Kateqoriya arxivləri: XƏZAN JURNALI

“XƏZAN” ədəbi-bədii jurnalının iyun (iyun, 2022) sayı işıq üzü görüb

“Xəzan” jurnalı

“XƏZAN” – 4
“XƏZAN” ədəbi-bədii jurnalının iyun (iyun, 2022) sayı işıq üzü görüb. Dərginin sözügedən sayı Əli bəy Azərinin redaktor guşəsində yerləşdirilən “Ədəbiyyat və yaltaqlıq” məqaləsi ilə təqdim olunur. Sıra sayına görə 41-ci nömrəsi hesab olunan 172 səhifəlik jurnalın növbəti sayı da poeziya, nəsr əsərləri və publisistik yazılarla zəngindir.
Sayad Ramazanqızının “Qarabağ Azərbaycandır” məqaləsində doğma diyara sanki səyahət olunur. Vaqif Yusiflinin “Misralara süzülən sevgi nuru” məqaləsi şair-həkim Paşa Qəlbinurun 70 yaşına ərməğan edilib. Əli bəy Azərinin “Lalə İsmayıl yaradıcılığına ötəri nəzər” məqaləsində şairin yaradıcılığından söhbət açılır, “Günəş üzlü qadın”ın “Qara”sı” məqaləsi isə Narıngül Nadirin kitabı haqqındadır.
Fərhad Əsgərovun “Qanun pozuntusundan korrupsiyaya gedən yol” aktuallığı ilə dövrümüzə uyğun ciddi mesajdır, aktual problemlərin həlli istiqamətində həyəcan siqnalı səsləndirir.
İsgəndər Sadiqoğlunun “Yaddaşın ağır yükü” məqaləsi minlərlə insanın başına gətirilmiş repressiya damğasından bəhs edir. Məqaləni Məzahir İsgəndər jurnala hazırlayıb.
İşıqlı Atalının “İnam Atanın özümləşmək dərsi” məqaləsi Asif Əfəndiyevin cəmiyyətin inkişafı, tərəqqisi istiqamətində tənqidi fikirləri əsasında hazırlanmış dəyərli yazı nümunəsidir.
Arzu Heydərova “Ürəklərə qəm gətirən “Qəm yağışı”” məqaləsi ilə Xaliq Azadinin romanından bəhs edir. Ramiz İsmayıl “Nə yaxşı görüşdük” məqaləsində bölgədə yazıb-yaradan əslən Laçından olan şair Namiq Zamanın “Səni düşünürəm” şeirlər kitabından söhbət açır. Vüsal Ağyevin “Ölüm sevinməsin qoy” məqaləsi həyatdan nakam köçmüş bir ziyalı xanım haqqındadır.
Poeziya bölməsində Məzahir İsgəndərin böyük Hüseyn Cavidə həsr etdiyi “Ağlayan məzar” poemasından bir parça verilmişdir. Eyni zamanda Özbək ədəbiyyatını görkəmli nümayəndəsi Abdukamal Rəhmanovun “Müstəqillik balladası” və “Dəyərlilik nəğməsi” irihəcmli poetik nümunələri oxuculara Şahməmməd Dağlaroğlunun tərcüməsində təqdim olunur. Bundan əlavə şairlərdən Şahməmməd Dağlaroğlunun, Əbülfəz Əhmədin, Lalə İsmayılın, Zeynalabdin Novruzoğlunun, Ələsgər Talıboğlunun, Mahir Diniyevin, Hafiz Əlimərdanlının, Namiq Zamanın, Bəxtiyar Abbas İntizarın, Zəhra Səfəralıqızının, Kirman Rüstəmlinin, Həsən Goranboylunun, Damət Salmanoğlunun, Budaq Təhməzin, Rəhman Bayramın, Əhməd Haqsevərin, Ceyhun Quliyevin, Məhəmməd Əlinin, Esmira Günəşin, Şəlalə Adilqızının, Qüdsiyyə Qüdsinin və Vüsal Ağanın müxtəlif səpkili şeir nümunələri jurnalda yer alıb.
Nəsr bölməsində Həcərin “Vəsiyyət”, Zaur Ustacın “Psixoloqun qəbulunda”, Ramiz İsmayılın “Vicdan sancısı”, Pərvanə Bayramqızının “Ağ divara qara yazılar” hekayələri təqdim olunur. Ayaz İmranoğlunun “Müharibə hekayələri” silsiləsindən dörd hekayəsi və Akif İmanlının “Nəvələrimə hədiyyəm” yumorestik novellası da jurnalın bu sayında yer alıb.
Oxucuların intizarla gözlədiyi 44 günlük Vətən Müharibəsindən bəhs edən Əli bəy Azərinin “Adsız döyüş” romanından 28 səhifəlik bir parça da jurnalın iyun nömrəsində oxucuların ixtiyarındadır.
Dahilərdən kimsə deyib: “Jurnal bir şəhərdir!” Gözəl deyimdir. Bir bu qədər şair-yazıçının müxtəlif səpkili, məzmunlu əsərləri toplanmış jurnal allı-güllü, bərli-bəzəkli bir şəhərə bənzəməzmi?

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

XƏZAN JURNALI



“XƏZAN” JURNALI 

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“XƏZAN” – 39 İŞIQ ÜZÜ GÖRDÜ

“Xəzan” jurnalı

“XƏZAN” – 39
Yeddinci ilin ikinci addımı – jurnalın aprel (mart-aprel, 2022) sayı…
“XƏZAN” ədəbi-bədii jurnalının aprel (mart-aprel 2022) sayı çapdan çıxıb. Sıra sayına görə 39-cu nömrəsi hesab olunan 160 səhifəlik jurnalın növbəti sayı da poeziya, nəsr əsərləri və publisistik yazılarla zəngindir.
Jurnalın redaksiya heyəti yazıçı Meyxoş Abdullahı 60, şairlərdən Kəmaləddin Qədimi 65, Nizami Kolanılını 70 yaşları münasibətilə təbrik edib. Bu münasibətlə Meyxoş Abdullahın yaradıcılığına qismən işıq salan Sərvaz Hüseynoğlunun ““Dəli”nin doğru xəbəri” və Nizami Kolanılının yaradıcılığından bəhs olunan Balayar Sadiqin “Poetik sözün səmimi ruhu” yazıları jurnalda yer alıb.
Əli bəy Azərinin redaktor guşəsində yerləşən “Müharibə romanı” sərlövhəli məqaləsində Qarabağ müharibəsi mövzusunda yazılan və yazılmayan əsərlərə münasibət açıqlanıb. Ən əsası da Komandan, Sərkərdə, döyüş əməliyyatlarına rəhbərlik edən komandirlərin obrazlarının yaradılmaması qınağa çıxarılıb.
İsmayıllı rayon məktəblərindən birində Azərbaycan dili və ədəbiyyat müəllimi Jalə Alızadənin “Nizami dühası” məqaləsində şair Nizami Gəncəvinin yaradıcılığına səyahət olunub.
Elturan Əhlimanlının “Azərbaycanda qonaqpərvərlik ənənələri” məqaləsində adından göründüyü kimi elin müsbət xüsusiyyətləri, məziyyətləri dəyərləndirilir.
Hacıməmməd Məmmədovun “Torpağa, xalqa və rəhbərə sevgi” və “Ömrün naxışları, qurub, yaradan eloğlu, xalqa, dövlətə xidmət edən insan” məqalələrində iki xeyirxah insandan, onların cəmiyyətdə tuttuqları mövqelərdən və həyata keçirdikləri faydalı layihələrdən söhbət açılır.
Arzu Heydərovanın “Füzulinin şeir ətirli Yasəməni” müsahibə-oçerki Yasəmən Qaranın həyat və yaradıcılığına həsr olunub.
Nigar İmaməliyevanın “Qarabağın tarixi-mədəni abidələri” məqaləsində işğaldan azad olunmuş ərazilərdə araşdırılan abidələrdən söhbət açılır.
Xəyyam Əliyevin “Vətən həsrətinin rəngləri” məqaləsi zəngilanlı rəssam Nazim Hüseynovun yaradıcılığı barədədir. Ramiz İsmayılın “Məhəbbət şairi” məqaləsi aramızdan yenicə ayrılmış Mingəçevirdə yaşayıb yaradan şair Fəxrəddin Əzizin həyat və yaradıcılığı haqqındadır.
Adilə Əsədovanın “Məmmədli kəndinin tarixi abidələri” məqaləsi “Abşeron kəndləri” silsiləsindən növbəti məqalədir və bu kənddə yerləşən tarixi abidələrdən bəhs edir.
Poeziya cəhətdən bolluqdur. Esmira Günəş şeirlərinin hamısını şəhidlərə həsr edib. Xuraman Zakirqızının “Lalə və Ələkbər haqqında dastan” şeir-dastanında şəhidin nakam məhəbbətindən bəhs olunur. Ədalət Nəcəfoğlunun “Vəzirin səhvi” şeiri qədim bir rəvayət üzərində qurulub.
Budaq Təhməzin “Tənha sazın harayı” mənzum dramında şair Ağ Aşığın faciəli həyatından bəhs edir. Dram 2004-cü ildə qələmə alınsa da şair onu ilk dəfədir ki, çap etdirir.
Poeziya bölməsində bundan əlavə şairlərdən Kəmalıddin Qədim, Nizami Kolanılı, Məhəmməd Əli, Hafiz Əlimərdanlı, Şahnaz Şahin, Həsən Goranboylu, Şahlar Hacıyev, Şərqiyyə Balacanlı, Ramiz İsmayıl, Əyyub Məmmədov, Ziya Dilsuz, Zaur İlhamoğlu, Vüqar Əhməd, Bəxtiyar Kavanlı, Zəhra Səfəralıqızı, Şəhla Xəlilqızı və Xəlil Tahirbəylinin müxtəlif səpkili şeirləri yerləşdirilmişdir.
Əli bəy Azərinin 44 günlük Vətən Müharibəsi iştirakçılarına həsr etdiyi “Adsız döyüş” adlı müharibə romanı təqdim olunur. Maraqlıdır, hadisələr baxımından daha çox yazıçı təxəyyülü olsa da orijinaldır, dramatikdir, reallığa yaxındır. Qeyd etmək lazımdır ki, Vətən Müharibəsi haqqında yazılan ilk romandır.
Nəsr bölməsində bundan başqa Meyxoş Abdullahın, Əzizağa Elsevərin, Ayaz İmranoğlunun, Məzahir İsgəndərin, Mahir Cavadlının, Rəqibə Qəvvasın və Zaur Ustacın bir-birindən maraqlı hekayələri yerləşdirilib.
Xatırladaq ki, jurnalın bu sayında qardaş Qırğız ədəbiyyatından Sulayman Risbayevin bir neçə hekayəsi Aygün Yaşarın tərcüməsi ilə çap olunub.
Bir sözlə, “Xəzan” jurnalı hər zaman olduğu kimi yenə də bir-birindən maraqlı və rəngarəng yazıları ilə oxucularının görüşünə gəlib.

“XƏZAN” JURNALI 

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“XƏZAN”IN 38 – Cİ SAYI İŞIQ ÜZÜ GÖRDÜ (1- 2022)

“Xəzan” jurnalı

“XƏZAN” – 38
Yeddinci ilin ilk addımı – jurnalın növbəti – fevral (yanvar-fevral, 2022) sayı…
“XƏZAN” ədəbi-bədii jurnalının fevral (yanvar-fevral 2022) sayı çapdan çıxıb. Sıra sayına görə 38-ci nömrəsi hesab olunan 130 səhifəlik jurnalın növbəti sayı da poeziya, nəsr əsərləri və publisistik yazılarla zəngindir.
Jurnalın redaksiya heyəti yazıçı Qafar Cəfərlinin 65, şair Rafiq Akifin və Giya Paçxataşvilinin 60, Xəzər Miraj Məsimovun 55 yaşının tamam olması münasibətilə onları təbrik edib. Bu münasibətlə Qafar Cəfərlinin yaradıcılığına qismən işıq salan Əli bəy Azərinin “Mükəmməl xarakterli insan” və Giya Paçxataşvilinin yaradıcılığından bəhs olunan Qiymət Məhərrəmlinin “Zəfər ruhlu poeziya – Givinin Qarabağnaməsi” yazıları jurnalda yer alıb.
Əli bəy Azərinin redaktor guşəsində yerləşən “Ədəbiyyatda zaman anlayışı” məqaləsində son dövrlər müasir Azərbaycan ədəbiyyatına ipucu verə biləcək şüuraltı mesajlar mövcuddur.
Bəxtiyar Tuncayın “Vətən yanğılı qocaman şair” məqaləsində şair Məhəmməd Əlinin, Nizami Kolanılının “Həsən Goranboylu yaradıcılığında yurda bağlılıq sindromu” məqaləsində şair Həsən Goranboylunun və Budaq Təhməzin “Ələsgər Talıboğlunun könül dünyası” məqaləsində şair Ələsgər Talıboğlunun yaradıcılığından bəhs olunur.
Rəşid Bərgüşadlının “Adımıza “nakam” dedilər” esse-müsahibəsində rəhmətlik şair Məhəmməd Mahmudovun xatirəsi anılır.
Günay Rzayevanın “Qafqaz İslam Ordusunun izləri” və Orxan Əhlimanlının “Azərbaycanda dini abidələrə dövlət qayğısı” məqalələri maraqlı araşdırma və tədqiqatların nəticəsi etibarilə dəyərli məqalələr sırasındadır.
Rəna Mirzəliyevanın “Sən ağlasan – Vətən ağlar” məqaləsi şəhid polkovnik-leytenant Ruslan Tağıyevin döyüş yoluna və əziz xatirəsinə həsr olunub.
Budaq Təhməzin döyüşdən əlil olaraq qayıtmış qazinin həyat yoldaşı tərəfindən necə qarşılanmasına həsr etdiyi “Ürək sevərsə” və Nuranə Rəfailqızının “Dağlar, atam əmanəti” deyərək qələmə aldığı “Səndən sonra bahar gəlmir, xəzandır” lirik poemaları ürəkdağlayan təsvirlərlə yadda qalır. Poeziya bölməsində bundan əlavə şairlərdən Qərib Hüseynovun, Rəfail Tağızadənin, Adilə Nəzərin, Məhəmməd Əlinin, Hafiz Əlimərdanlının, Rafiq Akifin, Xəzər Mirajın, Aygün İsgəndərovanın, Bəxtiyar Kavanlı, Mehriban İbrahimovanın, Həsən Goranboylunun, Nazlı İbrahimovanın, Xəlil Tahirovun və Qəhrəman Qəhrəmanovun şeirləri yerləşdirilmişdir. Gülşən Aydınqızının uşaqlar üçün qələmə aldığı şeirlər də jurnalın poeziya bölməsindədir və olduqca maraqlı, diqqətçəkəndir. Esmira Günəş bir neçə şeirini şəhidlərə həsr etməklə onların ölməzliyini əbədiləşdirib. Türkiyəli şair Hacı Bayram Aslantaşın şeirlərindən nümunələr şair Ələsgər Talıboğlunun təqdimatında çatdırılır.
Hacı Nərimanoğlunun “Sibirxanın generallığı” faciəvi komediyası təqdim olunur. Maraqlıdır, hadisələr baxımından orijinaldır, dramatikdir. Nəsr bölməsində bundan başqa Fərhad Əsgərovun (Ramizoğlunun), Cahandar Aybərin, Qafar Cəfərlinin, Ramiz İsmayılın, Damət Salmanoğlunun, Əzizağa Elsevərin, Sülhiyyə Musa qızının, Zaur Ustacın, Əli bəy Azərinin bir-birindən maraqlı hekayələri və Çərkəz Nəsirlinin novellaları yerləşdirilib.
Xatırladaq ki, jurnal altı yaşını tamamlayıb yeddi yaşına qədəm qoyur. İki ayda bir dəfə olmaqla mütəmadi çıxır. Bir sözlə, “Xəzan” jurnalı hər zaman olduğu kimi yenə də bir-birindən maraqlı və rəngarəng yazıları ilə oxucularının görüşünə gəlib.


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ustaclı oğlu, Ustacam!

ZAUR USTACIN YAZILARI

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Ustaclı oğlu, Ustacam!
Gözlərimin alalığı,
Ulu Göycəmdən ərmağan.
Ərdəbilin naləsidir,
Ruhum həp eylədi fəğan.
* * *
Yarı Qarqar, yarı Əfkər,
Şəhriliyəm; şaham, tacam!
Şah İsmayıl silahdaşı,
Ustaclı oğlu, Ustacam!

19.12.2021. Bakı ş.

  Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

OXUCULARIN SEVİMLİSİ LEYLA YAŞAR

Leyla YAŞAR – yazar.

LEYLA YAŞARLA MÜSAHİBƏ

1. Leyla Yaşar əslində kimdir?
Leyla Yaşar dünyanı öz daxili dünyası ilə rəngarəng görməyə çalışan kitabxanaçı. Həmçinin hisslərini vərəqlərə həkk edən həvəskar yazar.
2. Neçə ildir kitabxanaçısınız?
8 ildi, ancaq 5 ilə az qalıb analıqdayam.
3. Oxucular razıdırmı sizdən?
Bəzi iradları çıxsaq, fərqlilik gördüklərini deyirlər.
4. İnsanlarla münasibətiniz necədir? Dostlarınız sizi necə biri olaraq tanıyırlar?
İnsanlarla yola getməyə çalışıram. Çox dostum yoxdu. Səmimi, sözün düzünü deyən, etibarlı biri kimi.
5. Bir kitabxanaçı kimi oxuduğunuz kitablar nələrdir?
Hal – hazırda mütaliəyə o qədər vaxtım olmur. Amma işlədiyim dövrdə kitabxanaya gələn yeni kitabları oxuyurdum. Ən çox dedektiv janra üstünlük verirdim.
Əslində janrın heç bir fərqi yoxdu. Əsas maraqlı və oxunaqlı olsun.

6. Dedektif janrda nəsə yazmaq fikriniz olub ürəyinizdən keçib maraqlıdır?
Bəli fikrim var. Hal hazırda yazdıgım yazılarım var ki, orda cinayətdən, cinayətkardan bəhs etmişəm.
7. Yazdıqlarınız haradasa çap olunub yoxsa elə yazmısınız evdə kiməsə oxumusunuzmu?
Yazdıqlarım saytlarda gedir. Qanunla.az, Hüquq.az, Karvan.news, Kulis.az, BİTİK.AZ, USTAC.AZ, YAZARLAR.AZ saytlarında və “Yazarlar” jurnalında müntəzəm çap olunuram.
8. Övladlarınız necə kitablara marağı var yoxsa hələ körpədir?
Balacadılar.( 4 yaş yarım, 2 yaş yarım ) Ancaq maraqları olduğunu hiss edirəm.
9. Allah min budaq eləsin analıq necə bir hissdir söznən ifadə etsəydiniz necə ifadə edərdiniz?
Çox sağ olun Gözəl bir hisdir. Özünü problemlər qarşısında sipər kimi hiss edirsən. Hər şey onlar üçün devizi ilə yaşayırsan.
10. Həyat problemləriylə baş edə bilmisinizmi olub problemlərə qarşı gücünüz tükənsin?
İnanın səmimiliyimə çalışdığım qədər problemlərin üzərinə qılınc çəkmişəm. Gücüm deməzdim tükənib ruhum yorulub sadəcə o da dincin alıb gücləlndirib məni.
11. Son olaraq sizi incitmədik ki oxucularınıza nə demək istərdiz?
Xeyr çox xoş oldu. Mən yazmağa onlar oxumağa davam etsinlər. İnşallah çıxardacağım kitabımla onları sevindirərəm. Dəyərli vaxtlarını ayırıb məni yazıları oxuduqları üçün hər birinə ayrı – ayrılıqda təşəkkür edirəm! Daha doğrusu kitablarımla.


Söhbətləşdi: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN DİGƏR YAZILARI

LEYLA YAŞARIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“XƏZAN” JURNALININ 36 – CI SAYI İŞIQ ÜZÜ GÖRÜB

“Xəzan” jurnalı

“XƏZAN” – 36
Jurnalın növbəti – noyabr (oktyabr-noyabr, 2021) sayı… İlk dəfə oxuyacağınız bədii əsərlər, ədəbi şərhlər, publisistik təhlillər…
“XƏZAN” ədəbi-bədii jurnalının oktyabr-noyabr, 2021 sayı çapdan çıxıb. Sıra sayına görə 36-cı nömrəsi hesab olunan 130 səhifəlik jurnalın növbəti sayı da poeziya, nəsr əsərləri və publisistik yazılarla zəngindir.
Jurnalın redaksiya heyəti şair Şahməmməd Dağlaroğlunun 65, yazıçı Mahir Qabiloğlunun 55 yaşının tamam olması münasibətilə onları təbrik edib. Bu münasibətlə Şahməmməd Dağlaroğlunun yaradıcılığına işıq salan Hacıməmməd Məmmədovun “Sənətkar ömrü, vətəndaş taleyi, qibləsini sevgisində tapan şair” və Mahir Qabiloğlunun yaradıcılığından bəhs olunan ədəbi tənqidçi Vaqif Osmanovun “Ədəbi mühitdə Mahir Qabiloğlu dəsti-xətti” yazıları jurnalda yer alıb. Eyni zamanda Şahməmməd Dağlaroğlunun 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Döyüşən sətirlər” kitabı haqqında Hacıməmməd Məmmədovun “Öz izi, öz yolu olan şair” yazısını da bu qəbildən hesab etmək olar.
Əli bəy Azərinin redaktor guşəsində yerləşən “Quyruqlu hərif” məqaləsində son dövrlər müasir Azərbaycan ədəbiyyatına ipucu verə biləcək şüuraltı mesajlar mövcuddur.
Rəna Mirzəliyeva “Möcüzəli Tanrı payı – Musa Yaqub” məqaləsində xalq şairinin ildönümündə təəssüratlarını bölüşüb, qismən də olsa xalq şairinin yaradıcılığına nəzər salıb. Nəcibə İlkinin “Tarixi qələbəmizin ədəbi irsi” məqaləsində Naibə Yusifin “Gülün yarpıza dönsün” romanı haqqında qeydləri yer alıb. Zaur Ustacın “Nuranə Rafailqızının sözünün nuru” və Vaqif Osmanovun “Soy-kökə söykənən poeziya, Gülnarə İsrafil yaradıcılığına bir baxış” məqalələrində hər iki şairin yaradıcılıqlarından bəhs olunur. Əli bəy Azərinin “Keşməkeşli taleli şair – Bəxtiyar Kavanlı” məqaləsində isə 29 ildir ki, doğma yurdundan didərgin düşmüş bir şair-müəllim-döyüşçünün keşməkeşli həyatından söhbət açılır.
2021-ci ilin Nizami Gəncəvi ili elan olunmasına rəğmən Əsmər Cəfərlinin “Nizami Gəncəvi məktəbi” məqaləsində dahi mütəfəkkirin yaradıcılığı və cəmiyyətin müsbət yönümdə inkişafına böyük töhfə olacaq məsələlər işıqlandırılıb. Aşıq Ələsgərin 200 illiyinin qeyd olunması istiqamətində jurnalda yer alan Şəlalə Nəsirlinin “Aşıq yaradıcılığında Aşıq Ələsgər zirvəsi” məqaləsində böyük sənətkarın keçdiyi yaradıcılıq yolundan və onun keşməkeşli həyatından bəzi məqamlar qeyd olunur.
Poeziya bölməsində şair Süleyman Abdulla, Şahməmməd Dağlaroğlu, Hafiz Əlimərdanlı, Xaliq Azadi, Ələsgər Talıboğlu, Vüsal Ağayev, Şərqiyyə Balacanlı, Mahir Cavadlı, Ramiz İsmayıl, Bəxtiyar Kavanlı, Əbülfəz Muxtaroğlu, Röyal Məmmədovun şeirləri və Budaq Təhməzlə Ələddin İncəlinin deyişmələri jurnalın bu sayına rəngarənglik qatıb. Ağdam Ədəbi Mühitinin təqdimatında Almaz Alıqızının, Nadir Ağdamlının, Nizami Kolanılının, Nazilə Nihanın və Mehri Ağdamlının şeirləri də jurnalda yer alıb.
Nəsr bölməsində çox güclü, hətta demək olar ki, müasir Azərbaycan ədəbiyyatının incilərindən hesab olunacaq əsərlər yer almışdır. Dostəli Nərimanoğlunun “Bir kişi ömrü” elegiyasında Dədə Qorqudsayağı haray çəkilir. Hələ də müəyyən bölgələrin düşmən əsarəti altında olduğu Vətənin qurtuluşuna diqqət çəkilir. Mahir Qabiloğlunun “Ərmən – Şuşanikin sevgisi” hekayəsində Azərbaycanlı oğluna ərə gələn erməni qızının dəhşətli fitnə-fəsadlarından bəhs olunur. Naibə Yusifin “Üşüyürəm, ana” hekayəsində bir şəhidin həyatına nur salınıb. Fərhad Əsgərovun (Ramizoğlunun) “Demokratik iclas” və “Vicdanlı baba”, Sülhiyyə Musa qızının “Yuva” və Əli bəy Azərinin “Quş südü” hekayələrində milli problemlərimizdən, insan-zaman-yaşam faktorunun incə məqamlarına toxunulub.
Jurnalda elmi araşdırma, tədqiqat materiallarının nəticəsi kimi elmi məqalələr də yer alıb. Buna Dilbər Rzayevanın ““Arı” jurnalının nəşri tarixi və ədəbi-ictimai mənzərə”, Orxan Əhlimanlının
“Atəşgah məbədi – keçmişdən bu günə”, Sevda Rüstəmlinin ““Yanardağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun inkişaf mərhələsi” və Abutalıb Turabovun “Müasir Azərbaycan təhsilinin tarixi Azərbaycan Xalq Cümhuriyyəti təhsili tarixinin davamıdır” məqalələri buna əyani sübutdur.
Hacıməmməd Məmmədovun Eldar Əliyevlə birgə hazırladığı “Həyata ürəyi ilə baxan adam” məqaləsində bir el ağsaqqalından danışılır.
Aida Qasımovanın “Şuşam mənim” və Natəvan Quliyevanın “Ömrə yazılan 44 gün” məqalələrində 44 günlük Vətən Müharibəsinin xatirələri qeyd olunur.
Bir sözlə, “Xəzan” jurnalı hər zaman olduğu kimi yenə də bir-birindən maraqlı və rəngarəng yazıları ilə oxucularının görüşünə gəlib.
Xoş gəlib.

“XƏZAN” JURNALI PDF


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru