Kateqoriya arxivləri: XATİRƏ RƏHİMBƏYLİ

XATİRƏ RƏHİMBƏYLİ – SƏNİ SEVMƏK GÜNAHMIŞ…

XATİRƏ RƏHİMBƏYLİNİN YAZILARI

XƏBƏR ÇATDI?..
Xəbər çatdı axır sənə?Gülürsən…
Üsyan edib göz yaşımı devirdim.
Sən nə deyib unutmusan,bilmirəm,
Mən ki səni əziz bilib sevirdim.
* * *
Fikir vermə,öyrənmişəm dilini,
Danışıram gah ağacla,gah quşla.
Buraxmışam ta başını
Kölgəmi
Sən ürəklə gah qılıncla,gah daşla…
* * *
Başqa cürə düşünür ta adamlar,
Belə sevmək,belə yazmaq günahdı.
Ayrılığa amma düşmür gecələr,
Ürəyimiz açılmayan sabahdı…
* * *
Ləngər verdi,çalxalandı bu dünya,
Hərə tutdu bir ətəyin ücündan.
Ah,neyləyim,bu sevdadan qopmadım,
Kim qopdusa,ruhu ölür acından…
Xəbər çatdı axır sənə?…

SƏNİ SEVMƏK GÜNAHMIŞ…
Səni sevmək günahmış ,
Suç üstdə yaxalandım …
Bir dəlil-sübut kimi
Alındı eşqim , andım …
* * *
İllər uzunu çəkdi
Araşdırma ,təhqiqat .
Ən ağır cəza kəsdi
Mənə bu zalım həyat
* * *
Qəmin boynumda zəncir ,
Mənə məhbəsdir komam .
Eh,o gündən ömürlük
Yaşamağa məhkumam

HARDASAN?!
Adını çəkə bilmirəm,
Ay ismi-pünhan, hardasan?!
Axır məni öldürəcək
Bu dəli hicran, hardasan?!
* * *
Sanma bu üsyan yatacaq,
Əğyar əhdinə çatacaq…
Bir gün səni də tutacaq,
Vallah nahaq qan, hardasan?!
* * *
Gəlsin ürəyimə qadan,
Niyə kəsilib səs-sədan?!
Ürəyimi atıb-tutan,
Fırtına, tufan, hardasan?…
* * *
Yarı yalan,yarı gerçək,
Yarısı daş ,yarı ürək.
Yarı şeytan,yarı mələk,
Ay yarı insan, hardasan?!
* * *
Bu sevda sevdalar xası,
Yox qurtuluşu, xilası…
Adın dilimin duası,
Ay…ismi-pünhan, hardasan?

NAHAQ
Nahaq qarğımışam taleni baxtı ,
Tanrının bildiyin bir kimsə bilməz !
Bu ilahi sevgi , bu ilahi eşq
Qovuşsaq, olmazdı belə müqəddəs
* * *
Bilmirəm savabdı, günahdı yoxsa,
Bağrımın başında bir nisgilim var.
Hamıdan küsəndə xəyalı ilə
İxtilat qurduğum bir sevgilim var!
* * *
Yox insana belə məhəbbət olmaz
Tanrının adından biriymiş adın
Mən Haqqın yolundan çıxa bilmirəm
Adından dönməyi min yol sınadım
* * *
…Nahaq qınamışam taleni, baxtı …
Tanrının bildiyin bir kimsə bilməz!
Bu ilahi sevgi, bu ilahi eşq
Qovuşsaq ,olmazdı belə müqəddəs..

GÖRDÜN?
Gördün? Ömrü boyu məni qandırıb,
ömrün nağılında dörd dolandırıb,
elə it hürdürüb, işıq yandırıb,
Divə ürcah etdi bu yollar məni…
* * *
Qatdılar başımı dərs oxumaqnan,
savab işlər görüb, günah yumaqnan.
Demədilər, bir gün bir haqsız “Yox!”nan,
zalımlar qaya tək oyallar məni…
* * *
Atıb ovcundakı bu xəzəlləri,
mənim də gül açar görən əllərim?
Görən hayandasa görünər yerim?
Görən mən deyən tək duyallar məni?
* * *
Dartıb-daşısam da aranı dağa,
bir arzum salamat çıxmır sabaha!
Tanrım, niyə rahat buraxmır daha,
bu yiyəsi ölmüş xəyallar məni…

HƏR DƏFƏ…
Hər dəfə gəlirəm ziyarətinə,
Eşqimə qoyulan ay xəyal heykəl
Çatlayan bağrımın duyğulariyla
Bircə yol xınalan , nolar, lal heykəl!
* * *
Üstündə atılıb- düşürsən elə ,
Eşqin göy qurşağı gen ürəyimdə .
Gecəylə, gündüzlə firlanma çox da ,
Ürəyim səndədir , sən ürəyimdə !
* * *
Dərya gözlərimin ay üzən buzu ,
Dəyəmməz telinə min qəm günəşi.
Üşaq ürəyimin say çöpləridir
Həsrətin üstümə qıcanan dişi ….

DOST OLDUM
Sevdiyin şeirləri əzbərlədim,
Bəyəndiyin mahnıları öyrəndim…
Dəyər verdiyin insanlarla dost oldum.
Aldığın nəfəs canımdı,
Verdiyin nəfəs nəfəsim.
Gözlərin rəssamımdı,
Gülüşün həkimim.
Qalxdığın dağlar qibləm oldu.
Gəzdiyin çəmənlər cənnətim.
Ahh indi “unut” deyirsən,
Nədir niyyətin?!

Müəllif: Xatirə RƏHİMBƏYLİ

XATİRƏ RƏHİMBƏYLİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru