MEYVƏ BAĞI
Bağda ərik saraldı
Ay nə gözəl, nə gözəl.
Gör bir neçə çuvaldı,
Ay nə gözəl, nə gözə!
Ağaclar meyvə dolu,
Yetişib dadlı-sulu
Bardan əyilib xolu,
Ay nə gözəl, nə gözəl!
Bir tərəfdə gavalı
Digər yanda albalı
Al yanaqlı şaftalı,
Ay nə gözəl, nə gözəl!
Biz zəhmətin çəkərik
Çoxlu ağac əkərik
Dibinə su tökərik,
Ay nə gözəl, nə gözəl!
AĞACDƏLƏN
Ağacdələn ağacı,
Taqqıldadıb döyürdü.
Saldığı səs-küy ilə
O özünü öyürdü.
QOZA
Şam ağacı qozasını,
Atdı Əlinin başına.
Əli də onu vurmaqçün,
Tez əl atdı çay daşına.
NAR LƏKƏSİ
Mədinə narın başından,
Dartıb qopardı tacını.
Dedi: -üstün ləkələyib,
Niyə ağlatdın bacımı?
KƏLƏKBAZ KƏLƏM
Kələmin yarpaqların,
Soyub tökürdü Mələk.
İçində nə olduğun,
Deyir, öyrənim gərək.
Dartıb yarpaqlarının
Hamısını qopardı.
Gördü heç nə qalmadı
Bildi ki, iş qurtardı.
Ətrafa təəccüblə,
Baxdı balaca Mələk.
Dedi:- kələm də bizə,
Belə gəlirmiş kələk.
Müəllif: Əyyub TÜRKAY
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru