Kateqoriya arxivləri: www.USTAC.az

Elman Eldaroğlu təbrik edir

Xalq şairi Məmməd Arazın şıltaq qızı…

Deyir ki:- “Lap balaca vaxtımdan atamla anama fərq qoyurdum. Atamı həmişə artıq istəmişəm, indi də elədir. Özü də onun xatirəsi ölmüş adamın xatirəsi deyil, canlıdır, yenidir. Atam mənim yadıma bilirsən necə düşür? O fotoda “vspışka” olur e, yanıb-sönür, bax elə bir şey kimi gəlir gözümün qabağına. Ya bir söz, ya bir qoxu uşaqlığımdakı atamı canlandırır. An da deyil bu, qarşına çıxır və onu xatırlayırsan. Mən çox səfər edən adamam. Xeyli ölkədə olmuşam. Hara getsəm çox qəribədir, düşünürəm ki, atamın bu yerlə bağlı yazdığı nəsə varmı. O, ömrünün böyük hissəsini xəstə olub, gəzə də bilməyib. Bəzi yerlər var ki, mən ora gedəndə mütləq atamı xatırlayıram. Məsələn, Lvova getmişdik. Düşəndə birinci yadıma gələn o oldu ki, Məmməd Arazın “Əsgər qəbri haqqında ballada” poeması var, Lvovda yazıb. Orada böyük bir qəbiristanlıq var. Müharibədə ölən əsgərlərin məzarlığı. Atam həmin qəbiristanlıqda İbrahimov soyadlı birisinin məzarını görüb. Bundan doğan o təəssüratları qələmə alıb. Çox qəribə bir poemadır, janr olaraq maraqlıdır, poemanın dramaturgiyası var.”

Xalq şairi Məmməd Arazın yadigarıdır. 1959-cu ildə Bakıda anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirib. Hazırda “Ədalət” qəzetində baş redaktor vəzifəsində çalışır. Olduqca mükəmməl xanımdr. Onu təəccübləndirmək elə də asan deyil. İncə yumor hissi var. Hətta nəyisə tənqid edəndə, adama elə gəlir ki, zarafat edir. Onun üçün insanlarda ən gözəl xüsusiyyət mərhəmət, ən nifrət etdiyi isə, yalandır. Peşəsini çox sevir, amma söyləyir ki, rəssamlığı da bacarsaydı özünü xoşbəxt sayardı. Düşündüklərini bəzən sözə çevirə bilmədiyini, çox bəyəndiyi pis cəhəti hesab edir. Qəhrəmanı Çe Gevara olan bu xanım, qanunların pozulmadığı yerdə özünü daha rahat hiss edir. Heç zaman jarqon ifadələri dilə gətirmir. Anlayışsız mühitdə yaşamağı bədbəxtlik sanır. Çox ölkələrə səfər edib, çox xalqların mədəniyyəti ilə yaxından tanış olub, bəyəndiyi isə Azərbaycan mədəniyyətidir…

“Bu gün cəmiyyət böyük yazıları, böyük məlumatları, necə deyərlər, həzm edə bilmir. Ona görə də mətləbi oxucuya yığcam şəkildə çatdırmaq lazımdır. Blez Paskal hələ XVII əsrdə bir məktubunda yazmışdı ki, bu məktubu həmişəkindən uzun yazdım, çünki daha qısa yazmağa vaxtım yoxdur. Yəni əgər sən bir mətni lokanikləşdirə bilmirsənsə, deməli, o barədə məlumatın ya yoxdur, ya da yetərli deyil. Əgər toxunduğun mətləbi oxucuya, necə deyərlər, həzm elətdirə bildinsə nə yaxşı, əks halda oxuyan olmayacaq. Çox çalışırsan ki, oxucuların sayı artsın, amma baxanda görürsən ki, bir xəbərə maksimum 400-500 baxış olur. 10 milyonluq respublika üçün bu, dəhşətli mənzərədir. Amma təəssüf ki, reallıq belədir…”- söyləyir.

Gözəl qələmi, özünəməxsus üslubu var. Düşündürməyi bacarır. Araşdırma qabiliyyəti, tədqiqat səriştəsi, daim öz üzərində işləmək səyi yüksək səviyyədədir. Müsbət xüsusiyyətləri çoxdur. Yaxşıya “yaxşı”, pisə “pis” deməkdən çəkinmir. Zövqlü geyinməyi xoşlayır, davranışında səmimidir. Ailəsinə bağlı xanımdır- mehriban həyat yoldaşı, qayğıkeş ana və nənədir. Ömür-gün yoldaşı Aqil Abbasla həm də ayrılmaz dostdurlar.

Deyir ki:- “Adam atasını özü seçməsə də, həyat yoldaşını özü seçir, amma burada taleyin, qismətin rolu var. İnsanın ailəsində hər cür hadisə ola bilər. Həyatdır. O qədər sürprizləri var ki! Çalışırsan münasibəti qoruyub-saxlayasan. O da çalışır, sən də çalışırsan. Bəlkə, bundan sonra gələn nəsillər bizim qədər çalışmayacaqlar, bilmirəm. Mən bu barədə çox düşünmüşəm. Məcnuna deyirlər, özünün və Leylinin rəsmini çək. O, yalnız özünü çəkir. Səbəbini soruşanda, deyir, kişi qadının örtüyüdür, qadın görünməməlidir. Bəli, biz ikimiz bir candayıq, daha çox görünən isə odur. Necə deyərlər, Aqil xalq adamıdır, xalqın arasında olmağı xoşlayır…”

Mətbuatımızın bu günü onu narahat edir. Gənc jurnalistlərin daha çox mütaliə etməsini arzulayır və bu yolda əlindən gələni əsirgəmir…

“Özümə müəllim hesab etdiyim şəxsiyyətlər olub. Mütaliəmi beynimdə sistemləşdirə bilmişəm. Adam var ki, çox oxuyur, lakin tətbiq edə bilmir. Amma mən hər kəsin yerinə də bir söz deyə bilmirəm. Həmişə çalışmışam ki, gənclərə nəsə kömək edim. Özümüzü qorumağı bacarmalıyıq. Bunun əsas yollarından biri də mətbuatdır. Leninin gözəl bir fikri var: “Oxumaq, oxumaq, yenə də oxumaq”. İstərdim ki, gənclərimiz çox oxusunlar, oxumağa ərinməsinlər. Arzu edirəm ki, hər şey yaxşı olsun. Bu gün yazılı mətbuatda da, teleməkanda da eyni proses gedir. Ağıllı sözü eşidə biləcək tamaşaçı bu gün yox səviyyədədir. Bizim dövrdə həmişə şairə, sözə inanmaq kimi bir ənənə var idi. Bəzən nəsrin populyar olmadığı dönəmlərdə böyük elmi əsərlər şeir dilində yazılardı. Biz bu gün mədəni mühitdən uzaqlaşırıqsa, düşünürəm ki, o zaman həbsxanalar tikmək üçün vəsait ayırmalıyıq. Əxlaqdan naqis adamların yetişdiyi cəmiyyət qorxulu cəmiyyətdir. Ona görə də mütləq şəkildə ideoloji əsaslar yaratmalıyıq. Təəssüflər olsun ki, televiziyalar şəxsi meyarları nəzərə alır. Amma birinci növbədə milyonların sevgisini qazanmaq lazımdır…”- söyləyir.

Bəli, qarşılıqlı hörmət olmayan mühitdə yaşamağı bədbəxtlik hesab edən bu xanım, öz həyatından nümunə gətirərək, adamları təhsil və mütaliənin insan həyatında önəmli rol oynadığına inandırmağa çalışır. Onun “Facebook” sosial platformasında dodaqaçıran paylaşmaları isə bir başqa aləmdir. Bir də görürsən ki, elə bir fikir paylaşır ki, adamı həm güldürür və həm də düşündürür. Onlardan bir neçəsini sizinlə də bölüşmək istəyirəm:
“Gerçək- görünənlərin arxasında gizlidir…”

Və ya:

“Daxilindəki potensialın realizə olunmaması insani depressiyaya salan ən mühüm amillərdən biridi. Sosial şəbəkələrin bir təyinatı da budur- burda qışqırıb-bağırsınlar, asıb-kəssinlər, cızma qaralarını paylaşıb dahi olduqlarini fikirləşsinlər. Amma baxırsanki, yenə alınmır. Diqqət çəkən, diqqət mərkəzində olmağı bacaran yenə öndə gedir. Və kimsə də bundan qəzəblidi. İçindəki zəhəri tökməyə potensial gunahkar axtarır. Ağır dərddi doğrudan. Allah şəfa versin…”

Və ya da ki:

“Hansı tərəfə baxırsan bax; qeyri-peşəkarlıq peşəkar səviyyədədir.”

Nə isə, noyabrın 9-u, Bayraq Günündə İradə xanım ömrünün yeni təntənəsini yaşayacaq. Ürəkdən təbrik edirəm!

Hörmətlə,  Elman Eldaroğlu

Elman Eldaroğlunun yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ZƏFƏRİMİZ MÜBARƏK OLSUN!

ZƏFƏRİMİZ MÜBARƏK OLSUN!
AZƏRBAYCANI HORADİZ ŞƏHƏRİNDƏN TRIPP LAYHƏSİNƏ QOVUŞDURAN QÜDRƏTLİ ORDU!

Tarixə nəzər saldıqda görürük ki, torpağın, Vətənin, millətin, dövlətin taleyi həmişə cəsur döyüşçülərin, ağıllı sərkərdələrin, müdrik dövlət başçılarının, uzaqgörən siyasətçilərin çiyinləri üzərində daşınıb və daşınır. Dünyanın böyük fatehlərindən olan, Çingiz xan döyüşən əsgərin psixoloji olaraq döyüşə hazır olmasının sirrini belə qiymətləndirirdi : ” Bir mıx bir nalı, bir nal, bir atı, bir at bir sərkərdəni, bir sərkərdə bir ordunu, bir ordu bir dövləti saxlayır. ” Yəni bir dövlətin sarsılmazlığı və qüdrəti hər bir əsgərin ayrı-ayrılıqda döyüşə hazırlığı, təminatı və təchizatından asılıdır. Bu gün, biz, bunu başqa formada ifadə edirik. Belə ki, yüksək döyüş-döyüşə hazırlıqlı, hər tərəfli təmin və təchiz olunmuş əsgərin hazırlıq tədbirləri mənəvi-psixolojo təminat adlandırırıq. Əsgər torpaq qədər müqəddəsdir, çünki torpaq üzərində onun qanı tökülür. Torpaq öz gücünü-qüdrətini, dəyərini əsgər qanından, əsgər şücaətindən alır. Vətənin şərəfi də, şöhrəti də məhz belə oğullar, belə qəhrəmanlardır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi : ” Əgər qan tökülmürsə, o Vətən Vətən deyil, şəhid olmasa, o Vətən müstəqil ola bilməyəcək… Ya ayağa qalxıb torpaqlarımızı azad etməli, ya məhv olmalı, ya da millət olmadığımızı etiraf etməliyik! ” Vətənimizin, millətimizin, dövlətimizin müstəqilliyi, onun ərazi bütövlüyü uğrunda minlərlə oğul və qızlarımız öz arzu-istəyini, amalını qurban verərək canından keçib. Körpə bir uşağın dilində ilk dəfə səslənən ” anan ” kəlməsi nə qədər ecazkar və şirindirsə, hər bir əsgər tərəfindən qürurla səslənən ” Vətən ” sözü də bizim üçün onun qədər doğma və əzizdir.
Mən, hər dəfə hərbi qulluqçular qarşısında mühazirə oxuyarkən deyirəm : ” Vətən torpaqlarının düşmənlərdən qorunmasında, istər müdafiədə, istərsə də hücum döyüşlərində hər kişi vətəndaşa on metrəyə qədər torpaq payı düşür. Hər birimizə düşən bu torpaq payını qorumaq bizim vətəndaşlıq borcumuzdur. Bu mənim şəxsi fikrim deyil. Bu, Azərbaycan Silahlı Qüvvələrinin Döyüş nizamnaməsindən irəli gələn tələblərin qarşımızda qoyduğu vəzifələrdir. “
1991-ci ilin ” 18 oktyabr ” günü Azərbaycan xalqı öz istiqlalını bərpa etdiyi ilk gündən, istiqlalımızı və müstəqilliyimizi istəməyən dünyanın güc dövlətləri dırnağarası qonşularımız, olan, seperatçı erməni quldur qruplaşmalarından siyasi maşa kimi istifadə edərək müstəqilliyimizə maniyələr törədirdilər. Eyni zamanda erməni terror qruplaşmaları Suriyadan, Livandan, Fransadan, Livyadan və digər xarici ölkələrdən gətirilmiş xüsusi hazırlıqlı terror qruplaşmaları, Rusiya Silahlı Qüvvələrinin birbaşa dəstəyi və iştrakı ilə ölkəmizin ərazi bütövlüyünə işğalçılıq məqsədi ilə təcavüzlər edirdilər. Ölkəmizdə və Füzuli ərazisində yeni yaradılmaqda olan könüllü bölmələr və nizami qoşun hissələrimiz belə gərgin vəziyyətdə, təpədən dırnağa qədər silahlanmış düşmən terror qruplaşmalarına qarşı yarana-yarana döyüşür, döyüşə-döyüşə yaranırdı. Bu çətin hərbi-siyasi vəziyyətdə Füzuli rayonunda yüzlərlə, minlərlə təəsübkeş fədai könüllü şəkildə silaha sarılaraq ərazilərimizin müdafiəsinə qalxmışdılar.
Təcavüzkar düşmən, çirkin işğalçılıq niyyətini həyata keçirmək üçün, ölkənin hərbi plasdarmı olan Füzuli şəhərini və ətraf yaşayış məntəqələrini hər gün bombardıman edir, tanklardan, toplardan, təyyarələrdən yüzlərlə mərmilər, raketlər və bombalar yağdırdı. Yerli əhlinin illərlə, on illərlə böyük əzab-əziyyətlə tikib qurduğu ev-eşik, bağ-bağça bir anın içərisində dağıdılır xarabazarlığa çevrilirdi. Hər gün onlarla insan evinin içərisində və yaxud döyüş cəbhəsində şəhid olur, yaralanırdı…
Beləliklə ermənilər xarici havadarlarının dəstəyindən ruhlanaraq Qarabağda Azərbaycana qarşı elan olunmamış müharibəyə başlamışdı. 1992-ci il aprelin ilk günlərində bütün beynəlxalq hüquq və qanun normalarını pozaraq, Hadrut rayon tarix diyarşünaslıq muzeginin müdiri, daşnaksütun partiyasının fəallarından olan, qatı millətçi, Levon Mıkırtıçiyanı qondarma ” rejimə ” prezident seçdilər. O, dövürdə Qarabağda seperatçı əməllərlə məşğul olan, siyasət dəllalları Robert Köçəryan və Serjik Sarkisiyan yenicə ” prezident ” seçilmiş ” rəqiblərini ” bərk qısqanırdılar. Elə bu səbəbdən, arzuolunmaz rəqiblərini aradan götürmək məqsədilə hiyləyə əl atdılar. Belə ki, 1992-ci il aprel ayının 11 də səhər saat 6.00 radələrində erməni terror qruplaşmaları yenicə seçilmiş ” prezidentin ” rəhbərliyi ilə Füzuli rayonunun CƏMİLLİ kəndinə qəflətən hücuma keçdilər. Düşmənin CƏMİLLİ kəndinə hücuma keçməkdə əsas məqsədi qonşu QACAR kəndini işğal edib QIRMIZI BAZAR qəsəbəsinin etibarlı müdafiəsini təmin etməklə FÜZULİ-ŞUŞA meşə yolunu bağlamaq idi. Həmin dövürdə rayonun müdafiəsini təşkil edən FÜZULİ ƏRAZİ ÖZÜNÜMÜDAFƏ taboru,(komandiri mərhum, polkovnik leytenant Mobil Yusifov. ), Füzuli polis şöbəsinin çevik polis dəstəsilə ( polis rəisi polkovnik Binnət Məmmədov ) birgə əks-hücuma keçərək düşmənə ağır sarsıdıcı zərbələr endirdi. Gün ərzidə davam edən ağır və qanlı döyüşdə fədakar döyüşçülərimiz əzimkarlıq göstərərək düşmənin onlarla canlı qüvvəsini məhv edərək ağır itkilərə məruz qoydular. Cəsur döyüşçülərimiz düşmənin döyüş meydanında atıb qaçdığı xeyli silah-sursatı və BTR-60 döyüş maşınını qənimət olaraq ələ keçirmişdilər. Həmin gün, erməni millətçilərinə özünü ” qəhrəman ” kimi sırımaq istəyən ” qondarma rejimin prezidrnti ” Levon Mıkırtıçıyan döyüşçülərimizin hədəfinə tuş gələrək ölümcül yaralanmışdı. Ağır itkilərə məruz qalmış düşmən döyüş gününün sonuna məğlubiyyətini etiraf edərək geri çəkilməyə məcbur edildi. İki gündən sonra qondarma rejimin “ilk prezidenti ” Levon Mıkıtıçıyanın xəstəxanada öldüyü barədə xəbərlər yayıldı.
Ölkədə və cənubi Qafqazda tüğyan edən bu ağır hərbi-siyasi vəziyyət öz növbəsində ölkəmizdə çətin iqtisadi durum yaratmışdı. Belə ki, mövcud hərbi vəziyətə görə Avropa ölkələri Azərbaycanla iqtisadi müqavilələr bağlamağa tələsmirdilər. Düşmənlərimizin törətdiyi təcavüz və işğal nəticəsində qaçqın və məcburi köçkün dalğasının getdikcə artması ölkədə mövcud olan həri-siyas vəziyyət getdikcə çətinləşdirirdi…
Yaranmış gərginliyin zəiflədilməsi, hərbi-siyasi vəziyəti stabilləşdirlməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimiz BEYLƏQAN – XOCAVƏND ; ƏHMƏDBƏYLİ – HORADİZ istiqamətlərində 05 yanvar 1994-cü il tarixdə əks-hücuma keçərək HORADİZ şəhərini və otuza yaxın yaşayış məntəqələrini bir neçə saat ərzində düşmən işğalından azad etdi. Qarşıda olan düşmən qüvvələri darmadağın edildi. Belə ki, düşmən döyüş zamanı xeyli canlı qüvvə, silah-texnika itkisi verərək üzü geri qaçmağa məcbur edildi. Həmçinin, düşmən xeyli silah-sursatı və zirehli döyüş texnikasını döyüşə hazır vəziyyətdə ataraq qaçmışdı…
Azərbaycan Silahlı Qüvvələrinin dağıdıcı və sürətli əks-hücumunun erməni tərəfi üçün ağır nəticələnəcəyini hiss edən qonşu dövlətlərin hərbi-siyasi rəhbərliyi dərhal yaranmış vəziyyətə müdaxilə etməyə başladı. Belə ki, Rusiya Federasiyasının Qarabağ üzrə xüsusi nümayəndəsi olan, Vladimir Kazimirov dərhal Bakıya gələrək Azərbaycan Respublikası hərbi-siyasi rəhbərliyindən döyüşləri dayandırmağı bildirdi. O, bildirirdi ki, əgər, döyüşləri dayandırmasınız bu, Azərbaycan üçün çox təhlükəli olacaq. Cavabında isə mərhum, Ali Baş Komandan Heydər Əliyev bildirirdi ki, ” Siz bizə görə narahat olmayın. Biz çox yaxşı bilirik ki, erməni tərəf ağır itkilərə məruz qalıb. ” Eyni zamanda Rusiya rəhbərliyi İRƏVAN yaxınlığındakı GÜMRÜ hərbi bazasından Tank Əleyhinə Artilleriya alayının 152 mm divizionunu, 122 mm Artilleriya divizionunu və Avtomatik minatanlar divizionunu Füzuli istiqamətində Azərbaycana qarşı döyüşə yeritdi. Həmçinin digər qoşun Alayını döyüş cəbhəsinin şimalında MUROVDAĞ yüksəkliyi istiqamətid döyüşə salaraq bizim bölmələrə ağırlaşdırıcı zərbə endirdilər. Qarlı-şaxtalı dözülməz sərt qış şəraitində çıxılmaz vəziyyətdə qalmış qoşun hissələrimizin bərpa edilməsi, düşmənin qoşun birləşmələrinin qarşısının dayandırılması məqsədilə Azərbaycan hərbi-siyasi rəhbərliyi dərhal təxirə salınmaz tədbirlər həyata keçirdi. Belə ki, FÜZULİ döyüş cəbhəsi istiqamətində döyüş tapşırıqları yerinə yetirən “N” nömrəli hərbi hissə polkovnik-leytenant ( general-mayor ) Fəxrəddin Cəbrayılovun komandanlığı ilə MUROVDAĞ istiqamətində döyüşə yeridildi.
Bütün bunlarla yanaşı Vladimir Kazimirov ölkəmizi təhdid edərək, tələb qoyurdu ki, Azərbaycan Silahlı Qüvvələri ermənilərdən geri qaytardıqları HORADİZ şəhəri və ətraf yaşayış məntəqələrini boşaldaraq geriyə çəkilsin. Həmin ərazilər yenidən ermənilərə qaytarılsın. Əgər siz, bu tələbləri yerinə yetirməsəniz ermənilər sizin GƏNCƏ şəhərinə girəcək. Cavabında ona bildirildi ki, ” gedin nə bacarırsınız edin. Biz torpaqlarımızı heç kimə verməyəcəyik. Biz Azərbaycan ordusunun gücünə inanırıq. “09 aprel 1994-cü ildə mərhum Prezident, Ali Baş Komandan Heydər Əliyev FÜZULİ döyüş cəbhəsinə gəlib ” N” nömrəli hərbi hissənin şəxsi heyətinin uğurlu HORADİZ əməliyyatında qazandıqları qələbəyə görə təbrik etdi. Ümummilli lider Heydər Əliyev döyüşçülər qarşısında çıxışı zamanı dedi : ” Mənə məlumat verdilər ki, siz burada möhkəm dayanmısınız, xeyli ərazini düşməndən azad etmisiniz. Ancaq bizim torpaqların xeyli hissəsi hələ işğal altındadır. Bax, elə lap yaxınlıqdakı kəndlər də düşmənin əlindədir. Bunları geri almaq lazımdır.”
Həmin günlərdə erməni terror qruplaşmaları TƏRTƏR rayonu istiqamətində intensiv hücumlara başladı. Füzuli döyüş cəbhəsinin şimalında yaranmış bu gözlənilməz qanlı savaş ölkədə böyük gərginlik yaratmışdı. Bu səbəbdən FÜZULİ istiqamətində döyüş tapşırığı yerinə yetirən ” N” nömrəli hərbi hissə Milli Qəhrəma, mərhum polkovnik Eldar Ağayevin, “N” nömrəli hərbi hissə polkovnik-leytenant ( general-leytenant ) Yaşar Aydəmirovun, “N” nömrəli hərbi hissə polkovnik-leytenant ( general-leytenant ) Rövşən Əkbərovun komandirliyi ilə TƏRTƏR istiqamətində döyüşə yeridildi. Həmin vaxt, bəzi qonşu dövlətlərin qoşun hissələri erməni terror qruplaşmalarına kömək məqsədilə Gürcüstan Respublikasında yerləşən qoşun hissələrini TƏRTƏR istiqamətində Azərbaycana qarşı döyüşlərə saldı. On günlərlə davam edən bu qanlı qarşıdurmada düşmən qoşun qruplaşmaları ağır itkilərə məruz qaldı.
General-mayor Elbrus Orucovun dedikləri : ” 1994-cü il may ayının 3-ü günü idi, TƏRTƏR-AĞDAM yol qovşağının təqribən 800 metrə yaxınlığında ölüm-qalım döyüşləri gedirdi. Əgər, düşmən yol qovşağını tutmağa nail ola bilərdisə bu bizim üçün faciənin başlanğıcı ola bilərdi. Təqribən saat 20.15 radələrində mənə xəbər verdilər ki, Ali Baş Komandan sizi telefona çağırır. Mən, dərhal səhra qərargahına gəlib Ali Baş Komandan Heydər Əliyevlə telofon əlaqəsinə çıxdım.
Heydər Əliyev : Orucov vəziyyət necədir ?!

-Cənab Ali Baş Komandan TƏRTƏR-AĞDAM yol qovşağı uğrunda ağır və çətin döyüşlər gedir. Döyüşçülərimiz böyük qəhrəmanlıq göstərirlər.

Heydər Əliyev : Orucov indicə mənə başqa məlumat verdilər. Dedilər ki, siz, artıq TƏRTƏRİ erməniyə vermisiniz. De görüm, bu doğrudur ??!

Orucov : Cənab Ali Baş Komandan, mən, general şərəfimə and içərək sizə söz verirəm ki, mənim taleyimdə 2-ci ŞUŞA hadisəsi baş verməyəcək…
Bu zaman düşmən artilleriyası bizim səhra qərargahının ətrafını bombardıman edirdi.
Heydər Əliyev : orada nə səs-küydü, nə baş verir ?!

Cənab Ali Baş Komandan, bizim istiqamətdə atılan mərmilərin partlayış səsləridir.
Heydər Əliyev : aydındır döyüşlərə nəzarəti gücləndir. Döyüş gününün sonuna mənə ətraflı məlimat verərsən.

Oldu cənab Ali Baş Komandan.
GÜLLÜCƏ istiqamətində aparılan döyüşdə ” N” nömrəli hərbi hissənin tabor komandiri mayor Saday Quliyev öz döyüş heyəti ilə eməni zabiti polkovnik Mıkırtıçıyanı, milliyyətçə rus olan, baş leytenant hərbi tütbəli zabitlə birgə komanda qərargah maşınında əsir götürmüşdü. Onların üzərində olan döyüş xəritəsində erməni komandanlığının TƏRTƏR-YEVLAX istiqamətində müəyyən edilmiş döyüş qərarından bəlli oldu ki, düşmən 9 may gününə qədər YEVLAX yol qovşağını ələ keçirərək Azərbaycan Respublikasını ikiyə bölməklə Ölkəni məğlub duruma salmaq istəyirlər. Lakin düşmən yanlış qərar verməklə ağır və faciəli məğlubiyyətə düçar oldu. Qəhrəman Azərbaycan oğulları düşmən qoşun qruplaşmalarına elə bir ağır zərbələr vurdu ki, bir daha özünü qaldıra bilmədi.
Belə ki, düşmənin bir neçə gün ərzində 3000 nəfərdən artıq canlı qüvvəsi, 200 – dən artıq zirehli döyüş texnikası məhv edildi. Yaranmış vəziyyətə görə Ermənistanın paytaxtı İRƏVAN şəhərində döyüşlərdə öldürülmüş əsgərlərin valdeynləri küçələr çıxaraq döyüşlərin dayandırılmasını tələb edirdilər. Bu nümayişlər Ermənistanda günlərlə davam etdi. Nəticədə Ermənistan hərbi-siyasi rəhbərliyi döyüşlərin dayandırılmasını Rusiya Federasiyası rəhbərliyindən tələb edirdi. Böyük cəsarətlə deyirəm ki, düşmən 1994-cü ilin yanvar – may ayları ərzində aparılmış döyüş əməliyyatlarında düçar olduğu məğlubiyyətı açıq şəkildə etiraf edərək Azərbaycan ordusunun cəsarəti və fədakarlığı qarşısında diz çökməklə 12 may günü atəşkəsi imzaladı…
Azərbaycan Respublikasının 1994-cü ildə döyüş cəbhəsində düşmən üzərində qazandığı şanlı qələbələr beynəlxalq aləmdə, dövlətlərarası münasibətlər sistemində onun nüfuzunu artırdı və böyük inam yaratdı.
Bəli, Azərbaycan Silahlı Qüvvələrinin HORADİZ şəhərində düşmən üzərində qazandığı şanlı qələbələr bizi ” 20 sentyabr – Əsrin müqaviləsi ” olan neft konsersiyumuna gətirib çatdırdı.
1994-cü il sentyabrın 20-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Bakıda, Gülüstan sarayında Xəzər dənizinin Azərbaycan sektorunda ” Azəri “, ” Çıraq ” və Günəşli yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay bölgüsü haqqında əsrin beynəlxalq sazişi imzalandı. İştrakçılar : Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ( SOKAR ) və dünyanın 8 ölkəsi ( Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı ) təmsil edən 13 iri neft şirkət ( o, cümlədən BP, Amoco, Statoil, LU Koyl və.s.)
Müqavilə müstəqil Azərbaycan Respublikasının iqtisadi suverenliyini gücləndirdi və ölkə iqtisadiyyatında böyük dönüş yaratdı.
Ölkə iqtisadiyatında yaranmış bu dönüşün əsasında dayanan BAKI – TİBİLİSİ – CEYHAN neft kəmərinin 13 iyul 2006-cı ildən işə düşməsi nəticəsində Azərbaycan nefti Avropa bazarına çıxarıldı. Bununla da ölkə iqtsadiyyatında yaranmış sıçrayışlı inkişaf başqa sahələr kimi Ordu quruculuğunun hərbi-elmi əsaslarla inkişafına əhəmiyyətli dərəcədə təsir etdi. Silahlı Qüvvələrimizdə maddi-texniki təchizat bazasının, kadr potdnsialının gücləndirilməsi, hərbi qulluqçuların döyüş-döyüşə hazırlıq qabliyyətinin daha da yüksəldilməsi, silah arsenalının yenilənməsi, müasir hərbi texloloji qurğuların və moderinləşmə tədbirlərinin qoşunlarda uğurlu şəkildə tətbiqi, beynəlxalq döyüş atışlı taktiki təlimlərin, gecə və gündüz döyüş atışlı çöl çıxışlarının səmərəli keçirilməsi, hərbi qulluqçulara sosial qayğıların artırılması, şəxsi heyətin mənəvi-psixoloji döyüş ruhunun yüksəldilməsi istiqamətində görülən həyatı vacib olan tədbirlər ölkə iqtisadiyatında olan yüksəlişin nəticəsi idi. Bütün bunlar bizi 44 günlük Vətən müharibəsində Şanlı ZƏFƏRƏ doğru hazırlayırdı…
2020-ci il sentyabr ayının 27-si idi. Bakı şəhərindən Qarabağa qədər bütövlükdə Azərbaycan xalqı yekdilliklə ayağa qalxmışdı. Hamı əyninə əsgər paltarı geyinib, əlinə silah götürərək əsgər olmuşdu. Belə ki, sentyabrın 26-dan 27-nə keçən gecə düşmənin təxribatçı terror qruplaşmaları qəflətən şimalda MUROVDAĞ silsiləsindən, cənubda ARAZ çayı vadisinə qədər olan, cöğrafi ərazilərimizdə yerləşən yaşayış məntəqələrimizi müxtəlif çaplı silahlardan, o cümlədən ağır artilleriya qurğularından atəş basqınları edirdilər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Döyüş cəbhəsində yaranmış vəziyyəti nəzərə alaraq, ordu rəhbərliyinə düşmən təxribatlarının qarşısının dayandırılması məqsədilə müvafiq tədbirlər görməsi haqqında döyüş əmri verdi.
Düşmənin məkirli işğalçılıq siyasətinin qarşısını dayandırılması məqsədi ilə Silahlı Qüvvələrimiz əks-hücuma başladı. Qoşunlarımız əks-hücum həmləsini hərbi hiylə işlədərək ilk növbədə MUROVDAĞ, SUQOVUŞAN və AĞDAM istiqamətinə yönəldərək düşmən qoşunlarının həmin istiqamətlərə cəmləşməsinə nail oldu. Ancaq, Ermənistan hərbi-siyasi rəhbərliyi ” böyük inamla ” bizi AĞDAMDA gözləyirdi. Lakin, Azərbaycan hərbi-siyasi rəhbərliyi taktiki şəkildə uğurlu manevir edərək düşmən qoşunlarına əsas zərbəni FÜZULİ istiqamətində endirdi. Gözlənliməz zərbədən çaş-baş qalmış düşmən döyüşçülərimiz qarşısında duruş gətirə bilməyib birinci döyüş gününün sonuna cənubda, QARAXANBƏYLİ kəndini, o cümlədən ARAZ çayı sahili boyunca tutduqları müdafiə mövdelərini tərk edərək üzü geri qaçmağa başladı. Beləcə düşmən ordusunun döyüş əzmi Ordumuz tərəfindən birinci döyüş günündə sındırıldı. Yaranmış vəziyyəti düzgün qiymətləndirən Azərbaycan ordu rəhbərliyi qoşun hissələrimizi dərhal CƏBRAYIL şəhər xarabalığından HADRUT qəsəbəsi istiqamətinə yönəltdi. Nəticədə XANKƏNDİ-ŞUŞA – XOCAVƏND və HADRUTA arasında təminat-təxliyyə yolları qoşunlarımızın taktiki manevirli fəaliyyəti ilə bağlandı. Çıxılmaz vəziyyətdə qalmış düşmən məcburən ZƏNGƏZUR dağ silsiləsi istiqamətindən dağlıq və meşəlik ərazilərdən xüsusi təynatlı bölmələrini və digər qoşun hissələrini HADRUT ətrafında döyüşə cəmlədi. Bütün bu cəhdlərə baxmayaraq HADRUTDA mühasirə vəziyyətində qalmış düşmən qoşun hissələri xeyli itkilər verməklə döyüşçülərimizin əzmikarlığı nəticəsində darmadağın edildi. Eyni zamanda döyüş cəbhəsinin şimalında – SUQOVUŞAN istiqamətində ordumuz düşmənə sarsıdıcı zərbələr endirdi. Növbəti dəfə Azərbaycan ordusunun taktiki hərbi hiyləsinə aldanan düşmən ordusu vaxti ilə SUQOVŞANDA tutmuş olduğu mövqeləri tərk edərək geri çəkilməyə məcbur edildi. Bu döyüşlərdə Ermənistanın növbəti məğlubiyyəti orduda idarəetmənin itirilməsi ilə nəticələndi. Belə ki, müharibənin şah damarını təşkil edən FÜZULİ şəhəri qoşunlarımız tərəfindən işğaldan təmizləndikdən sonra, döyüşlərin 21-ci günündə hər tərəflə qarşılıqlı əlaqələrini itirən düşmən ordusu idarə olunmaz şəklə düşdü. Yaranmış vəziyyət göstərirdi ki, düşmənin məğlubiyyəti qaçılmazdır. Döyüş vəziyyətini düzgün qiymətləndirən Azərbaycan hərbi-siyasi rəhbərliyinin növbəti tapşırıqları ilə döyüşən bölmələrimiz FÜZULİ, TUĞ yaşayış məntəqələrindən meşə və dağlıq ərazilərdən sızaraq ŞUŞA istiqamətində döyüşləri davam etdirməklə yağı düşməni torpaqlarımızdan təmizlədi. 44 günlük Vətən müharibəsi Azərbaycanın dillərə dastan qələbəsi, zəfəri ilə yekunlaşdı.
Siyasətdə belə bir deyim var : Döyüş meydanında ordusu qüdrətli olan ölkənin – danışıqlar masasında diplomatları daha da cəsarətli olar. “
Bəli, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliy ilə 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun qazandığı şanlı ZƏFƏR bizi daha uzaqlara, okeanın o tayına ABŞ-a, oradan isə, bütün dünyanın diqqət mərkəzində olan, TRIPP ( ZƏNGƏZUR ) layihəsinə qovuşdurdu. TRIPP (Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşurutu. ) Cənubi Qafqazdan nəqliyyat və kommunikasiya xətlərinin açılacaq genişmiqyaslı geosiyasi və iqtisadi infrastruktur layihəsi. ABŞ-ın təşəbbüsü olan bu layihə regionda təhlükəsizliyin təmin olunması və ticarət dövriyyəsi nin artırılmasını təmin edəcək. Layihə ZƏNGƏZUR dəhlizinin yeni forması olaraq dəhlizin beynəlxalq səviyyədə tamamlanan yeni formasıdır. TRIPP ( ZƏNGƏZUR ) marşurutu regional iqtisadi şəbəkəsini gücləndirəcək qlobal ticarət yollarını birləşdirəcək Orta Dəhlizin strateji əhəmiyyətini daha da artıracaq. Layihənin Azərbaycan ərazisindən keçən hissəsi artıq hazır vəziyyətdədir.
TRIPP ( ZƏNGƏZUR ) layihəsində ABŞ və Qərb regionda sülhü təmin etməklə, yanaşı Şərq-Qərb ticarət dəhlizinə təhlükəsiz və alternativ çıxış əldə edir. Ermənistan isə illərdir davam edən iqtisadi təcridlərdən çıxmaq imkanı qazanmaqla, suverenliyi və ərazi bütövlüyü çərçivəsində beynəlxalq təminatlar əldə edir. Azərbaycan – ölkənin tranzit və loqistik imkanları genişlənir, beynəlxalq yükdaşımalarda strateji qovşaq statusu möhkəmlənir. Arzu edirəm bu yeni iqtisadi layihə xalqımızı əminamanlığa və bol ruzi-bərəkətə qovuşdursun.
Ölkəmizin ərazi bütövlüyü uğrunda QARABAĞDA uzun illərdir aparılan bu qanlı müharibənin başlandığı ilk gündən FÜZULİ rayonunun, ərazisi hərbi plasdarm olmuşdur! Odur ki, mən, tarixi hadisələrə və faktlara əsaslanaraq böyük cəsarətlə yazır-aşağısından imza edirəm! Bu müharibənin, bütün ağrı və acılarını daha çox, FÜZULİ camaatı öz çiyinlərində daşımışdır! Həmçinin Zəfərin qazanılmasında Azərbaycan ordusu ilə yanaşı FÜZULİLƏRİN və FÜZULİDƏN olan, döyüşçülərin də, xüsusi xidmətləri olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət edirik!
Cənab, Ali Baş Komandan, qədim Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunaraq, xalqımıza ŞANLI ZƏFƏRİ bəxş etdiyinizə görə, sizə minnətdarlıq edir və sizi səmimi qəlbdən alqışlayırıq. Həmçinin, sizdən xahiş edirik, 1994-cü ildə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Komandanlığı altında uğurlu HORADİZ əməliyatı zamanı əldə olunmuş qələbənin şərəfinə ” HORADİZİN AZAD OLUNMASI UĞRUNDA ” medal tərtib edilərdi. Bu döyüşlərdə iştrak etmiş minlərlə döyüşçülər təltif edilərdi. Bununla biz, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda zamanında əməyi və zəhməti olmuş minlərlə keçmiş döyüşçünü qürurlandırmış olardıq…
İllərdir on illərdir xalqımızın azadlığı, istiqlalı və ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan ədalətli mübarizədə minlərlə, on minlərlə Azərbaycan övladları canını fəda edərək şəhidlik zirvəsinə ucalmışdı. On minlərlə döyüşçü sağlamlığını itirib. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, sağlamlığını itirmiş döyüşçülərə gümrahlıq arzulayırıq. Torpaqlarımızın müdafiəsində xüsusi əzimkarlıq göstərmiş bütün müharibə iştrakçılarına xoş günlər arzulayır, dünyasını dəyişənlərə Allah rəhmət eləsin deyirik.
Bu gün, xalqımız 44 günlük Vətən müharibəsində böyük fədakarlıqla qazanmış olduğu şanlı ZƏFƏRİN 6-cı il dönümünü təntənəli şəkildə qeyd edir. Fürsətdən istfadə edib ilk növbədə müqəddəs şəhidlərimizin ruhuna dualar oxuyur, onların analarını, atalarını, doğmalarını bayram münasibətilə səmimi qəlbdən təbrik edir və bütövlükdə xalqımıza firavanlıq arzulayırıq.
Zəfər bayramınız mübarək olsun !

Füzuli-Horadiz-Naxçıvan-Bakı
07 noyabr 2026

Müəllif: Polkovnik Mirqiyas Rüstəmov

Polkovnik Mirqiyas Rüstəmoun yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

DAHA ÇOX XƏBƏR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

BAYRAMIMIZ MÜBARƏK

SON SEVGİMSƏN
İlk sevdiyim deyilsən sən.
Sənə qədər nəyi sevdim, kimi sevdim
bilmirəm mən.
Sənə qədər səndən ötə sevdim bəlkə
ipək donlu gəlinciyi,
bər –bəzəkli yelləncəyi.
Bəlkə qışı, qarı sevdim,
Bəlkə də baharı sevdim.
Sənə qədər onu sevdim, bunu sevdim,
kimisinin gözlərini,
kiminin boyunu sevdim.
Bəlkə sevdim mən hamıdan çirkinini,
bəlkə də ən gözəlini?
Amma demə sənə qədər
sevməmişəm heç birini.
Demə Sənə çatanadək bilməmişəm
sevgi nədir.
Amma ki, mən səni sevdim.
Hər tikəni, hər parçanı
gözlərimə, ürəyimə yığdım elə.
Səni bütöv sevdim elə.
Hər daşını əzizlərəm,
Hər ağrını ovudaram.
Yadlardakı hər qarışın dərd evimdi.
Hər yarana məlhəm olmaq,
yad əllərdən səni almaq and yerimdi.
Adım “Vətən” deyən neçə şəhidin var.
Türkün yurdu şəhid olmaz,
türkün özü şəhid olar.
“Vətən” adlı oğlun ilə,
qızın ilə mən əl-ələ
Təbrizimlə Bakım ilə
gedəcəyəm Qarabağdan Zəngəzura,
İrəvana, Göyçə gölə.
Oxşayacam hər gülünü, yarpağını,
oxşayacam mən hər qarış torpağını.
Bəlkə bir az səndən doyum.
Səni bütöv sevəcəyəm ömrüm boyu.
Sən uğruna öləcəyim,
sən uğruna yaşadığım varlığımsan –
ana Vətən.
Səni bütöv sevirəm mən.
İlk sevgilim deyilsən sən –
Son sevgimsən.

Müəllif: KAMALƏ ABİYEVA

KAMALƏ ABİYEVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

DAHA ÇOX XƏBƏR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

BU PAYIZ BAYRAĞA BÜRÜNÜB ŞUŞA

BU PAYIZ BAYRAĞA BÜRÜNÜB ŞUŞA

Dağlar sinəsindən yol açdı bizə,
Daşlar qayalarda dolaşdı dizə.
Şuşa qanadlandı, qol açdı bizə,
Yolunu gözlədim 30 il, dedi.

Azsın izlərində küçə, tin, dalan.
Gündüz, axşam, səhər gəz məni, dolan.
Cıdırdan boylanıb, asılı qalan
Gözümün yaşını özün sil, dedi.

Sinəmdə açacaq güllər bu payız,
Şuşa sənsiz olmaz, sən də Şuşasız.
Gülür, nəğmə deyir gözlər, dil, ağız,
Dik tut məğrur başın, sevin, gül, dedi.

Öpdüm torpağından, öpdüm daşından,
Sevincdən çalması düşdü başından.
Üzükdür, özü də almaz qaşınnan,
Hansı dəyərlidir, indi bil, dedi.

Bu payız bayrağa bürünüb Şuşa,
İgidlər iz salıb qayaya, daşa.
Yaşa bu zəfərlə, sən məğrur yaşa,
Açıldı ürəklər, sözü dil dedi.
08.11.2020

Müəllif: Qabil NABİ

QABİL NABİNİN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

9 noyabr 2020-ci il…

SAKİT VƏ ƏMİN
(oçerk)
Əsl qəhrəmanlıq səs-küylə gəlmir. Bəzən o, sakit bir insanın məsuliyyətli addımlarında, əsgərinə olan sevgisində, Vətən qarşısında verdiyi sözə son nəfəsədək sədaqətində görünür…
Belə qəhrəmanlar haqqında danışarkən çox sözə ehtiyac qalmır. Onların ömür yolu öz-özlüyündə bir kitabdır. Hər səhifəsində bir insanın xarakteri, bir ailənin sevgisi, bir əsgərin sədaqəti, bir zabitin məsuliyyəti, bir Vətən oğlunun fədakarlığı görünür. Mayor Emin Bəhmən oğlu Süleymanovun həyatı da beləcə, sakit və əmin addımlarla yazılmış, son səhifəsi Vətən müharibəsinin qanlı-qürurlu tarixində tamamlanmış bir ömür kitabıdır.
Onun haqqında danışanlar ilk növbədə xarakterini xatırlayırlar: ciddi idi, sirr saxlamağı bacarırdı, ailəcanlı idi, işinə son dərəcə məsuliyyətlə yanaşırdı. Ən başlıcası isə vətənpərvər idi. Əsgərlərini övladı kimi sevirdi. Bu xüsusiyyətlərin hər biri ayrıca bir insan keyfiyyətidir. Lakin bunlar bir şəxsdə birləşəndə artıq xarakterdən daha böyük məna qazanır – zabitlik ləyaqətinə çevrilir.
Emin Süleymanov 21 iyul 1977-ci ildə İmişli rayonunda polis ailəsində dünyaya göz açmışdı. Uşaqlıq illəri İmişlinin doğma mühitində keçmişdi. O, Namiq Şirinov adına 5 saylı tam orta məktəbdə təhsil almış, sonralar həyat yolunu hərbi sahə ilə bağlamışdı. Hərbi peşə onun üçün təsadüfi seçim deyildi. İntizam, məsuliyyət, Vətənə xidmət kimi anlayışlar onun həyatında getdikcə daha möhkəm yer tuturdu.
1992-1995-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alması Eminin gələcək zabitlik yolunda mühüm mərhələ oldu. Hərbi liseydə formalaşan nizam-intizam, kollektivçilik, məsuliyyət və Vətənə bağlılıq duyğuları sonrakı həyatında da özünü göstərdi.
1995-ci ildə Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olan Emin Süleymanov burada ali hərbi təhsil aldı. Sonralar bu ali məktəb Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi kimi fəaliyyət göstərdi. Emin artilleriyaçı ixtisasına yiyələndi.
1999-cu ildə ali hərbi məktəbi bitirərək leytenant rütbəsində hərbi xidmətə başlayan gənc zabitin qarşısında uzun və məsuliyyətli bir yol açıldı. Gənc yaşlarından hərbi hissələrdə xidmət edən Emin Süleymanov zaman keçdikcə öz peşəkarlığı, intizamı və məsuliyyətli davranışı ilə seçildi.
Zabitlik onun üçün yalnız rütbə, çin deyi, eyni zamanda çiyində böyük məsuliyyət demək idi. Zabit olmaq əsgərin qarşısında cavabdeh olmaq, verilmiş tapşırığın nəticəsini düşünmək, çətin anda düzgün qərar vermək, özündən əvvəl xidmət etdiyi dövlətin və Vətənin mənafeyini düşünmək idi.
Bu baxımdan “sakit” sözü onun xarakterini ifadə edən ən doğru sözlərdən biridir.
Sakit insanlar bəzən yanlış anlaşılır. Onların daxili dünyasının zənginliyi zahiri təmkininin arxasında görünməyə bilər. Lakin hərbi mühitdə insanın əsl xarakteri çətinlik qarşısında üzə çıxır. Emin Süleymanov da çətin anlarda özünü itirməyən, məsuliyyəti üzərinə götürməyi bacaran zabitlərdən idi.
Onun sakitliyində zəiflik yox, özünəinam vardı.
Əminliyində isə məsuliyyət.
Emin Süleymanov ailəli idi. Həyat yoldaşı Məhsəti xanımla iki övlad böyüdürdü. Bir oğlu, bir qızı onun üçün həyatın ən böyük mənalarından idi. Evdə onu gözləyən ailəsi, övladlarının səsi, ata qayğısına ehtiyacı olan iki balası vardı.
Amma hərbçi ailələrinin taleyində bir həqiqət var: ata evdə ailənin başçısı olduğu kimi, xidmətdə də Vətənin oğludur.
Emin bu iki məsuliyyəti öz həyatında birləşdirə bilmişdi. Ailəsinə bağlı, ailəcanlı insan kimi tanınırdı. Eyni zamanda xidmət etdiyi hərbi hissənin, rəhbərlik etdiyi şəxsi heyətin qarşısında üzərinə düşən vəzifəni layiqincə yerinə yetirirdi.
Onun haqqında deyilən “əsgərlərini övladı kimi sevirdi” ifadəsi bu baxımdan xüsusi məna daşıyır.
Əsgəri sevmək onu qorumaqdır.
Əsgəri qorumaq isə hərbi rəhbər üçün yalnız insani hiss deyil, həm də peşə borcudur.
Emin Süleymanovun zabit obrazının mühüm cəhətlərindən biri məhz bu idi: tabeliyində olan şəxsi heyətə yalnız icraçı qüvvə kimi deyil, həyatını etibar etdiyi insanlar kimi yanaşırdı.
2020-ci ilin 27 sentyabrında Azərbaycan tarixinin ən mühüm səhifələrindən biri başladı.
Vətən müharibəsi Azərbaycan Ordusunun qarşısında böyük və tarixi vəzifələr qoydu. Uzun illər işğal altında qalan torpaqlarımızın azad edilməsi uğrunda başlayan döyüşlər qısa zamanda böyük bir xalq savaşına çevrildi.
Emin Süleymanov da bu müharibənin ilk günlərindən döyüşlərdə iştirak etdi.
Artilleriyaçı zabit üçün döyüş meydanı həm də dəqiqlik, soyuqqanlılıq, peşəkarlıq və məsuliyyət tələb edən bir məkandır. Burada səhvin qiyməti ağırdır. Bir qərarın arxasında əsgərin həyatı, bir bölmənin taleyi, bəzən bütöv bir əməliyyatın nəticəsi dayanır.
Mayor Emin Süleymanov belə bir məsuliyyətin içində döyüşürdü.
Murovdağ…
Füzuli…
Xocavənd…
Şuşa…
Daşaltı…
Laçın…
Bu adların hər biri Vətən müharibəsinin tarixində ayrıca bir səhifədir. Emin Süleymanov həmin səhifələrin bir çoxunda öz imzasını qanı ilə yazdı.
Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edən Azərbaycan əsgər və zabitləri çətin relyef, ağır hava şəraiti və düşmənin müqaviməti ilə üz-üzə idilər. Burada döyüşmək təkcə silah və texnika deyil, dözüm, iradə və mənəvi möhkəmlik tələb edirdi.
Emin bütün bu sınaqlardan keçdi.
Sonra Füzuli istiqaməti…
Füzulinin azadlığı Azərbaycan Ordusunun böyük uğurlarından biri idi. Şəhərin və rayonun kəndlərinin azad olunması istiqamətində gedən döyüşlərdə Azərbaycan hərbçiləri böyük qəhrəmanlıq göstərdilər. Emin Süleymanov da bu döyüşlərdə iştirak edən zabitlərdən biri idi.
Xocavənd istiqamətində döyüşlər daha bir ağır sınaq idi.
Döyüşlərin coğrafiyası genişləndikcə mayor Emin Süleymanovun hərbi yolu da Vətən müharibəsinin müxtəlif istiqamətlərindən keçirdi.
Lakin qarşıda ən böyük sınaqlardan biri – Şuşa dayanırdı.
Şuşa!
Azərbaycanın ruhunun, tarixinin, mədəniyyətinin, musiqisinin, poeziyasının şəhəri.
Şuşanın azadlığı uğrunda gedən döyüşlər Vətən müharibəsinin ən ağır və ən şərəfli səhifələrindən birinə çevrildi.
Emin Süleymanov 7 noyabr 2020-ci ildə Şuşa rayonunun Daşaltı kəndi istiqamətində gedən əməliyyatlarda iştirak etdi.
Daşaltı…
Bu adın özündə böyük bir tarix var. Şuşaya gedən yolun yaddaşında Daşaltının xüsusi yeri var. 2020-ci ilin noyabrında Azərbaycan Ordusunun qəhrəman oğulları həmin istiqamətdə böyük iradə və fədakarlıq göstərdilər.
Emin də həmin döyüşçülərin sırasında idi.
Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi şəxsi igidlik və şücaət sonralar dövlət tərəfindən də yüksək qiymətləndirildi. Emin Süleymanov ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.
Lakin Eminin döyüş yolu Şuşa ilə bitmirdi.
Laçın istiqamətində də döyüş tapşırıqlarının yerinə yetirilməsi davam edirdi.
9 noyabr 2020-ci il…
Müharibənin qələbəyə çox yaxın olduğu, Azərbaycanın bütün xalqının böyük bir tarixi xəbəri gözlədiyi günlərdən biri.
Laçın istiqaməti.
Döyüş tapşırığı.
Və mayor Emin Süleymanov…
Həmin gün o, döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid oldu.
Beləcə, 43 illik ömür yolu Vətən uğrunda şəhidlik zirvəsində tamamlandı.
Şəhidlik…
İmişli torpağı onu bağrına basdı.
Emin Süleymanov Xubyarlı kənd qəbiristanlığında dəfn edildi.
Şəhid zabitin həyatı haqqında danışarkən onun təltiflərini də xatırlamaq lazımdır.
Emin Süleymanov xidmət illərində III, II və I dərəcəli “Qüsursuz xidmətə görə” medalları ilə təltif olunmuşdu. Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi, 95 illiyi və Azərbaycan Ordusunun 100 illiyi yubiley medallarına layiq görülmüşdü.
Vətən müharibəsində göstərdiyi xidmətlərə görə isə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edildi. Həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə göstərdiyi igidlik və vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə III dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görüldü.
Bu təltiflər bir zabitin ömür yolunun dövlət tərəfindən verilmiş qiymətidir.
Emin Süleymanovun atası Bəhmən Nəriman oğlu Süleymanov, anası Tamara Nəzər qızı Süleymanova idi. Onun Mehman və Elçin adlı qardaşları, Şəhla adlı bacısı vardı.
Bu ailənin bir övladı Vətən müharibəsində şəhid oldu.
Bu, yalnız bir ailənin itkisi deyildi.
Bu, Azərbaycan ailələrinin 2020-ci ildə yaşadığı böyük ağrıların bir hissəsi idi.
Amma hər ağrının içində qürur da vardı.
Çünki Eminin ailəsi bilirdi ki, onların oğlu, həyat yoldaşı, atası, qardaşı öz ömrünü Vətən yolunda başa vurub.
Onun oğlu Bəhmən və qızı Emilya atasının adını yalnız ailə xatirəsi kimi deyil, Azərbaycan tarixinin şərəfli bir səhifəsi kimi daşıyacaqlar.
Atalar gedir, adlar qalır.
Övladlar böyüyür, atalarının ömrünü öyrənirlər.
Bir gün onlar öz övladlarına danışacaqlar:
“Bizim atamız mayor Emin Süleymanov idi. O, Vətən müharibəsində döyüşdü. Şuşanın, Xocavəndin, Füzulinin, Murovdağın, Laçının azadlığı uğrunda vuruşdu. Vətən üçün şəhid oldu.”
Bu sözlər bir ailənin tarixindən çıxaraq xalqın yaddaşına çevrilir.
Emin Süleymanov haqqında “ciddi”, “sakit”, “sirr saxlamağı bacaran”, “məsuliyyətli”, “ailəcanlı”, “vətənpərvər” deyirlər.
Bütün bu sözlərin içində onun şəxsiyyətini tamamlayan bir məqam var:
əminlik.
O, öz işini bilirdi.
Öz məsuliyyətini anlayırdı.
Əsgərinə münasibətini bilirdi.
Ailəsinin ona olan ehtiyacını bilirdi.
Vətənin qarşısında borcunu bilirdi.
Və son ana qədər öz yolundan dönmədi.
“Sakit və əmin” – onun xarakterini ifadə edən bu iki söz əslində bir zabitin bütöv həyat fəlsəfəsini özündə cəmləşdirir.
Sakit idi – çünki özünə inanırdı.
Əmin idi – çünki qarşısında dayanan məqsədin müqəddəsliyini dərk edirdi.
Bu gün Emin Süleymanovun adı çəkiləndə yalnız bir mayorun bioqrafiyasından danışmırıq.
Biz Azərbaycan zabitinin obrazından danışırıq.
O zabitin ki, sakit görünür, amma daxilində böyük bir Vətən sevgisi daşıyır.
O zabitin ki, əsgərinə övladı kimi yanaşır.
O zabitin ki, verilən tapşırığı yerinə yetirməyi şərəf məsələsi sayır.
O zabitin ki, son döyüşünə qədər öz vəzifə başında olur.
O zabitin ki, Vətən uğrunda canından keçməyi ən ali xidmət hesab edir.
Emin Süleymanovun həyat yolu gələcək nəsillər üçün də bir örnəkdir.

04.10.2026. Bakı.

Müəllif: Zaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

SƏYYAD ƏHMƏDLİ (GÖYÇƏLİ)NİN YAZILARI

Zaur Ustacın “Buta”sı

İki əsrin tək nasiri

Sədulla Şirinoun yazıları

SƏDULLA ŞİRİNOVUN KİTABLARI

Sədulla Şirinovun yaradıcılığı

GÜNAY ƏLİYEVA – “NƏRGİZ”

Zaur Ustacın “Buta”sı barədə

GÜNAY XANIMIN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Hər səngər məbəddi, pirdi hər əsgər – Zaur Ustac

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC

Nisə Kərimovanın yazıları

I>>>> Rənglərin Şahzadəsi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Alovlar yurdunun nar övladıyam!

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

Nisə Kərimovanın yazıları

I>>>> Rənglərin Şahzadəsi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Müzəffər ordunun şanlı əsgəri – Zaur Ustac

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

Nisə Kərimovanın yazıları

I>>>> Rənglərin Şahzadəsi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Şuşa tək ocağın mübarək, dağlar!

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC

Nisə Kərimovanın yazıları

I>>>> Rənglərin Şahzadəsi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Misralarla ömrü axşam edən şair – Qulu Ağsəs

Misralarla ömrü axşam edən şair – Qulu AĞSƏS

Hər şair bir kənddən, bir torpaqdan pərvazlanır, amma hamısı poeziyanın göylərində özünəməxsus, silinməz bir iz qoya bilmir. Azərbaycan ədəbiyyatının və mətbuatının son qırx illik tarixinə nəzər salsaq, fərqli intonasiyası, dərin fəlsəfi baxışı, cəsarətli ictimai mövqeyi və intiharsayağı səmimiyyəti ilə seçilən bir imza görərik: Qulu Ağsəs. 1969-cu ildə Ağdamın dilbər guşəsi, musiqi və söz beşiyi olan Gülablı kəndində dünyaya göz açan bu istedadlı qələm adamı, sözün həqiqi mənasında, həyatı poeziyaya, poeziyanı isə ömür xəritəsinə çevirməyi bacaran nadir simalardandır.
Qulu Ağsəsin yaradıcılıq cığırı çox erkən yaşlardan, hələ uşaq ikən başlayıb. İlk mətbu şeirinin 1980-ci ildə, cəmi 11 yaşında “Pioner” jurnalında dərc edilməsi gələcəyin böyük şairindən xəbər verirdi. Zaman keçdikcə bu istedad daha da cilalandı və 1990-cı ildə “Ulduz” jurnalında işıq üzü görən silsilə şeirləri ədəbi mühitdə ciddi əks-səda doğurdu. Şairin taleyi təkcə poeziya ilə deyil, həm də mətbuatla sıx bağlandı. 1991-ci ildə “168 saat” qəzetində başlayan jurnalist fəaliyyəti, sonradan “Azad Azərbaycan” qəzetində müxbir, məsul katib, baş redaktor, eləcə də Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor, şöbə müdiri və baş redaktor müavini kimi məsuliyyətli vəzifələrlə davam etdi. Onun hər bir publisistik yazısında, hər bir redaktor qeydində jurnalist itiliyi ilə şair həssaslığı bir araya gəlirdi. Nəhayət, 2004-cü ildə baş redaktor müavini kimi fəaliyyətə başladığı “Ulduz” aylıq ədəbiyyat dərgisinə 2014-cü ildən bu günə qədər baş redaktorluq etməsi, onun müasir ədəbi prosesin tən ortasında dayandığının ən bariz sübutudur.
Qulu Ağsəsin şeirlərində zaman və insan münasibətləri qeyri-adi bir bədiiliklə təqdim olunur. O, gündəlik həyatın adiliyində böyük fəlsəfəni görə bilir. Həyatın müvəqqətiliyini, gecə ilə gündüzün əbədi növbələşməsini insanın taleyi ilə elə bağlayır ki, oxucu sarsıdıcı bir vizual lövhənin şahidinə çevrilir:

Görsən ki, qaranlıq çökür aləmə,
Görsən ki, axşamdı… fikir eləmə.
Bir uçuq yuxudu gecənin boyu
Nə qədər imkan var rahatlan, uyu…
**
Qəflətən bir çağa salar hay-həşir
Səhər – körpəsidi doğan Günəşin.
Onu ovutmağa tələsər hamı,
Beləcə, salarlar yenə axşamı.

Şairin dünyagörüşündə ironiya və realizm daxili bir sızıltı ilə birləşir. O, ətrafındakı haqsızlıqlara, dünyanın gərdişinə bəzən eynəyin arxasından, bəzən ise birbaşa qəlbinin açıq yarasından baxır. Onun misralarında həyatın acı həqiqətləri belə estetik bir formaya düşür:

Çox da salıb dünyanı eynəyim gözdən – nolar
Ağız suyuyla bitir dodaqda söz də – nolar…
Ölüm nə çətin işdi, gör nə gözəl cəzan var,
Dörd tərəfin köpəksə, demək, mühafizən var…

Qulu Ağsəs lirikaşünaslıqda saf və təmənnasız sevginin tərənnümçüsü kimi çıxış edir. Lakin bu sevgi vüsalla bitən adi nağıllardan deyil; o, daxili çırpıntılarla, tənhalıqla və bəzən də intiharsayağı bir fədakarlıqla yoğrulub. Şair sevdiyinin gəlişini “başdan ayağa kimi” sevməyi, onun qoynunda bir çağatək ağlamağı arzulayır. Getməyin belə bir zərifliyi, bir dramı var onun poetik dünyasında:

Sevəsən bu gəlişi başdan ayağa kimi
Küsdürəndə ağlaya qoynunda çağa kimi…
Gedəndə könlünü də yalvar – yapış apara
Gün görməmiş dərisin gün çıxmamış apara…

Eyni zamanda, o, sevginin gətirdiyi izdihamdan qaçıb tənhalığa sığınmaq istəyir. Ürəyini yoldan ötənə açmaq bahasına olsa belə, sevgilisini o müqəddəs məkanda tək saxlamağa çalışır. Çünki onun üçün əsl sevgi gizli qalan, Allaha və bəndəyə bəyan edilməyən gizli bir dünyadır:

Bir qiz bir oğlana çoxuymuş, demə,
Sevdim təklənəsən… çoxaldın, gülüm.
Açdım ürəyimi yoldan ötənə,
Təki ordan səni çıxardım, gülüm…


Bunu bir mən bilim, bir də sən Ancaq,
Ölüncə bu gözəl sirr bəsimizdi.
Bizə nə yurd versin, nə yuva Allah,
Sənə ayırdığım yer bəsimizdi!.

Lakin illər keçdikcə sevginin mahiyyəti şairin gözündə dəyişir, fəlsəfi suallara və bəzən də bir geri çəkilməyə çevrilir. “Məni sevməklə dala çəkirsən” deyən şair, sevginin indi bəlkə də gələcəyə yox, keçmişə, xatirələrə tərəf açılan qapı olduğunu bəyan edir:

Bilmirəm dünyanın xoşbəxti deyim,
Bilmirəm dünyanın bədbəxti sənə.
Düzü, istəmirəm xətrinə dəyim,
Cavab axtarıram nə vaxtdı sənə…
**
Kimsə ayağını qoymaz içəri –
Könlümün keşiyin balam çəkirsə.
Sevgi ötən gündür məndən ötəri,
Sən məni səvməklə dala çəkirsən.

Qulu Ağsəs fildişi qülləsində oturub yalnız buludlardan yazan şair deyil. Onun poeziyası cəmiyyətin ən ağrılı yerinə toxunmağı bacarır. Müharibənin gətirdiyi fəsadlar, Vətən uğrunda canını, sağlamlığını qoyan bir insanın sosial və mənəvi dramı onun misralarında heç bir pafosa varmadan, bütün çılpaqlığı və acılığı ilə təqdim olunur. “Müharibə əlili” şeiri Azərbaycan poeziyasında bu mövzuda yazılmış ən sarsıdıcı, ən dürüst və ictimai vicdanı oyadan nümunələrdən biridir:

Üzdü ayaqlarımı Vətən yolu
qayıtdım üzüqoylu…
qayıtdım
qurşağımın yuxarı qatıyla,
qayıtdım
əlil arabasının atıyla…
İki balam gözüyaşlı
arvadım başıdaşlı…
Yazıq hər əmrə müntəzir:
həm məni gəzdirir,
həm … özü gəzir…
Süfrəmdə haram var – dinmirəm,
İki ac balam var – dinmirəm.
Dinmirəm
gül ağzı açılanda heyrətin:
«Vətəni qorudun, bəs öz qeyrətin?!»
… Üzdü ayaqlarımı Vətən yolu
bu da mənə «sağ ol»u…

Bu misralar təkcə bir qazinin taleyi deyil, həm də cəmiyyətin, insanların laqeydliyinə qarşı şairin çəkdiyi böyük bir üsyandır. Qulu Ağsəs bu ağrını öz içindən keçirərək oxucuya ötürür.
Şair yaradıcılığında sənətkarın taleyi, yaradıcılıq iztirabları da ana xətlərdən birini təşkil edir. O, şeirin sadəcə qafiyə xatirinə yazılmadığını, hər misranın arxasında bir yaşantı, bir hekayə dayandığını vurğulayır. Müasir dünyanın bozluğunu, insanların laqeydliyini “ulduzların yanmayıb, his eləməsi” kimi dərin bir bənzətmə ilə ifadə edir. Şair üçün ilham, istedad bəzən sadəcə bir bəhanədir; əsl dərd daxildəki o bitib-tükənməyən ağrılardır:

Bəzi şeirlərin hekayəsi var,
Bəzi xoşbəxtliyin qafiyəsi var.
Buludlar yağış yox, toz ələyirlər
Ulduzlar yanmır ha… His eləyirlər.
**
Beş-üç arzu etməz ömrün qalığı
Didir başımızı kəpək balığı.
Daş-daş oynanılan bir aynabəddi,
Aman umduqları amana bənddi.
**
Nə talant? Nə vergi? Nə sehr? – Adam
Günü axşam edir bikarçılıqdan.
Yaxşı pəhrizi var iztirabların
Nə özüm kökəldim, nə kitablarım…

Bu misralar şairin sənətə və həyata olan dürüst münasibətinin göstəricisidir. O, iztirabların pəhrizi ilə yaşayır, daxilən təmizlənir və bu təmizlik onun kitablarına yansıyır.
Qulu Ağsəsin təbiətə baxışı da fərqlidir. O, dağı sadəcə bir coğrafi relyef kimi görmür; onun gözündə dağ – taleyi gətirməyən, yoxsul və kimsəsiz bir insan kimidir. Bu metafora sənətkarın bədii təxəyyülünün miqyasını göstərir:

Dağa bax…sən allah
nə gündədi
Ayağı ayağına dolaşan
beş-altı ağacdı
qozbel torpağı
balatası qaçmış kündədi…
Dili yoxdu
ildırım vuranda çığıra
pulu yoxdu
özünə lift çəkdirə,
dərəni qonaq çağıra…

Şairin daxili dünyasını gəmirən dərdi fərqlidir. O dərd o qədər amansızdır ki, şair onu ilahi mərhəmətdən uzaq, “allahsız” adlandırır. Lakin bu dərdin bir gün hər kəsə bəyan olacağı günü də poetik bir intizarla gözləyir:

Rəngsizdi, tamsızdı,
ətsiz-qansızdı,
Allahsız, imansızdı,
Mən çəkən dərdlərin.
**
Nəfsi bıçaqdan iti,
içimi dağıdır, didir,
vecinə deyiləm qəti
Mən çəkən dərdlərin.
**
Dərdi nə çəkiləsidi,
nə qaçılacaq,
Mən çəkən dərdlərin.
…Bir gün “sərgisi” açılacaq,
Mən çəkən dərdlərin.

Qulu Ağsəs poeziyasının ən maraqlı, cəsarətli və bəlkə də ən çox müzakirə olunan tərəfi onun Yaradanla qurduğu səmimi, bəzən də ərkyana dialoqdur. O, insanın bu nəhəng və mürəkkəb kainatda öz yerini axtarmasındakı çarəsizliyini gizlətmir. Dünyanın nizamsızlığına qarşı daxili bir etiraz və heyranlıq eyni misrada birləşir:

Kimsən, nəçisən, ay Allah –
Heç səndən baş tapammadıq.
Özün qurduğun dünyada
Sənə bir iş tapammadıq.

Amma bu etiraz heç vaxt tam üsyana çevrilmir, əksinə, Tanrının möcüzələrinə – qışda donan ağacın yasına baharda yarpaq yazdıran uca nizamına heyranlıqla, böyük bir təslimiyyət və şükranlıqla nəticələnir:

Bir yol yatağından qalxmayan bu çay
Qoluna döyməni nə vaxt yazdırıb?
Qış günü soyuqdan ölən ağacın
Yasına mart ayı yarpaq yazdırıb…

Şükür o göydəki ismin halına,
Şükür yağışına, şükür qarına.
Şükür adımızı öz jurnalına
Əcəl adqoydudan qabaq yazdırıb…

Ölüm mövzusu Qulu Ağsəs yaradıcılıq fəlsəfəsində qorxulu bir son deyil, sirli bir yoxlanış, bəzən isə mistik bir “yuxu”dur. İnsanın ölümlə olan çarəsizliyini, Tanrının əbədiliyi qarşısındakı acizliyini şair son dərəcə sarsıdıcı misralarla ifadə edir. Bu müraciətdə həm bəşəri bir xof, həm də Allaha olan gizli bir sevgi var:

Dan yeri – gecənin göydə od tutan bağrıdı.
Xəbərin varmı? – Bilmirəm.
Hərəmiz borcludu bir can ölümə,
Ölsək də, tapmarıq əncam ölümə.
Tanrı qırmır bizi… Ancaq ölümə yoxladır.
Xəbərin varmı? – Bilmirəm…
**
Yastıq qoyub başımıza
əcəb yatırdın bizi.
Aç gözünü, qaranlığın
Qırıb batırdı bizi.
**
Milyon illərdi yeyirik
Süfrənin qırağından.
Çörək bizi tutar deyin,
Dinmirəm qabağından.
**
Nə boydasan görən heylə?
Bir ölçüyə gəlmirsən?
Baş çəkmirsən qullarına
Bizə niyə gəlmirsən?
**
…Özünü görməsək də,
Xofun yamandı, Allah!
Bizi qırıb qurtarmamış,
Ölmə, amandı, Allah!..

Şairin yaradıcılığında valideyn mövzusu, xüsusilə ana və ata obrazı o qədər təbii və kövrək işlənib ki, oxuyarkən insanın boğazı qəhərlənir. Ananın dünyadan köçməsini “atamın iş yerinə yollandı” kimi mistik və saf bir dillə təqdim edən şair, ölümün o biri üzündəki cənnəti ailə bütövlüyündə görür. Və ən nəhayət, yaşından asılı olmayaraq, valideyn qarşısında özünü uşaq hiss edən insanın o müdhiş qorxusu və həyası:

Anam bu dünya evində
tumanı qırışanacan oturdu.
Dan atdı- gün batdı,
şər qarışanacan oturdu.
**
Axşam qonşu arvad
çay süzdü, yemək çəkdi ərinə.
Anam başımız üstdən
yollandı atamın iş yerinə.

Bilirəm, tapıb onu- lap qır qazanında olsa.
Hər yer cənnətdi kişiyə- arvad yanında olsa!
Görən nə deyib məndən anam orda atama?
Bircə “yetim” deməsin- kişi utanar…

Bu misralar şairin daxili dünyasının nə qədər təmiz, ailə bağlarına necə bağlı və valideyn ruhuna necə böyük ehtiram bəslədiyinin poetik heykəlidir.
Qulu Ağsəsin bu bənzərsiz yaradıcılığı həm dövlətimiz, həm də beynəlxalq ədəbi qurumlar tərəfindən hər zaman yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü və Azərbaycanın Əməkdar jurnalistidir. Onun poeziyası hələ 1993-cü ildə Azərbaycan Tərcümə Mərkəzinin “Altay-Alp” mükafatına, sonrakı illərdə isə Şahmar Əkbərzadə, Rəsul Rza Beynəlxalq Ədəbiyyat mükafatlarına, Fikrət Sadıqın xatirəsinə təsis olunmuş “İşıq” və Mikayıl Müşfiq ədəbi mükafatlarına layiq görülüb.
Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin və Avrasiya Yazarlar Birliyinin üzvü olan Qulu Ağsəsin səsi çoxdan ölkə hüdudlarını aşıb. Onun şeirləri türk, rus, özbək, gürcü, ukrayna və polyak dillərinə tərcümə edilərək xarici oxucuların da qəlbini fəth edib.
Qulu Ağsəs bu gün də yazır, yaradır və “Ulduz” jurnalının rəhbəri kimi gənc nəslə yol göstərir. Həyatı poeziya pəhrizində keçən şairin hər yeni misrası ədəbiyyatımızın xəzinəsinə yeni bir inci kimi daxil olur. O, öz bənzərsiz “Ağsəs”i ilə Azərbaycan poeziyasının göy üzündə həmişə parlayacaq bir ulduzdur.

Müəllif: Hüseyn İsaoğlu,

yazıçı-publisist,
AYB-nin və AJB-nin üzvü

Hüseyn İsaoğlnun yazıları

QULU AĞSƏSİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I