Yazıçı Əbülfət Usuboğlunun şeir və hekayələr kitabı çap olundu. Təbrik edirik. Mənbə: Qəşəm Nəcəfzadə
— Əbülfət Usuboğlu “Qoşa söyüd” adlı yeni kitabının işıq üzü görməsi münasibəti ilə “YAZARLAR” JURNALI tərəfində yeni kitabların nəşrinə görə verilən “Ziyadar” mükafatına layiq görülüb. Diplomu doğrulama lingi: >>>> ZİYADAR MÜKAFATI
TANRIM, SƏN KÖMƏK OL BİZƏ Qohumlar çevrilib yada, Dostlarım yetməyir dada, Başı bəlalı dünyada, Tanrım, sən kömək ol bizə! * * * Ulaq bəyənmir palanı , Eşitmək olmur yalanı. Gədələr saymır ananı, Tanrım, sən kömək ol bizə! * * * El yolunda yanmayırlar. Halal-haram qanmayırlar. Böyük-kiçik saymayırlar, Tanrım, sən kömək ol bizə! * * * Nələr olmur, nələr olur. Yaxşılardan pis doğulur. Kişilər dərddən boğulur, Tanrım, sən kömək ol bizə! * * * Qardaş-qardaşını söyür, Haqsıza bax haqsız söyür. Əbülfət üz tutub deyir. Tanrım, sən kömək ol bizə!
NƏDƏN UNUTMUSAN Çıxdığın budağı niyə kəsirsən? Haçansa bu yerə çıxarsan, oğlan. Deyilən düz sözdən niyə küsürsən? Yıxılıb, halına baxarsan, oğlan. * * * Sənə əl tutublar, yiyə durublar Söylə, nədən belə nadansan, oğlan? Səni yıxılanda çox qaldırıblar , Niyə unutmusan, adamsan, oğlan?!
YANILIR İNSAN Gələnin getməyi həyat qanunu, Düz yolu unudub yanılır insan. Adam niyə tökür insan qanını? Nədən olub ölüm bir belə asan? * * * Dedilər sakit ol, adam oğulsan, Səbrlə hər işin asanlaşacaq. Xislətin dəyişməz, bir də doğulsan, Adamlar yol gedər… İnsanlaşıncan!
GÜLSÜMÜM (İlk nəvəm Gülsümə) Gəlişinlə sən bizə. Bol sevinc gətirmisən. Çoxdankı arzumuza. Sən, bizi yetirmisən. Mənim xoş təbəssümüm, Gözəl-göyçək Gülsümüm. * * * Sən mənə gəlişinlə, Baba rütbəsi verdin. Baldan şirin dilinlə, Hələ baba da dedin. Mənim xoş təbəssümüm, Gözəl-göyçək Gülsümüm. * * * Dadlı balam, duzumsan, Ayımsan, ulduzumsan, Baharımsan, yazımsan, Anam, bacım, qızımsan, Mənim xoş təbəssümüm, Gözəl-göyçək Gülsümüm.