yay  sessiyasına gələn kimi İlham müəllim onları da  şəxsən  akt  zalında iclasa  toplayıb, vaxtdan səmərəli istifadə etməyi, fənn müəllimləri ilə əlavə məşğul olmağı tövsiyə edib və müəllimlərə tapşırıqlar verib. Nəticə göz qabağındadır. İndi onlar sessiya  və dövlət imtahanlarını müvəffəqiyyətlə verib, məzun olacaqları günü gözləyirlər. Bütün  bu xoş, sevindirici xəbərlərdən sonra 22 iyun 2017-ci il tarixində İlham müəllimlə görüşdüm.

Qısa arayış:

Vəliyev İlham Əli oğlu, 7 oktyabr 1959 –cu ildə Tovuzu rayonunun Əlibəyi  (yəqin ki, bu kəndi hamı tanıyır) kəndində müəllim ailəsində anadan olub. Azərbaycan Dövlət Pedoqoji Universitetinin Riyaziyyat fakültəsini bitirib. Müəllimliklə başladığı fəaliyyəti dövründə  indiyə qədər bir çox təhsil müəssisələrində müxtəlif  vəzifələrdə çalışıb. İqtisad elmləri namizədi, dosentdir. Hal-hazırda özündən söz etdirən Şamaxı Dövlət Regional Kollecinə rəhbərlik edir.

Görüş və söhbətimiz  çox səmimi alındı. İlham müəllim olduqca xoşxasiyyət və mehriban bir şəxsdir. Eyni zamanda olduqca təvazökardır. Söhbəti əsasən Qulu babadan eşitdiklərim, tələbələrin razılıqları, ümumilikdə camaatın fikri üzərində qurdum. Xüsusi ilə Qulu babanın 58 – dən (1958-ci il nəzərdə tutulur) bu yana hökm sürən adət-ənənə məsələsinin üstünə gələndə xəfifcə gülümsəməklə kifayətləndi. Bunula belə İlham müəllim xüsusi heç nə qeyd etmədi. Söz hər dəfə görülən işlərdən düşəndə sadəcə onu deməklə kifayətlənirdi ki, biz öz vəzifəmizi yerinə yetiririk. Narazılıqla onu da qeyd etdi ki, siz camaat danışana çox da fikir verməyin hələ görüləsi o qədər iş var ki… Biz yalnız vəzifəmizi yerinə yetiririk, xalqa xidmət edirik… Məncə  hamı  dayandığı  mövqedə öz işinin öhdəsindən layiqincə gəlməyə çalışsa nəticələrimiz daha ürəkaçan olar… İlham müəllim danışdıqca öz-özümə deyirdim, nə yaxşı ki, Sizin kimi ziyalılarımız var. Nə yaxşı Sizi tanıdım. Nə yaxşı Sizinlə həmsöhbət oldum. Sonda İlham müəllimə bütün bunlar barədə kiçik bir yazı yazmaq fikrim olduğunu bildirdim və materiala əlavə kimi bir foto çəkmək üçün icazə istədim. Sağ olsun təklifimi isti qarşıladı,  etiraz etmədi. Bir-neçə sual verib, fotonu çəkib, sağollaşıb ayrıldıq. Qəbul etməyindən, yola salana qədər, bütün söhbətimiz boyu İlham müəllim o qədər xoş təsir bağışladı ki, istər-istəməz deyilənlərin çox az olduğu qənaətinə gəldim. Ani olaraq söhbətimizin əvvəlindəki müxtəlif təşkilat, xidmət sahələrindəki problemlər yadıma düşdü və onların hamısına sidqi – ürəkdən uca Yaradandan İlham müəllim kimi bacarıqlı, qətiyyətli, iradəli ortaya iş qoymağı bacaran bir təşkilatçı, rəhbər arzu etdim.  Yolboyu Bakıya qədər düşünmüşəm, bir yandan asandır, bir yandan çətin. Zarafat deyil dayanmadan hərəkətdə olmalı axına qarşı üzməlisən. Qətiyyət və iradə rəhbər işçi üçün vacib şərtdir. Özün də bilirsən ki, bu, illərdir belədir, necə deyərlər hamının canına-qanına hopub. Bilirsən ki, belə olmaz, desən ya sənə inanmayacaqlar, ya inanmaq istəməyəcəklər, ya inana bilməyəcəklər… Ancaq, sən bu gündən “bu”, “belə olacaq” deyirsən və irdə, qətiyyət göstərərək sübut edirsən ki, bəli “belə eləmək” olur… BU HƏQİQƏTƏN DƏ BELƏDİR.

27.06. 2017. Bakı.


QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” kitablarında ON BİRİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Bundan əlavə “Stereotipləri yox edən adam”, “Təzadlar”, 04.07.2017, say: 23 (2119), s.14. dərc olunub.

Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru