Kateqoriya arxivləri: ZAUR USTACIN ŞEİRLƏRİ

Babəklər yurdunun hürr övladıyam!

 ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

Zaur Ustacın əsərlərinin  2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və  təhlükəsiz portalda  pulsuz  yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən  ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.

Zaur USTAC  yaradıcılığı  Ana  dilimizdə  oxuyub, anlamağı  bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.

BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

(Arazın o tayında bayrağımız dalğalanıb)

Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!

ARAZ
Halına acıdım lap əzəl gündən,
Bu qədər qınanır bilmirəm nədən,
Arazı heç zaman qınamadım mən,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Sarıyıb Yurdumun şırım yarasın,
Açmayıb, bağlayıb qardaş arasın,
İndi mən qınayım bunun harasın?
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Çəkib acıları, yığıb suyuna,
Sakitdir, bələddir hamı huyuna,
O da qurban gedib fitnə, oyuna,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Xudafərin qucaqlayan qoludur,
Keçidləri salam deyən əlidir,
Bayatılar pöhrələyən dilidir,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
O tayda çifayda deyir Şəhriyar,
Bu tayda dardadır indi Bəxtiyar,
Yarını gözləyir hər gün Lütfiyar,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

NADANLIQ

Urmu axan göz yaşımdı,

Yanağımda duz olubdu…

Urmu, Urmu söyləməkdən

Bağrım başı köz olubdu…

* * *
Şümürə lənət deyənlər
Susuz qoyubdu dindaşın…
İnsan insana qənimdi,
Günahı nə dağın, daşın?
* * *
Savalanı dərd qocaltdı,
Murov soyuqdan üşüyür…
Araz sükütun pozmayır,
Kür əlçatana döşüyür…
* * *
Dəmir Qapım pas atıbdı,
Neçə körpüdən keçmirik…
Kərkük, Mosul unudulub,
Bağdada iraq demirik…
* * *
Nəsimi nəşi Hələbdə,
Füzuli hərəmdə qalıb…
Babəkin ruhu sərgərdan,
Bəzz qalasın duman alıb…
* * *
Suyumu daşla boğurlar,
Daşımı suyla yuyurlar…
Xudafərin, Urmu incik,
Bizləri bizsiz qoyurlar…
* * *
Şah babam yol ortasında,
Koroğlu göylərdə gəzir…
Bizi, bizdən ayrı salan
Nadanlıq ruhumu əzir…

MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM
Qutlu zəfər sancağım,
Sancılmağa yer gəzir!
Alınası öcüm çox,
Bu gün ruhumu əzir!
* * *
Dərbəndi, Borçalını
Unuduruq həmişə…
Kərkük, Mosul bağrı qan,
Boyun əyib gərdişə…
* * *
Yudumun dörd bir yanın
Hürr görmək istəyirəm!
Şanlı zəfər tuğuma
Zər hörmək istəyirəm!
* * *
İrəvan peşkəş olub
Beş sətirlik kağızla…
Zəngəzuru naxələf
Verib quru ağızla…
* * *
Bədnam Araz illərdir
Olub qargış yiyəsi…
Top doğrayan qılıncın
O taydadır tiyəsi…
* * *
İstəyirəm bu bayraq
Dalğalansın Təbrizdə!
Urmuda üzsün balıq,
Sanki üzür dənizdə…
* * *
Xoyda, Mərənddə bir gün,
Olum qonaq üzü ağ.
Ərdəbilə, Tehrana
Qurulmasın ta duzaq…
* * *
Qarsdan, Ağrıdan baxım,
Qaşqayadək görünsün!
Qapıcıqdan, Qırxqıza
Ağ dumanlar sürünsün!
* * *
Bu arzular həyata
Keçməsə, mən heç nəyəm!
Neynim, mayam belədir,
Mən zəfərə təşnəyəm!!!

BU GÜZ
Zəfər libasında sevinc göz yaşı,
Hər iki sahildə dayanıb ərlər!
Ayrılıq atəşi elə qarsıyıb,
İçərək qurudar Arazı nərlər!
* * *
Göylərdən boylanır Tomris anamız,
Əlində qan dolu o məşhur tuluq!
Xain yağıların bağrı yenə qan,
Canı əsməcədə, işləri şuluq…
* * *
Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki, aman!
* * *
İllərdir həsrətdən gözləri nəmli,
Mamırlı daşların gülür hər üzü!
Neçə qərinədir qalmışdı çılpaq,
Yamyaşıl çayırla gəlib bu güzü!
* * *
Al donun geyinir Günəş hər səhər,
Səmamız masmavi, göy üzü təmiz!
Duman da yox olub, itib buludlar,
Gözün aydın olsun, sevin, a Təbriz!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!


ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

TUNCAYA

(Tuncayın timsalında !!!)

Tanrı tutub, ağ torpaqdan mayanı,
Gündoğandan Günbatana sənindi!
Nişan verib, yeddi günlük Ayını
Əksi düşən tüm torpaqlar sənindi
* * *
Xəzəri ortaya düz qoyub nişan,
Boynuna dolanan Hilal sənindi!
Ən uca zirvələr, ən dərin göllər
Ormanlar, dəryalar, düzlər sənindi!
* * *
Tanrının payıdı, lütf edib sənə,
Tanrıya sarsılmaz inam sənindi!
Ataya, Anaya, qocaya hörmət
Sirdaşa sədaqət, güvən sənindi!
* * *
Zamanla hökm etdin tüm yer üzünə
Hakimiyyət sənin, höküm sənindi!
Aman istəyəni kəsmədin heç vaxt,
Ən böyük ədalət, güzəşt sənindi!
* * *
Unutma ki, lap binədən belədi,
Mərhəmətli, yuxa ürək sənindi!
Xilas etdi, bağışladı ənamlar,
Yamana yaxşılıq, ancaq sənindi!
* * *
Döyüşdə, düşməni alnından vuran,
Süngüsü əlində ərlər sənindi!
Savaşda, uçağı kəməndlə tutan,
Qüvvəsi qolunda nərlər sənindi!
* * *
Dəli-dolu Türk oğullar cahana
Bəxş etdiyi şərəfli ad sənindi!
Adı gəlsə, yeri-göyü titrədən
Qorxu bilməz, şanlı əsgər sənindi!
* * *
Çöldə simgə etdin Qurdu sancağa,
Kəhər Atın ən yaxşısı sənindi!
Ay-yıldızı nişan tikdin Bayrağa,
Zəkalar, dühalar tümü sənindi!
* * *
Tutduğun yol tək Tanrının yoludu,
Aydın zəka, tər düşüncə sənindi!
Çoxu deyir, tay dünyanın sonudu,
Fəqət bilməz, yeni dünya sənindi!!!

ANA DİLİM
Bu şipşirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabudur!!!
19.02.2023. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Övladıyam

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac yaradıcılığında Böyük Zəfərin təntənəsi

Zaur Ustac yaradıcılığında Böyük Zəfərin təntənəsi

Azərbaycan ədəbiyyatının müasir mərhələsində milli ruhun, vətən sevgisinin və qəhrəmanlıq salnaməsinin bədii ifadəsini yaradan sənətkarlar arasında Zaur Ustac xüsusi yer tutur. Onun yaradıcılığı həm bədii dəyəri, həm də ideya-mənəvi məzmunu ilə xalqın yaddaşında əbədi yaşayacaq dəyərli bir məktəbə çevrilib. Ustac poeziyasında Böyük Zəfər, yəni 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə, yalnız hərbi hadisə kimi deyil, milli oyanışın, mənəvi birliyin və tarixi ədalətin bərpasının poetik simvolu kimi təqdim olunur.

Zaur Ustacın qələmi ilə yaranan hər misra xalqın ürəyindən doğan, igidlərin qanı ilə yoğrulan bir tarix dastanıdır. O, Zəfəri təkcə səngərlərdə deyil, ruhların dərinliyində, qəlblərin dirçəlişində, millətin yenidən doğuluşunda axtarır. Onun “Ustacam”, “Dağlar”, “Üç qardaş” , “Qardaş”, “Vətən oğlu” kimi poetik nümunələrində söz, məna və duyğu birləşərək vətənpərvərlik ideyasını ucalıq zirvəsinə qaldırır.

Zaur Ustac üçün Böyük Zəfər yalnız bir qələbə günü deyil, Azərbaycan xalqının minillik mübarizəsinin bəhrəsi, şəhidlərin arzusunun gerçəkləşməsi, ədalətin haqqı tapmasıdır. Onun şeirlərində Qarabağ torpağı “müqəddəs ana qucağı”, Şuşa “millətin qürur qalası”, şəhidlər isə “haqqın əsgərləri” kimi tərənnüm olunur. Bu obrazlar həm xalqın tarixi yaddaşını dirildir, həm də gələcək nəsillərə mənəvi örnək yaradır.

Zaur Ustacın poeziyası özündə həm müasir bədii ifadə, həm də klassik ənənələrin davamını daşıyır. O, Füzulinin qəlb yanğısını, Əhməd Cavad və Səməd Vurğunun vətənpərvərlik ruhunu bu günün reallığı ilə birləşdirərək yeni bir estetik cığır açır. Ustacın poetik dili sadə, lakin dərin mənalıdır — hər sözü bir amalın, hər misrası bir ruhun səsini daşıyır.

Böyük Zəfərin tərənnümündə şairin üslubu bir çağırış, bir nida kimidir:

“Hər səngər məbədidir, pirdi hər əsgər,

Şuşatək ocağın mübarək, dağlar!”

Belə misralar yalnız poeziya deyil, xalqın ruhunun səsi, Vətən sevgisinin andı kimidir.

Zaur Ustac yaradıcılığı ilə təkcə bir dövrün bədii salnaməsini yazmır, həm də qələbənin mənəvi fəlsəfəsini formalaşdırır. Onun poetik baxışında Böyük Zəfər – azad torpaqların dirçəlişi ilə yanaşı, insan ruhunun azadlığı, millətin öz kimliyinə qayıdışı deməkdir.

Buna görə də Zaur Ustacın yaradıcılığı bu gün ədəbiyyatımızda Zəfərin bədii dastanı, Vətən sevgisinin müasir manifesti kimi dəyərləndirilir. Onun misralarında Azərbaycan əsgərinin iradəsi, xalqın duası, bayrağın əbədi qaldırılması inamı yaşayır.

Zaur Ustacın poetik yaradıcılığı Böyük Zəfərin tərənnümündə milli düşüncənin, mənəvi dirənişin və ədəbi irsin təntənəsidir. Onun şeirləri xalqın birliyini, şəhidlərin müqəddəs xatirəsini və azadlığın ucalığını əks etdirən bədii bir abidədir:

“Ustacam, vətənim vətən içində,”

və ya

“Hələ nə zəfərlər gözləyir bizi,”

Zəfərin bu poetik səlnaməsi gələcək nəsillərə bir mesajdır: “Bu torpağı qorumaq, onu sevmək, onun uğrunda yaşamaq – Zəfərin əsl mənasıdır!”

Biz bu nidanı onun təkcə şeirlərində deyil publisistik məqalələrində həmişə hiss edirik.

Böyük Zəfəriniz mübarək, Zaur bəy! Gözlədiyiniz bütün zəfərləri görmək-qazanmaq nəsib olsun!

Zaur Ustac – “Üzeyir Hacıbəyov – 140” pdf

Müəllif: Günnur AĞAYEVA,

NAMİQ HACIHEYDƏRLİNİN YAZILARI

GÜNNUR AĞAYEVANIN YAZILARI

ZAUR USTACIN DİGƏR YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTAC

Zaur Mustafa oğlu Mustafayev (8 yanvar 1975Bakı) — Şair, publisist, Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı,[1] Azərbaycan Respublikası Prezident təqaüdçüsü (2019-cu ildən).[2]

Həyatı

[redaktə | vikimətni redaktə et]

Zaur Ustac 1975-ci il yanvarın 8-də Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət UniversitetindəBakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsi iştirakçısı və hal–hazırda ehtiyatda olan zabitdir.[3]

Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir.[4]

Zaur Ustac “Yazarlar” jurnalının təsisçisi[5] və baş redaktorudur. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qızıl qələm mükafatı laureatıdır.[6]

Yaradıcılığı

[redaktə | vikimətni redaktə et]

Zaur Ustac yaradıcılığında nəzm və nəsr nümunələrinin payı bərabər bölünmüşdür. Yazar bədii əsərlərin, əlavə dərs vəsaitlərinin, vacib mövzularda publisistik yazıların müəllifidir.[7] O həmçinin müxtəlif vaxtlarda nəşr olunmuş toplu və almanaxlarda, eyni zamanda ayrı-ayrı qurumların tərtib etdiyi metodik vəsaitlərdə yer almışdır.[8],[9]

Əsərləri

[redaktə | vikimətni redaktə et]

Kitabları

[redaktə | vikimətni redaktə et]

  • ”Günaydın “(“Ağçiçəyim”)
  • “Mum kimi yumşalanda”
  • ”Məhdud həyatın məchul düşüncələri”
  • ”İstəməzdim şair olum hələ mən”
  • ”Gülzar”
  • ”Oriyentir Ulduzu” – I, II, II, IV nəşrlər[10]
  • ”Şehçiçəyim”
  • “Gülünün şeirləri”
  • ”Balçiçəyim”
  • ”Bayatılar”
  • ”Bərzəxdə”
  • ”Sevin ki, seviləsiz”
  • “Qəlbimin açıqcası”
  • “93-ün yayı və ya bir qaşıq qatıq”
  • “2016”
  • “Nişangah”
  • “Ustadnamə”
  • “Usubcan əfsanəsi”
  • “Çəhrayı kitab”
  • “Otuz ildir əldə qələm “
  • “Əliş və Anna”[11][12]
  • “Qələmdar”[13]
  • “Yaradanla baş-başa”
  • “Zimistan”[14]
  • “45” (şeirlər)[15][16]
  • “Ülyahəzrət”[17]
  • “Qədimliyə bürünmüş yenilik” [18][19]
  • “Gülüzənin şeirləri”[20][21]
  • “Sevgi dolu şeirlər” [1],[2],[3]

Tərcümələri

[redaktə | vikimətni redaktə et]

  • Stiven Reblinin “Mavi Ay Vadisi” (Stephen Rabley “Blue Moon Valley”)[22]
  • Stiven Rebli.”Troya Daşı” (Stephen Rabley “The Troy Stone”)[23]

Tədris vəsaitləri

[redaktə | vikimətni redaktə et]

  • “Güllünün şeirləri” Məktəbəhazırlıq qrupları üçün vəsait.[24][25][26]
  • “39 Həftə” (İngilis dili üçün xüsusi proqram) “39 Weeks” (Special program for English)[27]

Məqalələri

[redaktə | vikimətni redaktə et]

  1. Zaur Ustac “Dağlar” haqqında[28]
  2. Su — dünyaya açılan bir pəncərədir[29]
  3. “Hərb mövzulu yazılar” I[30] və II[31]
  4. Nəzmi şah və ya Kəmaləddin Qədim[32]

Layihələri

[redaktə | vikimətni redaktə et]

Mükafatları

[redaktə | vikimətni redaktə et]

  1. Qızıl qələm mükafatı[38]
  2. İlin Vətənpərvər Şairi[39][40]

Ədəbiyyat

[redaktə | vikimətni redaktə et]

  1. Aida Hacıxanım “Məqam”[41]
  2. Aida Hacıxanım “Ömrün anları”[42]
  3. Aida Hacıxanım “Otuz şeir, otuz fikir”[43]
  4. Gülü “Zaur Ustac”[44]
  5. Qələndər Xaçınçaylı “Taclı şair”[45]
  6. Azərbaycan Respublikası Təhsil Nazirliyi “Məktəbə hazırlaşırıq” I hissə[46] və II hissə[9]
  7. Kamal Camalov “Əliş və Anna haqqında”[47]
  8. Ayətxan Ziyad “Zaur Ustacın uşaq dünyası”[48][49][50]
  9. Vaqif İsaqoğlu “Zaur Ustacın poetik dünyası”[4],[5]

Mənbə

[redaktə | vikimətni redaktə et]

  1. Azərbaycan Milli Kitabxanası[51]
  2. Milli Virtual Kitabxana[52]
  3. Azərbaycan Ədəbiyyatının Virtual Kitabxanası[53]
  4. Prezident Kitabxanası[54]

İstinadlar

[redaktə | vikimətni redaktə et]

  1.  “Azərbaycan Jurnalistlər Birliyinin Təbriki”. zefernews.az (az.). Azərbaycan Jurnalistlər Birliyi. 15 aprel 2019. 2025-04-19 tarixində arxivləşdirilibİstifadə tarixi: 15 yanvar 2025.
  2.  “Azərbaycan Respublikası Prezidentinin Fərmanı”. president.az (az.). Azərbaycan Respublikasının Prezidenti. 15 aprel 2019. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  3.  “”Bir vətəndaş kimi düşünməliyik – bu gün vətənə nə vermişik…””. anl.az (az.). Həftə içi.- 2018.-17-19 noyabr.- S.8. 17–19 noyabr 2018. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  4.  “Zaur Ustac Azərbaycan mətbuatında” (az.). Yazyarat.com. 09 yanvar 2021. 2021-01-11 tarixində arxivləşdirilibİstifadə tarixi: 11 yanvar 2021.
  5.  “2007-ci ilin avqust ayının 1-dәn 2008-ci ilin avqust ayının 1-dәk reyestrә daxil edilmiş mәtbu nәşrlәr barәdә məlumat” (PDF). ajb.az (az.). Azərbaycan Jurnalistlər Birliyi. 16 avqust 2007. 2020-12-20 tarixində arxivləşdirilib (PDF)İstifadə tarixi: 20 dekabr 2020.
  6.  “Azərbaycan Jurnalistlər Birliyinin Təbriki”. zefernews.az (az.). Azərbaycan Jurnalistlər Birliyi. 15 aprel 2019. 2025-04-19 tarixində arxivləşdirilibİstifadə tarixi: 15 yanvar 2025.
  7.  “DÜNYANIN BİR RƏNGİ VAR…” adalet.az (az.). ADALET.AZ. 25 iyun 2019. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  8.  “Azərbaycan Respublikası Təhsil Nazirliyi “Məktəbə hazırlaşırıq” I hissə”. trims.edu.az (az.). Azərbaycan Respublikası Təhsil Nazirliyi. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  9. ↑ Yuxarıda get:1 2 “Azərbaycan Respublikası Təhsil Nazirliyi “Məktəbə hazırlaşırıq” II hissə”. trims.edu.az (az.). Azərbaycan Respublikası Təhsil Nazirliyi. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  10.  “Arxivlənmiş surət” (PDF). 2022-03-20 tarixində arxivləşdirilib (PDF)İstifadə tarixi: 2016-02-08.
  11.  “Zaur Ustac “Əliş və Anna””. anl.az (az.). anl.az. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  12.  “Zaur Ustac “Əliş və Anna””. mucru.art (az.). Mucru.art. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  13.  “Zaur Ustac “Qələmdar””. anl.az (az.). anl.az. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  14.  “Zaur Ustac “Zimistan””. anl.az (az.). anl.az. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  15.  “Zaur Ustac “45” (şeirlər)”. anl.az (az.). anl.az. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  16.  “Zaur Ustac “45” (şeirlər)”. mucru.art (az.). Mucru.art. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  17.  “Zaur Ustac “Ülyahəzrət””. anl.az (az.). anl.az. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  18.  “Zaur Ustac “Qədimliyə bürünmüş yenilik””. anl.az (az.). anl.az. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  19.  “Zaur Ustac “Qədimliyə bürünmüş yenilik””. mucru.art (az.). Mucru.art. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  20.  “Zaur Ustac “Gülüzənin şeirləri””. anl.az (az.). anl.az. 2 May 2021 tarixində arxivləşdirilibİstifadə tarixi: 03 may 2021.
  21.  “Zaur Ustac “Gülüzənin şeirləri””. yazarlar.az (az.). yazarlar.az. 2 May 2021 tarixində arxivləşdirilibİstifadə tarixi: 03 may 2021.
  22.  “Stiven Reblinin “Mavi Ay Vadisi” (Stephen Rabley “Blue Moon Valley”). Hekayə. Əsər “İngiliscə uşaq hekayələri” layihəsi çərçivəsində Zaur Ustac tərəfindən tərcümə olunub”. kitabxana.net (az.). Kitabxana.net. 18 dekabr 2019. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  23.  “Stiven Rebli.”Troya Daşı”. Zaur Ustacın tərcüməsində. Bu əsər “İngiliscə uşaq ədəbiyyatı” layihəsi çərçivəsində nəşr olunur”. kitabxana.net (az.). Kitabxana.net. 20 dekabr 2019. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  24.  “”Güllünün şeirləri” Məktəbəhazırlıq qrupları üçün vəsait”. anl.az (az.). Anl.az. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  25.  “”Güllünün şeirləri” Məktəbəhazırlıq qrupları üçün vəsait”. mucru.art (az.). Mucru.art. 8 iyul 2020. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  26.  “”Güllünün şeirləri” Məktəbəhazırlıq qrupları üçün vəsait”. bakubookcenter.az (az.). Bakubookcenter.az. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  27.  “”39 Həftə” (İngilis dili üçün xüsusi proqram) “39 Weeks” (Special program for English)”. anl.az (az.). Anl.az. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  28.  “Zaur Ustac “Dağlar” haqqında”. anl.az (az.). Ədalət.-2019.-7 sentyabr.-S.14. 7 sentyabr 2019. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  29.  “Su – dünyaya açılan bir pəncərədir…” anl.az (az.). Həftə içi.- 2019.- 3 may.- S.8. 3 may 2019. 20 December 2020 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  30.  “Hərb mövzulu yazılar I” (PDF). anl.az (az.). “Ədalət qəzeti.- 2019.- 26 iyun.- S.4. 26 iyun 2019. 2020-12-20 tarixində arxivləşdirilib (PDF)İstifadə tarixi: 20 dekabr 2020.
  31.  “Hərb mövzulu yazılar II” (PDF). anl.az (az.). “Ədalət qəzeti.- 2019.- 28 iyun.- S.4. 28 iyun 2019. 2020-12-20 tarixində arxivləşdirilib (PDF)İstifadə tarixi: 20 dekabr 2020.
  32.  “Nəzmi şah və ya Kəmaləddin Qədim”. anl.az (az.). Həftə içi.- 2019.- 12 mart.- S.8. 12 mart 2019. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  33.  “”Dağlar” işıq üzü gördü”. anl.az (az.). Həftə içi.- 2019.- 27-28 avqust.- S.4. 27–28 avqust 2019. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  34.  “”Oriyentir ulduzu” – Bizi Qarabağa səsləyən kitab”. tezadlar.az (az.). Tezadlar.az. 19 mart 2019. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  35.  “Memarlıq irsimizə ehtiram hissilə atılan addımlar”. anl.az (az.). 525-ci qəzet.- 2020.- 3 oktyabr.- S.23. 3 oktyabr 2020. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  36.  “Memar Əliş bəy Kərəmli” (PDF). anl.az (az.). Ədalət qəzeti.- 2020.- 6 oktyabr.- S.7. 6 oktyabr 2020. 2020-12-24 tarixində arxivləşdirilib (PDF)İstifadə tarixi: 24 dekabr 2020.
  37.  “Kremlin memarı Əliş bəy Kərəmli”. tezadlar.az (az.). Tezadlar.az. 3 oktyabr 2020. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  38.  “Prezident təqaüdünə layiq görülən yazçılar: Kimdir onlar? – BİZİM ARAŞDIRMA”. cebhe.info (az.). Cebhe.info. 26 iyun 2020. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  39.  “Şairlər mükafatlandırıldı”. arasdirma.info (az.). Arasdirma.info. 20 noyabr 2019. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  40.  “Şairlər mükafatlandırıldı” (az.). Faxrali.com. 20 noyabr 2019. 2021-01-08 tarixində arxivləşdirilibİstifadə tarixi: 11 yanvar 2021.
  41.  “Aida Hacıxanım “Məqam””. anl.az (az.). anl.az. 7 may 2017. 20 December 2020 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  42.  “Aida Hacıxanım “Ömrün anları””. kitabxana.net (az.). kitabxana.net. 3 iyun 2018. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  43.  “Aida Hacıxanım “Otuz şeir, otuz fikir””. anl.az (az.). anl.az. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  44.  “Gülü “Zaur Ustac””. anl.az (az.). anl.az. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  45.  “Qələndər Xaçınçaylı “Taclı şair””. anl.az (az.). anl.az. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  46.  “Azərbaycan Respublikası Təhsil Nazirliyi “Məktəbə hazırlaşırıq” I hissə”. trims.edu.az (az.). Azərbaycan Respublikası Təhsil Nazirliyi. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  47.  “Kamal Camalov “Əliş və Anna haqqında””. anl.az (az.). anl.az. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  48.  “Ayətxan Ziyad “Zaur Ustacın uşaq dünyası “”. yazarlar.az (az.). yazarlar.az. 2 May 2021 tarixində arxivləşdirilibİstifadə tarixi: 03 may 2021.
  49.  “Ayətxan Ziyad “Zaur Ustacın uşaq dünyası “”. kitabxana.net (az.). kitabxana.net. 2 May 2021 tarixində arxivləşdirilibİstifadə tarixi: 03 may 2021.
  50.  “Ayətxan Ziyad “Zaur Ustacın uşaq dünyası “”. anl.az (az.). anl.az. 2 May 2021 tarixində arxivləşdirilibİstifadə tarixi: 03 may 2021.
  51.  “Azərbaycan Milli Kitabxanası”. ek.anl.az (az.). Anl.az. 2020-12-28 tarixində arxivləşdirilibİstifadə tarixi: 28 dekabr 2020.
  52.  “Milli Virtual Kitabxana”. kitabxana.net (az.). Kitabxana.net. 2020-12-28 tarixində arxivləşdirilibİstifadə tarixi: 28 dekabr 2020.
  53.  “Azərbaycan Ədəbiyyatının Virtual Kitabxanası”. azlibnet.az (az.). Azlibnet.az. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  54.  “Prezident Kitabxanası”. ebooks.az (az.). Ebooks.az. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]

  1. Zaur Ustacın youtube kanalı
  2. Zaur Ustacın facebook səhifəsi
  3. Zaur Ustac yazarlar.az saytında

İlkin mənbə (arxiv): archive.is

ZAUR USTAC – KATREN

ZAUR USTAC – “KATREN” – PDF: ZAUR USTAC – “KATREN” PDF

Məlumatı hazırladı: Günnur Ağayeva


ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Zaur Ustacın poetik dünyası” adlı yeni kitab işıq üzü görüb

Tanınmış şair, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustacın yaradıcılığına həsr olunmuş “Zaur Ustacın poetik dünyası” adlı yeni kitab işıq üzü görüb.

“Zaur Ustac 50 seriyasından” nəşr olunmuş növbəti kitabın müəllifi Azərbaycanın ilk peşəkar hərbi jurnalistlərindən olan, Prezident təqaüdçüsü, şair-publisit Vaqif İsaqoğludur.

Kitab haqqında girişdə müəllif özü belə məlumat verir: “Bu monoqrafiyanı müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri kimi oxucular tərəfindən sevilən, şeirləri ilə ürəkləri ovsunlayan, yazıçı, şair, tərcüməçi və publicist, dəyərli ziyalı Zaur Ustacın 50 yaşına hədiyyə edirəm.”

VAQİF İSAQOĞLU – “ZAUR USTACIN POETİK DÜNYASI” – PDF

Zaur Ustacın yazdığı ilk nümunələrdən başlayaraq ən yeni nəşr olunmuş bütün əsərlərinin sistemli şəkildə geniş aspektdə təhlilindən ibarət olan kitab böyük bir auditoriya – filoloqlar, jurnalistlər, ali və orta təhsil müəssisələri müəllimləri, tələbələr, doktorantlar, müstəqil təhqiqatçılar və Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub.

Kitabın redaktoru Tural Cəfərli, dizayneri Səbinə Hüseynzadə, naşiri Səbuhi Aslandır. Üz qabığının rəsm tərtibatıçısı Rahilə Qaralovadır.

Vaqif İsaqoğlu öz monoqrafik təhlillərində mötəbər mənbələrə və Azərbaycanın Qurban Bayramov, Vaqif Yusifli, Əli Rza Xələfli, Ülviyyə Hüseynli kimi tanınmış filoloqlarına, naşirlərinə, ədəbiyyat tənqidçilərinə istinad edir.

Kitab “Zaur Ustac – 50” layihəsi çərçivəsində nəşr edilib.


“Yazarlar”
  olaraq, bu münasibətlə  ZAUR müəllimi təbrik edir qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

Məlumatı hazırladı: Günnur Ağayeva

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – AZƏRBAYCANIM

ZAUR USTACIN YAZILARI

Böyük Allah dövlətimizin bayrağını daim uca etsin! Amin!

XALQIMIN, ORDUMUN İLHAMI İLHAM!
Ən uca kürsüdən dedi sözünü,
Bircə hərəkətlə sildi yüzünü,
Bilmək istəyirsən əgər düzünü,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Əvvəlcə xainin qırdı belini,
Sonra namərdlərin kəsdi dilini,
Sevdi obasını, sevdi elini,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Yüz ölçdü, bir biçdi, ustadan usta,
Mizanı yerində; nə tez, nə asta,
Cəngilər çalındı bu dəfə “Rast”da,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Bir həmlədə pozdu kələyin, fəndin,
Uçudu, dağıtdı illərin bəndin,
Hər dəfə yanıltdı düşmənin zəndin,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Ustaca bəllidi zamanın feli,
Taixdə dastandı babamın qolu,
Dəmir yumruq oldu İlhamın əli,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


ONU TANRI SEÇİB
Şərəfli əcdadın şanlı övladı ,
Bütün ulusunun qolu, qanadı,
Hər yanda fəxrlə çəkilir adı,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
İlhamdır istəyi, elin arzusu,
Amalı, bir şirin dilin arzusu,
Əməli, tər qönçə gülün arzusu,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
Nizamı, gərdişi ustadan usta,
Təftişi, gedişi ustadan usta,
Planı, döyüşü ustadan usta,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
Seçir, sonalayır, sorur düşməni,
Ağladır, sızladır, yorur düşməni,
“iti qovan kimi qovur düşməni”
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
Nitqi, bəlağəti, şəsti yerində,
Görkəmi yerində, büstü yerində,
Alınmaz qaladı, postu yerində,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!


ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru, AVMVİB-nin, AJB və AYB-nin üzvü, şair-publisist.

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTACIN 2024-CÜ İL ÜÇÜN HESABATI – RƏSMİ

2024-CÜ İL ÜÇÜN HESABAT

    ZAUR USTAC MƏTBUATDA  2024

  1. Dünən Zaur Ustacın doğum günü idi (təbrik və şeirlər), “Təzadlar” qəzeti, 9 yanvar  2024-cü il,  say: 01 (2374), s.13.
  2. Aytac İbrahim, “Ustad – Zaur Ustac” (Zaur Ustacın doğum gününə), “Həftə içi” qəzeti, 11-17  yanvar  2024-cü il,  say: 01  (3514), s.8.
  3. Zaur Ustac, “Şehçiçəyim” (şeirlər), “525-ci qəzet”, 19 yanvar  2024-cü il,  say: 10 (6298), s.15
  4. Zaur Ustac – “Çağdaş qardaşım”, “Ədəbiyyat qəzeti”, 20  yanvar  2024-cü il,  say: 2  (5444), s.19.
  5. “Baş redaktordan”, “Yazarlar” jurnalı, yanvar – 2024,  say: 01 (37), s.3.
  6. Elbar, “Zaur Ustacın doğum günüdür”, “Yazarlar” jurnalı, yanvar – 2024,  say: 01 (37), s.5-10.
  7. “Ustad – Zaur Ustac” (Zaur Ustacın doğum gününə), “Yazarlar” jurnalı, yanvar – 2024,  say: 01 (37), s.11-13.
  8. Pərvanə, “Zəfər Yolu”nun təbriki, “Yazarlar” jurnalı, yanvar – 2024,  say:  01 (37), s.14-26.
  9. Zaur Ustac “Santavik Əhməd” (hekayədən parça), “Yazarlar” jurnalı, yanvar – 2024,  say:  01 (37), s.27-30.
  10. Zaur Ustac “Şükranlıq” (“Əliş və Anna poemasından parça), “Yazarlar” jurnalı, yanvar – 2024,  say:  01 (37), s.31-47.
  11. Zaur Ustac, “Hesabat – 2023”, “Yazarlar” jurnalı, yanvar – 2024,  say:  01 (37), s.48-53.
  12. Sevindik Nəsiboğlu, “Bugün Zaur Ustacın doğum günüdür” (Doğum günü təbriki – Fotolar), “Yazarlar” jurnalı, yanvar – 2024,  say: 01 (37), s.58-62.
  13. “Sevgi dolu şeirlər” işıq üzü görüb, “525-ci qəzet”,  06 fevral   2024-cü il,  say: 22 (6310), s.9.
  14. Tuncay Şəhrili, “Zaur Ustacın yeni kitabı işıq üzü görüb”, “Təzadlar” qəzeti, 06 fevral   2024-cü il,  say: 03 (2376), s.13.
  15.  Tuncay Şəhrili, “Zaur Ustacın yeni kitabı işıq üzü görüb”,  “Həftə içi” qəzeti, 8-14  fevral  2024-cü il,  say: 05  (3518), s.8.
  16. Tuncay Şəhrili, “Zaur Ustacın yeni kitabı işıq üzü görüb”,  “Bütöv Azərbaycan” qəzeti, 9  fevral  2024-cü il,  say: 04  (521), s.15.
  17. Zaur Ustacın yeni kitabı işıq üzü görüb, “Ədəbiyyat qəzeti”, 10 fevral  2024-cü il,  say: 5  (5447), s.4.
  18. “Baş redaktordan”, “Yazarlar” jurnalı, fevral – 2024,  say: 02 (38), s.3.
  19. Zaur Ustac “Natamam hekayə”, “Yazarlar” jurnalı, fevral – 2024,  say: 02 (38), s.31-38.
  20. Zaur Ustac, “Qərbin bağrında Şərq çiçəyi” (Caroline Laurent Turunc haqqında), “Həftə içi” qəzeti, 7-13  mart  2024-cü il,  say: 09  (3522), s.7.
  21. Zaur Ustac, “Qərbin bağrında Şərq çiçəyi” (Caroline Laurent Turunc haqqında), “Olaylar” qəzeti, 8-14  mart  2024-cü il,  say: 09  (3522), s.18.
  22. Zaur Ustac, “Qərbin bağrında Şərq çiçəyi” (Caroline Laurent Turunc haqqında), “Bütöv Azərbaycan” qəzeti, 15  mart  2024-cü il,  say: 07  (524), s.12.
  23. “Baş redaktordan”, “Yazarlar” jurnalı, Mart – 2024,  say: 03 (39), s.3.
  24. Zaur Ustac, “Qərbin bağrında Şərq çiçəyi” (Caroline Laurent Turunc haqqında), “Yazarlar” jurnalı, Mart – 2024,  say: 03 (39), s.39-53.
  25. Zaur Ustac, “Rəqəmli tapmacalar”, “Göyərçin” jurnalı, Mart – 2024,  say: 2024 №3, s.14.
  26. Zaur Ustac, “Qarabağ – həsrətdən Zəfərə” (Rəfail Tağızadənin kitabı haqqında), “Həftə içi” qəzeti, 4 aprel  2024-cü il,  say: 12  (3525), s.8.
  27.  “Baş redaktordan”, “Yazarlar” jurnalı, Aprel – 2024,  say: 04 (40), s.3.
  28. Zaur Ustac “Santavik Əhməd” (hekayə), “Yazarlar” jurnalı, Aprel – 2024,  say: 04 (40), s.42-50.
  29. Zaur Ustac, “Qərbin bağrında Şərq çiçəyi” (Müasir türk yazarı Karalina Laurent Turuncun söz dünyası), “Xalq qəzeti”, 17 aprel  2024-cü il,  say: 76  (30480), s.10.
  30. Cığırımız Yol oldu! – Zaur Ustac, “Olaylar” qəzeti, 19-25 aprel  2024-cü il,  say: 13  (4992), s.16.
  31. Zaur Ustac, “Santavik Əhməd” (hekayədən bir parça), “Xəzan” jurnalı, Mart – aprel – 2024,  say: 03 (57), s.122-125.
  32. “Baş redaktordan”, “Yazarlar” jurnalı, May – 2024,  say: 05 (41), s.3.
  33. Zaur Ustac “Qarabağ – Həsrətdən Zəfərə”, “Yazarlar” jurnalı, May  – 2024,  say: 05 (41), s.14 – 22.
  34. Zaur Ustac “Bu belədir”, “Yazarlar” jurnalı, May  – 2024,  say: 05 (41), s.73 – 88.
  35. Zaur Ustac “Əşaru Şüəra”, “Ədəbi Ovqat” jurnalı, 12 – 2024, s.26 – 28.
  36. “Baş redaktordan”, “Yazarlar” jurnalı, İyun – 2024,  say: 06 (42), s.3.
  37. “Baş redaktordan”, “Yazarlar” jurnalı, İyul – 2024,  say: 07 (43), s.3.
  38. Təranə Dəmir, “Səmimiyyətdən yoğrulan şeirlər” (Zaur Ustac hücrəsinə qiyabi səyahət), “Həftə içi” qəzeti, 4-10 İyul   2024-cü il,  say: 23  (3536), s.7.
  39. Təranə Dəmir, “Səmimiyyətdən yoğrulan şeirlər” (Zaur Ustac hücrəsinə qiyabi səyahət), “Yeni Təfəkkür” qəzeti, 12  İyul   2024-cü il,  say: 12  (659), s.4.
  40. Təranə Dəmir, “Səmimiyyətdən yoğrulan şeirlər” (Zaur Ustac hücrəsinə qiyabi səyahət), “Olaylar” qəzeti, 12-18 İyul   2024-cü il,  say: 24  (5003), s.19.
  41. “Baş redaktordan”, “Yazarlar” jurnalı, Avqust – 2024,  say: 08 (44), s.3.
  42. Zaur Ustac, “Hürriyyət elçisi” (sonet çələngi), “Xəzan” jurnalı, İyul – avqust – 2024,  say: 06 (60), s.18-20.
  43. “Baş redaktordan”, “Yazarlar” jurnalı, Sentyabr – 2024,  say: 09 (45), s.3.
  44. Rizvan Fikrətoğlu, “Ağ adam”ın işıqlı dünyası (Zaur Ustacın “Ağ adam” kitabı haqqında), “Xalq qəzeti”, 11 sentyabr   2024-cü il,  say: 197  (30601), s.10.
  45. Rəşad Məcidin 60 illiyinə həsr olunmuş kitab çap olunub (Zaur Ustac – “Ağ adam”), “Ədalət” qəzeti, 13  sentyabr  2024-cü il,  say: 35  (6078), s.11.
  46. Zaur Ustac, “Şair həyatı yaşayan şair” (Faiq Balabəylinin bal kimi şeirləri), “Bütöv Azərbaycan” qəzeti, 20 sentyabr   2024-cü il,  say: 23  (540), s.13.
  47. Zaur Ustac, “Şair həyatı yaşayan şair” (Faiq Balabəylinin bal kimi şeirləri), “Olaylar” qəzeti, 20-26 sentyabr   2024-cü il,  say: 32  (5008), s.23.
  48. “Baş redaktordan”, “Yazarlar” jurnalı, Sentyabr – 2024,  say: 09 (45), s.3.
  49. “Baş redaktordan”, “Yazarlar” jurnalı, Oktyabr – 2024,  say: 10 (46), s.3.
  50. Vaqif İsaqoğlu, “Sevgi dolu şeirlər”in işığında (Zaur Ustac yaradıcılığına bir nəzər), “Olaylar” qəzeti, 25-31 oktyabr   2024-cü il,  say: 37  (5013), s.22.
  51. Təranə Dəmir, “Səmimiyyətdən yoğrulan şeirlər” (Zaur Ustac yaradıcılığı haqqında), “Xəzan” jurnalı, sentyabr – oktyabr – 2024,  say: 07 (61), s.64-65.
  52. Zaur Ustac, “Hər səngər məbəddi, pirdi hər əsgər” (şeirlər), “Xəzan” jurnalı, sentyabr – oktyabr – 2024,  say: 07 (61), s.66-69.
  53. Vaqif İsaqoğlu, “Sevgi dolu şeirlər”in işığı, “525-ci qəzet”, 31 oktyabr   2024-cü il,  say: 200  (6488), s.14.
  54. “Baş redaktordan”, “Yazarlar” jurnalı, Noyabr – 2024,  say: 11 (47), s.3.
  55. Zaur Ustac – “Payız”, “Ədəbiyyat qəzeti”, 22  noyabr  2024-cü il,  say: 45  (5487), s.29.
  56. “Baş redaktordan”, “Yazarlar” jurnalı, dekabr – 2024,  say: 12 (48), s.3.
  57. Zaur Ustac “Payız” (şeirlər), “Yazarlar” jurnalı, dekabr – 2024,  say: 12 (48), s.42 – 50.
  58. Zaur Ustac, “Ermənistanın dəhşətli ekosid siyasəti haqqında yeni nəşr”, “525-ci qəzet”, 6 dekabr   2024-cü il,  say: 224  (6512), s.13.
  59. Əli Rza Xələfli, “Zaur Ustac – 50” (Adı ağl tacı, sözü gül tacı), “Kredo” qəzeti, 19  dekabr  2024-cü il,  say: 75-76  (1253-1254), s.1-4.
  60. Zaur Ustac, “Bayraq bizim bayrağımız” (şeirlər), “Kredo” qəzeti, 19  dekabr  2024-cü il,  say: 75-76  (1253-1254), s.3.
  61. Cahangir Namazov (Özbəkistan), “Milli dəyərləri qoruyan şair” (Zaur Ustac haqqında), “Həftə içi” qəzeti, 19-25  dekabr  2024-cü il,  say: 47  (3560), s.7.
  62. Cahangir Namazov (Özbəkistan), “Milli dəyərləri qoruyan şair” (Zaur Ustac haqqında), “Olaylar” qəzeti, 20-26  dekabr  2024-cü il,  say: 45  (5021), s.17.
  63. Vaqif İsaqoğlu, “Sevgi dolu şeirlər”in işığında (Zaur Ustac yaradıcılığına bir nəzər), “Xəzan” jurnalı, dekabr 2024 / 9 / 63, s.2-3.
  64. Zaur Ustac, “Bəlkə də payızı biz uydurmuşuq?!” (şeirlər), “Xəzan” jurnalı, dekabr 2024 / 9 / 63, s.4-5.
  65. “Xəzan” jurnalının redaksiya heyəti, “Zaur Ustac – 50” (təbriknamə), dekabr 2024 / 9 / 63, s.6.

*Davamı 2025-ci il siyahısında.

Xarici mətbuatda – 2024

  1. Türkiyə. “Manşet – fethiye” qəzeti, 03 aralık 2024, salı, Yıl 4, Sayı: 172, s.6.  “gönlümde biriken sözüm var benim”,  Zaur Ustac – şair – Bakü – Azerbaycan.
  2. Özbəkistan. “Маърифат ва ёшлар” qəzeti, 7 декабрь 2024 йил шанба № 24 (72), s. 3.   Qardoshlar ijodidan – Zaur Ustac, Kezdim, Bu oqshom…

Antologiyalar – 2024

  • “Tənha çiçək tez solar”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı,  2024-cü il,  336 səh. Zaur Ustac s. 320-324.
  • “Yağışlı bir gün idi…”, (hekayələr toplusu)  Bakı, “TEAS” Press Nəşriyyat evi,  2024-cü il,  436 səh. Zaur Ustac s. 185-192.
  • “Könül nəğmələri”, (ədəbi toplu)  Bakı, “Borçalı”,  2024-cü il,  560 səh. Zaur Ustac s. 306-318.
  • “Hara gedir bu dünya”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı,  2024-cü il,  368 səh. Zaur Ustac s. 347-353.
  • “Analı, Atalı dünyam”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı,  2024-cü il,  384 səh. Zaur Ustac s. 366-371.
  • “Xəyallar dünyası”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı,  2024-cü il,  400  səh. Zaur Ustac s. 382-385.
  • “Ömür dastanının boyları”, (İbrahim Yusifoğlu – 70) Bakı, “Şirvannəşr”,  2024-cü il,  436  səh. Zaur Ustac s. 233-237.
  • “Zirvəyə gedən yollar”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı,  2024-cü il,  384  səh. Zaur Ustac s. 370-373.

    Müəllif əsərləri – 2024

1.Zaur Ustac, “Sevgi dolu şeirlər”, Bakı, “Adiloğlu” nəşriyyatı,  2024-cü il,  130 səh. (I, II, III nəşrlər)

    Tərtibçilik – 2024

1.Zaur Ustac, “Ağ adam” (Rəşad Məcidin anadan olmasının 60 illiyi münasibətilə), Bakı, “Ustac.Az” ” nəşrləri,  2024-cü il,  100 səh. “Yazarlar dərnəyi”  XXXV – KİTAB.

2.Zaur Ustac, “Hürriyyət elçisi” (Şəhidi-şühəda Nəcəfi Elxanın əziz xatirəsinə), Bakı, “Ustac.Az” nəşrləri,  2024-cü il,  40 səh. “Yazarlar dərnəyi”  XXXVI – KİTAB.

Redaktorluq – 2024

1.“Damcı izi…”, (şeirlər) Təvəkkül Goruslu. Bakı, “Adiloğlu” nəşriyyatı,  2024-cü il,   160 səh.

2.“Qarabağda və Şərqi Zəngəzurda Ermənistann ekosid, urbisid və kultursid siyasəti” (Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının nümunəsində) Ayətxan Ziyad İsgəndərov. Bakı, “El” kitab çapı mərkəzi,  2024-cü il,   68 səh.

Ön söz – 2024

1.“Üç qardaş”, (şeirlər) Məmməd Mərzili. Bakı, “Adiloğlu” nəşriyyatı,  2024-cü il,   236 səh.

Layihələr – 2024

1.“Top 100 in Azerbaijan” (şair kimi), Bakı,  2024-cü il.

Mükafatlar – 2024

1.“Ziyadar” mükafatı, “Yazarlar” jurnalının Yaradıcılıq Komissiyası  tərəfindən, Rəşad Məcid haqqında olan “Ağ adam” kitabına görə (№ 171 – 14.11.2024 elan olunub), Bakı,  2024-cü il.

2.“İlin yazarı”, “Mücrü” nəşriyyatı tərəfindən (24.12.2024 elan olunub), Bakı,  2024-cü il.

Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru, AYB və AJB üzvü

27.12.2024. Bakı ş.


ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sən gəlləndə gethagetdi, köç idi…

İNDİ

Səndən əvvəl nəyim vardı dünyada?
Dünya özü mənim üçün heç idi…
Söylə görüm qalıbmı heç yadında
Həmən günün nişanəsi üç idi…


Dil açanda ata-ana demişdim,
Ağzım üstə tərs şilləni yemişdim,
Bağ-baxçada nəyim vardı dərmişdim,
Sən gəlləndə gethagetdi, köç idi…


Dayan dedin tərəddüdsüz dayandım,
Oyan dedin hövlank qalxdım oyandım,
Nə gətirdin nə verdinsə hey aldım,
Bunlar mənə həyat verən bac idi…


Zaman ötüb özümə mat qalmışam,
Ta sayəndə zəngin adam olmuşam,
Bu halımdan inan tamam bihuşam,
Çox düşündüm bir yol olar gec idi…


Sən gələn gün vaxt sataşdı gözümə,
Zaman adlı yoldaş tapdım özümə,
Həmən gündən sərhəd yoxdu sözümə,
Səndən əvvəl kəlmələr də bic idi…


Varidatım saya gəlməz qələmlə,
Gecə mənim, gündüz mənim səhərlə,
Günəş mənim, ulduz mənim qəmərlə,
Tək olanım üzü qara sac idi….


Uzatdıqca uzanacaq siyahı,
Yer götürməz, Göy götürməz bu ahı,
Ustac sorar nədə olub günahı,
Günahsızı dustaq etmək suç idi…

Müəllif: Zaur USTAC

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şəhid Pəncəli Teymurova həsr olunur

Şəhidlərimizin əziz xatirəsinə

“40 gün – 40 şeir” layihəsi
I GÜN – I ŞEİR

QUCAĞINI GENIŞ AÇ…
( Gizir Pəncəli Teymurova həsr olunur.)
Qucağını geniş aç, gəlirəm Ana Torpaq,
Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq,
Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq,
O qutsal əmanətin, ünvanına yetibdi…
Sancmışam Sancağımı, rahat gəlirəm indi…


Səhər-axşam deyərdim, bu canım sənə fəda,
Nə olur mənə olsun, təki sən görmə qada,
“Komandir yaxşı olsa, ordunu verməz bada”,
Komutanım öndədir, gül-çiçək düz yoluna…
Sıra ilə gəlirik, yer ver girək qoynuna…


Çox dilək diləmişdim, Bayraq olsun kəfənim,
Xəyalım gerçək olub, sevinməsin düşmənim,
Dualarım qəbuldu, ağlamasın sevənim,
Ana, sən də gözünün qorasını sıxma ha…
“Oğul düşmən çəpəri”, qurban gedər torpağa…
12.04.2016. Bakı.
Qeyd:
Bu şeiri yayımlamaq arzusunda olan sayt və mətbuat nümayəndələrinə yayım hüququ verilir.
Səninlə qürur duyuram, Azərbaycan gənci!

“40 gün – 40 şeir” layihəsi

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru