Kateqoriya arxivləri: Zülfiyyə Vəliyeva

ZÜLFİYYƏ VƏLİYEVANIN ŞUŞA TƏƏSSÜRATLARI

ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI

Ordun  Var Yurdun Var

            Hər bir xalqı dünyada tanıdan, məşhurlaşdıran, aparıcı söz sahibinə çevirən amillərdən biri də onun ordusu, silahlı qüvvələridir. Tarixən hər bir millət ordusuna güvənib, onu milli qürur və fəxarət ünvanı sayıb. Qüdrətli ordusu olan dövlət nəinki maraq və mənafeyini layiqincə qoruya bilib, eyni zamanda, dünya siyasətinə əsaslı təsir imkanları əldə edib. Güclü dövlətin təməl prinsiplərindən biri qüdrətli ordunun mövcudluğudur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması prosesi, əslində, ölkəmizin müstəqilliyinin tarixidir.Azərbaycan Ordusunun yaranmasının  104 yaşını Qələbə sevinci ilə  qeyd edirik. Tarixi torpaqlarımızın düşmən tapdağından təmizlənməsində əldə etdiyimiz uğurlar Allahın qüdrəti, zamanın diqtəsdir. Dünyanın Azərbaycan maraqları , heyranlıqla dilə gətirilən:-Azərbaycannın öz torpaqlarını işğaldan azad etdiyi döyüşlərdə hərbi qüdrəti, döyüş taktikası, müasir texnologiyalardan istifadə məharəti! Vətən müharibəsinin  44 günə başa catmısı üçün Xalqımızın birliyi, Azərbaycan Respublikasının Prezdenti, Ali Baş Komandan İlham  Əliyevin  siyasi iradəsi, diplomatik məharəti və qətiyyəti, igid oğullarimizin göstərdikləri rəşadətlərlə Qürurlanırıq!  Güclü Lider, Güclü Ordu, Güclü Xalqımızın birliyi Yurd yerinin həsrətinə son verdi! Xalq üçün yaxşı mənada yararlı olmaq, ömrünü xalqına həsr etmək xoşbəxtlikdir. Vətənə, Xalqa, Dövlətə, Dövlətçiliyə hörmət və məhəbbətlə xidmət yolu keçən, fəaliyyətinin yeni səhifəsi Azərbaycan Respublikasının sərhədlərinin bərpası, torpaqların mənfur düşmən tapdağından təmizlənməsi, yeni tarixin yazılması, güclü liderin, Xalqın, Ordunun birliyinin təntənəsidir. Qarabağ müharibəsi Azərbaycan tarixinə  qızıl hərflərlə yazıldı. Azərbaycan Ordusu düşmən üzərində şanlı qələbə çaldı. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, bu qələbəni dəmir yumruqla qazandıq. Müzəffər ordumuz hər qarış torpağımız üçün mübarizə apardı. Vətən müharibəsində işğal olunmuş torpaqlarımızı ordumuzun gücü, şəhidlərimizin qanı ilə azad etdik.Bu müharibədə əsgər və zabitlərimiz düşmənin canlı qüvvəsini və texnikasını məhv edərək, xalqımıza Qələbə sevincini yaşatdı. 28 illik Vətən həsrətinə son qoydu. Canlarından keçən şəhid  oğullarımız, igid əsgər və zabitlərimiz, həkimlərimiz ,mülkü vətandaşlarımız  xatirəsi xalqımızın, əzizlərinin ürəyində yaşayacaqlar!  Şəhidlər və şəhid anaları qarşısında baş əyirik, qazilərimizə şəfa diləyirik

        Azərbaycan gözlərin aydın Bayrağımız Şusada Dalğalanır! Şuşa Azərbaycanın ürəyidir. Bu ürəyi bizdən 28 il əvvəl söküb çıxarmışdılar. Biz o ürəyi yenidən əsl sahibinə – bağrımıza qovuşdurduq. Şuşa bayraq deməkdir. Şuşa anaların övladlarına laylalardakı mirasıdır. Şuşa qürur, namus, atadan övlada miras deməkdir. Şuşa Vətən deməkdir. Şuşa tarixi Azərbaycanın qədim mədəni mirasıdır. 250 il əvvəl Azərbaycan xalqının öz əlləri ilə inşa etdiyi Şuşa qalaları Ermənistanın çirkli əllərindən xilas edilərək əsl vücuduna qovuşdu . Azərbaycan dövləti, Ali Baş Komandan İlham Əliyevin yüksək siyasi liderliyi, dövlətin bu savaşa inanması, xalqın birlik və bərabərlik içində bu işə ürək qoyması ilə qüdrətli Azərbaycan Ordusu ürəyimizi alanların ürəyini sökdü. Şuşa Dağlıq Qarabağın bütövlüyünün simvoludur. Şuşa azad edildi, Azərbaycan dövlətçiliyinin və Silahlı Qüvvələrinin birliyinin simvolu olaraq üçrəngli bayraq oraya sancıldı.  Hərbi-strateji mövqe, siyasi və psixoloji hədəf olan Şuşanın Bayraq Günündən 1 gün əvvəl azad edilməsi simvolika və dəyər baxımından çox əhəmiyyətlidir.Azərbaycan  işğaldakı torpaqların azad olunması davam edəcək. Azərbaycan bu gücə və qüdrətə sahibdir. Azərbaycan ordusunun dünya döyüş tarixində görünməmiş rəşadəti, misli görünməmiş qəhrəmanlığı sayəsində,  5,5 km² əraziyə malik , alınmaz qala kimi qorunan bir şəhəri əliyalın  400 nəfərlik qüvvə ilə işğaldan azad edən tək bir orudu var : Azərbaycan ordusu!

 Xilaskar Azərbaycan ordusunun qanı ilə, canı ilə Şuşanı 28 il yarımdan sonra azad etməsi bizim üçün: 

-Qeyrətimizin, namusumuzun üzərindən ləkənin götürülməsi, sınmış qürurumuzun qaytarlması; 
-Şəhidlərimizin ruhunun şad olması, Xocalının qısası;

-Qarabağda tam və qəti üstünlüyün əldə olunması;

-Azərbaycan ordusunun və dövlətinin  nüfuzunun artması.

       İkinci Qarabağ müharibəsinin Azərbaycanın Qələbəsi ilə başa çatması demək idi! Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi altında Ordumuzun, Xalqimızın birliyi, Haqq işimizin nəticəsi QƏLƏBƏMİZDİR! Mənfur düşmənə verdiyimiz tarixi dərs Qürurvericidir.  Güclü Lider, Güclü  Ordu , Güclü  Xalq  Azərbaycan məktəbinin  yetirməsi, Azərbaycan müəllim əməyinin bəhrəsidir. Hər zaman düşünək:- Vətən bizim üçün hər şeydir. Bütün varlığımızla bu yurda, bu torpağa, ana Vətənimizə-Azərbaycanımıza borcluyuq. Biz hamımız Azərbaycanımızı işıqlı sabahlara, aydın gələcəyə qovuşdurmağa çalışmalıyıq. Yurdumuzda gözü olan düşmənləri qəlbimizdəki Vətən sevgisinin gücü, Vətən məhəbbətinin atəşi ilə yandırıb məhv etməliyik. Vətən yalnız ona görə böyük deyil ki, onun  sənət və mədəniyyətlə zəngin, insanların nəcib əməlləri ilə dolu keçmişi vardır. Vətən həm də ona görə böyük və qiymətlidir ki, onda ulu babalarımızın ölməz izləri vardır. Və bu izlər hər birimizə ana südü qədər şirin, təmizdir, ana qucağı tək isti və doğmadır.Vətən torpağı bizim üçün toxunulmazdır, müqəddəsdir.

VƏTƏNİN OLMAQ GƏRƏK!
 Gözün aydın Azərbaycan Dünyası!
 Güclü Lider, Güclü Dövlət, Güclü Xalq,
Güclü Ordu od ələdi, bax başına düşmənin!
Dünya sənin Qüdrətinə heyrət edir!
Nümünəni Öyrənir!!!


Ədalətli, haqqlı olan kəslərə,
Allah özü kömək edir!!!
Gözün aydın Azərbaycan  Dünyası!!!
Qürur duyuruq,  Azərbaycanlıyiq!!!
Şuşada dalğalanır  Bayrağımız!!!
Ağır texnikasız , bir nəfəsə,
Şuşani azad edibdir Ordumuz!!!
Şuşa azad edildi, bəyan eylədi!
ALİ BAŞ KOMANDANIMİZ!!!


Baş əyirik qarşınızda,
Şəhid olan oğullarımız!!!
Poladın ,Mill qəhrəmların,
Zabitlərin, siravi Əsgərlərin,
Şəhid övladların hesabını alan,
Hikmətin , Maisin vardır Vətən!!!
Yaxin,uzaq ellərdən dəstəyin var!
Türkiyə,Pakistan kimi arxadaşın!!!

Öz xalqına arxalandın!!!
Yumruq oldun, belini qırğın düşmənin!
Qarabağ Azərbaycandır!!!
Şuşamıza qayıtdıq, Qarabağa qayıtdıq!!!
Dünyaya sübut etdik:-
Biz haqlıyıq, Qürurlu!!!
Ədalətli ,Qüdrətliyik!!!
Vətəni canımızla Qoruyuruq!!!
Bir birinə arxa dayaq,

Birliyimiz  oldu dayaq!!!
Qürürla dalğalanır:

Qarabağda  üç rəngli Bayraq!!! (Z.V)

         Azərbaycan həqiqətlərinin yorulmadan təbliği, Azərbaycan reallıqlarını olduğu kimi təqdim etmək hər bir vətəndaşımızın  namus və şərəf işidir. İnsanlığa xas olan ən vacib xüsusiyyətlər dövlətə, dövlətçiliyə xidmət, Vətəninə, dilinə, dininə olan sevgi və xidmətlər, xalqının bəşəriyyətə bəxş etdiyi qiymətli dəyərlərin təbliği, dünya azərbaycanlılarının birliyinin yaranması və qorunması üçün yorulmadan çalışmaq  vacibdir. “Vətənimizin qüdrətinin artması naminə hər birimiz əsgər olmalıyıq”- istiqamətində aparılan işlərin nəticələri sevindiricidir.
Azərbaycan məktəbi, Azərbaycan müəllimi fəxr edib, qürur duyur. Onun yetirmələri müstəqil dövlətimizin tarixi torpaqlarını  düşmən tapdağından təmizlənməsinə imza atmışlar!  Hər bir Vətəndaşımızın  mill və bəşəri dəyərlərə sahib olması, İnsanlığın qorunmasına verdiyi töhfələr qürur vericidir.Vətəninə, dövlətinə sədaqətlə xidmət edərək, İnsanlar arasında barış, birlik, əməkdaşlıq, dünyada sülhün, əmin amanlığın bərqarar olmasına töhfələr verən, Azərbaycanınn inkişafına xidmət edən Vətən övladları Qürurvericidir! Onların  dövlətə, dövlətçiliyə xidməti, Vətəninə olan sevgisi və xidmətləri sevindiricidir.  Amal və istəyində Azərbaycan dövləti dayanan, fəaliyyətləri ilə Vətənimizin qüdrətinin artmasına öz töhfhəsini vermiş  Azərbaycan oğulları!  Şəhid oğulların, Qazilərin qanı ilə suvarılan müqəddəs  səcdəgahımız Şuşa torpağı! Vətən sevgisi ilə yaşayan, Şuşanı azad etmək üçün Can verib, əza verən mənəviyyatlı, ləyaqətli oğullara borcluyuq! Şuşada  keçrilən hər bir mərasim, tədbir, görüş torpağımızın dəyərini, məkirli düşmənin çirkin əməl və niyyətini Dünyaya çatdırmağa xidmət etməlidir. Bu yolda mən nə etmişəm,nə etməliyəm sualına cavab verməli olduğumuzu Unutmayaq! 

 “Vətən və İnsan sevgisi” layihəsinin rəhbəri kimi 44 günlük Vətən müharibəsi günlərində xüsusi vebnarlar, dəyirmi masa, görüşlər keçirmiş, “Azərbaycan Bayrağı Şuşada dalğalanır”,” Qarabağın döyünən ürəyi, mədəniyyət Mərkəzi Şuşa”,   “ Tarix yazan Sərkərdə”,   “Qələbəmiz sərvətimiz, xalqımızın, dövlətimizin varlığıdır… yazıları ilə mətbuatda çıxışlar etmişəm. Ölkə Prezidenti İlham Əliyevin 2022-ci ili Şuşa İli elan etməsi ilə əlaqədar verdiyi məlum fərmanına əsasən “QARABAĞ 3-cü. Beynəlxalq Sosial və Humanitar Elmlərdə Müasir Araşdırmalar Konfransı ŞUŞA İLİ – 2022″ . mövzusunda keçirilən Konqrensin iştirakçı kimi iyun ayının 8 –də qəhrəman oğullarımızın azad etdiyi Şuşa şəhərində oldum, onların ruhuna düalar oxuyub, müqəddəs ruhların uyuduğu torpağa səcdə etdim , Şuşada  Cıdır düzündə  dalğalanan Azərbaycan Bayrağını görməyim  ömrümün xoşbəxt, unudulmaz anlarıdır. Bir anda unudulmayan Şəhidlər qarşısında baş əyirik!!!

   Qazilərimizə şəfa diləyirik!!!

          Bol sərvətli, həm dövlətli, İnsanları Qabiliyyətli, Elmili, Zəkalı, Dühalı məmləkdir Azərbaycan! Qorunmalı! Bəşəriyyətin, İnsanlığın, Vətənin qorunması bu gün hər kəsin qarşısında  duran, həllini gözləyən məsələdir. Müstəqil dövlətimizin qorunması dünyanın hər  cür  var dövlətindən, nemətindən qiymətlidir!

            Zəfər yolu, Haqqin yoludur!

           Vətən sevdalı oğulların yoludur!

           Bir yumruquq, Birliyimiz Əbədi!

           Sözümüzün var kəsəri!!

 Vətən daşı olmalı, Qrunmalı,Orumalı!

  Qarabağ Azərbaycandır,  Möhrü Vurulmalı!

            Qəlbimizdə  Vətən Sevgisi olmalı! (Z.V) 

       Vətənimizin qüdrətinin artması naminə hər birimiz əsgər olmalıyıq! Evimiz və son mənziliniz olan  Vətən bizim namusumz, əcdadlarımızın, övladlarımızin Şərəf və Qürur yeridir!Vətənimizin, dövlətimizin, dövlətçiliyimizin qorunması üçün bir olmalı!

 Əziz Vətən Övladları:-Bir olaq, Güclü olaq! Vətənimizin qüdrətinin artmasına öz töhfəmizi verək! Vətənimizə Dəstək Olaq! Azərbaycan dövləti, Azərbaycan  Ordusu və  Xalqın qətiyyəti, birliyimizin nəticəsi Qələbəmizin təminatıdır!

Müəllif: Zülfiyyə VƏLİYEVA       

ADPU-nun ETM-nin elmi işçisi,      Müəllimlərin Peşəkarlıq səviyyəsini İnkişaf etdirilməsi      Layihəsi üzrə Milli məsləhətçi,  Əməkdar müəllimAkademik  M.Mehdizadə mükafatı laureatı.


ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Əlavə mənbə:

https://www.facebook.com/zulfiyya.valiyeva.5/videos/411281950884661

Abdullayev Atəş Abdulla oğlunun 80 illik yubileyi münasibəti ilə

ABDULLAYEV ATƏŞ ABDULLA OĞLU

Yubley yaşınız  mübarək!

           Respublikamızın tanınmış təhsil işçisi ADPU-nun “Azərbaycan dili və onun tədrisi texnologiyası” kafedrasının dossenti, pedaqoqika üzrə fəlsəfə doktoru Abdullayev Atəş Abdulla oğlu 1942-ci il iyunun 20-də Göyçay rayonunun Qaraman kəndində anadan olmuşdur. 1960-cı ildə Qaraman kənd orta məktəbini, 1964-cü ildə  ADPU-nun (V.İ.Lenin adına APİ-nin) ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsini bitirmişdir. 1974-77-ci illərdə ADPU(APİ-nin) Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının aspiranturasında (qiyabi şöbə üzrə) oxumuş,  1981-ci ildə pedaqoji elmlər namizədi, 1990-cı ildən dosentdir. Əmək fəaliyyətinə ilk  dövürlərində  1964-1970-ci illərdə İsmayıllı rayonunun Qalıncaq və Qubaxəlilli kənd orta məktəblərində müəllim və direktor müavini vəzifəsində işləmişdir.

       1970-1971-ci illərdə Azərbaycan MTİ-də metodist; 1971-1984-cü illərdə  Maarif Nazirliyində metodist, inspektor, şöbə rəisi;  1984-86-cı illərdə Azərbaycan Mərkəzi MTİ-də tədris-metodik işlər üzrə direktor müavini;  1984-1990-cı illərdə Azərbaycan ETPEİ-də şöbə müdiri, 1990-1999-cı illərdə Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunda dosent və fakültə dekanı, 1999-2006-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunda prorektor; 2006-2016-cı illərdə Təhsilin idarə edilməsi və Pedaqogika kafed­raların­da dosent işləmişdir. 1916-cı il tarixindən ADPU-nun Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının dosenti olmuşdur.Qabaqcıl maarif xadimi,SSRİ maarif əlaçısı,AR-nın Qabaqcıl təhsil işçisi,Akademik M.Mehdizadə mükafatı laureatıdır.

A.A.Abdullayev 22 kitab , 25 adda elmi-metodik, 50-dən artıq elmi məqalənin müəllifidir.

    Allah insanı müxtəlif biçimdə, müxtəlif taledə, müxtəlif xislətdə yaradır. Taleyin sınağına çəkilir insan. Dözən, dözümlu insan üçün olur Allahın məhəbbəti və mərhəməti. Bax, belə bir məhəbbət və mərhəmət payından şükürlü olan, Allahına  sığınan bəndəyə  düşən pay:- Elm öyrənib öyrədən, üç qız övladı böyüdüb  ərsəyə yetirən  Ata, Kəbə evini xanımı və övladı ilə birlikdə ziyarət edən inanclı İnsan olan Atəş müəllim Haqq dünyasına  qovuşmuşdur.

    Bu gün 80 illik yubileyi döğmaları,onu tanıyan,onunla bir yerdə çalışan həmkarları tərəfindən  onsuz qeyd olunur.

Görkəmli alim, tanınmış pedaqoq və səmimi insan Abdullayev Atəş Abdulla oğlunun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

  Bu bir Qədər,bu bir Qismət!!!

Dünyaya gələn Zaman!!!

Yazın yazılan Zaman!!!

Yaradana qovuşan,

Bil anında yazılır!!!

Günün ,ayın, bil dəqiqən yazılır!!!

Nə tələsmək,Nə də gecikmək olmaz!!!

Vaxt yetişən Zamanda,

Haqqına qovuşursan!!!

Doğmalarınla vidalaşırsan!!!

Yaddaşlarda Yaşayırsan!!!

Müəllif: Zülfiyyə VƏLİYEVA       

ADPU-nun ETM-nin elmi işçisi,      Müəllimlərin Peşəkarlıq səviyyəsini İnkişaf etdirilməsi      Layihəsi üzrə Milli məsləhətçi,  Əməkdar müəllimAkademik  M.Mehdizadə mükafatı laureatı.


ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MÜSTƏQİLLİYİMİZ  DÖNMƏZ VƏ ƏBƏDİDİR!

ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI

Varislik və Yeniliyin vəhdəti

            Azərbaycan xalqının öz müstəqilliyinin qorunması üçün apardığı mücalidənin uğuru  Güclü Lider, Güclü Ordu, Güclü Xalqın birliyinin Vətənin azad və müstəqilliyinin təmin etməsinə dünya şahid oldu.

       Qələbəmiz sərvətimiz, xalqımızın, dövlətimizin varlığıdır.Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104-cü ildönümü törpaqlarımızın  mənfur düşmən tapdağından azad olunmasında əldə olunmüş möhtəşəm Qələbəmizə imza atıldığı zamanda qeyd edilir. Azərbaycan Respublikasının sərhədlərinin bərpası, torpaqların mənfur düşmən tapdağından təmizlənməsi, yeni tarixin yazılması, güclü liderin, Xalqın, Ordunun birliyinin təntənəsi Varislik və Yeniliyin vəhdətidir!               

       Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrinin bərpası işində böyük rol oynamışdır. Ən əsası da odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini gücləndirmiş oldu.

           Azərbaycan Xalq Cümhuriyyətinin yaranması əlamətdar hadisə olmaqla xalqımızın dövlətçilik salnaməsi parlaq səhifələrindən birini təşkil edir. Cümhuriyyətin yaradılması və milli dövlət quruculuğunun bərqərar edilməsi xalqımızın suverenliyinin təmin olunmasında, tarixi yaddaşının formalaşmasında müstəsna əhəmiyyət kəsb etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoymuşdu.

      28 may bizim ücün nə deməkdir? Bugünkü müstəqil Azərbaycan 1918-ci ilin müstəqil Azərbaycanın davamı və varisidir, bu gün fəxr etdiyimiz azad Azərbaycan öz tarixi başlanğıcını, 1918-ci ilin milli azadliq hərəkatinin nəticəsi olan Azərbaycan Xalq Cümhuriyyətindən almışdır. Tarix XX əsrin əvvəllərində Azərbaycan xalqı üçün misilsiz bir hədiyyə bəxş etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək olan müddətdə – cəmi 23 ay mövcud olmuşdur. Lakin bu qısa müddətdə çox işlər həyata keçirilmişdir. Hər şeydən əvvəl, öz milli dövlətçiliyinə qovuşmuş xalqımız istiqlalın nə demək olduğunu bir daha gördü, onun şirinliyini daddı. Azərbaycan Xalq Cümhuriyyəti az bir vaxtda parlamenti, hökuməti, ordusu, gömrük və hüquq mühafizə orqanları olan, dövlət rəmzlərinə malik, vətəndaş hüquqlarını hər şeydən uca tutan demokratik, dünyəvi və unitar dövlətə çevrildi.

             Müsəlman Şərqində ilk parlament respublikası xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının formalaşdırılmasına nail olmuşdu. Əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız, nəhayət ki, öz müstəqil dövlətinə sahib olmuşdur. Azərbaycanın bu gün dünya birliyində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlıqlarının qorunmasının, söz və mətbuat azadlığına geniş meydan verilməsinin əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə  qoyulmuşdur. Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər Azərbaycan xalqının tarixinin parlaq səhifəsidir. 

         Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. Hər bir səhifəsi biz azərbaycanlılar üçün müqəddəs və doğma olan Cümhuriyyətin təşəkkülü XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş ictimai-siyasi, ədəbi, fəlsəfi fikrin məntiqi nəticəsi, tarixi zərurət idi. O, ədəbiyyatda və mətbuatda, milli və ideoloji mübarizələrin səngərində yarandı və bir əsrədək müddət ərzində müstəmləkə zülmü altında inləyən xalqın azadlıq harayının carçısına çevrildi. Həmin dövrdə Azərbaycanda geniş vüsət almış milli-demokratik hərəkatın başında duran insanların hər birinin adı Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılmışdır. İlk addımlarını atan gənc dövlətə yüksək ixtisaslı kadrlar lazım idi. 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti dörd fakültədən (tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb) ibarət Bakı Dövlət Universitetinin açılması haqqında qanun qəbul etdi. Noyabrın 15-də isə universitetin auditoriyalarında ilk mühazirələr başlandı. Həmin dövrdə universitetdə 1094 tələbə, o cümlədən 217 azad dinləyici təhsil alırdı. Parlament universitetin açılması ilə yanaşı, 1919/20-ci tədris ilində dünyanın müxtəlif ali məktəblərində dövlət hesabına təhsil almaq üçün 100 azərbaycanlı gəncin xaricə göndərilməsi, hər bir tələbəyə 400 frank təqaüdün, 1000 frank yol xərcinin təyin olunması barədə qərar qəbul etdi. Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər sayəsində təkcə 1919-cu ildə paytaxtda və bölgələrdə 700 məktəb açıldı, şagirdlərin sayı 48780 nəfərə çatdı. Bu gün hər bir ziyalı, ictimai-siyasi xadim, bütövlükdə ictimaiyyətin nümayəndələri də bilirlər ki, xalqımızın və milli dövlətçiliyimizin tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb bir dövrdə meydana gəlmiş və çox çətin şəraitdə fəaliyyət göstərmişdir. AXC-nin yaşadığı 23 ay müddətində gənc dövlət başqa sahələrdə olduğu kimi, ölkənin ərazi bütövlüyünün qorunmasında da əhəmiyyətli işlər görmüşdü. 16 iyunda Milli Şura və Azərbaycan Hökuməti Gəncəyə, sentyabrın 17-də oradan Bakıya köçmüş, noyabrın 19-da Azərbaycan parlamentinin təsis olunması barədə qərar qəbul olunmuş, 7 dekabrda isə Azərbaycan Milli Məclisi artıq fəaliyyətə başlamışdır. 19 noyabr 1918-ci il – heç şübhəsiz dünyanın yeni siyasi tarixinin ən önəmli günlərindən biridir. Parlamentarizm, özünüidarəetmənin ən vacib aləti kimi şərq dünyasında ilk dəfə məhz Azərbaycanda tətbiq olundu.100 il əvvəl Azərbaycan Demokratik Cümhuriyyəti müsəlman şərqində Avropa tipli idarəetmə prinsiplərinə keçən ilk dövlət oldu və bu prosesdə o, Türkiyə Gümhuriyyətini bir neçə il qabaqladı. İdarə üsuluna görə ADC parlament respublikası idi. Parlament respublikası, xalqın demokratik haqq və hüquqlarını yüksək səviyyədə təmin edən ən mütərəqqi idarəetmə sistemi kimi elə 21-ci əsrdə dünyada sayılan ölkələrdə tətbiq olunur. “İstiqlal Bəyannaməsi” yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi. “Bəyannamə”də elan edilmiş prinsiplər – Azərbaycan xalqının öz müqəddəratını təyin etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə hörmətlə yanaşmaq prinsipləri AXC-nin  beynəlxalq nüfuzunu artırdı.Seçki qanununa görə, Azərbaycanda qadınlarla kişilərin seçib-seçilmək hüquqları eyni idi. AXC vətəndaşlara demokrtik haqq və özgürlüklər təminatına görə dövrünün bir çox ölkələrini geridə qoyurdu və bu işdə Azərbaycan parlamentinin müstəsna rolu vardı.1920-ci ildə mövcud tarixi şəraitin doğurduğu qarışıqlıqlar içərisində itirilmiş milli dövlətçiliyimizin XX əsrin sonunda yenidən bərpası xalqımızın milli-azadlıq ruhunun  yaşadığını təsdiqlədi.

       1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında”  Konstitusiya Aktının qəbul olunması ilə Azərbaycan xalqı tarixinin yeni mərhələsinin başlanğıcına qədəm qoydu. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyimizin davamlı və əbədi olması yolunda qətiyyətli addımlar atıldı və bu sahədə qarşıya çıxan çətinliklər aradan qaldırıldı. Bu gün Heydər Əliyev siyasi kursunun layiqincə davam etdirilməsi, Prezident İlham Əliyevin düşünülmüş strategiyası müstəqil Azərbaycanı dünyanın inkişaf etmiş demokratik dövlətlərindən birinə, beynəlxalq aləmdə söz sahibinə çevirib.              Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqın milli oyanışının məntiqi yekunu kimi dəyərləndirmişdir: “Müsəlman Şərqində ilk parlament respublikası – Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi”.

                Azərbaycan  Prezidentinin 16 may 2017-ci il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamı bir daha təsdiqlədi ki,  müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirmişdir.

VƏTƏNİ SEVMƏK AZDİR, SEVDİRƏ BİLMƏK GƏRƏK!  VƏTƏNİN OLMAQ GƏRƏK!

Bütün varlığımızla bu yurda, bu torpağa, ana Vətənimizə-Azərbaycanımıza borcluyuq. Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Həyatda  yaşadığın qədər yaratmaq, xalq üçün yaxşı mənada yararlı olmaq, ömrünü xalqına həsr etməkdir.  Bu gün Azərbaycanda gedən inkişaf prosesləri, dövlətimizin dünyada artan nüfuzu müstəqilliyimizin bəhrəsidir.

Müəllif: Zülfiyyə VƏLİYEVA       

ADPU-nun ETM-nin elmi işçisi,      Müəllimlərin Peşəkarlıq səviyyəsini İnkişaf etdirilməsi      Layihəsi üzrə Milli məsləhətçi,  Əməkdar müəllim.


ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Distant təhsil: təhsilin dinamikliyi – “Ömürlük təhsildən” “ömürboyu təhsilə” keçid prinsipi

ZÜLFİYYƏ VƏLİYEVA

“Son on il müddətində informasiya texnologiyaları bizim gündəlik həyatımızın tərkib hissəsinə çevrilmişdir. Artıq bugünkü gündə gündəlik həyatımızı internetsiz, e-mailsiz və qlobal rabitənin imkanları olmadan təsəvvür etmək mümkün deyildir. Azərbaycanda informasiya texnologiyalarının yaradılmasına və eyni zamanda, infor­ma­siya tex­no­­logi­ya­la­­rının infrastrukturunun qurulma­sı­na böyük əhə­miyyət ve­ri­lir. Bizim ölkədə həm elmi po­ten­sial möv­cuddur, həm də texnoloji nailiyyətlər imkan ve­rir ki, Azər­baycan bu yöndə regionda aparıcı ölkə olsun”.
İlham Əliyev 


Gözümüz önündə dünya dəyişir. Dünya təcrübəsində həyata keçirilən müasir təhsil pro­qram­larına müvafiq müasir təhsilin tələblərinə cavab verən və bu tələblərin ödənilməsinə xidmət edən müasir təhsil “öyrədənlərin öyrədilməsi” proqramının re­al­laşdırılması, məsafədən informasiya ötürülməsi – distant təhsil mexanizmi­nin tətbiqi; in­ternetdən istifadənin genişləndirilməsi, informasiya və kommuni­kasiya tex­no­lo­giyalarından müasir tələblərə cavab verən səviyyədə istifadə edil­məsi mə­sə­lə­lərini əsas məqsəd kimi nəzər­də tutur. 
Distant təhsil sintetik, inteqral, humanist təhsil forması olmaqla  bütün tədris növlərinə təbii şəkildə inteqrasiya edir, müxtəlif təhsil strukturlarının inte­qrasiyasının gücləndirilməsində və vətəndaşların mün­təzəm təhsilinin inkişafı prosesində mühüm yer tutur. XXI əsrdə əhalinin ge­niş dairələri üçün ən pespektiv, cəmiyyətin tələbatına ən çevik şəkildə cavab verən və ölkənin hər bir vətəndaşının təhsilə olan konstitusiya hüququnu daim təmin edən təhsil növü olan distant təhsilin həyata keçirilməsi aşağıdakı vacib şərtlərdən asılıdır:
Məlumati: informasiya bankının yaradılması, distant təhsilin xüsusi pro­­qramlarla və dərs vəsaitləri ilə təmin edilməsi; 

  1. Metodiki: metodiki təminat elə bir səviyyədə olmalıdır ki, konkret fənn müstəqil şəkildə, hər suala görə müəllimə müraciət edilmədən mənim­sə­nilsin; 
  2. Təşkilati: distant təhsil almaq istəyənlərin qəbulu, onların tədris pro­se­sində iştira­kının qeydiyyatı, lazım gələn təqdirdə distant məsləhət­ləş­mə­lərin tə­min olunması, distant təhsilə cəlb olunanların konkret tələbat­la­rı­nın öyrənil­mə­si, buraxılış testinin keçirilməsi, eləcə də buraxılış işlərinin təşkil edilməsi; 

4.Texniki: Bütün tədris-metodiki materialların əvvəlcədən hazırlanması, təd­ris-meto­diki vəsaitlərdən istifadə etmək məqsədilə təhsil alanların is­tənilən vaxt kompüter şəbəkəsinə daxil olmasının təşkili, təhsil alanlarla məs­ləhət­ləş­mə keçirmək üçün ope­rativ əlaqələrin təşkili.
Qoyulan məqsədlərə tam şəkildə cavab verən distant təhsil sisteminin ya­radılması ümumdövlət məsələsi olmaqla, mürəkkəb bir prosesdir. Bu məsələnin həllində tədris müəssi­sələrində toplanmış tədris-metodiki, kadr və istehsal po­ten­­sialından, informasiya vasitələri və texnologiyalarından, distant təhsilin apa­rılma təcrübəsindən, mövcud olan telekommuni­kasiya infrastrukturundan və tə­lim-tərbiyə müəssisəsinin, o cümlədən ixtisasartırma və yeni­dənhazırlanma təd­ris müəssisələrinin təşkilati strukturundan geniş istifadə olunmalıdır.
 İlkin müəllim hazırlığı, ixtisasartırma və yenidənhazırlanma sistemində distant təhsil zaman və məsafə baxımından uyuşqanlığı nəzərdə tutur və təhsilin fərdiləşdirilməsinin müstəqilliyini təmin edir. O, öyrənənlər tərəfindən yeni tədris materiallarının is­tifadəsində qarşılaşan tələbatlar üzərində cəmləşir. Burada əsas məqsəd dis­tant təhsilə yalnız texniki yanaşma deyil, həm də yüksək özünütəhsil səviyyə­sin­də nəticələrini texnoloji prosesin tələb etdiyi tapşırıqların tərtib edilməsinə və psixoloji möhkəmliyə keyfiyyət yanaşmasıdır. Distant təhsil nizamlı, tə­mi­natlı, maddi-texniki, elmi-metodiki, strateji və kadrların toplanmasını təmin edən prosedurdur və uzunmüddətli tətbiq üçün nəzərdə tutulur. Texnoloji tərəqqinin təsiri altında təhsil prosesi təkcə texnologiya və bilik mübadiləsi üçün deyil, eləcə də sərmayə qoyulması və bazar müna­si­bət­lərinin həyata keçirilməsi üçündür. Məhz bu mənada distant təhsilin priori­tet­ləri açıq-aşkardır, onun inkişafı aşağıdakı proseslərlə əks olunan təhsil sis­te­mi üçün xüsusi əhəmiyyət kəsb edir:

  • təhsil prosesində yeni münasibətlər yaradan iqtisadi islahatların davamlılığı;
  • yeni texnologiyalar və müasir təhsil kontekstində əhalinin yeni tə­ləbatlarının formalaşması; 
  • təhsil prosesinin iştirakçıları arasında verilənlərin mübadiləsini təmin edəcək yeni texniki imkanların yaradılması və inkişaf et­di­rilməsi. 

Fasiləsiz təhsilin daha yüksək uyuşqanlıq sisteminin mövcudluğu,  ilkin müəllim hazırlığı, ixtisasartırma və yenidənhazırlanma qısa dövrdə cəmiyyətin tələbatları ilə qarşılaşa bilər. O, yeni şəraitə uyğun pedaqoji fəaliyyətdə kadrların treninqi və müəl­lim­lərin peşə bacarığına aid olan krizislərin aradan qaldırılmasına kömək et­mə­yə qabildir. 
İxtisasartırma təhsilində distant təhsil müxtəlif pilləli tədris müəssisələrinin, müntəzəm ixtisasını artırmağa imkanı olmayan, uzaq region və kəndlərdə yaşayan, yeni açılmış ixtisasları tədris edən, vaxtilə müvafiq ixtisasa yiyələnmiş, lakin müxtəlif səbəb­lərdən uzun müddət əmək fəaliyyətinə başlamayan, yaşadığı və işlədiyi yerdə ixtisasını artırmağa və ya müntəzəm özünütəhsilə ehtiyac duyan pedaqoji kadrlara qabaqcıl psi­xoloji-pedaqoji, elmi-metodiki informasiya, kommunikasiya və digər texnologiyalardan istifadə etməyi mənimsətməklə kompleks təhsil proqramlarını həyata keçirir. 
Internet şəbəkəsi və ondan istifadənin genişlənməsi, məlumatların veril­məsində texni­ki imkanların daha da artması nəticəsində müasir dövrdə distant təlimin həyata keçirilməsi daha aktual görünür. Təlim prosesində, eləcə də prak­tik və laboratoriya işlərinin yerinə yeti­rilməsində müdavimlər bu və ya di­gər problemləri kurs müəllimləri ilə məsləhətləşir, öz həmkarları ilə mübahisəli məsələləri müzakirə edirlər. Real olaraq, əlaqə üçün onlar bütün texniki im­kan­lardan istifadə edə bilirlər. Butelefon, e-mail, onlineregimində diskussiya­lar­da iştirak, interaktiv telekommunikasiya texnologiyaları və hal-hazırda da­ha geniş texniki imkanları olantelekonferensiya, telekörpü, tekst və qrafik informasiyaları, səsli, video (multimedia) informasiyaları vasitəsilə həyata ke­çirilir.
Məlim olduğu kimi, Təhsil Nazirliyi tərəfindən 10 illik Təhsil Islahatı Strategiyası (2003-2013-cü illər) hazırlanmışdır. Bu strategiyanın əsas məqsədi təhsil sektoru ilə bağlı bir çox mühüm məsələləri müvəffəqiyyətlə həll etmək, təhsilin keyfiyyətini yüksəltmək, təhsil sektorunun fəaliyyətini tədricən formalaşan bazar iqtisadiyyatı tələblərinə, sosial vəziyyətə uyğunlaşdırmaqdan ibarət olmuşdur. Dünya bankının yardımı ilə reallaşan Təhsil Sektorunun Inkişaf Layihəsi beş komponentdən ibarətdir. Bu komponentlərdən biri də “Ümumi təhsilin keyfiyyəti və real tələbatlara uyğunluğu” problemidir. “Ümumi təhsilin keyfiyyəti və real tələbatlara uyğunluğu” komponentinin tərkib hissələrindən biri “Müəllim hazırlığı alt komponent”dir. Həmin alt komponent çərçivəsində bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bu tədbirlərdən biri də “Müəllimlərin peşəkarlıq səviyyəsinin fasiləsiz yüksəldilməsinin strategiyası və konsepsiyası (ilkin pedaqoji təhsil, ixtisasartırma və yenidənhazırlanma təhsili)” istiqamətində araşdırmaların aparılması, bu əsasda pedaqoji təhsilin modernləşdirilməsi və ən nəhayət müəllim hazırlığı prosesini dünya standartları səviyyəsinə qaldıraraq son nəticədə keyfiyyət göstəricilərinin yüksəldilməsidir.
İnformasiya resurslarının intensiv şəkildə inkişaf etdirildiyi bir şəraitdə əhalinin artan təhsil tələbatları artıq ənənəvi təhsil formaları ilə tamlıqla təmin edilə bilmir. Cəmiyyətin informasiyalaşma­sı, dünyada gedən qloballaşma prosesləri yeni təhsil modeli – Distant Təhsil (DT) modelini formalaşdırır. Bu modelin əsasını dünya, cəmiyyət, insan idrakı və təhsilin dinamikliyi, “ömürlük təhsildən” “ömürboyu təhsil” prinsipinə keçid ideyası təşkil edir. DT modeli informasiya cəmiyyətinin inkişaf və təkamülünün tarixi mərhələsi olub, hər hansı dövlətin təhsil siyasətindən asılı olmayaraq, qloballaşma şəraitində informasiya cəmiyyətinin təhsil sistemi qarşısında qoyduğu təxirə salınmaz tələblərdən biridir. İnkişaf etmiş ölkələrdə ənənəvi təhsil formaları sürətlə DT siste­minə inteqrasiya olunur, vahid təhsil məkanı yaranır, müasir modellərin prosesə tətbiqi günün tələbinə çevrilir.
Azərbaycan Respublikasında Distant Təhsil Sisteminin (DTS) yaradılması və inkişafı təhsil sahəsində dövlət siyasətinin öncül istiqamətlərindən biridir. 1999-2004-cü il­lər ərzində qəbul edilmiş bir çox dövlət sənədlərində bu məsələlər öz əksini tapmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Təhsil Sisteminin Təkmilləşdirilməsi” fərmanı, “Azərbaycan Res­publikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları inki­şafının milli strategiyası” Dövlət Proqramı, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” və sairə bu kimi mühüm dövlət sənədlərində DT-nin yaradılması, inkişafı, onun vacib atributları olan informasiya-təhsil məkanın, “İNTERNET” məktəbin, elektron kitabxanaların, elektron dərsliklərin yaradılması zərurəti və s. bağlı vacib və aktual məsələlər öz əksini tapmışdır. Qeyd edilən bu amillər “Müəllimlərin peşəkarlıq səviyyəsinin fasiləsiz yüksəldilməsinin strategiyası və konsepsiyası (ilkin pedaqoji təhsil, ixtisasartırma və yenidənhazırlanma təhsili)” müəllim hazırlığı sisteminin real praktikasında DT texnologiyalarınin tətbiqini aktuallaşdırır.  Bu qabaqcıl texnologiyadan müəllim hazırlığı prosesində geniş istifadə həm təlim prosesinin keyfiyyətini yüksəldməsinə, gələcəkdə informasiya cəmiyyətində yaşayıb yaradan müəllimləri ən müasir təlim texnologiyaları ilə daha yaxından tanış etməklə yanaşı, DT sahəsində müəllimləri məlumatlandırmaq, onların diqqətini XXI əsrin təhsil texnologiyası olan DT-ə cəlb etməkdir. Bu məqsədlə 2006-cı ildə AMİ-nin “Müasir təlim və Distant təhsil” kabinetinin müdiri Əməkdar müəllim Z.Ə.Vəliyeva,  kabinetin metodistiAvropa Şurası Regional və Yerli Hakimiyyətlər Konqresinin üzvü Əhməd Məmmədov tərəfindən respublikada ilk olaraq  pedaqoji kadrların maarifləndirilməsi, onların informasiya texnologiyaları sahəsində bilik və məlumatlıq səviyyəsinin yüksəldilməsi, kadr hazırlığının təmin edilməsi və insanın inkişafı üçün yeni imkanların yaradılması məqsədilə hazırlanmış  “DİSTANT TƏHSIL TEXNOLOGİYALARI” (pedaqoji işçilərin özünütəhsilinə kömək üçün) vəsait, “DİSTANT TƏHSİL TEXNOLOGİYALARI” (ilkin müəllim hazırlığı, ixtisasartırma və yenidənhazırlanma təhsili üçün (24 saatlıq))Treninq proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının 22.12. 2006-cı il tarixli iclasında müzakirə edilərək (protokol №_18_)  çap olunmuşdur.
        Müasir dövrdə keyfiyyətli təhsil verilməsi ənənəvi təlim metodları ilə onlayn təlim vasitələrinin optimal (uğurlu) vəhdəti hesabına mümkündür.Bu gün müəllim  elektron tədris texnologiyalarını tətbiq etməyi bacarmalı, elektron təlimin təşkilinin əsaslarını mənimsəməklə özünün rəqabətə davamlılığınıartırmalı,  müasir ünsiyyət üsullarında mobilliyin olması səbəbi ilə tələbələr üçün maraqlı və arzu ediləndir. Bu tip bilik, bacarıq və motivasiyaya sahib olmayan bir müəllim təhsil alanlarla qarşılıqlı ünsiyyət üçün virtual tədris mühitini qurmaq imkanlarından məhrumdur. Müasir müəllim qabaqcıl tədris təcrübələrini, elmi nailiyyətləri və pedaqoji təcrübəsini əsas götürərək elektron tədris texnolologiyalarından istifadə etməklə təlim prosesinin təşkili xüsusiyyətlərini, elektron təlimin didaktik funksiyalarını və metodikasını bilməlidir. Müəllimlərə kömək məqsədlə hazırlanmış vəsaitdə qeyd edildiyi kimi  Distant Təhsil – təhsil müəssisəsindən istənilən məsafədə olan öyrənənlərə xüsusiləşdirilmiş informasiya-təhsil mühiti vasitəsi ilə göstərilən təhsil xidmətləri kompleksidir. İnformasiya-təhsil mühiti öyrənənlərin təhsil ehtiyaclarının təmin edil­məsinə yönəlmiş, verilənlər, informasiya resursları, qarşılıqlı əlaqə protokollarının ötürülmə vasitələri, aparat-proqram, metodik-təşkilati təminat və s. vasitələrin sistem­li təşkilidir. DT öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirən texnologiyadır. Distant Pedaqoji Təhsil (DPT) dedikdə fasiləsiz müəllim hazırlığı (ilkin pedaqoji, ixtisasartırma və yenidənhazırlanma) prosesində DT texnologiyalarının tətbiqi nəzərdə tutulur. DPT texnologiyasından fasiləsiz müəllim hazırlığının bütün səviyyə və formalarında istifadə edilə bilər. DPT ənənəvi pedaqoji təhsilin elektron variantı və ya mövcud təlim formalarının telekommu­nikasiya üçün uyğunlaşdırılması deyil. DPT ənənəvi təhsil formalarına nisbətən öyrənənlərin müstəqilliyini, fəallığını, şüurluluğunu, yaradıcılığını optimal inkişaf etdirməklə, informasiya cəmiyyətində müasir müəllim hazırlığı qarşısında duran strateji məsələləri səmərəli həll edir.
DPT-nin əsas texnologiyaları aşağıdakılardır: 

  • Keys texnologiyası. Tədris metodik materiallar ciddi strukturlaşdırılır, xüsusi “keys” formasında komplekləşdirilir, müstəqil mənimsənilməsi üçün öyrənənə göndərilir. Öyrənənlə məsləhətçi-müəllim, tyutor arasında müntə­zəm məsləhətləşmə aparılır.
  • TV texnologiyası. Tədris prosesi telemühazirələr əsasında həyata keçirilir, müəllim və tyutorla sistematik məsləhətləşmələr aparılır.
  • Şəbəkə texnologiyası. Öyrənənləri tədris metodik materiallarla təmin etmək, həmçinin öyrənən və öyrədən arasında interaktiv əlaqə yaratmaq məqsədi ilə İnternet şəbəkəsindən istifadə edilir. Şəbəkə texnologiyasında lokal (İntranet) və qlobal (İnternet) şəbəkə texnologiyalarından istifadə edilir. 

Sonuncu halda distant dialoq İnternet resursları vasitəsilə həyata keçi­rilir. Təlim ünsiyyətinin əsasını xüsusi hazırlanmış və distant təhsil kursu şəklində tərtib edilmiş vasitələr təşkil edir. DPT sistemində bu texnologiyaların hər üçünün tətbiqi mümkündür. Azərbaycan Respublikasında DPT sisteminin inkişafının ilkin mərhələsində əsasən keys texnologiyasının tətbiqi nəzərdə tutulur. DPT sisteminin keys texnologiyasının tətbiqi üzrə təcrübə topladıqdan sonra, bu əsasda DPT Internet və TV texnologiyasınınyaradılması və inkişafı daha asan olar. Təhsil sistemi üçün Vahid İnformasiya-Təhsil Mühitinin (məkanının) yaradılması prosesi (vahid DT platformasının – xüsusi hazırlanmış proqram kompleksinin formalaşması)  tədris müəssisələrində zəruri maddi-texniki bazanın təminatı, müxtəlif ixtisaslar üzrə elektron kursların tərtibi və onların eksperimental sınağının təşkili, bu sahə üzrə kadrların hazırlanması, zəruri hüquqi-normativ bazanın yaradılması, beynəlxalq təcrübəninin daha da ətraflı öyrənilməsi və yerli təhsil sistemi xüsu­siyyətləri nəzərə alınmaqla adaptasiyası, DT texnologiyalarının cəmiyyətdə geniş təbliği işinin aparılması, bu problem üzrə elmi-tədqiqat işlərinin təşkili və aparılması və s. kimi məsələlərin müvəffəqiyyətli həlli reallaşar.
DT-nin mövcud texnologiyalarının (keys, Internet, TV texnologiyaları) hər biri ilkin müəllim hazırlığında müvəffəqiyyətlə istifadə edilə bilər. Lakin Internet texnologiyası və TV texnologiyalarının real tətbiqi üçün respublikada xeyli hazırlıq işləri görülməlidir (xüsusən də sistemli hüquqi-normativ bazanın yaradılması, maddi-texniki bazanın gücləndirilməsi, elektron kursların hazırlanması, DT üzrə kadrların kompleks hazırlanması və s.). Keys texnologiyası isə az vaxt ərzində, az məsrəflə, az resurs sərf etməklə reallaşa bilər. Bu səbəbdən “Müəllimlərin peşəkarlıq səviyyəsinin fasiləsiz yüksəldilməsinin strategiyası və konsepsiyası çərçivəsində DT və əlaqədar sahələr” alt komponentin hazırlanması və praktik tətbiqi məqsədilə ilkin mərhələdə keys texnologiyasından istifadə nəzərdə tutulur. Bu texnologiyanın tətbiqinə hazırlıq mərhələsi nisbətən asan olub, praktik tətbiqi ciddi çətinliklər törətmir. Bu texnologiyanın tətbiqi zamanı toplanmış təcrübə digər texnologiyaların tətbiqi zamanı fundament ola bilər, sonrakı mərhələdə daha da inkişaf etdirilə bilər. DT keys texnologiyasi tələbələrə keys formasında təqdim edilən çap və multimedia tədris-metodik materiallarin müstəqil surətdə öyrənilməsini nəzərdə tutur, bu zaman əyani məşğələ formaları üstünlük təşkil edir. Müəyyən kurs üzrə bu məşğələlər başlanğıc mühazirə, fəal seminar, treninq, məshələt, nəzarət yoxlama formalarını əhatə edir. Əsas diqqət xüsusi hazırlanmış müəllim-tyutorla tələbələrin qrup halinda məşğələlərinə yetirilməlidir.
Ilkin müəllim hazırlığında DT keys texnologiyaları əyani, qiyabi və DT formalarında tətbiq edilə bilər. Tədris müəssisəsinin imkan və məqsədlərindən asılı olaraq təhsil sistemində bu texnologiyan az və ya çox istifadə oluna bilər. Tədris planında olan bir və ya bir neçə kurs tam distant formada (bu halda ixtisas Distant formada müəllim hazırlığında isə DT həm forma, həm texnologiya ola bilər.
Ümumiyyətlə, yenidənhazırlanma və ixtisasartırma kursları şəraitində DT texnologiyalarının tətbiqi yaxşı səmərə verə bilər. Çünki, bu kateqoriya öyrənənlərin dünyagörüşü, həyat və peşə təcrübəsi, müstəqil işləmək vərdişləri, peşə seçimində qətiyyət və məsuliyyəti, ilkin müəllim hazırlığına cəlb edilmiş tələbə kateqoriyasına nisbətən daha yüksəkdir. Yenidənhazırlanma və ixtisasartırma kursları şəraitində DT texnologiyalarının tətbiqi bu sistemdə oxuyan müdavimlər üçün çox əlverişlidir, onlar ailələrindən, yaşadığı bölgədən, əmək fəaliyyətindən ayrılmadan, əlavə xərclər çəkmədən, rahat şəkildə öz həyat ahəngini pozmadan keyfiyyətli təhsil ala bilər.
Müəllimlərin yenidənhazırlanmasını tam distant formada həyata keçirmək mümkündür. Bu iş bir çox cəhətdən ilkin müəllim hazırlığında tətbiq edilən DT formasına uyğun həyata keçirilə bilər. Təşkilatı baxımdan uyğunluq çox olsa da, məzmun baxımından müəyyən fərqlər özünü göstərə bilər. Belə ki, öyrənilən materialların məzmununda, sturukturunda müəyyən fərqlər özünü göstərə bilər. Digər tərəfdən burada müdavim şüurlu şəkildə, öz professional ehtiyaclarına uyğun olaraq, fərdi tədris planı (fərdi təhsil trayektoriyası) tərtib etməklə, özəl kurs keçmək imkanına malikdir. Beynəlxalq təcrübə göstərir ki, bu kateqoriya müdavimlərin təhsil keyfiyyəti daha yuksək olur. Müəllimlərin yenidəhazırlanmasını qismən DT-nin keys texnologiyası əsasında həyata keçirmək mümkündür. Bu, bəzi cəhətdən ilkin müəllim hazırlığında tətbiq edilən analoji işə uyğun həyata keçirilə bilər.Müəllimlərin ixtisasartırma kursunda da DT-nin keys texnologiyaları uğurla tətbiq edilə bilər. Bu məqsədlə tədris edilən qısamüddətli kurslar üzrə xüsusi tədris materialları, test tapşırıqları, audio-vidio materiallardan istifadə edilə bilər (yenə də xüsusi keys tərtib edərək müdavimlərə göndərməklə). Müəllimlərin elektron poçtun imkanlarından maksimum istifadəsi də əhəmiyyətli ola bilər. Bu zaman hər bir müəllim il boyu işlədiyi məktəbin və ya dayaq məntəqəsi olan hər hansı məktəbin kompüter sinfindən sistematik olaraq, distant formada zəruri tədris-metodik, elmi əhəmiyyətli informasiya resusları əldə edə bilər. Təbii ki, əvvəlcədən zəruri ”INTERNET” resusları hazırlanmalıdır. Burada icmal şəklində (lakonik formada), müəllim hazırlığında DT-nin keys texnologiyalarının bəzi imkanlarını sadaladıq. Bütün dünyada olduğu kimi respublikamızda da  pandemiya şəraitində bütün təhsil müəssisələrində o cümlədən ,    Azərbaycan Dövlət  Pedaqoji Universitetində  tədrisin təşkili  onlayın formada davam etdirilir. İnformasiya texnologiyaları öz inkişafı ilə bəşəriyyətin sahib  olduğu zaman və məkan kimi fiziki məhdudiyyətlərini ortadan qaldıraraq  mövcud dünyamıza paralel yeni bir dünya , dəyişərək bu anlayışlara yeni bir məna gətirdi. Bu gün istənilən yerdə və istənilən zamanda müasir kommunikasiya vasitələrindən istifadə edərək çalışmaq və fəaliyyət göstərmək mümkündür. İnformasiya texnologiyaları nəinki insanın həyat tərzini, həm də onun düşünmə tərzini də köklü şəkildə dəyişdi. Bəşəriyyətin inkişafı boyu yaradıb ortaya çıxartdığı bəzi texnologiyalar, sonradan bəşəriyyətin özünün inkişafını, insanın həyatını, düşüncə tərzini, onun ətraf aləmin reallıqlarını dərketməsini və ətraf mühitə qarşı davranışını köklü surətdə dəyişmişdir. Bu isə müasir dövrdə müəlliminin əsas vəzifəsinin tədris prosesini müasir tələblərə və bəşəriyyətin inkişaf meylinə uygunlaşdırmaq, təhsilalanın diqqətini cəlb edə, o cümlədən onu öyrənməyə və inkişafa motivasiya edə bilmək kimi mühüm elementləri ehtiva edir. Şübhəsiz  bu gün ali məktəbin tədris resurslarının zamandan və məkandan asılı olmayaraq əlçatan olması günün tələbidir. ADPU-nun  Elmi Şurasında  qəbul etdildiyi  kimi , müasir dövrün tələblərinə cavab verən, fəaliyyətini müxtəlif elektron tədris-metodiki platformalar vasitəsilə qura bilən, yüksək peşəkarlığa malik müəllim kadrlarının hazırlığı günümüzün tələbidir və 100 illiyi yubileyi  ərəfəsində   pedaqoji kadr hazırlığını həyata keçirən ilk ali məktəb olan  ADPU-nun yeni missiyasıdır.

 
  Müəllif: Zülfiyyə VƏLİYEVA 
      

ADPU-nun ETM-nin elmi işçisi,      Müəllimlərin Peşəkarlıq səviyyəsini İnkişaf etdirilməsi      Layihəsi üzrə Milli məsləhətçi,  Əməkdar müəllim.


ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

GREEN START ACADEMY – TƏHSİLƏ UĞURLU DƏSTƏK

ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI

GREEN START ACADEMY – TƏHSİLƏ UĞURLU DƏSTƏK

                       YENİ YAŞINIZ MÜBARƏK!

Müasir dövrdə inkişaf etmiş dövlətlərin təcrübəsi təsdiqləyir ki, yalnız təhsil sistemi yüksək səviyyədə olan ölkələr hərtərəfli tərəqqiyə nail olurlar. Təhsilin inkişafına göstərilən müstəsna diqqət və qayğı təhsilin dövlət siyasətinin əsas prioritetlərindən biri olması ilə bağlıdır. Bir sözlə, təhsilə göstərilən xidmət təqdirəlayiqdir.

Hər bir xalqın, məmləkətin taleyində təhsil mühüm əhəmiyyət kəsb edir. O, cəmiyyətin irəliyə getməsi üçün bir mayakdır, işıqdır. Təhsilsiz xalq heç vaxt öz sərvətinin, dövlətinin sahibi ola bilməz. Cəmiyyətin, xalqın və dövlətin inkişafında təhsilin rolu danılmazdır: gənc nəslin müasir tələblər zəminində təhsillənməsi, gənclərin bilik və intellektual səviyyəsinin yüksəlməsi, onların gələcəkdə kamil mütəxəssis və ləyaqətli vətəndaşlar kimi yetişməsi kimi vacib işlər…

  Green Start Academy xətti ilə görülən işlər, əldə olunan nəticələr diqqətəlayiqdir.

Təşkilatın əsas qayəsi milli-mənəvi dəyərlərimizə hörmət etməklə, sağlam ruhlu və müasir düşüncəli şəxsiyyət yetişdirməyə yardımçı olmaqdır. Şəxsiyyət yetişdirmək isə çox çətin bir öhdəlikdir ki, bu iş  valideynlərin və müəllimlərin üzərinə daha çox düşür. Təşkilat tərəfindən müəllimlər arasında maarifləndirici seminarlar, təlimlər təşkil etməklə onları nəzəri cəhətdən silahlandırmaq daim diqqətdə saxlanılır, müəllimlərə bu işə yaradıcı yanaşmaqla nəzəri biliklərini səriştəyə çevirmələrində yardım göstərilir. “Biz birlikdə güclüyük” şüarıyla qabaqcıl müəllimlərin təcrübələrini digər müəllimlərlə paylaşmasına dəstək olmaqla, onlara bir növ meydan açılır.

Təşkilatınfəaliyyət istiqamətlərinə daxildir:

  • Müəllimlər və tələbələr arasında təhsil, tərbiyə və psixoloji mövzularda maarifləndirici seminar və təlimlərin təşkil edilməsi;
    • Məktəblərdə və universitetlərdə müəllim və təhsil ekspertləri ilə birgə qarşılıqlı müzakirə formasında söhbətlərin aparılması;
    • Uşaq və valideynlərin birgə və səmərəli istirahətinin təşkili;
    • Uşaqların zehni, sosial, cinsi və duyğusal inkişafı ilə bağlı psixoloji söhbətlərin aparılması;
    • Respublikanın müxtəlif yerlərinə Akademik gəzintilərin təşkili;
    • Müəllim və şagirdlərin maddi mədəniyyət abidələrinin öyrənilməsi baxımından əhəmiyyət kəsb edən yerlərə – şəhərdaxili və şəhərdənkənar muzeylərə, eyni zamanda tarixi yerlərə ekskursiyaların təşkil olunması;
    • Yaşlıların vaxtının səmərəli təşkili – Qocalar evlərinin ziyarət edilməsi və motivasiyaedici söhbətlərin aparılması;
    • Kitab evlərində və kitab mərkəzlərində qiraət məşğələlərinin keçirilməsi;
    • Uşaqların tətil günləri və həftə sonlarında düşərgə-campların təşkil olunması;
    • Uşaqların dünyagörüşünün və peşə vərdişlərinin artırılması ilə bağlı masterclasların keçirilməsi;
    • Tarixi və əlamətdar günlərin qeyd olunması;
    • Uşaq, valideyn və müəllimlərin mədəni istirahətinin səmərəli keçirilməsi məqsədilə kino və teatr günlərinin təşkil olunması;
    • “Savadlı ana sağlam cəmiyyətin göstəricisidir” şüarı altında qadınların sosial həyatda fəallığının artırılması.

Təşkilatın həmtəsisçisi və rəhbəri Aysel Rəsulzadə: Bu gün ölkəmizdə təhsilin inkişafı müəyyən səviyyədə olsa da, dünyanın təhsildə öndə gedən ölkələrində bu sahədə daha sürətli inkişafın şahidi oluruq. Bu baxımdan dünya ölkələrinin təcrübələrini gətirib ölkəmizdə yaymaq, eyni zamanda da beynəlxalq konfrans və seminarların keçirilməsi ilə müəllimlərin öz təhsil səviyyəsini artırmaqda onlara yardım göstəririk.. 3 il çox qısa zaman olsa da əslində bunun arxasında uzun illərin təcrübəsi dayanır. Bütünlüklə hədəf valideyn və müəllimlərə tuşlanmışdır. Niyə məhz müəllim və valideynlər? Çünki bu günümüz və gələcəyimiz olan uşaq, yeniyetmə və gənclərin əsas tərbiyəedici qüvvəsi evdə valideynlər, təhsil ocağında isə müəllimlərdir… Unutmayaq ki, övladlarımızın, şagirdlərimizin bizdən istəyəcəyi ən böyük şey nə bahalı geyim, nə qeyri-adi məkanda oturub yemək yemək, nə başqa bir ehtiyaclardır, sadəcə olaraq sevgi və öz duyğularını bizlərlə paylaşmaqdır.. Bəli, yeganə əsas səbəb öz övladımıza və şagirdimizə bəslədiyimiz sevgidir. Ümumiyyətlə, sevgi möcüzələr yaradan, yeni insanlar, ən böyük bəşəri sərvətlər yaradan olduqca böyük və ali bir hissdir. Cəmiyyətimizi – bu günümüzü və sabahımızı xoşbəxt görmək istiyiriksə, hər birimiz var gücümüzlə çalışmalı, sevgimizi övladlarımıza, eyni zamanda da şagirdlərimizə doyunca ötürməliyik. Bu işdə Green Start Academy olaraq  hər zaman sizin yanınızdayıq”.

 Green Start Academy-nin həmtəsisçisi, eyni zamanda Xarici əlaqələr bölməsinin rəhbəri Seymur Ağayev:Valideynlərin öz övladları, müəllimlərin isə şagirdləri ilə asudə vaxt keçirmələri üçün yaz və yay ayları boyunca bölgələrimizi gəzərək Akademik gəzintilər təşkil edirik. Bu gəzintilər zamanı əsas məqsədimiz müəllim-şagird-valideyn əlaqələrinin möhkəmləndirmək, həmçinin müəllim-şagird, valideyn-övlad həmrəliyinin qorumaq, birgə və səmərəli istirahətini təmin etmək habelə tarixi günlərdə və tətil günlərində maarifləndirici görüşləri təşkil etməklə şagirdlərin dünyagörüşünün artırılmasına xidmət etməkdir. Həmçinin açıq səma altında keçirilən təlim, deyilən fikirlər insan hafizəsinə daha tez və daha faydalı ötürülür. Bu gəzintilər zamanı uşaqlar o qədər xoşbəxt görünürlər ki… Hər səfərin dönüşündə onların təəssüratlarını soruşduqda, onların sevinclərinin həddi-hüdudu olmur, o qədər deyəcəkləri olur ki… Bundan əlavə, Akademik gəzintilərdə hər daşında tarix yatan tarixi və mədəni abidələrimizi də  ziyarət edir, birlikdə gəzib, birlikdə öyrənirik. Eyni zamanda Xarici əlaqələr bölməsi olaraq işimiz dünyanın ən önəmli təhsil sərgiləri, beynəlxalq təhsil layihələri haqda təhsil ictimaiyyətini məlumatlandırmaq, həmçinin onların iştirakını bu cür beynəlxalq konfrans və seminarlarda təmin etməklə, təhsil səviyyəmizi yüksəltməyə nail olmaqdır. Fəaliyyətə başladığımız gündən etibarən dünyanın tanınmış təşkilatları və ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində bir sıra konfranslara imza atmış, yüzlərlə insanın birlikdə elm və təhsil sahəsində bilik və bacarıqlara yiyələnməsinə şərait yaratmışıq”.

Təşkilat tərəfindən maraqlı layihələrə imza atılır, nəticələr isə ürəkaçandır.

Green Start Academy Valideyn Məktəbi adı altında müxtəlif layihələr həyata keçirir, övladlarımızın xoşbəxt və sağlam olması naminə pedaqoq, psixoloq, müəllim və həkimlərimizlə əl-ələ verərək, valideynlərə düzgün övlad tərbiyə verməkdə var-gücləri ilə yardımçı olmağa çalışırlar.

Valideyn Məktəbinin təsisçisi, “Sevgi pedaqogikası” layihəsinin rəhbəri Aysel Rəsulzadə: “Valideyn Məktəbini yaratmaqda məqsədimiz məhz övladı ilə düzgün münasibət qura bilən valideyn modeli yetişdirmək, bu sahədə ortaya çıxan problemlərin həllində valideynlərə yardımçı olmaqdır. Ümumiyyətlə, valideynlik sənəti dünyada bütün sənətlərdən, peşələrdən ən vacibidir. Valideynlər – atalar və analar da bu sənəti icra edən sənətkarlardır. Bu işdə onların əsas məqsədi övlad yetişdirmək, onları gələcəyə hazırlamaqdır. Valideynlərin həyatda ən birinci vəzifəsi budur. Təəssüf ki, bu gün biz bəzən valideyn olandan sonra bunun nə qədər məsuliyyətli və çətin bir sənət olduğunu başa düşürük. Ona görə də, ailədə övladımızla bir çox problemlər ortaya çıxır. Bütün bu problemlər də cəmiyyətə, ətraf mühitə öz təsirini göstərir və çox böyük problemlərin yaranmasına gətirib çıxarır. Hər bir məsələnin, cəmiyyətin problemlərinin kökündə həm də ailədə övladın düzgün tərbiyə edilməməsi məsələsi dayanır. Bu baxımdan, valideynlər həm davranışlarında, həm danışıqlarında, ən xırda detalda belə, diqqətli olmalıdırlar. Valideyn Məktəbi olaraq bizim də işimiz bu istiqamətdə valideynlərə yaxından kömək etməkdir”.

“Vətən və İnsan sevgisi” layihəsinin rəhbəri, Əməkdar müəllim Zülfiyyə Vəliyeva: “2 ildən çoxdur ki, uşaq, yeniyetmə və gənclərin vətənpərlik ruhunda böyüməsi, Vətənimiz Azərbaycan üçün layiqli vətəndaş olmaları, ən əsası övladlarımıza təhsil verməzdən öncə vətən və insanlıq sevgisi kimi öyrətməli olduğumuz vacib dəyərlərin olduğunu aşılamaqdayıq. Bu görüşlərdə pedaqoji heyətin, təhsil işçilərinin çoxluğunu nəzərə alaraq maarifləndirmə məsələsini önə çəkərək vətənpərvərlik və insanlıq sevgisi istiqamətində mühüm seminar və vebinarlar təşkil etməkdəyik. Layihə çərçivəsində tarixi günləri qeyd edir, yaddaşımızın silinməz günlərini təhsil ictimaiyyəti ilə birlikdə anır, şagirdlərimizi tariximizin qürurlu günlərini yaşatmaları üçün əlimizdən gələni əsirgəmirik”.

“İlkin tibbi biliklərin aşılanması” layihəsinin rəhbəri, həkim-pediatr Aygün Cəfərli: “Layihəmiz çərçivəsində həkim həmkarlarımızla birlikdə müəllim və valideynlərə ilkin tibbi bilikləri aşılamaqla övladlarının sağlamlıqlarının qeydinə qalmasında yaxından kömək etməyə çalışırıq. Çünki yaşamımız boyunca insana lazım olan ən vacib nemət məhz can sağlığıdır. Sağlamlığımızı isə lap körpəlikdən düşünməli, hər zaman tibbi baxımdan məlumatlı olmalıyıq. Valideynlərin bu istiqamətdə maariflənməsində isə həm təhsil, həm də tibb işçilərinin rolu danılmazdır. Biz də Green Start Academy ailəsi olaraq “Sağlam gələcəyə gedən yol valideyn-müəllim-həkim birliyindən keçir” şüarı ilə əl-ələ verərək bu istiqamətdə faydalı olmaq üçün əlimizdən gələni etməkdəyik. Eyni zamanda hər həftənin cümə günü layihəmiz çərçivəsində youtube kanalımız üzərindən tibbi mövzularda həkimlərimizlə fikir və tövsiyələrimizi də paylaşmaqdayıq”.

“Mütaliə Günü” layihəsinin rəhbəri Günel Kamal: “Məqsədimiz uşaqların savadlı və dünyagörüşlü olması istiqamətində yardımçı olmaq, onları ziyalılarla görüşdürərək, rahat və əyləncəli yollarla mütaliəni sevdirməkdir. Pandemiya dövründə belə onlayn olaraq respublikamızın bütün bölgələrindən qoşulan yüzlərlə şagirdi sevimli yazıçılarımız – Zahid Xəlil, Reyhan Yusifqızı, Sevinc Nuruqızı, Gülzar İbrahimova və digərləri ilə görüşdürmüş, maraqlı müzakirələr aparmışıq. Həmçinin nəşriyyat evləri ilə görüşlər təşkil edərək yeni çıxan ədəbiyyatlarla auditoriyamızı bilgiləndirmişik”.

“Green Start-ın mətbəxi” layihəsinin rəhbəri, qənnadıçı Nərgiz Pəhlivanlı: Layihəmiz çərçivəsində uşaqların kiçik yaşlarından mətbəx bacarıqlarını inkişaf etdirməklə bərabər, həm də valideynləri ilə birlikdə əyləncəli zaman keçirmələrinə töhfəmizi verməyə çalışırıq. Bir sözlə, birlikdə həm öyrənir, həm də əylənirik”.

Bütün bu layihələr respublika pedaqoji ictimaiyyəti tərəfindən maraqla qarşılanır və peşəkar insanların zəhməti ilə icra olunaraq geniş auditoriyaya təqdim olunur.

Green Start Academy-nin psixoloqu Gülşən Nəhmətova: “Cəmiyyəti narahat edən ümumilikdə deyərdim bütün problemlər GRİN-çilərin operativ, çalışqan və məsuliyyətli əməkdaşlarının fəaliyyəti nəticəsində işıqlandırılır. Xüsusilə, bütün bəşəriyyətin bulaşmış olduğu “Covid 19” adlı bəlanın tüğyan etdiyi dövrdə, insanların gözlənilmədən evə qapandıqları , müdhiş həyat şərtləri ilə qarşılaşdıqları bir zamanda GSA-nın fəaliyyəti danılmaz olmuşdur.

Biz birlikdə, həkim, pedaqoq, psixoloq olaraq deyərdim ki, cəmiyyətin hər bir üzvü qeyd olunan lahiyələrə qoşulduq. Əsasən valdeynlərə hər mövzuda əsl mütəxəssis yardımı göstərib, onlarla birlikdə olmağı bacardıq. “Evə qapanma”larda yaranan psixoloji gərginliklərin aradan qaldırılması, ailədaxili münasibətlərin tənzimlənməsi, çətin pandemiya dövründə sağlam qidalanma, evdə sağlam psixoloji mühitin yaradılması və tənzimlənməsi, şəxsi gigiyena və digər məsələlərdə düşünürəm ki, öz faydalı  işimizlə  insanların yardımına yetişə bildik. Bu mənada valideyn-övlad münasibətləri, uşaqların “evə qapanma”dan sonrakı  periodda cəmiyyətə yenidən adaptasiya olması və ya digər bəlalardan qorunmaqdan ötrü  bundan sonra necə davranmalı olduqları haqqında profisional formada lazımi psixoloji biliklərin verilməsi və faydalı məsləhətlərin ötürülməsi bizim əsas iş prinsipimizdir.Yaşımızın  az olmasına baxmayaraq ətrafımıza geniş auditoriya toplamağı bacarmışıq, təkcə ölkəmizdə deyil, ölkəmizin hüdudlarından kənarda da bizim izləyicilərimiz olmasını qürurla qeyd etmək istəyirəm. Rusiya Federasiyasının müxtəlif regionlarından, Almaniya, Türkiyə kimi ölkələrdən belə, izləyicilərimiz vardır. Bizə bildirilən fikirlərdən aydın olur ki, növbəti maraqlı lahiyələrimizi səbirsizliklə gözləyirlər. Bütün komandamıza böyük və yaddaqalan işlərin uğurla həyata keçməsini arzulayıram. Ümidvaram ki, tezliklə biz  GRİN-çillərin həyata keçirəcəyimiz yeni möhtəşəm lahiyələrimizin  sədası  daha uzaqlara çatacaqdır”.

Uşaq və Qocalar evlərinin ziyarət edilməsi və motivasiyaedici söhbətlərin aparılması həmişə diqqətdə saxlanılır.

Green Start Academy xeyriyyəçilik istiqamətində də öz aktivliyini daima saxlamaqdadır. Belə ki, GSA-nın könüllü komandası bayram günlərində öz sevinclərini paylamşaq üçün “Paylaşmaq gözəldir” şüari ilə sığınacaqlara, uşaq və qocalar evinə üz tutur. Buna nümunə olaraq bu günlərdə – Ramazan bayramı ərəfəsində Ahıl şəxslər üçün Sosial Xidmət Müəssisəsində təşkil olunmuş görüşü xatırlamaq olar. Təşkilatın əməkdaşı Naibə Xankişiyeva: Bilgəhdəki Qocalar evinə bayram ərəfəsində planlaşdırdığımız tədbirlə əlaqədar olaraq baş çəkdik. Buradakı yüksək ruh, təmiz ortam, nurani üzlər qəlbimizi çox açdı. Əlbəttə, istərdik ki, oradakı yaşlı insanlar hamısı öz isti ocağında, əzizlərinin ətrafında olsun, amma dünyanın yaxşı üzü olduğu kimi, görünməyən üzü də var. Həyat təkcə müsbətlərdən ibarət deyil, mənfilər də yaşanır bu dünyada… Arzularımız sonsuz oldu o insanlara, əsas özlərinə yaxşı baxmalarını və ətrafdakı xoş olmayan hər şeyə diqqət etmələrini bildirdik: Hər şey könlünüzcə olsun, gözəl insanlar!”

Bununla bağlı qərara gəldik ki, sizlərə müraciət də ünvanlayaq: “Müqəddəs varlıqlardır Allahın izni ilə bizə həyat verən valideynlər. Başa düşüləndir ki, yaşlı insanlar uşaq təbiətli olurlar. Onları başa düşək, unutmayaq ki, biz də yaşlanacağıq.  O məşhur misrada deyildiyi kimi, sağlığında qiymət verək insanlara… Sənə həyat verənin sənin sevginə, qayğına ehtiyacı var! Unutma: Əkdiyini biçəcəksən. Etdiyin yaxşılıq və xeyirxahlığı özün üçün edirsən”.

Təhsil zəifliyi gücə çevirmək üçün açardır. O, qarşımızda duran problemləri anlamaq üçün müxtəlif vasitələr və yollar təklif edir və onları həll etməyə kömək edir.

Green Start Academy-nin təsis olunmasının 3 ili tamam oldu. Peşəkar təhsil mütəxəssisləri ilə əməkdaşlıq edərək, gündən-günə auditoriyasını böyüdən Green Start Academy-nin yaşı az olsa da, hədəfləri böyük, arzuları  tükənməzdir.

Green Start Academy komandası cəmiyyətə güclü olmağı, elmə, biliyə, can atmağı təbliğ edir. Məqsəd elmi, təhsili, kitabı, bərabərliyi, sosial birliyi və fəal vətəndaşlığı təşviq etməkdir. Təşkilat müəllim və şagirdlərlə bərabər, həm də valideynlərlə işbirliyi quraraq, cəmiyyəti inandırır ki, üçtərəfli ünsiyyət təhsilin qalib gəlməsinə səbəb olur.

Green Start Academy kollektivinə təhsil yolunda daha cəsarətli addımlar atmağı və hədəflərinə çatmağı arzulayırıq.

Müəllif: Zülfiyyə VƏLİYEVA

ADPU-nin ETM

Elmi işcisi.Əməkdar müəllim.

Akademik M.Mehdizadə mükafatı laureatı

ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

HEYDƏR ƏLİYEV- ELM, TƏHSİL SİYASƏTİ

                                      ÖYRƏNMƏLİ NÜMUNƏ

Zəka sahibləri olan insanlar ilahi qüdrətin əlamətlərinin əsas daşıyıcılarıdırlar. Zəkalı insanın iradəsi parlaq və güclü olur. Parlaq zəka ilə qüdrətli iradəni özündə birləşdirən şəxsiyyətlər dünya xoşbəxtliklərinin ən uca zirvələrini fəth edirlər. Zəkanın vüsəti tarixi şəraitin qanunauyğunluqlarını düzgün dərk etməkdə, xarakterin qüdrəti isə onu tarixin ümumi inkişafının mühüm məqamlarına uyğun idarə etməkdir. Zəka bəşəriyyətin əsas hərəkətverici qüvvəsidir. O, günəşdən fərqli olaraq insanların beynini işıqlandırır, gözdən fərqli olaraq mahiyyəti və gələcəyi görür.

 Cəmiyyətimizdə dahilərin  missiyası anlayışı var.  Dünya tarixindən  bəlli olduğu kimi, dahilər öz ideyaları və əməlləri ilə  mənsub olduqları xalqları, ölkələri böhranlardan qurtarmış, onların yolundakı maneələri  təmizləyərək inkişaflarına zəmin  yaratmışlar. Minilliklərin sınağından  çıxan  bu həyat həqiqəti  ümummilli liderimiz, işıqlı şəxsiyyət Heydər Əliyevin timsalında bir daha təsdiqini tapmışdır. Çox az dövlət xadimi göstərmək olar ki, öz xalqının, vətəndaşı olduğu ölkənin ictimai-siyasi, sosial-iqtisadi, milli-mənəvi tərəqqisindəki xidmət etsin. Azərbaycanda bu dahilik, liderlik missiyasını yeganə amalı, yaşamaq devizi taleyin ona bəxş etdiyi fitri qabiliyyətini, bütün qüvvə və bacarığını, əqli potensialını ana yurduna, doğma xalqına həsr etmiş  Heydər Əliyev zamanın nəbzini tutmağı, hər dövrün tələbinə, xüsusiyyətlərinə uyğun siyasi xətt yürütməyi və burada mütləq Vətənin, xalqın mənafeyinə uyğun üstün cəhətlər tapmağı bacarırdı.

Ölkəmizin inkişafının təməlində müstəqillık, hümanizim, güclü dövlətçilik dayanır. Hər kəsin dəyəri onun yaşadığı zaman kəsiyində göstərdiyi xidmətləri ilə ölçülür.  Azərbaycan müstəqil bir dövlət kimi fəaliyyət göstərdiyi gündən bəri hər bir sahəyə, xüsusilə də elm və təhsil sahəsinə öz diqqət və qayğısını əsirgəməmiş:- “Cəmiyyət – elm və təhsilsiz inkişaf edə bilməz” sözlərini söyləyən ümummilli liderimiz bu istiqamətdə də bir çox işlər görmüşdür. Təhsil sahəsində aparılan islahatlar, verilən fərman və sərəncamlar buna misaldır. Təhsil sahəsində nadir istedadı ilə fərqlənən insanlara xüsusi diqqət və qayğı göstərməsi önəmlidur. Elm və mədəni tərəqqinin ölkəmizin gələcəyi üçün müstəsna əhəmiyyətini nəzərə alaraq istedadlı gənclərin onların yaradıcılıq potensialını inkişaf etdirmək üçün dövlət qayğısı daha da artmışdır. Elmin inkişafı Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindən biridir və dövlətin davamlı sosial-iqtisadi, mədəni inkişafını təmin edən mühüm amillərdən biridir. Azərbaycan Respublikasının milli maraqlarının ödənilməsində elmin inkişafına təkan verməsi dövlətin sosial-iqtisadi qüdrəti, ölkənin müdafiə qabiliyyəti və milli təhlükəsizliyi, cəmiyyətin mədəni-mənəvi tərəqqisi və xalqın rifahı elmin inkişaf səviyyəsi ilə birbaşa əlaqəlidir.  Müasir dövrdə dayanıqlı inkişafın əsasında elmi-texniki tərəqqinin rolunu və əhəmiyyətini ciddi bir faktor kimi son illər ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması və modernləşdirilməsi, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara daimi qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və əldə edilən elmi nəticələrin xaricdə tanıdılması üçün bir sıra mühüm qərarlar qəbul edilmişdir.      Elmin inkişafına dövlət qayğısı, əslində dövlətçiliyin möhkəmləndirilməsi və xalqın milli-mədəni tərəqqisinə və rifah halının yüksəldilməsinə xidmət edən siyasətin tərkib hissəsidir. Qloballaşma prosesinin dünyanı əhatə etdiyi və elmi-texniki tərəqqinin kifayət qədər yüksək sürətlə aparıldığı müasir dövrdə müstəqil Azərbaycan dövlətinin inkişafı elmi durumun səviyyəsindən və qazanılan nailiyyətlərin tətbiqindən əhəmiyyətli dərəcədə asılıdır. Müasir dövrdə ən inkişaf etmiş dövlətlərin təcrübəsi təsdiqləyir ki, yalnız təhsil sistemi yüksək səviyyədə olan ölkələr hərtərəfli tərəqqiyə nail olurlar.

Azərbaycanm təhsil sisteminin dünya standartlarına yaxınlaşdırılması respublikamızın ali məktəblərinin beynəlxalq əlaqələrinin genişlənməsinə müsbət təsir göstərmiş, elmin, təhsilin xalqın, ölkənin həyatındakı misilsiz rolunu yüksək dəyərləndirərək bu sahələr inkişaf yoluna çıxarımışdır. Azərbaycanın təhsil sistemində təhsil alan insanların və xüsusən, ali məktəbləri bitirənlərin bilik səviyyəsi və onların biliklərini təsdiq edən sənədlər gərək dünyanın inkişaf etmiş ölkələrinin ali məktəblərinin bilik səviyyəsinə uyğunlaşdırılsın. Azərbaycanda təhsil almış və mühəndis diplomu almış bir insan başqa ölkələrdə də həmin diplomla qəbul edilə və fəaliyyət göstərə bilsin”, bununla da ölkəmizin ali təhsil sistemi qarşısında duran ən zəruri vəzifəni müəyyənləşdirmişdir.

Təhsilin inkişafına göstərilən müstəsna diqqət və qayğı  təhsilin dövlət siyasətinin əsas prioritetlərindən biri olması ilə bağlıdır.  Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri ölkəmizdə elmin, təhsilin sürətlə inkişaf etməsidir. Bu inkişafı şərtləndirən ən mühüm amil elmə, təhsilə müstəsna qayğı göstərməsi ilə bağlıdır.

Hər bir xalqın, məmləkətin taleyində təhsilin neçə mühüm əhəmiyyət kəsb etdiyi barədə geniş müzakirələr açmağa lüzum yoxdur. Təhsil cəmiyyətin irəliyə getməsi üçün bir mayakdır, işıqdır. Təhsilsiz cəmiyyət kölədir, təhsilsiz xalq heç vaxt öz sərvətinin, dövlətinin sahibi ola bilməz. Təhsil və elm  ölkənin, xalqın taleyidir. Təsilin və elmin inikişafı ümumxalq problemdir, “Təhsil xalqın gələcəyidir”!  Təhsilin cəmiyyətin, xalqın, dövlətin inkişafında rolu danılmazdır. Gənc nəslin müasir tələblər zəminində təhsillənməsi, gənclərin bilik və intellektual səviyyəsinin yüksəlməsi, onların gələcəkdə kamil mütəxəssis və ləyaqətli vətəndaşlar kimi yetişməsi …

Milli dəyərlərimiz olan adət və ənənələrimiz, davranış və rəftarımızda milli əxlaq normalarımız yetişən gənc nəslə təlim və tərbiyə prosesində, müəllimin yaradıcı, peşəkar fəaliyyəti prosesində aşılanır. Təhsilin məzmunu və müəllimin peşəkar fəaliyyəti şəxsiyyətin mili mentalitetini yüksəltməyə, milli özünüdərkinə, onun hərtərəfli inkişafına, yüksək insani keyfiyyətlərə yiyələnməsinə xidmət etməlidir. Güclü iqtisadiyyat, güclü sosial siyasət, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, qanunun aliliyinin bərqərar olunması, demokratiyanın inkişafı, siyasi islahatların aparılması və dərinləşməsi – bütün bunlar Azərbaycanı hərtərəfli inkişaf etdirmək üçün vacib amillərdir. Təhsilin keyfiyyətinin ən inkişaf etmiş ölkələrin səviyyəsinə yüksəlməsi ilə bağlı uğurlarımızla, təhsil sahəsində beynəlxalq proqram və layihələrdə iştirakımızla haqlı olaraq fəxr edirik. Bütün bunlar, şübhəsiz ki, təhsilə, təhsil işçilərinə diqqət və qayğı, müstəqillik illərində səmərəli fəaliyyət üçün yaradılmış əlverişli şərait və imkanlar sayəsində mümkün olmuşdur.

Bu gün Azərbaycan məktəbi böyük iftixar hissi keçirir ki, onun yetirmələri içərisində zəkalı insanlar, böyük dühalar var. Onlardan öyrənməyə, onların simasında yeni-yeni sağlam nəsillərin formalaşmasına xidmət etmək təqdirə layiqdir.

H.Əliyev nümunəsində bilikli, savadlı, zəhmətsevər, daim öyrənən və öyrədən, xalqına layiqincə xidmət edən nəslin formalaşdırılması bugünkü qayğılarımızdan biridir. Hər şeydən əvvəl ona görə ki, cəmiyyətimizin mədəni, əqidəli, fəal, daim axtarışda olan, xalq üçün, vətən naminə yaşayıb işləməyi bacaran vətəndaşlara ehtiyacı olduqca böyükdür.

Unutmamalıyıq ki, xalqımızın gələcəyi olan gənc nəsil öz dühalarını, zəkalı insanlarını tanımaqla, ondan öyrənməklə bir daha dərk edirlər ki, parlaq zəkalar insanların beyinlərini işıqlandırır, onları vəcdə gətirir, güclü xarakter onların qəlbinə cəsarət verir, inamla böyük tarixi qələbələrə aparır. Bu gün gənc nəslin formalaşdırılmasinda H.Əliyev nümunəsi  vardır!

Öyrənməyi, öyrətməyi, davranışı, görkəmi,

Həm səliqə-sahmanı.

Öz dilini sevməyi, sevdirməyi,

Elə arxalanmağı, ona arxa olmağı!

Millətini, dövlətini dünyaya tanıtmağı.

Onun Haqqla bağlanmağı,

Onun Haqqla qorunmağı!

Vətənini, dinini, dilini qorumağı!

Yüksək mədəniyyəti, natiqlik məharəti!

Ziyalıya diqqəti, uşağa da, qocaya da,  

Gəncə olan rəğbəti!

Yazıçını, şairi, bəstəkarı, rəssamı, həm alimi,

Müəllimi nəzərdə saxlamağı!

Özü böyük məktəbdir, öyrənməli nümunə!

İstedadlı olan millət gərəkdir ki, qorunsun!

Dövlətini, dilini, öz simasını qorusun!

Zəkasını, dühasını tanısın, onu sevib qorusun! (Z.V )

Müəllif: Zülfiyyə VƏLİYEVA

AJB -nin üzvü, ADPU-nin ETM

Elmi işcisi.Əməkdar müəllim.

Akademik M.Mehdizadə mükafatı laureatı

ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YANAR ÇIRAĞIN HEÇ ZAMAN SÖNMƏSİN, AĞDAMIM…

QARABAĞIN AĞ İNCİSİ, QAFQAZIN XOROSİMASI  AĞDAM

       Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Qarabağın  Ağ İncisi  Ağdam!

          Tarix boyu Qarabağ bölgəsi, bu bölgənin siyasi və mədəniyyət mərkəzlərindən biri olan Ağdam siyasi, iqtisadi və strateji baxımdan olduqca əhəmiyyətli məkanlardandır. Strateji əhəmiyyət daşıyan bu ərazilər zəngin ticarət karvanlarının, əzəmətli orduların, diplomatik elçilik heyətlərinin, səyyahların diqqət mərkəzində olmuş, bir çox tarixi və ədəbi əsərlərin mövzusuna çevrilimişdir. Bir zamanlar gözəlliyi dillərdə dastan olan, iyirmidən çox Milli Qəhrəmanı, minlərlə şəhidi, saysız-hesabsız elm, mədəniyyət, incəsənət, ictimai-dövlət xadimləri yetişdirən Ağdam! “Ağdam” qədim türk dilində “Kiçik qala” mənasını verir:”Bu sözün etimologiyası barədə müxtəlif versiyalar səslənir. Türk qəbilələri düşmənlərdən müdafiə olunmaq məqsədi ilə çox vaxt düzənlik yerlərdə kiçik qalalar inşa ediblər. “Ağdam” sözünün də qədim türk dilində mənası “kiçik qala” deməkdir. Sonradan “Ağdam” kəlməsinin “işıqlı, ağ bina” anlamı qazandığı da bildirilir. Bu adın yeni məna kəsb etməsinin əsl səbəbini XVIII əsrdə Pənahəli xanın özünə ağ daşdan ev tikdirməsi ilə əlaqələndirirlər. Həmin ev bir-biri ilə həmahəng olan tikililərdən ibarət bütöv bir kompleks – ağ imarət idi. Ağdam sözünün digər bir mənası “Ağ insan” mənası verir. Ağdam – Ağ Adəm, İlk insan mənasın verir və Ağdam ərazisi dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Dünya tarixində ilk dəfə ən qədim buğdanın Ağdamın Əfətli kəndində yerləşən Çalağan təpəsindən tapılması bizə bu qərara gəlməyimizə şərait yaratdı”. 7 min il yaşı buğdanın bu ərazidə tapılması İlk insanın – Adəmin burda yaşamasının bariz nümunəsidir. Ağ  sözünün ifadə etdiyi müqəddəslik, ali məna Ağdamın ta qədimdən xüsusi bir məkan olduğuna işarədir. İlk dəfə Ağdam bir ərazi kimi öz adını ərəb tarixçilərinin 1357-ci ildə yazdıqları “Səyahtnəmə” kitabında çəkilib və ərəb səyyahları bu ərazidən keçən zaman 1147-ci ilə aid qəbrstanlıqda araşdırma aparandan sonra Ağdamın dünyanın ən qədim yaşayış məskənlərindən biri olduğun yazırlar. Orta əsr mənbələri, xüsusilə də ərəb çoğrafiyaşünas və səyyahlarının qeydləri sayəsində Azərbaycanın bir çox orta əsr şəhərlərinin adları dövrümüzədək gəlib çatıb.

     Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1150 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır.Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. “XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Ağdam rayonunda çoxlu sayda tariximizin şahidi olan mеmarlıq abidələri var. Ağdam şəhərinin şimal-qərbində Xındırıstan kəndində yеrləşən Üzərlik təpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu günbəzi (1314-cü il), Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələri (XIV əsr), Papravənd kəndindəki Xanoğlu türbəsi (XVII əsr), türbələr və məscid (XVIII əsr), Qarabağ xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti (XVIII əsr), Şahbulaq qalası və s. mеmarlıq abidələri bu yurdun qədim Azərbaycan torpağı olduğunu təsdiq еdir. Tariximizin sirdaşı, еv ünvanı olan bu abidələr Ağdamın kеçmişinin qaranlıqlarına işıq saçaraq dünənindən bu gününə soraq vеrir. Ağdam Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğunda mühüm rol oynadığını bir daha əyani sübut edir!

Ermənilərin “miatsum” bağırtısına ilk kütləvi etiraz mitinqi ilə cavab verən, sovet dövründə təkcə Qarabağda deyil, həm də Ermənistanda yaşayan bütün hayların gözünün qənimi oğulları yetişdirən Ağdam 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdur. Bir şəhər,138 kənd,14 qəsəbə olan Qarabağın mərkəzində yerləşən Ağdamın 846,8 kv. km-i, yəni 77,4%-i, 1 şəhər və 80 kəndi ermənilərin əlinə keçmişdi. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qalmışdı. Erməni işğalı nəticəsində Ağdama 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəymişdir. Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də birinci, dünyada ikinci olan Çörək Muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdılmışdır.Ağdam düşmənlə döyüşlərdə 6000 şəhid verib, onlardan 16-sı Azərbaycanın Milli Qəhrəmanıdır. İşğal nəticəsində rayonun 160 min nəfər əhalisindən 143 min nəfəri öz ölkəsində məcburi köçkünə çevrilmişdir. Hazırda Ağdamın 204 000-dən çox əhalisi var. Onlardan 160 000-  yaxını məcburi köçkündür.

        Ağdamın azadlığa qovuşmasından bir il keçir. Azərbaycanın müzəffər ordusunun rəşadəti nəticəsində torpaqlarımız azad olunandan sonra Ermənistan hökuməti 10 noyabr 2020-ci il Bəyənnaməsini – kapituliyasiya aktını imzalayaraq Ağdam rayonunu öz gerçək sahiblərinə geri qaytarmalı oldu. Tarixlər boyu öz strateji və geosiyasi əhəmiyyətinə görə Qarabağ bölgəsinin olduqca əhəmiyyətli hissəsi olan Ağdamın düşmən işğalından azad olunması olduqca əhəmiyyətli hadisə idi. Bir il öncə Ağdam düşmən işğalından azad olunsa da, təəssüflər olsun ki, erməni vandalizminin 30 illik vəhşilikləri nəticəsində bu ərazilər yerlə yeksan edilmiş, yüz illər boyu Azərbaycanın sivilizasi mərkəzlərindən biri, siyasi və mədəniyyət beşiyi olan bu məkanın yalnız xarabalıqları qalıb…

 İmarət  Qarabağ xanlığının qurucusu Pənahəli xan başda olmaqla Cavanşirlər sülaləsinin uyuduğu bu müqəddəs məkan, Azərbaycan poeziyasının qadın bahadırlarından olan Xurşidbanu Natəvanın dağıdılmış məzarı, Pənahəli xanın divan otağının yalnız divarları qalan xarabalığı, yüz illərlə yaşı olan Xan çinarların kəsilmiş gövdələri… Daha nələr, nələr… Bu məkanı 1993-cü ilin yayına qədər görməyənlərə, bəlkə də, adi görünə bilərdi, bu mənzərə dəhşətə gətirir İnsanı! Yaxşı bir xalq deyimi var: “Namərd dostdansa, mərd düşmənin olsun!” Vay o günə ki, mərdlikdən, insanlıqdan, mənəviyyatdan irak düşmənin olsun. Bizim bəxtimizə, nə yazıqlar ki, belə düşmən çıxıb, əslində çıxarılıb. Qarşı-qarşıya döyüşməyə cəsarət etməyib, heyfini qəbirlərdən, məzarlıqlardan, tarixi abidələrdən alan bir düşmənin nə qədər rəzil, nə qədər aciz, bir o qədər də şərəfsiz, ləyaqətsiz….

İşğalçı Ermənistan Silahlı Qüvvələrinin Ağdamı tərk etməsi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatlarının nəticəsindir. 10 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ münaqişəsi zonasında atəş və bütün hərbi əməliyyatlar tam dayandırılıb. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycana qaytarılıb. 27 ildən sonra işğaldan azad olunan Ağdamda indi dövlət bayrağımız qürurla dalğalanır.Qarabağın mərkəzi,düşünən beyni,müqəddəs ruhlar diyarı Ağdam mənfur düşməndən azad edildişükür! 6 min şəhidi,onlarla Milli Qəhrəmanı ,müqəddəs inanc yeri var Ağdamın! Qoşa minarəli Məçidi var Ağdamın! Bu görüntüləri hər bir azərbaycanlı fəxrlə və böyük sevinclə izləyir!

QUSMƏTİNDƏ MƏKKƏDƏN GƏTRİLƏN QURAN!

ALİ BAŞ KOMANDANIN DÜALARI VAR!

MÜQƏDDƏS RUHLARA EHTİRAMI VAR!

VÜQARLI, QÜRURLU AĞDAMIMIZ VAR!

VƏTƏN İGİD OĞULLARIN ÇİYNİNDƏ DAYANIR!

RUHIARI ŞAD OLAN ŞƏHİDLƏRƏ HÖRMƏT VƏ

EHTİRAMIMIZ ŞONSUZDUR!!! (Z.V)

     Qafqazın Xrosiması:- Bir vaxtlar qaynar həyatın olduğu, əməksevər insanların qurub-yaratdıqları abad şəhərdən əsər-əlamət qalmayıb. Erməni işğalçılar xislətlərinə uyğun olaraq, Ağdamın ağ damlarını xarabalığa çeviriblər, şəhəri darmadağın ediblər. Ağdamda bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, şəhər dirçəldilir. İnanılmazı reallaşdıran, yuxularımızı çinə çevirən, arzularımızı reallaşdıran, Azərbaycanın qeyrət və şücaət rəmzi olan ordumuzun olması qürurunu yaşayır. Bir də… Bir də son 270 ildə, Nadir Şah Əfşarın ölümündən sonra bir-birinə düşmən kəsilməyə, kiçilməyə, xirdalanmağa, marığa yatmış böyük güclərə baş əyməyə vadar edilmiş bir xalqın, müstəqilliyinə qovuşduğu cəmi otuz illik zaman kəsiyində bu qədər sürətlə inkişaf etməsi, dünyanın ən böyük güclərinin maraq­larına zidd hərbi əməliyyatlar keçirməklə möhtəşəm tarixi zəfərə imza atılması kimi qəlbimizi riqqətə gətirən duyğular gələcəyimizə ümidverən hisslər kimi qəlbimizi qürurlandırır. İçimizdəki bu duyğular bizdə daha qüdrətli, daha güclü və daha firavan Azərbaycanın qurulacağına şəksiz inam yaradır. Artıq İkinci Qarabağ müharibəsi sona çatıb, torpaqlarımız düşmən işğalından azad edilib. Qarabağda başlanan böyük quruculuq və abadlıq işləri Ağdamın da tarixi, mədəni və mənəvi görkəminin bərpa olunmasına səbəb olacaq.

Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşündə işğaldan əvvəl bu rayondan olan məcburi köçkünlərlə söhbətlərində torpaqlarımız düşməndən təmizlənəndən sonra onlara daha gözəl şərait yaradılacağını dediyini xatırladıb: “Bu gün sizə təqdim ediləcək Ağdam şəhərinin Baş Planı bu sözümün təsdiqidir. Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır”.

Tarixən Qarabağın ağ incisi hesab olunan Ağdam bölgəsi, nəinki Qarabağın, bütün Azərbaycanın siyasi və mədəniyyət incisinə çevriləcək

Qələbəmizdir:-Vətən,İnsan,yurd sevgimiz!Şəhid olan,qazi olan oğullara hörmət və ehtiramımız! Ziyqiymət torpağımız,əzəli,əbədi yerimiz Vətənimiz!

Amalımız ,istəyimiz güclü Dövlət,güclü Ordu,güclü xalq ın birliyi ilə Qorunaq!,Səhvlərə yol verməyək,düşmən hiyləsinə qalib gəlmək üçün bir olaq,Yumquq olaq!!!Dünya nizamına imza atılsın!!!Türk Dünyası ailəsində möhtəşəm Azərbaycan dövlətinin uğurlarina hər kəs öz töhfəsini versin!Gələcək nəsillər rahat və firavan olsun!!! Qalib ölkənin,güclü,sayılıb seçilən ölkənin vətəndaşı olmağımızla Qürurlanaq!!!

Vətən şəhidlərlər üçün!!! Şəhidlər Vətən üçün!!! Mənfur düşmənə üzərində əldə edilmiş Qələbənin qorunması üçün bir Yumruq olaq!!!

    AĞDAM QAYDIŞIN MÜBARƏK OLSUN!

  Allahın lütvüdür, böyük məhəbbəti!

Müqəddəs ruhların oyaq günündə!

Məhz Cümə günündə Ağdam azaddır!

Minlərlə şəhidi var Ağdamın!

Şəhid vermədən azad olan Ağdamın!

Şükür olsun intiqamı alındı!

Məçidində ilk namazda qılındı!

Qarabağın dayaq nöqtəsidir Ağdam!!!

Şir ürəkli oğulların var olsun!!!

Gözünüz,Gözümüz aydın olsun!!!

Vətənin dünyada təqdim edən!

Elimlə Baş Ucalığı gətirən!!!

Elimİnə,sənətinə,elinə heyran!!!

Qəlbi evini rahat edən qüdrətə qurban!!!

Yol gedir Ağdama, düz gedir Ağdama!!!

İstəməyənlərin gözlərinə Ağ dama!!!

Elin qürur yeridir!!!

Muğamın  beşiyidir!!!

Dünyada ilklərə imza atan!

İdiglərin var Ağdam!!!

Düşmənə dağ çəkdirən

Fred Asifin,Allahverdin!

Canpoladın, Şirinin var!

Daha çox şəhidin var!!!

Qürüru var Ağdamın!

Sınmaz, əyilməz!!!

Yalın əllə düşmənin boğazın üzən!

Say seçmə oğulların!!!

Allah möcüzəsi var!!!

Mükafarı, müjdəsi var!!!

Ziyalısı,alimi,incəsənət xadimləri!!!

Yeni Eranın elminin müəllifi Ağdamlıdır!!!

Öz elmi,sənəti ilə Bəşəri xidmətdərir!!!

Elm İnsanlığın xilasına xidmət edir!!!

Müəllif: Zülfiyyə VƏLİYEVA

AJB -nin üzvü, ADPU-nin ETM

Elmi işcisi.Əməkdar müəllim.

Akademik M.Mehdizadə mükafatı laureatı

ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zülfiyyə Vəliyeva – Elm insanlığa xidmət edir “ALTERNATİV PSİXOLOGİYA” ELMİNİN YARADICISI

ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI

Elm insanlığa xidmət edir

“ALTERNATİV PSİXOLOGİYA” ELMİNİN YARADICISI

Müasir insan – Yer kürəsində

insanlığın mənəvi inkişafının yeni

mərhələsinin  nümayəndəsidir.

            Elm – işıqdır, Allah nurundan yaranıb. Əsl alimlər bu nurun daşıyıcıları, qaranlığı, nadanlığı, məchulluğu parçalayıb yaran, bəşərin qəlbinə, ruhuna, idrakına işıq paylayan fəzilət sahibidirlər. Elm işığında öyrənmək, işığın içində işığı aramaq – elə Allahın işığına doğru daha bir addım da yaxınlaşmaq deməkdir. Yeni Eranın Elmi “Alternativ psixologiya” elminin müəllifi Akademik Yaşar İbadovun sözü, işi, əməli, şəxsiyyəti Allah nurundan yaranmışdı. O, İnsanın,İnsanlığın xilasına öz elminin gücü ilə töhvələr verir. Məhz belə insanların simasında Məhəmməd peyğəmbərin (ə.s.) bu kəlamı öz yerini tapır: “Bir insanın qiyməti onun elmi, biliyi qədərdir”.İnsanların sağlam,mənəvi cəhətdən daha güclü olması: Onun özünə hörməti, özünün,döğmalarının və ətrafının qorunmasına məhs saf niyyəti, təmənnasız xidməti təminatdır.Yaradanın yaradıqlarını sevməklə qorumağanın yolu: İlahi eşqidən, Mənəviyyatdan ,Halal və Düz yolda olmaqdadır.

Fəxr olunası,Qürur duyulası :-Allahın dəyər verdiyi,xüsusi qabiliyyət və Elm verdiyi, Tibbi biologiya elmləri doktoru,professor,dünyanın aprıcı ölkələrinin ABŞ, İngiltərə,Türkiyə,Avropa, Rusiya, Ukrayna,Gürcüstanın Fəxri Akademiki, nüfüzlü Beynəlxalq təşkilatların yüksək mükafatlarına layiq görülmüş ,orijinal dəsti-xətti olan, elmi naliyyətləri ölkəmizdə və onun hüdudlarından kənarda uğurla təqdim olunan , akademik Yaşar Saday oğlu İbadov(Ağdam şəhəri,Şelli Qaradağlı kəndində anadan olub) İnsanların sağlamlığının qorunmasina öz əvəzsiz tövhəsini verməkdədir!!! Yer kürəsində yeganə alimdi, Elmi var!!! Həm nəzəri, həmdə praktik nəticələri var!!! Müəllifi olduğu “Alternativ Psixologiya” elminin metodologiyası əsasında İnnovativ İxtiraları (saat əqrəbinin əksi istiqamətində hərəkət edən qarmanizatorları,saatları və s.) Hər bir fərdin, ətraf aləmin,həmcinin Təbiyyətdə harmoniyanın bərpasına xidmət edir!

Oksford Universitetinin akademiki, “Alternativ Psixologiya” elminin müəllifi , Alternativ Psixologiya Beynəlxalq Məktəbinin rəhbəri, tibbi-biologiya elmləri doktoru, professor, Azərbaycan Təhsil İnstitutunun “Psixogigiyena və tibbi-psixoloji diaqnostika laboratoriyası”nın direktorui Yaşar Saday oğlu İbadov İlahın dəyər verdiyi, xüsusi qabiliyyət və Elm verdiyi, ,dünyanın aprıcı ölkələrinin ABŞ, İngiltərə,Türkiyə,Avropa, Rusiya, Ukrayna,Gürcüstanın Fəxri Akademiki, nüfüzlü Beynəlxalq təşkilatların yüksək mükafatlarına layiq görülmüş ,orijinal dəsti-xətti olan, elmi naliyyətləri ölkəmizdə və onun hüdudlarından kənarda uğurla təqdim olunur. Beynəlxalq səviyyədə Dünya təbabətinə elmi yeniliklər gətirmiş azərbaycanlı alim akademik Yaşar Saday oğlu İbadov Tibbi biologiya elmləri doktoru, professor “Alternativ psixologiya” elminə 3 mart 2003-cü ildə Moskva şəhərində müəlliflik şəhadətnaməsi (№ 6274) almışdır.

Müasir  insanın  tərbiyəsi və hərtərəfli  inkişaf  etdirilməsində  “Alternativ psixologiya”  elminin  verdiyi yeni imkanlar.

“Alternativ  psixologiya”  şifahi  xalq  yaradıcılığından  bu  günə  qədər  təkamül  yolu  keçmiş  müasir  elmlərin  çərçivəsində  inteqrasiya  xəttində  formalaşmış  yeni  bir  elmdir.  Şüurun  məhsulu  kimi  formalaşmış  bu elm  insana  müasir  elmlərin  alternativ  prizmasından  baxışda ən  şüurlu  seçimə  əsas  verir,  cəmiyyətdə layiqli yer tutmaqda və yaranmış problemlərin həllində  ona kömək edir.

            “Alternativ psixologiya” (“alternative” – sözü bir – birini istisna edən iki və daha çox ehtimalın arasında seçim zəruriliyi mə’nasını verir) – insanın zaman və məkan kateqoriyaları ilə qarşılıqlı tə’sirindən yaranan problemlərinin həlli yolundakı suallara cavab verə bilən psixologiya elminin  yeni  sahəsidir. Bu elmin metodları: mücərrəd kompozisiyalar şəklində tibbi – pedaqoji – psixoloji testlər, psixoqrafiya,  psixokorreksiya, faza portret – sistem və s. ibarətdir. Alternativ psixologiyanın metodlarında situasiyaların faza vəziyyətlərindən və sərhədlərindən,  daha sonra isə blokadaedici situasiyalarda yaranan  enerjinin informasiyalarından istifadə olunur. Faza dəyişikliklərində əmələ gələn metamorfozalar və onların səbəbləri haqqında məlumatlar bu elmin metodlarının vasitəsilə – enerqoinformasion təsvir şəklində alınır. Ona görə də psixoqrafiya metodu insanlığın öyrənilməsində yeni istiqamət kimi qiymətləndirilə bilər. Burada biz şəxsiyyəti onun öz səviyyəsində  və  şüuraltı təfəkkürünün yaratdığı obrazlarda öyrənə bilirik.  Bu elm zaman və məkanda canlı sistemlərin şəkil dəyişməsini – bir haldan başqa hala keçməsini və hərəkət tərzini öyrənir. Tədqiq olunan obyektin öyrənilməsi prosesində – metamorfozanın səbəbləri üzərində aparılan işlərdə bu metodların vasitəsilə korreksiya edilir, enerqoinformasion vəziyyət tənzimlənir və ətraf  mühitlə insan arasında harmoniya yaradılır.

Elmin tətbiq sahələri:

            1. Dilçilikdə .

            2. Pedkaqogikada, tərbiyədə.

            3. Səhiyyədə.

            4.Psixoloji köməkdə.

            5. Şəxsiyyətin təhlükəsizliyində.

            6. Ümumi psixologiyada.

            7. Etnoqrafiyada.

            Dilçilik.

            Hal-hazırki vaxtda insan psixikasını öyrənmək üçün bütün əsas funksiyaları özündə birləşdirən, bütün mümkün ünsiyyət formalarını üzə çıxaran metad ilə ehtiyac duyulur. Hazırki situasiyada belə bir nəticəyə gəlmək olar ki, psixoqramma dili dilçiliyin bu tələblərini ödəyir.

            Alınmış psixoqramma səssiz ünsiyyətin psixiyazısınınin formasiyasıdır. Bu ünsiyyət növü dünyada ilk dəfə təcrübədən keçirilir. Çünki bu yazı forması bizə tanış olan ünsiyyət növlərindən heç birinin köməyinə müraciət etmədən informasiya verir. İstənilən və eləcədə bu dilin xüsusiyyəti məlumatı almaq və ötürməkdir. Psixoqrammanın əsasında psixoqrafiyanın əlifbasını işləyib hazırlamaq və bu əsasda təbiətin özünün dilini – simvollarının, enerjinin verbalizasiyasız hərəkətinin dilini yaratmaq üçün ilkin şərait vardır. Nümunə kimi belə dilin ilkin formasını – Qobustan qayalarındakı qrafik təsvir-şəkil- məlumatları misal göstərə bilərik.

         Psixoqrammanı psixikanın yazı dili kimi təqdim etməklə biz müasir dilçiliyin imkanlarını genişləndiririk. Buna təsdiq olaraq Dədə Qorqud haqqındakı şəkil-yazıların yeni metodla – Alternativ Psixologiyanın təklif etdiyi psixoqrafiya metodu ilə oxunmasından alınan infolrmasiyanı misal göstərmək olar.

            Psixoqrammanın dili dedikdə oradakı elementlərin mənasını başa düşmək və onu özdilində ifadə etmək nəzərdə tutulur.  Yəni psixoqrammanın dilind əsəs atributu yoxdur.  Orada ancaq təsvir və yazılı ifadə var.  Bu yazının elə bir formasıdır ki,  orada şəkil – yazılardan,  obrazlı ifadədən, simvolikadan hətta müxtəlif əlifbalara aid hərf və rəqəmlərdən istifadə edilir.  Ancaq yuxarıda qeyd etdiyimiz kimi bunlar psixoqrafın öz istəyi ilə deyil,  pasientin psixienerjisinin daşıdığı informasiyaya uyğun işarəli ünsiyyətdir.  Sadəcə həmin yazıdakı işarələrin daşıdığı informasiyanı təyin etdikdə onu pasienti nözverdiyi məlumatlarla tutuşdurmaq,  müqayisə edərək,  daha da dəqiqləşdirmək lazımdır.  Bu zaman pasientlə psixoqrafarasında fikir birliyi yaranır və psixoqrammadakı çox dəqiq verilmiş məlumatların hər iki tərəf üçün ən düzgün variantda izahlı analizi aparılır.

            Əgər təkamül prosesində insanın yaranmasında ünsiyyət vasitəsi kimi səsdən istifadə edilibsə bu ünsiyyətdə iki duyğu üzvü iştirak edir. Danışıq aparatı və eşitmə aparatı. Ancaq ünsiyyətdə elə çətinliklər olub ki, onu səslə çatdırmaq mümkün olmayıb. Buna görə dəşəkillərdən, qrafik təsvirdən, piktoqrammadan, fikir yazılarından istifadə etmək taləbatı yaranıb ki, bu, ünsiyyətin gözlə görünüb şüur və təfəkkürün gücü ilə dərk edilə bilən bir forması deməkdir. Yəni burada görmə və digər duyğular işə düşür. Təkamülün davamı ilə şifahi xalq yaradıcılığından yazılı ədəbiyyata keçid ünsiyyətinin formalaşmasının ən geniş yayılma xətti olmuşdur. Ancaq yazı dilin atributu kimi səsdən qabağa düşdüyü xətlər vardır ki, bu xətlər özünə məxsus xüsusiyyətləri ilə seçilir.

         Psixoqramma yazı forması kimi məhz ikinci xətti keçir. Yəni, burada əvvəlcə yazı yazılır. Xətlər fikri ifadə edir. Həmin xətlər xəstənin psixikasını təşkil edən psixi enerjisinin yaratdığı yazıdır. Bu yazı təkamül prosesində yazı mədəniyyətinin formalaşmasında və müxtəlif əlifbaların yaranması prosesində müxtəlif dərəcədə öztəsirini göstərmiş və bugün kü semiotikada özcizgilərini saxlayır. Bu gün insanların psixoloji mənada problemlərini psixikanın özdilində öyrənməyin yolu açılır.    

            .Pedaqogika, tərbiyə.

            Bu məqsədlə yeni yanaşmada Tibbi-Pedaqoji-Psixoloji testlərdən istifadə olunur. Həmin testlər 1999-cu ildən dərc olunmuşlur. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tövsiyəsi ilə psixoqrafiya metodu ilə alınmış qrafik təsvirlərdən istifadə olunmuşdur. Bunlar inkişaf etməkdə olan gənc nəsildə yüksək təfəkkür qabiliyyətinə nail olmaq üçün əyani vasitə kimi müəyyən əhəmiyyət kəsb edirlər. Yəni, testlərdən istifadə prosesi insanın təfəkkürünü məşq etdirməklə yanaşı obrazlı düşüncə, müəyyən vərdişlər və ideasioniş xüsusiyyətlərini formalaşdırmağa ildə müəllimlərin Elmi Məruzələrinin Respublika Müsabiqəsində Respublika Təhsil Nazirliyinin I dərəcəli diplomuna layiq görülmüşdür

. Psixoloji  kömək.

            Bu metodka taklizmlər zamanı insanlarda yaranan stresslərin operativ götürülməsində və həmçinin ayrı – ayrı adamların psixoloji reabilitasiyasında xüsusi əhəmiyyət kəsb edir. Təhsil Nazirliyinin Respublika Səhiyyə Nazirliyinin müraciətinə razılığı ilə (məktub № 46-14-144/16,11.01.2001-ci il tarixli) 2002 – ci ilin noyabrında baş vermiş zəlzələ nəticəsində stress keçirmiş uşaqların psixoloji riablitasiyasında Respublika ərazisində bizim metod tətbiq olunmuş və çox gözəl nəticələr əldə edilmişdir.

            O zaman biz bütün bu işləri səyyar şəkildə həyata keçirdik. Alınmış yaxşı nəticələrə əsaslanaraq biz, bu işləri daha yüksək təşkilati səviyyədə həyata keçirmək üçün “Yaşadan Əllər”  Tibbi-Psixoloji Mərkəzini yaratdıq.

            Qeyd etmək lazımdır ki, bir çox psixoloji problemləri olan xəstələrin reabilitasiyasına düzgün yanaşmaq üçün xüsusi psixoloji xidmət kabinələri olmalıdır ki, onlar ağır psixi vəziyyətdə psixiatrların dərman müalicəsi altına düşməmiş əsas səbəb düzgün təyin edilsin və vaxtında aradan qaldırılsın.

             Şəxsiyyətin  təhlükəsizliyi.

            Psixoqramma insan həyatında və eləcə də fəzanın problemli yerlərində qəza situasiyalarının inkişafını təyinetməyə və dayandırmağa imkan verir. Bədbəxt hadisələrin qarşısını almaq üçün psixoqramma və fazaportretləri çəkməklə prosesləri diaqnozlaşdırmaq, analiz etmək və korreksiya etmək imkanları əldə  edilir.

             .Ümumipsixologiya.

            Alternativ  Psixologiyanın metodları Ümumi Psixologiyanın imkanlarını genişləndirir. Ümumi Psixologiya psixi-prosesləri öyrənir.  Alternativ Psixologiya Ümumi Psixologiyanın ayrı – ayrı qollarının cavablandırmağa çətinlik çəkdiyi suallara inteqrasiya yolu ilə cavab verə bilir.

             Etnoqrafiya.

            İnsan cəmiyyətinin və onun elminin təkamülündə elə bir an gəlib çatır ki, geniş əhəmiyyətli elm sahəsində yeni elmi təkanavəsıçrayışa ehtiyac duyulur Yerin və ya Kainatınin form sahəsindən buna bənzər enerjiləri çəkib çıxaran xüsusi energetik köklənmə yaranır. Və onlar enerqo informasion axınlarda gəlir. Onlar Yerkürəsində yaşayan bir çox adamlarınin form sahələrindən sürətlə ötüb keçir.  Bu cür məlumatin formasiya axınında və Kainatınin formasion sahəsində yerləşir.Psixoqrafiya metodu vasitəsilə tarixi şəxsiyyətlər haqqında Kainatınin form sahəsindən məlumat almaq və onlar haqqında olan məlumatları dəqiqləşdirmək olar.

“Alternativ Psixologiya” elmi Azərbaycanda yaransa da, ümumbəşəri bir elmdir və bütün dünya üçün yararlıdır: “Alternativ psixologiya Yer kürəsinin qlobal problemi olan “İnsan ekologiyası”na yenilik gətirən bir elmdir. Bu elm kainatın informasiya modelində var idi. Alimin fikrincə, indi Yer kürəsinin əsas problemlərindən biri insanların öz enerjilərinin təbiətini bilməməsi ilə əlaqədardır.: “Hazırda qızlarda oğlanlaşma (masklinizasiya), oğlanlarda qızlaşma (feminizasiya) prosesi gedir. Hər bir insanda in-qadın, yan-kişi enerjisi var. Lakin müvafiq olaraq oğlan və qızlarda bu balansın pozulması problemlər yaradır. Məsələn, hazırda oğlanların əksəriyyəti əsgərlikdən yayınmağa çalışır. Buna səbəb onlarda olan qadın enerjisinin artmasıdır ki, bu da kişilərə xas olan keyfiyyətlərin azalmasına səbəb olur. Hazırda Təhsil Problemləri İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyamız bu enerjini təyin edir və pozulmuş disfunksiyanı balanslaşdırır.” Həkimin bildirdiyinə görə, hansı sahənin mütəxəssisi olmasına baxmayaraq, hər bir şəxsə insanlığa xidmət edən yeni elmin sirləri açıla bilər: «Psixikamızda yaranan gərginlik özümüzdən əlavə ətrafımıza da təsir göstərir və bu, bir zəncir şəklində yayılmaqda davam  edir. Həmçinin yaşanan gərginlik əlavə xəstəliklərin yaranmasına gətirib çıxarır. Odur ki, yaranan gərginliyi aradan qaldırmaq üçün cəmiyyətdəki sağlam düşüncəli adamların sayını artırmaq lazımdır. Və belə adamlar energetik yolla təkcə öz nəslini yox, həm də müəyyən mənada öz millətini, xalqını qoruya bilər. Bu məqsədlə yaradılan məktəbimiz tam mənada insanlığa xidmət edir.”

“Alternativ Psixologiya ” elminin müəllifi akademik Yaşar İbadovun keçirdiyi dünyavi seanslar Təbiyyətin, Cəmiyyətin harmoniyasına, İnsanların sağlamlığın energetik balansda normalaşdırılmasına kömək etməklə, onların aktiv fəaliyyətlinə müsbət təsir edir. Eranın Elmi Insanlığa Xidmət edir! Fəxr duyuruq istedadlı alimimizlə!

      ELM GÜNÜ MÜNASİBƏTİLƏ YENİ ERANIN ELMİ “ALTERNATİV PiİSİXOLOGİYA” ELMİNIN MÜƏLLİFİ AKADEMİK YAŞAR SADAY OĞLU İBADOVU TƏBRİK EDİRİK!

Müəllif: Zülfiyyə VƏLİYEVA

ADPU-nin ETM

Elmi işcisi.Əməkdar müəllim.

Akademik M.Mehdizadə mükafatı laureatı

ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zülfiyyə Vəliyeva – QARABAĞIN DÖYÜNƏN QƏLBİ, MƏDƏNİYYƏT MƏRKƏZİ ŞUŞA!

“Əziz Şuşa, sən azadsan! Şuşa bizimdir!Qarabağ bizimdir!  Qarabağ Azərbaycandır!”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Şuşa Azərbaycan üçün milli qürurdur, milli mənlikdir, mədəniyyətdir, incəsənətdir, tarixdir.2022-ci il Azərbaycan Respublikasında “Şuşa ilı” elan olunmuşdur!  Şüşa Qarabağın baş taçı,  müqəddəs ruhlar evi! Qələbəmizdir:-Vətən, İnsan, yurd sevgimiz! Şəhid olan, qazi olan oğullara hörmət və ehtiramımız sonzusuzdur!!!

              Bakıdan 373 kilometr məsafədə, dəniz səviyyəsindən 1400-1500 metr yüksəklikdə yerləşən mineral bulaqları (Turşsu və Şirlan) olan  Şuşa cənnət məkan olmaqla bərabər, həm də strateji əhəmiyyətli alınmaz qalamız. Tayı-bərabəri olmayan sirli şəhərin banisi Pənahəli xan Sarıcalı-Cavanşir Nadir şahın ölümündən sonra 1747-ci ildə özünü xan elan edən Pənahəli bəy Qarabağ xanlığını düşmən hücumundan qorumaq üçün qala inşa etmək qərarına gəlib. 1750-ci ildə Qarabağın ən gözəl guşəsində vaxtilə üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş çox qədim qalanın xarabalıqları üzərində yenisinin təməlini qoyur, müdafiə divarları, binalar və saray inşa etdirir.Yerli sakinlər xanın şərəfinə yeni şəhəri Pənahabad adlandıblar. Şəhər şiş qayaların əhatəsində yerləşdiyinə görə əvvəlcə onu “Şişə”, sonra “Şuşa” adlandırıblar.  Şuşa bulaqlarının suyu  duru və şəffaf olub ki, yerli sakinlər onu şüşə ilə müqayisə ediblər. Pənahəli xanın ölümündən sonra taxta öz dövrünün böyük dövlət xadimlərindən biri sayılan İbrahimxəlil xan (1763-1866) çıxıb. Onun hakimiyyəti illərində Qarabağ xanlığı qüdrətinin çiçəklənmə dövrünü yaşayıb. Pənahəli xan da, İbrahimxəlil xan da Şuşanı qədim və orta əsrlər memarlığının ən gözəl ənənələrinə uyğun inşa ediblər. Şəhər əvvəlcə 17 məhəlləyə bölünüb: Böyük qurdlar, Kiçik qurdlar, Seyidli, Culfalar, Təzə məhəllə, Hamamqabağı, Dəmirçilər, Quyuluq, Xocamircanlı, Mamayı, Saatlı, Köçərli, Mərdinli, Çölqala, Hacı Yusifli, Çuxur məhəllə və Ağadədəli. Hər məhəllənin öz hamamı, məscidi və bulağı vardı. Şuşanın 300 tarixi abidəsi, o cümlədən respublika və dünya miqyaslı 23 abidəsi, 550 qədim yaşayış binası, 870 metr uzunluğunda bərpa edilmiş qala divarı olub. Bu abidələrin çoxu XVIII-XIX əsrlərə aiddir. Burada hər bir ev, hər bir küçə, əzəmətli qala divarları, məscidlər, uca minarələr keçmişimizin salnaməsi idi.

         XIX əsrdə şəhərin qərb hissəsindəki dağlıq ərazidə daha 12 məhəllə salınıb və bununla da şəhərin siması tam formalaşıb. Şəhərin cənub hissəsində yüksək üfüqi düzənlik Cıdır düzü yerləşir. Rusiya hökmranlığının ilk dövrlərində Şuşa Qarabağın paytaxtı kimi öz əhəmiyyətini qoruyub saxlayırdı. Güclü Qarabağ xanlığı Rusiyanın ürəyincə deyildi. Çar məmurları onu zəiflətmək üçün məkrli plan qurur,  səfil erməniləri Qarabağa, xüsusən, Şuşaya  köçürürlər.

      Şuşanı haqlı olaraq Qarabağın ən dilbər guşəsi sayırdılar. Onun hər parçası, hər daşı bir tarix idi. Onun gözəlliyi və nəcibliyi hər kəsi heyran qoyurdu. Şuşa Azərbaycanın muğam beşiyi, milli musiqi, poeziya mədəniyyətinin qədim abidəsidir.

    Şuşanı Azərbaycan musiqisinin məbədi və beşiyi, Qafqazın konservatoriyası da adlandırırdılar. Böyük Azərbaycan şairi Səməd Vurğun deyirdi ki, Azərbaycanın bütün məşhur müğənni və musiqiçiləri Şuşalıdır. Azərbaycanın qədim və özünəməxsus muğam sənəti Şuşada xüsusi nəfəs kəsb edib. Təsadüfən demirlər ki, Şuşada körpələr bələkdə belə muğam üstündə ağlarlar.  Şuşa zəngin mədəni həyatı ilə şöhrət qazanmış, ədəbiyyatının, musiqisinin və arxitekturasının çiçəklənmə dövrünü yaşamışdı. Burada çoxlu ədəbi-musiqi məclisləri fəaliyyət göstərirdi. XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilib. Şuşanı “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” adlandırılıblar. Azərbaycan musiqisinin beşiyi Qarabağ bizimdir!

          Rəşadətli Ordumuzun Şuşaya bayraq sancması və bu xəbərin müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən xalqa çatdırılması 28 ildən sonra milli qürurumuzun da, mənliyimizin də, mədəniyyətimizin də, incəsənətimizin də, tariximizin də azad edilməsini, hətta yeni yüksəliş mərhələsinə daxil olmasını sübut etdi. Şuşanın işğaldan azad olunması Qarabağın döyünən ürəyinin xilas edilməsi demək oldu”. 

         XVIII əsrin görkəmli Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqif Şuşada yaşayıb və yaradıb. Onun poeziyası Azərbaycan ədəbiyyatının və musiqisinin inkişafına böyük təsir göstərib. Şuşa üç dəfə ermənilərin məkrlik planlarının qurbanı olmuşdur. 1905-1907-ci illərdə şəhər işğal edilərək yandırılmış, 1920-ci ildə onun böyük hissəsi dağıdılmışdır. 1992-ci ilin mayında isə tamamilə işğal edilmişdir. 289 kvadrat kilometr ərazidə yerləşən Şuşanın işğalı zamanı 480 dinc sakin öldürülmüş, 600 adam yaralanmış, o cümlədən 150 nəfər əlil olmuş, habelə 552 uşaq yetim qalmışdır, 68 mülki şəxs girov götürülmüş və ya itkin düşmüşdür, 25 mindən çox adam məcburi köçkünə çevrilmişdir. Şəhərin yüzlərlə tarixi abidəsi təhqirlərə məruz qalmışdır. Düşmən hətta Azərbaycan musiqisinin və ədəbiyyatının korifeyləri olan Üzeyir Hacıbəylinin, Bülbülün və Natəvanın xatirəsinə hörmət qoymamış, onların güllə ilə deşik-deşik edilmiş abidələri sonralar Bakıya gətirilmiş və hazırda “Güllələnmiş heykəllər” adı ilə Milli İncəsənət Muzeyinin bağında saxlanılır. Şuşa torpağının yetişdirdiyi məşhur insanlar ona böyük şöhrət qazandırıblar. Azərbaycana və dünyaya görkəmli şəxsiyyətlər bəxş etmiş bir diyar heç vaxt başqa xalqa məxsus olmasa mümkünsüz…Yadellilərin bu şəhəri özününküləşdirmək arzusu heç vaxt gerçəkləşməyəcək. Düşmən Şuşanı fəth etməyə, onu diz çökdürməyə, əl altından kəndlərin və yaşayış məntəqələrinin tarixi adlarını dəyişdirməyə nə qədər çalışsa da, heç vaxt onun ruhunu qıra bilməyib. Mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın, muğam sənətimizin beşiyi, qeyrətimizin, milli kimliyimizin simvolu Şuşanın, Şuşa qalasının işğaldan azad olunması xəbəri o qədər möhtəşəm, o qədər şanlı, o qədər qürurlu bir xəbərdir ki, dünya dillərinin bütün söz və ifadələri, bədii təsvir vasitələri, metaforalar, təşbehlər bu hissi, bu duyğunu ifadə etməyə acizdir. Bu xəbərin gətirdiyi əhval-ruhiyyə, yaratdığı izaholunmaz ovqat o qədər böyük, o qədər möcüzəvi və eyni zamanda qutsaldır ki, bütün bunları yazıya almaq, vərəqlərə köçürmək ya mümkün deyil, ya da olduqca çətindir. Gözün aydın olsun, əzəmətli Şuşa Qalası, daha da gur çağla, İsa bulağı! Lalələrin, nərgizlərin bir daha solmasın, Cıdır düzü, həsrətdən, xiffətdən boynun bükülməsin, daim üzün gülsün, Xarı bülbül, qonaqların aşıb-daşsın, Karvansaray, duaların qəbul olunsun, Gövhər Ağa məscidi!

        Ruhun şad olsun, Pənahəli xan Cavanşir, tikdirdiyin Şuşa qalasında üçrəngli Azərbaycan bayrağı dalğalanır. Ruhun şad olsun, Xan qızı Natəvan, Şuşaya çəkdirdiyin “Xan qızı bulağı” bundan sonra daha gur axacaq. Ruhun şaddır, Molla Pənah Vaqif, Şuşada qoşduğun gözləlləmələr daha şövqlə səslənəcək dilimizdə bundan sonra. Ruhun şaddır, Üzeyir bəy, “Koroğlu” üverturası Şuşanın əzəmətli zirvələri, quşqonmaz qayaları ilə baş-başa, səs-səsə verib daha zəmətli səslənəcək bundan sonra.Ruhun şaddır, Xan əmi, Şuşanın dağları daha dumanlı deyil… Ruhun şaddır, Qasım bəy Zakir, Mir Mövsüm Nəvvab, Nəcəf bəy Vəzirov, Cabbar Qaryağdıoğlu, Əhməd bəy Ağaoğlu, Əbdürrəhim bəy Haqverdiyev, Bülbül, Lətif Kərimov, Niyazi, Rəşid Behbudov, Şirin Mirzəyev, Ramiz Qəmbərov…Ruhun şad olsun, Şuşa Azərbaycanın ən əziz və ən böyük tarixi olan bir guşəsidir”. Şuşanın ən uca zirvəsində “Şəhidlər Məqbərəsi “ində onların əziz xatirəsinə heykəlləri ucaldılacaq !!!

                  “Şuşasız bizim işimiz yarımçıq qalar” – deyən və bu haqq işini qeyrətlə, cəsarətlə, əzmlə başa çatdıran Ali Baş Komandanım! 2016-cı ilin aprel zəfərindən sonra Qarabağa qayıdışımızın simvolu olan Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərini tikməklə müqəddəs Şuşamızı heç zaman unutmadığınızı bir daha nümayiş etdirmişdiniz və bununla ən yaxın zamanda müqəddəs şəhərimizin – Şuşamızın işğaldan azad ediləcəyinin mesajını vermişdiniz! Xalqımız bilirdi ki o gün uzaqda deyil. Dorğudan da uzaqda deyilmiş o möhtəşəm gün! Qələbəni qorumaq, yurd yerini bərpa etmək ,daha möhkəm YUMRUQ olmaq gərəkdir!

Zəfər yolu ,Haqqın yoludur!!!
Vətən sevdalı oğulların yoludur!!!
Yadda saxla,unutma əldə olan Qələbə,
Varlığını,mərdliyini, Kimliyini təsdiq etdin!!!
Candan əzizdir Vətən!!!
Vətəndaş mövqeyini təsdiq etdin!!!
Yolumuz Haqq yoludur!
Bir yumruquq, Birliyimiz Əbədi!!!
Sözümüzün var kəsəri!!!
Dünya nizamına imza atırlq!!!
Azərbaycan Türkiyə modeli yaradırıq!
* * *
Azərbaycan Sərq ilə Qərb arasında Qapıdır!!!
Dünya üçün Böyük İpək Yoludur!!!
Xüdafərin körpüsündə dalğalanır Bayrağımız!!!
Qrabağin hər güşəsində bayrağimiz!
Üzüyünün Qaşı, Başimizın Tacı Qarabağ!
Qürurumuz Dövlətimiz, Millətimiz, Ordumuz!
Tarix yazan Ali baş komandanimiz!
Şəhidlər ölməz, Vətən bölünməz!
Qarabağda dalğalanan bayraq!
Heç zaman enməz!
* * *
Şuşada dalğalanır Bayrağımız!
Ağır texnikasız , bir nəfəsə,
Şuşani azad edibdir Ordumuz!
Şuşa azad edildi, bəyan eylədi,
ALİ BAŞ KOMANDANIMİZ!
Bütöv Azərbaycan gözlərin aydın !
Şusada Dalğalanır Bayrağımız! (Z.V)

Bu gün o bəxtəvər günün sevincini yaşayırıq. Bəxtəvərsən Azərbaycan, Şuşada bayrağımız dalğalanır! Əsgərlərimiz Şuşadan raport verir. Şuşa məscidindən 28 il sonra Azan səsləri eşidilir. Duaların qəbul oldu, Azərbaycan! Dünya durduqca var ol, Məmləkətim! Şuşamızın işğaldan azad olunmasının sevinci, həyəcanı içimizdədir. Hər birimiz bu möhtəşəm günü bir möcuzə kimi yaşayır, hamı bu möcüzəni bizə yaşatdığı üçün cənab Prezidentimizə, Ali Baş Komandanımıza, Şəhid və qazilərimizə, müzəffər ordumuza minnətdarıq. Haqq, ədalət əvvəl-axır öz yerini tapır…8 noyabr tarixi Azərbaycanı uzun illərlə həsrətində olduğu doğma Şuşasına qovuşdurdu… Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyi şanlı Qələbə Gününə çevrildi. Azərbaycanda “Qarabağın döyünən ürəyi”, “musiqi və incəsənət beşiyi” və “Sən tarixin özüsən, Azərbaycanın gözüsən” Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalı keçiridi.

Gözün aydın Azərbaycan Dünyası!
Yeni Era Türk Erası!
Bir millət,iki dövlət bir oldu!
Dünya tarixində nizam yaransın!
Azərbaycan-Tükrkümə modeli nümünə olsun!
Uğurlar olsun deyək!!!
* * *
Şəhid oğulların Qələbəsidir!
Güclü lider, Güclü ordu,
Xalqin birliyinin Qələbəsidir!!!
Qürürludur Qarabağlı Azərbaycan!!!
Şuşalı,Ağdamlı,Laçınlı,Kəlbəcərli,
Füzuli,Cəbrayıl ,Zəngilan,Qubadlı,Xocavənd,
Xankənd,Xocalı,Hadrut, Ağdərə,
Zəngəzurlu, Göyçə göllü Azərbaycan !
Dünyanın İpək Yoludur Azərbaycan!
Al qumaşın zirvələrdə dalğalanır!
Ağri dağda Qoşa bayraq dalğalanır!
Xari bülbülü ətir saçir!
Şükürlər olsun Allah!
Birliyimiz daim olsun nar kimi!
Nar içində oian dənələr kimi!
Düşmənə qalib gəlməyin yoluda məlum:
-Birliyimiz, Əqidəmiz ,Vətən, İnsan sevgimiz!!! (Z.V)

     Şuşada dahi Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı olub. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır.Ziyqiymət torpağımız, əzəli, əbədi yerimiz Vətənimiz! Amalımız ,istəyimiz güclü Dövlət,güclü Ordu,güclü xalqın birliyi ilə Qorunaq!,Səhvlərə yol verməyək,düşmən hiyləsinə qalib gəlmək üçün bir olaq,yumquq olaq!!!Dünya nizamına imza atılsın!!!Türk Dünyası ailəsində möhtəşəm Azərbaycan dövlətinin uğurlarina hər kəs öz töhfəsini versin!Gələcək nəsillər rahat və firavan olsun!!! Qalib ölkənin,güclü,sayılıb seçilən ölkənin vətəndaşı olmağımızla Qürurlanaq!!!

    Biz veriləni qorumaq üçün məsuliyyət daşıyırıq! Şükür uğur, Qələbə qazanıldı qorumaq və möhkəmləndirmək gərəkdir! Allaha sınıb gücünə güvənmək, bir yumruquq olmaq gərəkdir! Vətənin qorunmasından önəmli heç nə yox və ola bilməz!!! Qədrini bilmək,uğuruna imza atmaq hər bir kəsin namus işidir!  Dünya dəyişir.Haqq işi uğrunda can verən Oğullar var! Vətəni canı və qanı bahasına qoruyanlar! Şərəf, qürur yeri, son mənzil olan Vətən naminə məsuliyyətli olaq!

      Azərbaycan məktəbi, Azərbaycan müəllimi fəxr edib, qürur duyur. Onun yetirmələri müstəqil dövlətimizin tarixi torpaqlarını  düşmən tapdağından təmizlənməsinə imza atmışlar!  Allahın qüdrəti, Zamanın diqtəsi: Azərbaycan dövlətinin Zəfər yürüşü, Qayıdışın başlanmasının nəticəsidir Qələbə! Dünyanın Azərbaycan maraqları, heyranlığı, dilə gətirdiyi: -Azərbaycannın öz torpaqlarının işğaldan azad etdiyi döyüşlərdə hərbi qüdrəti, döyüş taktikası, müasir texnologiyalardan istifadə məharəti! Xalqın, dövlətin, Silahlı Qüvvələrin birliyi! Vətən sevgisi!!! Ali Baş Komandan İlham Əliyevin Qətiyyətı! İgid oğulların gös­tərdikləri rəşadətlərlə qürurlanırıq! Azərbaycanın hər bir vətəndaşı səfərbərdir! Müstəqil dövlətimizin müdafiəsi, qorunması dünyanın hər çür var-dövlətindən, nemətindən qiymətlidir! Məkrli düşmən hiyləsinə qalib gəlmək üçün bir olub yumruq olmaq zamanın diqtəsi və tələbidir! Unutmayaq: Verilənin dəyərini, qiymətini vaxtında bilmək gərəkdir!   Qarabağ müharibəsi Azərbaycanın qızıl hərflərlə yazılan yeni tarixinin təməli oldu. Bu müharibədə əsgər və zabitlərimiz düşmənin canlı qüvvəsini və texnikasını məhv edərək, xalqımıza qələbə sevincini yaşatdı. Vətənin sevən Vətən oğulları. Onlar Azərbaycan xalqının 28 illik Vətən həsrətinə son qoydu. Milyonlarla insanın vətən həsrətinə son qoymaq naminə öz canlarından keçən bu igidlər xalqın, əzizlərinin ürəyində yaşayacaq

      AZƏRBAYCAN BAYRAĞI ŞUSADA DALĞALANIR! Eşit Dünya, Qarabağ Azərbaycandır!   Bunu  Ali Baş Komandan deyir! Azərbaycan Xalqı, Qüdrətli Ordumuz deyir! Xoşbəxt Xalqıq, Birliyimiz Qələbəmiz! Güclü Liderimiz,Tarix yazan Sərkərdəmiz var! Torpağında Şəhid yatan Qarabağımız var! Allahın Qüdrəti yar oldu bizə! Gözlərimizdə sevinc yaşları! Rahat olub Şəhid ruhları! Əllərdə olan Azərbaycan övladları! Günahsız Körpələrimiz!!! Gəncəmiz, Bərdəmiz,Tərtərimiz! Bütöv Azərbaycan, gözlərin aydın, Bayrağımız Şusada Dalğalanır! Şuşa Azərbaycanın ürəyidir .Şuşa anaların övladlarına laylalardakı mirasıdır. Şuşa qürur, namus, atadan övlada miras deməkdir. Şuşa Vətən deməkdir!   Şuşa Qarabağın açarıdır.  Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan ola bilməz!   Birliyimiz Ən Parlaq Qələbəmiz! Bu gözəl həyatda yaşamaq, var olmaq Allahın insanlara bəxş etdiyi paydır. Ancaq əsl məharət  bu həyatda yaşadığın qədər yaratmaq, xalq üçün yaxşı mənada yararlı olmaq, ömrünü xalqına həsr etməkdir. Hər bir Vətəndaşımızın  mill və bəşəri dəyərlərə sahib olması,insanlığın qorunmasına verdiyi töhfələr Vətən üçün  qürurvericidir. Vətən həm də ona görə böyük və qiymətlidir ki, onda ulu babalarımızın ölməz izi var. Və bu izlər hər birimizə ana südü qədər şirin, təmizdir, ana qucağı tək isti və doğmadır. Deməyək Vətən bizim üçün nə edib, deyək ki, biz  Vətən üçün nə etmişik! Vətəni yaşadan da, onu ucaldan da,  şərəfləndirən də, qoruyan da bizik. Vətən torpağı bizim üçün toxunulmazdır, müqəddəsdir.

Müəllif: Zülfiyyə VƏLİYEVA

ADPU-nin ETM

Elmi işcisi.Əməkdar müəllim.

Akademik M.Mehdizadə mükafatı laureatı

ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

                                                         

Ünsiyyət mədəniyyətinin formalaşmasında müəllimin rolu – Zülfiyyə Vəliyeva

ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI

Ünsiyyət mədəniyyətinin formalaşmasında müəllimin rolu
İnsanın sosiallaşması onun ünsiyyət mədəniyyətinin formalaşması, ünsiyyət təcrübəsinə yiyələnməsi ilə sıx bağlıdır. İnsan cəmiyyətdə yaşayıb fəaliyyət göstərməsi üçün adamlarla, sosial qruplarla ünsiyyətə girməyi, lazımi informasiya mübadiləsi aparmağı və onlara təsir etməyi bacarmalıdır. Bunsuz hər hansı bir sahədə fəaliyyət göstərmək, özünü ifadə və təsdiq etmək mümkün deyildir. Bu baxımdan düzgün ünsiyyət qurmaq bacarığı şəxsiyyətin sosiallaşmasının mühüm tərkib hissəsini təşkil edir. Ünsiyyət dedikdə, insanların informasiya mübadiləsi, qarşılıqlı təsiri və bir-birini qavraması prosesi başa düşülür. O, əsas sosial tələbatlardan biri olmaqla şəxsiyyətin inkişafı və formalaşmasının vacib şərtini təşkil edir. Müasir psixoloji-pedaqoji ədəbiyyatda ünsiyyətin 3 tərəfi fərqləndirilir. Ünsiyyətin kommunikativ funksiyası – informasiyaların alınması, çatdırılması və mübadiləsindən ibarətdir. Bu yolla insanlar təsəvvürləri, fikirləri, ideyaları, hissləri ilə bölüşür, başqa adamları dinləməyə, başa düşməyə və inandırmağa çalışırlar. Ünsiyyətin interaktiv funksiyası-insanların qarşılıqlı təsiri olub, tərəf-müqabilinə adekvat təsir göstərməkdən ibarətdir. O, ünsiyyətin nüvəsini təşkil edir. Ünsiyyətin perspektiv funksiyası-insanların bir-birini qavraması, anlaması və öz şəxsiyyətlərini ifadə etməsi ilə bağlıdır. Ünsiyyətin qeyd edilən funksiyaları bir-birilə sıx bağlıdır və vəhdətdə həyata keçirilməlidir. Bəzən məktəbdə ünsiyyətin ancaq bir funksiyasına-informasiya vermək funksiyasına daha çox önəm verilir, digər iki funskiya diqqətdən yayınır. Bu halda müəyyən informasiya verilsə də, müəllim-şagird münasibətləri, bir-birini anlaması kommunikativ tərəf interaktiv tərəf perspektiv tərəf təmin edilmir. Nəticədə, münasibətlərdə çətinliklər yaranır.
Ünsiyyətin formaları – Ünsiyyətin səmərəsi onun forma və üslublarının düzgün seçilib tətbiq edilməsi ilə sıx bağlıdır. Ünsiyyətin iki başlıca forması ayırd edilir: Formal ünsiyyət rəsmi qaydalarla, normalarla tənzim olunur; müəllim-şagird münasibətləri rəsmi münasibətlərdir. Qeyri-formal ünsiyyət rəsmi qaydalarla müəyyən olunmur, şəxsi xarakter daşıyır, simpatiya və antipatiyaya əsaslanır. Qeyri-formal ünsiyyət insanların münasibətinə, kollektivin fəaliyyətinə təsir göstərir. Lakin qeyri-formal ünsiyyətdə müəyyən hədd psixoloji məsafə, “pedaqoji pərdə” gözlənməli, belə ünsiyyət rəsmi vəzifələrin yerinə yetirilməsinə mane olmamalıdır. Göstərilən ünsiyyət formalarının heç birini universallaşdırmaq olmaz. Ancaq formal ünsiyyətə əsaslanmaq formalizmə, münasibətdə soyuqluğa gətirib çıxara bilər. Eləcə də qeyri-formal ünsiyyətə əsaslanmaq da anarxiyaya və müəllim-şagird arasında “pərdə”nin götürülməsinə gətirib çıxarar. Buna görə də, hər iki ünsiyyət formasını düzgün əlaqələndirmək və şəraitdən, situasiyadan asılı olaraq tətbiq etmək lazımdır.Ünsiyyət üslubu dedikdə, ünsiyyət fəaliyyətində fərdi xüsusiyyətlərin məcmusu başa düşülür. Üç əsas ünsiyyət üslubu fərqləndirilir: Avtoritar üslub-inzibati-amirlik üslubudur. O, nüfuza və tabeçiliyə əsaslanır. Onun əsas vasitələri əmr, tələb, qadağan, qışqırıq və cəzadır. Bu üslubda müəllim formal qeyri-formal avtoritar demokratik liberal şagirdə obyekt kimi, “yuxarıdan aşağı” baxır, hər xırda şeyə sərt reaksiya verir, bəzən isə təhqirə əl atır. Bu halda şagird zahirən itaət göstərsə də, daxilən narazı qalır, müəllimə soyuq münasibət (bəzən kin) bəsləyir, yeri gəldikdə itaətsizlik göstərir. Belə üslub ünsiyyəti çətinləşdirir, əsəbilik, inamsızlıq, qeyri-sağlam psixoloji mühit yaradır, münaqişələrə yol açır. Demokratik üslub-əməkdaşlığa əsaslanan üslubdur. O, qarşılıqlı hörmət, humanizm, bərabərlik, ədalət üzərində qurulur. İnsana fəaliyyətin subyekti kimi baxılır; onun rəyi, tələbat və maraqları nəzərə alınır, təşəbbüs və fəallığına geniş yer verilir. Demokratik üslubun əsas vasitələrini inandırma, xahiş, məsləhət təşkil edir. Bu üslub normal ünsiyyət qurmağa, sağlam mənəvi-psixoloji mühit yaratmağa, insanın şəxsi ləyaqət hissini qorumağa, nüfuzunu yüksəltməyə imkan verir. Liberal üslub-ünsiyyətdə səhlənkarlığa, laqeydliyə əsaslanır: tərbiyəçi heç nəyə qarışmır, məsələlərə formal yanaşır, məsuliyyətdən kənar olmağa çalışır. Bu isə normal ünsiyyətə və bütövlükdə işin keyfiyyətinə mənfi təsir göstərir. Ünsiyyət üslublarının müxtəlif təzahür formaları-fərdi ünsiyyət üslubları müşahidə olunur. Onlardan əsaslarını qeyd edək: a) birgə yaradıcı fəaliyyət üslubu; b) dostcasına ünsiyyət üslubu; c) ünsiyyət-qorxu üslubu; d) ünsiyyət-məsafə üslubu e) ünsiyyət-ələalma üslubu və s.
Müəllim-şagird münasibətləri və onların humanistləşdirilməsi. Məlum olduğu kimi, müasir dövrümüzdə müəllimin ənənəvi fəaliyyətində dəyişikliklər baş verib. İndi onun mövqeyi bələdçi (fasilitator), aparıcı (istiqamət verən) bir mövqedir. Əslində bu, müəllim liderliyinin yeni tipidir. Bu liderlik müəllimlə şagirdin təhsilin məqsədinə nail olmağa yönəldilmiş birgə fəaliyyətinə əsaslanır. Müəllim sistemli, ardıcıl və məqsədyönlü şəkildə əməkdaşlıq edir: problemli vəziyyəti təşkil edir, tədqiqat məqsədlərinin qoyulmasında şagirdlərə istiqamət verir, bunların həllində metodik kömək göstərir, biliklərin əldə edilməsi və mənimsənilməsi yollarını öyrədir. Şagird isə müəllimin istiqamətinə əsasən fəaliyyət göstərir. O, fəaliyyətə məcbur olunmur, sadəcə təhrik edilir. Onun mövqeyi kəşf edən, tədqiqatçı xarakteri daşıyır. Ona görə də müəllimin istiqaməti üzrə kiçik tədqiqatlara qoşulur, araşdırmalar aparır, konkret nəticələrə gəlir. Şagird gəldiyi nəticələrini qiymətləndirməklə bir daha ona əmin olur. İstər müəllimin, istərsə də şagirdin fəaliyyəti subyektlərin fəaliyyəti kimi əməkdaşlıq xarakteri daşıyır. Bu münasibətlər müasir təhsili, məktəbi xarakterizə edən, onun humanist keyfiyyətini üzə çıxaran əsas əlamətdir. Müəllim-şagird münasibətlərinin humanistləşdirilməsi müasir dövrdə əhəmiyyətə malikdir. Məktəblərdə illər boyu bərqərar olmuş ənənəvi “müəllim-şagird” münasibətlərinin bir çoxu müasir şəraitdə artıq öz əhəmiyyətini itirmişdir. Ənənəvi “müəllim-şagird” münasibətlərində şagird bütün yaş dövrlərində təkcə uşaq sayılmırdı. Həm də ona çox vaxt sadəcə olaraq təlim prosesinin obyekti kimi yanaşırdılar, avtoritar tərbiyə üsullarından, bu və ya digər məqsədə nail olmaq üçün müxtəlif “təzyiq vasitələrindən” istifadə edirdilər. Müəllim-şagird münasibətlərinin əsasında humanist prinsipin tələbləri dayanır. Onlar təlim prosesinin psixopedaqoji əsası kimi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın görkəmli psixoloqu, mərhum professor Əbdül Əlizadə bu məsələdən bəhs edərkən həm şəxsiyyət, həm də dialoji mədəniyyətin tələbləri barədə belə qənaətə gəlmişdir: “Obyekt mahiyyətcə şəxsiyyət deyil, insan deyil. İnsan ancaq subyekt kimi, şəxsiyyət kimi dialoqa girə bilər. Bu o deməkdir ki, dialoq məkanına daxil olmaq üçün: * insan münasibətləri mənəvi ölçülərə söykənməlidir; adamlar bir-birini şəxsiyyət kimi qavramalıdırlar; dialoq birgə əməkdaşlıq, birgə yaradıcılıq aləmi olmalıdır”. Bu gün bərqərar olmuş yenii pedaqoji təfəkkür baxımından isə şagird təlim prosesinin sadəcə olaraq obyekti deyil, eləcə də subyektidir. Əməkdaşlıq pedaqogikasının nailiyyətləri göstərir ki, dərsdə əsl yaradıcılıq münasibətlərinin səmərəli inkişafı üçün əlverişli şərait yaranır. Müəllim və şagird tərəf-müqabilidir. Tərbiyə işində neqativ demoqrafik təsirlərin səmərəli yollarla aradan qaldırılması məhz onların qarşılıqlı münasibətlərinin xarakterindən asılıdır. Müasir dövrdə insan amilinin xüsusi sosial pedaqoji əhəmiyyət kəsb etdiyi bir şəraitdə “müəllim-şagird” münasibətlərinin humanistləşdirilməsi məktəbin əsas vəzifələrindən birinə çevrilməlidir. Müəllim-şagird münasibətlərində yaş xüsusiyyətlərinin nəzərə alınması şagirdlərin daxili aləmini düzgün başa düşməyən müəllimlər onların hisslərini, davranış motivlərini çox vaxt yanlış, birtərəfli ölçülərlə qiymətləndirirlər. Xüsusilə, yuxarı siniflərdə bu cəhətdən ciddi nöqsanlar özünü göstərir. Müəyyən edilmişdir ki, aşağı siniflərdə müəllimlər hisslərini, davranış motivlərini nisbətən düzgün qiymətləndirməsələr də, yuxarı siniflərdə onların daxili aləmlərini başa düşmək üçün mühüm əhəmiyyətə malik olan cəhətləri səriştə ilə təhlil edə bilmirlər. Bu təsadüfi olmayıb, ilk növbədə, onunla bağlıdır ki, şagirdlər böyüyüb, yaşa dolsalar da, müəllimlər yaşın, yaşlılıq hissinin və meylinin möcüzələri ilə hesablaşmırlar, çox vaxt IV sinifdə olduğu kimi, VII və ya IX sinif şagirdini yenə də uşaq sayırlar. Yeniyetmələrlə “uşaq formalarında” ünsiyyətə girirlər, onların davranış və rəftarını da elə bu üsullarla idarə etməyə çalışırlar. Halbuki 10-11 yaşlarında şagirdlərdə yaşlılıq hissi və meyli formalaşır. Onlar yaşlı adamlar kimi geyinməyə, bəzənməyə, danışmağa, hətta gün keçirməyə başlayırlar. Şagirdlərin mənlik şüuru, əxlaqi şüuru köklü surətdə dəyişir, onların ünsiyyət tələbatlarında yenii cəhətlər əmələ gəlir. Müəllimlər yeniyetməlik yaşı dövründə şagirdlərlə öz münasibətlərini yaşın özünün məntiqi əsasında qurmalıdır. Müəllimlər şagirdlərin yaşlanması prosesinin xüsusiyyətlərini nəzərə almadıqda, onların daxili aləmini başa düşə bilmir, davranış motivlərini düzgün qiymətləndirmir, bu zəmində də çox vaxt onların qarşılıqlı münasibətlərində bütövlükdə sinfin mənəvi psixoloji iqliminə mənfi təsir göstərən ixtilaflar əmələ gəlir. Pedaqoji ünsiyyət təlim-tərbiyə prosesinin təsirli vasitələrindən biri olub şagird şəxsiyyətinin formalaşmasında mühüm yer tutur. Müəllim-şagird cütlüyündə ünsiyyətin istənilən növü situasiyadan asılı olmayaraq tərbiyəvi xarakter daşıyır. Müəllim-şagird ünsiyyəti o zaman daha yüksək nəticələrə səbəb olur ki, bu ünsiyyətin əsasında hörmət, humanist münasibət dayanmış olsun. Şagirdlər müəllimin erudisiyasını yüksək qiymətləndirirlər. Bilikli müəllim sayırlar. Ancaq onlar səmimi, xeyirxah, qəlbini uşaqlara verən və onlarla söhbət etməyi bacaran, hətta sinifdənkənar vaxtlarda da onlarla həvəslə məşğul olan müəllimi sevirlər. Müəllim-şagird ünsiyyəti müəllimin bu və ya digər bir sıra bacarıq və keyfiyyətlərə nə dərəcədə malik olmasından çox asılıdır. Müəllimin özünün pedaqoji fəaliyyətində müxtəlif xarakterli, müxtəlif temperamentli şagirdlərlə qarşılaşdığından onların hər birinə fərdi yanaşma bacarığına yiyələnməlidir. Şagirdlərinin heç birinin kənarda qalmaması üçün onların hər biri ilə “dil tapmağı” bacarmalıdır. Şagirdlərin hər birinin fərdi xüsusiyyətlərini öyrənməli, onlarla ünsiyyətə girə bilmək üçün “açar” tapmalıdır. Bu isə olduqca çətin və mürəkkəb iş olub, müəllimdən səbr, təmkin, yaradıcı axtarış və diaqnostik bilik tələb edir. Müəllim pedaqoji ünsiyyətin qayda-qanunlarını bilməli, kommunikativ bacarıqlara və kommunikativ mədəniyyətə malik olmalıdır. Müəllim təkcə müxtəlif temperamentli şagirdlərlə işləmir, həmçinin bir-birinə bənzəməyən valideynlərlə də qarşılıqlı münasibətdə olur. Buna görə də müəllim validyenlərlə pedaqoji ünsiyyətə girə bilmə bacarıqlarına da malik olmalıdır. Pedaqoji ünsiyyətin yüksək keyfiyyətlərinə yiyələnən müəllim məktəblilərlə xoş, mehriban ünsiyyət yaratmağı, ünsiyyətə girməyi, onların təlim-tərbiyə fəaliyyətinə rəhbərlik etməyi bacarır və onun yüksək səviyyədə təşkil edilməsinə nail olur. Pedaqoji ünsiyyət sosial-psixoloji proses kimi aşağıdakı bir sıra funksiyalarla xarakterizə edilir: şəxsiyyəti dərk etmək, informasiya mübadiləsi, fəaliyyətin təşkili, rolların dəyişdirilməsi, başqalarının dərdinə şərik olmaq, özünütəsdiq. Müəllimin öz ünsiyyətini bu sistem üzrə qura bilməsi müəllim-şagird ünsiyyətinin formalaşmasında mühüm təsir gücünə malik ünsiyyət mədəniyyətinin yaranmasına səbəb olur. Müəllimin əvvəlcədən şagirdlərlə qarşılıqlı ünsiyyət yarada bilməsinin proqnozlaşdırılması bir tərəfdən onun öz ünsiyyətini necə qura bilməsi, digər tərəfdən isə ünsiyyət mədəniyyətində olan çatışmazlıqların ləğv edilməsi üzərində düşünməsinə səbəb olur. Özünü səmimi ünsiyyətə hazır hesab edən müəllim şagirdlərlə ilk görüşündən onlarla mehriban, qayğıkeş, nəvazişli rəftar etməklə qarşılıqlı səmimi ünsiyyətə nail olur. Bir növ “kommunikativ hücuma” keçmiş olur, bu da müəllim-şagird münasibətlərinin ilk vaxtlardan səmimiyyət və nəzakət üzərində qurulmasına səbəb olur. Müəllim-şagird ünsiyyətinin formalaşmasında nəzərə alınması vacib olan məsələlərdən biri də şəxsiyyətlərarası anlamadır. Anlama onlamadan bu ünsiyyətin yüksək nəticəsindən danışmaq olmaz. Anlama persepsiya, empatiya, identifikasiya ilə sıx bağlı şəkildə baş verir. Persepsiya-üz ifadəsindən, nitqdən, fəaliyyətdən adamın daxilini duymaq, empatiya-duymaq, kədəri yaşama bacarığı, uşağın dərdinə şərik ola bilmək qabiliyyəti, identifikasiya- başqasının daxili aləmini tam mənada öz daxili dünyasına gətirmə bacarığı deməkdir. Pedaqoji ünsiyyət-sosial, psixoloji və qarşılıqlı təsir prosesidir. Bu münasibətlərin səmimiliyi, dərinliyi, emosional tərzi, valideyn-övlad münasibətləri səviyyəsində təşkili təlim-tərbiyə işinin müvəfəqiyyətlə nəticələnməsində mühüm əhəmiyyətə malikdir.
İnsanlar birgə yaşayış və birgə fəaliyyət zamanı daima bir-biri ilə informasiya mübadiləsi aparır, bir-birinə qarşılıqlı təsir göstərir və ya bir-birini qavrayır və anlayırlar. Başqa sözlə ünsiyyətə girirlər. İnsanın hər cür fəaliyyətində ünsiyyət zəruri şərt kimi özünü göstərir. Ünsiyyət olmadan insanların birgə fəaliyyəti həyata keçirməsi mümkün deyildir.
Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır. Heç bir insan birliyi oradakı adamlar arasında təmas yaradılmadan birgə fəaliyyəti həyata keçirə bilməz və onların arasında qarşılıqlı anlama baş verməz. Ünsiyyət insanlar arasında birgə fəaliyyət təlabatından doğan təmasın çoxplanlı inkişaf prosesidir. Ünsiyyət həyat tələbatlarından doğur və demək olar ki, insanın ictimai həyatının gedişini tənzim edir.
Ünsiyyət eyni zamanda şəxsiyyətin formalaşmasına da müəyyən tərzdə istiqamət verir.
Pedaqoji ünsiyyət zamanı müəllimin mövqeyi də mühüm vasitə rolunu oynayır. Adətən, müəllimin tutduğu mövqe onun ünsiyyətinə əsaslı təsir göstərir..
Müəllım öz şagirdlərinin təlim müvəffəqiyyətini, onun davranış tərzini düzgün qiymətləndirməyi bacarmahdır. Bunun iiçün isə, o, şagirdlərin bilik, bacarıq və vərdişlərinin həqiqi səviyyəsini, onların davranış tərzini, işə münasibətinin xüsusiyyətlərini dəqiq müəyyənləşdirməlidir. Təcrübə göstərir ki, şagird öz bilik, bacanq səviyyəsinin düzgün qiymətləndirilməsini gördükdə öz imkanlarmı anlayır, qüvvətli və zəif cəhətlərini başa düşür, daha çox müvəffəqiyyət əldə etmək üçün səy göstərir. Müəllimin şagirdə yanaşması, ona müraciət tərzi onun bilik və davranışmın qiymətləndirilməsində mühüm rol oynayır. Adətən, şagirdlər tələbkar, eyni zamanda onların mənliyinə toxunmayan, onlara hörmət edən müəllimi sevirlər.Müəllim təkcə faktları qavramağı və qiymətləndirməyi bacarmaqla kifayətlənməməlidir, dözümlülük və özünü ələ ala bilmək imkanma malik olmalıdır, bu zaman müəllimin apardığı iş səmərəsiz qalmır.

Müəllif: Zülfiyyə VƏLİYEVA

AJB -nin üzvü, ADPU-nin ETM

Elmi işcisi.Əməkdar müəllim.

Akademik M.Mehdizadə mükafatı laureatı

ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru